Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Raşed Əl-Tarmum
Ramsel
Ramsel — Cənubi Sudanın inşa edilən paytaxtı. Cənubi Sudanın müstəqilliyi elan ediləndən sonra paytaxtın başqa şəhərə köçürələcəyi ilə bağlı məlumat yayıldı.. 4 sentyabr 2011-ci ildə Cənubi Sudan hökuməti Mərkəzi Ekvatoriya ştatı hökumətinin paytaxt Cubanın genişləndirilməsi üçün yeni ərazi ayırmaqdan imtina etdiyinə görə paytaxtı Cubadan 240 kilometr şimala köçürmək qərarına gəlir. Paytaxtın köçürülməsinin təxminən altı ilə başa gələcəyi ehtimal edilir..
Rassel
Rassel — ad. Rassel Kit Rassel Malifant — Rassel Krou — Yeni Zelandiya əsilli Avstraliya və ABŞ kinoaktyoru, rejissor. Kurt Rassel — ABŞ aktyoru. Con Rassel — Vilyam Rassel Sayks — Yeni Zelandiya botaniki. Çarlz Teyz Rassel – katib və baş mühasib.
Reise, Reise
Reise, Reise (alm. Səyahət, səyahət‎/ing. Artım) — Rammstein qrupunun dördüncü albomudur. Çıxışdan bir müddət sonra albom platinalı olub.
Rise of the Tomb Raider
Rise of the Tomb Raider — Crystal Dynamics tərəfindən hazırlanmış döyüş-macəra videooyunudur. Bu, 2013-cü ilin videooyununun davamı, Tomb Raider seriyasındakı on birinci oyundur. Hekayə Lara Kroftun əfsanəvi Kitezh şəhərini tapmaq üçün Sibirə getməyini və şəhərin ölümsüzlük vədini ortaya çıxartmaq niyyətində olan Trinity hərbi təşkilatı ilə mübarizə aparmağını ələ alır.
Ranse
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Raisa
Raisa — qadın adı. Raisa Atambayeva — Qırğızıstan Respublikasının birinci xanımı. Raisa Kudaşeva — Sovet şairi və yazıçısı. Raisa İsmayılova — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Əhmədova — çeçen xalq şairəsi. Raisa Nedaşkovskaya — Ukrayna aktrisası. Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi.
Bertran Rassel
Bertran Artur Vilyam Rassel (ing. Bertrand Arthur William Russell, 3rd Earl Russell; 18 may 1872[…], Treleç[d] – 2 fevral 1970[…], Penhindedra[d], Quinet[d]) — ingilis riyaziyyatçı, filosof və ictimai xadim, "məntiqi atomizm" konsepsiyasının, "deskripsiya nəzəriyyəsi"nin yaradıcısı, Alimlərin Paquoş Hərəkatının yaradılmasının təşəbbüskarlarından biri, "Rassel-Eynşteyn Manifesti"nin həmmüəllifi, "Sülh Fondu"nun qurucusu (1963), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1950). İngilis filosofu, məntiqşünas, riyaziyyatçı və ictimai-siyasi xadim Bertran Artur Uilyam Rasseli tam əsasla ensiklopedist adlandırmaq mümkündür. O, Britaniyanın siyasi həyatında XVI əsrdən fəal iştirak edən Rassel nəslindən idi. Nəslin görkəmli nümayəndələrindən biri, Bertranın babası lord Con Rassel 1832-ci ildə kraliça I Viktoriyanın hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuşdu. İki yaşında anasını, dörd yaşında isə atasını və körpə bacısını itirən Bertran nənəsi, qrafinya Rasselin himayəsində böyümüşdü. Onun və böyük qardaşının təlim-tərbiyəsi ilə alman, İsveçrə quvernantları, eləcə də ingilis müəllimlər məşğul olurdular. Bertran 1890-cı ildə Kembric Universiteti yanındakı Triniti Kollecdə təhsilə başlamış, 1894-cü ildə incəsənət bakalavrı dərəcəsi almışdı. Elmin müxtəlif sahələrini öyrənsə də, maraq dairəsinə əsasən riyaziyyat və fəlsəfə daxil idi. 1897-ci ildə o, "Həndəsənin əsasları" mövzusunda magistr dissertasiyası müdafiə etmişdi.
Ceyn Rassel
Ceyn Rassell — 1940-1950-ci illərin seks-simvolu, məşhur Hollivud aktrisası. Onun ən məşhur filmi Merlin Monro ilə bir yerdə çəkildiyi “Centlmenlər sarışınlara üstünlük verirlər” olub. Rasselin ilk böyük filmi 1943-cü ildə ekranlara çıxan “Qanundan kənar” filmi olub. Məhz bu film sayəsində aktrisa bütün dünyada məşhurlaşıb. Onun filmoqrafiyasında “Makao”, “Onun xəyallarının qadını”, “Fransız xətti” kimi filmlər var. Rassel uzun illər davam edən karyerası ərzində təkcə filmlərdə iştirak etməyib, eləcə də özünü estradada sınayıb və qadın alt paltarlarını reklam edib. Ceyn Rassell Kaliforniyada 2011-ci ildə 89 yaşında vəfat edib.
