İNCİK

sif. İncimiş, küsmüş, rəncidə, ürəyi sınmış. İncik baxış. İncik sual.
– Tükəz qarı incik səsini ucaltdı. S.Rəhimov.

// Zərf mənasında.
Şirzad Pərşanın belə incik ayrılıb getməsindən qorxdu. M.İbrahimov.
[Maral və Kəyan] incik ayrılmışdılar. Ə.Əbülhəsən.
Şahpərinin son ümidi də puça çıxdı.
O, incik halda dilləndi. B.Bayramov.

□ İncik olmaq – incimək, küsmək, könlü sınmaq.
Əzizim, gülşən olmaz; Bir güllə gülşən olmaz; Dost dostdan incik olsa; İnciyər, düşmən olmaz. (Bayatı).
[Teymur ağa:] …Xub, mən vəzirə nə eləmişəm ki, məndən incik olubdur? M.F.Axundzadə.

İncik salmaq – incitmək, küsdürmək, qəlbini qırmaq.

Синонимы

  • İNCİK İNCİK (incimiş, küsmüş, ürəyi sınmış) Tükəz qan incik səsini ucaltdı (S.Rəhimov); KÜSKÜN Qız, bu küskün könlümü; Bircə sənsən güldürən (H
  • İNCİK küsülü — rəncidə

Антонимы

  • İNCİK İNCİK – RAZI Nəhayət, Səlim ağa özünü incik yerinə qoydu, silkinib ayağa durdu (M.İbrahimov); Sara isə müdirin iltifatından razı idi (Mir Cəlal)

Этимология

  • İNCİK Türkmən dilində ıncıl (dincəlmək) və ıncıq ( incimiş) sözləri var. Sonuncu söz incimək feili ilə bağlıdır
İNCİDİLMƏK
İNCİKLİ
OBASTAN VİKİ
Ümumi incik siniri
== İstinadlar ==

Значение слова в других словарях