Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fatma Qədri
Fatma xanım Qədir qızı Qədri (1 (14) aprel 1907 və ya 1907, Odessa, Xerson quberniyası[d] – 29 fevral 1968 və ya 1968, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Milli səhnəmizin ilk peşakar aktrisalarından olan yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı Fatma xanım Qədir qızı 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır. Fatma Qədir qızı Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir (1926). Səhnə fəaliyyətinə 1926-cı ildə Bakı Türk İşçi Teatrında başlamış, burada Nübar ("Cancur Səməd", M. Əfəndiyev; J. B. Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə. Hamid), Oa-Şen ("Çin tanrısı", F. Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C. Cabbarlı), Xumar ("Şeyx Sənan", H. Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V. Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C. Məmmədquluzadə) kimi səhnə obrazları yaratmışdır. 1932–1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləmişdir. Əsas rolları: Maşa ("Dubrovski", A. S. Puşkin), Xuraman ("Vaqif", S. Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U. Şekspir), Luiza ("Məkr və məhəbbət", F. Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A. Ostrovski), Polina ("Ögey ana", O. Balzak), Gültəkin ("Aydın", C. Cabbarlı), Məhəbbət ("Məhəbbət", M. İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 "Qırmızı əmək bayrağı" ordeni == İstinadlar == == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008.
Yaqub Qədri Qaraosmanoğlu
Yaqub Qədri Qaraosmanoğlu (27 mart 1889 - 13 dekabr 1974)— Türkiyə yazıçısı, şairi, jurnalisti, diplomatı. == Həyatı == Yaqub Qədri Qaraosmanoğlu 27 mart 1889-cu ildə Qahirədə anadan olmuşdu. Atası Manisanın məşhur Qaraosmanoğlu soyuna mənsub Əbdülqadir bəy, anası İqbal xanım idi. Atası 1833-cü ildə Kavalalı İbrahim paşanın Manisanı işğalı sırasında ona yaxınlıq göstərmiş və onun Misirdəki malikanəsinə yerləşmişdi. Əbdülqadir bəyin malikanə yiyələrindən İqbal xanım ilə etdiyi evlilikdən dünyaya gələn ikinci övladı Yaqub Qədri idi. Yaqub Qədrinin ailəsi İbrahim paşanın vəfatından sonra Türkiyəyə dönmüşdü. O, burada ilk təhsilini "Fevziye Mekteb-i İptidaisi"ndə tamamladı. 1903-cü ildə İzmir edadiyasına daxil oldu. Şahabettin Süleyman ilə dostluğu bu məktəbdə ikən başladı. Uşaqlıq illərində ədəbiyyata göstərdiyi həvəs lisey illərində daha da artdı.
Qədriyə Teymurbulatova
Qədriyə Teymurbulatova və ya Kadriya Temirbulatova (rus. Темирбула́това Кадрия Уразбаевна; d. 14 dekabr 1948, SSRİ, RSFSR, Dağıstan MSSR, Noqay rayonunun Terekli-Məktəb kəndi – ö. 30 iyun 1978, SSRİ, RSFSR) — görkəmli noqay şairi. == Həyatı == Qədriyə Orazbay qızı Teymurbulatova 14 dekabr 1948-ci ildə Rusiyanın Dağıstan MSSR-nın Noqay rayonunun Terekli-Məktəb kəndidində çoban ailəsində anadan olmuşdur. Qədriyəni 1954-cü ildə, hələ 5 yaşı tamam olmamış kəndlərindəki orta məktəbin birinci sinifinə aparırlar. Həmin illərdə uşaqlar 7 yaşından birinci sinifə qəbul edilirdilər. Ona görə də Qədriyə sinifdəkilərdən həm yaşca kiçik, boyca da balaçaymış. Buna baxmayaraq iti qavramasıyla, dərin zəkasıyla sinif yoldaşları arasında seçilərək müəllimlərinin sevimlisinə çevrilir. 1965-ci ildə Terekli-Məktəb kənd orta məktəbini bitirərək, Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji İnstitutunun Filalogiya fakültəsinə daxil olmuşdur.
