Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qayaxan
Kayahan Açar (azərb. Qayaxan Açar‎; d. 29 mart 1949, İzmir, İzmir ili, Türkiyə – ö. 3 aprel 2015, İstanbul, İstanbul ili, Türkiyə) — Türk pop müğənnisi və bəstəkarıdır. Uşaqlıq və gənclik illərini Ankarada keçirən müğənni daha sonra İstanbula köçüb. İstanbuldan sonra uzun müddət Balıkesir-Göməçdəki İnta Sevgi kəndində Gecələr Prospekti və Mavilim Küçəsində yaşayəb. Bu kənddəki bütün prospekt və küçələr, Kayahanın mahnılarının adlarından ibarətdir. == Karyerası == Kayahan ilk olaraq məşhur müğənni Nilufərə verdiyi gözəl mahnılarla adını eşitdirməyə başladı. Nilufərin ifa etdiyi "Geceler", "Kar Taneleri", "Esmer Günler" mahnıları çox sevildi. Müğənni hazırladığı bütün albomları bir şüarla tanıdırdı.
Qaçağan
Qaçağan (Sarvan) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Qaçağan (Allahverdi) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi Tumanyan) rayonunda kənd. Qaçağan xalçaları — Azərbaycan xalçası. Qaçağan (dağ) — Qubadlı rayonunun şimalında dağ.
Qaraxan
Qaraxan və ya Qara xan: Qaraxan (Ağyaxa) — Türkiyənin Qars vilayətinin Ağyaxa rayonunda kənd. Qaraxan (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Qara xan (xaqan) — Türk mifologiyasında əfsanəvi xan. Qara xan (Talış xanı) — Talış xanı Cəmallədin Mirzə bəyin ən məşhur ləqəbi.
Qaraxan (Soyuqbulaq)
Qaraxan (fars. قره خان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 637 nəfər yaşayır (84 ailə). Əhalisini kürdlər təşkil edir.
Qaraxan Mirzəyev
Qaraxan Ağaxan oğlu Mirzəyev (28 yanvar 1951)—fizika-riyaziyyat elmləri doktoru, professor, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin riyazi analiz kafedrasının professoru. == Həyatı == Qaraxan Ağaxan oğlu Mirzəyev 28 yanvar 1951-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub.
Qaçağan (Allahverdi)
Qaçağan — Tiflis quberniyasının Loru mahalında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə, Daşbulaq çayının yaxınlığında, Dəvədaşı dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qaçağan türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Arevadzaq qoyulmuşdur.
Qaçağan (Marneuli)
Qaçağan — Gürcüstanın Aşağı Kartli bölgəsinin (Borçalı), Marneuli bələdiyyəsinin ərazisində, inzibati-ərazi vahidi və türkdilli əhali yaşayan kənd. == Tarixi == Qaçağan Cənubi Qafqazın qədim yaşayış məskənlərindən biridir. Kəndin 1 kilometrliyində yerləşən "Təkəli" kurqanında aparılan arxeoloji qazıntılar zamanı ibtidai icma qurluşu dövrünə aid qəbirlər və yaşayış məskəni, kiçik gil parçalardan bütöv antropomorfik qadın heykəlcikləri aşkar edilmişdir. Qaçağan kəndi yaxılığında aparılmış arxeoloji qazıntılar təsdiq edir ki, kəndin ərazisində hələ e.ə. II minillikdə yaşayış məskənləri olub. Tarixi mənbələr kəndin XII əsrdə Dəşti-Qıpçaq çölündən gəlmiş Qıpçaq tayfaları tərəfindən salındığını təsdiq edir. 1118-ci ildə Gürcü çarı Qurucu David Qaçağan ərazisini qıpçaq xanı Artıq xana yaxın şəxs sayılan Qaraçuxa Arslana iqta verildiyini təsdiq edir. 654–1116-ci illərdə indiki Qaçağan kəndi ərazisindəki yaşayış məntəqəsi Tiflis Müsəlman Əmirliyinin tərkibində olmuşdur. 1116-ci ildə ərazi Gürcü çarlığının tərkibinə daxil edilmişdir. 1460-cı ildə Ağqoyunlu dövlətinin bəylərbəyinə tabe edildi və burada Ağqoyunlu hakimiyyəti 1497-ci ilə qədər davam etdi.
