Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşıxlı
Aşıqlı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Birinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd. İkinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd.
Qasımlı
Qasımlı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Adil Qasımlı
Qasımlı Adil Möhsün oğlu (12 mart 1938, Naxçıvan) — şair, publisist, SSRİ Yazıçılar İttifaqının üzvü(1978), SSRİ Jurnalistlər İttifaqının üzvü(1986), Əməkdar İncəsənət Xadimi (1989). == Həyatı == Adil Qasımlı 12 mart 1938-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhəri 2№-li orta məktəbi bitirib, Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. Təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinin ilk illərində Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Naxçıvan pedaqoji məktəbində və Naxçıvan Pedaqoji İnstitutunda müəllim işləmişdir. Sonra jurnalistlik fəaliyyətinə keçərək Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müvafiq ardıcıllıqla redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmışdır. Əsərləri və ərsəyə gətirdiyi televiziya verilişləri ilə milli ideyaların yayılmasına xidmət etməklə bərabər, müstəqillik uğrunda başlayan Azərbaycan Milli-Azadlıq Hərəkatında (1988–1991) aktiv mübarizə aparmışdır. == Yaradıcılığı == Gənclik dövrü sənət adamları üçün böyük sıçrayış və inkişaf dövrü kimi səciyyələnən ötən əsrin 60-cı illərinə təsadüf edən, yeni ruhlu şeirləri ilə görkəmli qələm ustalarının diqqətini özünə çəkən, ustad şair Adil Qasımlı müasir poeziyamızda əsərlərinin bədii-fəlsəfi yükü və özünün orijinal deyim tərzi ilə seçilib. Hələ sovet dönəmində "Azərbaycan", "Ulduz" kimi populyar bədii jurnallarda, "Ədəbiyyat və incəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri", "Bakı" və "Baku" , "Sovet Naxçıvanı", "Şərq qapısı", "Ağrıdağ", "Güney" kimi qəzetlərdə mütəmadi olaraq şeir, rəy, ədəbi-tənqidi və publisistik əsərləri müntəzəm olaraq dərc edilmişdir. "Oqni nad Araksom" ("Огни над Араксом"), Ukraynada nəşr olunan "Bakinski voqni" ("Бакинсъкi вогнi"), Türkiyədə çap edilən "Nəqş-i Cahan Naxçıvan" ("Nakş-ı Cihan Nahçıvan"), "Sabir poeziya günləri", "Araz", "Araz nəğmələri", və müəllifin şeirindən adını almış "Qoy tanısın dünya səni" ədəbi almanaxlarına şairin bir çox şeirləri daxil edilmişdir."Əllər" şeiri Azərbaycan poeziyasından seçmələr—"Ən yaxşı 101 şeir" kitabına daxil edilmişdir. "Pıçıltılar", "Biz görüşəndə", "Dağlar, qalalar, babalar", "Qaranquş ömrü", "Sənə dönərəm", "Salam, sevgi" kitabları çap olunmuşdur.
Aslan Qasımlı
Aslan Qasımlı Murtuz oğlu (Aslan Kənan. d.1952 Bakı, Azərbaycan) — == Həyatı == 1952-ci ildə Bakıda anadan olub. == Təhsili == 1969-cг ildə Bakıda 240 nömrəli orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun filologiya fakültəsinə daxil olub və 1973-cü ildə oranı bitirib. 1983-cü ildə AEA-nın Ədəbiyyat institutunun dissertantı olub. 1986-cı ildə elmi işini birtirib. 1991-ci ilin iyun ayından Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi işçi, şöbə müdiri və director müavini vəzifələrində işləyib. == Əmək əaliyyəti == 1973–1975-ci illərdə təyinatı üzrə Neftçala rayonu Qaçaqkənd kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib. 1975–1976-cı illərdə ordu sıralarında xidmət edib. Ordu sıralarından tərxis olandan sonra maarif sahəsində işini davam etdirib.
