Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qatlama
Qatlama - unlu Azərbaycan şirniyyatı Pate feuilletée olaraq da bilinən puff pastry, xəmir və kərə yağı və ya digər qatı yağdan ibarət laminat bir xəmirdən hazırlanmış ləkəli yüngül xəmirdir. Kərə yağı xəmirin içinə qoyulur, bişmədən əvvəl dəfələrlə qatlanan və yuvarlanan bir paton düzəldir. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Qaumata
Qaumata (e. ə. VI əsr, Pasargad, Fars ostanı – e.ə. 522, Pasargad, Fars ostanı) — kahin, üsyan rəhbəri, yalançı şahzadə, hökmdar. == Həyatı və fəaliyyəti == Fars epik əsərlərinin leytmotivi olan İran-Turan qarşıdurmasının qaynağı, fars-türk münaqişələrinin başlanğıcı pers və mada əyanlarının hakimiyyət uğrunda mübarizəsi, İran imperiyası sarayındaki çevrilişlərdə gah pers, gah da mada sülalələrinin qələbəsi ilə bağlı yaranmışdır. Belə saray çevrilişlərindən biri də məşhur Qam Ata (Qaumata) üsyanıdır. Bu tarixi şəxsiyətin İran imperiyasındakı rolunu geniş tədqiq və təsvir edən onlarla iranşünasın heç biri onun etnik mənsubiyətini açmağa cəhd göstərməmişdir. Herodot bu etnik qarşıdurmanı Əhəmənilər sülaləsindən olan İran şahı Kambizin (Kuruşun oğlu) dilindən verir. Qam Ata üsyanını eşidən Kambiz ölümqabağı fars əyanlarını yanına çağırıb deyir: "Şahların öcünü sürdürən Tanrıların adını anaraq, sizlərə borcunuzun nə olduğunu söyləyirəm; bunu hamınıza, xüsusilə aranızda olan əhəmənilərə deyirəm. Taxtın madalılara keçməsinə yol verməyin, əgər hiylə ilə ələ keçirsələr, siz də hiyləyə baş vurun, əgər zorla alsalar, siz də zorla ordularınızla onların əlindən alın.
Tapmaca
Tapmaca — insanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan ədəbi janr. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir, onun tapılması qarşı tərəfdən tələb olunur. Anonim tapmacalar şifahi xalq ədəbiyyatının məhsuludur. Fərdi tapmacalar isə yazılı ədəbiyyat nümunəsi olub yazıçı və şairlər tərəfindən yaradılır. Qədimdən bəri insanların zəka və biliyinin ölçülməsi, eyni zamanda əylənmək üçün istifadə olunur. İnkişaf eden texnologiya ilə birlikdə artan əyləncə üsullarının təsiriylə tapmacalar öz funksiyası itirmişdir. Buna baxmayaraq, müxtəlif tədbir və mərasimlərdə rast gəlmək mümkündür. Tapmacalar daha çox nəzmlə olur. Məsələn: O yanı çəpər,Bu yanı çəpərİçində atlı çapar. (göz)Bir balaca mil başı,Yandırdı dağı-daşı (kibrit)Dəyirmana dən gəldi,Durun görün kim gəldi.Toxunmamış çuvaldaÜyünməmiş un gəldi.
Qaraca
Qaraca dağı (Daşkəsən) — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ. Qaraca dağı (Yevlax) — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağ. Qaraca dağı (Şamaxı) — Şamaxı rayonunda yerləşən dağ. Qaraca dağı (Yardımlı) — Yardımlı rayonunda yerləşən dağ.
