Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qantəmir
Qantəmir Qafur— Azərbaycanlı maarif xadimi, pedaqoq. Əlixan Qantəmir—Azərbaycan Xalq Cümhuriyyəti diplomatı, Azərbaycan Milli Şurasının üzvü.
Qantəmir Qafur
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. == Həyatı == 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıq fikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914), Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir. Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır.
Əlixan Qantəmir
Əlixan Qadoeviç Qantəmir (9 may 1886, Diqora rayonu – 16 aprel 1963, Münhen, Bavariya, Qərbi Almaniya) — Qafqaz Dağlılarının İttifaq Şurasının üzvü, Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının Azərbaycan Xalq Cümhuriyyətində diplomatik nümayəndəsi, Zaqafqaziya Demokratik Federativ Respublikasının xarici işlər nazirinin müavini, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü. == Həyatı == Əlixan Qantəmir 1886-cı ildə Diqorada müsəlman osetin ailəsində doğulmuşdur. Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir.Aprel işğalından sonra tutulsa da, əvvəlcə Gürcüstana, daha sonra isə Türkiyəyə (1921) qaçdı.1938-ci ildə Sovet səfirliyinin təzyiqi ilə Türkiyə vətəndaşlığından çıxarılaraq ölkədən qovulmuş və Almaniya köçmüşdür.1963-cü ildə Münhendə vəfat etmiş və orada dəfn olunmuşdur. == Siyasi faəliyyəti == Fevral inqilabından sonra Qarsda yerli hökumət qurulmuş, sırayla erməni, türk, yunan bir həftəlik Qars şəhərinin valisi olurdu. Türklər adından vali Əlixan Qantəmir seçilmişdir. Bu dövrdə Qarsda Bakı İslam Xeyriyyə Cəmiyyəti vəkili kimi fəaliyyət göstərmişdir. 1917-ci ildə Zaqafqaziya Komissarlığının Qars vilayətindəki komissarı olmuşdur. Ümumrusiya Müəssislər Məclisinə seçkilərə Müsəlman Sosialist Blokunun 12 saylı siyahısı üzrə qatılan Əlixan Qantəmir siyahıda İbrahim bəy Heydərovdan sonra ikinci sırada idi. Siyahının 159 770 (6.51%) səs almasıyla siyahıdakı ilk 3 nəfər: İbrahim bəy Heydərov, Əlixan Qantəmir və Aslan bəy Səfikürdski Ümumrusiya Müəssislər Məclisinin üzvü seçildilər.Xalq tərəfindən dəstəklənərək 23 fevral 1918-ci ildə yeni yaradılan Zaqafqaziya Seyminə millət vəkili olaraq seçilmiş, Seymdə Müsəlman fraksiyasına daxil olmuşdur. O, 1918-ci ilin martında dağlı xalqların Zaqafqaziya Seymi ilə danışıq aparmaq üçün Tiflisə göndərdiyi nümayəndə heyətinin üzvü olmuş, dağlı nümayəndə heyətinin tərkibində Trabzon və Batum konfranslarında iştirak etmişdir.
Dmitri Kantemir
Dmitri Konstantinoviç Kantemir rum. Dimitrie Cantemir; 26 oktyabr 1674[…], Dmitriye-Kantemir[d] – 21 avqust (1 sentyabr) 1723[…], Dmitrovsk[d], Kiyev quberniyası[d]) — Rusiya və Moldov dövlət xadimi. == Həyatı == Dmitri Kantemir moldav hakimi Konstantin Kan Temirin (1627–1693) oğlu idi. 22 il İstanbulda yaşamışdı. Burada diplomatik missiyanı yerinə yetirirdi. Bu zaman ərzində türk dilini gözəlcə öyrənmiş, bu xalqın mədəniyyətinə, ədəbiyyatına və tarixinə bələd olmuşdu. Öz zəmanəsinin yaxşı təhsil görmüş bir adamı idi. İstanbulda, həm də "Patriarx məktəbi"ndə təhsil almışdı. Bu məktəb əski Vizantiya ənənələrini hifz etmiş məktəb-təhsil ocağı idi. Beləliklə, türk dilini bilən, ərəb və fars dillərinə də aşina olan Kantemir həm də yunan-latın təlimi almışdı.
