Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şaquli atılmış cismlər
Şaquli istiqamətdə aşağı atılmış cisim düzxətli bərabəryeyinləşən hərəkət edir. Bu hərəkətdə cismin istənilən andakı sürətinin modulu v = v 0 + g t {\displaystyle v=v_{0}+gt} düsturu ilə hesablanır. t müddətində gedilən yol isə h = V 0 t + g t 2 2 {\displaystyle h=V_{0}t+{\frac {gt^{2}}{2}}} düsturu ilə təyin olunur Şaquli istiqamətdə yuxarı atılmış cism isə düzxətli bərabəryavaşıyan hərəkət edir. Bunun səbəbi odurki cismin hərəkət təcili ona əks yönəlmişdir Bu hərəkətdə cismin sürəti v = v 0 − g t {\displaystyle v=v_{0}-gt} qalxma hündürlüyü isə h = v 0 t − g t 2 2 {\displaystyle h=v_{0}t-{\frac {gt^{2}}{2}}} düsturu ilə hesablanır Cismin maksimal hündürlüyə qalxma müddəti t q = v 0 g {\displaystyle t_{q}={\frac {v_{0}}{g}}} . maksimala qalxma hündürlüyün h m = v 0 2 g {\displaystyle h_{m}={\frac {v_{0}}{2g}}} . Uçuş müddəti isə t u = 2 v 0 g {\displaystyle t_{u}={\frac {2v_{0}}{g}}} düsturu ilə hesablanır. Qeyd edək ki, cismin yerə düşmə anındakı sürəti, onun başlanğıc sürətinə bərabərdir.
Satılmış-i Məhəmmədabad (Qoşaçay)
Satılmış-i Məhəmmədabad (fars. ساتلميش محمداباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 268 nəfər yaşayır (56 ailə).
Satılmış-i Məhəmmədli (Qoşaçay)
Satılmış-i Məhəmmədli (fars. ساتلميش محمدلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,564 nəfər yaşayır (345 ailə).
Satılmış-i Topxana (Qoşaçay)
Satılmış-i Topxana (fars. ساتلميش توپخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 293 nəfər yaşayır (76 ailə).
Qutalmış
Kutalmış tam adıyla Ümeyr bin Şuyyim bin Amr Arslan Yabqu bin Kutalmış' (Ərəb əlifbası ilə: قتلمش) (ö. 1077) Atası Arslan Yabqudur. Səlcuqlu sultanı Toğrul bəyin əmisi oğludur. O, sonradan Toğrul bəyə üsyan etmişdir. Oğlu Kutalmışoğlu Süleyman şah Rum sultanlığını qurmuştur. "Xoşnəxtlik almış" və "mübarək, uğurlu" mənasında bir ad olan Kutalmış, qaynaqlardaki yazılışlarına görə "Kutulmuş, Kutlamış" kimi şəkillərdə də oxuna bilinir. == İstinadlar == == Mənbə == Prof Dr. Mikail Bayram (Selçuk Üniversitesi Fen-Edebiyat Fakültesi Öğretim Üyesi). Türkiye Selçukluları Döneminde Bilimsel Ortam ve Ahiliğin Doğuşuna Etkisi neşr. Ekber Feyyaz (Tahran 1371).
Yarılmış meandr
Yarılmış meandr (rus. прорванный меандр, ing. cut-off meander) — adətən daşqın zamanı çay meandr boğazını daha qısa yol ilə kəsərək yeni yataq əmələ gətirir. Köhnə yataq quruyaraq onun yerində planda nal şəkilli axmaz yaranır.
Nihat Anılmış
Nihat Anılmış (türk. Nihat Anılmış) (1876, Plovdiv – 31 may 1954, İstanbul) — Türk əsgəri və siyasətçisi. Osmanlı ordusunda zabit və Türk ordusunun general idi. == Həyatı == 1894-cü il may ayının 28-də, təhsil aldığı hərbi akademiyanı 1896-cı ilin 17 avqustunda leytenant rütbəsi ilə bitirmişdir. 17 yanvar 1900-cü ildə Döyüş Akademiyasını kapitan rütbəsi ilə bitirmişdir. Balkan müharibələrində, Birinci Dünya müharibəsində və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 1913-cü ildə Balkan müharibəsində döyüş zamanı yaralanaraq bolqarla əsir düşmüş və və həmin ilin sonunda azad edilmişdir. === Siyasi fəaliyyəti === 1943–1950-ci illərdə Ankaranın millət vəkili kimi fəaliyyət göstərmişdi.
