Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalmaqal
Qalmaqal (I mövsüm) — Qalmaqal teleserialının birini mövsümü. Qalmaqal (II mövsüm) — Qalmaqal teleserialının ikinci mövsümü. Qalmaqal (III mövsüm) — Qalmaqal teleserialının üçüncü mövsümü.
Qalmaqal (III mövsüm)
Qalmaqal teleserialının üçüncümövsümünün premyerası 3 oktyabr 2013-cü ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 17 aprel 2014-cü ildə efirə verilmişdir. Mövsüm on səkkiz seriyadan ibarətdir. Üçüncü mövsümdə də, Şonda Rayms serialın şouranneri olmağa davam etmişdir; mövsümün istehsalı ilə ABC Studios və ShondaLand Production Company birlikdə məşğul olmuşlar. Əvvəlki mövsümlər kimi də, üçüncü mövsümdə də seriyalar cümə axşamları 22.00-da efirə verilmişdir. Üçüncü mövsümdə də Oliviya Pouo və onun partyorları, həmçinin Ağ ev sakinlərinin süjet xəttləri inkişaf etdirilir. Üçüncü mövsümün əsas aktyor heyətinə on aktyor daxildir; bu rolların ifaçıları hamısı əvvəlki mövsümlərdə də çəkilmişdilər, yeddi aktyor isə ilk mövsümdən serialın aktyor heyətində qalmağa davam edir. Əsas rolun ifaçısı olan aktrisa Kerri Vaşinqton üçüncü mövsümdə aktyor işinə görə, Dram serialında ən yaxşı qadın rolu nominasiyasında NAACP Image Award mükafatına layiq görülmüş, Ekran Aktyorları Gildiyasının mükafatı, Qızıl qlobus mükafatı, Emmi mükafatına namizəd göstərilmişdir. 9 may 2014-cü ildə ABC telekanalı serialın dördüncü mövsümünün çəkiləcəyini açıqlamışdır. Üçüncü mövsümün əsas mövzuları Fitsin ikinci müddət üçün prezidentliyə seçilməsi, Atası İlay Poupun Oliviyanın həyatına qayıtmaq istəyi, anası Maya Lyuisin isə 20 il ərzində ölmüş hesab edilməsinə baxmayaraq sağ olması və terrorist kimi tanınmasıdır. Mətbuatın Oliviya və Fitsin münasibətlərindən xəbər tutmasından sonra bütün müştərilər Oliviyanın komandasından üz döndərirlər, şirkət ciddi maddi çətinlik qarşısında qalır və bu vəziyyətdən çıxış üçün komanda şübhəli nüfuza malik olan şəxslərlə işləməyə məcbur olur.
Qalmaqal (II mövsüm)
Qalmaqal teleserialının ikinci mövsümünün premyerası 27 sentyabr 2012-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, mövsümün final seriyası isə 16 may 2013-cü ildə efirə verilmişdir. Mövsüm iyirmi iki seriyadan ibarətdir. Şonda Rayms ikinci mövsümdə də serialın şouranneri olmuşdur; ABC Studios mövsümün istehsalını ShondaLand Production Company ilə birgə həyata keçirmişdir. İkinci mövsümün seriyaları ABŞ və Kanadada eyni vaxtda efirə verilmişdir. İkinci mövsümdə Ağ ev sakinləri və Oliviya Poupun şirkət işçilərinin süjet xəttləri inkişaf etdirilir. Serialın on nəfərdən ibarət aktyor heyətində ikinci mövsümdə dəyişiklik baş verir. Henri Yan Küsik şounu tərk edir, birinci mövsümdə ikinci plan rolları fa etmiş Coşua Malina və Bellami Yanq isə əsas aktyor heyətinə qatılmışdır. 10 may 2013-cü ildə telekanal serialın üçüncü mövsümünün çəkiləcəyini elan etmişdir. "Qalmaqal" serialının ikinci mövsümü iki əsas süjet xəttinə malikdir. Birinci süjet xətti sonuncu prezident seçkilərində yol verilən saxtalaşdırma ilə bağlıdır.