Aydın Qasımlı
Aydın Qasımlı (Mədətoğlu) — türkoloq, filologiya elmləri namizədi, dosent. == Həyatı == 1946-cı ildə Ordubad rayonunun Kələki kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini bitirmiş, elə həmin il Şərqşünaslıq fakültəsinin Elmi Şurasının zəmanəti ilə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunun (indiki M. Füzuli Adına Əlyazmalar İnstitutu) əyani aspiranturasına müsabiqə yolu ilə daxil olmuş, 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edərək "filologiya elmləri namizədi" alimlik dərəcəsi almışdır. 1980-ci ilə qədər Əlyazmalar Fondunda baş elmi işçi vəzifəsində çalışmış, 1980-ci ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna (indiki Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili müəllimi seçilmiş, 1993-cü ilə qədər orada əvvəl müəllim, sonra isə baş müəllim və dosent kimi "Azərbaycan ədəbi dili tarixi" və "Müasir Azərbaycan dili" fənlərindən dərs demişdir. 1993-cü ildə özü tərəfindən saxta hesab olunan ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum edilmiş, Avropa Şurası tərəfindən siyasi məhbus statusu aldıqdan sonra 2002-ci ildə dövlət başçısının əfv fərmanı ilə vaxtından əvvəl (8 il yarımdan sonra) azadlığa buraxılmışdır. Həbsdən sonra çoxsaylı şifahi müraciətlərinə baxmayaraq heç bir yerdə işlə təmin olunmamışdır. == Elmi və publisistik yaradıcılığı == Türk tarixi və mədəniyyəti, həmçinin fəlsəfi və milli-ideoloji mövzularda dəyərli əsərləri var və öz tədqiqatlarını davam etdirir. Yüzlərlə elmi, elmi-metodiki və publisistik məqalənin və 14 kitabın müəllifidir. 2006-cı ildən "Türküstan qəzeti"nin daimi yazarıdır. == İctimai-siyasi fəaliyyəti == 1980-ci illərin axırlarında Azərbaycanda formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur.
Azər Qasımlı
Azər Ağaqasım oğlu Qasımlı (31 mart 1975; Bakı şəhəri, Azərbaycan SSR) - azərbaycanlı ictimai-siyasi xadim, Respublikaçı Alternativ Hərəkatının sabiq sədr müavini, məclis başqanı, Partiya Təşkilat Komitəsinin koordinatoru və İdarə Heyətinin üzvü, Siyasi Menecment İnstitutunun təsisçisi, İdarə Heyətinin üzvü və sədri, siyasət elmləri üzrə fəlsəfə doktoru. == Həyatı == Azər Ağaqasım oğlu Qasımlı 1975-ci il martın 31-də Bakı şəhərində anadan olub. Atası Ağaqasım Qasımov geologiya üzrə elmlər namizədi, Azərbaycan Neft və Kimya İnstitutunun pedaqoqu, anası Şəfiqə Nəsrullayeva isə fioloq olub. Azər Qasımlı 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Bədii sənaye bölməsinə daxil olmuşdur. İncəsənət adamı ola bilməyəcəyini anlayaraq bir il sonra, 1994-cü ildə Sosial İdarəetmə və Politologiya İnstitutuna imtahan vermişdir. 1998-ci ildə həm İncəsənət İnstitutundan, həm də Sosial İdarəetmə və Politologiya İnstitutundan (fərqlənmə diplomu ilə) məzun olmuşdur. 2000-ci ildə İzmirdə Egey Universitetinin Türk dili və ədəbiyyatı bölməsində bir illik proqramını tamamladıqdan sonra 2001-ci ildə İstanbulda Mərmərə Universitetinin Beynəlxalq münasibətlər və siyasi elmlər bölməsinə daxil olan Azər Qasımlı, burada Əhməd Davudoğlundan dərs almış, "Vətəndaşlığın və siyasi sığınacağın hüquqi və siyasi əsasları" mövzusunda dissertasiyanı müdafiə etmiş və nəticədə magistr dərəcəsinə yiyələnmişdir. Ardınca isə o, 2009-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində “Azərbaycanda siyasi rejimin formalaşması” mövzusunda dissertasiya işini müdafiə etmiş və siyasət üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi almışdır. Evlidir. 3 övladı var.
