Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qantəmir
Qantəmir Qafur— Azərbaycanlı maarif xadimi, pedaqoq. Əlixan Qantəmir—Azərbaycan Xalq Cümhuriyyəti diplomatı, Azərbaycan Milli Şurasının üzvü.
Qantəmir Qafur
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu, Göyçay qəzası – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914), Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir. == Həyatı == 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub. Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır.
Əlixan Qantəmir
Əlixan Qadoeviç Qantəmir (9 may 1886 – 16 aprel 1963, Münxen, Bavariya, Qərbi Almaniya) — Qafqaz Dağlılarının İttifaq Şurasının üzvü, Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının Azərbaycan Xalq Cümhuriyyətində diplomatik nümayəndəsi, Zaqafqaziya Demokratik Federativ Respublikasının xarici işlər nazirinin müavini, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü. == Həyatı == Əlixan Qantəmir 1886-cı ildə Diqorada müsəlman osetin ailəsində doğulmuşdur. Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. Aprel işğalından sonra tutulsa da, əvvəlcə Gürcüstana, daha sonra isə Türkiyəyə (1921) qaçdı. 1938-ci ildə Sovet səfirliyinin təzyiqi ilə Türkiyə vətəndaşlığından çıxarılaraq ölkədən qovulmuş və Almaniya köçmüşdür. 1963-cü ildə Münhendə vəfat etmiş və orada dəfn olunmuşdur. == Siyasi faəliyyəti == Fevral inqilabından sonra Qarsda yerli hökumət qurulmuş, sırayla erməni, türk, yunan bir həftəlik Qars şəhərinin valisi olurdu. Türklər adından vali Əlixan Qantəmir seçilmişdir. Bu dövrdə Qarsda Bakı İslam Xeyriyyə Cəmiyyəti vəkili kimi fəaliyyət göstərmişdir. 1917-ci ildə Zaqafqaziya Komissarlığının Qars vilayətindəki komissarı olmuşdur.
Dmitri Kantemir
Dmitri Konstantinoviç Kantemir rum. Dimitrie Cantemir; 26 oktyabr 1674[…], Dmitriye-Kantemir[d] – 21 avqust (1 sentyabr) 1723[…], Dmitrovsk[d], Kiyev quberniyası) — Rusiya və Moldov dövlət xadimi. == Həyatı == Dmitri Kantemir moldav hakimi Konstantin Kan Temirin (1627–1693) oğlu idi. 22 il İstanbulda yaşamışdı. Burada diplomatik missiyanı yerinə yetirirdi. Bu zaman ərzində türk dilini gözəlcə öyrənmiş, bu xalqın mədəniyyətinə, ədəbiyyatına və tarixinə bələd olmuşdu. Öz zəmanəsinin yaxşı təhsil görmüş bir adamı idi. İstanbulda, həm də "Patriarx məktəbi"ndə təhsil almışdı. Bu məktəb əski Vizantiya ənənələrini hifz etmiş məktəb-təhsil ocağı idi. Beləliklə, türk dilini bilən, ərəb və fars dillərinə də aşina olan Kantemir həm də yunan-latın təlimi almışdı.
Əli xan Qantəmir
Əlixan Qadoeviç Qantəmir (9 may 1886 – 16 aprel 1963, Münxen, Bavariya, Qərbi Almaniya) — Qafqaz Dağlılarının İttifaq Şurasının üzvü, Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının Azərbaycan Xalq Cümhuriyyətində diplomatik nümayəndəsi, Zaqafqaziya Demokratik Federativ Respublikasının xarici işlər nazirinin müavini, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü. == Həyatı == Əlixan Qantəmir 1886-cı ildə Diqorada müsəlman osetin ailəsində doğulmuşdur. Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. Aprel işğalından sonra tutulsa da, əvvəlcə Gürcüstana, daha sonra isə Türkiyəyə (1921) qaçdı. 1938-ci ildə Sovet səfirliyinin təzyiqi ilə Türkiyə vətəndaşlığından çıxarılaraq ölkədən qovulmuş və Almaniya köçmüşdür. 1963-cü ildə Münhendə vəfat etmiş və orada dəfn olunmuşdur. == Siyasi faəliyyəti == Fevral inqilabından sonra Qarsda yerli hökumət qurulmuş, sırayla erməni, türk, yunan bir həftəlik Qars şəhərinin valisi olurdu. Türklər adından vali Əlixan Qantəmir seçilmişdir. Bu dövrdə Qarsda Bakı İslam Xeyriyyə Cəmiyyəti vəkili kimi fəaliyyət göstərmişdir. 1917-ci ildə Zaqafqaziya Komissarlığının Qars vilayətindəki komissarı olmuşdur.