Qarımış qız
Qarımış qız — qadınların adətən evləndiyi yaş həddini keçsə də, ailə həyatı qurmayan qız. Bu ifadə heç vaxt evlənmə ehtimalı olmayan qızlar barəsində də istifadə edilə bilər. == Etimologiyası və tarixi == İngilis dilində "qarımış qız"ı ifadə edən "spinster" sözü hələ sənaye əsrindən xeyli əvvəlki dövrlərdə yun əyirən qız və qadınları işarə etmək üçün istifadə edilərdi. Onlayn Etimoloji Lüğətə görə, yun əyirmək fəaliyyəti ilə əksərən evlənməmiş qızlar məşğul olduğundan, XVII əsrdən başlayaraq XX əsrin əvvəllərinədək hüquqi sənədlərdə belə xanımlar spinster adlandırılırdı. 1719-cu ildən etibarən isə spinster dedikdə "hələ də ailə həyatı qurmayan və evlənmək üçün orta statistik yaş həddini keçən" qızlar başa düşülürdü. Bu ifadənin evlənməyən qızlarla bağlı hüquqi kontekstdə istifadəsi 1699-cu ilə — Anqlikan kilsəsinin nikahları qadağan etdiyi zamanlara gedib çıxır; belə ki, gəlin ola biləcək xanımlar kilsədə "prixodun spinsteri" adlandırılırdı. Oksford Amerika Lüğəti "spinster" (ərə getməmiş və evlilik yaşını keçmiş qadın deməkdir) sözünün "alçaldıcı" və "neytral mənada istifadə edilə bilməyəcək qədər öz həqiqi mənasından o dərəcə uzaqlaşıb güclü anlam qazanan sözlərə ən yaxşı nümunə" olduğunu qeyd edir. Merriam Vebster Lüğətinin 1828 və 1913-cü il nəşrləri spinsteri iki mənada oxuculara təqdim edirdi: Yun əyirən qadın. Hüquqda: Ərə getməmiş və ya subay qadın. XIX əsrdən spinster termini ilə ərə getməyi seçməyən qadınlar da əhatə olunmağa başlandı.
Qutalmış oğlu Süleyman
Qutalmışoğlu Süleymanşah və yaxud qısaca Qutalmışoğlu (Ərəb əlifbası ilə: سليمان بن قتلمش (Süleyman bin Qutalmış)) (ö. 1086), Rum sultanlığının qurucusudur. Səlcuqlu soyundan gəlir və Böyük Səlcuqlu sərkərdəsi idi. Soyunun davamı bugünkü Elbeyli Türkmən elidir.
Palıda sarılmış üzüm
Palıda sarılmış üzüm — Vahid Məmmədlinin postmodern ədəbiyyatın seçilən nümunələrindən olan romanı. == Məzmun == Vasif və Ünal adlı iki gəncin uşaqlıqdan yetkinlik çağlarına qədər yaşadıqları rəngarəng və keşməkeşli həyat hekayələrinin toplusu olan romandakı hər bir hekayət ayrılıqda öz süjet xətti və bədii həlli ilə bir roman qədər müstəqil və orjinaldır. Romanın əsas ideyası təbiətin bir parçası olmağın insanı sevdiklərini, dünyanın gözəlliyini qorumağa sövq etdyini anladır. İnsan öz yolundan dönmürsə, sevgisinə inanıb sahib çıxırsa, təbiət və kainat da onu əbədi məhəbbətinə qovuşdurur. Həqiqi sevgi dünyada gözəl iz buraxır, hər kəsin görmək istədiyi minillik palıda sarılmış üzüm tənəyi kimi... İnsanın özü də təbiət qədər bir möcüzədirsə, həyatda baş verənlər də möcüzəvi sonluğa çatır. Reallıqların sərhədinin silindiyi roman, əslində, gənclərin tutmağa həvəsli olmadıqları gündəlikləri, insanın uşaqlığından kamilliyə qədərki tale yolunun, həyata tutunması təməlinin bədii təzahürüdür.
Yayılmış damardaxili laxtalanma
Yayğın damardaxili laxtalanma sindromu (YDDL) — qanın damar daxilində diffuz və davamlı laxtalanması ilə səciyyələnən patologiyadır. Bu sindrom birincili xəstəlik deyil, adətən xəstəliklərin ağırlaşmasıdır. Damardaxili laxtalanma sindromu yerli müdafiə prosesi olan laxtalanma prosesinin "həddini aşaraq" yayğınlaşması prosesidir. Buna bənzər digər patologiya ümumi iltihab sindromudur. Yayğın damardaxili laxtalanma sindromu klinik olaraq iki formada büruzə verir: xroniki və kəskin. Xroniki sindromda yavaş və nisbətən hüdudlu gedən laxtalanma trombozlar törədir. Laxtalanma faktorlarının "xərclənməsi" qaraciyərdəki və sümük iliyindəki kompensator istehsalı üstələmədiyi üçün "tükənmə fenomeni" olmur və qanaxma təhlükəsi minimuma enir. Bu formada baldır venaları trombozflebiti, lokal trombozlar çox rast gəlir.
