Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şahruddin Qapurov
Şahruddin Aydiyeviç Qapurov (çeç. Гапуров, Шахьрудин Айдиевич; 6 yanvar 1951, Taş-Kumır, Cəlalabad vilayəti) — Çeçenistan tarixçisi, alimi, tarix elmləri doktoru (2004), professor (2006), Çeçenistan Elmlər Akademiyasının akademiki və prezidenti (2006-cı ildən). Çeçenistan Respublikasının əməkdar elm xadimi, Rusiya Puqvaş Komitəsinin Qroznı şöbəsinin üzvü. Şahruddin Qapurov 6 yanvar 1951-ci ildə çeçenlərin və inquşların deportasiyasından sonra Mərkəzi Asiyayada sürgün zamanı Qırğızıstan SSR-in Taş-Kumır şəhərində anadan olub. Atası öləndə onun təxminən iki yaşı vardı. Uşaqları saxlamaq üçün anası kömür mədəninə işləməyə getmişdi. 1958-ci ildə Taş-Kumırda məktəbə getmişdir. Amma rus dilini zəif bildiyi üçün dərslər yaxşı getmirdi. 1958-ci ilin noyabrında ailə vətənə qayıtdı. Şahruddin təhsilini Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Naji-Yurt rayonunun Bulqat-İrzu kəndində davam etdirib.
Lapu-Lapu
Lapu-Lapu (taqal Lapu-Lapu: 1492, Maktan adası, Mərkəzi Visay[d] – 1542, Maktan adası, Mərkəzi Visay[d]) — Maktan adasından olan tayfa başçısı (Visay adaları, Filippin). İspan koloniyalaşdırmasına qarşı mübarizə aparan ilk şəxs. Fernan Magellanı öldürmüş şəxs. == Maktan döyüşü == Fernan Magellan Sebu adasının tayfa başçısı ilə anlaşma işzalayır. anlaşmaya görə adalılar İspaniyaya bac verməli, xristianlığı qəbul etməli idilər. Ancaq Maktan adasında tayfa başçısı olan Lapu-Lapu bu şərtləri qəbul etməmişdir. 1521-ci il 27 aprel tarixində ada sahilində Maktan döyüşü baş vermişdir. Döyüş Fernan Magellanın rəhbərlik etdiyi ispan ekspedisiyası ilə yerli əhali arasında baş verir. Bu döyüşdə yerli əhalinin döyüşçüsü Lapu-Lapu döyüş əsnasında Magellanı öldürmüşdür.
Qapı
Qapı —Girib-çıxmaq üçün evin, yaxud barının və s.-nin divarında açıq yer, deşik, habelə bu deşiyi qapamaq üçün taxtadan, dəmirdən və s.-dən düzəldilən qurğu. Qapılar əsasən obyektin daxili təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edilir. "Qapı" sözünün ilkin forması, tarixən Göytürk xaqanlığının dilinə, yəni Qədim türk dilində təsadüf edir. Göytürkçə səslənişi "Kapuğ"dur. Bu söz Azərbaycan dilində iki formada hələ də istifadə olunur. "Qapı" və "qabığ". Bunu daha yaxşı anlamaq üçün, belə bir mülahizə yürütmək olar: Necə ki, meyvənin "qabığını" açmadan onu yeyə bilməzsən, eyniylə evində "qabığını" açmadan içəri daxil ola bilməzsən. Bir müddət sonra öz tələffüz şəklini yavaş-yavaş itirməyə başlayıb bu söz, lakin bir çox dildə o sözün öz quruluşunu necə dəyişdiyi aydın olur. "Kapuğ" Macar dilində "Kapu" şəklində, yəni son hərfinin düşməsi şəklində, Türk dilində "Kapı" şəklində, yəni son hərfin dəyişilməsiylə və Azərbaycan dilində isə "Qapı" şəklində səsləndirilməyə davam edir.
