Qarapapaqlar və ya Tərəkəmələr — Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycanlılara bağlı bir tayfa.[3][4][5][6][7][8][9] Əhali əsasən maldarlıqla məşğul olur və əksər hallarda köçərilər kimi rast gəlinir.[10]
Tərəkəmə əsgərləri | |||||||||||||||
Özünüadlandırma | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Qarapapaq | |||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||
| |||||||||||||||
Dili | |||||||||||||||
İrqi | |||||||||||||||
Avropoid | |||||||||||||||
Dini | |||||||||||||||
Daxildir | |||||||||||||||
Azərbaycan türkləri | |||||||||||||||
Mənşəyi | |||||||||||||||
Oğuz və Qıpçaq (Türk) | |||||||||||||||
Qohum xalqlar | |||||||||||||||
Orta əsrlərdə digər türk və monqol tayfaları ilə birlikdə Qərbi Asiyaya köç etdikdən sonra Qarapapaqlar şərqi Gürcüstanın Debed çayı[a] ətrafında məskunlaşmışdırlar. Bu ərazi müasir Gürcüstan ilə Ermənistan sərhədi boyunca yerləşməkdədir. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra onların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir.[11] Çar Rusiyası ərazisində qalmış Qarapapaqlar rəsmi siyahıyaalınmalarda Azərbaycan türklərindən ayrı hesab edilmişdir, lakin Sovet dövründə onlar tədricən digər Azərbaycan türkləri ilə qarışmışdırlar. Beləliklə, onlar 1959 və 1970-ci illərdə azərbaycanlı olaraq siyahıyaalınmışdırlar. 1944-cü ildə Qarapapaqlardan xeyli sayda insan Mərkəzi Asiyaya sürgün edilmişdir.
Tarixən müsəlman olan Qarapapaqlar həm sünni, həm şiə, həm də Əliallahilik məzhəbində olmuşdurlar. Son dövrlərdə Sovet İttifaqının etnoqrafiyası barədə aparılmış araşdırmalara görə, Qarapapaqların çoxu 1980-ci illərdə Türkiyədə, İranda, Mərkəzi Asiyada (əsasən Özbəkistanda) və Cənubi Qafqaz ölkələrində (əsasən Ermənistan və Gürcüstanda) yaşamaqda idilər. 1988-ci ildən başlayan Ermənistandan azərbaycanlıların ikinci deportasiya prosesi zamanı Qarapapaqlar oranı tərk edərək Azərbaycan Respublikası ərazisinə yerləşmişdir.
Oğuz türkcəsində olan Qara və papaq sözlərinin birləşməsindən əmələ gəlmişdir. Ad qara astraqan papaq geydikləri üçün Qafqazdakı qonşu xalqlar tərəfindın verilmişdir.[12] Onlara bəzən Tərəkəmə deyə də xitab edilməkdədir. Bu söz ərəbcədən (Terâkime (تراکمه) meydana çıxmış və Türkmən sözünün cəmi anlamındadır. Bu sözdən köçəri olan bir çox Türk tayfası üçün işlədilməkdədir.[13]
Bu toplum bəzən Orta Asiyadakı Qaraqalpaqlarla qarışdırılır. Fərqli görüşlərin də olmasına baxmayaraq,[14] ümumi olaraq Qarapapaqların Oğuz xarakterli, Qaraqalpaqların isə Qıpçaq xarakterli olması bildirilir.[15]
Çox zaman Tərəkəmə olaraq da bilinən Qarapapaqlar Brockhaus və Efron Ensiklopedik Lüğətinə görə ayrı bir etnik toplum olaraq qruplandırılsalar da,[16] tez-tez Azərbaycan türklərinin alt bir qrupu olaraq irəli sürülməkddirlər. Fəxrəddin Kırzıoğlu və Zəki Vəlidi Toğan kimi bəzi tarixçilər Qarapapaqların Qumuqlarla eyni kökdən gəldiklərini iddia etmişdirlər.[17][18]
Qarapapaqlar saf Türkmən tayfalarından biridirlər.[19] Qafqaza yerləşdikdən sonra onların bir hissəsi oturaq həyata keçib kəndli oldu.[20]
