Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoltuq arteriyası
Qoltuq arteriyası – lat. arteria axillaris körpücükaltı arteriyanın ardını təşkil edərək birinci qabırğanın bayır kənarından böyük döş əzələsinin aşağı kənarınadək gedir və bazuya keçərək bazu arteriyasını – lat. a. brachialis adlanır. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Qoltuq blokadası
Qoltuq blokadası, aksillar blokada — periferik regional anesteziya metodu olub, əsasən yuxarı ətraflarda aparılan xüsusilə mil, dirsək, bilək, əldarağı, falanqa sümüklərinin osteosintezlərində, barmaqların replantasiya əməliyyatlarında həm anesteziya həm də əməliyyat sonrakı ağrılara qarşı müalicə üsulu kimi tətbiq edilir. Bu zaman blokada müvafiq qoltuq nahiyəsindən xüsusi iynə vasitəilə daxil olaraq, yerli keyləşdirici preparat yeridilməklə əldə edilir. Bu üsul qoltuqdan inyeksiya olduğuna görə qoltuq blokadası yaxud aksillar blokada adlandırılır. Uzunmüddətli müalicə üçün isə xüsusi iynənin mənfəzindən kateter yridilir. Kateter dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrinin təşkil etdiyi bazu kələfinə yerləşdirilir. Xüsusi portatip infuziya nasosu ilə kateterə davamlı olaraq yerli keyləşdirici preparat yeridilir. Bu zaman anesteziyanın müddəti tətbiq olunan preparatın təsir qüvvəsindən, həcmindən, inyeksiyanın dəqiq icra edilməsindən asılı olaraq qısala və uzana bilir. Regional anesteziya müşahidə manitoru altında (EKQ, arterial təzyiq, pulsoksimetr) tam sterillik göznəlilməklə icra edilməlidir. İlk olaraq müdaxilə olunacaq nahiyə tibbi benzin vasitəsilə yağsızlaşdırılmalı, dezinfeksion məhlulla üç dəfə yuyulmalı və steril materialla izolə olunmalıdır. Punksiya olunan yer yerli keyləşdirici inyeksiyası ilə infiltirasiyalaşdırılır.
Qoltuq körfəzi
Qoltuq körfəzi - Xəzər dənizinin qərb sahilində Azərbaycan ərazisində yerləşir. Körfəz Kür çayının təsiri ilə yaranan, dənizin içərilərinə doğru irəliləmiş deltanın cənubunda yerləşir. Körfəz materik ilə delta arasında yerləşdiyindən Qoltuğu xatırladır. Körfəz dayazlığı ilə seçilir. Səbəb isə Kürün dənizə axıtdığı lildir. Dərinlik bəzi yerlərdə hətta 50 sm qədər azalır. Dəniz suyuna nisbətən şorluğu azdır. Körfəzə Ana Kür çayı axır.
Qoltuq nağara
Nağaranın bu növü, adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilir (şəkil). Əvvəllər onun üzünə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür. Nağara ərəb sözü olub, "döyəcləmək", "taqqıldatmaq" mənasını verir. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə edilir. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür. Açıq havada sərbəst çalınır. Folklor ənənələrində, xalq oyunu tamaşalarında, eləcə də "Cəngi", "Yallı" və bu növ rəqslərdə qoltuq nağaradan istifadə edilir.
