Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoyulmuş terras
Qoyulmuş terras söykənmiş terras (rus. вложенная терраса, ing. inset terrace, fill-in-fill terrase) — allüvial qatı çay dərəsinə qoyulmuş kimi olan çay, yaxud qobu terrası; məcradan uzaq kənarları ana sahilin süxurlarına, yaxud daha qədim terras çöküntüləri qatına söykənir.
Duza qoyulmuş zeytun
Duza qoyulmuş zeytun - Azərbaycan mətbəxində istifadə olunan, zeytunun duza qoyulub emaldan keçirilən formasıdır. == Lazım olan ərzaqlar == Zeytun Qələvi Duz Fenolftaein (apteklərdə satılan purgen dərmanı da olar) == Hazırlanma qaydası == Zeytun həm kal, həm də yetişmiş duzlanır. Kal zeytun dərilir (təxminən noyabr ayında) və təmizlənir. Acılığı yox etmək üçün qələvi məhluluna qoyulur. Bu məhlulda zeytun ancaq üç günədək qala bilər. Bundan sonra zeytun məhluldan çıxarılıb axar su altında yuyulur və hər gün dəyişmək şərti ilə bir neçə gün təmiz suda saxlanır. Qələvinin tamam yox olmasını bilmək üçün zeytunun biri kəsilir və içinə fenolftalein (apteklərdə satılan purgen dərmanından istifadə etmək olar) sürtülür. Zeytunun içi qızarmırsa, deməli, qələvi təmizlənmişdir. Bundan sonra zeytunun üstünə duzlu su (1 litr qaynadılmış soyuq suya 50 qram duz) tökülüb turşumağa qoyulur. Turşuma vaxtı əmələ gələn qazın yaxşı çıxması üçün zeytun olan qabın qapağında deşik açılır və ora rezin borucuq keçirilir, ya da qapaqda bir neçə deşik açılır.
Qovrulmuş arpa çayı
Qovrulmuş arpa çayı (yap. mugicha; (麦茶 むぎちゃ)), (çin. dàmàichá; (大麦茶) ya màichá (麦茶 ya 麥茶)), (kor. boricha (보리차)), Muqiça, Damaiça, Maiça ya Boriça, kafeinsiz və qovrulmuş-taxıl əsaslı bitki mənşəli çaydır ki, arpadan hazırlanır və Yaponiya, Çin və Koreyada populyardır.
"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə
"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə — 1857-ci il sentyabrın 14-də Xəzər dənizində tədqiqat aparan "Quba" gəmisinin Şüvəlan burnu yaxınlığında batması nəticəsində dünyasını dəyişmiş dənizçilərə qoyulmuş abidə. Hadisə nəticəsində ekipajın 22 üzvü dünyasını dəyişib, 57 nəfər isə xilas edilib. Bu faciədən sonra gəmilərin təhlükəsizliyi üçün Abşeronda mayakların inşasına başlayıblar. 1889-cu ildə Şüvəlanda qoyulmuş abidənin müəllifi İohan Edeldir. == Tarixi == Çar Rusiyası Azərbaycan xanlıqlarının işğalını başa çatdırdıqdan sonra 1850-ci illərin sonlarından etibarən Xəzər dənizini xüsusi Xəzər astronomik və hidroqrafik eskpedisiya tərəfindən tədqiq etməyə başlayır. Ekspedisiyanın əsas vəzifələri Xəzər dənizinin tam araşdırılması, onun dənizçilikdə istifadəsi üçün dəqiq xəritəsinin çıxarılması idi. Ekspedisiyaya mütəxəssis hidroqraf olan 2-ci dərəcəli kapitan Nikolay İvanşintsov rəhbərlik edirdi. 1856-cı ildə ekspedisiya fəaliyyətə başlayır. Lakin elə həmin ildə ekspedisiyanın astronomu vəbadan dünyasını dəyişir. 1857-ci il sentyabrın 11-də Rusiya imperiyası tərəfindən təchiz edilmiş Xəzər astrohidroqrafik ekspedisiyası Xəzərin daha dəqiq xəritəsinin tərtib edilməsi üçün dəyərli məlumatlarla birgə Həştərxandan Bakıya göndərilib.
