QARAPAPAQ₂

is. dan. bax başıpapaqlı. Məgər burada bir qarapapaq yoxdur, qabağa çıxsın?
QARAPAÇA
QARAPAPAQ₁
OBASTAN VİKİ
Qarapapaq
Qarapapaq (Qazax) — Qazax rayonunda kənd. Qarapapaq (Cənubi Zəhmətabad) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Mərkəz bəxşinin, Cənubi Mərhəmətabad dehestanında kənd. Qarapapaq — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Qarapapaq-Güllübulaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.
Qarapapaq (Qazax)
Qarapapaq — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Qarapapaq kəndi düzənlik ərazidə yerləşir. Toponim azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqların adı ilə bağlıdır. Ta qədimdən Cənubi Qafqazda, xüsusilə Kvemo Kartli və Göyçə gölü ətrafında yaşayan qarapapaqların böyük əksəriyyəti siyasi hadisələrlə əlaqədar XIX əsrin əvvəllərində Türkiyə və İrana köçmüşdülər. Rusiyada qalan qarapapaqlar Qazax tayfa birləşməsinin tərkibində və Naxçıvanda yaşamışlar. Qarapapaq oyk., sadə. Qazax r-nunun Ağköynək i.ə.v.-də kənd. Düzənlikdədir. Bu toponim azərbaycanların etnoqrafik qrupu olan qarapapaq larin adı ilə bağlıdır. Qarapapaqlar türk tayfalarından birinin adıdır.
Qarapapaq bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarapapaq dili
Azərbaycan dilinin qarapapaq dialekti kimi də adlandırılan qarapapaq dili — müxtəlif mənbələrə görə türk dillərinin oğuz qoluna daxil olan qarapapaqların dilidir . Azərbaycanın şimal-qərbində, Gürcüstanın cənubunda və Türkiyənin şərqində yayılmışdır. 1897-ci ildə Rusiya imperiyasının ilk ümumi siyahıyaalınmasında "Qarapapaq" ayrıca dil kimi qeyd edilmişdir . Lakin müasir qarapapaqlar Azərbaycan dilinin qarapapaq ləhcəsində danışırlar .
Qarapapaq tinamu
Qarapapaq tinamu (lat. Crypturellus atrocapillus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Qarapapaq türkləri
Qarapapaqlar və ya Tərəkəmələr — Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycanlılara bağlı bir tayfa. Əhali əsasən maldarlıqla məşğul olur və əksər hallarda köçərilər kimi rast gəlinir. Orta əsrlərdə digər türk və monqol tayfaları ilə birlikdə Qərbi Asiyaya köç etdikdən sonra Qarapapaqlar şərqi Gürcüstanın Debed çayı ətrafında məskunlaşmışdırlar. Bu ərazi müasir Gürcüstan ilə Ermənistan sərhədi boyunca yerləşməkdədir. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra onların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir. Çar Rusiyası ərazisində qalmış Qarapapaqlar rəsmi siyahıyaalınmalarda Azərbaycan türklərindən ayrı hesab edilmişdir, lakin Sovet dövründə onlar tədricən digər Azərbaycan türkləri ilə qarışmışdırlar. Beləliklə, onlar 1959 və 1970-ci illərdə azərbaycanlı olaraq siyahıyaalınmışdırlar. 1944-cü ildə Qarapapaqlardan xeyli sayda insan Mərkəzi Asiyaya sürgün edilmişdir. Tarixən müsəlman olan Qarapapaqlar həm sünni, həm şiə, həm də Əliallahilik məzhəbində olmuşdurlar. Son dövrlərdə Sovet İttifaqının etnoqrafiyası barədə aparılmış araşdırmalara görə, Qarapapaqların çoxu 1980-ci illərdə Türkiyədə, İranda, Mərkəzi Asiyada (əsasən Özbəkistanda) və Cənubi Qafqaz ölkələrində (əsasən Ermənistan və Gürcüstanda) yaşamaqda idilər.