Züd-Ost Qoltuq
Züd-Ost Qoltuq — (Cənub-Şərqi Qoltuq) Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Züd-Ost Qoltuq kəndi Azərbaycan SSR dönəmində təsis edilib. Kəndin adı alman dilindən tərcümədə "Cənub-Şərq Kolu" mənasını verir və bu da onun coğrafi mövqeyinə işarə edir. Kənddə Sovet dövrünün tipik infrastrukturu mövcud idi. Buraya məktəb, tibb müəssisəsi və kənd təsərrüfatı obyektləri, kitabxana, qış və yay kinoklubları daxildir. Sovetlər dağılandan sonra kəndin bəzi obyektləri fəaliyyətini dayandırmışdır. Kürün deltasında, çayla Xəzərin əmələ gətirdiyi bucaqda Qoltuq adlı iki yaşayış məskəni var. Züd-Ost (Cənub-Şərq) və Nord-Ost (Şimal-Şərq) adlanan Qoltuq kəndləri XIX əsrin son rübündə təşəkkül tapmış, əsrimizin əvvəllərində isə xeyli genişlənmişdir. Bucaq mənası bildirən Qoltuq əsl türk sözüdür və körfəz kimi coğrafi anlayış bildirir. Bu söz dilimizin izahlı lüğətində çay və dəniz sahilində su girintisi, körfəz kimi mənalandırılır.
Erebuni qoruğu
Erebuni Dövlət Təbiət Qoruğu (erm. «Էրեբունի» արգելոց) — Ermənistan ərazisinin Kotayk mərzi ilə Ararat mərzi sərhədində, Şorbulaq və Qexadir kəndləri arasında yerləşir. Qoruq 1981-ci ildə 89 ha ərazidə təşkil olunmuşdur. Burada 10 milyonlarla yaşı olan suxurlar vardır. Burada Ermənistan ərazisində yetişən endemik bitkilər var. == Təbiəti == === İqlimi === Qoruğun ərazisi olduqca kontinentald və qurudur. Orta illik temperatur 11 °C, yağıntının miqdarı 300–350 mm təşkil edir. Qışı az qarlı, qoyuq və buludlu olur. Qar örtüyünün qalınlığı 10–35 sm arasında dəyişir. Qış noyabrın ikinci yarısında başlayır və martın ikinci yarısında isə bitir.
Həştərxan qoruğu
Həştərxan qoruğu — Bu qoruq Volqa çayı deltasında 1919-cu ildə salınmışdır. == Məlumat == Həştərxan qoruğu çayın deltasının nadir təbii kompleksinin mühafizəsi və ilk növbədə burada su quşlarının qışlaması və yuvalaması, onların tüləmə yerlərinin qorunması məqsədilə yaradılmışdır. Həştərxan qoruğu vətəkə balıqlarının təbii çoxalmasında böyük əhəmiyyət kəsb edir. Qoruğun ümumi sahəsi 63,4 min hektardır. Həştərxan qoruğunun su quşlarının qorunmasında beynəlxalq əhəmiyyəti vardır. 1968-ci ildə Həştərxan qoruğu nəzdində ornitoloji stansiya təşkil edilmişdir. Qoruqun iqlimi mülayim kontinentaldır: yayı isti, qışı isə soyuqdur. Qar örtüyü 60 gün, buz örtüyü isə 60–90 gün qalır. Qoruqda olan bütün hövzələrin suyu şirindir. == Flora və fauna == Həştərxan qoruğu sularında 65 fəsiləyə daxil olan 290 növ bitki və onurğasız heyvanların 500 növü qeydə alınmışdır.
Kamçiya qoruğu
Kamçiya biosfer qoruğu (bolq. Биосферен Резерват Камчия — Bolqarıstanın şərqində yerləşən qoruq. Qoruq əsasən Kamçiya çayının subasar ərazilərini və mənsəbini əhatə edir. Çayın subasar hissəsində olan meşələri qorumaq üçün 1951-ci ildə yaradılmışdır. Yaraldılan zamanı daha böyük ərazini əhatə edirdi - 1200 hektar. Kamçiya uzun müddət UNESCO-nun qorunan ərazilər siyahısında idi. Qoruq ərazisinə həmçinin Qara dəniz sahillərində olan kiçik zolaq daxil idi. Qoruqdan qorunma statusu 2017-ci ildən götürülmüşdür. == Coğrafiyası == Qoruğun əsas sahəsi 842.1 hektardır (bufer zonası 230 ha). Əsas sahənin 764 hektarı meşədir, qalan 78.1 ha meşəsiz ərazilərdir (34.5 ha çəmənliklər, 0.4 ha kanallar, 3.3 ha qobular, 21,8 ha bataqlıq meşələri, 9,9 ha bataqlıqlar və s.).