Qalmaqal (IV mövsüm)
Qalmaqal teleserialının dördüncü mövsümünün premyerası 25 sentyabr 2014-cü ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 14 may 2015-ci ildə efirə verilmişdir. Mövsüm iyirmi iki seriyadan ibarətdir. Dördüncü mövsümdə Şonda Rayms mövsümün şouranneri olmağa davam etmişdir; mövsümün istehsalı ilə ABC Studios, ShondaLand Production Company və The Mark Gordon Company birlikdə məşğul olmuşdur. 7 may 2015-ci ildə ABC serialın beşinci mövsümünün çəkiləcəyini elan etmişdir. Bu mövsümdə əsas rolları canlandırmış doqquz aktyorun hamısı əvvəlki mövsümlərdə də rol almış, onlardan altısı isə birinci mövsümdən serialın səkkiz əsas aktyoru sırasına daxil olmuşdur. Serial cümə axşamları 9:00 pm-də efirə verilmişdir ki, bu da əvvəlki mövsümlərin efirə verildiyi saatdan bir saat sonradır. Yeni efir vaxtı ShondaLand Production Company tərəfindən istehsal olunan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” adlı yeni teleserial üçün efir vaxtı yaradılması təyin edilmişdir. Mövsümün istehsalına iyul ayında başlanılmış, Rayms yazdığı tvitdə ssenaristlərin birlikdə çalışaraq ideyaları birləşdirməyə çalışdığını və mövsümün xəritəsini hazırladığını bildirmişdir. Dördüncü mövsümün çəkilişlərinə 28 iyul 2014-cü ildə start verilmiş və çəkilişlər 28 aprel 2015-ci ildə tamamlanmışdır. Dördüncü mövsüm tənqidçilər tərəfindən ümumi alqışla qarşılanmış və bir çoxları “çirkli” adlandırılmış üçüncü mövsümdən sonra serialın irəli aparılmasını dəyərləndirmişlər.
Qalmaqal (I mövsüm)
Qalmaqal teleserialının birini mövsümünün premyerası 5 aprel 2012-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuşdur; mövsümün final seriyası isə 17 may 2012-ci ildə efirə gedib. Ümumilikdə birinci mövsüm yeddi seriyadan ibarətdir. 11 may 2012-ci ildə ABC telekanalı serialın ikinci mövsümünün çıxacağını elan etmişdir. "Qalmaqal" teleserialının birinci mövsümündə izləyicilər Oliviya Poup (Kerri Vaşinqton) və onun tərəfdaşlarının böhran menecmenti firması, ABŞ Prezidenti Fitcerald Qrant (Toni Qolduin) və Ağ ev aparatının başçısı Sayrus Binlə (Ceff Perri) tanış olur. Mövsum Oliviyanın firmasının işçilərinin həyatına; Oliviyanın prezidentlə əlaqələrinə; keçmiş Ağ ev işçisi Amanda Tannerlə (Layza Vayl) bağlı sirrlərə; firmanın apardığı müxtəlif işlərə həsr olunmuşdur. Serialın birinci mövsümü tənqidçilər tərəfindən müsbət qarşılanmış, baş rolların afroamerikan aktyorlara verilməsi qeyd edilmişdir. İlk seriyalar xüsusilə tənqidçilərdən müsbət rəylər almışdır. Rəy aqqreqatoru Rotten Tomatoes 28 tənqidçinin rəyi əsasında mövsümü 89% təravətli 6.59/10 balla qiymətləndirmişdir. Saytın konsesusunda deyilir ki, "Qalmaqal, sevgi və işin ön planda olduğu sabun şou olsa da, darıxdırıcı deyil." Metacritic 29 tənqidçinin rəyi əsasında mövsümə 64/100 bal vermişdir.
