Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaraqulaq
Qaraqulaq (lat. Caracal) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Adi qaraqulaq
Adi qaraqulaq (lat. Caracal caracal) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin qaraqulaq cinsinə aid heyvan növü.
Qaraqulaq ağ Bim (film)
Qaraqulaq ağ Bim — 1977-ci ildə istehsal olunmuş SSRİ filmi. == Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Stanislav Rostoski Rejissor : Stanislav Rostoski Operator : Vyaçeslav Şumski Rəssam : Sergey Serebrennikov Bəstəkar : Andrey Petrov === Rollarda === Vyaçeslav Tixonov – İvan İvanoviç Valentina Vladimirova – qonşu Mixail Dadıko İvan Rıjov – Pal Titıç İrina Şevçuk – Daşa Mixail Zimin – Semyon Petroviç Gennadi Koçkojarov – Alyoşanın atası Rimma Manukovskaya – Tolikin anası Mariya Skvorsova – Stepanovna Anatoli Baransev – Nikolay Vitali Leonov Lyubov Sokolova Aleksey Çernov – Trofimıç Dmitri Barkov – Aleksandr Petroviç Raisa Ryazanova – Alyoşanın anası Georgi Svetlani Vladimir Sergienko – Klim Vasili Vorobyov – Tolik Anya Rıbnikova – Lüsya Seryoja Şevlyakov – Alyoşa İvan Jevaqo Bronislava Zaxarova – tibb bacısı Zoya Tolbuzina Svetlana Xaritonova – Anna Pavlovna Fyodr Yekateriniçyev Aleksey Mironov Fyodr Korçagin Nikolay Poqodin Qalina Komarova Andrey Martınov Vladimir Razumovski Rodion Aleksandrov Aleksandr Paşutin Vitali Ponomaryov Vyaçeslav Syupa Boris Gitin Yuri Qriqoryev Manefa Sobolevskaya == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh. 291.
Qaraqulaq ağ Bim (film, 1977)
Qaraqulaq ağ Bim — 1977-ci ildə istehsal olunmuş SSRİ filmi. == Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Stanislav Rostoski Rejissor : Stanislav Rostoski Operator : Vyaçeslav Şumski Rəssam : Sergey Serebrennikov Bəstəkar : Andrey Petrov === Rollarda === Vyaçeslav Tixonov – İvan İvanoviç Valentina Vladimirova – qonşu Mixail Dadıko İvan Rıjov – Pal Titıç İrina Şevçuk – Daşa Mixail Zimin – Semyon Petroviç Gennadi Koçkojarov – Alyoşanın atası Rimma Manukovskaya – Tolikin anası Mariya Skvorsova – Stepanovna Anatoli Baransev – Nikolay Vitali Leonov Lyubov Sokolova Aleksey Çernov – Trofimıç Dmitri Barkov – Aleksandr Petroviç Raisa Ryazanova – Alyoşanın anası Georgi Svetlani Vladimir Sergienko – Klim Vasili Vorobyov – Tolik Anya Rıbnikova – Lüsya Seryoja Şevlyakov – Alyoşa İvan Jevaqo Bronislava Zaxarova – tibb bacısı Zoya Tolbuzina Svetlana Xaritonova – Anna Pavlovna Fyodr Yekateriniçyev Aleksey Mironov Fyodr Korçagin Nikolay Poqodin Qalina Komarova Andrey Martınov Vladimir Razumovski Rodion Aleksandrov Aleksandr Paşutin Vitali Ponomaryov Vyaçeslav Syupa Boris Gitin Yuri Qriqoryev Manefa Sobolevskaya == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh. 291.
Qarabulaq
AzərbaycanQarabulaq — Füzuli rayonunun ilk adı. Qarabulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qarabulaq (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Qarabulaq (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd. Qarabulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Qarabulaq (Qax) — Azərbaycanın Qax rayonunda kənd. 3 iyul 1998-ci ildə ləğv olunmuşdur. Qarabulaq (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Qarabulaq — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2180 m.