Kobuleti Qoruğu
Kobuleti Qoruğu ( gürc. ქობულეთი ), Gürcüstanın Acarıstan bölgəsi, Kobuleti Bələdiyyəsində, Qara dəniz sahili boyunca Kobuleti'nin şimal hissəsində qorunan bir ərazidir . Kobuleti qorunan ərazilər 1998-ci ildə Ramsar Konvensiyası ilə tanınan bənzərsiz bataqlıq ekosistemlərini qorumaq üçün qurulmuşdur. Kobuleti qorunan ərazilərə müvafiq olaraq Şavi Ghele ( qara dərə ) çayının sol və sağ sahilində yerləşən Kobuleti Qoruğu və Kobuleti İdarə Qoruğu daxildir. Kobuleti Qoruğu, şimalda Togoni çayı ilə həmsərhəd olan ərazini, şərqdə Kobuleti - Ozurgeti şossesini, cənubdan Şavi Ghele və qərbdən Kobuleti ətraflarından sərhədlənir. == Coğrafiya == Qoruq Şavi Gele və Togoni çayları və bir neçə su axını ilə kiçik bir eroziya ilə düz bir səthə malikdir. Yerli torf qübbələri adlandırılan, nəzərə çarpacaq dərəcədə nəzərə çarpan yerüstü yüksəklikləri olan torf yosundan ibarətdir. Bu kiçik yüksəkliklər ətrafından 1–3 m yuxarı qalxır. Bu ərazidə çuxur 5 m-dən 9 m-ə qədər qalınlığı olan tək torf təbəqəsindən ibarətdir == İqlim == Qoruq yüksək nisbi rütubət və dövri güclü külək olan rütubətli dəniz subtropik iqlimə malikdir. Yağıntılar, əsasən, illik miqdarı 1500–2500 mm olan yağış şəklində olur.
Komandor qoruğu
Komandor dövlət təbiət qoruğu — 23 aprel 1993-ci ildə yaradılmışdır. Qoruq dörd əsas adanın sahəsində qurulmuşdur — Mednı, Beqinqa, Ariy kamen və Toporkov, üstəlik 60 kiçik ada. Qoruğun ərazisinə Berinq dənizi və Sakit okeanın şelf əraziləridə daxildir. Komandor adaları Sakit okeanın şimal-qərbində yerləşərək, Aleut adaları silsiləsinin sualtı davamını təşkil edir. Ən hündür nöqtəsi Steller dağıdır (755 m). Qoruğun sahəsi 3 648 679 ha təşkil edir. Üstəlik 3 463 300 ha dəniz sahəsi belə bura daxildir. == Flora və fauna == Qoruq ərazisində ümmumilikdə 383 növ və 37 yarımnöv borulu bitkiyə rast gəlinir. Adalar 93 bitkinin şərq, 10 bitkinin isə qərb qərhədini təşkil edir. Ərazidə bir çox endemik və relikdir, İlin şaxtasız günlərinin sayı 127–140 arasında dəyişir.
