Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əl-Qabiz
Əl-Qabiz (ər. القابض) — Allahın adlarından biri. “Bəndələrini imtahan üçün sıxıntıya salan, ölüm anında onlara əmanət etdiyi canı geri alan” deməkdir.
Qabil
Qabil — Kişi adı və təxəllüs.
Qəbiz
Qəbizlik — Qəbizlik nadir və ya çətin bağırsaq hərəkətlərinə aiddir. Nəcislər çox vaxt sərt və quru olur. Digər simptomlar arasında qarın ağrısı, şişkinlik və bağırsaqların tam boşalmadığı hissi ola bilər. Qəbizliyin ağırlaşmalarına hemoroid, anal fissura və ya nəcisin tıxanması daxil ola bilər. Böyüklərdə bağırsaq hərəkətlərinin normal tezliyi həftədə üç dəfədir. Körpələr gündə üç-dörd dəfə, kiçik uşaqlar isə gündə iki-üç dəfə nəcis edirlər. Qəbizliyin bir çox səbəbi var. Ümumi səbəblərə nəcisin yavaş hərəkəti, bağırsaq sindromu və çanaq dibinin pozulması daxildir. Əsas müşayiət olunan xəstəliklərə hipotiroidizm, diabet, Parkinson xəstəliyi,, qeyri-qluten həssaslığı, kolon xərçəngi, divertikulit və iltihablı bağırsaq xəstəliyi daxildir. Qəbizliklə əlaqəli dərmanlara opioidlər, bəzi antasidlər, kalsium kanal blokerləri və antikolinerjiklər daxildir.
Qabil Abbasoğlu
Qabil Abbas oğlu Rüstəmov (16 dekabr 1968, Eyvazalılar, Jdanov rayonu) — 2008-2021-ci illərdə "Lent.az" informasiya agentliyinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Pressklub.az saytının baş redaktoru Qabil Abbasoğlu 1968-ci il dekabr ayının 16-da Beyləqan rayonunun Eyvazalılar kəndində dünyaya gəlib. 1975-1985-ci illərdə orta məktəbdə təhsil alıb. 1986-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutuna qəbul olub. 1992-ci ildə mühəndis-mexanik ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildən "Yeni Müsavat" qəzeti ilə əməkdaşlıq edərək, jurnalist fəaliyyətinə başlayıb. 1992-ci ildə AzərTAc-ın Gəncəbasar İnformasiya mərkəzinin baş redaktoru olub. 1993-cü ildən fəaliyyətini Bakıda - "Cümhuriyyət", "Müxalifət" və "Yeni Müsavat" qəzetlərində baş redaktorun müavini, şöbə redaktoru kimi davam etdirib. 2005-ci ilin yanvar ayına qədər "Yeni Müsavat", həmin ilin fevral ayında isə "Gün-səhər" qəzetlərində müvafiq olaraq, baş redaktorun müavini və baş redaktor kimi fəaliyyət göstərib. 2008-ci ilin iyun ayında Lent.az saytının rəhbəri vəzifəsinə təyin olunub. 2021-ci ildən Pressklub.az saytının baş redaktorudur.
Qabil Ağayev
Qabil Hüseynli
Qabil İsmixan oğlu Hüseynli və ya Qabil İsmixan oğlu Hüseynov (10 noyabr 1953, Seydimli, Mirbəşir rayonu) — Azərbaycan Demokratik İstiqlal Partiyasının sabiq sədri, Azərbaycanın sabiq dövlət müşaviri, fəlsəfə elmləri doktoru, professor. Qabil Hüseynli 10 noyabr 1953-cü il tarixində Mirbəşir rayonunun Seydimli kəndində anadan olmuşdur. Seydimli kənd orta məktəbində təhsil almışdır. 7-ci sinifdən etibarən Tərtər rayonunda nəşr olunan "Qızıl bayraq" qəzetinin Seydimli kəndi üzrə müxbiri olmuşdur. 9–10-cu sinifləri Cəmilli kəndindəki tam orta məktəbdə oxumuşdur. Qabil Hüseynli ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda almışdır. Qabil Hüseynli 1977-ci ildən Azərbaycan Politexnik İnstitutunun fəlsəfə və politologiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildə fəlsəfə elmləri namizədi, 1991-ci ildə isə fəlsəfə elmləri doktoru elmi adını almışdır. Qabil Hüseynli və Heydər Əliyev arasında səmimi dostluq münasibəti olmuşdur. Atası İsmixan Hüseynov İkinci Dünya müharibəsi iştirakçısı, baş serjant olmuşdur.
