Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qanlı
Qanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalında kənd. Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin yaranması və ilk adı olan Qanlı sözünün mənası iki əsas mənanı kəsb edir. 1. "Dədə Qorqud" dastanını təşkil edən 12 Türk boylarından biri "Səlcuq" Türkərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. 2. Qanlı sözünün ikinci mənası isə deyilənlərə görə Qazax mahalından Göyçə mahalına gələn Qanlı Allahverdinin adı iıə bağlıdır. Qanlı Allahverdi kəndin himini salarkən bol sulu, münbit torpağa və eləcə də maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Qanlı Allahverdi kənddə özündən sonra məskunlaşan kənd sakinlərindən biri ilə dalaşaraq həmin adamı öldürmüşdü. O, qan tökdüyünə görə həmin gündən ailəsi ilə birlikdə kənddən köçərək Azərbaycanın Kəlbəcər rayonunun indiki Qanlı kəndinin bünövrəsini salmış və ömrünün sonuna qədər orada yaşamışdır.
Sallı
Sallı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 14 km şimal-qərbdə, «Səlim gədiyindən gələn çayın Dərələyəzdən Göyçəyə gedən magistral yolun üstündə» yerləşir. 1828-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Salçı kimi, Qafqazın 5 verstlik xəritəsində Sallı formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin ilk adı Sal formasında göstərilir. Toponim sal qədim türk etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «sal tayfasının yaşadığı yer» mənasını bildirir. Etnotoponimdir. Qurulşca düzəltmə toponimdir.1728-ci ildən mə’lumdur. Mənbədə qeyd olunur ki, kəndin əhalisi şiə (qızılbaş) olduğuna görə köçüb getmişdir. Sonra ora başqa elə məxsus azərbaycanlı ailələr və XIX əsrin əvvəllərində xaricdən gəlmə ermənilər məskunlaşmışlar. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
Yallı
Yallı — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biridir. 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Azərbaycanın güney bölgələrində "yallı"ya "halay" da deyilir guney Azərbaycanın qərbi Azərbaycan əyalətində jəlman da adlanır. (Al/Hal) kökündən törəmişdir. Birlik və atəş mənaları ehtiva edir. Monqol "halah" feli sərbəst buraxmaq, rahatlaşdırmaq mənalarına gəlir. Mançurca "hələ" feli də eyni anlama gəlir. Yallı (Halay), türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Kökləri miladdan əvvəlki dövrlərə gedən bir oyundur.
Çallı
Çallı (Zərdab) — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Çallı (Türkiyə) — Türkiyədə kənd. Yar Çallı — Tatarıstan Respublikasında yerləşən şəhər. Çallıbadyanlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Allı
Allı (Əhər) — İranda kənd. Allı (Allıçay) — Xocavənd rayonunda çay.
Ballı ayran
Ballı evkalipt
Eucalyptus melliodora (lat. Eucalyptus melliodora) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. Vətəni Avstraliyadır, cənub-qərbdə Kvinsistandan Viktoriyaya qədər alçaq dağətəyi zonalarda, dənizkənarı ətraflarda yayılmışdır Hündürlüyü 60 m-ə çatır. Qabığı pulcuqvari-pambıqvari və ya yarımlifli, rəngi yaşılımtıl-bozdur. Cavan yarpaqları üzbəüz, 3-5 cüt, saplaqlı, uzunsovdan ellipsvariyədək dəyişir, rəngi açıq göyümtül, uzunluğu 2-5 sm, eni 1,5-2,5 sm-ə çatır. İri yarpaqları – növbəli, ensiz və ya enli-neştərvari, saplaqlı, cod, uzunluğu 7-18 sm, eni 0,7-2,5 sm-dir. Çətirləri 3-6 çiçəkli, qoltuqda və ya uc süpürgələrdə toplaşır; çətirin uzunluğu 6-9 mm; qönçələri sancaqvari, uzunluğu 7-8 mm, diametri 5-6 mm; tozluqları bitişik, saplaqlara əyri bitişik, ensiz, uc məsamələrlə açılır. Meyvələri ayaqlarda, yarımşarşəkilli və ya təxminən şarşəkilli olub, diametri 5-7 mm, hamar, çox nazik diskli və xırda, batıq laylıdır. Vətənində sentyabr-fevral aylarında, Azərbaycanda iyul-avqustda çiçəkləyir. Əsasən çay kənarlarında, allivüal torpaqlarda, dəniz səviyyəsindən 150-600 m hündürlükdə, dağətəyi ərazilərdə yaxşı inkişaf edir.