Şurəddin Qarapapaq
Şurəddin Bahəddin oğlu Məmmədov (28 fevral 1956, Kolagir, Bolnisi rayonu) — azərbaycanlı alim, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2002); filologiya elmləri doktoru (2004); professor, ədəbiyyatşünas alim, jurnalist, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Gürcüstan Yazıçılar Birliyi Azərbaycanlı Yazarlar Qrupunun üzvü, Gürcüstan Jurnalistlər Federasiyasının üzvü. 1973–cü ildə daxil olduğu A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun(ka) Azərbaycan bölməsində Filologiya fakültəsini 1978–ci ildə fərqlənmə diplomu ilə bitirib. Elmlər namizədi: Azərbaycan Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "19-cu Yüzil Gürcü Mətbuatında Azərbaycan Ədəbiyyatı Məsələləri"; 1988 Elmlər doktoru: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "Borçalı Ədəbi Mühiti (1920-ci ilinə qədər)"; 2004 Tərcüməçi: Gürcüstan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi 1978–1984 Müxbir, şöbə müdiri: "Gürcüstan" ("Sovet Gürcüstanı") qəzeti 1984–2006 Gürcüstan təmsilçisi: "Azərbaycan" (Bakı) qəzeti 1994–1997 Ortaq (Association) Professor (Dosent): Tbilisi Humanitar Universiteti 1999–2004; Sertifikat: Cavaxişvili Tbilisi Dövlət Universiteti 2004 Tam (Full) Professor: Tbilisi Dövlət Universiteti Kvemo-Kartli Filialı 2004–2006; Tbilisi Dövlət Pedaqoji Universiteti (Marneuli) 2005–2006; Kafkas Üniversitesi (Türkiyə) 2007–2010; Heydər Əliyev Gürcüstan Azərbaycan Tədris Universiteti 2010; Ardahan Üniversitesi (Türkiyə) 2010–2011... Gürcüstan Milli Akademiyası həqiqi üzvü, akademik, 2002-ci il. Bilim Kurulu üyesi (Elmi Şura üzvü) – TuranSAM, Turan Stratejik Araştırmalar Merkezi uluslar arası hakemli dergisi, Konya / Türkiyə 2009–2011 Gürcüstanın "ღირსება" = Şərəf ordeni: Gürcüstanla Azərbaycan arasında elmi-ədəbi əlaqələrin inkişafındakı xidmətlərində görə 2002 "Qızıl Kitab": Elmi fəaliyyətindəki uğurlarına görə 2004 "Borçalı": Gürcüstan azərbaycanlılarının ədəbiyyatının, tarixinin tədqiqindəki xidmətlərinə görə 2004 a- Monoqrafiyaları 2000 * Borçalı Ədəbi Mühiti: Qaynaqları, Təşəkkülü, İnkişafı – Elm; 224 s. / Bakı 2001 * საქართველოს აზერბაიჯანელთა ლიტერატურული ტრადიციები = Gürcüstan Azərbaycanlılarının Ədəbi Gələnəkləri – Azəri / Tbilisi 2002 * Ədəbi Borçalı: Bədii Ədəbiyyatda Borçalı Mövzusu – Borçalı; 96 s. / Bakı 2003 * Azərbaycan Ədəbiyyatının Borçalı Qolu (1920-ci ilə qədər) – Kolori; 272 s. / Tbilisi b- Elmi-publisistik-ədəbi kitabları 1991 * Paralanmış Borçalı vəya 1918-ci il Ermənistan–Gürcüstan Müharibəsinin Acı Nəticəsi. – Azərnəşr, 66 s. / Bakı 1995 * Paralanmış Borçalı.
Nağı xan Qarapapaq
Nağı xan Qarapapaq (?-?) — Qarapapaq elinin rəisi. 14 may 1827-ci ildə rus polkovniki Qurko Arazın sağ sahilində çoxsaylı alaçıqlar görür. Casusluq edən ermənilər xəbər gətirirlər ki, bu alaçıqları Qarapapaq Nağı xan qurub. Başkomandan general İ. Paskeviçin bununla bağlı qraf Nesselroda göndərdiyi rəsmi məktubundan bəzi sətirləri nəzərinizə çatdırırıq: "İrəvan vilayətindən 100 qarapapaq ailəsi Türkiyəyə keçdi. Başqa qarapapaqlar (800 ailə) öz düşərgələrini Arazın o tayında salıblar və Nağı xan ilə İsmayıl ağanın rəhbərliyi altında onların ən yaxşı miniciləri Həsən xana xidmət edir. Rəisləri İsgəndər xan 9 mayda bizimlə vuruşda öldürülmüş Çobankərəlilər (20 ailə) də onlarladır… Qarapapaq eli arasında ətraf vilayətlərin hamısında uğurlu qaçaqçılıqla şöhrətlənmiş çox cəsur insanlar var". V. Potto: "Şadlılardan 60 nəfər silahlarını atıb Sərdarabaddan qaçdı, Nağı xanın ən yaxşı atlılarından olan 50 qarapapaq onu tərk edib Göyçəyə qayıtdı. Ancaq bu hələ ki, ayrıca istisnalar idi. Tatar tayfalarını daha təhlükəsiz etmək üçün müvafiq tədbirlər həyata keçirmək lazım gəlirdi. Belə tədbirlərdən daha məqsədəuyğunu onlarla dinc münasibətin yaradılması idi.