Qaçağan (Sarvan)
Qaçağan — Gürcüstanın Aşağı Kartli bölgəsinin (Borçalı), Marneuli bələdiyyəsinin ərazisində, inzibati-ərazi vahidi və türkdilli əhali yaşayan kənd. == Tarixi == Qaçağan Cənubi Qafqazın qədim yaşayış məskənlərindən biridir. Kəndin 1 kilometrliyində yerləşən "Təkəli" kurqanında aparılan arxeoloji qazıntılar zamanı ibtidai icma qurluşu dövrünə aid qəbirlər və yaşayış məskəni, kiçik gil parçalardan bütöv antropomorfik qadın heykəlcikləri aşkar edilmişdir. Qaçağan kəndi yaxılığında aparılmış arxeoloji qazıntılar təsdiq edir ki, kəndin ərazisində hələ e.ə. II minillikdə yaşayış məskənləri olub. Tarixi mənbələr kəndin XII əsrdə Dəşti-Qıpçaq çölündən gəlmiş Qıpçaq tayfaları tərəfindən salındığını təsdiq edir. 1118-ci ildə Gürcü çarı Qurucu David Qaçağan ərazisini qıpçaq xanı Artıq xana yaxın şəxs sayılan Qaraçuxa Arslana iqta verildiyini təsdiq edir. 654–1116-ci illərdə indiki Qaçağan kəndi ərazisindəki yaşayış məntəqəsi Tiflis Müsəlman Əmirliyinin tərkibində olmuşdur. 1116-ci ildə ərazi Gürcü çarlığının tərkibinə daxil edilmişdir. 1460-cı ildə Ağqoyunlu dövlətinin bəylərbəyinə tabe edildi və burada Ağqoyunlu hakimiyyəti 1497-ci ilə qədər davam etdi.
Qaçağan xalçaları
Qaçağan xalçaları — Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları == Ümumi məlumat == Xalçanın adı Qazaxdan 50 km şimal-qərbdə müasir Gürcüstan ərazisində yerləşən Qaçağan yaşayış məntəqəsinin adından götürülmüşdür. Bu ərazidə etnik azərbaycanlılar məskunlaşmışdır. "Qaçağan" xalçaları "Borçalı" altqrupuna daxil olub Qazax rayonunda və ondan qərbdə yerləşən xalçaçılıq məntəqələrində eyni ad altında istehsal olunur. Əvvəllər burada hazırlanan xalçalar Qaçağan kəndindən 10km şərqdə yerləşən kəndin adı ilə "Muğanlı" adlanırdı. == Bədii analiz == "Qaçağan" xalçalarının ara sahəsinin kompozisiyası bir-birilə nazik boğazlıqla birləşmiş romb şəkilli göllərdən ibarətdir. Bu göllərin daxilində analoji formada kiçik ölçülü göllər yerləşir. Onların konturu boyunca bir sıra ilə xırda qarmaqlar keçir. Beləliklə, kiçik ölçülü göl sanki iri formaya qarışır. "Qaçağan" xalçalarının köbə zolaqları forma etibarilə Qazax xalçalarının köbəsi ilə üst-üstə düşür. == Texniki xüsusiyyətlər == "Qaçağan" xalçalarının ölçüsü, adətən, böyük olmur.
Qaraxan (Ağyaxa)
Qaraxan — Türkiyənin Qars vilayətinin Ağyaxa rayonunda kənd. Əhalisi 579 nəfərdir (2022).
Qacaran
Qacaran (erm. Քաջարան) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən respublika tabeli şəhər. Oxçuçayın sahilində yerləşən şəhər İrəvandan 356 km, Qafan şəhərindən 25 km, İran-Ermənistan sərhədindən isə 50 km uzaqlıqdadır. == Tarixi == Qacaranın da yerləşdiyi Sünik mərzində (tarixi Zəngəzur mahalı) aşkar edilən bütpərəst məbədləri e.ə 2-3-cü minillikdə bu ərazidə yaşayışın olduğunu göstərir. Metalın kəşf olunması isə Tunc dövrünə qədər gedib çıxır. === Zəngəzur mis-molibden zavodu === Qafan ərazisində 1850-ci ildə istifadəyə verilən ilk mis mədəni 1910-cu ilə kimi fəaliyyət göstərib. 1935-ci ildə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni nəhəng mis yataqlarının kəşf olunmasıyla Sovet hökumətinin diqqət mərkəzinə gəlmiş Qafanda 1940-cı ildə mədən və fabrikin tikintisinə başlanılmışdır. Lakin, İkinci dünya müharibəsinin başlaması ilə tikinti işləri 1944-cü ilə kimi ara vermiş, daha sonra yenidən başlayan tikinti işlərinin nəticəsində isə 1951-ci ildə «Zəngəzur mis-molibden zavodu» («Qacaran mis-molibden zavodu») istifadəyə verilmişdir. «Zəngəzur mis-molibden zavodu»nun tikintisiylə birlikdə Verin Hand və Oxçu kəndləri arasında yeni salınan şəhər öz adını yaxınlıqda yerləşən Qacaran adlı kənddən aldı. 1958-ci ildən etibarən Qacaran şəhəri respublika tabeli şəhər statusu daşıyır.