A. Qədir
A. Qədir (Türkcədə A. Kadir), ya da İbrahim Əbdülqadir Meriçboyu (1917[…], Konstantinopol – 1 mart 1985, İstanbul) — 1940 nəslinin sosialist şairləri arasında olan bir türk şairidir. Tərcümə işləri ilə dünya poeziyasının tanınmasına öz töhfəsini verdi. == Yaşayışı == Orta təhsilini Eyüp Orta məktəbində ( 1933 ) və Kuleli Hərbi Liseyində ( 1936 ) bitirdi . Türk Hərbi Akademiyasında son sinif tələbə ikən ( 1938 ), Nəzim Hikmətlə birlikdə həbs edildi; On ay həbs cəzası aldı. Həbsxanadan çıxdıqdan sonra hərbi xidmətə getdi. İstanbul Universiteti Hüquq Fakültəsinə daxil oldu ( 1941 ). 1943 'te nəşr etdiyi Təbliğ adlı şeir kitabı qadağan oldı və yığdırıldı. İstanbulda bir sıra insanlarla birlikdə sürgün edildi. Sürgün müddətini Muğla, Balıkesir, Konya, Kırşehir və Adanada keçirdi. 1947 - ci ildə İstanbula qayıtdı və bir biskvit fabrikində işləməyə başladı.
Abdulla Qədiri
Abdulla Qədiri (1894-1938) — Özbəkistan yazıçısı, dramaturqu və publisisti, repressiya qurbanı == Həyatı == Abdulla Qədiri 10 aprel 1894-cü ildə Daşkənddə tacir ailəsində doğulmuşdur. Yazıçının 102 il ömür sürmüş atası Qədir kişi o, uşaq olarkən müflisləşmiş və sonra üzümçülüklə məşğul olmağa başlamışdır. Abdulla əvvəlcə mədrəsədə (köhnə müsəlman məktəbi), sonra isə yerli rus- özbək məktəbində oxumuşdur. İbtidai təhsilini başa vurduqdan sonra o, erkən yaşlarında müstəqil həyata qədəm qoymuş, Daşkənddə bir mülkədarın yanında mirzəliyə başlamışdır. Bu dövrdə o, Əlişir Nəvai, Lütfi, Muqimi, Əbdürrauf Fitrət, Əbdülhəmid Çolpan və digər cığatay (özbək) klassiklərinin əsərlərini maraqla mütaliə etmiş və milli ədəbiyyatın tarixinə yaxından bələd olmuşdur. Türküstanda getdikcə genişlənən cədidçilik, maarifçilik hərəkatı Abdulla Qədiriyə də təsirini göstərir. O, bölgədə çap olunan qəzet və dərgiləri müntəzəm oxuyur. Cədidçilərin yolunu tutan gənc xalqını xurafatdan, gerilikdən qurtarmaq üçün qələmə əl atır. Bədii yazıları ilə xalqa təsir göstərməyə çalışır. Abdulla Qədiri Özbəkistanda nəşr olunan ilk satirik jurnalın – “Müştüm” (“Yumruq”) dərgisinin banilərindən və fəal müəlliflərindən biri olmuşdur.
Adrian qəsri
Müqəddəs Mələk qəsri (ital. Castel Sant'Angelo - "Müqəddəs Mələk qəsri") - Romada yerləşən memarlıq abidəsi. Sərdabə kimi tikilmiş qəsrdən Roma papasının iqamətgahı, həbsxana kimi istifadə olunmuş, hazırda isə muzeyə çevrilmişdir. == Tarixçəsi == İmperator Adrian özü və ailəsi üçün sərdabə kimi 135-ci ildə tikintisinə başlamış, ölümündən sonra xələfi Antonin Piy tərəfindən 139-cu ildə bitirilmişdir. Sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Burada Adriandan Septimemə qədər bütün imperatorların qəbirləri yerləşmişdir. Romada Avreli divarları tikildikdən sonra ondan hərbi istehkam kimi istifadə olunmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori qəsrinin üzərində Mələk Mikayılı qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır. Orta əsrlərdə qəsr Vatikanla 800 metrlik dəhliz (ital. Passetto) vasitəsilə əlaqələndirilmişdir.