Korqaljın qoruğu
Korqaljın Dövlət Təbiət Qoruğu (qaz. Қорғалжын мемлекеттік табиғи қорығы) ― Qazaxıstanın Aqmola və Karağandı vilayətlərində, Astana şəhərinin qərbində yerləşən təbiət qoruğu. Ərazi həm UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Şimali Qazaxıstan step və göllərinin, həm Ramsar sahəsinin, həm də müvafiq biosfer qoruğunun bir hissəsidir. Ərazidəki göllərdən ən böyüyü Tengiz gölüdür. 543 171 hektar ərazisi olan Korqaljın təbiət qoruğunun ərazisi köçəri quşların Hindistan və Sibir-Şərqi Afrika miqrasiya marşrutunun ayrılmaz hissəsidir və yalnız Qazaxıstan üçün deyil, həm də bütün Asiya üçün beynəlxalq əhəmiyyətli bataqlıq sahəsidir. Ərazidəki böyük su ehtiyyatı Asiyadakı ən böyük bataqlıq quşları populyasiyası üçün yaşayış sahəsini təmin edir. == Tarix == 1976-cı ildə Tengis - Korqaljın gölləri Beynəlxalq əhəmiyyətli bataqlıq ərazilərin siyahısına, "Ramsar siyahısına" daxil edilmişdir. Qoruq 2008-ci ildə “Sarıarka - Şimali Qazaxıstan step və gölləri” ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. 2012-ci ildə UNESCO Korqaljın qoruğunun Qazaxıstan Respublikasının ilk biosfer qoruğu olaraq tanımışdır. == Bitki == Mühafizə olunan ərazinin bioloji müxtəlifliyinə 500-dən çox bitki növü (Qazax təpəliyinin bütün florasının dörddə biri) və 43 növ məməli və 350 növ quş da daxil olmaqla 1400-dən çox heyvan növü daxildir.
Krosnovodsk qoruğu
Krosnovodsk qoruğu — 1932-ci ildə Xəzər dənizi sahəsində təşkil edilmiş qoruq. == Məlumat == Bu qoruğ 1932-ci ildə təşkil edilmişdir, lakin onu 1969-cu ilə kimi Həsənqulu qoruğu adlandırmışlar. Bura əsasən quşlar qışlamağa gəlirlər. 1968-ci ildə qoruğun sahəsi xeyli artırılmış və buraya Krosnovodsk və şimali Çəlikən körfəzləri də daxil edilmişdir. Qoruğun ümumi sahəsi 262 min hektardır. Qoruq şimal və cənub hissələrdən ibarətdir. Krosnovodsk qoruğunun iqlimi kontinental qurudur, qar örtüyünün müddəti 10-20 gündür, qoruğun duzluluğu 13,5 % dir. == Flora və fauna == Krosnovodsk qoruğunda 400 növ quru bitkisi müəyyənləşdirilmişdir onun əsas hissəsini səhra bitkiləri təşkil edir. Bunlar qaraşoran, saksaul, kəvən, şoraot və s. Krosnovodsk körfəzinin zooplanktonunda 18 növ heyvan qeyd edilmişdir.
Kuril qoruğu
Kuril qoruğu — dövlət təbii qoruğu. RSFSR Nazirlər Sovetinin 10 fevral 1984-cü il tarixli 47 nömrəli qərarı ilə Kunaşir adasında və RSFSR-in Saxalin vilayətinin Cənubi Kuril rayonunda Kiçik Kuril cərgəsi adalarında qurulmuşdur. Sahəsi 65 355 hektardır. Qorunan zona 73 475 hektardır. Qoruğun mərkəzi şəhər tipli Yujno-Kurilsk qəsəbəsindədir. Qoruğun yaradılmasında məqsəd təbii proseslərin və hadisələrin təbii gedişatını, flora və faunanın genetik fondunu, bitki və heyvanların ayrı-ayrı növlərini və icmalarını, Cənubi Kuril adalarının tipik və unikal ekoloji sistemlərini qorumaq və öyrənməkdir. Qoruğun təbii kompleksləri misilsizdir və dünyada analoqu yoxdur. Kunaşir ərazisi və Kiçik Kuril silsiləsi Rusiya ilə Yaponiya arasında ərazi mübahisəsinin predmetidir. == Flora və fauna == Bitki örtüyünün əsasını mühafizə olunan ərazinin 70% -dən çoxunu tutan meşələr təşkil edir. Qoruğun ərazisində 227 növ quş (bunlardan 107-si yuva qurur), 29 növ məməli vardır.