Con Rassel
Con Rassel (ing. John Russell; 18 avqust 1792[…], Meyfer[d], Böyük London – 28 may 1878[…], Pembruk-Lodj[d], Böyük London) — Böyük Britaniya dövlət və siyasi xadimi. 1846–1852-ci illərdə Böyük Britaniyanın baş naziri və viqlərin lideri olmuşdur. Filosof Bertran Rasselin babasıdır. Rassel, 18 avqust 1792-ci ildə ingilis aristokratiyasının ən yüksək eşelonlarında, 6-cı Bedford hersoqu Con Rasselin üçüncü oğlu olaraq dünyaya gəlmişdir. Rasselin ailəsi 17-ci əsrdən bəri İngiltərədəki əsas viq sülalələrindən biri idi və bu ölkənin aristokratik torpaq sahiblərinin ən varlı ailələrindən biri idi, ancaq Bedford 6-cı hersoqunun ən kiçik oğlu olaraq, miras qalmış ailəyə sahib olmamalıdı. Hersoqun ən kiçik oğlu kimi, "Lord Con Rassel" nəzakət tituluna sahib idi.1861-ci ildə qraf olana qədər İcmalar Palatasında oturmuşdur. 1813-cü ildə viq olaraq parlamentinə daxil olmuşdur. Viq hökumətlərində daxili və xarici işlər naziri vəzifəsini icra etdi. 1828-ci ildə parlamentə sözdə ləğv təklifini təqdim etdi.
Frenk Ramsey
Frenk Ramsey (ing. Frank Plumpton Ramsey; 22 fevral 1903[…], Kembric – 19 yanvar 1930[…], London) — ingilis riyaziyyatçısı, riyaziyyat, fəlsəfə və iqtisadiyyat sahəsində tədqiqatçı, Ramsey teoreminin, Ramsey nəzəriyyəsinin, Ramsey təkliflərinin müəllifi, Ramsey-Kass-Kupmans modelinin həmmüəllifi. 22 fevral 1903-cü ildə riyaziyyatçı və Maqdalen Kollecinin prezidenti Artur Remsinin ailəsində anadan olub. Dörd uşağın ən böyüyü idi. Kiçik qardaş Maykl Ramsay daha sonra Canterbury arxiyepiskopu oldu, lakin Frenkın özü ömrünün sonuna qədər döyüşkən ateist idi. 1915-ci ildə Frenk Vinçester Kollecinə daxil oldu, daha sonra Triniti Kollecində riyaziyyat təhsili aldı, burada onun çox yönlü qabiliyyətləri və maraqları erkən ortaya çıxdı. 1924-cü ildə Con Meynard Keynsin dəstəyi sayəsində Kembricdəki Kinq Kollecində müəllim oldu. Riyaziyyatdan mühazirələr oxumuş, sonralar riyaziyyat istiqaməti üzrə tədris şöbəsinin müdiri olmuşdur. İqtisadiyyatda o, riyazi modelləşdirmə problemlərini öyrənmiş, xüsusən optimal vergitutma və iqtisadi artım modellərini işləyib hazırlamışdır. Frenk Ramseyin riyazi iqtisadiyyat sahəsində apardığı tədqiqatlar müasirləri tərəfindən yüksək qiymətləndirilmiş, iqtisadi artım modellərindən biri onun adını daşıyır, Ramsey problemi də iqtisadi nəzəriyyədə məlumdur.
Fridrix Ratsel
Fridrix Ratsel (alm. Friedrich Ratzel‎; 30 avqust 1844[…], Karlsrue – 9 avqust 1904[…]) — Almaniya etnoloqu, sosioloqu və coğrafiyaşünası. Avropada XIX əsrdə formalaşan elmlər içərisində Antropocoğrafiya elminin xüsusi rolu olmuşdur. Bu elmin əsas tədqiqat sahəsi antropoloji etnoqrafik tədqiqatlar əsasında insanların məskunlaşması, yer dəyişməsi, etnosun xarakterinə coğrafi mühitin təsiri, sosial mədəni ideyaların coğrafi mühitlə əlaqəsi və digər məsələlər hesab olunur. XX əsrdə geniş yayılmış coğrafi determinizim nəzəriyyəsi Antropocoğrafiyanın əsas istiqamətini təşkil edirdi. Bu nəzəriyyənin əsas ideyasına görə, coğrafi mühit xalqların mədəni və siyasi inkişafına birbaşa təsir göstərir. Diffuzionizmin ilkin nümayəndələrindən biri olan Fridrix Ratsel (1844–1904) antropocoğrafiya təliminə əsaslanırdı. Almaniyada Rixthofen ilə bir zamanda yaşamış və işləmiş Fridrix Ratsel (1844–1904) antropocoğrafiyanın əsasını qoymuşdur. İxtisasına görə o, təbiətşünas, zooloq, müqayisəli anatomiya və paleontologiya alimi idi. O, mütərəqqi fransız antropocoğraflarından (insan coğrafiyası nümayəndələrindən) fərqli olaraq antropocoğrafiyanı Darvin nəzəriyyəsi ilə bağlamışdır.