Qaumata üsyanı
Qaumata (e. ə. VI əsr, Pasargad, Fars ostanı – e.ə. 522, Pasargad, Fars ostanı) — kahin, üsyan rəhbəri, yalançı şahzadə, hökmdar. == Həyatı və fəaliyyəti == Fars epik əsərlərinin leytmotivi olan İran-Turan qarşıdurmasının qaynağı, fars-türk münaqişələrinin başlanğıcı pers və mada əyanlarının hakimiyyət uğrunda mübarizəsi, İran imperiyası sarayındaki çevrilişlərdə gah pers, gah da mada sülalələrinin qələbəsi ilə bağlı yaranmışdır. Belə saray çevrilişlərindən biri də məşhur Qam Ata (Qaumata) üsyanıdır. Bu tarixi şəxsiyətin İran imperiyasındakı rolunu geniş tədqiq və təsvir edən onlarla iranşünasın heç biri onun etnik mənsubiyətini açmağa cəhd göstərməmişdir. Herodot bu etnik qarşıdurmanı Əhəmənilər sülaləsindən olan İran şahı Kambizin (Kuruşun oğlu) dilindən verir. Qam Ata üsyanını eşidən Kambiz ölümqabağı fars əyanlarını yanına çağırıb deyir: "Şahların öcünü sürdürən Tanrıların adını anaraq, sizlərə borcunuzun nə olduğunu söyləyirəm; bunu hamınıza, xüsusilə aranızda olan əhəmənilərə deyirəm. Taxtın madalılara keçməsinə yol verməyin, əgər hiylə ilə ələ keçirsələr, siz də hiyləyə baş vurun, əgər zorla alsalar, siz də zorla ordularınızla onların əlindən alın.
Qaşqaca (Xudabəndə)
Qaşqaca (fars. قشقجه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,146, with nəfər yaşayır (244 ailə).
Tapmaca gecələri
Zəngilan rayonunun bir çox kəndlərində payızdan başlayaraq yaza qədər evlərdə tapmaca gecələri təşkil olunurdu. Söyləyicilərin dediyinə görə, tapmaca gecələri olduqca maraqlı keçirdi. Kimsə tapmacanın cavabını tapa bilmirdisə, o, borclu qalırdı. Onda tap-macanı söyləyən deyirdi: “Satıram”. Yerdən biri deyirdi: “Alıram”. Soruşurdular: “Hansı cəzanı çəksin?” Tapmaca deyən dillənirdi: “Qab götürsün, getsin filan bulaqdan bir qab su gətirsin, camaat su içsin”. Tapmacanın cavabını tapa bilməyən gedib su gətirdikdə ona əziyyət vermək üçün deyirdilər ki, sənin şahidin yoxdu, bəlkə, suyu başqa yerdən doldurub gətirmisən. Onun yanına birini şahid qoşub təkrar su gətirməyə göndərirdilər. Tapmacanı tapmayan şəxsə digər cəzalar da verilirdi. Məsələn, səhərə qədər dik ayaq üstə durmaq və s.
Cem Qaraca
Cem Karaca (5 aprel 1945, Bakırköy, İstanbul ili – 8 fevral 2004, İstanbul) — Türkiyə rok musiqiçisi və Anadolu roku hərəkatının əsas üzvlərindən biri. == Həyatı == 1945-ci il aprelin 5-də əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru Məmməd Karaca və əslən erməni olan Türkiyə aktrisası İrma Feleqyanın (Toto Karaca) ailəsində doğulub.
Qaraca (Heris)
Qaraca (fars. قراجه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,081 nəfər yaşayır (215 ailə).
Qaraca (Miyanə)
Qaraca (fars. قراجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 335 nəfər yaşayır (70 ailə).
Qaraca arıquş
Qaraca arıquş (lat. Periparus ater) — Arıquşları fəsiləsinin Periparus cinsinə aid quş növü. == Xarakterik morfoloji əlamətləri == Bel tərəfi zeytuni-boz, qanadları və quyruğu qonur-boz, başı və döşünün yuxarısı qara, yanaqları ağ, qarnı və bədəninin yanları oxraya çalan ağımtıldır. Dişi fərd erkəkdən azca kiçikdir . == Kateqoriyası və statusu == Çoxsaylıdır. == Yayılması == Avropa, Asiya və Şimal-qərbi Afrikada yayılıb. Azərbaycanda isə dağ və dağ-meşə qurşaqlarında, bağ və parklarda yayılıb. == Növdaxili müxtəlifliyi == Politipik növdür. Dünyada 20-dən çox, Azərbaycanda isə 2 yarımnövü (P. a. michayloüskii, Boqd., 1879; P.a.