Ambuaz qəsri
Ambuaz qəsri (fr. Château d'Amboise) — Fransanın Luar vadisində yerləşən Endr və Luara departamentindəki Ambuaz şəhərində yerləşən tarixi şato-qəsr. XV əsrdə monarxiya tərəfindən konfiskasiya edildikdən sonra qəsr, kralların sevimli məkanlarından birinə çevrilmiş və yenidən qurularaq genişləndirilmişdir. 1498-ci ildə Fransa kralı VIII Karl başını qapı kənarına vurduqdan sonra bu qəsrdə vəfat etmişdir. XVI əsrin ikinci yarısından sonra əsasən tərk edilmiş qəsr tənəzzülə uğramış, bir çox daxili tikililər isə uçub-dağılmışdır. Buna baxmayaraq qəsrin əsas tikililəri dövrümüzə çatmış, müdafiə divarları və qüllələr də daxil olmaqla dövrümüzə çatan bütün tikililər əsaslı bərpa edilmişdir. 1840-ci ildə Fransa Mədəniyyət Nazirliyi tikilini tarixi abidə kimi qeydiyyata almışdır. 81 metr hündürlükdə yerləşən qəsr 2000-ci ildə UNESCO tərəfindən Luar vadisindəki digər qəsrlərlə birlikdə Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarixi == === Anju qrafları və Ambuaz ailəsinin mülkü === Ambuaz qəsri Luar çayı üzərindəki mahmız ərazidə inşa edilmişdir. Ərazinin strateji əhəmiyyəti orta əsrlərdə qəsrin inşasından daha əvvəl anlaşılmış və onun yerində qall oppidi inşa olunmuşdur.
Aspelt qəsri
Aspelt Castle (fr. Château d'Aspelt) ― Lüksemburqun cənubundakı Aspelt məntəqəsində yerləşən və 1590-cı ildə Barokko üslubunda inşa edilmiş bir yaşayış yeri. == Tarixi == Qalaya aid ilk yazılı mənbə 1132-ci ilə aid Theoderich von Wied-in Echternach salnaməsində tapıla bilər.
Azuçi qəsri
Azuçi qəsri (安土城) – Yaponiyanın Şiqa prefekturasının Omihaçiman şəhərində yerləşmiş qəsr. Oda Nobunaqanın əsas qəsrlərindən biri olmuşdur. Bir çox xüsusiyyətinə görə dövrünün müasir qəsrlərindən biri olmuşdur. 1582-ci ildə baş vermiş yanğından sonra məhv olmuşdur. Daş bünövrəsindən başqa heç bir hissəsi salamat qalmayıb, lakin Mie prefekturasında reproduksiyası yerləşir. == Tarixi == XVI əsrin ortalarında portuqallar tərəfindən odlu silahların Yaponiyaya tanıdılmasından sonra ənənəvi qəsr modellərindən imtina edilmiş və feodallar odlu silahlara qarşı effektiv qəsrlər tikdirməyə başlamışdırlar. Azuçi qəsri bu baxımdan növünün ilk nümunələrindən biri olmuşdur. Qəsrin tikintisi Oda Nobunaqa tərəfindən 1576-cı ildə başladılmış və 1579-cu ildə tamamlanmışdır. Qəsr Biva gölünün sahilində, düzənliyə baxan təpənin üstündə, paytaxt Kiotoya gedən vacib nəqliyyat yollarının üstündə tikilmişdir. Əvvəlcə qəsr ancaq müdafiə qurğusu kimi nəzərdə tutulsa da, Nobunaqa qəsrdən iqamətgah kimi də istifadə etmişdir.Azuçi qəsri bir çox xüsusiyyətinə görə əvvəlki yapon qəsrindən fərqlənirdi.
Belöy qəsri
Belöy qəsri (au de Belœil və ya Château of Belœil) — Belçikanın Haintaunt əyalətinin Belöy bələdiyyəsi ərazisində yerləşən qəsr. XIV əsrdən bəri Ligne şahzadəsi burada yaşayır. Qəsr 1664-cü ildə salınmış valehedici Baroqve bağının ortasında yerləşir. Qəsrə və bağa yaz və yay fəslində səfər etmək mümkündür. == Tarixi == Belöy 1394-cü ildə Ligne ailəsinin mülkünə çevrilir. XV əsrin əvvəllərində yerli qəsr ailənin əsas iqamətgahı olaraq seçilir. Köhnə qəsr xəndəklərlə əhatə olunmuş dörtkünc formada idi və dörd bürcdən ibarət idi ki, hər bir bürc bir küncdə yerləşmişdir. Keçən əsrlər müddətində fasad və daxili interyerdə dəyişikliklər olsa da, bu ilkin struktur qorunub saxlanılmışdır. XVII və XVIII əsrdə bu istehkam qalası fransız üslubunda lüks evə (qəsrə) çevrilmişdir.