Antarktikada yayılmış məməlilərin siyahısı
Bu siyahıda Antarktika ərazisində və Antarktidanın sahil zolağına daxil bölgələrdə, Hind okeanı, Atlantik okean və Sakit okeanın cənub bölgələrində yayılmış məməlilər yazılmışdır. Burada ey heyvanları qeydə alınmamışdır. Siyahıda 17 növ dəniz canlısı daxildir. Seyval (Balaenoptera borealis), Finval (Balaenoptera physalus) və Göy balina (Balaenoptera musculus) qorunan canlılar siyahısına daxildir. === Yırtıcılar dəstəsi (Carnivora) === Yarımdəstə: İtkimilər (Caniformia) Fəsilə: Əsl suitilər (Phocidae) Cins: Hydrurga Dəniz bəbiri (Hydrurga leptonyx) LC Cins: Leptonychotes Ueddell suitisi (Leptonychotes weddellii) LC Cins: Lobodon Yengəcyeyən (Lobodon carcinophaga) LC Cins: Mirounga Cənub dəniz fili (Mirounga leonina) LC Cins: Ommatophoca Adi ross suitisi (Ommatophoca rossii) LC === Balinakimilər dəstəsi (Cetacea) === Yarımdəstə: Bığlı balinalar (Mysticeti) Fəsilə: Hamar balinalar (Balaenidae) Cins: Cənub balinaları (Eubalaena) Cənub balinası (Eubalaena australis) LC Fəsilə: Balaenopteridae (Balaenopteridae) Cins: Balaenoptera Balaenoptera acutorostrata (Balaenoptera acutorostrata) LC Seyval (Balaenoptera borealis) EN Finval (Balaenoptera physalus) EN Göy balina (Balaenoptera musculus) EN Cins: Megaptera Qozbel balina (Megaptera novaeangliae) LC Yarımdəstə: Dişli balinalar (Odontoceti) Fəsilə: Dəniz donuzları (Phocoenidae) Cins: Dəniz donuzu (Phocoena) Eynəkli dəniz donuzu (Phocoena dioptrica) DD Fəsilə: Ziphiidae (Ziphiidae) Cins: Berardius (Berardius) Berardius arnuxii (Berardius arnuxii) DD Cins: Butulkaburun delfinlər (Hyperoodon) Hyperoodon planifrons (Hyperoodon planifrons) LC Fəsilə: Cephalorhynchus (Delphinidae) Cins: Cephalorhynchus (Cephalorhynchus) Kommerson delfini Cephalorhynchus commersonii DD Cins: Qısabaş delfinlər (Lagenorhynchus) Lagenorhynchus cruciger Lagenorhynchus cruciger LC Cins: Orka (Orcinus) Osa Orcinus orca DD == İstinadlar == == Mənbə == "The IUCN Red List of Threatened Species". International Union for Conservation of Nature. 2010. 2012-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 мая 2013. "Animal Diversity Web".
Azərbaycan ərazisində tapılmış heykəllər
== İstinadlar ==
Azərbaycanda yayılmış balıqların siyahısı
Azərbaycanda yayılmış balıqların siyahısı — Azərbaycan ərazisində 112 növ və yarımnöv balıq müəyyən edilmişdir. İki növ endemikdir və ancaq Azərbaycan ərazisində rastlanılır (Şirvan külməsi və Soyuqbulaq külməsi). Ümumilikdə Azərbaycanda 15 dəstəyə aid balıq növləri yayılmışdır ki, bunlarında bir neçəsi ölkəyə gəlirilərək sənaye əhəmiyyətinə və digər səbəblərdən iqlimləşdirilmişdir. == Dəstə Aterinkimilər (Atheriniformes) == Fəsilə Aterinlər (Atherinidae) Cins Aterinlər (Atherina) Növ Xəzər aterini (Atherina); == Dəstə Xulkimilər (Gobiiformes) == Fəsilə Xullar (Gobiidae) Cins Xul (Neogobius) Növ Girdə xul (Neogobius melanostomus); Növ Xəzər xulu (Neogobius caspius); Növ Kürən xul (Neogobius pallasi); Növ Qumluq xulu (Neogobius fluviatilis); Cins Knipoviç xulları (Knipowitschia) Növ Qafqaz xulu (Knipowitschia caucasica); Növ İlyin xulu (Knipowitschia iljini); Növ Uzunquyruq xul (Knipowitschia longecaudata ); Cins Ponticola (Ponticola) Növ Dərinlik xulu (Ponticola bathybius); Növ Şirman xulu (Ponticola syrman); Növ İribaş xul (Ponticola gorlap); Növ Nordman xulu (Ponticola ratan); Cins Çömçəxul (Benthophilus) Növ Ber çömçəxulu (Benthophilus baeri); Növ Şəffaf çömçəxul (Benthophilus ctenolepidus); Növ Ziyilli çömçəxul (Benthophilus granulosus); Növ Qrimm çömçəxulu (Benthophilus grimmi); Növ Berq çömçəxulu (Benthophilus leobergius); Növ Nazikbaş çömçəxul (Benthophilus leptocephalus); Növ Nazikburun çömçəxul (Benthophilus leptorhynchus); Növ Xəzər çömçəxulu (Bcnthophilus macrocephalus); Növ Pinçuk çömçəxulu (Benthophilus pinchuki); Növ Rəhimov çömçəxulu (Benthophilus ragimovi); Növ Tikanlı çömçəxul (Benthophilus spinosus); Növ Ulduzlu çömçəxul (Bcnthophilus stellatus); Cins Çapar xullar (Babka) Növ Çapar xul (Babka gymnotrachelus); Cins Benthophiloides (Benthophiloides) Növ Brauner xulu (Benthophiloides brauneri); Cins Caspiosoma (Caspiosoma) Növ Kaspiosoma xulu (Caspiosoma caspium); Cins Qamçılı xullar (Mesogobius) Növ Nonultimus xulu (Mesogobius nonultimus); Cins Kütburun xullar (Proterorhinus) Növ Mərmər xul (Proterorhinus marmoratus); Növ Proterorhinus nasalis (Proterorhinus nasalis); Cins Ördəkburun çömçəxullar (Anatirostrum) Növ Ördəkburun çömçəxul (Anatirostrum profundorum); == Dəstə Nərəkimilər (Acipenseriformes) == Fəsilə Nərələr (Acipenseridae) Cins Nərə (Acipenser) Növ Sibir nərəsi (Acipenser baerii); Növ Rus nərəsi (Acipenser guldenstadtii); Növ Kələmo və ya Qaya balığı (Acipenser nudiventris); Növ Cənubi Xəzər nərəsi və ya İran nərəsi (Acipenser persicus); Növ Çökə (Acipenser ruthenus); Növ Uzunburun (Acipenser stellatus); Cins Ağ balıqlar (Huso) Növ Ağ balıq və ya Bölgə (Huso huso); == Dəstə Çəkikimilər (Cypriniformes) == Fəsilə Çəkikimilər (Cyprinidae) Cins Ağ amurlar (Ctenopharyngodon) Növ Ağ amur (Ctenopharyngodon idella); Cins Çəkilər (Cyprinus) Növ Karp, Çəki və ya Sazan (Cyprinus carpio); Cins Qara amurlar (Mylopharyngodon) Növ Qara amur (Mylopharyngodon piceus); Cins Lilbalığı (Tinca) Növ Lilbalıq (Tinca tinca); Cins Kilqranlar (Hemiculter) Növ Koreya kilqranı (Hemiculter leucisculus); Cins Kərgə (Rhodeus) Növ Adi kərgə (Rhodeus sericeus); Cins Külmə (Pseudophoxinus) Növ Şirvan külməsi (Pseudophoxinus atropatenus); Növ Soyuqbulaq külməsi (Pseudophoxinus sojuchbulagi); Cins Qalınalınlar (Hypophthalmichthys) Növ Ağ qalınalın (Hypophthalmichthys molitrix); Növ Əlvan qalınalın (Hypophthalmichthys nobilis); Cins Çapaqlar (Abramis) Növ Çapaq (Abramis brama); Cins Şəmayılar (Chalcalhurnus) Növ Adi şəmayı (Alburnus alburnus); Növ Xəzər şəmayısı (Chalcalburnus chalcoides); Növ Kür şəmayısı (Alburnus filippii); Növ Zaqafqaziya gümüşcəsi (Alburnus charusini hohenackeri); Cins Rutilus (Rutilus) Növ Adi külmə (Rutilus rutilus); Yarımnöv Xəzər külməsi (Rutilus caspicus); Növ Kütüm (növ) (Rutilus frisii); Yarımnöv Kütüm və ya Ziyad balığı (Rutilus frisii kutum); Cins Pseudorasbora (Pseudorasbora) Növ Amur enlibaşı (Pseudorasbora parva); Cins Enlibaş (Squalius) Növ Qafqaz enlibaşı (Squalius cephalus); Cins Xramulya (Capoeta) Növ Adi xramulya (Capoeta capoeta); Növ Sevan xramulyası (Capoeta sevangi); Növ Capoeta gracilis (Capoeta gracilis); Cins Qumlaqçı (Romanogobio) Növ Uzunbığlı qumlaqçı (Romanogobio ciscaucasicus); Növ Kür qumlaqçısı (Romanogobio persus); Cins Altağızlar (Chondrostoma) Növ Kür altağızı (Chondrostoma cyri); Növ Terek altağızı (Chondrostoma oxyrhynchum); Cins Qaraqaş (Acanthalburnus) Növ Adi qaraqaş (Acanthalburnus microlepis); Cins Qarasollar (Vimba) Növ Qarasol (Vimba vimba); Yarımnöv Xəzər qarasolu (Vimba vimba persa); Cins Xəşəmlər (Aspius) Növ Xəşəm (Aspius aspius); Yarımnöv Qırmızıdodaq həşəm (Aspius aspius taeniatus); Cins Ballerus (Ballerus) Növ Göy balıq (Ballerus ballerus); Növ Poru (Ballerus sapa); Cins Şirbit (Barbus) Növ Terek şirbiti (Barbus ciscaucasicus); Növ Kür şirbiti (Barbus lacerta); Cins Üstüzənlər (Leucaspius) Növ Üstüzən (Leucaspius delineatus); Yarımnöv Qafqaz üstüzəni (Leucaspius delineatus delinecatus); Cins Daban balıq (Carassius) Növ Qızılı daban balığı (Carassius carassius); Növ Gümüşü daban balıq (Carassius gibelio); Növ Qızılı balıqcıq (Carassius auratus); Cins Luciobarbus (Luciobarbus) Növ Xəzər şirbiti (Luciobarbus brachycephalus); Növ Zərdəpər (Luciobarbus capito); Növ Mursa (Luciobarbus mursa); Fəsilə Nemacheilidae (Nemacheilidae) Cins Çılpaqça (Oxynoemacheilus) Növ Kür çılpaqçası (Oxynoemacheilus