Qabil Hüseynov
Qabil İsmixan oğlu Hüseynli və ya Qabil İsmixan oğlu Hüseynov (10 noyabr 1953, Seydimli, Mirbəşir rayonu) — Azərbaycan Demokratik İstiqlal Partiyasının sabiq sədri, Azərbaycanın sabiq dövlət müşaviri, fəlsəfə elmləri doktoru, professor. Qabil Hüseynli 10 noyabr 1953-cü il tarixində Mirbəşir rayonunun Seydimli kəndində anadan olmuşdur. Seydimli kənd orta məktəbində təhsil almışdır. 7-ci sinifdən etibarən Tərtər rayonunda nəşr olunan "Qızıl bayraq" qəzetinin Seydimli kəndi üzrə müxbiri olmuşdur. 9–10-cu sinifləri Cəmilli kəndindəki tam orta məktəbdə oxumuşdur. Qabil Hüseynli ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda almışdır. Qabil Hüseynli 1977-ci ildən Azərbaycan Politexnik İnstitutunun fəlsəfə və politologiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildə fəlsəfə elmləri namizədi, 1991-ci ildə isə fəlsəfə elmləri doktoru elmi adını almışdır. Qabil Hüseynli və Heydər Əliyev arasında səmimi dostluq münasibəti olmuşdur. Atası İsmixan Hüseynov İkinci Dünya müharibəsi iştirakçısı, baş serjant olmuşdur.
Qabil Manafov
Manafov Qabil Nadir oğlu — Əməkdar müəllim (2011), professor. Manafov Qabil Nadir oğlu 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra D. Bünyadzadə adına AXTİ-nə (indiki ADİU) daxil olmuş və oranı 1974-cü ildə bitirərək iqtisadçı, siyasi-iqtisad müəllimi ixtisasını almışdır. 1974–1976-cı illərdə təyinatı üzrə Azərbaycan Dövlət Plan komitəsi nəzdində iqtisadçı vəzifəsində çalışmışdır. 1975-ci ildə ordu sıralarında xidmət etmişdir. 1976–1979-cu illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası nəzdində İqtisadiyyat İnstitutunun əyani aspirantı olmuşdur. 1982-ci ildə "Siyasi iqtisad" ixtisası üzrə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1980–1982-ci illərdə V. İ. Lenin adına APİ-da (indiki N. Tusi adına APU) "Siyasi iqtisad" kafedrasında laborant vəzifəsində işləmişdir. 1982-ci ilin noyabrından indiki dövrə qədər ADİU-nin "İqtisadi nəzəriyyə-2" kafedrasında çalışır. Bu dövrdə o, baş laborantdan başlamış, professor vəzifəsinədək yüksəlmişdir.
Qabil Mehdixanlı
Qabil Əzizulla oğlu Quliyev (d. 19 aprel 1949) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). Qabil Mehdixanlı 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. O, ilk təhsilini 8 illik kənd məktəbində, orta təhsilini Cəlilabad 1 saylı şəhər orta məktəbində almışdır. 1966-cı ildə orta məktəbin 10-cu sinfini bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxumuş və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək 1968-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Azərbaycanın xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinfində təhsil almışdır. Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində aktyor kimi çalışmışdır. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr də, bu təyinatla razılaşmayıb hərbi xidmətə yollanır və Moskvada "Mosfilm" kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət edir. O burada kütləvi səhnələrin çəkilişlərində iştirak edir, kaskadyorluq sənətinin sirlərinə yiyələnir. Bir ildən sonra hərbi xidmətini başa vurub vətənə dönür və taleyini Lənkəran Dövlət Dram Teatrına bağlayır.