Qantəmir Qafur Səbi oğlu
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu, Göyçay qəzası – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914), Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir. == Həyatı == 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub. Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır.
Qaziemir
Qaziemir (türk. Gaziemir) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin qərbində və şimalında Qarabağlar, şərqində Buca, cənubunda isə Menderes ilçeleri yerləşir. İlçənin sahəsi 70 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 137,808 nəfərdir.
Tuğçe Kandemir
Tuğçe Kandemir (23 fevral 1996, Mersin) — Türkiyə müğənni-söz yazarı və ədəbiyyat müəllimi. Sevgi və kədər ilə bağlı mahnıları ilə tanınır. O, 8 yaşından musiqi ilə maraqlanmağa başlayıb. Mersin Universitetini ədəbiyyat müəllimi kimi bitirib. O, təyinat gözləyərkən yaşadığı ayrılıq ağrısından sonra ifadə etdiyi "Bu Benim Öyküm" mahnısı internetdə yayıldıqdan sonra məşhurlaşıb. Bundan sonra bir prodüser şirkəti ilə müqavilə bağlamış və mahnıya klip çəkilmişdir. "Bu Benim Öyküm" 100 milyon baxışa çatmış və ilin ən yaxşı mahnısı olmuşdur. Daha sonra ifa etdiyi "Gülü Soldurmam", "Yalan" və "İçimdeki Sen" (Bilal Sonses ilə birlikdə) mahnıları da 100 milyon baxış sayını keçmişdir. Tabii platformasının "Üniversdeli" serialında qonaq rol almışdır. == Həyatı və karyerası == 1 yanvar 1996-cı ildə Mersində doğulub.
Gaziemir
Qaziemir (türk. Gaziemir) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin qərbində və şimalında Qarabağlar, şərqində Buca, cənubunda isə Menderes ilçeleri yerləşir. İlçənin sahəsi 70 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 137,808 nəfərdir.
Qantəpər
Qantəpər (lat. Cephalaria) – dipsacaceae fəsiləsinə aid bitki cinsi. Qantəpər təbii halda Azərbaycanda geniş yayılmış dərman bitkisidir.Qantəpərin növlərinin əksəriyyəti sarı rəngli, xoşa gələn çiçəkləri olan çoxillik ot bitkisidir. Qantəpərin dünyada 60 növünə təsadüf olunur ki, onun da 12-si Azərbaycanda bitir. Respublikamızda ən çox yayılmış qantəpər növləri Nəhəng qantəpər, Koçi qantəpəri və Naxçıvan qantəpəridir. Bu bitkilər Culfa, Şahbuz, Gədəbəy, Daşkəsən, Göygöl, Laçın, Kəlbəcər, Şuşa, Zaqatala, Şəki, Quba, Dəvəçi, Şamaxı, İsmayıllı və Lənkəran rayonlarında geniş yayılmışdır. Bitkinin çiçək və köklərindən xalq təbabətində geniş istifadə olunur. Bitkinin çiçəklərindən dəmləmə (çay) şəklində qədimdən bəri soyuqdəymədə, daxili qanaxmalarında və eləcə də ürək-damar və böyrək-sidik yolu xəstəliklərində istifadə olunur. Çox güman ki, bitkiyə qantəpər adı da məhz bu səbəbdən verilmişdir.