Qalmaqal (V mövsüm)
Qalmaqal teleserialının beşinci mövsümünün premyerası 24 sentyabr 2015-ci ildə ABŞ-nin ABC telekanalında baş tutmuş, yekun seriya isə 12 may 2016-cı ildə efirə verilmişdir. Beşinci mövsümdə də serialın şourenneri Şonda Rayms olmuş, mövsüm ABC Studios və ShondaLand Production tərəfindən istehsal edilmişdir. Beşinci mövsümdə Oliviya Poup və onun böhran menecmenti firmasının hekayəsi davam etdirilir, Ağ ev administrasiyasında çalışanlar və ABŞ prezidentinin fəaliyyəti ilə bağlı məlumat verilir. Beşinci mövsüm on bir daimi aktyora malikdir ki, onların da hamısı əvvəlki mövsümlərdə iştirak etmiş, səkkizi isə birinci mövsümdən əsas rolda olmuşdur. Beşinci mövsümdə ikinci plan aktyorlar sırasına üç yeni sima daxil edilmişdir. Beşinci mövsüm də ShondaLand Production Companynin başqa bir layihəsi olan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” serialına yer açmaq üçün Cümə axşamı 9:00 pm-də yayımlanmışdır. 3 mart 2016-cı ildə ABC Qalmaqal serialının altıncı mövsümünün çəkiləcəyini elan etmişdir. "Qalmaqal" teleserialının beşinci mövsümündə izləyicilər Oliviya Poup (Kerri Vaşinqton) və onun tərəfdaşlarının böhran menecmenti firması, ABŞ Prezidenti Fitcerald Qrant (Toni Qolduin) və Ağ ev aparatının başçısı Sayrus Binin (Ceff Perri) birgə və bir-birinə qarşı fəaliyyətini izləyir. Mövsum növbəti ABŞ Prezidentinin seçilməsi üçün namizədlərin irəli sürülməsi və seçkiqabağı kompaniyalara həsr olunmuşdur. ABC telekanalı Qalmaqal serialının beşinci mövsümünün çəkiləcəyini 7 may 2015-ci ildə elan etmişdir.
Qalmaqal (teleserial, 2012)
Qalmaqal (ing. Scandal) — əsas rolunu Kerri Vaşinqtonun canlandırdığı ABŞ siyasi triller teleserialı.
Bronksda qalmaqal (film, 1995)
Bronksda qalmaqal (ing.Rumble in the Bronx çin. 紅番區) — film Ceki Çan ilə Anita Muinin baş rolları ifa etdiyi, döyüş-komediya janrında 1995-ci ildə çəkilmişdir. == Məzmun == Çinli Kyeonq (Ceki Çan) New-Yorkdakı toyunda dayısı Bill gilə (Bill Tanq ) gəlir. Bill əmi şəhərin cinayətkar bölgəsində — Bronksda yaşayır. Kyeonq qonşu əlil oğlan Danni (Morqan Lam) ilə görüşür və onunla dostluq edir. Əmi supermarketini Elina (Anita Mui) adlı bir qıza satır. Əminin dostu, müdirindən alınan təmir bəhanəsi ilə ona toy üçün antik bahalı bir maşın verir. Gecələr, əmi və Kyeonqun yaşadığı evin yaxınlığında park edilmiş bu avtomobil, yerli xuliqanların təşkil etdiyi yarışda motosikletli bir qız Nensi (Frankoise Yiprude) idarə edirdi, amma Kyeonq onlara müdaxilə edir və qız yarışı itirir.Bullies bədbəxtdir, amma polis onları dağıdır. Bill əmi evlənir və bal ayına gedir və Keyonq Elinaya kömək etmək qərarına gəlir. Eyni xuliqanlar eyni supermarketə gələrək bir neçə şeyi oğurlayarlar.
Qalmaqal (teleserial 2012-2018)
Qalmaqal (ing. Scandal) — əsas rolunu Kerri Vaşinqtonun canlandırdığı ABŞ siyasi triller teleserialı.
Bayraq qalmaqalı
Bayraq qalmaqalı — Azərbaycan və Türkiyə münasibətlərində 2009-cu ildə baş vermiş gərgin siyasi mərhələ. == Tarixi == Azərbaycan və Türkiyə arasında "Bayraq qalmaqalı" 14 oktyabr 2009-cu ildə Bursada keçirilən Türkiyə-Ermənistan milli matçı zamanı Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı FİFA baş katibi və təşkilat komitəsi sədrinin imzası ilə Türkiyə Futbol Federasiyasının baş katibi Əhməd Güvənərə göndərilən məktubun icrasından sonra başlanmışdır. Bursadakı matçdan sonra Azərbaycan və Türkiyə arasında münasibətlər gərginləşib. Azərbaycan da Bakıda türk əsgərlərinin abidəsindən Türkiyə bayrağını endirib. Türkiyə bununla bağlı Azərbaycana nota da vermişdir. Bakıdakı Şəhidlər xiyabanında 1918-ci ildə Bakının azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş türk əsgərlərin xatirəsinə 1999-cu ilə qoyulmuş abidənin ətrafından bayraqlar 2009-cu il oktyabrın 16-da götürülmüşdü. Dəmir bayraq dirəkləri kəsilib çıxarılmış, yerinə daş plitələr döşənmişdi. Bursadakı matçda baş verənlərlə əlaqədar olaraq Bursa valisi Şahabəddin Harput 24 oktyabrda keçirdiyi ayrıca mətbuat konfransında bununla bağlı açıqlama verərək bildirmişdir ki, Bursada Türkiyə-Ermənistan matçında Azərbaycan bayraqlarının yerə atılmasına görə bir amir (polis rəisi, yaxud rəis müavini vəzifələrinə uyğun gəlir) və 2 polis əməkdaşı haqda intizam araşdırmasına başlanıb, polislərdən biri işindən kənarlaşdırılıb. Harput demişdir ki, stadiona girişdə, nəzarət və aramalar əsnasında bəzi Azərbaycan bayraqlarının mətbuatda yer alan xoş olmayan görüntüləriylə bağlı valilikdə aparılan araşdırma artıq bitmişdir. Bunun üçün polisin özünün qeydə aldığı kamera görüntüləri, xəbərin yer aldığı 10 beynəlxalq telekanal, 3 yerli kanal, yerli və beynəlxalq mətbuat orqanlarında çıxan foto və xəbərlər incələnmişdir.