APU
Köməkçi Enerji Blokları (KEB), (İngilis dilində Auxiliary Power Unit, qısacası APU), Köməkçi Enerji Birliyi, Köməkçi Enerji Qurğusu, Köməkçi Enerji Cihazı, Köməkçi Enerji Qovşağı, Köməkçi Enerji Mexanizmi, Köməkçi Enerji Aqreqatı kimi də tərcümə edilə bilər. Ümumiyyətlə təyyarələrdə mövcud olsa da, bəzi böyük quru nəqliyyat vasitələrində də mövcuddur və məqsədi avtomobilin əsas güc mənbələri sıradan çıxdıqdan sonra nəqliyyat vasitəsi üçün lazım olan enerjini təmin etməkdir. == Təyyarələrdə KEB == Bugünkü təyyarələrdə Köməkçi Enerji Blokları, bəzi təyyarələrdə fərqlənə bilsə də, ümumiyyətlə quyruq hissəsində yerləşir. Bir növ kiçik qaz turbin mühərriki olan Köməkçi Enerji Blokları, təyyarənin mühərrikinin işləməsi üçün lazım olan sıxılmış havanın təmin edilməsi üçün istifadə olunurlar. Köməkçi Enerji Bloklarının təyyarələrdə istifadə məqsədləri aşağıdakı kimi göstərilə bilər: Elektrik Təyyarənin motorunu işə salmaq üçün lazım olan ilk elektrik enerjisini təmin etmək. Uçuş zamanı təyyarəyə elektrik enerjisi verən mühərriklərə qoşulmuş elektrik generatorlarının sıradan çıxması halında təyyarə üçün tələb olunan maksimum elektrik enerjisinin verilməsi. Hava Reaktiv mühərriklərin işləməsi, daha doğrusu ilk hərəkəti əldə etməsi üçün sıxılmış hava axınına ehtiyacı vardır. Köməkçi Enerji Blokları bu sıxılmış havanı yaradır və təyyarə mühərrikinin işləməsini təmin edirlər. Köməkçi Enerji Blokları olmadığı və ya qüsurlu olduğu hallarda, reaktiv mühərriki işə salmaq üçün mütləq lazımi sıxılmış havanı təmin edəcək başqa bir vasitə əldə edilir və mühərrik bu vasitə ilə işə salınır. == Zirehli maşınlarda KEB == Bəzi inkişaf etdirilmiş və böyük model tanklarda bu növ ehtiyat enerjini təmin etmək üçün kiçik bir dizel mühərriki vardır.
Qap
Qap (rayon)
Ala qapı
Ala qapı Ərdəbil şəhərinin qədim altı məhəlləsindən biridir. Şeyx Səfi kompleksi bu məhəllədə yerləşibdir.
Ali Qapı
Ali Qapı (azərb. Yüksək Qapı‎; fars. عالی‌قاپو‎:, Ali Kapu) hal-hazırda İranın İsfahan şəhərində yerləşən Səfəvilər dövrünə aid saraydır. Dünyanın ən böyük meydanlarından biri olan Nəqşi Cahan meydanının qərbində yerləşir. Bu saray qırx səkkiz metr hündürlükdə, 6 mərtəbəlidir. Mərasim yeri olan Ali Qapı, kompleksin qapalı quruluşu ilə meydanın ictimailiyi arasında simvolik keçid rolunu oynayırdı. Ali Qapının bir hissəsi olduğu Dövlətxana Saray Kompleksi bir-birinə bağlı olan və müxtəlif funksiyalar üçün istifadə edilən çoxlu binalardan ibarət idi. Bu kompleksin tikintisinə I Şah Abbasın dövründə başlanmışdır; Şah Səfi dövründə yeni bölmələr əlavə edilmiş və bütün tikinti II Şah Abbas tərəfindən sona çatıdırlmışdır. Kompleks dövlətxanə, hərəmxana, dəftərxana, səfirlərin qəbul olunduğu Talar-e Tavile adlı kiçik pavilyon və Ali Qapı Sarayı da daxil olmaqla bir sıra binadan ibarətidi. Səfəvi saraylarının ən fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, onların ətraflarında qalın divarlar və ya qalalar olmur.
Döner qapı
Döner qapı (ing. Revolving door) — tipik olaraq üç və ya dörd qapıdan ibarət olan və mərkəzi bir çubuğa yapışdırılan və silindrik bir kamerada şaquli bir ox ətrafında dönən bir qapı növüdür. Döner qapılar enerji qənaətlidir və binanın istilik və ya soyutma itkisini azaldır.