brandtii ); Növ Anqor çılpaqçası (Oxynoemacheilus angorae); Növ Lənkəran çılpaqçası (Oxynoemacheilus angorae Lenkoranensis); Növ Oxynoemacheilus bergianus (Oxynoemacheilus bergianus); Növ Şimali Qafqaz çılpaqçası (Oxynoemacheilus merga); Fəsilə Çöprələr (Cobitidae) Cins İlişgən (Sabanejewia) Növ Qızılı ilişgən (Sabanejewia aurata); Növ Xəzər ilişgəni (Sabanejewia caspia); Növ Qafqaz ilişgəni (Sabanejewia caucasica); Cins Qızılüzgəclər (Scardinius) Növ Qızılüzgəc (Scardinius erythrophthalmus); Cins Qıjovçular (Alburnoides) Növ Qıjovçu (Alburuoides eichwaldi); == Dəstə Çəkidişkimilər (Cyprinodontiformes) == Fəsilə Poeciliidae (Poecilidae) Cins Hambuziya (Gambusia) Növ Adi hambuziya (Gambusia affinis); == Dəstə Xanıkimilər (Perciformes) == Fəsilə Xanılar (Percidae) Cins Xanı (Perca) Növ Çay xanısı (Perca fluviatilis); Cins Sıf (Sander) Növ Adi sıf (Sander lucioperca); Növ Dəniz sıfı (Sander marinus); Növ Volqa sıfı (Sander volgensis); == Dəstə Durnabalığıkimilər (Esociformes) == Fəsilə Durnabalığılar (Esocidae) Cins Durnabalığı (Esox) Növ Adi durnabalığı (Esox lucius); == Dəstə Siyənəkkimilər (Clupeiformes) == Fəsilə Siyənəklər (Clupeidae) Cins Alosa (Alosa) Növ Qızılağac siyənəyi və ya Kür siyənəyi (Alosa curensis); Növ Dolgin siyənəyi (Alosa braschnikowi); Yarımnöv Sara siyənəyi (Alosa brashnikovi sarensis); Yarımnöv İrigöz siyənək (Alosa brashnikovi autumnalis); Yarımnöv Ağbaş siyənək (Alosa brashnikovi grimmi); Yarımnöv Aqraxan siyənəyi (Alosa brashnikovi agrachanica); Yarımnöv Həsənqulu siyənəyi (Alosa brashnikovi kisselevitchi); Növ Xəzər şişqarını (Alosa caspia caspia); Növ Qarabel siyənək (Alosa kessleri); Yarıımnöv Volqa siyənəyi (Alosa kessleri volgensis); Növ İrigöz şişqarın (Alosa saposchnikowii); Növ Aqraxan siyənəyi (Alosa sphaerocephala); Cins Kilkə (Clupeonella) Növ Ançousabənzər kilkə (Clupeonella engrauliformis); Növ Xəzər kilkəsi (Clupeonella caspia); Növ İrigöz kilkə (Clupeonella grimmi); == Dəstə Qızılbalıqkimilər (Salmoniformes) == Fəsilə Qızılbalıqlar (Salmonidae) Cins Qızılbalıq (Salmo) Növ Kumja (Salmo trutta); Növ İşxan qızılbalığı (Salmo ischchan); Növ Al-əlvan qızılxallı (Oncorhynchus mykiss); Yarımnöv Əlvan qızılxallı (Oncorhynchus mykiss irideus); Növ Xəzər qızılbalığı (Salmo ciscaucasicus); Yarımnöv Qızılxallı kumja (Salmo trutta fario); Yarımnöv Önqafqaz kumjası (Salmo trutta ciscaucasicus); Cins Ağ qızılbalıqlar (Stenodus) Növ Ağ qızılbalıq (Stenodus leucichthys); Cins Sakit okean sümüklüsü (Oncorhynchus) Növ Keta (Oncorhynchus keta); Növ Kijuç (Oncorhynchus kisutch) == Dəstə Angvilkimilər (Anguilliformes) == Fəsilə Çay ilanbalıqları (Anguilla) Cins Çay ilanbalığı (Anguilla) Növ Adi ilanbalığı (Anguilla anguilla); == Dəstə İlanbalığıkimilər (Petromyzontiformes) == Fəsilə İlanbalıqları (Petromyzontidae) Cins Xəzər minoqaları (Caspiomyzon) Növ Xəzər ilanbalığı (Caspiomyzon wagneri); == Dəstə Naxayabənzərlər (Siluriformes) == Fəsilə Naxakimilər (Siluridae) Cins Naxalar (Silurus) Növ Naqqa balığı (Silurus glanis); == Dəstə Kefalkimilər (Mugiliformes) == Fəsilə Kefallar (Mugilidae) Cins Kefal (Liza) Növ Sivriburun kefal (Liza saliens); Növ Qızılı kefal (Liza parsia); == Dəstə Əqrəbkimilər (Scorpaeniformes) == Fəsilə Tikanbalığıkimilər (Gasterosteidae) Cins Doqquztikanlı tikanbalıqları (Pungitius) Növ Cənub tikanbalığı (Pungitius platygaster); Cins Üçtikanlı tikanbalıqları (Gasterosteus) Növ Üçtikanlı tikanbalığı (Gasterosteus aculeatus); == Dəstə İynəbalığıkimilər (Syngnathiformes) == Fəsilə İynəbalıqları (Syngnathidae) Cins Adi dəniz iynəbalığı (Syngnathus) Növ Xəzər iynəbalığı (Syngnathus nigrolineatus); == Qeydlər == == Həmçinin bax == Azərbaycanın Qırmızı kitabına düşən balıqlar Xəzər dənizində yaşayan balıqların siyahısı == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966.
