Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zəncirə
Zəncirə — en cəhətdən "mədaxil"dən bir və ya bir yanım dəfə böyük olan haşiyə zolaqlarına deyilir. Zəncirə haşiyələr bir qayda olaraq çoxzolaqlı haşiyə qurşaqlarında istifadə edilir. Zəncirə haşiyə zolaqlarının "qarış" adlı bölmələri digər haşiyələrə nisbətən çox mürəkkəbdir. Zəncirə haşiyə zolaqlarına XV əsrdən etibarən mürəkkəb quruluşlu və böyük ölçülü xalılarda rast gəlmək olur.
Rəndə
Rəndə -taxtanın qatlarını siyirərək yonmaq üçün nəzərdə tutulmuş əl aləti. Rəndədən, taxta məmulatlarının üzərinin düzlənmə, ensizləmə, yumrulama və ümumiyətlə lazımı formaya salmaq və onlara lazımı hamarlıq vermək üçün yararlanırlar. Əl və mexaniki rəndələr olur.
Zəncirə (Mərənd)
Zəncirə (fars. زنجيره‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,486 nəfər yaşayır (524 ailə).
Zəncirə (Şot)
Zəncirə (fars. زنجيره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (15 ailə).
Zəncirə (Şövt)
Zəncirə (fars. زنجيره‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (15 ailə).
Rəşidə Behbudova
Rəşidə Rəşid (tam adı: Rəşidə Rəşid qızı Behbudova) — Azərbaycan opera müğənnisi. Müğənni Rəşid Behbudov və Ceyran Behbudovanın qızıdır. Azərbaycan Respublikasının Əməkdar artisti. Space TV'nin sabiq rəhbəri Kamil Şahverdiyevin həyat yoldaşıdır.
Rəşidə Cons
Rəşidə Cons(ing. Rashida Jones; d. 25 fevral 1976, Los-Anceles, Kaliforniya, ABŞ) — ABŞ aktrisası. == Həyatı == Amerikanın 16 şəhərində "On the Run" adlı konsert turnesinə hazırlaşan Cey-Zi və Beyonse birgə filmə çəkiliblər. "Run" — cütlüyün turnesinə dəstək filmidir. XXI əsrin Bonni və Klaydı kimi görünən ifaçılarla birgə videoda Çon Penn, Ceyk Cillenhol, Bleyk Layvli, Emmi Rossam, Don Çidl, Gilyermo Dias, o cümlədən Kidada və Rəşidə Cons bacıları görünüblər.
Rəşidə Dati
Rəşidə Dati, fr. Rachida Dati (27 noyabr 1965-ci il, Sen-Remi, Burqundiya) — Fransa siyasətçisi, ədliyyə naziri (18 may 2007-ci il — 23 iyun 2009-cu il). == Mənbə == Rachida Dati-Xavier Bertrand : les deux voix de Sarkozy Arxivləşdirilib 2007-09-24 at the Wayback Machine, Libération, 18th of January 2007.
Rəşidə Rəşid
Rəşidə Rəşid (tam adı: Rəşidə Rəşid qızı Behbudova) — Azərbaycan opera müğənnisi. Müğənni Rəşid Behbudov və Ceyran Behbudovanın qızıdır. Azərbaycan Respublikasının Əməkdar artisti. Space TV'nin sabiq rəhbəri Kamil Şahverdiyevin həyat yoldaşıdır.
Gəncədə Xalq Cümhuriyyəti binası
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası — Gəncədə tarixi bina. == Haqqında == Bina 1897-ci ildə tikilmişdir. Binada ilk illərdə Gəncə Şəhər Duması (Zemstvo idarəsi) yerləşmişdir. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, yəni I Xoyski və II Xoyski hökuməti bu binada fəaliyyət göstərib. Gəncənin memarlıq üslubuna uyğun olan 2 bina kərpicdən tikilb. Gəncə şəhəri Atatürk prospektindəki binalardan birində hazırda Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi yerləşir.
Gəncədə 2010-cu il Azərbaycan parlament seçkiləri
IV çağırış Azərbaycan Respublikasının Milli Məclisi üçün 2010-cu ildə Azərbaycanda keçirilmiş parlament seçkiləri. Bu seçkilərdə Gəncə şəhəri üzrə 4 seçki dairəsi təşkil olunmuş və 4 deputat seçilmişdir. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. == Əvvəlki seçkilər == 2005-ci il parlament seçkiləri Gəncə şəhəri üzrə 4 seçki dairəsində keçirilmişdir. Seçilmiş 4 deputatdan 3-ü Yeni Azərbaycan Partiyasının üzvü, 1-i isə bitərəf olmuşdur.
Gəncədə 2013-cü il Azərbaycan prezident seçkiləri
Azərbaycan Prezidentinin seçilməsi üçün 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri. Bu seçkilərdə Gəncə şəhəri üzrə 4 seçki dairəsi təşkil olunmuşdur. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. == Əvvəlki seçkilər == 2008-ci il prezident seçkiləri Gəncə şəhəri üzrə 4 seçki dairəsində keçirilmişdir. Yeni Azərbaycan Partiyasının sədri, prezidentliyə namizəd İlham Əliyev 4 seçki dairəsi üzrə ən çox səsi toplamışdır.
