Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qurmalı silah
Qurmalı silahı (Bolt action), qundağa bağlanma yerinin qarşısında, patron yatağının arxasında və tətiyin üstündə və tüfəngdən istifadə edən şəxsin əli tərəfdə (ümumiyyətlə sağda) yerləşən bir qurma qolu ilə atəş açmaq üçün hazırlanan odlu silah növüdür. İkinci dünya müharibəsi dövrünə qədər (İkinci Dünya Müharibəsində müharibəyə qatılmış bütün ordular ABŞ-dən başqa əsasən Bolt Action silahlarına sahib idi və bu silahlardan başqa əsgərlərini pulemyot və tapança ilə silahlandırırdılar) ikidən artıq patron götürə bilən piyada tüfənglərində seçilən və düzəldilməsi mümkün olsa da, müasir dövrdə artıq ordularda az atış tutumuna ehtiyac duyan (məsələn, snayperlər) və ov ilə ovçunun mümkün qədər bərabər olmasını təmin edən ovçular tərəfindən sevilir. Yarım avtomatik yivli silahları dəqiq atış qabiliyyətinə malik olan şəkildə dizayn etmək də asan məsələ olmadığından, Bolt actionlar daha ucuz və daha yüksək vuruş dərəcələri olan modellər şəklində istehsal olunurlar. Bundan əlavə, bu sistemin çox xarizmatik və gözəl olduğunu düşünən mülki atıcılar (xüsusən ovçular) yarı avtomatik silahla yırtıcının ard-arda vurulmasının həm etikaya uyğun olmadığını, həm də əyləncəli olmadığını nəzərə alaraq bu sistemi seçirlər. Hal-hazırda Türkiyədə yarı avtomatik yivli ov tüfənglərinə daşıma sənədi verilmir, məhz buna görə yivli silahlar ilə ova çıxmaq istəyən şəxslər yalnız Bolt action modelləri ilə qanuni olaraq ova çıxa bilirlər.
Qumbaşı
Qumbaşı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Qumbaşı Lənkəran rayonunun Xəzər şəhər inzibati ərazi vahidində kənddir. Xəzər dənizi sahilində, Lənkəran ovalığında yerləşir. Kəndin ərazisindən Qumbaşı çayı Xəzər dənizinə tökülür. Ələt-Astara dəmir yolu xətti kəndin içərisəndən keçir. Kəndin ərazisində 1 məktəb, 1 məscid, 1 tibb məntəqəsi və birneçə kiçik dükkanlar fəaliyyət göstərir. Əhalisi 1288 nəfərdir. Bəzi mülahizələrə görə, Qumbaşı ensiz boğaz vasitəsilə dənizlə birləşən axmazın-murdabın adındandır. Digər tədqiqatlara görə, Qumbaşı kəndinin yerləşdiyi ərazi dənizə yaxın hündür qumluqdan ibarət olduğu üçün belə adlanıb.
Qumqapı
Qumqapı (türk. Kumkapı) — İstanbulun Fateh ilçəsində yerləşən səmt. Mərmərə dənizinin şimal sahilini əhatə edir. Şərqində Kadırqa, şimalında Gedikpaşa, cənubunda Yeniqapı Qumqapı şəhərin ermənilərin sıx məskunlaşdığı bölgəsidir. Burada erməni məktəbləri və kilsələri yerləşir. İstanbul Erməni Patriarxlığı Qumqapıdadır. Məhəllə balıq restoranları və meyxanaları ilə məşhurdur. Buna görə bir çox turistin diqqətini cəlb edir. Bizans dövründə səmt yunan dilində Kontoskalion adı ilə çağırılırdı. Əvvəllər Sirkəci-Halqalı metro xəttinin bir stansiyası Qumqapıda yerləşirdi.
Qursalı
Qursalı — Ermənistan Pəmbək mahalının Hamamlı rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Pəmbək çayının yaxınlığında, Kəmərli dağının ətəyində yerləşir. Hamamlı rayonu yaradılana kimi (1937-ci ilə kimi) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin adının Qursalı formasında işlənməsi toponim kəngər türk tayfasından olan xurs etnonimi ilə Alı şəxs adı əsasında əmələ gəlmişdir. "Xurs (qurs) tayfasından olan Alıya məxsus kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 73 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 545 nəfər, 1897-ci ildə 713 nəfər, 1904 - cü ildə 824 nəfər, 1914 - cü ildə 999 nəfər, 1916-cı ildə 877 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri — azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişdir.