Azərbaycanda yayılmış kəpənəklərin siyahısı
Azərbaycanda yayılmış kəpənəklərin siyahısı — bura ölkədə yayılmış bütün gündüz kəpənəklər yayılmışdır.
Azərbaycanda yayılmış sürünənlərin siyahısı
Azərbaycanda yayılmış sürünənlərin siyahısı Azərbaycan ərazisində 3 növ Tısbağa, 29 növ və 3 yarımnöv Kərtənkələ, 30 növ ilan vardır, Timsahların və Dimdikbaşlar nümayəndələrinə rast gəlinmir.
Ermənistanda yayılmış sürünənlərin siyahısı
Ermənistanda yayılmış sürünənlərin siyahısı Ermənistanda (Əski Azərbaycan torpaqlarında) ərazisində 3 növ Tısbağa, 26 növdən az olmayan Kərtənkələ, 22 növdən az olmayaraq İlan vardır, Timsahların və Dimdikbaşlar nümayəndələrinə rast gəlinmir.
Gürcüstanda yayılmış sürünənlərin siyahısı
Gürcüstanda yayılmış sürünənlərin siyahısı Gürcüstan ərazisində 3 növ Tısbağa, 29 növdən az olmayan Kərtənkələ, 24 növdən az olmayaraq İlan vardır, Timsahların və Dimdikbaşlar nümayəndələrinə rast gəlinmir.
Nəsrlə yazılmış Milad nəğməsi
Nəsrlə yazılmış Milad nəğməsi: Ruhlarla Yul hekayəsi (ing. A Christmas Carol. In Prose. Being a Ghost Story of Christmas) və ya daha çox "Milad nəğməsi" (ing. A Christmas Carol) — Çarlz Dikkens tərəfindən yazılmış povest-nağıl. Əsər ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyat evi tərəfindən çap edilmişdir. "Milad nəğməsi" əsərində yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanına əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin ruhu, daha sonra isə Keçmiş, İndiki və Gələcək Milad bayramının ruhları gəlir. Daha əvvəl qəddar və deyingən olan Skruc, ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir. Dikkensin "Milad nəğməsi"ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər.
Açılmış qucaqlar (film, 2009)
Açılmış qucaqlar (isp. Los abrazos rotos) — rejissor Pedro Almodovarın filmi. 2009-cu ildə ekranizasiya olmuşdur. == Məzmun == Mateo Blanko (Luis Omar) tanınmış kino ssenaristidir və o uzun müddətdir ki, Harri Keyn təxəllüsü ilə yaşayır. O kordu, ona Cudit adlı rəfiqəsi və müttəfiqi baxır. Cuditdə öz işləri ilə məşğul olanda, Mateoya onun oğlu Dieqo baxır. Bu müntəzəm həyatı tanınmış biznesmen Ernesto Martelin ölüm xəbəri pozur. Tezliklə Mateonun yanına biznes-imperiyanın varisi Rey Eks təşrif buyurur. Rey Eks Mateoya avtobioqrafik filmin çəkməsini təklif edir. Ssenariçi müştərinin planını açır və buna görə filmin çəkilişindən imtina edir.
Geniş açılmış gözlərlə (film)
"Geniş açılmış gözlərlə" (ivr. ‏עיניים פקוחות‏‎, translit. Einayim Pkuhot) — İsrail rejissoru Haim Tabakmanın 2009-cu ildə, dram janrında çəkilmiş filmi. Filmin ssenarisi israilli ssenari müəlifi Merav Doster tərəfindən yazılmışdır. Filmdə səslənən musiqi isə, fransalı bəstəkar Nataniel Mexali tərəfindən bəstələnmişdir. Film Yerusəlimin ətrafındakı qədim Mea Şearim rayonunda yaşayan iki haredim — ultraortodoksal yəhudi kişilər arasında baş vermiş sevgi hisləri haqqındadır. Film 14 may 2009-cu ildə Böyük Britaniyada Peccadillo Pictures şirkəti tərəfindən tamaşaçılara nümayiş olunmuşdur. Film İsrail, Fransa və Almaniyanın birgə istehsalı hesab olunur. Film iki dekorasiyalı poetik ibrətli hekayə xarakterinə malikdir. Rejissor Tabakmanın əsas məqsədi, minimalistik metodlar ilə bədii fikirin tam şəkildə ötürülməsi idi.
