Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qüllabi ilmə
Simmetrik ilmə (Türkbaf ilmə) — ilmə toxunuşu (düyün vurulması) qüllabi ilməyə müasir xalça elmində verilən addır. Simmetrik (Türkbaf) ilmə toxunuşu (düyün vurulması) əsasən türk xalqları ilə əlaqələndirilir. Farslar da xalça toxunuşunda "simmetrik" ("türkbaf") toxunuş üsulundan istifadə etmişlər. Xalça toxuculuğunda ilmələrin düyünlənməsi əsasən "simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulu ilə həyata keçirilir. "Simmetrik" ("Türkbaf") üsulu ilə toxunan xalçalarda ilmələr ərişin iki sapı ətrafında bağlanır. "Simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulunda ilmənin uclarından biri ərişin bağlanan sapları arasından keçirilir.
Vallabi
Kenquru (lat. Macropus) — Kenqurular fəsiləsindən heyvan cinsi. Kenqurular arxaya tullana bilmir. Təzə doğulmuş kenquru balası çox kiçik olur, cəmi 2 santimetr. O, anasının kisəsində sakitcə yaşayıb böyüyür. Bala kenquru anasının çantasına özü çıxır, onun döşlərindən süd əmməyə başlayır. Çəkisi 9 kiloqrama çatana qədər o, kisədə qalır. Çantalar vacib rol oynadığına görə belə heyvanları kisəlilər adlandırırlar. Yeni doğulmuş kenquru balası lobya dənəsi böyüklüyündə olur və ayaqları hələ yeni inkişaf etməyə başlayır. Balalar doğulduqda kor olurlar.
Əğlabi
Əğlabi — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. Əğlabi kəndi Dərbənd şəhərindən 18 km cənubda, Azərbaycan Respublikası ilə sərhəd xəttindən 10 km şimalda, Xəzər dənizi sahilindən 2 km uzaqlıqda, düzənlik ərazidə, Rubas çayı sahilində yerləşir. Əğlabi kəndi yalnız bu kəndi əhatə edən öz bələdiyyəsinə sahibdir. Bələdiyyənin keçmiş başçısı Siracəddin Tahirov, indiki başçısı isə Murad Məhəmmədağayevdir. Kəndin XIX əsrin əvvəllərində dağ yəhudiləri tərəfindən salınması ehtimal olunur; belə ki, kəndin adı tarixi məxəzlərdə ilk dəfə 1813-cü ildə qeyd edilmişdir. Ancaq sonralar ətrafda yerləşən azərbaycanlı kəndlərindən və Dərbənddən bu əraziyə xeyli azərbaycanlı köç etmiş, dağ yəhudiləri isə əksinə kəndi tərk etmişlər. XX əsrin əvvəllərində kənd tamamiylə azərbaycanlılardan ibarət monoetnik çalar almışdır. Sovet dövründə, 1953-cü ildə Rusiya SFSRinin Dağıstan MSSRindəki Qürah rayonunun Tsilinq kəndinin əhalisi (SSRİnin Dağıstanın dağlıq və ucqar ərazidə yerləşən kəndlərində yaşayan əhalinin digər yerlərdəki düzənlik bölgələrə köçürülməsi siyasətinə görə) Dərbənd rayonundakı Əğlabi kəndinə köçürülmüşdür. 1886-cı ildə kənd əhalisi 36 evdə 139 nəfərlik (75 nəfəri kişilər, 64 nəfəri qadınlar) əhalidən ibarət idi; onlardan 27 evdə yaşayan 108 nəfərini (58 nəfəri kişilər, 50 nəfəri qadınlar) dağ yəhudiləri, 9 evdə yaşayan 31 nəfərini isə (17 nəfəri kişilər, 14 nəfəri qadınlar) sünni islam etiqadlı Azərbaycan tatarları təşkil edirdi. 2017-ci il rəsmi əhali siyahıyaalınmasına əsasən kənd əhalisinin sayı 2371 nəfərdir.
Cəld vallabi
Cəld vallabi (lat. Macropus agilis) — kenquru cinsinə aid heyvan növü.
Qarazolaqlı vallabi
Qarazolaqlı vallabi (lat. Macropus dorsalis) — kenquru cinsinə aid heyvan növü.
Vallabi-antilop
Vallabi-antilop (lat. Macropus antilopinus) — kenquru cinsinə aid heyvan növü.
Vallabi-dovşan
Vallabi-dovşan (lat. Lagorchestes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinə aid heyvan cinsi.