Dönə yallı
Dönə yallı – Adətən çox halda qadınların, az halda isə kişilərin ifa etdikləri, ifa olunarkən – "yar dönə, dönə" - sözündən götürülən yallıda cavan oğlan sevgilisindən xahiş edir ki, ona tərəf dönsün. Qədim Azərbaycan xalq mahnısının musiqisi altında ifa olunan "Dönə yallı"da mahnısını yallıbaşı oxuyur. Beşiyi Naxçıvan Muxtar Respublikasının Şərur rayonu olan "Dönə yallı" Şərur Xalq Yallı kollektivinin repertuarında özünəməxsus yer tutmaqla inkişaf etdirilməkdədir.
Dördayaq (yallı)
Dördayaq – Ən qədim Azərbaycan yallırından biri. Yallının adı rəqsin əvvəlində ifaçıların yırğalanaraq dörd addım atmalarından götürülmüşdü. Şərur rayonunda yaranmış yallı sonralar daha geniş yayılaraq milli-mənəvi dəyərləri yaşadanların ən sevimli yallılarından biri olmuşdur. İştirakçılar çeçələ barmaqları ilə çiyinləri səviyyəsində bir-birindən tuturlar. Asta və sürətli hərəkətlərdən ibarət olan yallını həm qadınlar, həm də kişilər ifa edirlər. Naxçıvanın Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də onların əhatə etdiyi kəndlərin toy məclislərində və keçirilən mədəni-kütləvi tədbirlərdə ifa edilir.
Mallı Şıxlı
Mallı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Mallı Şıxlı kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Mallı Şıxlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin keçmiş adı Şıxlı Malı olmuşdur. Kəndin adı XIX əsrda Göyçay qəzasında şahsevən tayfa ittifaqına daxil olan 105 ailədən ibarət şıxlıların adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, şıxlı XIX əsrin ortalarında Muğandakı köçəri muğanlı tayfasının 275 şəcərəsindən birinin adıdır. Mallılar isə şıxlıların bir qolu idi. Yerli əhalinin məlumatına görə, kəndin sakinləri qara mal saxladığına görə kənd belə adlandırılmışdır. Kənd Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1646 nəfər əhali yaşayır. Kənddə Mallı Şıxlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Vinsent Qallo
Vinsent Qallo (ing. Vincent Gallo, 11 aprel 1961, Buffalo, Nyu-York ştatı) — ABŞ aktyoru, rejissoru, ssenaristi, prodüserü, operatoru və kinokompozitoru. Rejissorluqda "Buffalo-66" (1998) filmi ilə debüt edib. Nyu-York ştatının Buffalo şəhərində anadan olmuşdur. Valideynləri siciliya köçkünləri olmuşdur. Hər ikisi bərbər olaraq işləyirdi və atası sonra "qumarbaz" olmaq üçün təqaüdə çıxdı.
Xallı acıçiçək
Xallı acıçiçək (lat. Gentiana punctata) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Xallı arnebiya
Xallı arnebiya (lat. Arnebia guttata) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin arnebiya cinsinə aid bitki növü.
Xallı badyan
Xallı badyan (lat. Conium maculatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin badyan cinsinə aid bitki növü. Təbiətdə bu bitki Afrikada Əlcəzair, Mərakeş, Tunis və Efiopiya, Avropanın bütün ərazisində, Asiyada isə Türkiyədən Çinə qədər mülayim iqlimi olan ərazilərdə yayılmışdır. Hündürlüyü 100 sm qədər olan, çox vaxt mixəyiqırmızı ləkəli ikiillik ot bitkisidir. Gövdəsi çılpaq, düz budaqlı, xırda şırımlı içi boşdur. Aşağı yarpaqları saplaqlı, enli üçbucaqşəkillidir. Orta və yuxarı yarpaqları daha xırda və oturaqdır. Çox saylı çətirlərinin 12-20 sayda nahamar şüası vardır. Çiçəkləri ağ, meyvəsi 3 mm, dalğalı tinli yumru-kürəvaridir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Xallı bağrıqara
Xallı bağrıqara (lat. Pterocles burchelli) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Xallı danaayağı
Xallı danaayağı (lat. Arum maculatum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü.