Qabil Mehdiyev
Qabil Mehdiyev (tam adı: Qabil Sabir oğlu Mehdiyev; d. 1 may 1977, Naxçıvan, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti və Respublikanın Fəxri bədən tərbiyəsi və idman işçisidir. "Tərəqqi" medalı ilə təltif olunub. "Qızıl qələm" mükafatı laureatıdır. Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan İdman Jurnalistləri Federasiyasının sabiq prezidenti. 1977-ci il may ayının 1-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Ailəlidir. Bir qızı və bir oğlu var. 1984-cü ildə C. Məmmədquluzadə adına Nehrəm kənd 1 saylı orta məktəbinə daxil olub, 1994-cü ildə həmin məktəbi bitirib. 1994-cü ildə Bakı Sosial İdarətemə və Politologiya İnstitutuna (Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası adlanır) daxil olaraq, 1998-ci ildə həmin institutu politoloq ixtisası üzrə bitirib.
Qabil Orucəliyev
Qabil Quliyev
Qabil Əzizulla oğlu Quliyev (d. 19 aprel 1949) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). Qabil Mehdixanlı 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. O, ilk təhsilini 8 illik kənd məktəbində, orta təhsilini Cəlilabad 1 saylı şəhər orta məktəbində almışdır. 1966-cı ildə orta məktəbin 10-cu sinfini bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxumuş və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək 1968-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Azərbaycanın xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinfində təhsil almışdır. Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində aktyor kimi çalışmışdır. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr də, bu təyinatla razılaşmayıb hərbi xidmətə yollanır və Moskvada "Mosfilm" kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət edir. O burada kütləvi səhnələrin çəkilişlərində iştirak edir, kaskadyorluq sənətinin sirlərinə yiyələnir. Bir ildən sonra hərbi xidmətini başa vurub vətənə dönür və taleyini Lənkəran Dövlət Dram Teatrına bağlayır.
Qabil İmamverdiyev
Qabil Allahverdi oğlu İmamverdiyev (12 avqust 1926, Bakı – 4 may 2007, Bakı) — Azərbaycan Respublikasının xalq şairi (1992), 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976). Qabil İmamverdiyev 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944–1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975–1979) vəzifələrində işləmişdir. AYB Ağsaqqallar Şurasının sədri olmuşdur. Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir — "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinmişdir.
Qabil Əliyev
Qabil Əliyev (tarixçi)
Salvar Qamiz
Şalvar-qamiz — qadınlar tərəfindən geyilən və bəzi bölgələrdə, Cənubi Asiyada, eləcə də Orta Asiyada kişilər tərəfindən geyilən ənənəvi birləşmə paltarıdır. Şalvarlar, beldə atipik olaraq geniş, lakin əyri bir dibə qədər dar olan şalvarlardır. Belləri və ya elastik bir kəmərlə tutulur, bu da onların bel ətrafında ləkələnməsinə səbəb olur. Şalvar geniş və çantalı ola bilər, ya da qərəzdə olduqca dar ola bilər. Şalvarlar ənənəvi olaraq Şərqi Avropa, Qərbi Asiya, Orta Asiya və Cənubi Asiyanı əhatə edən geniş bir bölgədə geyindilər. Kameez uzun bir köynək və ya tunikdir. Yan tikişlər bel xəttinin altında açıq qalmışdır. Kameez ümumiyyətlə düz və düz kəsilir; yaşlı kameez ənənəvi kəsiklərdən istifadə edir; müasir kameezlərin Avropadan ilhamlanmış dəstləri daha çoxdur. Kameez Avropa tərzində yaxası, Mandarin yaxası ola bilər və ya yaxası ola bilməz; ikinci vəziyyətdə, qadın paltarı kimi dizaynı bir kurta bənzəyir. Qarışıq geyim bəzən salwar kurta, salwar kostyum və ya Punjabi kostyumu adlanır.
Qabil (şair)
Qabil Allahverdi oğlu İmamverdiyev (12 avqust 1926, Bakı – 4 may 2007, Bakı) — Azərbaycan Respublikasının xalq şairi (1992), 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976). == Həyatı == Qabil İmamverdiyev 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944–1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975–1979) vəzifələrində işləmişdir. AYB Ağsaqqallar Şurasının sədri olmuşdur. Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir — "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinmişdir.
Qabi (futbolçu)
Qabiel Fenandes Areal "Atletiko Madrid"in yarımmüdafiəçisi. Qabieli biz Qabi kimi də tanıyıyır.
Seh-Qabi
Seh Qabi — mərkəzi qərbi İranda yerləşən arxeoloji abidə. Abidə Kəngavər vadisində, Qodintəpənin 6 km şimal şərqində yerləşir.
Qabil Əliyev (riyaziyyatçı)
Qabil Qəribxan oğlu Əliyev — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Tətbiqi ritaziyyat şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. Əliyev Qabil Qəribxan oğlu 1935-ci il fevralın 18-də Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universisetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1963–1966-cı illərdə AMEA Riyaziyyat və mexanika institutunun aspirantı, 1966-cı ildə akademik A.A.İlyuşinin rəhbərliyi altında "Устойчивость нелинейно упругих армированных цилиндрических оболочек при натяжении связей" mövzusunda AMEA Riyaziyyat və Mexanika Elmi şurasında elmlər namizədi elmi dərəcəsini almaq üçün dissertasiyanı müdafiə etmişdir.1967–1979-cu illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktorantı olmuş və 1980-ci ildə "Теоретические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение" mövzusunda, akademik A.A.İlyuşinin rəhbərliyi altında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi şurasında doktorluq dissertasiyanı müdafiə etmişdir. 1961-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləyir..1985-ci ildən professordur. Hal hazırda Tətbiqi Riyaziyyat şöbəsinin müdiridir. 1957–1962-ci ildə Kirov adına Azərbaycan Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsi,tələbə 1963–1966-cı illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutu, aspiant 1967–1979-cu il Moskva Dövlət Universiteti, "Bərk Cisim" kafedrasında, doktorant 1966-cı il- Fizika-riyaziyyat elmləri namizədi.(20.02.01-Deformasiya olan berk cisim mexanikası) Dissertasiyanın adı: "Устойчивость нелинейно-упругих армированных цилиндрических оболочек при натяжении связей" 1980-ci il Moskva Dövlət Universiteti, fizika-riyaziyyat elmləri doktoru.(20.02.01-deformasiya olan bərk cisim mexanikasıeхanikası). Dissertasiyanın adı:"Теоритические основы гибких неметаллических труб на основе волокнистых структур и их приложение" 1985-сi il -mexanika ixtisası üzrə professor. •1961–1963-cü illərdə elmi işçi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda, 1967–1970-ci illərdə böyük elmi işçi. •1970–1992-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Kompozit mexanikası" şöbəsinin müdiri, •1992–2007-ci illərdə Türkiyənin Marmara Universitetinin və Niqde Universitetinin Fən-Ədəbiyyat Fakultəsinin professoru, •2007-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və mexanika institutunun "Tətbiqi Riyaziyyat"şöbəsinin müdiridir.
Qabil Əliyev (tarixçi)
Qabil Əli oğlu Əliyev (13 oktyabr 1956-cı il, Merdinli, Füzuli rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasın professoru, Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin İctimai elmlər kafedrasının müdiri. 1956-cı il oktyabrın 13-də Füzuli rayonu Merdinli kəndində anadan olmuşdur. 1962–1972-ci illərdə həmin rayonun Yuxarı Seyidəhmədli kənd orta məktəbində təhsil almışdır. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin əyani şöbəsində təhsil almış, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Tarixçi, tarix və ictimaiyyat müəllimi ixtisasını almışdır. "Bakı-Tiflis dəmir yolunun çəkilməsi və onun Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına təsiri (XIX əsrin 80–90-cı illəri)" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasını 21 may 1986-cı ildə müdafiə etmişdir "XIX-XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanda nəqliyyatın inkişafı" mövzusunda tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasını 19 iyun 2003-cü ildə müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 18 yanvar 1995-ci il tarixli qərarı ilə Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti elmi adı (diplom DY № 0621) verilmişdir. Bakı Dövlət Universiteti Elmi Şurasının qərarı ilə 11 may 2005-ci ildən Türk və Qafqaz xalqları tarixi kafedrasında professor vəzifəsində çalışır. 1977–1981-ci illərdə təyinatla Füzuli rayonu Yuxarı Seyidəhmədli kənd orta məktəbində tarix, ictimaiyyat müəllimi vəzifəsində işləmişdir 1981-ci ildən Azərbaycan Dövlət Universitetinin SSRİ tarixi (1917-ci il Oktyabr inqilabına qədərki dövr) kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1982–1985-ci illərdə universitetin aspiranturasında "Vətən tarixi" ixtisası üzrə təhsilini davam etdirmişdir.