Qubalı
Qubalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Qubalı Hacıqabul r-nunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonim Quba etnotoponimindən va -lı mənsubluq, aidlik bildirən şək.-dən ibarətdir. Yasayış məntəqəsini Qubadan köçüb gələn ailələr salmışlar. Keçmişdə Qubalıkənd, Ağabəyli, həm da Qubalı Bəşirbəy (yaxud Bəşirbayli) də adlanmışdır. Ağabəy vo Bəşirbəy Quba əyalətindən köçürülmüş 15 ailənin sahibləri idi. Onlar 1862-ci ildə Qaragöz adll yerdə oturaqlaşmışdılar. 1919-cu il tarixində ermənilər tərəfindən 217 evlik Qubalı kəndində 250 kişi, 150 qadın, 135 uşaq öldürülmüşdür. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 475 nəfər əhali yaşayır.
Qulalı
Qulalı (Şəmşəddin)
Afiq Qulamlı
Afiq Fərhad oğlu Qulamlı (24 dekabr 1996, Xırdalan – 19 oktyabr 2020, Gecəgözlü, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Afiq Qulamlı 24 dekabr 1996-cı ildə Xırdalan şəhərində anadan olmuşdur. Orta təhsilini 2003–2014-cü illərdə Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vuran Afiq müxtəlif işlərdə çalışmış, mülki fəaliyyət göstərmişdir. Orta məktəbi bitirdikdən sonra 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Afiq Qulamlı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Afiq Qulamlı səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Afiq Qulamlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 19 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Aleşkov qumları
Aleşkov qumları, Aşağıdnepr qumları (ukr. Олешківські піски) — qumlu massiv olaraq Ukraynanın Xerson şəhərindən 30 km qərbdə yerləşir. Səhranın ərazisi 30–40 km şimaldan cənuba, 150 km isə qərbdən şərqə uzanır. Hazırda qumluqlarda xüsusi olaraq iynə yarpaqlı meşə salınır. Hazırda 15 km diametrində meşəsiz ərazi qalmışdır. Bura günümüzdə hərbi paliqon kimi istifadə edilir. Qumluğun Kazaçelaqer və Vinoqradov massivlərində 2010-cu ildə milli park yaradılmışdır. Aleşkov qumları Avropanın ən böyük səhrası və ya qumluğu olaraq adlandırırlar. Bununla belə Arçedinski-Qumları sahəsinə görə faktiki ən böyük massivvdir. Əslində isə Narın qumlar səhrası Avropanın əsl ən böyük səhrası və qumluğudur.
Qaymalı dağlar
Qaymalı dağlar (rus. горы глыбовые столовые, ing. block table mountains) — differensial hərəkət təsirinə məruz qalaraq qırılma və pozulmalarla parçalanmış və mürəkkəbləşmiş, yer qabığının ayrı-ayrı qaymalarının əmələ gətirdiyi dağlar. Struktur xüsusiyyətlərinə görə stolvari, qaymalı və qırışıq-qaymalı dağlara ayrılır.
Qulamlı (Şəbüstər)
Qulamlı (fars. غلاملو‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 388 nəfər yaşayır (103 ailə).
Qumdaşı universitetləri
"Qumdaşı universitetləri" (ing. Sandstone Universities) — Avstraliyada ölkənin qədim və nüfuzlu universitetlərini birləşdirən qeyri-formal qrup. Öz dövrlərində həmin universitetlərin binaları qumdaşından tikilib. Onların əksəriyyəti Birinci dünya müharibəsinə qədər, müstəmləkə dövründə tikilib. Onlar qumdaşından inşa edildiyinə görə belə adlanırlar. Bu universitetlərin əsas xüsusiyyəti əsas diqqəti tədqiqat işlərinə və nəzəriyyəyə vermələridir. Statistikaya görə bu universitetlərdə oxuyan tələbələrtin əksəriyyəti imkanlı ailələrin övladlarıdır və sonradan yüksək maaşlı və nüfuzlu vəzifələr tuturlar.
Qumqala (Soyuqbulaq)
Qumqala (fars. يقمقلعه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,572 nəfər yaşayır (552 ailə).