Bendzin qəsri
"Bedzin qəsri" - Polşanın cənubunda Bedzin bölgəsində yerləşən qəsr. XI əsrdə ağacdan, XIV əsrdə daşdan tikilmişdir. Polşa krallığının və Polşa-Litva uniyasının əsas qəsri olmuşdur. == Tarixi == Bedzin kəndinin tarixi IX əsrə qədər uzanır . Mənbələrə görə burada XI əsrdə ağac istehkamlar mövcud olmuşdur. 1241-ci ildə tatar yürüşlərində dağıdılmış, sonra təkrar təmir olunmuşdur. Polşa kralı I Kasamir və ya Böyük Kasamir (30 aprel 1330-5 noyabr 1370) öz hakimiyyəti dövründə ağac qəsri daş qəsrlə əvəz etdi. 1358-ci ildə qəsr Polşanın ən əsas qəsri oldu. Qəsrin əsas məqsədi Bohemiya və Sileziyadan gələcək hücumları dəf etmək idi Qəsr 1364-cü ildə Müqəddəs Roma İmperiyası kralı IV Çarlz tərəfindən ziyarət edildi. 1588-ci ildə Polşa müharibəsindən sonra Avstriya hersoqu III Maksimillian burada həbs olundu.
Bettendorf qəsri
Bettendorf qəsri (fr. Château de Bettendorf) Şərqi Lüksemburqdakı Bettendorf kəndində yerləşir. XIII əsrdən bəri bir qala olduğu görünsə də, bugünkü Barokko binası 1728-ci ilə aiddir və 1962-ci ildə bərpa edilmişdir. Qala xüsusi mülkiyyətdir və xalqa açıq deyil. 2007-ci ildə qala və park ərazisi, Lüksemburqun milli abidələrin milli reyestrinə əlavə edildi.
Beykoz qəsri
Beykoz "Məcidiyə" sarayı — İstanbulun Beykoz ilçəsində inşa edilən tarixi bir saraydır. Yalıköy səmtində Padşah estakadası olaraq tanınan sahənin cənubunda yerləşir. Beykozda padşah estakadasının cənubunda, bir vaxtlar Yalıköyə uzanan yol ilə sahil arasında qalan təpəcikdə yerləşir. Qəsrin memarları Nigogos Tayın və Sarkis Balyandı. Misir valisii Kavalalı Mehmet Əli Paşanın sultan Abdülməcidə (1839–1861) xidmət və sədaqət kəsb etmək məqsədilə tikdirdiyi qəsrin tikintisinə 1855-ci ildə başlanmışdır. Qəsr Kavala Mehmet Əli Paşanın oğlu Səid Paşa tərəfindən on bir il sonra 1866-cı ildə tamamlanmışdı və o vaxt taxta keçən Sultan Əbdüləzizə ərməğan edilmişdir. Beykoz qəsri Boğaziçində qərb üslubunda inşa edilən ilk binadır. Tikintisində istifadə edilən daş İtaliyadan idxal edilmişdir. Bundan başqa yerli ağ mərmər də istifadə edilmişdir. Misir valilərinin zənginliyini əks etdirən qəsr, Avstriya İmperiyasının İtaliya hissəsində tez-tez rast gəlinən bir memarlıq üslubuna malikdir.
Bodiam qəsri
Bodiam qəsri (ing. Bodiam Castle) — Susseks qraflığında, Roter çayı sahilində yerləşən qəsr. İngiltərədə yaşayış üçün əlverişli nadir qəsrlərdən biridir. Qala xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, həm də ətraf ərazidən çox ustalıqla ayrılmışdır. Dərin xəndək və su qəsrin kənar hücumlardan qorunmusı üçün nəzərdə tutulmuşdur. Maraqlıdır ki, qəsrin mövcud olduğu müddətdə o heç bir hücuma məruz qalmayıb və özünün müdafiə özəlliyini həyata keçirə bilməmişdirQəsr III Eduardın cəngavəri olmuş Edvard Delinqric tərəfindən inşa olunmuşdur. Qəsri Yüzillik müharibə zamanı fransızların bölgəyə hücumlarından müdafiə olunmaq üçün tikmişlər. == Tarixi == III Eduard 1360-cı ildə, Yüzillik müharibə zamanı Fransa ilə müqavilə imzaladı və könüllü olaraq Fransa taxtından imtina etdi. Bu zaman Akvitaniya, Kale ərazilərinə o nəzarət etsə də, buradan öz ordularının çıxarılması məsələsini tam həll etmədi. 1377-ci ildə Fransadan qayıdan Robert Nollesə və Edvard Delinqricə 1385-ci ildə İngiltərə kralı II Riçard La-Manş tərəfdən fransızların hücum təhlükəsinə görə həmin ərazilərdə möhkəmləndirmə işləri aparmağa icazə verdi..