Or Qapı
Or Qapı (krımtat. Or Qapı, Ор Къапы) və ya Perekop (ukr. Перекоп) — Ukraynanın, Krım Muxtar Respublikası, Armyansk şəhər şurası, Suvorov kənd şurasına daxil olan kənd. 2014-cü ildən etibarən Krım Muxtar Respublikası referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur. Rusiya Federasiyasının inzibati bölgüsünə görə Krım Respublikası Armyansk şəhər dairəsinə daxil edilir, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. 2001-ci ilin Ümumukrayna əhalinin siyahıya alınmasına əsasən əhalinin dil tərkibi belədir 2016-cı ilə görə Or Qapıda 9 küçə vardır. Kəndin sahəsi kənd şurasının məlumatına görə 200 ha-dır. 332 evə sahib kənddə 978 nəfər yaşayır. № 7 orta təhsil məktəbi fəaliyyət göstərir. Ayrıca poçt şöbəsi, ilk yardım stansiyası, provaslav kilsəsi vardır.
Qaku Şibasaki
Qaku Şibasaki (d. 28 may 1992) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 13 oyun keçirib, 3 qol vurub.
Qapı (Proqramlaşdırmada)
Qapı (Proqramlaşdırmada) — (ing.gate, ru.вентиль) – AND, OR, NOT (VƏ, VƏYA, DEYİL) kimi Bul operatorları ilə göstərilən və Bul məntiqinin qaydalarına uyğun işləyən elektron açar. Qapı, yarımkeçirici qurğunun çox miniatür elementidir; o, bir və ya bir neçə giriş siqnalının durumu ilə məntiqi bağlı olan elektrik giriş siqnalı formalaşdırır. Məsələn, giriş siqnalının tərsinə çevrilməsi (invert) üçün nəzərdə tutlmuş qapı ikilik vahidin elektron ekvivalentini sıfra, ikilik sıfırın ekvivalentini isə vahidə çevirir. Qapılar ən çeşidli məntiqi funksiyaları yerinə yetirdiyindən onları müxtəlif yollarla elə birləşdirmək olar ki, toplama, çıxma, vurma, bölmə və s. əməlləri yerinə yetirmək mümkün olsun. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qapı (dəqiqləşdirmə)
Qapı
Qapı (novella)
Qapı — Maqda Sabonun novellası. Əsər olduqca zəhmətkeş bir qadının (Emerenc) keşməkeşli ibrətamiz həyatından bəhs edir. 2003-cü ildə "Qapı" əsərinə görə yazıçıya Fransa-nın ədəbiyyat üzrə nüfuzlu mükafatı "Prix Femina Etranger" təqdim edilmişdir.
Qapı telefonu
Qapı telefonu - daxili şəbəkədən istifadə edən telefon xətti. Xətt telefon şəbəkəsi ilə bağlı deyil. Çox vaxt səsucaldan ilə təchiz olunur və eyni binanın daxilində qısa məsafələrdə rabitəni təmin edir. Elektron qurğu danışma qurğusuna zəng blok siqnalı verən qurğudur. Bir-abunəçi və çox-abunəçi qurğularına bölünür. Elektromexanika həm də elektron tip kimi avtomatik bağlayan qurğularla (AZANI) təchiz edilmiş ola bilər. Əlaqənin ötürülməsinin üsulu üzrə: məftil və ya radiosiqnaldır. Qapı telefonlarının ən mürəkkəbləri vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakının qorunması üçün çoxmənzilli evlərin bloklarına qurulur. Müasir çoxmənzilli domofonlar aşağıdakı qurğularla və funksiyalarla təchiz edilmişdir: Audio və video - mənzildə danışma qurğusuyla blokda zəng əlaqəsi. Daxili İşlər Nazirliyinin və ya FHN-ın pultuna nəticəylə mühafizə və yanğın söndürən siqnalizasiyalarının sistemlərinin qoyulması.