Əlcək vallabi
Əlcək vallabi (lat. Macropus irma) — kenquru cinsinə aid heyvan növü. Qara əlcəkli kenquru kimi də tanınan qərb fırçası kenquru, Qərbi Avstraliyanın cənub-qərb sahil bölgəsində yerləşən kenquru növüdür. Vallabi'nin əsas təhdidi,qırmızı tülkü tərəfindən ovlanmaqdır.
Qadın qəlbi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur. Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır.
Çeçenistanın Qəlbi
Əhməd Kadırov adına "Çeçenistanın Qəlbi" məscidi (Çeçen. Маьждиг «Нохчийчоьнан дог» Кадыров Ахьмадан цӀарах дина маьждиг) XXI əsrdə Rusiya və Avropanın ən böyük yerlərindən biri olan Qroznı şəhərinin mərkəzində inşa edilmişdir. Məscidin inşasına 2006-cı ilin aprel ayında başlanılmış və 2008-ci ilin oktyabrında başa çatmışdır. "Çeçenistanın Qəlbi" məscidi dünyanın ən böyük məscidlərindən biridir. 17 oktyabr 2008-ci ildə açılmış və tanınmamış Çeçen İçkeriya Respublikası və Çeçenistan Respublikasının ilk prezidenti Hacı Əhməd Abdulhəmidoviç Kadırovun adını daşıyır. Məscid Sunja çayının mənzərəli sahilində, nəhəng parkın ortasında yerləşir və məsciddən əlavə Hacı Kuntanın adına olan Rusiya İslam Universiteti və Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin də daxil olduğu İslam kompleksinin bir hissəsidir. Məscid klassik Osmanlı üslubunda tikilmişdir. Məscidin mərkəzi salonu nəhəng günbəz ilə örtülmüşdür (diametri - 16 m, hündürlüyü - 32 m). Hər biri 63 metr olan dörd minarənin hündürlüyü Rusiyanın cənubundakı ən yüksək minarələrdən biridir. Məscidin xarici və daxili divarları travertin mərmər, daxili hissəsi ağ mərmərlə bəzədilmişdir.
İnsan qəlbi
Ürək (lat. cor; yun. καρδία – kardia) — döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.
Sutenyorun qəlbi (roman)
İsanın Müqəddəs Qəlbi bazilikası
İsanın Müqəddəs Qəlbi bazilikası (xorv. Bazilika Srca Isusova ) Xorvatiyanın Zaqreb şəhərində yerləşən Roma Katolik bazilikasıdır. Bazilika xorvat memarı Yanko Holyak tərəfindən neo-barokko üslubunda hazırlanmışdır. İsanın Müqəddəs Qəlbi bazilikası Zaqreb kafedralından sonra Zaqrebdəki ikinci ən böyük kilsədir. Yezuitlər tərəfindən istifadə olunur. Kilsənin inşası 1855-ci ildə Yezuitlərin Zaqrebə gəlməsi ilə əlaqələndirilir. Bu məqsədlə, arxiyepiskop Yuray Haulik 1860-cı ildə 60.000 qulden məbləğ verdi. Bununla birlikdə siyasi və iqtisadi şərtlər Haulikin fikri üçün əlverişli deyildi və dörd onillikdən sonra arxiyepiskop Yuray Posiloviç tərəfindən əlavə olaraq 12000 qulden pul bağışlandı. 1898-ci ildə Zaqrebin Aşağı şəhərindəki Palmotiçeva küçəsində kilsənin inşası üçün torpaq sahəsi alındı. İsanın Müqəddəs Qəlbi Bazilikası 1902-ci ildə tamamlandı və təqdis edildi.
Qəlbi ilə çəkən rəssam
Qəlbi ilə çəkən rəssam — 2011-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film. Film Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti, YUNESKO-nun incəsənət məsələləri üzrə fəxri prezidenti, Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı Tahir Salahova həsr olunmuşdur. "Yaddaş" Sənədli Filmlər Studiyasında çəkilmiş filmin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur. 2011-ci il oktyabrın 1-dən 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXII "Rossiya" açıq sənədli filmlər festivalında Azərbaycanı təmsil edəcək.