Sağ qalmalı
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Xurmalı (Heris)
Xurmalı (fars. خرمالو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 714 nəfər yaşayır (148 ailə).
Zamanın qumları
Zamanın qumları (ing. The Sands of Time) — Sidni Şeldonun 1988-ci ildə yazdığı romandır. Sidney Sheldon, The Sands of Time, published by Grand Central Publishing (1988) ISBN 978-0-446-35683-1.
Çernışev qumları
Çernışev qumları ― xüsusi olaraq qorunan ərazi. Elə də böyük olmayan meşəlik ərazidə yerləşir. İnzibati cəhətdən Rostov vilayətinin Oblivski rayonunun şimalında qərarlaşır. Bölgə Çir və Berezyanski çaylarının axarbaxarındadır. 1977-ci ildə təşkil edilmişdir. Çernışev qumları yerli əhəmiyyətli botanik təbiət abidəsidır. Təbiət abidə yasaqlıqdır. Yasaqlıq insanların yerli istirahət məskəni rolunu oynayır. Təbiət qoruyucu, su qoruyucu və rekreasiya əhəmiyyəti daşıyır. Kifayət qədər ideal vəziyyətdə olsa da istənilən yanğın vəziyyəti pisləşdirə bilər.
Ülvi Qulamlı
Ülvi Şahin oğlu Qulamlı (24 may 1994; Mingəçevir, Azərbaycan — 20 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Ülvi Qulamlı 1994-cü il mayın 24-də Mingəçevir şəhərində anadan olub. 2011-2012-ci illərdə Mingəçevir şəhərində 13 nömrəli tam orta məktəbdə təhsil alıb. Ülvi Qulamlı 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ülvi Qulamlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Qulamlı oktyabrın 20-də Ağdərə istiqamətində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Qulamlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Qulamlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Qaraçı qamması
Qaraçı qamması — qaraçı musiqisini dəstəklədiyi və onunla əlaqəli olduğu üçün adlandırılan bir neçə musiqi qammasına aid edilən termin. Onlar: İkiqat harmonik qamma (major) – macar minorunun beşinci rejimi. Bizans qamması kimi də tanınır. Macar minor qamması – dördüncü və yeddinci dərəcələri qaldırılmış kiçik qamma. İkiqat harmonik minor qamması kimi də tanınır. Frigiya dominant şkalası. Bu, Freyq qamması, yəhudi qamması, İspaniya qaraçı və ya İspan Frigiya qamması kimi də tanınır.
Qumqapı nümayişləri
Qumkapı nümayişləri 27 iyul 1890-cı il tarixində Osmanlı İmperiyasının paytaxtı İstanbul şəhərinin Qumqapı rayonunda baş verən siyasi aksiya olmuşdur. Nümayişlərə görə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında başlayan qarşıdurmada çox sayda nümayişçi və zabit həyatını itirmiş, bir çoxu da yaralanmışdır. XIX əsrin son rübündə inqilabçı erməni qrupları ermənilərə yeni haqq və azadlıqların verilməsi üçün təzyiqlər göstərir, Avropanın erməni məsələsinə daha artıq diqqət ayırması üçün fəaliyyətlər həyata keçirirdilər. Xüsusilə də Sosial Demokrat Hnçak Partiyası kütləvi nümayişlər təşkil etmək taktikası ilə bu prosesi sürətləndirməyi qarşısına əsas məqsəd olaraq qoymuşdu. 1890-cı ilin iyun ayında Ərzurumda baş vermiş olan erməni üsyanının arxasında da Hnçak partizanlarının durduğu güman edilirdi. 27 iyul 1890-cı ildə Harutün Cangülyan, Mihran Damadyan və Hamparsum Murat Boyacıyan Əfəndi nümayiş zamanı İstanbul Erməni Patriarxlığını və Osmanlı hakimiyyəti altında olan Erməni Milli Məclisini erməni probleminə etinasızlıqlarına görə tənqid edən manifest oxumuşdurlar. Nümayişin təşkilatçıları sırasında 1915-ci ildə Harutun Canqulyan və Hamparsum Boyacıyan kimi öldürüləcək Aram Açıqbaşyan da var idi. Patriarx Yıldız sarayına təşkil ediləcək olan yürüşə qatılmağa məcbur edilmişdir. Nümayişin və saraya yürüş edilməsinin əsas məqsədi sultanı ermənilərin sıx məskunlaşdığı vilayətlərdə lazımi islahatları aparmağa və Berlin müqaviləsinin ermənilərin kürd və çərkəz qruplarının mümkün hücumlarına qarşı müdafiə olunmasına qarantiya verən 61-ci maddəsini dərhal həyata keçirməyə çağırmaq idi. İştirakçılar Qumqapıdakı Patriarxlığın qarşısına yığışmağa başladığı zaman zabitlər izdihamı mühasirəyə alırlar.