Boqenşperk qəsri
Boqenşperk qəsri (sloven. Grad Bogenšperk, alm. Schloss Wagensperg‎) ― Sloveniyada yerləşən 16-cı əsrə aid qəsr. Tikili, London Kral Cəmiyyətinin əməkdaşı, 17-ci əsr alimi və təbiətşünası Yanez Vaykard Balvazor ilə əlaqəsi səbəbilə daha çox tanınır. == Memarlıq == 412 m yüksəkliyindəki alçaq bir təpədə yerləşən intibah dövrünə aid qəsr tamamilə bərpa edilmiş və Sloveniyanın əhəmiyyətli bir mədəniyyət abidəsi olaraq siyahıya alınmışdır. Üç mərtəbəli qəsr dörd qülləni birləşdirən və daxili həyəti əhatə edən bir neçə dövrə aid dörd hissədən ibarətdir. Qəsrin ən qədim hissəsi əvvəllər müstəqil istehkam olmuş şimal qülləsidir. == Tarix == Qəsr ehtimal ki, qəzalı vəziyyətdə olan və 1511-ci ildə baş verən güclü zəlzələ nəticəsində ciddi şəkildə zədələnmiş Lixtenberk qəsrinin əvəzi olaraq Vaqen ailəsi tərəfindən inşa edilmişdir. 1630-cu ildə ailənin son üzvü olan Yuriy Vaqenin öldü. Bundan sonra qəsr 1672-ci ildə Yanez Vaykard Balvazor tərəfindən alınana qədər bir neçə sahib dəyişmişdir.
Bran qəsri
Bran qəsri — Rumıniyanın Braşov şəhərində yerləşən qəsr. Qəsr Erdel və Eflak bölgələrinin sərhədində yerləşir. "Drakulanın qəsri" olaraq da adlandırılır. Çünki yazıçı Bram Stokerun "Drakula" əsərində hadısələr bu qəsrdə cərəyan edir. Qəsr indi muzey kimi istifadə olunur və burada Kraliça Mariya tərəfindən toplanan mebellər və incəsənət əsərləri sərgilənir. Turistlər qəsri sərbəst gəzə bilərlər. Qəsrin aşağı hissələrində isə rumın kəndlilərinin tikililəri sərgilənən açıq muzey yerləşir. == Tarixi == 1212-ci ildə Tevton ordeni ildə 1 milyondan çox tacirin keçdiyi Burzenlandiyadakı dağ vadisinin girişinin qarşısına qəsr tikdilər, lakin 1242-ci ildə qəsr monqollar tərəfindən dağıdıldı. Bran qəsri bir də Macarıstanlı I Luis tərəfindən 17 noyabr 1377-ci ildə Braşov saksonlarına qəsr tikməyə icazə verməsi ilə bərpa olundu. 1438–1442-ci illərdə qəsr Osmanlı İmperiyasına qarşı müdafiə olunmuşdur.
Brzeq qəsri
Brzeq qəsri ― Polşanın Brzeq şəhərində qəsr. Hal-hazırda muzey olaraq fəaliyyət göstərən tikili Piast sülaləsinin mavzoleyini də ehtiva edir. == Coğrafiya == Brzeq qəsri Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyvodalığı ilə Opol Voyvodeşip vilayətlərinin sərhədindəki Odra çayının qərbindəki uçurumda yerləşir. Qəsr Namısluv və Stşelin şəhərləri arasındakı milli yolun yaxınlığında yerləşir. == Tarix == Qəsrin mövcudluğuna dair ilk məlumatda Sileziya qrafı I Henrinin dövründə, 1235-ci ildə inşa edilmiş, xəndək və möhkəm divarları olan kiçik bir qala təsvir edilmişdir. Qalaya bitişik olaraq "Aslan qalası" kimi tanınan kvadrat qüllə tikilmişdi. Brzeq hersoqluğunu idarə edən Piast ailəsi, 1311-ci ildən 1675-ci ilə qədər qəsrdə yaşamışdır. 1342-ci ildə qəsr knyazlığın paytaxt iqamətgahına çevriildikdən sonra dəfələrlə təmir edildi. 1370-ci ildə Şahzadə I Lyudovik qəsri genişləndirdi və Piast sülaləsinin mavzoleyini əhatə edən ibadətgah inşa etdi. 1544-cü ildə II Fridrix Leqnitskinin dövründə başlayan təmir işləri 1560-cı ildə tamamlandı və qəsrə daha çox bina əlavə edildi.