Şah I İsmayıl 1520–1522-ci illərdə qızılbaşlığı yaymaq üçün Şərqi Gürcüstana yürüş etmişdir. Onun bu yürüşündə Qarapapaqlar da iştirak etmişdir. I Təhmasibin hakimiyyətinin erkən illərində qızılbaşların Gürcüstandakı hakimiyyəti zəifləmiş və Qarapapaqlar 1549-cu ildə Osmanlı hökmdarı I Süleymana tabe olmuşdurlar. 1555-ci ildə imzalanmış Amasya sülh müqaviləsi ilə Qarapapaqlar yenidən Səfəvi hakimiyyətinə tabe olmuşdurlar. Bu dövrdə Şiə Qarapapaqlar məzhəblərini bildirmək üçün başlarına qızılbaş papağı qoyurdular, sünnilər isə qara papaqdan istifadə etməkdə idilər. Bu dövrdə bəzi sünni Qarapapaqlar köçə məcbur edilmişdirlər. I Abbas dövründə sünni Qarapapaqlara saqqal vergisi tədbiq edilmişdir.[21]
Qacar hakimiyyəti zamanı Qarapapaqlar kompakt şəkildə müasir Şimali Azərbaycanın Qazax-Şəmşəddil sultanlığında, Borçalı çayı sahillərində, İrəvan-Gəncə ətraflarında, Göyçə gölü sahillərində yaşamaqda idilər.[22]
Birinci Rus-Qacar müharibəsində Qacarların tərəfində ruslara qarşı savaşmışdırlar.[23] İkinci müharibədə də rusların qələbə qazanmasından sonra Qarapapaqların bir çox hissəsi Osmanlı və Qacar imperiyalarına köç etmişdirlər. Köç etdikləri imperiyalarda onlar əsasən kütləvi şəkildə məskunlaşmışdılar. Osmanlı imperiyasında Qarsda yerləşən Qarapapaqlar oranın əhalisinin 15 faizini təşkil edirdilər. Qacar imperiyasında isə Sulduz bölgəsində, yəni Urmiya gölünün cənubunda yerləşdirilmişdilər.[11] Qacarların vəliəhd-şahzadəsi Abbas Mirzə 800 Qarapapaq ailəsinə Sulduzda torpaq vermiş, bunun qarşılığında onlar da onun xidmətinə getmək üçün 400 süvari ayırmışdırlar.[24] Qarapapaqların oraya getməsinə qədər orada təxminən 4–5 min ailə yaşamaqda idi və torpaqların çoxu yerli türklərin Müqəddəm tayfasına aid idi.[24] Lakin tədricən torpaqlar yeni gələnlərin əlinə keçməyə başladı.[24] XIX əsr boyunca Qarapapaqlar Cənubi Azərbaycandan təşkil edilən qeyri-nizami Qacar ordusunun 22 dəstəsindən birini təşkil edirdilər.[25] Sulduz bölgəsindəki Qarapapaqlar Ağçarəvanə, Əli Dərvişli, Çaqqal Mustafa, Çələbi, Dəlicə Əxi, Həmidşah, Qızanlu-i Şiran, Mamaşalu, Oxçı, Sultanlı, Toyuqlu, Teymur kimi qollar halında yaşamışdırlar.[22]
Türkmənçay müqaviləsindən sonra Qarapapaqların bir qolu Cənubi Azərbaycana köç edərkən, digər bir qol da Qars, Çıldır, Sarıqamış, Arpaçay, Ağbaba, Çaldıran, Sökmənova, Qarakösə və Daşlıçay (hamısı müasir Türkiyədə yerləşir) köç etmişdirlər.[26]
Qarsın ruslar tərəfindən ələ keçirilməsindən sonra onlar burada siyahıyaalınma həyata keçirdilər.[11] Qars oblastındakı siyahıyaalınma nəticəsində bəlli oldu ki, bölgədə 21.652 nəfər Qarapapaq (rusca:Карапапахи) yaşamaqdadır. Onlardan 11.721 nəfəri sünni, 9.931 nəfəri isə şiə idi.[11] Rus hakim dairələri Dağıstan oblastında yaşayan və bu gün azərbaycanlı hesab edilən Tərəkəmə tayfası ilə Qarapapaqları eyni etnik qrup qəbul edirdi.[27] 1886–11892-ci illərdə aprılmış siyahıyaalınma zamanı bəlli olmuşdur ki, Dağıstan oblastında 8.893 tərəkəmə yaşamaqdadır.