Laqodexi qoruğu
Laqodexi (gürc. ლაგოდეხის სახელმწიფო ნაკრძალი) — Gürcüstan ərazisində mövcud olan qoruq. Üstəlik ərazidə həmcinin yasaqlıq mövcuddur. Yasaqlığın tarixi 2003-cü ildən başlayır. Goruq 1912-ci ildə təşkil efilmişdir. Ümumilidə Gürcüstan ərazisində təşkil olunan ilk qoruqdur. == Yerləşməsi və coğrafiyası == Qoruğun ərazisi Gürcüstanın şimal-şərqində, Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Qoruq ərazisi Azərbaycan və Dağıstanla sərhdə malikdir. Qoruğuun sahəsi 19 748 ha, yasaqlığın ərazisi isə 4702 hektardır. Qoruğun ərazisi 590–3500 metr okean səviyyəsindən yüksəklikdə qərarlaşır.
Liaxvi qoruğu
Liaxvi Qoruğu ( gürc. ლიახვის სახელმწიფო ნაკრძალი ) Sxinvali rayonunun şimal-şərq hissəsindəki Böyük Qafqaz silsiləsinin cənub yamacındakı Şida Kartli, tarixi bölgəsindəki Gürcüstanın Axalgori Bələdiyyəsində qorunan bir ərazidir. .Qoruğun əsas məqsədi ətraf dağlıq ərazidə flora və faunanın qorunmasıdır. Ümumiyyətlə Patara Liaxvi dərəsində bir çox turistik məkan var: etnoloji, quş izləyicisi və botanika. == Tarix == Tarixən bu sahə Şida Kartli, həm də Dvaleti və Samachablo kimi tanınır və sovet dövründə Cənubi Osetiya Muxtar Vilayəti kimi tanınırdı. Liaxvi dərəsində və ətraf ərazilərdəki neolit və eneolit abidələrinə eramızdan əvvəlki dövrlərdə bu ərazidə yaşayan insanlar şahidlik etmişdir. Cava bölgəsində ibtidai insan yaşayış yerlərinin qalıqları qazılmışdır. Bu arxeoloji kəşflər arasında ən məşhuru Ksani dərəsində tapılan Axalgori xəzinəsidir . Xəzinə eramızdan əvvəl IV- V əsrlərə aiddir . Siklop qalalarının qalıqları bu bölgədə hələ də görünməkdədir.
Maqadan qoruğu
Maqadan Dövlət Təbiət qoruğu — Maqadan vilayətinin cənubunda, Oxot dənizinin şimal sahili yaxınlığında, Maqadan vilayətinin Olski və Srednekanski rayonlarında yerləşən bir qoruq. Qoruğun əsası 1982-ci ildə qoyulmuşdur, sahəsi 883 817 hektardır. Qoruq dörd sahədən ibarətdir: Kava-Çelomdjinski (624 456 ha), Olski (103 425 ha), Yamski (38 096 ha), Seymçanski (117 839 ha). Bütün digər sahələr bir-birindən çox uzaq məsafədədir, ərazilərində yaşayış məntəqələri və nəqliyyat marşrutları yoxdur. Qoruğun mərkəzi əmlakı Maqadan şəhərində (ərazilərdən 100-650 km) yerləşir. 2005-ci ildən etibarən ehtiyat, UNESCO-nun Dünya Mirasları siyahısına daxil edilmək üçün bir namizəddir. == Flora və fauna == Qoruğun ərazisində 729 növ damarlı bitki qeyd edilmişdir. Əsas meşə yaradan növlər şamkimilərdir. İkinci geniş yayılmış növ Alçaqboylu sidr şamı, relikt mərkəzi növ isə Sibir küknarıdır. Sularında 32 növ balıq, ümumilikdə 180-dən çox növ quş yaşayır.