Qapı venası
Qapı venası ya qaraciyərin qapı venası — lat. vena portae qarin boşluğunda olan tək üzvlərdən (kiçik çanaq üzvlərindən başqa) venoz qanı qaraciyərə daşıyır; bu damarı təşkil edən başlıca köklər üçdür: yuxarı çöz (müsariqə) venası — lat. v. mesenterica superior, aşağı çöz (müsariqə) venası — lat. v. mesenterica inferior və dalaq venası — lat. v. lienalis. Qapı venası yolda ıdlük venasını və mədə venalarını qəbul etdikdən sonra — lat. art.
Qızıl qapı
"Qızıl qapı" parkı (ing. Golden Gate Park) — San-Fransiskoda yerləşən park.
Tapu adası
Tapu adası (tay เกาะตะปู, букв. гвоздь)- Pxanqnqa körfəzinə aid olub, Pxuketanın şimal-şərqində yerləşir. İnzibati cəhətdən Pxanqnqa əyalətinə daxildir. Adanın ən hündür nöqtəsi 20 m-dir. Bura özünəməxsus kollarla örtülüdür. Bu ada daha çox "Qızıl tapancalı adam" filmi çıxandan sonra məşhurlaşmışdır. Belə ki, bu ada qeyri-rəsmi olaraq Ceyms Bondun adası adını almışdır. Bundan sonra daha çox turistik adaya çevrilmişdir.
Tragulus napu
Tragulus napu (lat. Tragulus napu) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin maralçalar fəsiləsinin maralça cinsinə aid heyvan növü.
Çapu (Sayınqala)
Çapu (fars. چپو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (17 ailə).
Arxa qapı
Arxa qapı və ya bekdor (ing. backdoor) — təhlükəsizlik mexanizmlərini aldatmaq üçün istifadə edilən avtorizə olunmamış gizli proqram və ya aparat təminatı. Arxa qapılar əsasən kompüterə uzaqdan girişi təmin etmək və ya kriptosistemlərdə açıq mətnə çıxış əldə etmək üçün istifadə olunur. Arxa qapıdan parollar kimi imtiyazlı məlumatlara giriş əldə etmək, sabit disklərdəki məlumatları silmək və ya avtomatik sxemli şəbəkələrdə məlumat ötürmək üçün istifadə oluna bilər. Arxa qapı proqramın gizli hissəsi, ayrıca proqram, avadanlığın kodu və ya Windows kimi əməliyyat sisteminin hissələri şəklində ola bilər. Troya atları cihazda boşluqlar yaratmaq üçün istifadə edilə bilər. Troya atı tamamilə problemsiz proqram kimi görünə bilər, lakin icra edildikdə, arxa qapı quraşdıra biləcək fəaliyyətə səbəb olər. Arxa qapılar adətən gizli şəkildə quraşdırılsa da, bəziləri məqsədli şəkildə qurulur və geniş şəkildə tanınır. Bu cür arxa qapılar istehsalçıya istifadəçi parollarını bərpa etmək üçün bir yol təqdim etmək kimi "qanuni" istifadələrə sahibdir. == İstinadlar == == Xarici keçidlər == Finding and Removing Backdoors Three Archaic Backdoor Trojan Programs That Still Serve Great Pranks Backdoors removal — List of backdoors and their removal instructions.
Mərkəzi Qap
Mərkəzi Qap (fr. Gap-Centre) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0526. Mərkəzi Qap kantonuna Qap kommunasının bir hissəsi daxildir. 2007-ci ildə əhalinin sayı 8 090 nəfər təşkil edirdi.
Qap-Kampan
Qap-Kampan (fr. Gap-Campagne) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0509. Qap-Kampan kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Qap kommunasıdır. 2007-cı ildə əhalinin sayı 4 662 nəfər təşkil edirdi.