Sağ qalmış (film, 2015)
Sağ qalmış (ing. The Revenant) — Alexandro Qonzales İnyarritunun rejissoru olduğu, 2016-cı ildə ekranlara çıxan həyəcanlı sağ qalma filmi. Ssenari Maykl Punkenin 2002-ci ildə nəşr olunan eyni adlı romanından uyğunlaşdırılaraq rejissor və ssenarist Mark L. Smit tərəfindən yazılıb. Film sərhəd sakini Hyu Qlassın həyatından götürülmüşdür. Filmdə bir çox ulduz oyunçular yer alır. Filmin hazırlanması 2001-ci il avqustda Akiva Qoldsmanın filmin istehsalı məqsədilə Punkenin əl yazması mətnini etməsi ilə başlayır. Əslində filmə Park Chan-wook tərəfindən rejissorluq edilməsi və Samuel L. Cakson-un baş rolu oynaması düşünülmüşdü, amma sonra Con Hillcoat və Kristian Balet ilə görüşlər keçirildi, lakin iki operator da layihəni buraxdı və İnyarritunun rejissor olacağı açıqlandı.2014-cü ildə çəkilişə lazımlı bir neçə gecikmədən sonra rejissor işlərə başlanılmasını və Leonardo DiKaprionun baş rolda oynamasını təsdiq etdi. Əsas çəkilişlər 2014-cü ilin oktyabrında başladı və 2015-ci ilin avqustunda başa çatdı. == Mövzu == 1823-cü ildə xəz ovçusu Hyu Qlass kürk axtarışında olarkən ayılar tərəfindən vəhşicəsinə hücuma məruz qalır və yaralanır. Yoldaşlarından Con Fitskerald Qlass gənc yarı Qırmızıdərili oğlunu öldürərkən özünü də soyur və öldürülür, amma Qlass həyatda qalır və 200 milə qədər gedib özünə xəyanət edəni tapmaq və oğlunun intiqamını almaq üçün axtarışa gedir.
Ölümünə bir saat qalmış
Ölümünə bir saat qalmış — 1916-cı ildə çəkilmiş tammetrajlı bədii film. == Məzmun == Film məhkəmə xronikasından ibarət əhvalatdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq === Rollarda === Yevgeni Muromski A.İvanova A.Polonski Regina Lazareva V.Lenin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 14. Художественные фильмы дореволюционной России.
Antarktida ərazisində yayılmış quşların siyahısı
Antarktida ərazisində yayılmış quşlar - bu siyahıya 46 növ quş daxildir. Bu quş növlərindən beşinin nəsli kəsilmək üzrədir, bir növ isə endemikdir (İmperator pinqvini). == Pinqvinkimilər == Dəstəyə daxil olan 18 növdən 7-ni müşahidə etmək olur. Pinqvinlər (Spheniscidae) Antarktika pinqvini (Pygoscelis antarcticus) İmperator pinqvini (Aptenodytes forsteri) Kral pinqvini (Aptenodytes patagonicus) Makaronlar pinqvini (Eudyptes chrysolophus) Adeli pinqvini (Pygoscelis adeliae) Eudyptes chrysocome Papua pinqvini (Pygoscelis papua) == Fırtınaquşukimilər == Procellariiformes dəstəsinə 4 fəsilə daxildir: Albatroslar (Diomedeidae) Diomedea exulans Thalassarche chrysostoma Thalassarche melanophris Phoebetria fusca Phoebetria palpebrata Fırtınaquşular (Procellariidae) Macronectes giganteus Macronectes halli Fulmarus glacialoides Thalassoica antarctica Daption capense Pagodroma nivea Pterodroma macroptera Pterodroma lessonii Halobaena caerulea Pachyptila vittata Pachyptila salvini Pachyptila desolata Pachyptila belcheri Pachyptila turtur Procellaria cinerea Procellaria aequinoctialis Aphrodroma brevirostris Puffinus griseus Kaçurkalar (Hydrobatidae) Garrodia nereis Oceanites oceanicus Fregetta tropica Cumuldaq fırtınaquşuları (Pelecanoididae) Pelecanoides georgicus Pelecanoides urinatrix == Qutankimilər == Pelecaniformes dəstəsinə daxil olan növlər: Qarabatdaq (Phalacrocoracidae) Phalacrocorax bransfieldensis Phalacrocorax atriceps Phalacrocorax melanogenis == Leyləkkimilər == Ciconiiformes dəstəsinə daxil olan: Vağlar (Ardeidae) Misir vağı (Bubulcus ibis) == Qazkimilər == Anseriformes dəstəsinə daxil olan növ: Ördəklər (Anatidae) Sarıdimdik ördək (Anas georgica) == Çovdarçıkimilər == Charadriiformes dəstəsinə 4 fəsilə daxildir. Arktikadan Antarktidaya miqrasiya edəən yeganə quş qütb susüpürənidir, o hədəfə çatmaq məqsədi ilə 13-15 min km məsafə qət edir. Ağ çovdarçılar (Chionididae) Ağ çovdarçı (Chionis albus) Qağayıkimilər (Laridae) Dominikan qağayısı (Larus dominicanus) Susüpürənlər (Sternidae) Antarktik susüpürəni (Sterna vittata) Qütb susüpürəni (Sterna paradisaea) Sahilqağayıları (Stercorariidae) Stercorarius maccormicki Antarktika sahilqağayısı (Stercorarius antarcticus) == İstinadlar == == Ədəbiyyat == Clements, James F. Birds of the World: a Checklist. Cornell University Press, 2000, 880. ISBN 0934797161.
