Yuva (Qəmərli)

Yuva — İrəvan xanlığının Qarnibasar mahalında kənd adı.[2] İrəvan quberniayasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[3] XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında çəkilir[4].

kənd
Yuva
39°55′51″ şm. e. 44°34′42″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Gərnibasar mahalı
Rayon Qəmərli rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Sahəsi
  • 15,56 km²
Mərkəzin hündürlüyü 830 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 3.752 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Yuva xəritədə
Yuva
Yuva
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1728-ci ildən mə’lumdur[5][6]. Rayon mərkəzindən 3 km məsafədə, Gərni və Vedi çaylarından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[7], Qafqazın 5 verstlik xəritəsində[8] qeyd edilmişdir.1950-ci ildə kənd Şaumyan adlandırılmışdır. Səlcuq Oğuzlarının Yivə (Ivə) tayfasının[9] adını əks etdirir. Azərbaycanda Evoğlu (Ağdam rayonu) (yə’ni "Yivə oğlu") kənd adı ilə mənşəcə eynidir. 1588-ci ilə aid mənbədə şimali Azərbaycanda Zəyəm nahiyəsində Yuvalı-Fəxralı (Temur Hasan da adlanırdı) elinin yaşadığı qeyd olunmuşdur[10][11]

Toponim ivə//yıva[12] oğuz tayfasının[13][14] adı əsasında əmələ gəlmışdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Şaumyan qoyulmuşdur.

Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlı yaşamışdır. 1828–30-cu illərdə Cənubi Azərbaycanın Xoy, Salmas vilayətlərindən ermənilər köçürülüb kənddə yerləşdirilmişdir. Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 33 nəfər, 1873-cü ildə 186 nəfər, 1886-cı ildə 161 nəfər, 1897-ci ildə 60 nəfər azərbaycanlı yaşamışdır.[15] 1905–1906-cı illərdə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
  3. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  5. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.
  6. Алиев Играр. Погребова М.И. Об этнических процессах в областях Восточного Закавказья и Западного Ирана в конце II- в начале I тыс. до н. э. Сб. "Этнические проблемы истории Центральной Азии в древности". М. 1981.
  7. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.49
  8. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.303
  9. Faruq Sümər. Oğuzlar. Bakı, 1992.
  10. Kirzioqlu F. 1593 ylde Osmanli vilaget tahrir defterlerende Gence-Karabag sancak lari; "ulus" ve "oymakleri". Sevic matbaasi. Ankara, 1979.
  11. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Јува // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  12. >yuvaİbrahim Bayramova görə
  13. Древнетюркский словарь, Л., "Наука", 1969. s.269
  14. Sümər Faruq. Oğuzlar, Bakı, "Yazıçı", 1992. s.334
  15. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.48–49, 128–129