[28] Rəsmi dairələr onları Qarsdakı Qarapapaqlar ilə eyni qrup hesab etmiş, ikisinin ümumi cəmini imperiyadakı Qarapapaq sayı kimi təqdim etmişdir. 1897-ci il hesablamalarına görə, ümumi imperiyada 29.879 Qarapapaq yaşamaqda idi.[11] 1910-cu ildə nəşr edilmiş Qafqaz Kalendarına görə, ümumi Qarapapaq sayı 39.000 nəfər göstərilmişdir, onlardan bir hissəsi Qarsın 99 kəndində yerləşmişdi.[11] Bu kəndlərdən 63 Qars qəzasında, 29-u Ərdəhanda və 7-i Kağızmanda idi.[11]
Osmanlı imperiyasının 1908-ci ildən 1912-ci ilə qədər davam edən Sulduz işğalı zamanı Qarapapaqlar əziyyət gördülər. Onlar Osmanlı hakim dairələri tərəfindən Qacarların agentləri olaraq görülürdülər.[24] XX əsrin əvvəllərində Qarapaqlar bu bölgənin 11 kəndində kürdlər ilə birlikdə yaşamaqda idilər.[24]
1926-cı il Sovet siyahıyaalmasına görə, Qarapapaqların sayı dramatik şəkildə azalaraq 6.315 nəfərə enmişdir. Bu Qars bölgəsinin Türkiyə Respublikasına daxil olmasına görə idi.[11] 1920-ci illərin ortalarına aid rəqəmlər göstərir ki, ümumi Qarapapaqların 70 faizi İranda, 30 faizi isə Sovet İttifaqında yaşamaqda idilər. Türkiyədə Qarapapaqlar sadəcə Türk hesab edildikləri üçün onların ayrıca hesablaması aparılmamışdır.[11] Sovet İttifaqında yaşayan müsəlman xalqlarından bəhs edən və 1983-cü ildə Şirin Akıner tərəfindən yazılmış kitabdan aydın olur ki, Qarapapaqların böyük hissəsi Sovet İttifaqından kənarda yaşamaqda idi.[29] Bu kitab 1926-cı il Sovet siyahıyaalması əsasında yazılmış və təxminən eyni dövrü araşdırmaqdadır. Sovet İttifaqında yaşayanların çoxu isə Azərbaycan SSR-ın cənub hissəsində, Araz çayı boyunca ərazilərdə yaşamaqda idilər.[29] Akıner əlavə edir ki, 1926-cı ildə artıq demək olar ki, heç bir Qarapapaq öz dillərində danışa bilməməkdə idi.[29] Həmin dövrdə Sovet Qarapapaqlarının çox hissəsi sünni idi, lakin azlıq olaraq şiələr də var idi. Ümumən Qarapapaqlar 1926-cı ildə ayrı etnik qrup kimi siyahıyaalınmışdırlar.[29] Sovet İttifaqı zamanı Qarapapaqlar mədəni və linqivistik anlamda azərbaycanlılaşmışdır. Beləliklə, 1959 və 1970-ci illərdə onlar siyahıya azərbaycanlı olaraq alındılar.[11]
1944-cü ildə Sovet İttifaqında yaşayan Qarapapaqlar kütləvi şəkildə Mərkəzi Asiyaya sürgün edildilər. Onlar Axısqa türkləri, kürdlər və digərləri ilə birlikdə köçürülmüşdülər.[30][31]
Olson və digərləri tərəfindən hazırlanmış və Rusiya-Sovet dövlətlərindəki etnoqrafik göstəriciləri araşdıran yazıda Qarapapaqlardan da bəhs etmişdir. Kitabda Qarapapaqlarkiçik Türkmən etnik qrupu və Daşkənd ətrafında yaşayan toplum olaraq təsvir edilir. Onların əsas yaşayış yeri kimi Özbəkistan SSR-ın paytaxtının ətrafı göstərilir.[32] Müəlliflər bildirir ki, Qarapapaqlar əsasən Əliallahilik məzhəbinə etiqad etməkdə idilər.[32] Onlar həmçinin izah edirlər ki, Qarapapaqların dini ayinlərinə görə "ənənəvi olaraq Qarapapaq dinində gizlilik və fanatizm elementi olub".[32] Benniqsen eynilə bildirirdi ki, "qarapapaqların müəyyən bir hissəsi Əli İlahidir ki, bu da onların azərbaycanlılar tərəfindən assimilyasiyasına bir qədər mane olur".[19]