Outerqeyt qalmaqalı
Votergeyt qalmaqalı (ing. Watergate scandal) - Amerika Birləşmiş Ştatlarında cərəyan edən və prezident Riçard Niksonun istefası ilə nəticələnmiş siyasi skandal. Votergeyt, ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən otel və iş mərkəzinin adıdır. Qalmaqal otelin daxilində baş verdiyinə görə elə Votergeyt qalmaqalı və ya qısaca olaraq Votergeyt adlanmışdır. 17 iyun, 1972-ci ildə ABŞ Demokrat Partiyasının Vaşinqtondakı məşhur “Votergeyt“ otelində yerləşən qərargahında danışıqları dinləmək məqsədi ilə oraya dinləmə cihazları yerləşdirmək istəyən beş nəfər ələ keçirildi. Polislər onları ələ keçirəndə istintaq işləri başladıldı. Araşdırmalar zamanı hər beş şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu və bu məsələnin arxasında hakimiyyətdə olan Respublikaçılar Partiyasının dayandığı üzə çıxdı. 1972-ci il, iyun ayının 17-də Vaşinqtondakı “Votergeyt“ mehmanxanasında təhlükəsizlik əməkdaşı kimi çalışan Frank Vills gecəyarı qaraj və digər otaqları bir-birinə bağlayan pilləkənin arxasında qapının bağlanmasına mane olan bir neçə lent aşkar etdi. Əvvəlcə, o düşündü ki, bu xidmətçinin əməlidir və bunu təmizlik məqsədi ilə edib. Sonra bir necə mərtəbə yuxarı qalxıb, ətrafı yoxlayanda belə lentlərdən daha bir neçəsini gördü.
Uotergeyt qalmaqalı

Votergeyt qalmaqalı

Salmas
Salmas (fars. سلماس‎, az-əbcəd. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Saltaq
Saltaq (əvvəlki adı: Saltax) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Əlincə çayının sahilindədir. Saltax dağının ətəyindədir. Yaşayış məntəqəsi eyni adlı dağın adını daşıyır. dağın adı isə sal "hamar daş" və taq (dağ sözünün qədim forması) komponentlərindən ibarət olub. "sıldırım qayalı dağ" mənasındadır. Əhalisi 1680 nəfərdir.
