Əli xan Qantəmir

Əlixan Qadoeviç Qantəmir (9 may 188616 aprel 1963, Münxen, Bavariya, Qərbi Almaniya) — Qafqaz Dağlılarının İttifaq Şurasının üzvü, Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının Azərbaycan Xalq Cümhuriyyətində diplomatik nümayəndəsi, Zaqafqaziya Demokratik Federativ Respublikasının xarici işlər nazirinin müavini, Zaqafqaziya SeymininZaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü.[1]

Əlixan Qantəmir
oset. Хъантемыраты Алихан
bayraq
Qafqaz Dağlılarının İttifaq Şurasının üzvü
bayraq2
23 sentyabr 1919 – 1 noyabr 1919
Oktyabr 1918 – 1919
bayraq
Zaqafqaziya Demokratik Federativ Respublikasının xarici işlər nazirinin müavini
bayraq2
4 may 1918 – 26 may 1918
NazirAkaki Çxenkeli
23 fevral 1918 – 26 may 1918
FraksiyaMüsəlman fraksiyası
QrupMüsəlman Sosialist Bloku
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu
5 yanvar 1918 – 6 yanvar 1918
Seçki dairəsiZaqafqaziya
Seçki siyahısıMüsəlman Sosialist Blokunun 12 nömrəli siyahısı
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 9 may 1886(1886-05-09)
Vəfat tarixi 16 aprel 1963(1963-04-16) (76 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Əlixan Qantəmir və qardaşı Abbasbəy

Əlixan Qantəmir 1886-cı ildə Diqorada müsəlman osetin ailəsində doğulmuşdur. Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir.[2]

Aprel işğalından sonra tutulsa da, əvvəlcə Gürcüstana, daha sonra isə Türkiyəyə (1921) qaçdı.[2]

1938-ci ildə Sovet səfirliyinin təzyiqi ilə Türkiyə vətəndaşlığından çıxarılaraq ölkədən qovulmuş və Almaniya köçmüşdür.[2]

1963-cü ildə Münhendə vəfat etmiş və orada dəfn olunmuşdur.[2]

Siyasi faəliyyəti

[redaktə | mənbəni redaktə et]

Fevral inqilabından sonra Qarsda yerli hökumət qurulmuş, sırayla erməni, türk, yunan bir həftəlik Qars şəhərinin valisi olurdu. Türklər adından vali Əlixan Qantəmir seçilmişdir. Bu dövrdə Qarsda Bakı İslam Xeyriyyə Cəmiyyəti vəkili kimi fəaliyyət göstərmişdir.

1917-ci ildə Zaqafqaziya Komissarlığının Qars vilayətindəki komissarı olmuşdur.

Ümumrusiya Müəssislər Məclisinə seçkilərə Müsəlman Sosialist Blokunun 12 saylı siyahısı üzrə qatılan Əlixan Qantəmir siyahıda İbrahim bəy Heydərovdan sonra ikinci sırada idi. Siyahının 159 770 (6.51%) səs almasıyla siyahıdakı ilk 3 nəfər: İbrahim bəy Heydərov, Əlixan Qantəmir və Aslan bəy Səfikürdski Ümumrusiya Müəssislər Məclisinin üzvü seçildilər.[3][4][5]

Xalq tərəfindən dəstəklənərək 23 fevral 1918-ci ildə yeni yaradılan Zaqafqaziya Seyminə millət vəkili olaraq seçilmiş, Seymdə Müsəlman fraksiyasına daxil olmuşdur.[6] O, 1918-ci ilin martında dağlı xalqların Zaqafqaziya Seymi ilə danışıq aparmaq üçün Tiflisə göndərdiyi nümayəndə heyətinin üzvü olmuş, dağlı nümayəndə heyətinin tərkibində TrabzonBatum konfranslarında iştirak etmişdir. 27 may 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasına üzv seçilsə də, o Şimali Qafqazda fəaliyyət göstərmişdir.

4 may 1918-ci il tarixli Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının iclasında Əlixan Qantəmir xarici işlər nazirinin müavini vəzifəsinə təyinat aldı.[7]

1919-cu ildə Qafqaz Konfransı qatılmış və Denikinə qarşı mövqedə dayanaraq çıxış etmişdir.