Əli xan Qantəmir
Əlixan Qadoeviç Qantəmir (9 may 1886, Diqora rayonu – 16 aprel 1963, Münhen, Bavariya, Qərbi Almaniya) — Qafqaz Dağlılarının İttifaq Şurasının üzvü, Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının Azərbaycan Xalq Cümhuriyyətində diplomatik nümayəndəsi, Zaqafqaziya Demokratik Federativ Respublikasının xarici işlər nazirinin müavini, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü. == Həyatı == Əlixan Qantəmir 1886-cı ildə Diqorada müsəlman osetin ailəsində doğulmuşdur. Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir.Aprel işğalından sonra tutulsa da, əvvəlcə Gürcüstana, daha sonra isə Türkiyəyə (1921) qaçdı.1938-ci ildə Sovet səfirliyinin təzyiqi ilə Türkiyə vətəndaşlığından çıxarılaraq ölkədən qovulmuş və Almaniya köçmüşdür.1963-cü ildə Münhendə vəfat etmiş və orada dəfn olunmuşdur. == Siyasi faəliyyəti == Fevral inqilabından sonra Qarsda yerli hökumət qurulmuş, sırayla erməni, türk, yunan bir həftəlik Qars şəhərinin valisi olurdu. Türklər adından vali Əlixan Qantəmir seçilmişdir. Bu dövrdə Qarsda Bakı İslam Xeyriyyə Cəmiyyəti vəkili kimi fəaliyyət göstərmişdir. 1917-ci ildə Zaqafqaziya Komissarlığının Qars vilayətindəki komissarı olmuşdur. Ümumrusiya Müəssislər Məclisinə seçkilərə Müsəlman Sosialist Blokunun 12 saylı siyahısı üzrə qatılan Əlixan Qantəmir siyahıda İbrahim bəy Heydərovdan sonra ikinci sırada idi. Siyahının 159 770 (6.51%) səs almasıyla siyahıdakı ilk 3 nəfər: İbrahim bəy Heydərov, Əlixan Qantəmir və Aslan bəy Səfikürdski Ümumrusiya Müəssislər Məclisinin üzvü seçildilər.Xalq tərəfindən dəstəklənərək 23 fevral 1918-ci ildə yeni yaradılan Zaqafqaziya Seyminə millət vəkili olaraq seçilmiş, Seymdə Müsəlman fraksiyasına daxil olmuşdur. O, 1918-ci ilin martında dağlı xalqların Zaqafqaziya Seymi ilə danışıq aparmaq üçün Tiflisə göndərdiyi nümayəndə heyətinin üzvü olmuş, dağlı nümayəndə heyətinin tərkibində Trabzon və Batum konfranslarında iştirak etmişdir.
Qantəmir Qafur Səbi oğlu
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. == Həyatı == 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıq fikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914), Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir. Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır.
Qaziemir
Qaziemir (türk. Gaziemir) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin qərbində və şimalında Qarabağlar, şərqində Buca, cənubunda isə Menderes ilçeleri yerləşir. İlçənin sahəsi 70 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 137,808 nəfərdir.
Gaziemir

Qantəpər
Qantəpər (lat. Cephalaria) – dipsacaceae fəsiləsinə aid bitki cinsi.Qantəpər təbii halda Azərbaycanda geniş yayılmış dərman bitkisidir.Qantəpərin növlərinin əksəriyyəti sarı rəngli, xoşa gələn çiçəkləri olan çoxillik ot bitkisidir. Qantəpərin dünyada 60 növünə təsadüf olunur ki, onun da 12-si Azərbaycanda bitir. Respublikamızda ən çox yayılmış qantəpər növləri Nəhəng qantəpər, Koçi qantəpəri və Naxçıvan qantəpəridir. Bu bitkilər Culfa, Şahbuz, Gədəbəy, Daşkəsən, Göygöl, Laçın, Kəlbəcər, Şuşa, Zaqatala, Şəki, Quba, Dəvəçi, Şamaxı, İsmayıllı və Lənkəran rayonlarında geniş yayılmışdır. Bitkinin çiçək və köklərindən xalq təbabətində geniş istifadə olunur. Bitkinin çiçəklərindən dəmləmə (çay) şəklində qədimdən bəri soyuqdəymədə, daxili qanaxmalarında və eləcə də ürək-damar və böyrək-sidik yolu xəstəliklərində istifadə olunur. Çox güman ki, bitkiyə qantəpər adı da məhz bu səbəbdən verilmişdir.
Nəhəng qantəpər
Nəhəng qantəpər (lat. Cephalaria gigantea) — qantəpər cinsinə aid bitki növü.Hündürlüyü 150–200 sm, gövdəsi düzduran, şırımlı, çılpaq və ya qısa tüklü, aşağı hissədə aşağı yönəlmiş sərt tüklərlə sıx örtülü, adətən yuxarı hissədə budaqlanan çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları qarşı-qarşıya düzülmüşdür, sadədir, liraşəkilli-lələkvari bölünmüşdür; seqmentlər yarpaq oxuna tədricən birləşmiş, uzunsov-neştərşəkilli və ya uzunsov-ovaldır, kənarları sivri iri-mişarvaridir, üst tərəfdən çılpaq, tünd-yaşıl rəngli, alt tərəfdən sıx tüklü və ya demək olar ki, çılpaqdır, yuxarı seqmenti yandakı seqmentlərdən azacıq iridir. == Çiçək == Başcığın diametri 3–4 sm-dir, uzanmış çiçək oxu üzərində təkdir; kənar çiçəklər başcıqda çoxalmışdır. Tac kükürd-sarı rəngdədir, xaricdən tüklüdür. Çiçəklənməsi iyul-avqust, sentyabr aylarında olur. Meyvə verməsi avqust-sentyabrdadır. == Yaşayış mühiti == Meşələrdə və dağ çəmənlərində rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Yaxşı balverən bitkidir. Boyaq məqsədilə istifadə olunur.