Aşağı Apu
Aşağı Apu — Azərbaycan Respublikasının Lənkəran rayonunun Biləsər inzibati ərazi vahidində kənd. Əhalisi 115 nəfərdir. Peştəsər silsiləsinin yamacında yerləşir. == Toponimiyası == Oykonim "aşağıda yerləşən Apu kəndi" deməkdir. talış dilində abı/abu/apu paralelləri "xəlvət guşə; təcrid olunmuş yer; gizli yer; dincəlmək üçün sakit yer", "papaq; dağ başı" mənalarını ifadə edir. Bu da həmin kəndin yerləşdiyi ərazinin coğrafi movqeyi ilə bağlıdır. == Coğrafiyası == Şimaldan Daşdatük kəndi, cənubdan və qərbən meşə sahələri, şərqdən Bəşəru çayı ilə həmsərhəddir.
Qap (rayon)
Qap (fr. Blois) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından biri. Departamenti — Yuxarı Alplar. Prefektura — Qap. Rayon əhalisi 2006-cı ildə 96 737 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 28 nəf / km². Rayon ərazisi — 3411 km².
TRT QAP
TRT 3 — Türkiyənin televiziya kanalı. TRT 3 kanalının əsas məqsədi əsasən tamaşaçılarına idman yeniliklərini çatdırmaqdır. Kanalın verilişləri müəyyən saatlarda TRT-QAP və TBMM TV ilə yayımlanır. Əksəriyyətlə idman proqramları olmaqla, təlim, mədəniyyət və musiqi proqramları ilə xəbərlərdən ibarətdir. Reklamlar da proqramlar arasında yer tutur. Həmçinin, bu kanalda, həftə ərzində hər gün müəyyən vaxtlarda, Türk vətəndaşlarının gündəlik həyatlarında ənənəvi olaraq istifadə etdikləri dil və ləhcələrdə mədəniyyət, xəbər və musiqi proqramları aparılır. TRT-3’ün yayım mərkəzi Ankara Televiziyasıdır. TBMM TV və yaxud bilinən digər adı ilə Meclis TV, Türkiyə Böyük Millət Məclisi ilə bağlı məlumatlarla TBMM İclaslarını canlı yayımlayan, TRT 3 ilə eyni tezlikdə yayımlanan bir televiziya kanalı. TRT-QAP verilişləri, Şərqi və сənub-şərqi Anadolu Bölgələrində yaşayan əhalinin istəklərinə cavab verən və bölgə xüsusiyyətlərinə görə hazırlanan təlim, mədəniyyət, bədii film, musiqi proqramları ilə xəbərlərdən ibarətdir. Reklamlar da proqramlar arasında yer tutur.
Or Qapı qalası
Or Qapı qalası — Or Qapı yaxınlığında, Krımı Ukraynaya bağlayan Or bərzəxidə yerləşən xarabalıq qalasıdır. 15-ci əsrdə I Məngli Gəray və oğlu I Sahib Gəray tərəfindən tikilmişdir. Bu qala Krım xanlığı üçün böyük bir strateji əhəmiyyətə malik idi. 1735-1739-cu illərdə Rus-Türk müharibəsi əsnasında rus marşalı Burkhard Christoph von Münnich tərəfindən tutuldu və məhv edildi (1736). 1738-ci ildə yenidən Rus General Lacy tərəfindən ələ keçirilmişdi. 1754-cü ildə Krım Giray tərəfindən yenidən qurulmuşdur. 1771-ci ildə rus generalı Dolgorukov tərəfindən qətiyyətlə ələ keçirildi.
Gopu
Gopu- Yaz vaxtı durnaların gəlişini təsvir edən, həm oyun, həm də rəqs xüsusiyyətlərini özündə əks etdirən bu rəqs ta qədim zamanlardan bu günə kimi Azərbaycan xalqının sevə-sevə ifa etdiyi məşhur rəqslər silsiləsinə daxil edilən yallı növüdür. İndi onu yalnız Şərur və Kəngərli rayonlarında ifa edirlər. Bu rəqs oyun tərzinə görə “gopu” adlanır. Adətən qadın və kişilərin iki sıraya düzülüb ifa etdikləri yallıda ifaçıların lovğalıqla, özlərini çəkə-çəkə rəqs etdikləri (gop etdikləri) “Gopu” üç hissədən – asta, orta və cəld hissələrdən ibarətdir. Azərbaycan xalqına məxsus “Gopu” rəqsi Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayonunun Mədəniyyət və Turizm Şöbəsi nəzdində fəaliyyət göstərən folklor kollektivinin repertuarına daxil edilməklə ifa olunmaqdadır.