Gülnar Qasımlı
Gülnar Səma, Gülnar Qasımlı (1986, Dondar Quşçu, Tovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitab, poema və monoqrafiya yazıçısı."Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının "Gündəlik Analitik İnformasiya Agentliyi"nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri. == Həyatı == Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib. === Təhsili === 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. == Fəaliyyəti == 2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində "Hədəf" hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Mirhəmid Qasımlı
Musa Qasımlı
Qasımlı Musa Cəfər oğlu (28 oktyabr 1957, Hamarkənd, Yardımlı rayonu) — azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor (1992), Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru (2016), AMEA-nın müxbir üzvü (2017),Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI çağırış deputatı. Musa Qasımlı 1957-ci il 28 oktyabrda Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi bitirmiş, həmin il Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1979-cu ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Yardımlı rayonunda işləmişdir. 1982–1985-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əyani aspiranturasında təhsil almışdır. Beynəlxalq münasibətlər tarixi üzrə ixtisaslaşmışdır. 1986-cı ildə namizədlik, ardınca doktorluq dərəcəsini müdafiə edərək tarix elmləri doktoru olmuşdur. 1986–1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında müəllim, baş müəllim, dosent, tarix fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır. BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur. 1992–1997-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr şöbəsində işləmişdir.
Muxtar Qasımlı
Muxtar Qasımlı (23 fevral 1993, Bakı – 2 oktyabr 2020, Füzuli rayonu) — Fitnes üzrə Azərbaycan çempionu, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Muxtar Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2009-cu ildə məktəbi bitirmişdir. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə Bakalavr təhsili almışdır. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülmüşdür. Subay idi. Fitnes üzrə Azərbaycan çempionatı — 2019 Muxtar Qasımlı 2013-cü ildə Gədəbəy rayonunun Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Məhərrəm Qasımlı
Məhərrəm Paşa oğlu Qasımlı (5 avqust 1958, Alakol, Tovuz rayonu) — Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri (03.03.2016-indi), AMEA Ədəbiyyat İnstitutunda şöbə müdiri, ədəbiyyatşünas, folklorşünas, şair. Məhərrəm Paşa oğlu Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirmişdir.(1975–1980) AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun "Şifahi xalq ədəbiyyatı və ədəbi abidələr" şöbəsinin müdiridir. 1992–2017-ci illərdə Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir. 1998–2017-ci illərdə isə müdafiə şurasının üzvü olmuşdur. Beşcildlik və oncildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin Baş Redaksiya şurasının üzvü, birinci cildin isə məsul redaktoru və əsas müəlliflərindən biridir. 2004-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur. 2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlamışdır və onun baş elmi redaktorudur. Eyni zamanda M. Qasımlı Beynəlxalq Folklor Fondunun (ABŞ) Azərbaycan təmsilçisi və "Milli Folklor" (Türkiyə) beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür.
Nemət Qasımlı
Qasımov Nemət Yusif oğlu (27 iyul 1972, Kiçik Qaramurad, Gədəbəy rayonu) — Aşıq məktəbində müəllim, Dünya incəsənət və musiqi ustası, beynəlxalq müsabiqələr laureatı, "Əməkdar mədəniyyət işçisi", Filologiya üzrə fəlsəfə doktoru, dosent. Qasımov Nemət Yusif oğlu 1972-ci il iyulun 27-də Gədəbəy rayonunun Kiçik-Qaramurad kəndində ziyalı ailəsində anadan olub. İsfəndiyar Rüstəmovun rəhbərliyi altında keçirilən “Gədəbəyin yazı, aşığın sazı” yaz bayramlarında dəfələrlə iştirak etmişdir. Gəncəbasar bölgəsi üzrə keçirilən “Telli saz” müsabiqəsinin qalibi olmuşdur. 4-cü sinifdə oxuyanda Demək olar ki, yaşının imkanı daxilində elə bir aşıq olmayıb ki, onun məclisində və ya şəxsən özüylə görüşüb sənət sirləri haqqında bilgilərini artırmasın. Bütün bölgələrə məxsus aşıq havalarını (Təbriz, Göyçə, Borçalı, Şirvan mühitləri) imkanı daxilində öyrənmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” ixtisası üzrə təhsil almışdır. ADMİU-nin “Tədris teatrı” şöbəsində musiqi rejissoru işləmiş, Bakıda ilk dəfə olaraq. Qara Qarayev adına 8 saylı musiqi məktəbində saz sinfini açmışdır. Çalışdığı ilk gündən bu günə qədər keçirilən bütün müsabiqələrdə onun şagirdləri həmişə I yerə layiq görülmüş və sazı ləyaqətlə təmsil etmişlər.Şagirdlərinin sayı 600 dən artıqdır.