Nəhəng qantəpər
Nəhəng qantəpər (lat. Cephalaria gigantea) — qantəpər cinsinə aid bitki növü. Hündürlüyü 150–200 sm, gövdəsi düzduran, şırımlı, çılpaq və ya qısa tüklü, aşağı hissədə aşağı yönəlmiş sərt tüklərlə sıx örtülü, adətən yuxarı hissədə budaqlanan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları qarşı-qarşıya düzülmüşdür, sadədir, liraşəkilli-lələkvari bölünmüşdür; seqmentlər yarpaq oxuna tədricən birləşmiş, uzunsov-neştərşəkilli və ya uzunsov-ovaldır, kənarları sivri iri-mişarvaridir, üst tərəfdən çılpaq, tünd-yaşıl rəngli, alt tərəfdən sıx tüklü və ya demək olar ki, çılpaqdır, yuxarı seqmenti yandakı seqmentlərdən azacıq iridir. == Çiçək == Başcığın diametri 3–4 sm-dir, uzanmış çiçək oxu üzərində təkdir; kənar çiçəklər başcıqda çoxalmışdır. Tac kükürd-sarı rəngdədir, xaricdən tüklüdür. Çiçəklənməsi iyul-avqust, sentyabr aylarında olur. Meyvə verməsi avqust-sentyabrdadır. == Yaşayış mühiti == Meşələrdə və dağ çəmənlərində rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Yaxşı balverən bitkidir.
Xanəmir (Azərşəhr)
Xanəmir (fars. خان مير‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,803 nəfər yaşayır (449 ailə).
Xanəmir Telmanoğlu
Xanəmir Telman oğlu Nəzərov (26 yanvar 1971, Qafan) — AYB-nin üzvü (1992). Prezident təqaüdçüsü. == Həyatı == Xanəmir Telmanoğlu 1971-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhərində doğulub. Orta məktəbi Qubadlı rayonun Fərəcan kəndində bitirib. 1989–91-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. 90-cı illərdə Azərbaycan ədəbiyyatında ilk cərəyan yaradanlardan biridir. (2+Mistik Poeziya cərəyanı) sonrakı mərhələdə "Şeir ədəbiyyatdan ayrılmışdır" konsepsiyasını irəli sürüb.. == Fəaliyyəti == Qarabağ müharibəsi dövründə "Xəzər" tərcümə toplusunda, "Azərbaycanın səsi", "Nəfəs", "Ordu" qəzetlərində müxbir işləyib, cəbhə bölgələrindən 100 — lərlə məqalələr yazıb. Türkiyənin Cümhuriyyətinin Mərmərə unversitetində təhsil alıb. lk kitabı 1991-ci ildə "Xəzər" dərgisində "kitab içində kitab" layihəsində "küləklər ulduzlardan əsir" adıyla çap oluniub.
Əmir Mahmud Xandəmir
Xondəmir Qiyasəddin ibn Hümaməddin əl-Hüseyni (1475, Herat-1535, başqa məlumata görə 1536/37) — İran tarixçisi. == Həyatı == Xondəmir Qiyasəddin ibn Hümaməddin əl-Hüseyni 1475-ci ildə Herat şəhərində anadan olub. Tarixçi Mirxondun nəvəsidir. Xondəmir 1535-ci ildə Qucəratda vəfat edib. == Əsərləri == Xülasət-əl-əxbar Həbib-üs-siyar == Qaynaqlar == ذبیح‌الله صفا. تاریخ ادبیات در ایران، جلد ۴. دایرةالمعارف فارسی (به سرپرستی غلامحسین مصاحب) == Həmçinin bax == İran == Xarici keçidlər == "ХОНДЕМИР. Друг жизнеописаний". Восточная литература. 2011-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 мая 2011.