Aşağı Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Ləki kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Aşağı Ləki kəndi Orta Ləki kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Ləki kənd inzibati-ərazi vahidi yaradılmışdır.[2]
Aşağı Ləki | |
---|---|
40°30′35″ şm. e. 47°24′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 14 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0336 |
Oykonim "Aşağıda yerləşən Ləki kəndi" deməkdir. Etnotoponimdir.[3]
Kənd rayon mərkəzindən 17 km cənubda, Ləki dəmiryolu stansiyasından 8 km, Türyançayın sağ sahilindən 4 km aralı, Şirvan düzündə yerləşir.
Ağdaş rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |