Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ləki
Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur. == Ümumi məlumat == Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir. Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı. Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir.
Rəfi
Rəfi — Kişi adı. Rəfi ibn Leys — 806–810-cu illərdə Orta Asiyada Abbasilərə qarşı olan üsyanın başçısı. Sərdar Rəfi Yanehsari — Astrabadın, Qorqanın valisi. Digər Rəfi (İran) — İranın Huveyzə şəhristanının Neysan bəxşində şəhər və bu bəxşin mərkəzi.
Rəzi
Rəzi — İranın Ərdəbil ostanının Rəzi şəhristanının mərkəzi. Şəhərin əhalisi Azərbaycan türklərindən ibarətdirlər və Azərbaycan türkcəsinə danışırlar.
Çəki
Çəki — cismin dayağa və ya asqıya göstərdiyi təsir qüvvəsi. Ədədi qiymətcə cismin ağırlıq qüvvəsinə bərabərdir: P=mg (m — cismin kütləsi, g — sərbəstdüşmə təcilidir). Cismin çəkisi qütblərdə ən böyük, ekvatorda isə ən kiçikdir, qütblərdən ekvatora getdikcə və Yer səthindən uzaqlaşdıqca cismin çəkisi azalır. Cəki dayağa və ya asqıya təsir edən qüvvə olduğündan onu yaylı tərəzi (dinamometr) vasitəsilə ölçmək olar. Çəki N, kQ və s. qüvvə vahidləri ilə ölçülür. Cisim şaquli yuxarı yönəlmiş a təcili ilə hərəkət edərsə onun çəkisi artar və P=m(g+a) olar. Əlavə yüklənmə – cismin çəkisinin onun ağırlıq qüvvəsinə olan nisbətinə deyilir, n=P\mg=m(g+a)\mg=1+a\g. Məsələn, kosmik uçuşa start götürdükdə kosmanavtlar əlavə yüklənməyə məruz qalırlar. Cisim aşağı yönəlmiş a təcili ilə hərəkət etdikdə isə çəki P=m(g-a) düsturu ilə hesablanar və azalar.
Şəki
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Reki Kavahara
Reki Kavahara (川原 礫, Kawahara Reki, d. 17 avqust 1974) — Yaponiya yazıçısı. "Sword Art Online" və "Accel World" ranobe və manqa seriyalarının müəllifi kimi tanınır. Hər iki ranobe əsasında anime serialları çəkilmişdir. Kavaharanın digər əsərləri arasında "The Isolator" və "Sword Art Online: Progressive" spin-off seriyası da var. Ən tanınmış əsəri "Sword Art Online" ranobesidir. "Sword Art Online" seriyasını ilk dəfə 2002-ci ildə Fumio Kunori (九里 史生, Kunori Fumio) təxəllüsü ilə veb-roman şəklində yayımlamışdır. Kavahara 2008-ci ildə "Accel World" ranobesi ilə 15-ci Dengeki Roman Mükafatı müsabiqəsinə qatılmış və romanı baş mükafatı qazanmışdır. "Accel World" ilk dəfə 10 fevral 2009-cu ildə ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti altında çap olunmuşdur. 10 oktyabr 2015-ci ilə kimi 19 cildi işıq üzü görmüşdür.
Göybulaq (Şəki)
Göybulaq — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Göybulaq Şəki rayonunun Cəfərabad inzibati ərazi vahidində kənd. Sərcəli dağının ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağdan gəlmiş ailələrin Göybulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kənd adını ərazidəki eyniadlı bulaqdan almışdır. Göybulaq adlı bulaqlar Tovuz və Balakən rayonlarında da qeydə alınmışdır. == Əhalisi == Kəndin əhalisi 730 nəfər təşkil edir ki, onun da 349 nəfəri kişi, 381 nəfəri isə qadındır.
Həki (Urmiya)
Həki (fars. ‎‎‎‎حكي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 622 nəfər yaşayır (104 ailə).
Kiş (Şəki)
Kiş — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kiş çayının sahilində, dağətəyi ərazidədir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi çəkilir. Onun yazdığına görə, ilk xristian missionerlərindən biri olan Yenisey təqr. 74-cü ildə Uti vilayətinin Kis kəndinə gəlib kilsə tikmışdır. Bu, bütün Cənubi Qafqaz ərazisində ilk xristianlıq məbədi idi. Kilsə əvvəllər burada mövcud olmuş qədim sitayiş yerində tikilmişdır. Kiş fars dilində "kult, sitayiş yeri" mənasındadır.