Xallı kaftar
Xallı kaftar (lat.
Xallı maral
Xallı maral (lat. Cervus nippon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Xallı maral Şərqi Asiyanın-Rusiyanın dənizqırağından şimali Vyetnama və Yaponiyada yayılmışdır. Bu ərazilərdə təxminən 10 yarımnövü yaşayır. Hal hazırda Xallı Marallara İngiltərədə, Yeni Zellandiyada rast gəlmək olur. Erkəklərinin buynuzu 80 santimetrə çatır. Xallı Maralların çəkisi 80-130 kiloqrama çatır. Uzaq Şərqdə xallı Marallar enliyarpaq palıd meşələrində yaşayır. Onların hamiləlik dövrü 7.5 ay çəkir. Xallı marallar bir bala doğurlar.
Xallı qaratoyuq
Turdus pilaris (lat. Turdus pilaris) — qaratoyuq cinsinə aid heyvan növü.
Xallı qartal
Xallı qartal (lat. Clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Etimoloji cəhətdən, cinsin adı qədim yunan sözü olan "klangos"dan gəlir və qartal mənasını ifadə edir. Əvvəllər bu quşlar qartal cinsində təsnif olunmuşdur. Azərbaycan ərazisində bu cinsə mənsub iki qartal növü qeydə alınmışdır: Böyük xallı qartal və kiçik xallı qartal.
Xallı qonurqanad
Xallı qonurqanad, Boz qonurqanad, Qızılxallı qonurqanad (lat. Pluvialis squatarola) — Çovdarçılar fəsiləsinin qonurqanad cinsinə aid quş növü.
Xallı semiadaliya
Xallı semiadaliya (lat. Semiadalia notata Zalich.)-Qanadüstlüyü sarımtıl və ya qırmızı rəngdə olub, bir ümumi və hər qanadüstlüyündə 5 qara nöqtələri harmonik və simmetrik düzülüb. Qanadüstlüyü sarımtıl və ya qırmızı rəngdə olub, bir ümumi və hər qanadüstlüyündə 5 qara nöqtələri harmonik və simmetrik düzülüb. Bunlarda aydın görülən baş hissə yastılaşmış, azacıq da köndələn durmuşdur, qara mürəkkəb fasetli gözləri aydın görünür, alın hissə bir gözün həcmi böyüklüyündədir. Özünün isə böyüklüyü 4,5–5 mm-dir. Azərbaycanda sərt ekoloji stansiyalarda, təbii biosenozlarda və yoncalıqlarda yayılıb, müxtəlif növ mənənələrlə qidalanır. Şirvan, Gəncə, Qazax və Naxçıvan təbii zonalarında daha çox fərdləri var. Təbii biosenozlarda, eləcə də aqresenozlarda bunlara ən çox mayın sonu və iyunun axırında rast gəlinir. Yay və qış diapauzasını qidalandığı biosenozlarda, bükülmüş yarpaqların arasında və bəzən də ağacların çürümüş hissələrində keçirirlər. Qərbi Avropada, Qafqazda yayılmışdır.
Xallı südləyən
Xallı südləyən (lat. Euphorbia maculata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Anisophyllum maculatum (L.) Haw. Chamaesyce jovetii (Huguet) Holub Chamaesyce maculata (L.) Small Chamaesyce pseudonutans Thell. Chamaesyce supina (Raf.) H.Hara Chamaesyce supina (Raf.) Moldenke Chamaesyce tracyi Small Euphorbia depressa Torr. ex Spreng. Euphorbia jovetii Huguet Euphorbia maculata var. detonsa Engelm. ex Boiss. Euphorbia maculata var.
Xallı sünbülqıran
Xallı sünbülqıran və ya xallı torpaq dələsi (Spermophilus suslicus) — Şərqi Avropada yaşayan sincablar ailəsindən gəmirici növüdür. Yaşayış yerini itirməklə təhdid olunur. Xallı sünbülqıran, kürəyində ağ ləkələri və qısa, nazik bir quyruğu olan tünd-qəhvəyi xəzli sünbülqıran növüdür. Ölçüləri 25 santimetrə, çəkisi isə 280 qrama qədər olur. Diş formulu 1.0.2.3 1.0.1.3-dür. Sünbülqıran cinsinin bir çox digər növlərindən daha kiçik və daha az sosialdır. Belarus, Moldova, Polşa, Avropa Rusiyası və Ukraynada rast gəlinir. Təbii yaşayış yeri mülayim çöllər və becərilən yerlərdir. Yaşayış yerinin itirilməsi və parçalanması ilə təhdid olunur. Yaşayış sahələrinin itirilməsinə səbəb kənd təsərrüfatının və meşə təsərrüfatının genişlənməsi, otlaq sahələrinin azalması, şəhərlərin inkişafı və böyüməsi və sənaye inkişafıdır.