Toshiba — Kongsberg qalmaqalı
Toshiba — Kongsberg qalmaqalı — 1987-ci ildə Yaponiyanın Toshiba korporasiyası və Norveçin Kongsberg şirkəti tərəfindən CNC dəzgahlarının Sovet İttifaqına qeyri-qanuni satışı ilə bağlı baş vermiş ticarət qalmaqalı. Dəzgahlar Sovet İttifaqına Çoxtərəfli İxrac Nəzarətləri üzrə Koordinasiya Komitəsinin (CoCom) üzv ölkələri tərəfindən komitə üzvləri arasında belə avadanlığın Şərq Bloku ölkələrinə ixracını qadağan edən daxili razılaşmanı pozaraq, Sovet İttifaqına satılıb. Satılan avadanlıq Sovet İttifaqı tərəfindən nüvə və ağır sənaye sahələrində, eləcə də sualtı qayıqlar üçün nəzərdə tutulmuş çox yüksək dəqiqliklə gəmi pərvanələrinin istehsalı üçün istifadə edilmişdir. Sovet İttifaqı tərəfindən avadanlıq alınması Soyuq Müharibə illərində Sovet İttifaqı Qərb ölkələrindən maliyyə resurslarına və lazım olan vaxta əhəmiyyətli dərəcədə qənaət edəcək ikili istifadə texnologiyaları əldə etmək üçün müxtəlif tədbirlər oxşar texnologiyaların və layihələrin müstəqil inkişafı üçün, həmçinin aparıcı Qərb ölkələri ilə texnoloji fərqi azaltmaq üçün gördü. 1970-ci illərin sonlarında ABŞ Hərbi Dəniz Rabitə Mərkəzinin əməkdaşı Con Uoker sovet kəşfiyyatçısı olmaqla sovet sualtı qayıqlarını aşkar etmək və izləmək üçün nəzərdə tutulmuş Amerikanın SOSUS sonar sistemi haqqında Sovet tərəfinə mühüm məlumat ötürdü. Pərvanələrinin yaratdığı səs-küy səviyyəsinə görə Amerikadan xeyli geri qalan sovet sualtı qayıqlarını effektiv şəkildə aşkar etməyə imkan verən ABŞ-ın SOSUS sisteminin mövcudluğu onların gizliliyi ilə bağlı ciddi problemlər yaradırdı. Alınan məlumatların nəticəsi olaraq, sovet tərəfi Qərb ölkələrindən konstruksiyasına başlanılan yeni nəsil sovet nüvə gəmiləri üçün daha səssiz, daha böyük pərvanə qanadları istehsal etməyə imkan verəcək avadanlıq almaq yollarını axtarmağa başladı.
Tramp-Ukrayna qalmaqalı
ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında 2019-cu ilin sentyabrında baş verən telefon danışığı ilə bağlı ABŞ-da baş verən siyasi qalmaqal — prezident Trampın qarşıdan gələn prezident seçkilərində əsas potensial rəqibinə qarşı ittiham materialları əldə etmək üçün səlahiyyətindən sui-istifadə etməsi ilə bağlı ittihamlarla əlaqələndirilir. 2020-ci il prezident seçkiləri, ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin Nümayəndə Demokrat Partiyası, Ukraynaya maliyyə və hərbi yardım göstərilməsi müqabilində. Amerika mətbuatında qalmaqal “Ukrainegate” adlandırıldı. 2019-cu ilin sentyabrında Amerika mətbuatında ABŞ Prezidenti Donald Tramp və onun şəxsi vəkili Rudi Culianinin may ayından avqust ayına qədər Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskiyə təzyiq göstərərək, onu fəaliyyətlə bağlı təhqiqatı yenidən açmağa inandırmağa çalışan nəşrlər çıxdı. Xüsusilə iyulun 25-də Tramp və Zelenski arasında telefon danışığı olub və Tramp şəxsən Zelenskidən Bayden ailəsinin korrupsiya əlaqələrinin araşdırılmasına kömək etməyi və nəticələrin ictimaiyyətə çatdırılmasını istəyib. onun nümayəndələri. Ukrayna hakimiyyət orqanlarına edilən təzyiqlər bu məlumatı əldə edən ABŞ kəşfiyyat cəmiyyətinin anonim əməkdaşının hesabatı sayəsində məlum olub. Milli Kəşfiyyat Direktoru bu faktı Konqresdən gizlətməyə çalışdı, baxmayaraq ki, mövcud qanuna görə hesabat Nümayəndələr Palatasının və Senatın kəşfiyyat komitələrinə baxılmalı idi. Alınan məlumatlara əsasən, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi 2019-cu il sentyabrın 24-də Trampın impiçmentindən əvvəl araşdırmaya başlayıb. ABŞ 2014-cü ilin fevralında hakimiyyətə gələn Ukrayna müxalifətini dəstəklədi və Krımın ilhaqı zamanı Ukraynanın tərəfini tutdu.