Qaraqulax
Qaraqulax - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 20 km məsafədə, Qalaçayın sahilində, Səlimçayının sol qolunun üstündə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «böyük, iri, geniş» mənasında işlənən qara sözü ilə türk dilində «dərə, təpə, təpəlik, hündür yer, yayla, təpələr arasında düzənlik», «arxın ayrıldığı yer» mənasında işlənən qulak //kulak sözündən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Burada ermənilərdən başqa 1897-ci ildə 3 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır . İndi ermənilər yaşayır.
Qarqulaq
Qarqulaq, Getap — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1946-cı il fərmanı ilə adı dəyişdirilib Getap qoyulmuşdur.
Aşağı Qarabulaq
Aşağı Qarabulaq — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qarabulaq kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 22 km qərbdə, Qarabulaq çayının sahilində yerləşir. Qaraxaç silsiləsininnın şərq ətəklərində yerləşən kənd coğrafi cəhətdən rayonun Qızılhacılı, İpnari və Hüseynkənd kəndləri ilə qonşu, Yuxarı Qarabulaq kəndi ilə iç-içədir. == Tarixi == Borçalı bölgəsində Qarabulağın adı 1701-ci il əhalisayımında çəkilib, Yuxarı Qarabulaqda 8 nəfər, Aşağı Qarabulaqda 7 nəfər əhali qeyd edilib. == Əhali == Müxtəlif tarixlərdə keçirilmiş əhali sayımları zamanı kənd əhalisinə dair məlumatlar bəzən vahid Qarabulağ kəndi adı ilə ümumi, bəzən isə ayrı kəndlər olaraq aşağı və yuxarı Qarabulaq kəndləri adı ilə verilmişdir. 1886-cı ildə Böyük Qarabulaqda 32 ailədə 155 nəfər, İkiqapılı-Qarabulaqda 8 ailədə 37 nəfər, Bala Qarabulaqda 6 ailədə 45 nəfər, 1926-cı ildə ümumi Qarabulaq kəndində 110 ailədə 765 nəfər azərbaycanlı yaşayırdı.17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 333 nəfər əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 386 nəfər əhali yaşayır. == Təhsil == Kənddə ilk dünyəvi məktəb 1921-ci ildə yaradılıb. 2006-cı ildə kənddə bir ibtidai məktəb fəaliyyət göstərirdi və məktəbdə 16 şagird təhsil alırdı. Hazırda bu məktəbin fəaliyyəti dayandırılmışdır.
Qarabulaq (Abaran)
Qarabulaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. 1590-cı ildən mə'lumdur == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Yuxarı Qapılı olmuşdur.Ermənistan SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı yişdirilib Yerincatap qoyulmuşdur. == Toponimi == 1728-ci ildə İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı. "Kəndin başqa adı Yuxarı Qapılı Andondur". 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yerincə-Tap adlandırılmışdır. 1728-ci ilə aid mənbədə Karuli adlanır.XIX əsrdə Cənubi Qafqazda mövcud olmuş 33 Qarabulaq toponimindənbiridir. Qarabulaq "yeraltə su", "yerdən qaynayıb çıxan və ona görə qara rəngə çalan su", "qara su", "içməyə yararsız su", "qışda donmayan bulaq" mə'nalarındadır.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарабулаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти.
Qarabulaq (Ağbaba)
Qarabulaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Arpagölün qərbində, rayon mərkəzindən 33 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Kənd 1728-ci ildən mə'lumdur . 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Digər adı Ağbaba 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində adı çəkilir Toponim «keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını verən qara sözü ilə bulaq hidroterminindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şaqik qoyulmuşdur. == Əhalisi == Kənddə 1886-cı ildə 185 nəfər, 1905-ci ildə 295 nəfər, 1908-ci ildə 352 nəfər, 1914 - cü ildə 382 nəfər azərbaycanlı yaşamışdır.