Qaraca kəsilişi
Qaraca kəsilişi Azərbaycanın dördüncü dövr sisteminin abşeron – alt xəzər çöküntülərinin klassik kəsilişi sayılır. Kəsiliş eyniadlı antiklinalın quruluşunda iştirak edərək Mingəçevir şəhərinin ətrafında yer səthinə çıxır. Burada abşeron çöküntüləri kontinental fasiya (525 m), pleystosen törəmə­ləri isə kontinental və dəniz fasiyaları (100m) ilə təmsil olunmuşdur. Bu çöküntülərdə şirin su və dəniz molyuskları, ostrakodlar, foraminiferlər və onurğalıların sümükləri aşkar edilmişdir.
Qaraca lilcüllüt
Qaraca qız
Qaraca qız (hekayə) — Süleyman Sani Axundovun hekayəsi. Qaraca qız (film, 1966) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmış film. Qaraca qız (balet) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ilk Azərbaycan uşaq baleti.
Qaraca çoban
Qaraca çoban—Kitabi-Dədə Qorqud dastanında personaj. "Dədə Qorqud" eposunda Oğuz cəmiyyətinin yüksək təbəqəsinə mənsub qəhrəmanlarla yanaşı, aşağı təbəqənin mərd adamları haqqında da təsvirlər vardır. Belə qəhrəmanlardan biri də Qaraca çobandır. Qaraca çoban öz mərdliyi, cəsurluğu, sədaqəti ilə seçilir. Oğuz elinə düşmənlər hücum edən zaman Qaraca çoban yurdunun müdafiəsinə qalxır, düşmənin hərbə-zorbasından qorxmur, onların təklif etdiyi var-dövlətdən imtina edir. Qaraca Çoban surəti göstərir ki, xalq ədəbiyyatında zəhmətkeş təbəqənin nümayəndələrinə böyük hörmət və məhəbbətlə yanaşılır.
Rasim Qaraca
Rasim Qaraca — azərbaycanlı yazıçı, jurnalist. == Həyatı == Rasim Qaraca 1960-cı ildə Şirvan şəhərində anadan olub. İxtisasca jurnalistdir, Azərbaycan Dövlət Universitetini bitirib. Öz ölkəsində çeşidli qəzetlərdə xəbər yazarı, reportyor kimi çalışıb, 1991-ci ildə SSRİ dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra sərbəst fəaliyyətə başlayıb. Ölkəsinə İlk müstəqil ədəbiyyat dərnəyi “Baca”nı yaradıb, dərnəyin mətbuat orqanı “Yaşıl söz”ü buraxıb. Böhranlı keçid illərində Rusiyada yaşayıb, 2000-ci ildə Bakıya qayıdıb və “Azad Yazarlar Ocağı” ədəbiyyat qurumunu təşkil edib, “Alatoran” ədəbiyyat jurnalını təsis edib. Jurnal yeni nəsil yazarların yetişməsndə ciddi rol oynayıb. Rasim Qaraca hal-hazırda Alatoran nəşriyatının rəhbəridir. Nəşriyyat bu günədək 500-dən artıq kitab nəşr edib. Rasim Qaracanın 15 kitabı - şeir, hekayə və romanları nəşr olunub.
Əhməd Qaraca
Əhməd bəy Qaraca (22 sentyabr 1929, Türkiyə – 16 may 2005, Ankara) — Azərbaycanın müstəqilliyi uğrunda uzun illər boyu mücadilə aparmış böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı, Azərbaycan Kültür Dərnəyinin baş katibi. == Həyatı == Əhməd Qaraca 1929-cu il sentyabr ayının 22-də Türkiyənin Hakveyis kəndində anadan olmuşdur. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Ə.Qaracanın ailəsi 1924-cü ildə İrəvan yaxınlığındakı Persi (sonradan Buravet) kəndindən Türkiyəyə köçüb. İqdırda orta məktəbi, 1947-ci ilin yayında isə Atatürk Litseyini bitirib. Sonra Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin klassik filoloji bölümünə daxil olub. Əhməd Qaraca 1949-cu ildə yaradılan və Məhəmməd Əmin Rəsulzadə Ocağı adlandırılan Azərbaycan Kültür Dərnəyinin üzvü olub. 1955-ci ildən vəfat etdiyi günədək dərnəyin baş katibi postunu daşıyıb. Ə.Qaraca ali təhsil aldıqdan sonra əllinci illərdən başlayaraq Azərbaycan davasına qoşulmuş, Məhəmməd Əmin Rəsulzadənin yaxın əqidə dostlarından biri olmuşdur. Həmin illərdə Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyinin işində fəallıq göstərmiş, "Azərbaycan" jurnalının baş yazarlığını etmişdir. Ötən əsrin 60–80-ci illərində Ə.Qaraca Sovetlər Birliyinin yürütdüyü imperiya siyasətini öz yazılarında və çıxışlarında ifşa etmiş, çoxlu sayda tədbirlərin təşkilatçısı olmuşdur.