Buffavento qəsri
Buffavento qəsri (yun. Kάστρο Βουφαβέντο, türk. Buffavento Kalesi) ― Şimali Kipr Türk Respublikasında qəsr. İnşa olunma tarixi dəqiq bilinməsə də, ən inandırıcı fərziyyə Bizans dövrünə aid olmasıdır. Qəsr Bizans və Frank memarlıq elementlərini özündə birləşdirir. Buffavento qəsri XIV əsrdən etibarən istifadəsiz qalmışdır. == Tarix == Buffavento qəsri qərbdə Müqəddəs Hilarion qəsri, şərqdə isə Kantara qəsri arasında yerləşərək Şimali Kiprin Girne dağ silsiləsində qoruyucu bir ox meydana gətirir. Qəsr xüsusilə də Kitreyadan şimal sahilinə gedən dağ keçidini qoruyurdu. Digər qəsrlərin hər ikisi Buffaventodan göründüyü üçün qəsrdən aralarındakı siqnalları ötürmək üçün istifadə edilmişdir. Qəsrlərij hər üçün Bizans dövründə birlikdə tikilsə də, istifadəyə verilmə tarixləri dəqiq bilinmir.
Bədri Baykam
Bədri Baykam (türk. Bedri Baykam; 26 aprel 1957, Ankara)- türk rəssam. == Həyatı == 1957-ci ildə Ankara da CHP millətvəkili Dr. Suphi Baykam və Memar Mutahhar Baykamın ikinci uşağı olaraq dünyaya gəldi. İki yaşında rəsim çəkməyə başladı. Altı yaşında Ankara, Bern və Cenevrə də ilk əsərlərini sərgilədi. 1960-cı illərdə Avropa və Amerikanın bir çox mədəniyyət mərkəzlərində sərgilər açdı, sərgiləri böyük maraq gördü. İstanbul Fransız Məktəbində oxuyan Bədri Baykam 1975-ci ildə Parisə köçdü. Sorbonne Universitetində iqtisadiyyat təhsili alan Bədri Baykam, bu fakültədən masterdə aldı. Parisdə eyni vaxtda L'Actorat adlı özəl məktəbdə aktyorluq təhsilidə aldı.
Bədri Seyidzadə
Bədri Seyidzadə (tam adı: Bədrəddin Kərbəlayı Mir Cavad oğlu Seyidzadə; 20 yanvar 1882, Keşlə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – noyabr 1945, Bakı) — Azərbaycan şairi. == Həyatı == İlk təhsilini kənd məktəbində, sonra mədrəsədə almışdır. "Seyid" təxəllüsü ilə şeirlər yazan dayısı onu da yazmağa həvəsləndirmiş, klassik poeziya ilə tanış etmişdir. Bədri Seyidzadə 1909 ildə "Nəşri-maarif‖in darülmüəllimində təhsilini davam etdirmişdir. 1910-cu illərdən başlayaraq, "Tuti", "Övraqi-nəfisə", "Məzəli", "Babayi-Əmir" məcmuələrində "Bərqi-əyyar", "İgnə", "Sancaq", "Bayquş" imzaları ilə şeirlər çap etdirmişdir. Şeirlərində ("Bizə nə!..", "Şükür, xudaya" və s.) Sabir satiralarının ideya və bədii xüsusiyyətlərindən bacarıqla bəhrələnmişdir. Bədri Seyidzadə əruzun müxtəlif bəhrlərində qəzəl, müxəmməs, tərkibbənd və s. yazmış, Nizami, Sədi və Füzulidən təxmislər etmişdir. 1918 ildə Azərbaycanda milli istiqlal hərəkatının qələbəsindən sonra Bədri Seyidzadənin yaradıcılığında sosial-demokratiya ideallarını tərənnüm edən poetik nümunələrə rast gəlinir. Dövrün poeziyasında olduğu kimi, şairin yaradıcılığında da azad Vətən, müstəqillik rəmzi olan üçrəngli milli bayrağın tərənnümü mühüm yer tutur.