Qarabulaq (Ağin)
Qarabulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin(Ani) rayonunda kənd. == Tarixi == Arpaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni, rus mənbələrində kəndin başqa bir adının Qazarabad olduğu qeyd edilir. Kəndin adı kənddəki bulağın adından götürülmüşdür. «Keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını bildirən qara və bulaq sözlərindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 30.VI.1945-ci il kəndin adı dəyişdirilib İsahakyan (erməni yazıçısı Avetik İsahakyanın familiyası) adlandırılmışdır.
Qarabulaq (Bicar)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Qarabulaq (Bostanabad)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 163 nəfər yaşayır (38 ailə).
Qarabulaq (Culfa)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 467 nəfər yaşayır (125 ailə).
Qarabulaq (Germi)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (22 ailə).
Qarabulaq (Göygöl)
Qarabulaq (əvvəlki adı: Martunaşen) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Martunaşen kəndi Qarabulaq kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim "gur sulu bulaq" mənasındadır. == Tarixi == XIX əsrdə kənd ərazisində ermənilər məskunlaşdırılmışdır. Buna baxmayaraq Rusiyanın Qafqaz canişinliyi tərəfindən Tiflisdə çap olunmuş (1918-1920) xəritədə kəndin adı Qarabulaq olaraq göstərilir. XX əsrin 50-ci illərində kəndin adı dəyişdirilib erməniləşdirilmiş, inqilabçı A.F.Myasnikovun gizli təxəllüsü (Martini) ilə əlaqədar olaraq Martunaşen adlandırılmışdır. 29 dekabr 1992-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir. == Coğrafiyası == Kənd dağətəyi ərazidə yerləşir və ərazisindən eyniadlı çay axır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 246 nəfər yaşayır.
Qarabulaq (Gədəbəy)
Qarabulaq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Zəhmətkənd inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd 1926-cı ildə Qarabulaq (indiki Rüstəm Əliyev) kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınmış və Q.Musabəyovun adı ilə adlanmışdı. 1953-cü ildən indiki adı daşıyır. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 661 nəfər yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarabulaq (Həştrud)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 280 nəfər yaşayır (78 ailə).
Qarabulaq (Kövsər)
Qarabulaq (fars. قرخ بلاغ‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (14 ailə).
Qarabulaq (Miyanə)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 280 nəfər yaşayır (66 ailə).
Qarabulaq (Mərənd)
Qarabulaq (fars. ساري تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 124 nəfər yaşayır (29 ailə).
Qarabulaq (Oğuz)
Qarabulaq — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin ərazisi qədim yaşayış yeridir və keçmiş adı Xoşkaşen olmuşdur. Xoşken (Koçken, Koşken, Xoşken) V əsrdə Alban xristian ruhanisinin adı olub, türkcə "qartal" sözündəndir. "Şen" isə "oba, yer, kənd" anlamındadır. "Xoşkaşen" — "Xoşkenin" (qartal kimi igidin) kəndi, obası, yeri" deməkdir. Kəndin indiki adı isə XIX əsrdə Şəki rayonunun Oxud kəndindən çıxmış ailələrin Filfilli kəndi yaxınlığında Qarabulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Keçmiş adı Molla Qarabulaq olmuşdur. Kəndin əsasını bir nəfər molla qoyduğuna görə Molla Qarabulaq adlanmış, sonralar molla sözü düşmüşdür. Sonralar əhali Filfilli kəndinin şimalındakı eyni adlı kənddən köçüb indiki kəndin ərazisində məskunlaşmış, həmin adı da özləri ilə buraya gətirmişlər. "Qarabulaq" sözünün mənası "daim çağlayan, güclü, bol sulu bulaq" kimi yazmaq daha düzgündür.