Gömülmüş sistemlər
Gömülmüş sistemlər (ing. Embedded System) — mikroprosessorlu sistemlər olub, xüsusi funksiya yerinə yetirən, mexaniki, elektrik və elektro-mexaniki sistemlərin içərisinə gömülmüş kompüter sistemləri. Personal kompüterlərdən fərqli olaraq gömülmüş sistemlər xüsusi əməliyyatların öhdəsindən gəlmək üçün dizayn edilir.
Pozulmuş torpaqlar
Pozulmuş torpaqlar — insanın təsərrüfat fəaliyyəti nəticəsində texnogen relyef formasının yaranması ilə torpaq səthinin, bitki örtüyünün və hidroloji rejimin pozulması ilə ətraf mühitə təsir edən, eləcə də öz təsərrüfat keyfiyyətini və qiymətini itirən torpaq sahələridir. Münbitliyi pozulmuş və çirklənmiş torpaqların qüvvədə olan təlimatlarının tələbinə müvafiq olaraq yayılma areallarını və keyfiyyətini təyin etməklə xəritələşdirilmək və qeydiyyatının aparılması prosesidir.
Qoxumuş ardıc
Ağıriyli ardıc (lat. Juniperus foetidissima) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir növdür. 5-6 (16) m-ə qədər hündürlüyə malik ağac və ya 1,5- hündürlüyündə koldur. Yarpaqları tünd-yaşıl budaqcıqlarda lansetşəkilli, budaqlarda rombaoxşardır. Qozameyvələri dik dayanmışdır və ya azca sallaqdır, kürəvari və ya yumurtaşəkillidir. Toxumları 1-2 və bəzən 3 ədəd olub, oval və ya yumurtavari, açıq-qəhvəyi rəngdədir. Aprel-may aylarında tozlanır. Toxumla çoxalır. Qozameyvələri ikinci il oktyabr-dekabr aylarında tamam yetişir.
İki dəfə doğulmuş
İki dəfə doğulmuş (it. Venuto al mondo) - yazıçı Marqaret Mazzantininin 2008-ci ildə nəşr olunmuş, 2009-cu ildə isə Kampello mükafatına layiq görülmüş romanıdır. Cemmanın şair olan boşnak dostu Qoyko onu Sarayevoya dəvət edir. Bu zaman Cemmanın Sarayevo ilə bağlı xatirələri yadına düşür, şəhərin XIV Qış Olimpiya Oyunlarını qəbul etməsi, 1984-cü ildə bu şəhərə olan səfəri, Qoyko ilə tanış olması, kasıb fotoqraf Diyeqo ilə tanış olması, onların İtaliyaya qayıtmaları və evlənmələri; bundan sonra başlayan ağrıverici hadisələr, Yuqoslaviyada müharibənin başlaması, anasının ölümü və mühasirə dövründə Sarayevoya qayıtmasını xatırlayır. Cemmanın həyat hekayəsi, parlaq xatirə kimi yaddaşında saxladığı bir çox ikinci dərəcəli personajların həyatı ilə əlaqələnir: Qoykonun anası və bacısı Mirna və Elena, Cemma və Diyeqonun övladı olması üçün öz orqanlarını kirayə verməyə razılaşan musiqiçi Aska və Cemmanın atası. Romanda müharibənin dəhşətləri, Sarayevonun dağılması, şəhər sakinlərinin yaşadığı hisslər və sair ətraflı təsvir olunur. 2012-ci ildə roman əsasında rejissor Sercio Kastellitto tərəfindən eyni adlı film çəkilmişdir. Filmdə Cemma və Diyeqo rollarını müvafiq olaraq Penelopa Kruz və Emil Hirş canlandırmışlar. Margaret Mazzantini, Venuto al mondo, collana Scrittori italiani e stranieri, Mondadori, 531 səh., ISBN 978-88-04-57370-8.