Qarapapaq (Cənubi Zəhmətabad)
Qarapapaq (farsca: قره پاپاق) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Mərkəz bəxşinin, Cənubi Mərhəmətabad dehestanında kənd. Qarapapaq oyk., sadə. Miyandoab şəhristanının Cənubi Zəhmətabad i.ə.v.-də kənd. Düzənlikdədir. Bu toponim azərbaycanların etnoqrafik qrupu olan qarapapaq larin adı ilə bağlıdır. Qarapapaqlar türk tayfalarından birinin adıdır. Onlar elmi ədəbiyyatlarda qıpçaq, bəzən də xəzər mənşəli hesab olunurlar. Qədimdən Cənubi Qafqazda, xüsusilə Göyçə gölü ətrafında yaşayan qarapapaqlann böyük əksəriyyəti siyasi hadisələrlə əlaqədar XDC əsrin əvvəllərində Türkiyə və İrana köçmüşdülər. Rusiyada qalan qarapapaqlar qazax tayfa birləşməsinin tərkibində və Naxçıvanda yaşamışlar. Ermənistanın Krasnoselsk r-nunda Qarapapaq adlı dağ qeydə alınmışdır.
Şurəddin Məmmədli Qarapapaq
Şurəddin Bahəddin oğlu Məmmədov (28 fevral 1956, Kolagir, Bolnisi rayonu) — azərbaycanlı alim, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2002); filologiya elmləri doktoru (2004); professor, ədəbiyyatşünas alim, jurnalist, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Gürcüstan Yazıçılar Birliyi Azərbaycanlı Yazarlar Qrupunun üzvü, Gürcüstan Jurnalistlər Federasiyasının üzvü. 1973–cü ildə daxil olduğu A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun(ka) Azərbaycan bölməsində Filologiya fakültəsini 1978–ci ildə fərqlənmə diplomu ilə bitirib. Elmlər namizədi: Azərbaycan Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "19-cu Yüzil Gürcü Mətbuatında Azərbaycan Ədəbiyyatı Məsələləri"; 1988 Elmlər doktoru: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "Borçalı Ədəbi Mühiti (1920-ci ilinə qədər)"; 2004 Tərcüməçi: Gürcüstan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi 1978–1984 Müxbir, şöbə müdiri: "Gürcüstan" ("Sovet Gürcüstanı") qəzeti 1984–2006 Gürcüstan təmsilçisi: "Azərbaycan" (Bakı) qəzeti 1994–1997 Ortaq (Association) Professor (Dosent): Tbilisi Humanitar Universiteti 1999–2004; Sertifikat: Cavaxişvili Tbilisi Dövlət Universiteti 2004 Tam (Full) Professor: Tbilisi Dövlət Universiteti Kvemo-Kartli Filialı 2004–2006; Tbilisi Dövlət Pedaqoji Universiteti (Marneuli) 2005–2006; Kafkas Üniversitesi (Türkiyə) 2007–2010; Heydər Əliyev Gürcüstan Azərbaycan Tədris Universiteti 2010; Ardahan Üniversitesi (Türkiyə) 2010–2011... Gürcüstan Milli Akademiyası həqiqi üzvü, akademik, 2002-ci il. Bilim Kurulu üyesi (Elmi Şura üzvü) – TuranSAM, Turan Stratejik Araştırmalar Merkezi uluslar arası hakemli dergisi, Konya / Türkiyə 2009–2011 Gürcüstanın "ღირსება" = Şərəf ordeni: Gürcüstanla Azərbaycan arasında elmi-ədəbi əlaqələrin inkişafındakı xidmətlərində görə 2002 "Qızıl Kitab": Elmi fəaliyyətindəki uğurlarına görə 2004 "Borçalı": Gürcüstan azərbaycanlılarının ədəbiyyatının, tarixinin tədqiqindəki xidmətlərinə görə 2004 a- Monoqrafiyaları 2000 * Borçalı Ədəbi Mühiti: Qaynaqları, Təşəkkülü, İnkişafı – Elm; 224 s. / Bakı 2001 * საქართველოს აზერბაიჯანელთა ლიტერატურული ტრადიციები = Gürcüstan Azərbaycanlılarının Ədəbi Gələnəkləri – Azəri / Tbilisi 2002 * Ədəbi Borçalı: Bədii Ədəbiyyatda Borçalı Mövzusu – Borçalı; 96 s. / Bakı 2003 * Azərbaycan Ədəbiyyatının Borçalı Qolu (1920-ci ilə qədər) – Kolori; 272 s. / Tbilisi b- Elmi-publisistik-ədəbi kitabları 1991 * Paralanmış Borçalı vəya 1918-ci il Ermənistan–Gürcüstan Müharibəsinin Acı Nəticəsi. – Azərnəşr, 66 s. / Bakı 1995 * Paralanmış Borçalı.