Qaraca qumluqca
Qaraca qumluqca (lat. Calidris falcinellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qazmada Rejim (1940)
== Məzmun == Texniki-təbliğat filmidir. Film neft quyularının qazılmasıda yeni texnologiyanın tətbiqindən bəhs edir. == Film haqqında == Film saxlanılmayıb.
Qalaça
Qalaça və ya Şamilqala — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qalaça (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Qalaça (Loru) — Loruda kənd. Qalaça — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd.
Qaraca (dağ, Daşkəsən)
Qaraca — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ olub, Bozdağ silsiləsinin qərb qurtaracağında zirvədir. Hündürlüyü 200 m-dir. Bir mülahizəyə görə, dağ süxurlarının rənginə görə belə adlandırılmışdır.Bu adın Qaraca şəxs adı ilə bağlı olması da ehtimal edilir.
Qaraca (dağ, Yevlax)
Qaraca — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağdır. Həmin rayondakı Düzdağ qəsəbəsinin şərqində Qaraca adlı sahə də vardır. Yerli məlumata görə, bu ad Qaraca adlı şəxsin adı ilə bağlıdır. Etno-toponimdir.
Qaraca dağı (Daşkəsən)
Qaraca — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ olub, Bozdağ silsiləsinin qərb qurtaracağında zirvədir. Hündürlüyü 200 m-dir. Bir mülahizəyə görə, dağ süxurlarının rənginə görə belə adlandırılmışdır.Bu adın Qaraca şəxs adı ilə bağlı olması da ehtimal edilir.
Qaraca dağı (Yevlax)
Qaraca — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağdır. Həmin rayondakı Düzdağ qəsəbəsinin şərqində Qaraca adlı sahə də vardır. Yerli məlumata görə, bu ad Qaraca adlı şəxsin adı ilə bağlıdır. Etno-toponimdir.
Qaraca qız (balet)
Qaraca qız baleti — bəstəkar Əşrəf Abbasovun yaradıcılığın zirvəsində yazdığı uşaq baletidir. Bu, uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1965-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş "Qaraca qız" yazıçı Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında hazırlanmışdı. Baletin libretto müəllifi isə xalq artisti Əfrasiyab Bədəlbəyli idi. Elə tamaşanın ilk dirijoru da bəstəkarın özü olmuşdu. Bu balet haqqında mətbuatda yazılanlardan bəlli olur ki, "Qaraca qız" həqiqətən də klassik balet ənənələrinin ən gözəl nümunələrindən biridir. Xüsusilə də baletmeyster Qəmər Almaszadə bir xoreoqraf kimi əsərə yüksək bədii zövq əks etdirən quruluş verməyə nail ola bilmişdi. Bu yaradıcılığın vəhdətindən doğan "Qaraca qız" isə Azərbaycan musiqi tarixinə uğurlu balet kimi düşərək Əşrəf Abbasovun adını ilkinlər sırasına yazdı. Bu baletə təkcə uşaqlar deyil, böyüklər də maraqla tamaşa edərdilər. == Mənbə == İlk uşaq baletinin müəllifi Исай Рубенчик.