Qarabulaq (Qax)
Qarabulaq — Azərbaycan Respublikasının Qax rayonunun Sarıbaş kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Qax rayonunun Sarıbaş kənd inzibati ərazi vahidi tərkibindəki Qarabulaq kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qarabulaq (Qazaxıstan)
Qarabulaq (qaz. Қарабұлақ) — Qazaxıstanda qışlaq. Çimkəndin 45 km şərqində, Qarasu çayının sahilində yerləşir. Əhalisi 45 mindən çoxdur. Əhalinin 99 faizi özbəklər təşkil edirlər.. Qışlaqdə həmçinin qazaxlar və başqa millətin nümayəndələri də yaşayırlar. == Tarix == Karabulak qəsəbəsinin tarixi Böyük İpək Yolunun çiçəkləndiyi dövrə gedib çıxır. Karabulak ilkin Karabulak kəndinin başındakı bulaqlardan qaynaqlanan Karasu və Qaynarbulak çaylarının ətrafında yerləşir. Çindən qərbə və geriyə gedən tacirləri olan karvanlar bulaq sularının yaxınlığında müvəqqəti dayandılar. Keçmiş tacirlərin əlaqələri keçən karvanlarla ticarət mübadiləsinin inkişafına kömək edirdi.
Qarabulaq (Soyuqbulaq)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (39 ailə). Əhalisini kürdlər təşkil edir.
Qarabulaq (Sultaniyə)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,471 nəfər yaşayır (360 ailə).
Qarabulaq (Sərab)
Qarabulaq (fars. قره بلاغ‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (26 ailə).
Qarabucaq
Yaşayış məntəqələri AzərbaycandaQarabucaq (qəsəbə, Kürdəmir) — Kürdəmir rayonunda qəsəbə. Qarabucaq (kənd, Kürdəmir) — Kürdəmir rayonunda kənd.Oxşar toponimlərAxtaçı Qarabucaq — Kürdəmir rayonunda kənd. Xol Qarabucaq — Neftçala rayonunda kənd. Kür Qarabucaq — Neftçala rayonunda kənd.
Qaradolaq
Qaradolaq (Ağcabədi) — Ağcabədi rayonunda kənd. Yeni Qaradolaq — Ağcabədi rayonunda kənd. Qaradolaq (Qax) — Qax rayonunda kənd.
Qaraqalpaq
Qaraqalpaqlar – kompakt halda Özbəkistanın Qaraqalpaqıstan Respublikasında və az sayda digər ölkələrdə yaşayan türkdilli xalqı. == Ümumi məlumat == Ərazi əvvəllər Qazaxıstanın, sonralar isə Rusiyanın tərkibində olmuşdur. 1936-cı ildə Özbəkistanın tərkibinə qatılmışdır. Özbəkistan Respublikasında 2002-ci ildə aparılmış siyahıya almaya əsasən ölkədə yaşayan Qaraqalpakların sayı 504 301 nəfərdir və say baxımından onlar Özbəkistanda özbəklərdən, ruslardan, taciklərdən və qazaxlardan sonra beşinci xalqdır. Qaraqalpaqlar türk xalqlarının kiçik saylı qruplarından biri olmaqla uzun müddətdir ki, Orta Asiya ərazisində Sırdərya ilə Amudərya çaylarının hövzəsində yaşayırlar, lakin orada qaraqalpaqların sayı 350–400 mindən çox deyil. Qaraqalpaqıstanda əhalinin ümumi sayı isə son siyahıyaalmaya görə, təxminən 1,5 milyondur. Qaraqalpaqlar çox çətin, əzablı, məşəqqətli aqibət yaşayıblar. Ötən çağlarda qaraqalpaqlara müxtəlif xalqlar tərəfindən olan həmlələr onların sayının azalmasına, ata yurdundan kənar düşmələrinə səbəb olub. Bütün bu səbəblərdən qaraqalpaqların bir hissəsi Yayıq ətrafına, digəri İtil ətrafına, qalan qismi isə Orta Asiya və Ural ərazisindən kənarlaşaraq Əfqanıstana, Pakistana, İrana, Rusiyanın müxtəlif bölgələrinə yayılmışlar. "Qaraqalpaq" adı tarixi ədəbiyyatda XVI əsrdən çəkilir.