Gəncədə 2015-ci il Azərbaycan parlament seçkiləri
V çağırış Azərbaycan Respublikasının Milli Məclisi üçün 2015-ci ildə Azərbaycanda keçirilmiş parlament seçkiləri. Bu seçkilərdə Gəncə şəhəri üzrə 4 seçki dairəsi təşkil olunmuş və 4 deputat seçilmişdir. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. == Əvvəlki seçkilər == 2010-cu il parlament seçkiləri Gəncə şəhəri üzrə 4 seçki dairəsində keçirilmişdir. Seçilmiş 4 deputatdan hər biri Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. == Ümumi nəticələr == Bu seçkilərdə ölkə üzrə qeydiyatdan keçmiş tək seçki bloku olan Azadlıq-2015 Seçki Bloku Gəncə üzrə seçkilərdə deputatlığa vahid namizəd irəli sürməmişdir.
Deicide
Deicide — 1987-ci ildə Floridada yaradılan ABŞ metal musiqi qrupu. == Haqqında == Qrupun ilk adı "Carnage" olsa da Glen Benton gəldikdən sonra "Amon" adı verilmişdir. Qrup "Amon" adı altında iki demo albom — "Feasting the Beast" (1987) və "Sacrificial" (1989) adlı albomları buraxmışdır. 1989-cu ildə isə Roadrunner Records albom şirkəti ilə müqavilə imzalayaraq , qrupun adını "Deicide" etmişlər. Bundan sonra qrup 1990-cı ildə ilk studio albomları olan Deicide (1990) qrup adını daşıyan albomu çıxartdılar. Qrup sözlərin anti xristianlıq haqqında və şeytana dəstək temasında olduğu üçün qrupu tənqid edirdilər. Bundan ötrü Deicide, demək olar ki, yalnız mövzunun anti xristianlıq üçün mahnı ifa edir və bu qrup, bəzi ölkələrdə konsertdə çıxış etməyə qadağan olunub və buna bənzər bir çox digər mübahisəli qruplar (məsələn, Slayer, Cannibal Corpse) kimi. Deicide death metal üslubunun ən məşhur və tənqid edici qruplarından hesab edilir.1992-ci ildə Deicide və Gorefest qruplarının Fryshuset Club Stokholm şəhərində çıxışı zamanı partlayış baş vermişdir. Xoşbəxtçilikdən heçkimə zərər gəlməmişdir. Glen Benton bu sözləri demişdir: Əgər siz qorxursunuzsa və zorkarılıq edəcəksinizsə nə edə bilərəm?
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə — Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə == Tarixi == Qafqaz İslam Ordusu komandanı Nuru paşanın 1918-ci il mayın 25-də Gəncəyə gəlib. Nuru Paşa Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 1918-ci il iyunun 11-də Qafqaz İslam Ordusunun 13 döyüşçüsü Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. == Məlumat == 2022-ci il 26 iyunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, qardaş ölkənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Türk İş Adamları Birliyinin sədri Camal Yanğın, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və şəhər sakinləri iştirak ediblər. Abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki baş konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib. Yeddi metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.
Oktav Bençile
Oktav Bençile (rum. Octav Băncilă; d. 4 fevral 1872, Botoşani – ö. 3 aprel 1944, Buxarest) — Rumıniya realist rəssamı və solçuluq aktivisti. O, jurnalist Sofia Nadejdanın qardaşı və Ioan Nadejdanın qaynıdır (ateist, sosialist, Kontemporanul qəzetinin redaktoru). == Həyatı == 1872-ci ildə Botoşanidə doğulan Oktav 4 yaşında valideynlərini itirdikdən sonra böyük bacısı və onu incəsənətə ilk həvəsləndirən şəxs bacısının həyat yoldaşının ailəsində Yassıda böyüyüb. Orta məktəbi bitirdikdən sonra o, Yassı İncənət Gimnaziyasına daxil olub və burada həmin dövrün məşhur rəssamları Corc Panaytinu Bardasar, Konstantin Daniel Stahi və Emanoyl Bardasardan dərs alıb. O,1894-1897-ci illər arasında təqaüdlə xaricdə yaşayıb və oxuyub: əvvəlcə İtaliya və Fransada, sonra Almaniyada Münhen İncəsənət Akademiyasında Nikolas Gizisin sinfində təhsil alıb (bitirib bitirmədiyi dəqiq deyil).Xaricdən qayıtdıqdan sonra o, Yassının mərkəzində emalatxana açmaq istəsə də maliyyə çatışmazlığı üzündən şəhər kənarını seçməli olub. Bu illər Bençilanın əsas rəsm mövzularını müəyyənləşdirdiyi dövr idi: kəndlilərin, fabrik işçilərinin, yoxsullaşmış yəhudi tacirlərinin və sənətkarlarının, mühafizəçi əsgərlərin, köçəri romalıların yaşayışı. 1901-ci ildən o, şəhər məktəblərində kalliqrafiya və rəsm dərsləri verməyə başlayıb.