4 sentyabr 1919-cu ildə Tiflisdə əsası qoyulan Qafqaz Dağlılarının İttifaq Şurasının (mühacir Dağlı Parlamenti) ilk iclasına sədrlik etmişdir.[8] 23 sentyabr 1919-cu ildə İttifaq Şurasının üzvü seçilmişdir.[9] 1 noyabr tarixində[10]

19 oktyabr 1919-cu ildə Dağlı hökuməti üzvləri və Qorxmazov tərəfindən oan üzvlərdən ibarət Dağıstan Müdafiə Şurasının sədr müavini seçilmişdir.[11] 24 oktyabr 1919-cu il tarixli 6-cı iclasa da sədrlik etmişdir.[12]

Diplomatik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1918-ci il mayın 11-də Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası yaradılması haqqında bəyannamə elan edildikdən sonra, Osmanlı dövləti ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti də ona hərtərəfli yardım göstərdi. Azərbaycan Hökuməti Dağlı hökuməti ilə sıx siyasi, iqtisadi və hərbi əməkdaşlıq xətti yeridir, eyni zamanda, hər iki respublika sərhədlərinin dəqiqləşdirilməsini zəruri sayırdı. Azərbaycan tərəfı bu məqsədlə müştərək komissiya yaradılmasının təklif etmişdi.[1] Dağlı Respublikası ilə Azərbaycan arasında normal əlaqələrin qurulmasında Əlixan Qantəmir mühüm rol oynadı. 1918-ci ilin oktyabrında Dağlı Respublikası hökumətinin Azərbaycanda diplomatik nümayəndəsi təyin olunan Əlixan Qantəmir Dağlı Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında iqtisadi, maliyyə və digər sahələr üzrə müqavilə və sazişlər bağlanmasında iştirak etmişdir.

Dağlılar Respublikası 1919-cu il mayın sonunda Denikin ordusu tərəfindən işğal olunduqdan sonra da Əlixan Qantəmir öz hökumətinin nümayəndəsi kimi fəaliyyətini davam etdirmiş, Cənubi Qafqaz respublikalarının 1919-cu ilin may və iyununda maliyyə-iqtisadi, hərbi-siyasi məsələlər üzrə Tiflisdə keçirdikləri konfransda onu təmsil etmişdir.[13]

Mühacir fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1924–1927-ci illərdə İstanbulda Qafqaz Konfederasiyası Komitəsinin lideri olmuşdur. 1926-cı ildə Prometey təşkilatına üzv olmuşdur.

1941-ci ilin payızından Almaniya Şərq Nazirliyinin Şimali Qafqaz Hərbi Əsirləri İşləri üzrə Komissiyanın üzvü, 1942–1943-cü illərdə Berlində Şimali Qafqaz Milli Komitəsinin üzvü, 1943–1945-ci illərdə Şimali Qafqaz rabitə qərargahının üzvü idi.[2]

1930-cu illərdə Almaniyada Şimali Qafqaz Milli Partiyasını təsis edərək bu partiyaya rəhbərlik etmişdir.[14]

İkinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

İkinci Dünya müharibəsinin ilk illərindən hərbi əsirlər və mülki əhali də daxil olmaqla könüllü dəstələr yaradılmağa başladı. Müharibənin ilk aylarında həmin könüllülərdən, əsasən, arxa cəbhədə sürücü, atsaxlayan, mətbəx işçisi və müxtəlif sahələrdə istifadə edirdilər. Döyüş bölgələrində isə onlar patronlar daşıyır, rabitə və minatəmizləmə işlərində çalışırdılar. İlkin fəaliyyət dövründə alman hərbi hissələrindəki belə könüllüləri "xivi" (Almancanın qısaldılmış forması "Hilfswilliger" — könüllü köməkçilər, daha dəqiqi – "köməyə hazır olanlar") adlandırırdılar və müharibənin sonunadək onları belə də çağırdılar.[15] Xivilərin hüququ artdıqca onlar legionerlər olaraq qəbul edilməyə başladı.

Türk-tatar əsirlərindən milli legionlar yaratmaq fikrini iki türk generalının xüsusi rolu olmuşdu və 1941-ci ilin oktyabrında bu planın müsbət həyata keçirilməsində cəhdlər göstərmişdilər. Həmin generallardan biri tanınmış hərbçi Nuru Paşa, digəri isə general Hüsnü Əmir Ərkilət idi.[16] Almanlar hərbi əsirlərlə iş aparmaq məqsədilə ayrı-ayrı xalqların mühacirətdəki liderləri ilə də əlaqələr qururdular. Bundan ötrü Şərq Nazirliyi tərkibində müvafiq komissiyalar yaradılırdı. Komissiyaların məqsədi əsirlərin siyahılarını tutmaq, onları gələcək günlər üçün işlərə hazırlamaq idi. Bununla əlaqədar, almanlar hələ ötən illərdən Almaniyada fəaliyyət göstərmiş mühacir liderlərə xüsusi önəm verirdilər. İdil-Ural türklərindən olan Əhməd Teymur xatırlayırdı:

" Məsələn, İdil-Ural işini mən, (sonralar Əbdürrəhman Şəfi Almaz) yürüdürdüm, Azərbaycan işinə Mehmet bəy (Məhəmməd Əmin Rəsulzadə), Şimali Qafqaz işinə Əli xan Qantəmir və dostları baxırdı. Türküstanlı əsirlərlə ilgilənmək üzrə komisyona alınan Vəli Qəyyum xan isə Mustafa Çokay gəldikdən sonra onun müavini olaraq çalışmalarını davam etdirdi. Bundan başqa, komisyonda gürcü və erməni işlərini yürüdən üzvlər də vardı... Komisyon üzvləri arasında səmimi bir qardaşlıq və dostluq havası hökm sürürdü. Hər kəs bu savaşa millətləri qurtuluşa götürəcək böyük bir savaş olaraq baxırdı.'[17] "