Kosalı (Şəki)
Kosalı — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Kosalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Köhnə Şəki
Şəki şəhəri — Orta əsrlərdə mövcud olmuşdur. Şəkinin adı çəkilən ilk tarixi hadisə isə, 6-cı əsrə aiddir; IX əsr ərəb tarixçisi Əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki, İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) "Arran torpağında Şəkkən (Şəki), Kəmibəran qapılarını və dudaniyyə qapılarını saldırıb. Ziya Bünyadov isə bu hissəni Şəki şəhərini saldırıb kimi tərcümə etmişdir. 1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür.
Küdürlü (Şəki)
Küdürlü — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim Azərbaycan dilinin dialektlərində işlənən kudur/kudru/kudri (quru iqlimli yer, su çıxmayan ərazi) sözündən və -lu şəkilçisindən düzəlib, ərazinin coğrafi movqeyini təyin edir. == Əhalisi == Kəndin əhalisi 472 nəfər təşkil edir ki, onun da 235 nəfəri kişi, 237 nəfəri isə qadındır.
Ləki, Ağdaş
Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur. == Ümumi məlumat == Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir. Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı. Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir.
Ləki (dəqiqləşdirmə)
Ləki — Azərbaycanın Ağdaş rayonunda qəsəbə. Aşağı Ləki — Azərbaycanın Ağdaş rayonunda kənd. Orta Ləki — Azərbaycanın Ağdaş rayonunda kənd. Yuxarı Ləki — Azərbaycanın Ağdaş rayonunda kənd.
Ləki bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ləki kəndi
Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbənin adı Lək adlı Oğuz qəbiləsindən gəlir. Tatarıstanda da eyniadlı kənd mövcuddur. == Ümumi məlumat == Ləki qəsəbəsi Bakı-Tbilisi dəmir yolu magistralının və Bakı-Qazax şose yolunun üzərində yerləşir. Həm Ağdaşın, həm də Qəbələ rayonunun müəssisə və təsərrüfatlarının ünvanlarına gələn poçt, tikinti materialları və müxtəlif əşya və avadanlıqlar Ləki dəmiryol stansiyasında qəbul edilib sahiblərinə çatdırıldığından, Ləki həm də, bu iki rayonun giriş qapısı hesab edilir. Qəsəbədə 1883-cü ildə əsası qoyulan dəmiryol stansiyası, Ləki pambıqtəmizləmə zavodu, qabların sinkləşdirilməsi zavodu, gübrə zavodu, habelə neft məhsulları bazası, taxıl qəbulu məntəqəsi, orta məktəb, yeddi illik uşaq musiqi məktəbi, iki uşaq bağçası, poliklinika, və sair ictimai-iaşə və məişət obyektləri yerləşir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən inzibati cəhətdən Bakı quberniyasının Ərəş qəzasına daxil olan Ləki kəndində əsasən etnik azərbaycanlılardan ibarət hər iki cinsdən toplam 2.601 nəfər əhali yaşayırdı. Hazırda Ləki qəsəbəsinin əhalisinin sayı 3900 nəfərdən çoxdur. Əhalinin 98 %-indən çoxunu azərbaycanlılar, qalanını isə ləzgi, rus və s. millətlər təşkil edir.
Ləki qəsəbəsi

Mehriban Zəki
Mehriban Mürvət qızı Zəki (18 dekabr 1966, Bakı) — azərbaycanlı teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (2018), prezident mükafatçısı. == Həyatı == Mehriban Zəki 18 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb. 2000-ci ildən 2011-ci ilədək "İbrus" teatrında fəaliyyət göstərmişdir. Hal hazırda Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında işləyir. Eyni zamanda Azərbaycan Dövıət Mədəniyyət və İncəsənət Universitetində Sabah qruplarında pedaqoji fəaliyyətini də davam etdirir. 1995-ci ildə Bişkekdə keçirilən Ümumtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən "YUNESKO"-nun tədbiri olan Kitabi Dədə-Qorqudun 1300 illik yubileyində iştirak etmişdir. O, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız ("Ümid"), Lətifə ("Otel otağı"), Elmira ("Ailə"), Gülya ("Məkanın melodiyası"), Teybə ("Küçələrə su səpmişəm"), Maya ("Əlvida, cənub şəhəri"), Nara ("Düyün"), Nərmin ("Yalançılar"). Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə mətn oxuyan və vokalçı kimi çıxış etmişdir.
Orta Ləki
Orta Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Orta Ləki kənd inzibati ərazi dairəsində kənd. Ləki kəndi inzibati cəhətdən Orta Ləki, Yuxarı Ləki, Aşağı Ləki kəndi və Ləki Qəsəbəsi olaraq 4 ərazi vahidinə bölünür. Ləki kəndin ərazisində 4 məktəb, 1 xəstəxana, dəmiryolu stansiyası, bağça, tibb məntəqələri, kitabxana, musiqi məktəbi, yem zavodu, pambıq emalı zavodu, və onlarla böyük və orta iaşə obyektləri mövcuddur.
Qaradağlı (Şəki)
Qaradağlı — Azərbaycan Respublikasının Şəki rayonunun Qudula kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır. XX əsrin 60-cı illərindən başlayaraq Əyriçayın üzərində suanbarı quruldu. Qaradağlı kəndində 10-dan artıq yaşayış evləri, orta məktəb və s obyektlər su anbarının altında qaldı.
Qaratorpaq (Şəki)
Qaratorpaq — Azərbaycan Respublikasının Şəki rayonunun Bolludərə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Turan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Qaratorpaq qəsəbəsi Qaratorpaq kəndi hesab edilmişdir. Kəndin əhalisi 446 nəfər təşkil edir ki, onun da 236 nəfəri kişi, 210 nəfəri isə qadındır.
Qayabaşı (Şəki)
Qayabaşı — Azərbaycan Respublikasının Şəki rayonunun Qayabaşı kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 1428 nəfər təşkil edir ki, onun da 704 nəfəri kişi, 724 nəfəri isə qadındır.
Qırxbulaq (Şəki)
Qırxbulaq (əvvəlki adı: Vayvay) — Azərbaycan Respublikasının Şəki rayonunun Orta Zəyzid kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Orta Zəyzit kənd inzibati-ərazi vahidi tərkibindəki Vayvay kəndi Qırxbulaq kəndi adlandırılmışdır. Kəndin əvvəlki adı Qırbulaq olmuş, bir müddət Vayvay adlandırılmış, sonra tarixi adı bərpa olunmuşdur. Bu kəndin tarixi Şəki şəhərinin tarixi kimi qədimdir. Kənddə eramızdan əvvəlki əsrlərdə ilk yaşayış məskənləri salınmışdır. Erkən orta əsrlərə (4-5 əsrlər) aid olan və hazırda zədələnmiş halda qalan Qədim Alban məbədi və onun ətrafında tapılan qəbir abidələri Qırxbulaq kəndində qədim alban tayfalarının yaşadıqlarını sübut edir. Tikinti və şum zamanı müxtəlif qəbirlərin tapılması, sel daşqınları nəticəsində torpağın yuyulması ilə üst-üstə (3 qəbir) qəbirlərin üzə çıxması kəndin ərazisində qədim insan məskənlərindən xəbər verir. Kəndin üç tərəfdən uca dağlarla əhatəyə alınması qədim insanlar üçün əlverişli yaşayış məskəninə çevrilmişdir. Sel daşqınları nəticəsində yaranan yarğanların birindən tapılmış saxsı küpün içərisindəki çoxsaylı sasani pulları kəndin Sasani dövlətinin ticarət mərkəzlərindən biri olduğunu təsdiqləyir. Tapılmış qəbir abidələri həm İslamdan əvvəlki, həm də islamdan sonrakı dövrlərə aiddir.