Müqəddəs İsa Qəlbi Katedralı (Sarayevo)
Müqəddəs İsa Qəlbi Katedralı (bosn. Katedrala Srca Isusova) — Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki katolisizm katedrali. Bura Vrhbosna arxiyeparxiyasının katedralıdır və memarlıq abidəsidir. Ölkənin əsas katolik kilsəsidir, Bosniyanın yeganə kardinalı Vinko Puliçin kafedrası burada yerləşir. 1881-ci ildə Vrhbosna yeparxiyası arxiyeparxiya statusunu aldı, eyni zamanda arxiyepiskopluq soboru statusuna uyğun yeni bir kafedralın tikilməsinə qərar verildi. Tikintinin əsas təşəbbüskarı, ilk Sarayevo arxiyepiskopu Yosip Stadler idi ki, hal-hazırda o, beatifikatsiyaya (müqəddəs adının verilmə prosesi) namizəddir. Katedral 1884—1889-cu illərdə memar Yosip Vantsaş tərəfindən neoqotika üslubunda tikilmişdir. Memarlıqda bir sıra neoroman elementləri var. Katedral, 14 sentyabr 1889-cu ildə Müqəddəs İsa Qəlbi adı naminə təqdis edilmişdir. 1932 və 1985—1989-cu illərdə kafedralda bərpa işləri aparıldı.
Geylani Pənahov
Qeylani Pənahov (tam adı: Pənahov Qeylani Minhac oğlu; 25 avqust 1954, Qusar) — AMEA-nın müxbir üzvü (2014) [1], texnika elmlər doktoru, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiri [2] == Həyatı == Pənahov Qeylani Minhac oğlu 1954-cü ilin 25 avqustunda Azərbaycan SSR Qusar rayonu Ənix kəndində anadan olmuşdur.1971-ci ildə Ənix kənd orta məktəbini bitirib, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - ADNSU) daxil olub,1976-cı ildə həmin institutun Neft və Mədən fakultəsinin dağ mühəndisi ixtisasını almışdır. İnstitutu qurtardıqdan sonra 1976-cı ildə Dağıstan Geoloji Ekspedisiyasında, 1977-1979-cu illərdə Ukraynanın Krivoy Roq şəhərində müxtəlif şaxtalarda usta vəzifəsində və Təhlükəsizlik Texnikası İnstitunda böyük mühəndis vəzifəsində işləmişdir. 1979-cu ildən 1988-ci ilə kimi Azərbaycan Neft və Kimya İnstitutunda (indiki ADNSU) kiçik elmi işçidən başlayaraq baş elmi işçiyə kimi müxtəlif vəzifələrdə çalışıb. 1984-1986-cı illərdə həmən İnstitutun aspiranturasında oxumuş və 1986-cı ildə texnika elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1988-ci ildən konkurs üzrə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu “Neft və qazın qeyri xətti mexanikası” şöbəsinə böyük elmi işçi vəzifəsinə seçilmişdir. 1996-cı ildə texnika elmləri doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1999-2002 ci illərdə "Maye və qaz axınlarında fiziki mexaniki proseslər laboratoriyasının" müdiri vəzifəsində işləmişdir. 2002-ci ildən "Maye və qaz mexanikası" şöbəsinin müdiridir. İnstitutda işlədiyi müddət ərzində Pənahov Q.M. bir çox elmi qrant layihələrinə rəhbərlik edərək başa çatdırmışdır. Pənahov Q.M. 180 elmi məqalənin müəllifidir ki, bunların 55-i Rusiya Federasiyasının və Azərbaycan Respublikasının patentini almışdır. 1999-2001-ci illər ərzində Azərbaycan Ali Attestasiya Komitəsində Riyaziyyat və Mexanika üzrə ekspert şurasının, 1998-ci ildən indiyə kimi Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının və Azərbaycan Dövlət Neft Akademiyasında namizədlik və doktorluq müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şurasının üzvüdür.