İran-Kontras qalmaqalı
İran–Kontras qalmaqalı və ya İrangeyt (Uotergeyt qalmaqalının adına bənzətmə) — 1986-cı ilin sonlarında üzə çıxan və Reyqan administrasiyasındakı bəzi qüvvələrin İrana qarşı tətbiq olunmuş embarqoya baxmayaraq bu ölkəyə silah satması və ABŞ Konqresinin qadağasına məhəl qoymadan əldə olunmuş vəsait hesabına Nikaraquada hakimiyyətə qarşı döyüşən kontras silahlılarını maliyyələşdirməsi ətrafında qızışan siyasi qalmaqal. Bu qalmaqal ciddi siyasi nəticələr doğurmadı və bu məsələ ilə bağlı olan bir çox faktlar hələ də açıqlanmamışdır. Qalmaqalla bağlı olaraq heç kim həbs edilmədi. Hətta bu əməliyyatın həyata keçirilməsində günahkar hesab olunan bəzi şəxslər sonradan ata və oğul Corc Buşların hakimiyyəti dövründə yüksək vəzifələrə təyin olunmuşlar. Onlardan ən məşhurları ABŞ-nin keçmiş müdafiə naziri Robert Geyts və 2001-2004-cü illərdə ABŞ-nin BMT-dəki səlahiyyətli nümayəndəsi, 2004-2005-ci illərdə İraqdakı səfiri, 2005-2007-ci illərdə ABŞ Milli Kəşfiyyatının direktoru və 2007-2009-cu illərdə Dövlət katibinin müşaviri olmuş Con Neqropontedir.
İranda karikatura qalmaqalı
Cənubi Azərbaycanda 2006-cı il etirazları, Xordad hadisələri və ya Milli Qiyam Günü — İran hökumətinin hakimiyyəti altında yaşayan Azərbaycan türklərinin İran hökumətinin rəsmi mətbuat orqanında təhqir olunmalarına qarşı etirazları nəzərdə tutulur. İran İslam Respublikası Xəbər Agentliyinə aid olan İran qəzetinin 12 may 2006-cı il tarixli həftəlik cümə əlavəsinin uşaq və yeniyetmələrə aid bölməsində Həşəratların bizləri həşəratlaşdırmaması üçün nə edək ? başlıqlı karikatura yayımlandı. Karikaturanın əvvəlində olan ilk şəkildə bir oğlan guya həşərat (tarakan) dilində həşəratdən soruşur: soosoo soosking sisko sooski sooskung (susk sözü farscada həşərat deməkdir). Cavabında isə həşərat belə cavab verir: Nəmənə ? (nəmənə Cənubi Azərbaycanda nə anlamına gəlir). Oğlan həşəratın danışığından heç nə başa düşmür və karikatura belə davam edir: Bu məzmuna görə "həşəratlarla sözlü müzakirə", yəni birinci üsul mənasız hesab edilir və hekayənin davamında növbə "zorakılığı özündə ehtiva edən şirin üsullar qaçınılmaz olur" hissəsinə gəlir. Bu hekayəyə görə bu şirin üsullar bunlardır: Hekayədə açıq-aşkar formada sərgilənən Türklük əleyhinə münasibət İranda 10 milyonlarla yerli Azərbaycan türklərinin qəzəbinə səbəb oldu. Türklərin yaşadığı çox şəhər, qəsəbə və kəndlərdə günlərlə davam edən və geniş kütlələrin iştirak etdiyi etiraz mitinqləri təşkil edildi. Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində çox sayda ölən və yaralananlar oldu.
Toshiba–Kongsberg qalmaqalı
Toshiba — Kongsberg qalmaqalı — 1987-ci ildə Yaponiyanın Toshiba korporasiyası və Norveçin Kongsberg şirkəti tərəfindən CNC dəzgahlarının Sovet İttifaqına qeyri-qanuni satışı ilə bağlı baş vermiş ticarət qalmaqalı. Dəzgahlar Sovet İttifaqına Çoxtərəfli İxrac Nəzarətləri üzrə Koordinasiya Komitəsinin (CoCom) üzv ölkələri tərəfindən komitə üzvləri arasında belə avadanlığın Şərq Bloku ölkələrinə ixracını qadağan edən daxili razılaşmanı pozaraq, Sovet İttifaqına satılıb. Satılan avadanlıq Sovet İttifaqı tərəfindən nüvə və ağır sənaye sahələrində, eləcə də sualtı qayıqlar üçün nəzərdə tutulmuş çox yüksək dəqiqliklə gəmi pərvanələrinin istehsalı üçün istifadə edilmişdir. == Sovet İttifaqı tərəfindən avadanlıq alınması == Sovet İttifaqı tərəfindən avadanlıq alınması Soyuq Müharibə illərində Sovet İttifaqı Qərb ölkələrindən maliyyə resurslarına və lazım olan vaxta əhəmiyyətli dərəcədə qənaət edəcək ikili istifadə texnologiyaları əldə etmək üçün müxtəlif tədbirlər oxşar texnologiyaların və layihələrin müstəqil inkişafı üçün, həmçinin aparıcı Qərb ölkələri ilə texnoloji fərqi azaltmaq üçün gördü. 1970-ci illərin sonlarında ABŞ Hərbi Dəniz Rabitə Mərkəzinin əməkdaşı Con Uoker sovet kəşfiyyatçısı olmaqla sovet sualtı qayıqlarını aşkar etmək və izləmək üçün nəzərdə tutulmuş Amerikanın SOSUS sonar sistemi haqqında Sovet tərəfinə mühüm məlumat ötürdü. Pərvanələrinin yaratdığı səs-küy səviyyəsinə görə Amerikadan xeyli geri qalan sovet sualtı qayıqlarını effektiv şəkildə aşkar etməyə imkan verən ABŞ-ın SOSUS sisteminin mövcudluğu onların gizliliyi ilə bağlı ciddi problemlər yaradırdı. Alınan məlumatların nəticəsi olaraq, sovet tərəfi Qərb ölkələrindən konstruksiyasına başlanılan yeni nəsil sovet nüvə gəmiləri üçün daha səssiz, daha böyük pərvanə qanadları istehsal etməyə imkan verəcək avadanlıq almaq yollarını axtarmağa başladı.