Naurzum qoruğu
Naurzum Dövlət Təbiət Qoruğu (qaz. Наурызым мемлекеттік табиғи қорығы) ― Qazaxıstan ərazisində qoruq. Ərazi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş "Sarıarka - Şimali Qazaxıstan step və gölləri"nin bir hissəsidir. Qoruq Qazaxıstanın çöl zonası daxilində yerləşən Turqay yaylasının mərkəzi hissəsindədir. Qoruğun bitki örtüyü zəngindir və çöllər, kolluq ərazilər, yarımsəhra və çöl zonası daxilində yaranması ilə misilsiz bir xüsusiyyət kimi qəbul edilən meşələri əhatə edir. Bu meşələr əsasən şam ( Pinus sylvestris), tozağacı ( Betula pendula, B. pubescens ) və əsməqovaqdan (Populus tremula) ibarətdir. Ərazinin dəniz sahilləri boyunca suya uyğunlaşmış bitki örtüyü mövcuddur. Kolluqların üstünlük təşkil etdiyi hissələrdə tipik çöl kollarından olan alçaq badam (Amygdalus nana), albalı (Cerasus fruticosa), Cytisus ( Cytisus ruthenicus), yabanı gül növləri (Rosa) və ardıc (Juniperus sabinea) yayılmışdır. Daha rütubətli ərazilərdə söyüd (Salix), göl sahillərində isə çoxbudaqlı yulğuna (Tamarix ramosissima) rast gəlinir. Qoruqda 47 növ məməli, 279 növ quş, 10 növ sürünən və amfibiya və 10 balıq növü mövcuddur.
Orelyak qoruğu
Orelyak qoruğu (bolq. Ореляк) — Bolqarıstanın cənub-qərbindəki Pirin dağ silsiləsinin mərkəzi hissəsində yerləşən təbiət qoruğu. Blaqoevqrad vilayəti Qose-Delçev icmasında yerləşir. 22 fevral 1985-ci ildə Mərkəzi Pirinin ən yüksək zirvəsi olan Orelyak dağının (2099 m) kənarındakı köhnə fıstıq meşələrini qorumaq məqsədilə qurulmuşdur. Qoruq 757 ha (7,57 km²) ərazini əhatə edir. Qoruğun sərhədləri Aurelak dağının şimalındakı əsas dağ silsilələri boyunca uzanır. Silsilə özü ehtiyatın tampon zonasında yerləşir. Ən şərq hissəsi Marevo çayının qolu olan Lajniçka çayının vadisindədir. Qoruq 900–1800 m hündürlükdə yerləşir. Dağlar mərmər suxurlardan təşkil olunub.
Putorana qoruğu
Putorana Dövlət Təbiət Qoruğu — Putorana platosu daxilində, Orta Sibir yaylasında Taymır yarımadasının cənubunda yerləşir. Qoruğun ərazisi 1 887 251 ha-dır ki, bununda 1 773 300 ha ərazisi qorunandır. Qoruq 15 dekabr 1988-ci ildə təsis edilmişdir. Qoruğun cəmi 28 işçisi vardır. İnzibati cəhətdən qoruq Norilsk (Krasnoyarsk diyarı) ərazisində yerləşir. 30 mart 2013-cü ildə Böyük Arktika qoruğu ilə birlikdə «Taymır qoruğu» ilə birləşmişdir. Qoruğun yaradılmasında əsas hədəflər: Dağ-göl-meşə lanşaftının qorunması; Özünəməxsus bitki aləminin qorunması; Nadir heyvanların qorunması (Xüsusi ilə Qar qoyununun Putoran yarımnövünün qorunması. Yarımnöv SSRİ və Rusiyanın Qırmızı kitabına daxil edilmişdir.); Dünyada ən böyük Şimal maralı papulyasiyasının qorunub artırılması. Bu canlıların qışlağı qoruq ərazisində yerləşir. Qoruğun ərazisi 2010-cu ilin avqust ayında YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Qafqaz qoruğu