Xallı səhləb
Filippo Qalli
Filippo Qalli (it. Filippo Galli 19 may 1963, Monsa, Lombardiya) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Müdafiəçi kimi çıxış edib. O, daha çox Milan klubu ilə uzun və uğurlu oyunu ilə yadda qalıb. Karyerasının böyuk hissəsini keçirdiyi "Milan"da Barezi, Maldini, Kostakurta və Tassotti ilə birlikdə güclü müdafiə xətti formalaşdırıb. "The Immortals" və "The Invincibles" kimi tanınan "Milan"da məşqiçilər Arriqo Sakki və Fabio Kapello rəhbərliyi altında klubda keçirdiyi 15 mövsüm ərzində o, beş dəfə A Seriyası çempionluğu və üç dəfə UEFA Çempionlar Liqası titulunu qazanıb. Filipponun ilk komandası "Milan" olub. 1981–1982-ci illərdə "Milan"ın gənclər komandasında oynayıb, sonra isə 1982/83 mövsümünü icarə əsasında Peskarada keçirib. 1983-cü ildə Qalli Milana qayıdır və 1996-cı ilə qədər orada oynayır. Rossoneri ilə o, bir çox titullar qazanıb, 325 oyun keçirib və 4 qol vurub.
Dalli
Ualli
Ualli – Manna dövlətinin bizə məlum olan beşinci hökmdarı, hökmdar Ahşerinin oğlu. Ualli atası üsyançılar tərəfindən öldürüldükdən sonra hakimiyyət gəlmişdir. O, Ahşeridən fərqli olaraq Assurla olan münasibətləri qaydaya salmağa çalışmış, oğlu Erisinini və qızını Assur hökmdarına girov göndərdi. Buna cavab olaraq Aşşurbanipal Mannaya özünün sülh elçisini göndərmişdi. Aşşurbanapalın "B silindri"ndəki kitabəsində Uallinin hakimiyyətə gəlməsi haqqında deyilir: "[Aşşur və] İştar mənim hökmdarlığıma hörmət etməyən Ahşerini onun qullarının əlinə verdilər. Onun [ölkə adamları] ona garşı qiyam qaldırdılar və onun meyitini küçəyə atdılar.
Valli
Valley- Angilyanın paytaxtı.bu şəhərin 1.169 nəfər əhalisi var.
Qali
Qali (gürc. გალი, rus. Га́ли) və ya Qal (abx. Гал) – Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Qali bələdiyyəsində (qismən tanınmış Abxaziya Respublikasının Qali rayonu) şəhər. Müasir Qali ərazisi orta əsrlərdə Abxaziyada mövcud olmuş Samurzakan knyazlığının tərkibində idi.. Yerli tarixşünas Konstantin Maçavariani bu ərazi barədə yazmışdır: 1990-cı illərin əvvəllərində Qali şəhəri Gürcüstan-Abxaziya münaqişəsinin mərkəzində idi. 1989-cu ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 15,763 nəfər ibarət idi. Bunların 93,3%-i gürcü (meqrellər), 3,2%-i rus, 1,6%-i abxaz idi. 2003-cü ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi yalnız 7,169 nəfərdən ibarət idi. Əhalinin kəskin şəkildə azalmasının səbəbi Abxaziya müharibəsi zamanı və sonrası Abxaziyada gürcülərə qarşı olan etnik təmizləmə və digər demoqrafik dəyişikliklərdir.
Bulbophyllum crista-galli
Bulbophyllum membranifolium (lat. Bulbophyllum membranifolium) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum membranifolium növü Malayziyadan Filippinnə qədər yayılmışdır. Bulbophyllum badium Ridl. Bulbophyllum costatum Ames Bulbophyllum crista-galli Kraenzl. Bulbophyllum cryptophoranthoides Kraenzl. Bulbophyllum dagamense Ames Bulbophyllum insigne Ridl. Bulbophyllum maculosum Ames Bulbophyllum sanguineomaculatum Ridl. Bulbophyllum scandens Kraenzl. Phyllorchis maculosa (Ames) Kuntze Phyllorchis membranifolia (Hook.
Crataegus crus-galli
Mahmızlı yemişan (lat. Crataegus crus-galli) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Vətəni Şimali Amerikanın Şərq hissəsidir. Yemişanın bu növü 1656-cı ildən Rusiyada mədəni halda becərilir. Hündürlüyü 6-10 m-ə, eni 6-8 m-ə çatan, sallaq budaqlı, xoruzun mahmızına bənzər tikanları, enli-yumru, əyri, şaxəli çətiri olan kol və ya balaca ağacdır. Yarpaqları uzunsov, yumurtaşəkilli, uzunluğu 8-10 sm, eni 4-5 sm-ə qədərdir, ayanın üst səthi parlaq tünd-yaşıl, alt səthi açıq-yaşıl, kənarı sivridişlidir. Çiçəkləri ağ, diametri 2 sm-ə qədərdir, 15-20 ədəd olmaqla qalxan çiçək qrupuna yığılmışdır. Meyvələri al-qırmızı, çəyirdək meyvədir, sentyabrın üçüncü ongünlüyündə yetişir, bütün qış dövründə budaqların üzərində qalır. Payızda al-qırmızı şarşəkilli meyvələri və qırmızı, sarı yarpaqları bitkiyə çox dekorativ görünüş verir. Bitki quraqlığa, şəhər şəraitinə yaxşı dözür, soyuğa davamlı deyil.
Polylepis crista-galli
Polylepis crista-galli (lat. Polylepis crista-galli) — gülçiçəyikimilər fəsiləsinin polylepis cinsinə aid bitki növü.
Crocodylus halli
Crocodylus halli — əsl timsahlar sinfinin dümayəndəsi. Yeni Qvineyaya aid endemik canlı. Bu növə 1989-cu ildə Yeni Qvineyanın şimalında və cənubundakı timsahlar arasında açıq fərqləri görən Amerikalı zooloq Filip Hallın adı verilmişdir. Yeni Qvineya adasının cənub hissəsində yayılmışdır. Crocodylus halli nümayəndələri bataqlıqlarda, çaylarda, göllərdə və bəzən Papua Yeni Qvineyanın mərkəzi yüksəkliklərinin cənubundakı çaylarda, eləcə də Florida ştatının Sent-Oqastin şəhərindəki zooparkdan birində yaşayır. Müqəddəs Auqustin Alleqator Ferması Zooloji parkda daha əvvəl Yeni Qvineya timsahı hesab edilən üç timsah əslində yeni bir növ olduğu ortaya çıxır. Uzunluğu 3 m-dən çoxdur. Yeni Qvineya timsahlarından əsas fərqlər kəllə nisbətlərində və quruluşundadır. Quru mövsümün sonuna (iyul-noyabr) yaxın nəsil verən Crocodylus novaeguineae-dən fərqli olaraq, bu canlılar yağışlı mövsümdə (noyabr-aprel) çoxalırlar. Bundan əlavə Crocodylus halli Crocodylus novaeguineae-dən daha böyük yumurta qoyur..
Gilli səhra
Macronectes halli
Nəhəng Şimal fırtınaquşu (lat. Macronectes halli) — olduqca iri, yırtıcı, dəniz quşu. Fırtınaquşukimilər dəstəsinə (Procellariiformes), Fırtınaquşular fəsiləsinə (Procellariidae) daxil olan növ. Növ Avstraliyalı Qreqori Metyuson (ing. Gregory Mathews, 1876–1949) tərəfindən 1912 ildə qeydə alınmışdır. Nəhəng fırtınaquşu (Macronectes) cinsinə daxil olan iki növdən biridir. Əsasən Cənub okeanının Antarktida haqqında konvensiyada nəzərdə tutulan ərazidən şimalda yaşayır. Böyük mənada Nəhəng cənub fırtınaquşunun arealı ilə kəsişsədə nisbətən şimalda belə görülür, Nəhəng cənub fırtınaquşu ilə birlikdə öz fəsiləsinin ən iri quşlarıdır. Cənubi Georgiya ərazisində yuxa quran quşların dimdiyi 85–100 mm, qanadı 482–564 mm. Gözün ətrafı yetkin quşlarda parlaq-boz, yaşımtəl, cavan fərdlərdə qəhvəyi olur.