Qulalı (Qəzvin)
Qulalı (Qəzvin) (fars. قلالو‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 203 nəfər yaşayır (70 ailə).
Qulalı (Şəmşəddin)
Qulalı və ya Aygedzor — Şəmşəddin rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Tovuz rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Qumral Sadıqzadə
Qumral Sadıqzadə (tam adı: Sadıqzadə Qumral Seyid Hüseyn qızı) (1929-2010) — Seyid Hüseyn Sadiqin qızı. 1929-cu il dekabrın 7-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadanolub. 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1960-cı ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış edib. Yazıçını ədəbi mühitə tanıtdıran ilk əsəri dövrünün görkəmli publisisti, tənqıdçisi, nasiri olan atası Seyid Hüseyndən, Azərbaycanın ilk ziyalı xanımlarından olan anası şairə Ümmügülsümdən, ümumiyyətlə nəslinin tarixindən bəhs olunan iki hissədən ibarət "Son mənzili Xəzər oldu” adlı tarixi-sənədli romandır. Müəllifin 2002-ci ildə çap etdirdiyi "Mənim nakam qardaşım” romanı bu nəslin tarixinin davamıdır. Əsər Seyid Hüseyn – Ümmügülsüm ailəsinin 37-ci il repressiyasından sonrakı dövrünü əhatə edir. 2000-2009-cu illər Qumral Sadıqzadənin həyatında bədii yaradıcılıq baxımından ən məhsuldar dövrdür. Bu illər ərzində dövri mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri ("Analar tək qalmasın”,"Uzunçu”, "Deyingən”,"Təranə” və s.) çap olunub. Yazıçının qələmi bu gün də öz itiliyini saxlayır və fəaliyyətini davam etdirir.
Qumral palıd
Qafqazda və Rusiyada (Krım) təbii arealı vardır. Şərqi Böyük Qafqazda – Quba, Qusar, Dəvəçi, İsmayıllı, Qəbələ, Goranboy, Xankəndi, Lənkəran, Lerik rayonlarının meşələrində dəniz səviyyəsindən 500–1000 m yüksəklikdə yayılmışdır. Azərbaycanın nadir bitkisidir.DD. Orta dağ qurşağında meşələrdə rast gəlinir. Təbii arealı çox geniş deyildir. Təbiətdə hündürlüyü 30 m, diametri 60 sm-ə çatan uzunömürlü ağacdır. Qumral palıdı gürcü palıdından fərqləndirən əsas əlamətlərdən başlıcası onun yarpaqlarının alt tərəfində damarların ol-masıdır. Gürcü palıdının yarpaqları isə çılpaq olur. Qumral palıdın yar-paqlarında yan damarlar 5-7 ədəd, gürcü palıdında isə yan damarları bir qədər artıq olur. Qumral palıdın yarpaqları nazik, uzunsov və ensiz, tərs ovalvarı olduğu halda, gürcü palıdının yarpaqları isə tərs oval və ya uzunsov oval, üstdən parıldayan tünd-yaşıl rəngli olmaqla möhkəm dərivarıdır. Bitkinin zoğları boz sıx keçə tüklüdür və sonralar tədricən çıl¬paq-laşır.
Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir. Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.