Qasımlı (Ağdam)
Qasımlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Qasımlı (Gədəbəy)
Qasımlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qasımlı oyk., sadə. Ağdam r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarqar çayından 2 km. aralı* dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsi 1820-ci ildə Cənubi Azərbaycandan köçüb gəlmiş qasımlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır; Gədəbəy r-nunun İnəkboğan i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Hacıqasımlıdır. Yaşayış məntəqəsini təqribən XIX əsrdə Çobankərə (indiki Ermənistan ərazisində) kəndindən gəlmiş Hacı Qasım adlı şəxs saldığma görə belə adlanmışdır; Masallı r-nunun Yeddioymaq i.ə.v.-də kənd. Kəndin Qasımlı adlanması, Qasımın bu kəndə gəlişi ilə bağlıdır.
Qasımlı (Marneuli)
Qasımlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2002-ci il yanvar tarixinə olan məlumata görə 2921 nəfər 2014-cü ilin məlumatına görə isə kənddə yaşayanların sayı 2299 nəfərdir (1162 kişi,1137 qadın). Bürcəli Əsgərov — Azərbaycan aktyoru, Azərbaycan Respublikası əməkdar artisti.
Qasımlı (Masallı)
Qasımlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Kəndin Qasımlı adlanması, Səfəvi soyundan olan – Qasım Mirzə Toğrul oğlunun bu kəndə gəlişi ilə əlaqədardır. Əldə etdiyimiz Şəcərnamədən və arxiv sənədlərdən məlum olur ki, Qasım Mirzə Toğrul oğlu 1702-ci ildə Ərdəbildə anadan olmuşdur. Qasım Mirzə Toğrul oğlunun qardaşının adı – Tağı Mirzə Toğrul oğlu (1709-1766), əmisinin adı isə Hüseyn Hacı İsmayıl Mirzə oğlu (1681-1765) olmuşdur. Yazılı Mənbələrə və şifahi dildən-dilə keçən məlumatlara görə Qasımlı kəndinin ərazi vahidi kimi tanınması Qasımın bu əraziyə gəldikdən sonra, elmi-dini mədrəsə yaratması olmuşdur. Xorasan mənbələrinə əsasən demək olar ki, Səfəvilər dövləti süquta yetdikdən sonra yaranmış Əfşarlar dövlətinin banisi – Nadir şah Cavad kəndinin yaxınlığında tacqoyma mərasimindən sonra Səfəvilər nəslindən olanların yenidən hakimiyyətə gəlmələrindən narahat olaraq onlara divan tutmaq qərarına gəlir. Nadir şah – Aslan Mirzənin nəslindən olanların yaşamasından xəbər tutaraq, 1742-ci ilin sonlarında onları öldürmək üçün sui-qəsd hazırlatdırır. Sui-qəsdin olacağını anlayan Hüseyn, böyük qardaşının övladlarını nökərləri ilə birgə Talış xanının yanına yola salıb özü bir gün sonra üç oğlu ilə onların arxasınca Talış mahalına getmək üçün yola düşür. Yolda sui-qəsdçilərlə rastlaşır. Sui-qəsd nəticəsində Hüseyn sol qolundan yaralansa da qaça bilir.
Qasımlı (Sarvan)
Qasımlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2002-ci il yanvar tarixinə olan məlumata görə 2921 nəfər 2014-cü ilin məlumatına görə isə kənddə yaşayanların sayı 2299 nəfərdir (1162 kişi,1137 qadın). Bürcəli Əsgərov — Azərbaycan aktyoru, Azərbaycan Respublikası əməkdar artisti.
