Qaraqullar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd.[2]
Qaraqullar | |
---|---|
40°25′41″ şm. e. 46°05′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kəndin ilkin adı Ballıca olmuşdur. Sonralar kəndin əsasını qoymuş üç qardaşdan ən böyüyünün — Qaraqulunun adı ilə (hazırda kənddə qardaşların adını daşıyan üç nəsil vardır) adlanmışdır.[3]
Kəndin əsl adı Qaraqululardır. Yerli məlumata görə, yaşayış məntəqəsini Türkiyədən köçüb gəlmiş üç qardaş (Qaraqulu, Əfkar və Həsən) salmışdır.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Dəstəfurçayın (Gəncəçayın qolu) sahilində, Qoşqar dağının (Kiçik Qafqaz) şimal-şərq yamacında yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 465 | 231 | 234 |
2009[5] | ↗569 | ↗289 | ↗280 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə Qaraqullar kənd kitabxana filialı, Qaraqullar kənd Mədəniyyət Evi fəaliyyət göstərir.[6]
Kənddə Daşkəsən rayon Qaraqullar kənd tam orta məktəbi fəaliyyət göstərir.[7]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Qaraqullar kənd həkim məntəqəsi yerləşir.[8]