Qafqaz qoruğu — dövlət təbiət qoruğudur. Tam adı X.G. Şapoşnikov adına Qafqaz Dövlət Təbiət Biosfer Qoruğudur. Şimali Qafqazda ən böyük və ən qədim, xüsusi qorunan təbiət sahəsidir. Rusiya Federasiyasının üç tərkib hissəsi — Krasnodar diyarı, Adıge Respublikası və Qaraçay-Çərkəz Respublikası sərhədləri daxilində yerləşir. Qoruq, 12 may 1924-cü ildə təsis edilmiş, Qərbi Qafqazda mülayim və subtropik iqlim zonalarının kəsişməsində yerləşən Qafqaz bizon qoruğunun hüquqi varisidir. Avropanın ən böyük dağ-meşə qoruğudur. Qoruğun ümumi sahəsi 280 min hektardan çoxdur, bunun 177,3 min hektarı Krasnodar diyarındadır. 19 fevral 1979-cu ildə UNESCO-nun qərarı ilə Qafqaz qoruğuna biosfer qoruğu statusu verildi və 2008-ci ilin yanvarında X.G. Şapoşnikovun adını aldı. 1999-cu ildə, Qafqaz Dövlət Təbiət Biosfer Qoruğunun ərazisi, Krasnodar diyarı və Adıge Respublikasında bir sıra digər təbiəti mühafizə obyektləri ilə birlikdə təxminən 19 min hektar sahə, Qərbi Qafqaz adı altında Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qoruqda 89 növ məməli, 248 — quş, o cümlədən 112 yuva quran quş, 15 növ sürünən, 9 — suda-quruda yaşayanlar, 21 — balıq, 1 — dəyirmiağızlı, 100-dən çox molyusk növü və təxminən 10.000 həşərat növü var.
Rostov qoruğu
Rostov dövlət təbiət qoruğu — qoruq Cənub Federal dairəsi, Rostov vilayətinin cənub-şərqində Orlov rayonu ərazisində yerləşir. Qoruğun sahəsi 4591 ha-dır. Qoruğa daxil olan ərazilər: Manıç-Qudilo gölünün şimal-qərb hissəsini, Vodnıy adası, Qrelıy adası və onun yaxın akvatoriyası. Maniç çölü əsasən quru, quru və kontinental çöl xüsusiyyətlərinə malikdir. Ərazisinin böyük hissəsi şoranlıqlar və ya şorlaşmış ərazilər təşkil edir. Bu səbəbdən şora davamlı bitkilər yayılır. Qoruq ərazisində ümumilikdə 410 növ borulu bitki növü yayılmışdır. Bu bitkilərdən altısı nadirdir. Quşlar istər növ istərsə say baxımından onurğalılar arasında ən çox olanıdır. Burada nadir quşlardan: dovdaq, Sternula albifrons, kiçik qarabatdaq, cəhrayi qutan, adi ərsindimdik, adi yapalaq, Flaminqo və digərlərinə rast gəlinir.
Sataplia qoruğu
Sataplia qoruğu — Gürcüstanın Çxaltub bələdiyyəsinə bağlı qoruğ. Qafqazın cənub-şərq silsiləsində, Stapli dağında yerləşir. Qoruğun əsası 1935-cildə qoyulub, indiki sərhədlərnən—1957-ci ildə. Qoruğ həmişə yaşıl meşələrin Kolxid növünün və geologiya, arxeologiya abidələrinin qorunması məqsədi ilə qurulub. Qoruğun sahəsi 354 hektardır, 348 hektarı meşə sahəsidi. Qoruğun relyefi dağlıqdır, iqlimi isə subtropikə yaxındır. Qoruqda nadir meşə ağacları yetişir, onlardan: tis, kolxidi samşiti, kolxidi padubu, meşə fıstlğı və s. 20 növ ağac endemik sayılır. Qoruğda dovşan, tülkü, çaqqal və barsuk vardır. Qoruğun ərazisində sönmüş vulkanın krateri, daş dövrünə aid ilk insan məskənləri, dinazavorların daşlaşmım ayaq izləridə vardır.