Qeylani Pənahov
Qeylani Pənahov (tam adı: Pənahov Qeylani Minhac oğlu; 25 avqust 1954, Qusar) — AMEA-nın müxbir üzvü (2014) [1], texnika elmlər doktoru, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiri [2] Pənahov Qeylani Minhac oğlu 1954-cü ilin 25 avqustunda Azərbaycan SSR Qusar rayonu Ənix kəndində anadan olmuşdur.1971-ci ildə Ənix kənd orta məktəbini bitirib, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - ADNSU) daxil olub,1976-cı ildə həmin institutun Neft və Mədən fakultəsinin dağ mühəndisi ixtisasını almışdır. İnstitutu qurtardıqdan sonra 1976-cı ildə Dağıstan Geoloji Ekspedisiyasında, 1977-1979-cu illərdə Ukraynanın Krivoy Roq şəhərində müxtəlif şaxtalarda usta vəzifəsində və Təhlükəsizlik Texnikası İnstitunda böyük mühəndis vəzifəsində işləmişdir. 1979-cu ildən 1988-ci ilə kimi Azərbaycan Neft və Kimya İnstitutunda (indiki ADNSU) kiçik elmi işçidən başlayaraq baş elmi işçiyə kimi müxtəlif vəzifələrdə çalışıb. 1984-1986-cı illərdə həmən İnstitutun aspiranturasında oxumuş və 1986-cı ildə texnika elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1988-ci ildən konkurs üzrə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu “Neft və qazın qeyri xətti mexanikası” şöbəsinə böyük elmi işçi vəzifəsinə seçilmişdir. 1996-cı ildə texnika elmləri doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1999-2002 ci illərdə "Maye və qaz axınlarında fiziki mexaniki proseslər laboratoriyasının" müdiri vəzifəsində işləmişdir. 2002-ci ildən "Maye və qaz mexanikası" şöbəsinin müdiridir. İnstitutda işlədiyi müddət ərzində Pənahov Q.M. bir çox elmi qrant layihələrinə rəhbərlik edərək başa çatdırmışdır. Pənahov Q.M. 180 elmi məqalənin müəllifidir ki, bunların 55-i Rusiya Federasiyasının və Azərbaycan Respublikasının patentini almışdır. 1999-2001-ci illər ərzində Azərbaycan Ali Attestasiya Komitəsində Riyaziyyat və Mexanika üzrə ekspert şurasının, 1998-ci ildən indiyə kimi Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının və Azərbaycan Dövlət Neft Akademiyasında namizədlik və doktorluq müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şurasının üzvüdür.
Tereza Pellati
Tereza Pellati (italyanca:Teresa Pellati) — İtaliya aktrisasıdır. Tereza Pellati — Internet Movie Database saytında.
Əbdülqədir Geylani
Əbdülqədir Geylani – İslam alimi, Qadiriyyə təriqətinin qurucusu. İranın Gilan əyalətində 1078 (H. 471) də doğulub. Ləqəbi, Əbu Məhəmməddir. Mühyiddin, Gövs-ül-əzəm, Qütbü Rəbbani, Sultan-ul-övliya, Qütbü əzəm kimi ləqəbləri vardır. Atası Əbu Saleh bin Musa Cəngidostdur. Həsənin oğlu Həsəni Müsənnanın oğlu Abdullahın soyundandır. Anasının adı Fatimə, ləqəbi Ümm-ül-xeyr olub seyidədir. Bunun üçün Abdülqədir Geylani, həm seyid, həm şərifdir. Hüseynin övladına seyid, Həsəninkinə şərif deyilir. Abdülqədir Geylani 1166 (H.561) da Bağdadda vəfat etdi.
Aşıq Gülabı
Vəliyev Gülabı Məmməd oğlu (5 sentyabr 1950, Böyük Muğanlı, Marneuli rayonu – 8 iyun 2012, Bakı) — gürcüstanlı aşıq. == Həyatı == Vəliyev Gülabı Məmməd oğlu 5 sentyabr 1950-ci ildə Borçalı mahalının Qaş Muğanlı(Böyük Muğanlı) kəndində Ustad aşıq Xındı Məmmədin ailəsində anadan olmuşdur. Körpə yaşlarından Gülabıda saza böyük maraq olmuşdur. Gülabıda saza olan maraq o qədər güclü olmuşdur ki, O təhsil aldığı Azərbaycan Politexnik İnstitutunada təhsilini ataraq Borçalıya qayıtmış və Borçalıda ilk ansambl yaratmışdır. O 1994-cü ilə qədər gitara çalıb xanəndəlik etmişdir. Gülabı Məmməd oğlu sazda aşıq havalarının mahir ifaçısı olduğu kimi gitarada Azərbaycan xalq mahnılarını və muğamlarımızı çox gözəl ifa edirdi. Onu tamaşaçılara ən çox sevdirən isə Onun məlahətli səsi idi.
Corc Gellap
Corc Gellap (ing. George Horace Gallup; 18 noyabr 1901[…] – 26 iyul 1984[…]) — alim, jurnalist, statistik, pedaqoq, ictimai rəyin öyrənilməsi üzrə elmi metodların müəllifi. 1928-ci ildə ABŞ-nin Ayova ştatında "Oxucuların qəzet materiallarına olan marağının müəyyənləşdirilməsinin obyektiv metodu" adlı PhD dərəcəsi üzrə dissertasiyasını müdafiə etmişdir. 1932–36-cı illərdə reklam agentliyində çalışmış və ilk dəfə bazarın araşdırılması üçün müştərilərin sorğularını tətbiq etmişdir. 1935-ci ildə Amerika ictimai rəy institutunun əsasın qoymuşdur və bu institut artıq növbəti il prezident seçkiləri öncəsi sorğuların təşkilatçısı kimi məşhurlaşmışdır. 1958-ci ildə bu institut digər strukturlarla birgə "The Gallup Organization" adı altında birləşdirilmişdir.