Qaraqovaq
Qaraqovaq — (lat. Populus nigra L.) — Söyüd fəsiləsinə adi bitki növü. == Ümumi yayılması: == Qafqaz Gürcüstan, Rusiyanın Avropa hissəsi, Qazaxıstan, Qərbi Avropa, Kiçik Asiya, İran və Şimali Amerikada təbii аrеаlı vаrdır. Azərbaycanda yаyılmаsı: Qubada, Naxçıvan MR-nın dağ və düzən yer-lərində, Diabar, Samur Dəvəçi ovalığı, St.yaylası, Alazan-Əyriçay çökəkliyində, Kür-Araz düzənliyi və ovalığında təbii hаldа yаyılmışdır. == Stаtusu: == Azərbaycanın nadir bitkisidir. LC. == Bitdiyi yеr: == Arandan başlayıb оrtа dаğ qurşağına qədər tuqay mеşələrində, çаy sаhili bоyuncа rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == İri, hündürlüyü 25–30 m-ə çаtаn еnli çətirli аğаcdır. Budаqlаrı gövdəsindən аrаlı dаyаnır. Gövdələrinin qаbığı qаlın, tündbоz rəngdə, üzərində çаtlаr vаrdır.
Qaraqullar
Qaraqullar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin ilkin adı Ballıca olmuşdur. Sonralar kəndin əsasını qoymuş üç qardaşdan ən böyüyünün — Qaraqulunun adı ilə (hazırda kənddə qardaşların adını daşıyan üç nəsil vardır) adlanmışdır. == Tarixi == Kəndin əsl adı Qaraqululardır. Yerli məlumata görə, yaşayış məntəqəsini Türkiyədən köçüb gəlmiş üç qardaş (Qaraqulu, Əfkar və Həsən) salmışdır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Dəstəfurçayın (Gəncəçayın qolu) sahilində, Qoşqar dağının (Kiçik Qafqaz) şimal-şərq yamacında yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Qaraqullar kənd kitabxana filialı, Qaraqullar kənd Mədəniyyət Evi fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Qaraqullar kənd tam orta məktəbi fəaliyyət göstərir.
Qaraquşlar
Qaraquşlar (lat. Pandionidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Qaraqışlaq
Qaraqışlaq (Zəngibasar) Qaraqışlaq (Soyuqbulaq) Qaraqışlaq (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının Mərkəzi bəxşinin Ləkistan qəsəbəsində yerləşib. Qaraqışlaq — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.
Qurdqulaq
Qurdqulaq (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğaqnadzor) rayonunda kənd. Qurdqulaq (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Qurdqulaq — İrəvan quberniyasının Şərur-Dərələyəz qazasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay.
Qaraqala
KəndlərQaraqala (Loru) — Tiflis quberniyasının Loru - Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Qaraqala (Qırxbulaq) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Qaraqala (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Qaraqala (Sərdarabad) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd.DigərQaraqala yaşayış yeri — Qaraqala nekropolu — Qaraqala — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaraqala — İrəvan quberniyasının Aleksandropol qəzasında dağ.
Qarqucaq
Qarqucaq — Azərbaycan Respublikasının Goranboy rayonunun Qarqucaq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Qarqucaq kəndi Qaraçayın sahilində, Gəncə-Qazax düzənliyindədir. 1823-cü il məlumatina görə, Qarqucaq Mirza Əli bəy adlı şəxsə məxsus əkin-torpaq sahəsinin adı olmuşdur. Bəyin həmin ərazidə yerləşdirdiyi doqquz ailədən ibarət icma da sonralar Qaraqucaq icmasi kimi qeydə alınmişdir. Bəzi tədqiqatçılara görə, bu ad qarğı/qarqu (bitki) sözündən və məkan bildirən -caq şəkilçisindən ibarət olub, “qarğı olan yer, qarğılıq” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 704 nəfər əhali yaşayır.