Eyfel qülləsində adı yazılmış şəxslər
=== Yerləşdiyi yer === Eyfel qülləsinin şimal-şərq tərəfi (La Bourdonnais tərəfi kimi də bilinir.
Tank qatili
Tank məhv edən hərəkət edə bilən antitank topu ya da tank məhv edən zirehli transportyordur. Onların yaradılmasının əsas səbəbi müharibə meydanlarında düşmən tanklarını yox etməkdir. Yəni ki, onlar bir növ antitank silahıdırlar, ancaq tank deyildirlər. Üzərlərində qüllədən yüksək çıxışa sahib olan toplar mövcud olur. Ya tamamilə taretsiz, ya da ki, üstüaçıq bir taretə sahib olurlar. Təkərlər və ya tırtıllı təkərlər üzərində hərəkət edirlər. Üzərində tank əleyhinə idarəolunan raket daşıya bilən növlərinə qısaca ATGM (İngilis dilində Anti Tank Guided Missile) deyilir. Tankdağıdanlar tanklar kimi bir çox vəzifələr daşımırlar. Tanka nəzərən daha ləng və ağır piyada atışlarına qarşı (topçu) müdafiəsi zəifdir. Hər nə qədər bəzilərinin ön tərəflərində qalın zirehə sahib olsalar da, yenə də zəif zirehli texnika hesab edilirlər.
Mal bazarı qatili
Mal bazarı qatili — 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Ağdam və Bərdə rayonlarında ata-oğul, Elman Həsənov və Elşən Həsənov tərəfindən gerçəkləşdirilmiş silsilə qətl hadisəsi. Sözügedən hadisə Azərbaycan kriminologiya tarixinin ilk silsilə qətli hesab olunmaqdadır. İkili tərəfindən Ağdam rayonundan dörd, Bərdə rayonunuda üç nəfər olmaqla, ümumilikdə yeddi nəfər qətlə yetirilmişdir. Bərdə rayon polis idarəsinin əməkdaşlarından təşkil olunmuş istintaq qrupunun keçirmiş olduğu əməliyyat nəticəsində ata və oğul növbəti qurbanlarını öldürmək istəyən zaman yaxlanmışdır. == Hadisə == Cinayət hadisələri Bərdə şəhərinin tanınmış baytarlarından olan Nüsrət Musayevin yoxa çıxmasından sonra polisin diqqətini çəkmişdir. Bərdədə doktor deyə çağırılan və nüfuz sahibi olan Nüsrət Musayevin yoxa çıxmasından sonra müəyyənləşdirilmişdir ki, bu artıq baş vermiş ikinci analoji hadisəsdir. Belə ki, 1993-cü il iyul ayının 11-də Bərdənin Həsənqaya kənd sakini Əliyev Abbas Vəli oğlu yoxa çıxmış, 5 gün sonra - iyulun 16-da onun cəsədi Ərəblər kəndinə gedən yolun kənarından tapılmışdı. Başından və sinəsindən aldığı zərbələr nəticəsində öldüyü müəyyən edilən adamın əvvəlcə avtoqəzaya düşdüyü güman olunsa da, sonradan öldürüldüyü məlum olmuşdur. Hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi açılmışdır. Cinayətlərin törədilməsi üsulu Ağdam və Bərdə rayonlarında yerləşən mal bazarlarında mal-qara almağa gələn imkanlı şəxslərin təyin olunması və onların kənar əraziyə çəkilərək öldürülməsi formasında baş vermişdir.
Qatilin öpüşü (film, 1955)
"Qatilin Öpüşü" (ing. Killer`s Kiss) — 1955-ci ildə Stenli Kubrikin rejissorluğu ilə kriminal nuar janrında çəkilmiş ABŞ istehsalı film. Ssenari Kubrikin özü və Hovard Sakler tərəfindən yazılmışdır. Bu, Kubrikin rejissorluq etdiyi ikinci tammetrajlı filmdir, birincisi 1953-cü ildə çəkilmiş "Qorxu və tamah" filmi idi. Filmdə əsas rollarda Ceymi Smit, İren Keyn və Fren Silvera almışdılar. Film karyerasını bitirmək üzərində olan 29 yaşlı yarıağır çəkili Nyu-Yorklu boksçu Deyv Qordon və onun qonşusu rəqqasə Qloriya Pris (İren Keyn) və onun qəddar müdiri Vinsent Rapallo (Fren Silvera) ilə münasibətlərindən bəhs edir. == Süjeti == Boksçu Deyvi Qordon rəqqasə Qloriya Pirsə hücum edən onun müdiri və məşuqu Vinsent Rapallonun qarşısını alır. Bu hadisə onları yaxınlaşdırır və onlar bir-birindən ayrılmaz hala gəlirlər, bu da Rapallonun narazılığına səbəb olur. Deyvi öldürmək üçün Rapallo qatillərə əmr verir. Ancaq səhv nəticəsində ölən Deyv yox onun meneceri olur.