İran–Kontras qalmaqalı
İran–Kontras qalmaqalı və ya İrangeyt (Uotergeyt qalmaqalının adına bənzətmə) — 1986-cı ilin sonlarında üzə çıxan və Reyqan administrasiyasındakı bəzi qüvvələrin İrana qarşı tətbiq olunmuş embarqoya baxmayaraq bu ölkəyə silah satması və ABŞ Konqresinin qadağasına məhəl qoymadan əldə olunmuş vəsait hesabına Nikaraquada hakimiyyətə qarşı döyüşən kontras silahlılarını maliyyələşdirməsi ətrafında qızışan siyasi qalmaqal. Bu qalmaqal ciddi siyasi nəticələr doğurmadı və bu məsələ ilə bağlı olan bir çox faktlar hələ də açıqlanmamışdır. Qalmaqalla bağlı olaraq heç kim həbs edilmədi. Hətta bu əməliyyatın həyata keçirilməsində günahkar hesab olunan bəzi şəxslər sonradan ata və oğul Corc Buşların hakimiyyəti dövründə yüksək vəzifələrə təyin olunmuşlar. Onlardan ən məşhurları ABŞ-nin keçmiş müdafiə naziri Robert Geyts və 2001-2004-cü illərdə ABŞ-nin BMT-dəki səlahiyyətli nümayəndəsi, 2004-2005-ci illərdə İraqdakı səfiri, 2005-2007-ci illərdə ABŞ Milli Kəşfiyyatının direktoru və 2007-2009-cu illərdə Dövlət katibinin müşaviri olmuş Con Neqropontedir.
Düşvan (Salmas)
Deşvan (fars. دشوان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 269 nəfər yaşayır (49 ailə).
Gəbrabad (Salmas)
Gəbrabad (fars. گبراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 400 nəfər yaşayır (75 ailə).
Gələşin (Salmas)
Gələşin (fars. گله شين‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ yaşayış yoxdur.
Hacıcafan (Salmas)
Hacıcafan (fars. حاجي جفان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 458 nəfər yaşayır (87 ailə).
Sağ qalmaq
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Sağ qalmaq (teleserial)

Sağ qalmaq (film, 2006)
Soyuq ov (norv. Fritt Vilt) — Norveç istehsalı olan və rejissor Roar Uthauq tərəfindən çəkilmiş qorxu və triller filmidir. 2006-cı ildə premyerası baş tutmuş bu film müasir Norveç qorxu filmləri arasında ən yaxşılarından hesab olunur. Film eləcə də bir sıra ölkələrdə də nümayiş etdirilib. Beş norveçli gənc pasxa tətilini keçirtmək məqsədilə ölkənin şimalındakı dağlara üz tuturlar. Həm tətil həm də xizək sürməyi planlaşdıran gənclərin bu istəyi dostlarından birinin ayağının qırılması ilə yarımçıq qalır. Maşınlarında da uzaq düşən bu gənclər sığınacaq axtarmağa başlayırlar və tərk edilmiş köhnə bir otel tapırlar. Əvvəlcə hər şey qaydasında görünür. Hətta əylənməyə də başlayan gənclər sonradan başlarına gələcəklərdən xəbərsizdirlər. Oteldə bilmədikləri bir adam onları bir-bir pldürməyə başladığında artıq vəziyyət dəyişir.