Riki Martin
Enrike Martin Morales (isp. Enrique Martín Morales; 24 dekabr 1971, San-Xuan, Puerto Riko, ABŞ), daha çox Riki Martin adı ilə tanınır. Latınamerikan qrupu olan Menudo ilə fəaliyyətə başlamışdır. 1991-ci ildə solo-kariyeraya başlamışdır. Riki 8 studiya albomu buraxmışdır ki, bütün dünya üzrə bu albomların satış sayı 65 milyonu keçmişdir. Həmçinin Riki Martin xeyri məqsədləri üçün "Riki Martin fondu"nu (ispan: Fundacion Ricky Martin) yaratmışdır. Riki Martin 24 dekabr 1971-ci ildə Puerto – Rikonun paytaxtı San Xuan şəhərində psixoloq Enrike Martin Neqoni və buxqalter Nereydi Moralesin ailəsində doğulmuşdur. Valideynləri onun iki yaşı olanda ayrılmışdılar. Rikinin doğma Erik və Daniel Martin adlı iki qardaşı, Vanessa Martin adlı bir bacısı, ögey Fernando və Anhel Fernandez adlı iki qardaşı var. Riki katolik ailəsində böyümüşdü və çox sakit və sözə qulaq asan uşaq idi, amma Menuda qrupuna qoşulana qədər… Riki (o zaman Enrike) musiqi fəaliyyətinə 13 yaşında, 1984-cü ildə məşhur latınamerikan qrupu Menuda ilə başladı.
Riki Puç
RiKard "Riki" Puç Marti (isp. Ricard Puig Martí; 13 avqust 1999, Matadepera, İspaniya) — La Liqa təmsilçilərindən olan Barselona klubunda mərkəz yarımmüdafiəçisi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur.
Reyki
Reiki (yap. 霊気) — XX əsrin əvvəllərində Yaponiyada meydana gələn, enerji yüklənməsi əsasında ruhi şəfa verməyə qadir bir sistemdir. "Rei "hər yerdə var olan" ki "ruhi yaşam enerjisi" anlamına gəlir. Qərb dünyasına "bəşəri yaşam enerjisi" olaraq təcümə edilmişdir. Reiki heç bir dinə bağlı olmayan, asanlıqla tətbiq edilə bilən, zərərsiz bir üsuldur. Qaynağının Tibet hesab olunan Reiki XIX əsrdə bir Yapon Buddisti, Yapon ali silkinin nümayəndəsi, samuray Dr. Mikao Usui tərəfindən yaradılmış, şəfaverici bir sistem şəklində təklif olunmuşdur. Mikao Usuinin ölümündən sonra qoyulan abidədə yazılanlara görə, Reikinin təməlini təşkil edən enerjinin qaynağı - onun Kurama dağında 21 günlük zikrə çəkildiyi zaman gəlmişdir. Mikao Usui 1922-ci ildə bu enerji ilə işləyən şəfa texnikasını tətbiq etmək üçün Tokioda bir klinika açmışdır. Bu klinikada Usui yalnız şəfa verməklə məşğul olmamış, bir çox insanlara Reikini tətbiq etməyi də öyrətmişdir.
Ureki
Ureki (gürc. ურეკი) — Gürcüstanın Quriya diyarının Ozurgeti bələdiyyəsində olan şəhər tipli qəsəbə. Ureki Gürcüstanın cənub-qərbində, Qara dəniz sahilində yerləşir. Maqnit qumlu çimərlikləri ilə məşhurdur. Bir vaxtlar bütün Ureki ərazisi meşə ilə örtülü idi və orada ov etmək mümkün deyildi. Ona görə də bu yer Ureki adlanır. Gürcü dilində "sıx meşə" deməkdir. Şəhər Qara dəniz sahilindən keçən "Samtredia — Batumi" dəmir yol xəttindəki stansiya ərazisindədir. Urekinin dəniz sahilində olan kurort ərazisi Maqnetiti adlanır. Məhs bu zona qara maqnit qumu ilə zəngindir.
Deki deki (mahnı)
Elephas recki
Elephas recki (lat. Elephas recki) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinə aid heyvan növü.