Bədri Teymurtaş
Bədri xanım Kərimdad xan qızı Teymurtaş (1908-1995)—İranın Avropa təhsilli ilk stomotoloq qadını, İran stomotologiyasının anası. == Həyatı == Bədri xanım Kərimdad xan qızı Teymurtaş 1908-ci ildə Məşhəd şəhərində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra, 1920-ci ildə Avropaya, Belçikaya yollanmışdı. Orda Stomotoloji məktəbə daxil olmuşdu. Məktəbi bitirəndən sonra Avropada qalmış, bir müddət iş prosesini öyrənmişdi. Qardaşı Əbdülhüseyn xan Teymurtaş 1933-cü ildə Rza şah Pəhləvi tərəfindən öldürüləndən sonra 8 il ev dustağı olmuşdu. 1941-ci ildə Rza şah İrandan sürgün olunandan sonra Məşhəddə yaşamalı olmuşdu. Bədri Teymurtaş 1960-cı ildə Məşhəd universitetinin professoru Əmir İsmayıl Sondozi ilə bərabər Xorasanın mərkəzində Stomotoloji məktəb yaratmışdı. Özü də həmin məktəbdə dərs demişdi. Bədri Teymurtaş 1966-cı ildən 1967-ci ilədək məktəbdə dekanın maliyə üzrə müavini olmuşdu.
Bələdiyyə sədri
Bələdiyyə sədri — bələdiyyə tərəfindən idarə olunan inzibati vahidə, şəhərə və ya hər hansısa məkana rəhbərlik edən şəxs. Bələdiyyə sədri seçkili vəzifədir.
Cakeli qəsri
Cakeli qəsri, (gürc. ჯაყელის ციხე) — Gürcüstan şəhəri Axaltsixedə yerləşən Axaltsixe qalasının (Rabat) içində qədim qəsr. == Tarixi == Qəsr ilk olaraq, Mesxeti hakimləri, Çorçaneli evindən olan, atabəy rütbəsi daşıyan gürcü feodal nəsli Cakelilərə aid idi. Cakelilər beş əsr ərzində (XII əsrdən - XVII əsrə qədər) Cənubi Gürcüstanın ən güclü siyasi qüvvəsi idi. 1578 ildə regionun Osmanlı imperiyası tərəfindən işğalından sonra, Cakelilər ilk vaxt osmanlılara qarşı mübarizəyə başçılıq etmişdilər, lakin sonra onların tərəfinə keçdilər və gürcü feodalları arasında birinci olaraq islamı qəbul etdilər. Osmanlı imperiyasında Cakeli nəsli rusların 1829 ildə gəlişinə qədər irsi paşa rütbəsini daşıyırdılar. [1 Nəslin nümayəndələrindən biri -Əhməd Paşa - müasir Axalsixin ən görməli yerlərindən biri olan Əhmədiyyə məsçidini tikdirir. == Bərpası == 2011 ilin may ayında Gürcüstan hökuməti Rabat qalasında, 2012 ildə qurtaran bərpa işlərinə başlayır. Bu məqsəd üçün budcədən 24 mln. lari xərclənir.
Dolbadarn qəsri
Dolbadarn qəsri - Böyük Britaniyada, Uelsdə yerləşən tarixi qəsr. XIII əsrdə Uels şahzadəsi Böyük Livelin tərəfindən istehkam kimi tikilmişdi. Uelsin şimalındakı Lyanberis bölgəsində yerləşir. Dolbadarn qəsri Böyük Livelinin güc və hakimiyyət simvolu olmuşdur. Qəsrin əsas xüsusiyyəti böyük daş kip olmasıdır. 1284-cü ildə kral I Edvard qəsri ələ keçirdi. Sonra qəsr məhv olmasına qədər malikanə kimi fəaliyyət göstərməyə başladı. Gözəl mənzərəsinə görə bu qəsr XVIII-XIX əsrlərdə rəssamların gəldiyi əsas yerlərdən biri oldu.