Qasımlı (Urmiya)
Qasımlı (fars. مبارك اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 447 nəfər yaşayır (93 ailə).
Rəşad Qasımlı
Rəşad Qasımlı (31 dekabr 1991, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı. Rəşad Qasımlı 1991-ci il 31 dekabr tarixində Bakı şəhərində anadan olub. 2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. HHQ qüvvələrinin N saylı aviasiya bazasında təyyarəçi vəzifəsində xidmətinə davam edir. Vətən müharibəsi zamanı SU-25 tipli hücum təyyarəsində döyüş uçuşları icra edərək, düşmənə məxsus canlı qüvvəni və texnikanı məhv etməklə Cəbrayıl, Füzuli, Xocavənd, Hadrut, Suqovuşan, Kəlbəcər kimi yaşayış məntəqələrinin azad edilməsində əməyi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Vüsal Qasımlı
Vüsal Əfras oğlu Qasımlı (7 aprel 1975, İmişli) — Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor. Vüsal Qasımlı 1975-ci il aprelin 7-də İmişli şəhərində anadan olmuşdur. İmişli şəhər 34 saylı məktəbi bitirdikdən sonra 1993-cü ildə ən yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olaraq ali təhsil alıb. Vüsal Qasımlının ikinci ixtisası Gürcüstan İctimai Əlaqələr İnstitutundan aldığı jurnalistika üzrə magistr dərəcəsidir. Vüsal Qasımlı 2009-cu ildə iqtisad üzrə fəlsəfə doktoru və 2017-ci ildə isə iqtisad elmləri doktoru alimlik dərəcəsini müdafiə etmişdir. 2013-cü ildə Vüsal Qasımlıya dosent və 2021-ci ildə isə Prezident yanında Dövlət idarəçilik Akademiyasının professoru elmi adları verilmişdir. Vüsal Qasımlı 2021-ci ildə Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində “İqtisadi artımın idarəedilməsi” mövzusunda rəhbər kadrların hazırlanması proqramı üzrə məzun olmuşdur. Vüsal Qasımlı 2022-2023-cü illərdə Oxford Universitetində "Strategiya və innovasiya üzrə" birillik proqramda oxuyaraq magistr səviyyəli “postgraduate” diplom almışdır. O, 2005-2007-ci illərdə ANS-Press Nəşriyyat Evinin prezidenti olmuşdur. 2007-2011-ci illərdə Avropa İttifaqı, Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JİCA) və bir sıra beynəlxalq qurumların həyata keçirdiyi layihələrdə çalışmışdır.
İldırım Qasımlı
İldırım Əvəzoğlu (tam adı:Qasımlı İldırım Əvəz oğlu) —pedaqoq,teatrşünas və jurnalist, YAP Sumqayıt təşkilatının təsisçilərindən biri, həmin təşkilatın sədr müavini və "Məslək" qəzetinin baş redaktoru. İldırım Əvəz oğlu Qasımlı 1 mart 1940-cı ildə Zəngəzur mahalının Ağudi kəndində anadan olmuşdur. İ.Qasımlı orta təhsilini başa vurduqdan sonra 1958-ci ildə APİ-nin tarix-filologiya fakültəsinə daxil olmuşdur. İ.Qasımlı 1967-1969-cu illərdə "Sumqayıt" qəzetində ədəbi işçi və məsul katib vəzifələrində çalışmışdır. O, görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru Yəhya Seyidovun rəhbərliyi ilə "Əli Vəliyevin romanları" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi adı alır. 1978-ci ildə "Əli Vəliyev" adlı monoqrafiyasını nəşr etdirir. İldırım Qasımlı atasını erkən itirdiyindən qardaşı və iki bacısı ilə birlikdə anasının himayəsində böyümüşdür. Onun anası xalça ustası Əsilxan Hümbətyar qızı idi. Raya Qasımova (Məhərrəmova) ilə ailə həyatı qurmuşdur. 2 qızı, 2 oğlu olmuşdur.