Çöl Qubalı
Çöl Qubalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Çöl Qubalı oyk. Kürdəmir r-nunun Ərəbqubalı i.ə.v.-də kənd. Şirvan düzündədir. Toponimin birinci komponenti keçmişdə burada mövcud olmuş İçəri Qubalı kənd adının birinci komponentinin qarşılığıdır və "kənar" mənasındadır. Toponimin ikinci komponenti isə, mütəxəssislərin fikrincə, ərəbkufəli etnoniminin təhrif olunmuş formasıdır. Ərəb işğalları dövründə (VII əsr) İraqın Kufə mahalından köçürülmüş tayfalardan biri olan ərəb-kufəlilər bu ərazidə məskunlaşmışdılar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1027 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gumball
Qambolun heyrətamiz dünyası (ing. The Amazing World of Gumball) — Ben Bokle(en) tərəfindən yaradılmış cizgi serialı. Serialda Kaliforniyanın uydurma şəhəri Elmorda yaşayan 12 yaşlı insanabənzər mavi pişik Qambol Uotterson və ögey qardaşı qızıl balıq Darvin Uottersonun sərgüzəştlərindən bəhs olunur. Serial 3 may 2011-ci ildən etibarən Cartoon Network telekanalında yayımlanır. Serialın yaradıcısı Ben Bokle yeni televiziya şousu hazırlamaq istəyirdi. Beləliklə o, ailə və məktəbdə keçən əyləncəli cizgi serialı ideyasını Cartoon Network telekanalına təqdim etdi. Onlar bu ideyanı çox bəyəndilər və layihə üzərində işləməyə başladılar. Cizgi serial "Cartoon Network Studios Europe(en)", "Boulder Media(en)" və "Studio Soi" animasiya studiyalarının iştirakı ilə hazırlandı. Cizgi serial müxtəlif animasiya üslublarından istifadə edilərək hazırlanmışdır. Səhnələrin əksəriyyəti kuklalar, kompüter animasiyası, stop-motion, real kadrlar və s.
Aşıq Summani
Aşıq Summani (d. 1861 - ö. 1915) — Türk aşıq. Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.
HammAli & Navai
HammAli & Navai — Azərbaycanlı repçilər HammAli (Aleksandr (Sadiq) Əliyev) və Navai-dən (Nəvai Bəkirov) ibarət olan Rusiya rep dueti. Qrup 2016-cı ildə yaradılıb. İlk birgə mahnı "День в календаре" idi. Duet 3 albom buraxdı: 2018-ci ildə “JANAVI” və “JANAVI: Autotomy” və 2021-ci ildə “Когда хорошему человеку плохо”. Qrup, Bahh Tee və JONY də daxil olmaqla, digər sənətçilərlə birgə treklər buraxır. Nəvai 2021-ci ilin aprel ayında qrup mövcudluğuna son qoyub. Duetin dağılması ilə bağlı birgə bəyanata baxmayaraq, həmin ilin yayında qrup yeni mahnılar buraxmağa davam etdi.
Gülməli səhifələr
Gülməli səhifələr (ing. Funny Pages) — Oven Klaynın rejissorluğu ilə 2022-ci ildə çəkilmiş komediya filmi. Filmin prodüserliyini Safdi qardaşları etmişdir. Film mentoru öldükdən sonra evi tərk edən 17 yaşlı Robert adlı karikaturaçıdan bəhs edir. Robert Nyu-Cersi ştatının Trenton şəhərindəki zirzəmiyə köçür və burada əvvəllər karikaturaçı olmuş Volles adlı bir adamla tanış olur. Vollesin ağıl sağlamlığında bir az problem var. Daniel Zolghadri — Robert Bleichner Matthew Maher — Wallace Miles Emanuel — Miles Maria Dizzia — Jennifer Josh Pais — Lewis Marcia Debonis — Cheryl Quartermaine Stephen Adly Guirgis — Katano Michael Townsend Wright — Barry Cleveland Thomas Jr. — Steven Rob M. Anderson — Joe (comic shop clerk) Ron Rifkin —grandfather Tony Hassini — Richard Andy Milonakis — George Shane Fleming — Gabe Charlie Judkins — comics expert Peter Lucibello — Santa Louise Lasser — Linda (pharmacy lady) Buddy Duress — Ryan A24 filmləri Gülməli səhifələr — Internet Movie Database saytında.
Müəmmalı yubiley
Film bir istirahət mərkəzində baş verən məzəli əhvalatlardan bəhs edir.
Gülalı Qəhrəmanov
Gülalı Aydın oğlu Qəhrəmanov (17 fevral 1986; Ağcabədi rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Gülalı Qəhrəmanov 1986-cı il fevralın 17-də Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Gülalı Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gülalı Qəhrəmanov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülalı Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülalı Qəhrəmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Gülalı Qəhrəmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Gülalı Qəhrəmanov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.