GPU
Qrafik Prosessor Modulu — Qrafik generasiya vahidi ya da qısaca GPU (GPU – (ing. graphics processing unit) fərdi kompüter, iş stansiyaları və ya oyun konsollarında qrafik yaradılması üçün istifadə cihazıdır . Müasir GPU-lar kompüter qrafikalarını emal etməkdə və görüntüləməkdə son dərəcə məhsuldardır və yüksək paralel strukturlarını kompleks alqoritmlər üçün CPU-dan daha təsirli edər. GPU ekran kartının üstündə ola biləcəyi kimi ana plataya bağlanmış halda da ola bilər. Qrafik prosessor – (ing. graphics processor, ru. графический процессор == Xüsusi qrafik kartları == GPU'ların ən qüvvətli tipi olub, ümumiyyətlə anakart üstündəki PCI Express (PCIe) ya da Accelerated Graphics Port (AGP) kimi genişləmə slotlarına taxılır və bu sayədə asanlıqla son versiyası ilə dəyiştirilə bilər. Nvidianın SLI ya da AMD CrossFire texnologiyası birdən çox qrafik kartının eyni anda istifadə əməliyyat gücünün artırılmasına imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
GAP
Gələcək Azərbaycan Partiyası və ya qısaca GAP — Azərbaycanın siyasi partiyalarından biri. 23 fevral 2014-cü ildə keçirilən təsis qurultayı ilə əsası qoyulmuşdur. 15 dekabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır. 2014-cü ildən etibarən partiyanın sədri Ağasif Şakiroğludur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Gələcək Azərbaycan Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur. == Tarixi == 20 dekabr 2013-cü ildə təsis konfransı keçirilib. 23 fevral 2014-cü il tarixində isə 1-ci təsis qurultayı keçirilib. Və bununlada bir partiya olaraq siyasi fəaliyyətinə başlamışdır. GAP-ın ilk və hazır ki sədri Ağasif Şakiroğludur. == Rəhbərlik == === İdarə Heyəti === Ağasif Şakiroğlu — Partiya sədri Aslan Həmidli — Partiya sədrinin Səlahiyyətli Nümayəndəsi Rəşid Nazim — Mərkəzi icra aparatının sədri Zamil Zərbəliyev — Mühacirətda yaşayan azərbaycanlılarla iş üzrə sədr müavini Rəşad Məhəmmədov — İqtisadi Məsələlər üzrə sədr müavini Xətayə Xasməmmədova — Qadınlarla iş üzrə sədr müavini Sabir İbrahimov — Kütləvi Aksiyaların təşkili ilə iş üzrə sədr müavini Elnur Qasımov — Ali Məclisin sədri Namir Həsənli — Gənclər Komitəsinin sədri Cəfər İsmayılov — GAP sədrinin müşaviri === Fəxri üzvləri === Eks spiker — Rəsul Quliyev Eks deputat — Solmaz Ələsgərova Eks deputat — Akif Şahbazov Rejisor — Elşən Məmmədov AMEA üzvü — Ağa Abdullaoğlu == Seçkilərdə == Partiya 2015-ci il parlament seçkilərində iştirak etmək istəsə də, tam qanunsuz olaraq seçkilərə buraxılmamışdır.
Galu (Sərdəşt)
Galu (fars. گلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (16 ailə).
Apus apus
Qara uzunqanad (lat. Apus apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü. Avropada, Asiyada və Afrikada yayılıb. Natamam sinantropdur. Köçəri növdür, ölkəmizdə yazda bala çıxarmaq üçün gəlir və qışı Afrikada keçirmək üçün payızda köçür. Bu quşlar ömrünün böyük əksəriyyətini (ilin 10 ayını) havada keçirirlər. Havada olarkən qidalanır, su içir, yatır və hətta havada cütləşir. Yerdən havalana bilmirlər. Belə olan halda onları yüksək bir yerdən buraxmaq və ya havaya atmaq lazımdır. Yalnız balalamaq üçün yuvalarına "qonurlar".