Drezden qəsri
Dezden qəsri və ya Kral sarayı (alm: Dresdner Residenzschloss və ya Dresdner Schloss) Drezden şəhərində yerləşən ən qədim binalardan biridir. Dörd yüz il ərzində bu qəsr Vettin sülaləsinin Albertinlər xəttindən olan Saksoniya seçiciləri (1547–1806) və krallarının (1806–1918) iqamətgahı olmuşdur. Qəsr həm də Barokkodan-Neointibah memarlığına kimi müxtəlif üslubların bir binadan cəmlənməsi ilə məşhurdur. Bu gün qəsr binasından muzey kimi istifadə olunur və binada Tarixi və yeni Yaşıl otaq, Numizmatika kabineti, Estamp, Rəsm və Foto Kolleksiyası, Türk Ticarət Zalı ilə Cəbhəxana yerləşir. Həmçinin qəsrdə sənət kitabxansı və Drezden Dövlət Sənət Kolleksiyasının idarə ofisləri yerləşir. == Tarixi == Orijinalda Roman donjonu olan qəsr təxminən 1200-cü illərdə inşa edilmişdi. Hausmannsturm XV əsrin əvvəllərində inşa edilmişdi. 1468-1480-ci illərdə ustad memar Arnold fon Vestfalen tərəfindən əlavə edilmiş dörd qanad-bina ilə donjon qapalı konstruksiyaya çevrilmişdir. XVI əsrin ortalarında binaya edilmiş əlavələr intibah memarlığı üslubunda olmuşdu. 1701-ci ildə baş vermiş yanğından sonra, Güclü Avqustun sifarişi ilə qəsr Barokko üslubunda bərpa edilmişdir.
Eqeskov qəsri
Eqeskov qəsri (dan. Egeskov Slot) — Danimarkanın Fin adasının cənubunda yerləşən qəsr. Qəsr Avropa intibah dövrünün ən gözəl abidəsidir. Qəsr 1554-cü ildə Frands Brakenhaus tərəfindən inşa edildi. Danimarka xalqının XVI əsrdə qaldırdığı müharibə üzündən bir çox əsilzadə evlərini qalaya çevirmişdilər Qəsr maksimum dərinliyi 5 metr olan gölün yaxınlığında tikilmişdir və qəsrə yeganə giriş körpüdəndir. Deyilənlərə görə qəsri tikmək üçün xeyli palıd ağacından istifadə etmişdilər. "Egeskov" "Palıd meşəsi" deməkdir. == Memarlıq == Qəsr bir-biri ilə bağlı olan iki tikilidən ibarətdir. Bu isə qəsri qoruyanlar üçün üstünlük idi. Bu cüt divarların qalınlığı 1 metr olub gizli nərdivanı və quyusu vardır.
Gəbri
Gəbri (fars. گابري‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 44 nəfər yaşayır (14 ailə).
Pedri
Pedro Gonzalez Lopez (isp. Pedro González López; 25 noyabr 2002) — La Liqa təmsilçilərindən olan Barselona klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur. == Klub karyerası == === Las Palmas === Kanar adalarının, Teguestedə anadan olan Pedri, 2018-ci ildə Las Palmas'ın gənclər quruluşu olan Yuventud Laqunaya qatıldı. 15 iyul 2019-cu ilfə baş məşqçi Pepe Mel tərəfindən ilk komandaya yüksəldilən oyunçu, klubla dörd illik peşəkar müqavilə imzaladı. Pedri peşəkar debütünü 18 avqust 2019-cu ildə, yalnız 16 yaşında, Segunda çempionatında Hueskaya qarşı 0–1 ev məğlubiyyətində debüt etdi. İlk qolunu 19 sentyabrda Sportinq Xixonun qapısına yeganə qolunu vurdu. O Las Palmas tarixində qol vurmuş oyunçu kimi tarixə düşdü (16 yaş 9 ay 23 gün).
Qudriç qəsri
Qudriç qəsri — İngiltərədə orta əsrlərdə normanlar tərəfindən tikilmiş qəsr. Qəsr İngiltərədə, Herefordşirdəki Qudriç kəndində yerləşir. Vaxtilə Monmut və Ros-on-Vye bölgələri arasından açar yer olub. Qəsri Mepstonlu Qodrik saldırıb. Tarixçi Adrian Pettifer qeyd eləmişdi ki, bu qəsr İngiltərənin ən gözəl qəsridir və İngiltərə hərb memarlığının gözəl nümunəsidir. Qudriç qəsri güman ki, Normanların İngiltərəni işğal etməsindən sonra taxta materialdan tikilib. Sonra qəsrin orjinalı XII əsrin ortalarında daşdan istifadə olunaraq tikildi. XIII əsr boyunca qəsr əhəmiyyətli dərəcədə genişlədi və böyüdü. Qudriç qəsrinin dizaynı və quruluşu illərcə İngiltərənin bir çox tikilisində istifadə olundu. Tüdorlar sülaləsinin qəsrdən istifadə etməsindən əvvəl buranı dövrün güclü və nüfuzlu ailəsi olan Talbot ailəsi iqamətgah kimi seçmişdi.