Xanəmir (Azərşəhr)
Xanəmir (fars. خان مير‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,803 nəfər yaşayır (449 ailə).
Xanəmir Telmanoğlu
Xanəmir Telman oğlu Nəzərov (26 yanvar 1971, Qafan) — AYB-nin üzvü (1992). Prezident təqaüdçüsü. == Həyatı == Xanəmir Telmanoğlu 1971-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhərində doğulub. Orta məktəbi Qubadlı rayonun Fərəcan kəndində oxuyub. 1989-91-ci illərdə sovet ordusunda raket qoşun bölməsində hərbi xidmətdə olub. 90-cı illərdə Azərbaycan ədəbiyyatında ilk cərəyan yaradanlardan biridir. (2+Mistik Poeziya cərəyanı) Şeiri ədəbiyyatdan ayırıb. == Fəaliyyəti == Qarabağ müharibəsi dövründə "Xəzər" tərcümə toplusunda, "Azərbaycanın səsi", "Nəfəs", "Ordu" qəzetlərində müxbir işləyib, cəbhə bölgələrindən 100 - lərlə məqalələr yazıb. Türkiyənin Mərmərə unversitetində təhsil alıb. İlk kitabı Türkiyədə yayımlanıb.
Əmir Mahmud Xandəmir
Əmir Mahmud Xandəmir — Əmir Mahmud ibn-Xandəmir XVI əsrin əvvəllərində, yəni teymurilər dövrünün sonlarında Heratda dünyaya gəlmişdir. Əcdadları elm və hikmət sahibləri olduqları kimi, o da elm və təhsilə böyük maraq göstərmiş, Qiyasəddin Xandəmir kimi məşhur atanın və nəslinin tarix və başqa elm sahələrində şöhrət tapmış digər nümayəndələrinin təlim-tərbiyəsi altında yetişmişdir. Əmir Mahmud Xandəmir Təkəli tayfa başçılarından olan səfəvilərin Herat hakimi Məhəmməd xan Şərəfəddinoğlunun dəstəyi ilə 953-cü (1546/1547) ildə Zeyli-tarixi-"Həbibüs-siyər" ("Şah İsmayıl və Şah Təhmasibin tarixi")əsərini yazmağa başlamış, dörd ildən sonra, yəni 957-ci (1550/1551) ildə əsəri sona çatdırmışdır. Bu tarixi əsər h. VIII əsrin sonlarından (XV əsrin sonları) h. X əsrin (XVI əsr) ikinci yarısının əvvəllərinə qədər Azərbaycan Səfəvi dövlətində, xüsusilə bu dövlətin strateji vilayətlərindən biri olan Xorasanın şərqində baş vermiş hadisələrdən bəhs edir. Müəllif əsərində Şah İsmayılın hakimiyyəti dövründə baş verən hadisələrdən bəhs edən və Şah Təhmasib Səfəvinin hakimiyyətinin 957-ci (1550/1551) ilinə qədər davam edən bir dövrü əhatə edən bu əsərdə, həmçinin səfəvi sülaləsinin, xüsusilə Şeyx Səfiəddinin tərcümeyi-halı və kəramətləri haqqında məlumat verilmişdir. Əsərin müəllifi teymurilərin süqutundan sonra səfəvilərin hakimiyyətə gəldiyi ilk dövrlərdən başlayaraq əsasən Xorasan və onun mərkəzi Herat darüssəltənəsəində baş verən hadisələri təsvir etməyə çalışmışdır. Digər tərəfdən Əmir Mahmudun əsəri X (XVI) əsrin əvvəllərində, Azərbaycan Səfəvi dövlətinin yarandığı dövrdə baş verən mühüm hadisələri əks etdirir, səfəvi dövləti ilə Mavərənnəhrin teymuri və türkmən şahzədələri arasındakı siyasi problemlərdən bəhs edir. Kitabda həm də Şah İsmayılın Herat darüssəltənəsini tutması və bundan sonra səfəvilərin Xorasan ərazisindəki daxili və xarici siyasəti ilə bağlı mövzulara xüsusi yer ayrıllmışdır.