1941-ci ilin avqustundan fəaliyyətə keçən komissiya düşərgələrdəki əsirlərlə görüşməyə başladı.[18] İdil-Ural komissiyasına (buraya tatarlar, başqırdlar, çuvaşlar və fin xalqlarının nümayəndələri daxil idi) Əhməd Teymur, Türküstan komissiyasına özbək Vəli Qəyyumxan, Şimali Qafqaz komissiyasına Əli xan Qantəmir, Azərbaycan komissiyasına isə Məhəmməd Əmin Rəsulzadə daxil idi.[18]

1942-ci ilin aprelində Fridrix Vemer fon Şulenburq Fransa, İtaliya, Balkanlar, Türkiyəİsveçrədə yaşayan mühacirləri Berlinə dəvət etdi.[19] Həmin ilin aprelin sonu və mayın əvvəllərində Berlinin məşhur "Adlon" mehmanxanasında bir toplantı keçirildi.[19] Toplantıda aşağıdakı şəxslər iştirak edirdi: "Azərbaycanlı — Məhəmməd Əmin Rəsulzadə, Xəlil Xasməmmədov və fuad Əmircan; şimali qafqasiyalı — Səid Şamil, Heydər Bammat və Əli xan Qantəmir; gürcülərdən — Spiridion və Leo Kereselidze, Daşa Vaçanadze, Zurab Avaiaşvili v b.".[19]

Ədəbi faəliyyət

[redaktə | mənbəni redaktə et]

1943–1945-ci illərdə Şimali Qafqaz Komitəsinin Berlində mərkəzi orqanı olan "Şimali Qafqaz" jurnalının redaktoru olmuşdur.

Qafqaz siyasi mühacirlərinin 1951-ci ilin avqustundan 1952-ci ilin dekabrınadək Münhendə türk, ingilis və rus dillərində nəşr etdirdikləri və vahid konfederatif Qafqaz dövləti yaratmaq ideyasını təbliğ edən Qafqazya jurnalının Əlixan Qantəmirin redaktorluğu ilə çıxan 1-ci sayındakı "Dava və qayəmiz" adlı baş məqaləsində yazırdı:

" Müztərib Vətənimizin qurtuluşu ümidi ilə yaşayan biz qafqazlılar üçün yalnız müstəqil və birləşik Qafqaz fikrinə sədaqətimizi yenidən bəyan etməklə qalmayıb, bu həddə hansı yollarla çatmaq istədiyimizi, hansı millətlərarası qüvvələrə istinad etməyi düşündüyümüzü, Qafqazın öz istiqlalım istirdad etməsi və xüsusilə onu mühafizə edə bilməsi üçün özünə hansı dostları və müttəfiqləri tapa biləcəyini də ortaya qoymaq zamanı gəlmişdir. "

1954-cü ildə Münhendə Sovet İttifaqını araşdıran İnstitutun nəşr etdiyi "Elmecele" jurnalına başçılıq etmişdir. Həmçinin bu institutda rus, ingilis, türk dillərindən dərs demişdir.[14]

  1. 1 2 AXCE, II cild,, 2005. səh. 119
  2. 1 2 3 4 5 "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
  3. Ronald Qriqor Sani, 2019. səh. 177-178
  4. Tadeuş Svetoxovski, 2004. səh. 107
  5. Oliver Henri Radkey, 1989. səh. 129-131
  6. "Arxivlənmiş surət" (PDF). 2016-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-23.
  7. Müsəlman fraksiyası və Milli Şura, 2006. səh. 48
  8. "Arxivlənmiş surət". 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
  9. "Arxivlənmiş surət". 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
  10. "Arxivlənmiş surət". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
  11. "Arxivlənmiş surət". 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
  12. "Arxivlənmiş surət". 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
  13. Göyüşov, 2000
  14. 1 2 "Arxivlənmiş surət". 2018-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
  15. Дробязко С. И. Вторая Мировая война 1939–1945. Русская освободительная армия. Москва, АСТ, 1998, 45 с.
  16. İlkin Q. Nuru Paşa haqqında həqiqətlər. "Günay" qəzeti, Bakı, 1995, N51.
  17. Ahmet Temir. 60 yil Almaniya (1936-1996), Ankara, 1998, s.426.
  18. 1 2 Yaqublu, Nəsiman. Azərbaycan legionerləri. Bakı: Çıraq. 2005. 336. (#accessdate_missing_url)
  19. 1 2 3 Nehmet S. Azerbaycanli Kurmay minbasi. Turk yolu, İstanbul, 1955, N7.