Lyusiya Qaruta
Lyusiya Qaruta (latış. Lūcija Garūta; 14 may 1902, Riqa – 15 fevral 1977, Riqa) — Latviyalı pianoçu və bəstəkar. Latviya SSR əməkdar incəsənət xadimi (1962).
== Bioqrafiyası ==
Yeddi yaşında Oto Voqelmanisdən fortepiano öyrənməyə başlayır, sonra Mari Zilinskayanın sinfində oxuyur. Nikolay Alunanın rəhbərliyi altında harmoniya dərsləri alır. 1924-cü ildə Latviya Konservatoriyasını Yazep Vitols ilə bəstəkarlıq sinfini və bir il sonra Lyudmila Qomane-Dombrovskayadan fortepiano dərləri alır, məzun olur. 1925–1926-cı illərdə Riqa Radiosunda çalışır. Parisdə bacarıqlarını artırmağa davam edir, burada Alfred Kortot və İsidora Filippedən fortepianodan, Paul Le Flem alətlərdən və Paul Dukladan bəstəkarlıqda təhsil alır. Solist və müşayiətçi kimi Latviyada və xaricdə çoxsaylı konsertlərdə iştirakl edir. Sonra xəstəlik üzündən bəstəkarlığa keçir.