Sədaqət Qasımlı
Sədaqət Qasımlı — Türkoloq, filologiya üzrə fəlsəfə doktoru, dosent. Filologiya üzrə fəlsəfə doktoru dos. Sədaqət Ədürəhman qızı Qasımlı 1944-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1960-cı ildə Şəki şəhərinin 12 saylı orta məktəbini bitirərək, ADU-nun (indiki BDU) Şərqşünaslıq fakultəsinin Türk Filologiyası şöbəsinə daxil olmuş, 1965-ci ildə bitirmişdir. 1964-66-cı illərdə Azərbaycan EA. Əlyazmalar fondunda çalışaraq, 1967-ci ildə Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Aspirantura şöbəsinə daxil olmuş və oranı bitirdikdən sonra İnstitutun türk filologiyası şöbəsində işə başlamış, baş laborantlıqdan elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 1983-cü ildə akad. Həmid Araslının rəhbərliyi ilə “Haldun Tanerin bədii nəsri” adlı dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi dərəcəsini almışdır. Eyni adlı kitabı 1994-cü ildə çap etdirmişdir. O, türkiyə ədəbiyyatı nümunələrini Azərbaycanda yaymaq məqsədi ilə tərcümələr də etmişdir. 2005-ci ildə İsmət Bozdağın “Lətifə xanım Atatürkün həyat yoldaşı”, 2007-ci ildə Haldun Taner Hekayələr” və 2007-2008-ci illərdə qədim türk dastanı "Saltuknamə"nin I,II,III cildləri (B.Osmanova və E.Xəlilova ilə)çap olunmuşdur.
Heydər Qasımlı
Heydər İftar oğlu Qasımlı ( 18 yanvar, 1942,Qazax) Yazıçı-dramaturq, yüksək ixtisaslı mədəni-maarif işçisi,Yeni Azərbaycan Partiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ağköynək mədəniyyət evinin (1968-ci ildən), Qazax Tarix-Diyarşünaslıq Muzeyinin(1983-cü ildən), Qazax Dövlət Dram Teatrının(1991-ci ildən) direktoru, Göyəzən qəzetinin(1995-ci ildən) baş redaktoru. == Yaradıcılığı == Ədəbi yaradıcılığa 1960-cı ildə başlayıb. İlk hekayəsi Ata kölgəsi Azərbaycan gəncləri qəzetində dərc olunub. Heydər Qasımlının "Qızdərəyə gedən yol","Çörək ətri","Ata kölgəsi","Kibrit qutusu","Axtaran tapar","Nəfsin bəlası","Qarasaqqal" və s. kitabları nəşr olunmuşdur. Yazıçı "Gümüş kəmər","Qisas" romanlarını,"Gülnarə","Yurd yeri","Sarı ürgə","Tənha çinar","Nəfsin bəlası" povestlərini Azərbaycan ədəbiyyatına bəxş etmişdir. Ədəbiyyatımızda İ.Şıxlı dan sonra Cahandar ağa kimi kişilik obrazını yaradanlardan biri də məhz Heydər Qasımlıdır. Yazıçının son illərdə qələmə aldığı Qanlı papaq tarixi romandır. Bu roman Azərbaycanda feodal-bəy münasibətlərinin hökm sürdüyü və onun süquta uğradığı dövrləri əhatə edir. Süjet Kürqırağı kəndlərin birində cərəyan edən canlı hadisələr üzərində qurulmuşdur.
Mircəlil Qasımlı
Mircəlil Xəqani oğlu Qasımlı (19 mart 1992) — Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı. == Həyatı == 19 mart 1992-ci ildə anadan olub. "Bakı Məişət Maşınları" ASC-nin sədridir. O, işğaldan azad olunmuş rayonlardan birində xüsusi nümayəndəlikdə çalışıb. === İctimai-siyasi fəaliyyəti === 1 sentyabr 2024-cü ildə Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərində 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdür. 21 sentyabrda Konstitusiya Məhkəməsi tərəfindən keçirilmiş seçkilərin nəticəsi təsdiqlənmiş və Mircəlil Qasımlı Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. == Ailəsi == "Global Construction" MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kürəkənidir.
Mir Həmid Qasımlı