Qaraca qız (film)
Qaraca qız — "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş bədii film. == Məzmun == Qaraca qız — Kinolentdə Tutu (Sevil Zeynalova) adlı xeyirxah və cəsarətli yetim bir qaraçı qızının faciəli taleyindən danışılır.Liftçi qız — Kinolentdə gənc bir qızın — Lalənin (Xuraman Qasımova) taleyindən, həyatda ilk kövrək addımlarından, tədricən öz qüvvəsinə inanıb, həyatda düzgün yol tapmasından danışılır. == Festivallar və mükafatlar == Kinoalmanax 1) 1967-ci ildə Tbilisidə Zaqafqaziya və Ukrayna respublikalarının I zona kinofestivalı Kinoalmanax Gürcüstan LKGİ MK-nın Diplom və Prizini almışdır. == Film haqqında == Kinoalmanax iki qısametrajlı — "Liftçi qız" və "Qaraca qız" adlı filmlərdən ibarətdir. Qaraca Qız Film aktrisa Şəfiqə Məmmədovanın kinoda ilk işidir. Film Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Liftçi qız Film yazıçı Həsən Seyidbəylinin "Xidmət lifti" hekayəsinin motivləri əsasında çəkilmişdir. Film rejissor Rüfət Şabanovun kinoda ilk müstəqil işidir. Film aktyor Tariyel Qasımovun kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Qaraca qız Əsərin müəllifi: Süleyman Sani Axundov Ssenari müəllifləri: İosif Prut, Şamil Mahmudbəyov Quruluşçu rejissor: Şamil Mahmudbəyov Quruluşçu operator: Arif Nərimanbəyov Rejissor: Arif Nərimanbəyov Quruluşçu rəssam: Nadir Zeynalov Geyim rəssamı: Cəbrayıl Əzimov Redaktor: İshaq İbrahimov Bəstəkar: Rauf Hacıyev Səs operatoru: Paşa İbrahimov Rejissor assistenti: Əsgər İsmayılov, Əşrəf Mamayev, F.Hacıyev Operator assistenti: V.İvaşşenko, Elxan Əliyev Rəssam assistenti: M.Hüseynzadə Qrim rəssamı: N.Tsisikaşvili, Y.Skaçenkova Montaj edən: A.Filimonova Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski (S. Klyuçevski kimi) Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Çalır: Azərbaycan Radio və Televiziyasının Kamera Orkestri Dirijor: Nazim Rzayev Filmin direktoru: Bəşir QuliyevLiftçi qız Əsərin müəllifi: Həsən Seyidbəyli Ssenari müəllifləri: Həsən Seyidbəyli, Rüfət Şabanov, M.Erzinkyan Quruluşçu rejissor: Rüfət Şabanov Quruluşçu operator: Əlihüseyn Hüseynov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Vasif Adıgözəlov Redaktor: İshaq İbrahimov Səs operatoru: Vladimir Savin Operator: Ələddin Xoşbanyani Qrim rəssamı: S.Pozdeyeva Montaj üzrə assistent: Nelli Mahmudova Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Çalır: Baş Kinematoqrafiya İdarəsinin Simfonik Orkestri Dirijor: Q.Hamburq Filmin direktoru: İ.Rzayev === Rollarda === Qaraca qız Sevil Zeynalova — Qaraca qız Leyla Axundova — Xədicə Şəfiqə Məmmədova — Pəricahan Raisa Udovikova — Yasəmən Oleq Xabalov — Yusif Cabbar Əliyev — Piri baba Fateh Fətullayev — Hüseyn bəy Osman Həqqi — Rəhim bəy Mirzə Babayev — Səlim bəy Firəngiz Şərifova — xidmətçi Törəxanım Zeynalova — kənd sakini Əli Xəlilov — kənd sakini Dadaş Kazımov — nökər Hüseynağa Sadıqov — bəy Süsən Məcidova (Susanna Məcidova kimi) — qulluqçu T.Razumovskaya — mürəbbiyyə Kamil Qubuşov — bəy Əhməd Əhmədov — bəyLiftçi qız Xuraman Qasımova — Lalə Məmmədrza Şeyxzamanov — rəssam T.Katkovskaya — Svetlana Tariyel Qasımov — Nəriman Ramiz Məlikov — gənc Nadir Əsgərov — liftdəki kişi Ələsgər İbrahimov — gənc Əliheydər Həsənzadə — fəhlə Leyla Şabanova — cüllüt Tariyel Vəliyev — sərnişin === Filmi səsləndirənlər === Qaraca qız Əminə Yusifqızı — qaraçı (titrlərdə yoxdur) Həsənağa Turabov — Yusif (Oleq Xabalov) (titrlərdə yoxdur) Həsən Əbluc — qaraçı (titrlərdə yoxdur) Mirvari Novruzova — Pəricahan (Şəfiqə Məmmədova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Piri baba (Cabbar Əliyev) (titrlərdə yoxdur) Ətayə Əliyeva — dayə (titrlərdə yoxdur) Əzizağa Qasımov — Səlim bəy (Mirzə Babayev) (titrlərdə yoxdur) Kamil Qubuşov — Hüseyn bəy (Fateh Fətullayev) (titrlərdə yoxdur)Liftçi qız Həsən Əbluc — Nəriman (Tariyel Qasımov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Lalə (Xuraman Qasımova) (titrlərdə yoxdur) Yusif Vəliyev — administrator (titrlərdə yoxdur) Əli Zeynalov — rəssam (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография.