Romada azad doğulmuş ərli qadın
Matrona (az. Romada azad doğulmuş ərli qadın)— Qədim Romada azad doğulmuş — nə özü, nə də valideynləri qul olmayan, yaxşı reputasiyalı və kəramətli ərli qadın. Bu ad lat. mater sözündən yaranmışdır. Matrona ailədə lat. matris familias statusuna malik olub ailə başçısı — lat. pater familias statuslu ərinin iradəsi altında olur, vəzifəsi uşaqların təlim tərbiyəsi ilə və evdarlıqla məşğul olmaq idi. Matrona siyasi və dövlət işləri ilə məşğul ola bilməzdi.
Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüş tibb alimləri
şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor, 1950
Asiyalıların Uqandadan qovulması
Asiyaların uqandadan qovulması (ing. Expulsion of Asians from Uganda) — Uqanda prezidenti İdi Amin tərəfindən 1972-ci ilin avqust ayında ölkədə yaşayan Asiya kökənli şəxslərin Uqandadan deportasiya edilməsi barədə qərar qəbul etməsindən sonra baş vermiş proses. 1971-1979-cu ildə Uqandanı vahid güc formasında idarə etmiş və Qərb tərəfindən diktator olaraq qəbul olunan İdi Amin ölkə dəyərlərini və iqtisadiyyatını xilas etmək naminə Uqandadan yaşayan bütün asiya kökənli şəxslərə ölkədən çıxmaq üçün 90 gün vaxt vermişdir. Deportasiya kompaniyası əsasən Hindistandan gəlmiş və ölkədə ticarətlə məşğul olan qucaratlılara şamil olunmuşdur. Ümumiyyətlə, sözügedən qərardan sonra 80 minə yaxın şəxsin ölkədən məcburi çıxmaq məcburiyyətində qaldığı təxmin edilir. Uqandada qalmasına icazə verilən əcnəbilərin bir çoxu mövcud qərardan sonra ölkəni könüllü tərk etməyə üstünlük vermişdir. İdi Amin korrupsiya hallarına qarşı mübarizə və xalqın təhlükəsizliyinin qoruması üçün asiyalıların deportasiya olunmasını zəruri hesab etmiş və bu addımı atması ilə Uqandanı əsil sahiblərinə qaytardığını fikirini müdafiə etmişdir. Deportasiyalar nəticəsində ölkədən çıxmaq məcburiyyətində qalan şəxslərin 27.200 nəfəri keçmiş Böyük Britaniya müstəmləklərinə getmək məcburiyyətində qaldılar. 6.000 nəfər Kanada, 4.500 nəfər Hindistan və 2.500 nəfər mühacir Keniyaya sığınmışdır. Ümumilikdə asiyalılara məxsus olan 5.655 şirkət, təsərrüfat sahəsi, ticarət və iaşə obyektləri onlardan müsadirə olunaraq etnik baxımından yerli olaraq qəbul edilmiş vətəndaşlara paylanmışdır.
Buddist rahiblərin Nepaldan qovulması
Buddist rahiblərin Nepaldan qovulması — 1926-cı və 1944-cü illərdə Rana sülaləsi tərəfindən buddist rahiblərin Nepaldan sürgün edilməsi. Bu, Rana hökumətinin XX əsrin əvvəllərində Nepalda theravada buddizminin dirçəlişini yatırtmaq üçün apardığı kampaniyanın bir hissəsi idi. Onlara qarşı irəli sürülən ittihamlar arasında yeni dini təbliğ etmək, hinduların dinini dəyişdirmək, qadınları mürtədliyə təşviq etmək və bununla da ailə həyatına xələl gətirmək, nevar dilində kitablar yazmaq var idi. 1946-cı ildə Şri-Lankanın xoşməramlı missiyası Katmandunu ziyarət etmiş və buddist rahiblər adından şəfaət etmişdir. Nümayəndə heyəti vurğulamışdı ki, Nepal Buddanın doğulduğu yerdir və onun davamçıları onun doğulduğu ölkədə öz inanclarını həyata keçirməkdə azad olmalıdırlar. Daha sonra buddist rahiblərə qoyulan qadağa aradan qaldırılmışdır. Rahiblər Nepala geri qayıtmış və dini təbliğ etməyə davam etmişdilər.