Sağ qalmaq (teleserial, 2004)
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Qalaaral
Qalaaral (özb. G`allaorol) — Özbəkistanın Cizzəx vilayətində şəhər.
Sağ qalmaq 3 (film, 2010)
Soyuq ov 3 (norv. Fritt Vilt 3) Norveç istehsalı olan qorxu/triller filmidir. 2006 və 2008-ci illərdə uğurla nümayiş olunmuş Soyuq ov və Soyuq ov 2: Dirilmə filmlərinin davamıdır. Beş gənc xizək sürmək və tətillərini keçirtmək üçün Norveçin şimalındakı dağlara üz tuturlar. Lakin burada bilmədikləri sirr var. Naməlum qatil tərəfindən bir-bir öldürüləcək bu gənclər başlarına gələcək fəlakətdən xəbərsizdirlər. İda Marie Bakkerud / Hedda Kim S. Falk-Yorgqnsen / Anders Pal Stokka / Maqni Culie Rusti / Siri Artur Berninq a/ Saymen Sturla Rui / Knut Terce Ranes / Eynar Nils Conson / Con Hallvard Holmen / Bcorn Braz Trine Viggen / Maqni Braz Bu filmin çəkilişləri əvvəlki 2 filmdə olduğu kimi Norveçin şimalında olan Jotunheimen (Nəhənglərin Evi) dağlarında baş tutub. Filmin premyerası 15 oktyabr 2010-cu ildə Norveçdə keçirilib. Filmin rəsmi saytı (ing.) Soyuq ov 3 — Internet Movie Database saytında.
Sağ qalmaq 2: Dirilmə (film, 2008)
Soyuq ov 2: Dirilmə (norv. Fritt Vilt 2) Norveç istehsalı olan qorxu və kriminal janrlı filmdir. Rejissorunun Mats Stenberq olduğu bu film 2008-ci ildə işıq üzü görüb. Bu filmdə hadisələr qaldığı yerdən davam edir. Oteldə ikən hamını öldürməyə müvəffəq olan qatilin əlindən yalnız Yannike xilas olaraq xəstəxanaya gəlir. Eyni zamanda onu öldürdüyünü düşünən Yannike həqiqətdən xəbərsizdir. Çünki öldürdüyünü fərz etdiyi həmin qatil sağdı və qisas üçün yenidən yeni terrora başlayacaq. İngrid Bolso Berdal / Yannike Marthe Snorresdotter Rovik / Kamilla Kim Wifladt / Ole Fridtjov Saheim / Herman Cohanna Mork / Audlild Mats Eldoen / Sverre Run Melbi / Dağda yaşayan adam (qatil) Bu filmin DVD versiyası Shout! Factory tərəfindən 23 aprel 2013-cü ildə satışa çıxarıldı. Filmin rəsmi saytı (ing.) "Soyuq ov 2: Dirilmə" — Internet Movie Database saytında.
Qaxmuğal
Qaxmuğal — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Qaxmuğal kəndində milli tərkibi muğallardan ibarət 95 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik Azərbaycan Türkləri muğallardan ibarət hər iki cinsdən toplam 1090 nəfər əhali yaşayırdı. Qaxmuğal oyk., miir. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Kəndin adı Qax şəhərinin adından və muğal etnonimindən ibarətdir. XIII əsrdə monqollann (yaxud muğalların) içərisində Azərbaycana gəlmiş türkdilli tayfaların müəyyən hissəsi Qax ərazisində məskunlaşdıqdan sonra ətrafda yaşayan avarlar onları və o cümlədən yerli azərbaycanları ümumi adla muğal adlandırmışlar. Sonralar muğal adı həmin r-ndakı bütün azərbaycanlara şamil edilmişdir.
Qalagah
Qalagah (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Qalagah (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qalagah — Dəvəçi rayonunun Kuybişevkənd inzibati ərazi vahidində kənd.
Qalağan
Qalağan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qaxmuğal məscidi
Qaxmuğal məscidi — Azərbaycanın Qax rayonunun inzibati mərkəzində yerləşən tarixi-memarlıq abidəsi. Məscid yerli əhalinin Qaxmuğal adlandırdığı məhəllədə yerləşir. İlisu sultanı və Şəki bəylərbəyi II Əli Sultan bəyin əmri ilə 1740-cı ildə inşa olunduğu məlumdur.