Namakura Gatana
Namakura Gatana (yap. なまくら刀) və ya Hanawa Hekonai meitō no maki (yap. 塙凹内名刀之巻) — rejissor Cuniçi Koçinin 1917-ci ildə çəkdiyi qısa animasiya filmidir. 2008-ci ilin mart ayında Yaponiyanın Osaka şəhərində əntiq əşyaların satıldığı mağazada aşkar edilib.Səssiz olan animasiya 2 dəqiqə davam edir. Mövzusunu samurayın katana alması təşkil edir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Namakura Gatana ilə əlaqəli mediafayllar var. Namakura Gatana — Internet Movie Database saytında.
Qalaça (Laçın)
Qalaça — Azərbaycan Respublikasının Laçın rayonu Bozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Mirik kənd Sovetindən Qalaça kəndi Bozlu kənd Soveti tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi kiçik təpənin üstündə yerləşən qalaçanın yaxınlığında salındığı üçün belə adlanmışdır. Oykonim "kiçik qala" mənasındadır. Hazırda həmin qalaçanın yerləşdiyi təpə "Top qalaça" adlanır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Ağoğlan çayının sahilində, dağətəyi düzənlikdə yerləşir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Qalaça (Loru)
Qalaça — Yelizavetpol quberniyasının Qazax qəzasında, indiki Noemberyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km şimalda yerləşir. 1926-cı ildə burada 3 nəfər azərbaycanlı yaşamışdır.Toponim qala sözünə kiçiltmə mənasını bildirən -ça şəkilçisi artırmaqla əmələ gəlib «kiçik qala yanında olan kənd» mənasını verir. Kəndin cənub-şərqində XII-XIII əsrlərə aid qalanın xarabalıqları indi də qalır. Kənd adını məhz həmin qaladan götürmüşdür. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Berdavan (Qala qəsəbəsi) adlandırılmışdır.
Qalaça (Təbriz)
Qalaça (fars. قلعه چه‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (55 ailə).
Qalaça (Şamilqala)
Şamilqala və ya sadəcə Qalaça — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qala XIX əsrin 50-ci illərində dağlıların milli azadlıq hərəkatının rəhbəri Şeyx Şamilə qarşı aparılan hərbi əməliyyatlarda müşahidə təyinatlı istehkam kimi ruslar tərəfindən inşa etdirilmışdir. El arasında "gözətçi qala" kimində deyilirDairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Şamil qalasının xarabalıqlarından Dağıstanla Azərbaycan arasında son yaşayış məntəqəsi olan Sarıbaş kəndi görünür. Bu tip qalalar daha bir neçə yüksəklikdə inşa edilmişdir. Bir çoxları günümüzə qədər gəlib çıxa bilməmişdir.
Qalaça (Qax)
Şamilqala və ya sadəcə Qalaça — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qala XIX əsrin 50-ci illərində dağlıların milli azadlıq hərəkatının rəhbəri Şeyx Şamilə qarşı aparılan hərbi əməliyyatlarda müşahidə təyinatlı istehkam kimi ruslar tərəfindən inşa etdirilmışdir. El arasında "gözətçi qala" kimində deyilirDairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Şamil qalasının xarabalıqlarından Dağıstanla Azərbaycan arasında son yaşayış məntəqəsi olan Sarıbaş kəndi görünür. Bu tip qalalar daha bir neçə yüksəklikdə inşa edilmişdir. Bir çoxları günümüzə qədər gəlib çıxa bilməmişdir.