Olson və digərləri bildirir ki, həmin zaman Sovet İttifaqında 10 mindən çox Qarapapaq yaşamışdır. Onların əksəriyyəti Mərkəzi Asiyada yaşamaqda idi və 1980-ci illərdə onlardan çox az bir insan Gürcüstanın cənubuna və Ermənistanın şimalına geri dönə bilmişdir.[33] Bəziləri bildirir ki, 30 və 60 min Qarapapaq müvafiq olaraq İran və Türkiyədə yaşamaqdadır.[33] Bu rəqəmlər 1994-cü ilə aiddir. Qarapapaqlar hələ də Ərdəhan, İğdır və Qars ətraflarında yaşamağa davam etməkdədirlər.[34]
Əhməd Cəfəroğlu Qarapapaqların danışdığı dilin "öz türkcə" olduğunu yazmaqdadır.[35] İslam Ensiklopediyasındakı Qarapapaqlar maddəsində onların danışdığı dilin Azərbaycan türkcəsinin bir qolu olduğu yazılmaqdadır.[36] S. Dündar da onların Azərbaycan türkcəsində danışdıqlarını yazmaqdadır.[37] Həmçinin XIX əsr Osmanlı qaynaqlarında da onların Azərbaycan türkcəsində danışdıqları qeyd edilmişdir.[38]
Qarapapaqlar əksərən Oğuz dilləri qrupuna daxil olan və Azərbaycan ilə Türkiyə türkcələrinə bənzər dildə danışmışdırlar.[11][b] Gürcüstanda istifadə edildiyi zaman bu dil tez-tez Azərbaycan türkcəsi ilə səhv salınmaqda idi.[11] Eyni tendensiyalar nəticəsində həm Azərbaycandakı, həm də Türkiyədəki Qarapapaqlar artıq öz ləhcələrində deyil, Azərbaycan və Türkiyə türkcələrində danışmaqdadırlar.[11][c] Brent Brendemoen özünün Türk-İran Əlaqə Sahələri: Tarixi və Linqivistik Aspektlər əsərində qeyd edir ki, müasir dövrdə Qarapapaqların (və digərləri) Türkiyənin şərqindən köçü farsca səsli ərəb sözlərinin Sivasdakı Kanqala qədər təcrid olunmuş ərazilərə gətirilməsinə səbəb olub.[39]
Bəziləri onların Azərbaycan türkcəsinin qərb ləhcələrindən birində danışdıqlarını iddia edirlər. Bundan başqa, ana dillərindən başqa, rus, anadolu türk, gürcü dilləri kimi yaşadıqları ölkənin dillərini də danışırlar. Tarixən İslamı qəbul etmiş və bu dinə sitayiş edirlər.
Türkiyədəki Qarapapaqlar əsasən sünni İrandakılar isə şiə[40] məzhəbindədirlər. Azərbaycan və Gürcüstandakılar içərisində hər iki məzhəbdən də vardır.
Cəfərov İsgəndər, Lətif Vəliyev, Vüsal Qasımlı,Nuşirəvan Məhərrəmli, Qəşəm Nəcəfzadə, Simarə İmanova, Xanhüseyn Kazımlı və başqaları.
Qarapapaq (Tərəkəmə) milli marşı:
Yemin etdim bir olmağa, tafınmışam mən Allaha.
Qarapapağ türküyəm mən, duysun hamı qoy bir daha.
Soyum Qıpçağ, Oğuz türkü, qardaşımdı Krım xanı,
Tərəkəmə deyənlərə, göstərmişəm adı sanı.
Öz elimdə dustağ qaldım, çox qıydılar iyid cana,
Qardaşlara Salam söylə, yolun düşsə Dağıstana.
Qaraçöpdür yurdum mənim, Borçalıdır doğma vatan,
Türk elinin iyidlərin, tanıyıfdır bütün cahan!
Qarapapaqlar əsasən qoyunçuluqla, bəzən kənd təsərrüfatı ilə məşğul olmuşdurlar.[11] Azərbaycanda yayı müvəqqəti olaraq Dağlıq Qarabağ və ətrafı rayonlarda, digər fəsilləri isə əsasən Aran ərazilərdə yaşayırdılar. Qarabağ müharibəsində, Ermənistanın Azərbaycanın 20% ərazisinin işğalı ilə əlaqədar tərəkəmələr yay aylarında dağlıq ərazilərə köç edə bilmədikləri üçün əvvələr köçəri həyat sürən tərəkəmələr getdikcə oturaq həyata keçirlər.