Qalağan
Qalağan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qaraman
Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır.
Qaraqan
Qaraqan (3 aprel 1987, Bakı) — azərbaycanlı polimat, repçi, musiqiçi, mahnı yazarı, bəstəkar, şair, yazıçı, jurnalist, sahibkar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibi. Hal-hazırda, 10 romanın (9 Azərbaycan, 1 rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. == Karyerası == Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir.
Qaraxaç
Qaraxaç — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 27 km məsafədə, Dibəkli dağının ətəyində, Çapan çayının sahilində, Vedi çayının sol axarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «böyük, hündür, uca» mənasında işlənən qara sözü ilə xaç sözü əsasında əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə dəyişdirilib Lusaşoğ qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 94 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən köçürülən ermənilər eyni zamanda burada yerləşdirilmişdir. 1831-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır.
Qarağan
Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.
Qoçaqan
Qıçatan
Qıçatan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 162 nəfərdir ki onunda 78 nəfəri kişi, 94 nəfəri qadındır.
Abaxan
Qalxan
Qalxan – ox, qılınc və başqa silahlardan qorunmaq üçün bir savaş vasitəsidir. Ən köhnə qalxanlar ağacdan düzəlirdi, lakin daha sonra dəmir, polad və başqa materiallardan da istifadə edilirdi. Müasir zamanda gülləkeçirməz şüşədən düzələn qalxanlara da rast gəlmək olar. Qalxanlar qədim zamanlarda meydana çıxmış, lakin son orta əsrlərdə zirehlərin təkmilləşdirilməsi və qılıncoynatmaların inkişafı səbəbindən onların əhəmiyyəti azalmışdır. Odlu silahların yayılması ilə qalxanlar tədricən döyüş əhəmiyyətini itirmişdir. Lakin sonrakı dövrdə Avropa ölkələrində dekorativ qalxanların istehsalına başlanılmışdır. (Bunlar orta əsr qalxanlarının bənzəri idi, lakin praktiki istifadə üçün nəzərdə tutulmamışdı - əsasən aristokratların qalalarında və saraylarında otaqların bəzədilməsinə xidmət edirdi). Birinci Dünya Müharibəsi zamanı, mövqe savaşı şəraitində, piyadaları qorumaq üçün yenidən metal qalxanlar geniş yayılmışdır. Son zamanlar hüquq-mühafizə orqanlarının xüsusi birləşmələrində küçə asayişi, kiçik hücum hərəkətləri və s. bərpa edilərkən qalxanlardan istifadə olunur.
Qazxan
Qazxan — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çərçiboğan kəndindən cənubda arxeoloji abidə. == Tarixi == Yaşayış yerinin ərazisi su kanalı ilə iki hissəyə bölünmüşdür. Yaşayış yeri düzənlikdə yerləşdirildiyindən sahəsi əkin yerinə çevrilmişdir. Mədəni təbəqənin dağılması nəticəsində keramika məmulatı yer səthinə dağılmışdır. Yerüstü materialların əksəriyyəti inkişaf etmiş və Son Orta əsrlər dövrünə aiddir. Onlar çəhrayı rəngdə bişirilmiş şirsiz, bəzən şirli qabların parçalarından ibarətdir. Lakin yaşayış yerinin yaxınlığında qədim nekropolun aşkar olunması bu ərazinin Son Tunc və Erkən Dəmir dövründən başlayaraq məskunlaş- dırıldığını təsdiq edir. Yaşayış yerini (e.ə. 2–1)-ci minilliklərə aid etmək olar.
Babaxan (Bicar)
Babaxan (fars. باباخان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (16 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Babaxan Məmmədbəyov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (1889, Axtı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü == Həyatı == Novorossiya İmperator Universitetində hüquq təhsil alıb. 1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsidir.[mənbə göstərin] Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. == Adı == İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur.
Babaxan Əmirov
Babaxan Babayev
Babaxan Əlövsət oğlu Babayev (10 fevral 1996, Aşağı Yaycı, Naxçıvan Muxtar Respublikası – 17 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babaxan Babayev 10 fevral 1996-cı ildə doğulub. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babaxan Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Babaxan Babayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babaxan Babayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hacıxan
Anbaq-i Hacıxan (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Təzəkənd-i Hacıxan (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.