Gelati monastırı
Gelati monastırı — Gürcüstanda ən mühüm orta əsr monastırı. Kilsənin mərkəzi və mədəni həyat, Katolikosun iqamətgahı XVI əsrin ikinci yarısından 1814-cü ilinə aiddir. YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir (1994). == Tarixi == Monastır 1106-cı ildə IV Kral David tərəfindən təsis edilib və məzarı olmuşdur. Monastır 1125-ci ilə qədər inşa edilib və beş il ərzində bu, Zaqafqaziyada ən yaxşı olan mozaika ilə bəzədilmişdir. Həmin dövrdə monastır Yunanıstanın qədim yunan fəlsəfəsinə maraq göstərən Gelati Akademiyasının kreslosu idi. 13-cü əsrdə müqəddəs Nikolay və müqəddəs Georgiya kilsələrinə eyni zamanda üç qatlı zəng daxil edildi. Divaryazısı 12–18-ci əsrlərdən etibarən Gürcüstan tarixinin müxtəlif dövrlərinə aiddir; Xüsusilə təpə başlarının portretləri diqqətəlayiqdir. Əvvəllər monastırda bir çox qiymətli nişan və tətbiqi sənət əşyası yerləşirdi; Sovet dövründə onları ələ keçirmiş və muzeylərə paylanmışdı. == İstinadlar == == Ədəbiyyat == Gelati monastırı // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
I Gelasi
I Gelasi (Gelasius; təq. 410, Afrika[d], Roma imperiyası – 21 noyabr 496 və ya 22 noyabr 496, Roma) — 492–496-cı illər pontifikatı, Roma papası. == Həyatı == I Gelasi Romanın 49-cu yepiskopu və ona bir müqəddəs kimi hörmət edən Katolik Kilsəsinin Papası idi. Onun papalığı 492-ci il martın 1-dən ölümünə qədər davam etdi. O, Afrika əsilli sonuncu papa idi.
İliçin döyünən qəlbi (film, 1967)
Afroditanın qolları (film, 1987)
Afroditanın qolları qısametrajlı bədii filmi rejissor Davud İmanov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Film "Debüt" Studiyasında istehsal edilmişdir. Filmin qəhrəmanı (Rafiq Əliyev) heykəltaraşdır. O, "Afroditanın qolları"nı düzəltməyə çalışır. Bu iş prosesində o, xəyanətin ağrısını öz üzərində hiss edir, özünün səhvlərini başa düşür. Filmdə rolları Rafiq Əliyev, Olqa Zolotuxina, Muxtar Avşarov, Təvəkkül İsmayılov və Əliqulu Səmədov ifa edirlər. == Məzmun == Əgər insan münasibətlərindəki səmimiyyət aradan götürülərsə, bu münasibətlər pozularsa onları Afroditanın qolları kimi düzəltmək müşkül məsələdir. Filmin qəhrəmanı heykəltaraşdır. O, "Afroditanın qolları"nı düzəltməyə çalışır. Bu iş prosesində o, xəyanətin ağrısını öz üzərində hiss edir, özünün səhvlərini başa düşür.
I Gelasi (Roma papası)
I Gelasi (Gelasius; təq. 410, Afrika[d], Roma imperiyası – 21 noyabr 496 və ya 22 noyabr 496, Roma) — 492–496-cı illər pontifikatı, Roma papası. == Həyatı == I Gelasi Romanın 49-cu yepiskopu və ona bir müqəddəs kimi hörmət edən Katolik Kilsəsinin Papası idi. Onun papalığı 492-ci il martın 1-dən ölümünə qədər davam etdi. O, Afrika əsilli sonuncu papa idi.
Qəlbi ilə çəkən rəssam (film, 2011)
Qəlbi ilə çəkən rəssam — 2011-ci ildə Azərbaycanda istehsal olunmuş sənədli film. Film Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti, YUNESKO-nun incəsənət məsələləri üzrə fəxri prezidenti, Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı Tahir Salahova həsr olunmuşdur. "Yaddaş" Sənədli Filmlər Studiyasında çəkilmiş filmin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur. 2011-ci il oktyabrın 1-dən 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXII "Rossiya" açıq sənədli filmlər festivalında Azərbaycanı təmsil edəcək.