Françesko Redi
Francesco Redi (it. Francesco Redi, 18 fevral 1626, Arezzo, Toskana, İtaliya - 1 Mart 1697, Pisa, Toskana, İtaliya) məşhur İtalyan (Tuscan) həkimi və təbiətşünasdır. Pisa şəhərində fəlsəfə və tibb sahəsində təhsil almışdır. Mediçinin Duke Ferdinando II və Duchyanın baş əczacısı altında Tuscan məhkəməsinin baş müalicəsi vəzifəsində işləmişdir.Aristotelin həyatın spontan nəsli haqqında fikirlərini təkzib edən Redi biologiya tarixində ilk təcrübələrini qoydu. Çürük ətdən özbaşına cücülərin çıxarılmasının qeyri-mümkün olduğunu sübut etdi. Təcrübələrin nəticələri 1668-ci ildə "Böcəklərin kökləri haqqında eksperimentlər" (İtalyan Esperienze Intorno alla Generazione degl'Insetti) əsərində nəşr olunmuşdur. İlan zəhərləri və parazitlər (qurdlar) ilə əlaqədar da tanınmış alimlərdəndir. 1655-ci ildən başlayaraq, o, Akademiya della Kruska və xüsusilə,o, nəşr edən İtalyan dil lüğətinin üçüncü nəşrinin hazırlanmasında iştirak etmişdir. Arkadiya Akademiyasının ilk üzvlərindən biri idi. O, ən vacib olan "Tuscany ildə Bacchus" şeiri (Toscana İtalyan Bacco, 1685) olan bir sıra poetik əsərləri nəşr etdi.
Françisko redi

Hironao Seki
Hironao Seki (関博直, Seki Hironao, 17 noyabr 1852, Toyama – 22 yanvar 1939) – "Hakuhodo" reklam agentliyinin qurucusu. == Həyatı == Hironao Seki 1852-ci ildə Yaponiyanın Toyama prefekturasının ərazisində doğulmuşdur. Seki yerli hökumət işçisi kimi işləmişdir. ABŞ-də reklam agentliyi biznesi ilə məşğul olan bir dostunun tövsiyəsi ilə 1895-ci ildə öz reklam agentliyini qurmuşdur. O, əvvəlcə təhsilə həsr olunmuş qəzetlərdə reklamlar yerləşdirməyə başlamışdır. Daha sonra isə bütün növ nəşrlərdə reklamlar yerləşdirməyə keçmişdir. Sekinin yaratdığı "Hakuhodo" reklam agentliyi Yaponiyanın ikinci ən böyük reklam agentliyinə çevrilmişdir. Seki Meyci dövrünə aid qəzet və jurnal kolleksiyasını Tokio Universitetinə bağışlamışdır. == Ailəsi == Hironaonun oğlu Hiromasa Seki 1931-ci ildə şirkətə qoşulmuş, 1945-ci ildə şirkətin vitse-prezidenti olmuşdur. O, 2002-ci ildə ölmüşdür.
Bakı Dövlət Universitetinin Şəki filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === BDU Şəki filialı === Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən filialın bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradılmışdır. Fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov filial yarandığı gündən onun direktoru və eyni zamanda humanitar elmlər kafedrasının müdiri olmuşdur. === AMİ Şəki filialı === Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Bakı Dövlət Universitetinin Şəki filialının və Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Şəki filialının bazasında yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2000-ci il tarixli 124 S nömrəli sərəncamı ilə filial yenidən təşkil olunmuş, onun strukturu dəyişdirilmiş, fəaliyyət dairəsi genişləndirilmiş, məktəbəqədər müəssisələr və ibtidai siniflər üçün ilkin kadr hazırlığı ilə yanaşı, müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması ilə məşğul olmağa başlamışdır. Filialda 4 kafedra — "Humanitar elmlər", "Ümumi fənlər", "Təbiət elmləri və tədris metodikası" və "Xarici dillər" kafedrası fəaliyyət göstərmişdir. AMİ-nin Şəki filialında bakalavr pilləsində aşağıdakı 6 ixtisas üzrə pedaqoji kadr hazırlanmışdır: "Azərbaycan dili və ədəbiyyat"; "Tarix və coğrafiya"; "Xarici dil" (İngilis dili); "Riyaziyyat və fizika"; "İbtidai təhsilin pedaqogikası və metodikası"; "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası". Filialın ixtisasartırma üzrə dislokasiyasına Şəki, Oğuz və Qəbələ rayonları daxil idi. Filialda 2001-ci ilin yanvar ayında "Pedaqoji kadrların yenidən hazırlanması" kabineti təşkil olunmuş, 2006-cı ilin noyabr ayında bu kabinet "İxtisasartırma" kabineti ilə birləşdirilmişdir. === ADPU Şəki filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı hesab olunmuşdur.