Qasımlı Mir Həmid Nazim oğlu (29 sentyabr 1994, Bakı – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Mir Həmid Qasımlı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 sentyabr 1994(1994-09-29) |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr 2020(2020-10-20) (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 2022 |
Mir Həmid Qasımlı 29 sentyabr 1994-cü ildə Bakı şəhərində anadan olub.[1]
2012-ci ildə 240 nömrəli orta məktəbi bitirib.[2]
Mir Həmid Qasımlı 2017-2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində hərbi xidmətə başlayıb başa vurmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Mir Həmid Qasımlı 2020-ci il sentyabrın 21-də könüllü olaraq təlimlərə qatılıb Sentyabr ayın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Cəbrayıl və Füzuli - Xocavənd rayonları istiqamətində döyüşmüşdür.
Mir Həmid Qasımlı 2020-ci il oktyabrın 21-də Füzuli uğrunda döyüşlər zamanı şəhid olub.
Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mir Həmid Qasımlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə,[3] 25.12.2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə , "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.