Borçalı Qarapapaq Türk Cümhuriyyəti
Borçalı Qarapapaq Türk Cümhuriyyəti — Borçalıda yaranmış tanınmayan dövlət. Bu dövlət 1917-ci ilin dekabrın 20-də yaransa da rəsmi olaraq 1918-ci ilin aprelində elan olunub. == Tarixi == 1917-ci ilin dekabrında Emin ağa, Borçalı Xeyriyyə Cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə, Borçalının sünni qazısı Yusif əfəndi Allahyarzadə, həm şiə qazısı Şeyx Məhəmməd Əli ilə birgə Borçalı Qarapapaq Türk Cümhuriyyətinin yarandığını rəsmən elan edirlər. 1918-ci il mayın əvvəlində Azərbaycana yardıma gələn Osmanlı ordusunun paşaları Nuru və Ənvər paşaları Cəlaloğlunda qarşılayıb onları Qazaxa qədər ötürən Emin ağa onlar vasitəsilə Osmanlı sultanı Abdüləzizə, daha sonra isə Azərbaycan dövlətinə müraciət ünvanlayaraq onlardan yardım istəyir. Lakin, istədiyi yardımı ala bilmir. Bir müddət sonra Osmanlı paşası 9-cu Ordu Komandanı Yaqub Şevqi Paşa 5 noyabr 1918-də Qarsda Emin ağa ilə görüşür və ona hər cür dəstək verəcəyinə söz verir. 5 noyabrda isə Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa Acalov və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur. 14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. Şuranın rəhbər müavinliyinə Fəxrəddin bəy təyin olndu.
Qafqaz Qarapapaq Türkləri Konfederasiyası
Suriya Qarapapaq Türklərinin Milli İttifaqı
Qarapapaqlar
Qarapapaqlar və ya Tərəkəmələr — Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycanlılara bağlı bir tayfa. Əhali əsasən maldarlıqla məşğul olur və əksər hallarda köçərilər kimi rast gəlinir. Orta əsrlərdə digər türk və monqol tayfaları ilə birlikdə Qərbi Asiyaya köç etdikdən sonra Qarapapaqlar şərqi Gürcüstanın Debed çayı ətrafında məskunlaşmışdırlar. Bu ərazi müasir Gürcüstan ilə Ermənistan sərhədi boyunca yerləşməkdədir. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra onların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir. Çar Rusiyası ərazisində qalmış Qarapapaqlar rəsmi siyahıyaalınmalarda Azərbaycan türklərindən ayrı hesab edilmişdir, lakin Sovet dövründə onlar tədricən digər Azərbaycan türkləri ilə qarışmışdırlar. Beləliklə, onlar 1959 və 1970-ci illərdə azərbaycanlı olaraq siyahıyaalınmışdırlar. 1944-cü ildə Qarapapaqlardan xeyli sayda insan Mərkəzi Asiyaya sürgün edilmişdir. Tarixən müsəlman olan Qarapapaqlar həm sünni, həm şiə, həm də Əliallahilik məzhəbində olmuşdurlar. Son dövrlərdə Sovet İttifaqının etnoqrafiyası barədə aparılmış araşdırmalara görə, Qarapapaqların çoxu 1980-ci illərdə Türkiyədə, İranda, Mərkəzi Asiyada (əsasən Özbəkistanda) və Cənubi Qafqaz ölkələrində (əsasən Ermənistan və Gürcüstanda) yaşamaqda idilər.
Qarapapaqlar (jurnal)

Значение слова в других словарях