Hüseynova Könül Qabil qızı
Ağbiz
Ağbiz — Azərbaycan Respublikasının Zəngilan rayonunun İsgəndərbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kənd Ağbiz dağının yamacındadır. Kənd əvvəllər Sofulu tayfasına məxsus olan eyniadlı qışlaq yerində salınmışdır. Ərazi öz adını Ağbiz dağının adından almışdır. VII əsrə aid mənbələrdə Albaniya ərazisində Aqbid adlı yaşayış məskəni yad olunur. 1933-cü ildə Zəngilan rayonu ərazisində iki Ağbis kənd adı qeydə alınmışdır.
Ağbiz dağı
Ağbiz — Zəngilan rayonu ərazisində dağ. Oronim ağ (burada dağ süxurlarının rəngini bildirir) və biz/bis/pis (dik, yüksəklik; şiş, çıxıntı; yuva, oyuq) komponentlərindən düzəlib, "ağ dağ" mənasını bildirir.
Fariz
Fariz — ad. Fariz Əhmədov (rejissor) — Azərbaycan rejissoru, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2020-ci ildən). Fariz İbrahimov — Ukrayna Silahlı Qüvvələrinin baş əsgəri Fariz Nəcəfov — Azərbaycanı təmsil edən karateçi Fariz Cəbrayılov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Fariz Yusifov — Azərbaycanlı futbol hakimi.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Qabon
Qabon (République Gabonaise) — Mərkəzi Afrikada dövlət. Paytaxtı Librevil şəhəridir. Fransanın keçmiş müstəmləkəsidir. Afrika qitəsində ən zəngin və stabil dövlət sayılır. Qabon ərazisində dünyada ən iri qalındərili tısbağa populyasiyası aşkar olunub. Qabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal olunur. 1471-1473 illərdə portuqallar Qabon sahillərinə çatdı. XVII VƏ XVIII əsrlərin başı Avropalılar zənci ticarətiylə birlikdə fil dişi və eboni ticarətinə yönəldi. 1843-cü ildə Fransa qəti olaraq Qabona yerləşdi. Şimal şərqdən gələn fransızlar yerli xalqı püskürdərək ərazini aldı.
Hafiz
Hafiz (ərəb. حافظ‎) — Quranı əzbər bilən şəxs. Qadın cinsindən olan insanlara hafizə deyilir. == Hədis == Hafiz ərəb dilində "əzbərləyən, mühafizə edən" mənasını verir. Mühəddislərə verilən ləqəblərdən biridir. Hədis elmində yüksək dərəcələrə çatmış şəxslərə verilir. Bu termin haqqında vahid tərf yoxdur. Cəmaluddin əl-Mizziyə görə hafiz bildiyi şəxslər bilmədiyi şəxslərdən çox olan şəxsdir. Bəzi hədisşünaslara görə, hafiz 100 min hədisi sənədləri ilə birlikdə əzbər bilən, hədislərin sənədlərini təşkil edən ravilərin tərcümeyi-hallarını, cərh və tədil baxımından hər biri haqqında verilmiş hökmləri bilən hədisçidir. == Həmçinin bax == Hədis == İstinadlar == == Xarici keçidlər == Hədis elmi.
Kabil
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kariz
Kariz — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,565 nəfər və 1,988 ailədən ibarət idi.
Pariz
Pariz və ya Bariz— İranın Kirman ostanının Sircan şəhristanının Pariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,527 nəfər və 1,231 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Cibal Bariz elindən ibarətdir, fars dilində danışırlar və şiəmüsəlmandırlar.
Gabud
Gabud — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Kəndin adı ilk dəfə XIII əsrdən xatırlansa da, ərazidəki tarixi abidələr onun daha da qədim olduğunu göstərir. Belə ki, kəndin əsası X əsrdən əvvəl qoyulmuşdur. Erməni mənbələrində kəndin adı Gyabut, Gyabud formalarında verilir. Kəndin adı Azərbaycan dilində «qayalıqda keçən yol», «uçurum», «daşlıq» mənasında işlənən gab sözünə -ud şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Kaput qoyulmuşdur.
Qaboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.