Stapli qoruğu
Sataplia qoruğu — Gürcüstanın Çxaltub bələdiyyəsinə bağlı qoruğ. Qafqazın cənub-şərq silsiləsində, Stapli dağında yerləşir. Qoruğun əsası 1935-cildə qoyulub, indiki sərhədlərnən—1957-ci ildə. Qoruğ həmişə yaşıl meşələrin Kolxid növünün və geologiya, arxeologiya abidələrinin qorunması məqsədi ilə qurulub. Qoruğun sahəsi 354 hektardır, 348 hektarı meşə sahəsidi. Qoruğun relyefi dağlıqdır, iqlimi isə subtropikə yaxındır. Qoruqda nadir meşə ağacları yetişir, onlardan: tis, kolxidi samşiti, kolxidi padubu, meşə fıstlğı və s. 20 növ ağac endemik sayılır. Qoruğda dovşan, tülkü, çaqqal və barsuk vardır. Qoruğun ərazisində sönmüş vulkanın krateri, daş dövrünə aid ilk insan məskənləri, dinazavorların daşlaşmım ayaq izləridə vardır.
Teyçi qoruğu
Teyçi (latış. Teiču dabas rezervāts‎) — Latviyanın şərqində yerləşən, xüsusi qorunan təbiət ərazisi. Qoruq Madonas, Varaklyan və Krustpiles vilayətlərinin ərazisində yerləşir.. Teyçi ərazisinə əsasən geniş bataqlıq daxildir. Qoruq 1982-ci ilin 26 mayında təşkil olunub. Bataqlıq, həmçinin, Avropa İttifaqının Natura 2000 qorunan ərazilər şəbəkəsinə daxildir. Qoruğun ümumi sahəsi 19 779 hektardır, bundan 13 681 hektarı bataqlıq ərazinin payına düşür. Bataqlıqlaşmış ərazidə 18 göl və torpaq örtüyünə malik yüksəklik mövcuddur. Qoruq ərazisinin 3729 hektarı meşələrdir. Teyçi Baltika regionunda ən böyük ekosistemlərdən biridir.
Biosfer qoruğu
Biosfer qoruğu — müəyyən bir regionun təbii ekosistemlərini və genofondunu qorumaq, orada və ona bitişik ərazilərdə təbii mühitin öyrənilməsi və monitorinqi məqsədilə yaradılmış xüsusi mühafizə olunan təbiət ərazisidir. Biosfer qoruqları "UNESCO"un himayəsi altında beynəlxalq və milli proqramlar əsasında yaradılır. "UNESCO" təşkilatı 669 milli təbii biosfer qoruğunu vahid dünya şəbəkəsinə daxil etmişdir. 1974-cü ildə "UNESCO"nun "İnsan və Biosfer" (MAB) Proqramına uyğun olaraq Azərbaycan dünyada birinci olaraq (1975-ci il) Bakı şəhərində Binəqədi rayonu ərazisində, keçmiş Yaşıllaşdırma Trestinin yerində yaradılmışdır.
Yaqorlık qoruğu
Yaqorlık — Moldova Respublikasının ərazisində olan dövlət qoruğu. Qoruq tanınmamış Dnestryanı Moldov Respublikasının ərazisində yerləşir və Dubısari rayonuna aiddir. Yaqorlık çayının aşağı axarlarında Dubısari SES inşa edilmiş və nəticədə mənzərəli Qoyanski körfəzi formalaşmışdır. Yaqorlık Dnestryanıda yeganə qorunan ərazidir. Yaqorlık qoruğu 15 fevral 1988-ci ildə, Moldova SSR Nazirlər Sovetinin 34 saylı qərarı ilə yaradılmış. Qoruq "Qoyanski körfəzi" yasaqlığının bazası əsasında formalaşdırıldı. Qoruğun yaradılmasında məqsəd unikal, endemik bitki növlərinin, eləcə də ixtiofaunanın qorunması idi. Ümumən Orta Dnestrin bütün biota qorunmaya alınmış. Qoruq Avrasiya qoruqlar birliyinə daxil edilmiş və Ümumdünya qoruqlar fondunda qeydiyyata düşmüş. Qoyanski körfəzində 180 növ zooplankton, 29 növ nadir balıq qeydə alınmış.