Kurt Rassel
Kurt Rassel (17 mart 1951)—ABŞ aktyoru. Kurt Rassel 1951-ci il martın 17-i Spriqfild, Massaçusets ştatında anadan olmuşdur.
Rainer Barzel
Rainer Barzel (20 iyun 1924[…] – 26 avqust 2006[…], Münxen) — ) Xristian Demokrat İttifaqının (CDU) alman siyasətçisi idi . O , 1983-1984-cü illərdə Bundestaqın 8-ci prezidenti olub . Barzel 1969-cu ildə partiyası müxalifətə keçməmişdən əvvəl parlament qrupunun lideri və qısa müddət ərzində federal nazir olmuşdu. Daha sonra Barzel partiyanın sədri oldu. O, 1972-ci ildə konstruktiv etimadsızlıq səsverməsi yolu ilə federal kansler olmağa çalışdı və Federal Respublikada buna cəhd edən ilk şəxs oldu. O, gözlənilmədən iki səs az qaldı. 1972-ci ilin noyabrında keçirilən növbəti ümumi seçkilərdə o, CSU/CSU-nun uğursuz əsas namizədi oldu. O, bir il sonra sədrliyini itirdi, lakin parlamentin nüfuzlu üzvü olaraq qaldı. Şərqi Prussiyanın Braunsberg şəhərində (indiki Branievo, Polşa ) anadan olan Barzel 1971-1973-cü illərdə CDU-nun sədri vəzifəsində çalışıb və 1972-ci il federal seçkilərində Villi Brandtın SPD-yə məğlub olaraq CDU-nun Almaniya kansleri vəzifəsinə namizədi kimi çıxış edib . Barzel Konrad Adenauer dövründə Ümumi Alman İşləri Naziri (1962-63) , CDU/CSU-nun Parlament qrupunun rəhbəri (1964-1973), Helmut Kolda Almaniyadaxili Əlaqələr Naziri (1982-1983) vəzifələrində çalışıb.
Rassel Krou
Rassel Krou (7 aprel 1964[…], Vellinqton) — Yeni Zelandiya əsilli Avstraliya və ABŞ kinoaktyoru, rejissor. 3 nominasiya üzrə 2001-ci il "Oskar" mükafatı laureatı. Əsas populyarlığı çəkildiyi "Qladiator", "Öz adamı", "Dənizlərin sahibi: Yer üzünün kənarında", "Yumaya gedən qatar", "Ağıl oyunları", "Rədd edilmişlər" və "Nokdaun" kimi filmləri sayəsində qazanmışdır. Rassel Krou 7 aprel 1964-cü ildə Yeni Zelandiyanın Vellinqton şəhərində, Aleks və Cosel Krounun ailəsində anadanolub. Özündən böyük bir qardaşı var – Terri Krou. Rasselin 4 yaşı olanda ailə Sidneyə köçür. 5 yaşında isə Rassel Krou anasının xaç atasının prodüseri olduğu "Spyforce" Avstraliya teleserialında epizodik rola çəkilir. 14 yaşı olanda Rassel Krounun ailəsi yenidən Yeni Zellandiyaya qayıdır və Oklend yaxınlığında məskunlaşır. Ailənin əsas gəliri çox da bahalı olmayan "Uçan səhəng" restoranından çıxırdı. Rassel Krou ailəyə kömək etmək üçün təhsilini yarımçıq qoyur.
Rassel Malifant
Rassel Malifant (18 noyabr 1961 — Ottava, Kanada) Rassel Malifant öz qrupunu 1996-cı ildə təşkil etmiş və bu günə qədər işıq üzrə quruluşçu Maykl Hols ilə yaxından əməkdaşlıq edərək 20-dən çox tamaşanın müəllifi olmuşdur. O, həm də "Lyon Opera Ballet", "George Piper Dances", "Ricochet Dance Company", "The Batsheva Ensemble" və "Nuremberg Ballet" kimi qruplar üçün tamaşalara quruluş vermişdir. "Royal Ballet School" Kral Balet Məktəbində təhsil alan Rassel 16 yaşından oranı tərk edərək karyerasını müstəqil azad rəqsdə davam etdirmək üçün "DV8 Physical Theatre", "Michael Clark & Company", "Laurie Booth" və "Rosemary Butcher" kimi qruplarla işləyir, eyni zamanda bir sıra müxtəlif texnikanı (baletdən tutmuş əlaqəli improvizasiyaya qədər, yoqa, kapoeyra, tay-çi və akrobatika) araşdırır. Rassel anatomiya, fiziologiya, biomexanika və Struktur İnteqrasiya üzrə Rolfinq Metodunu öyrənmiş (bu sahədə o özəl fəaliyyət göstərir), 1994–1995-ci illərdə müəllimlərə iki illik Yoqa təlimində iştirak etmişdir.
Rassel adası
Rassel adası (ing. Russell Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Rassel adası Uels Şahzadəsi sahillərindəki ən böyük adadır. Ada böyük cənub qonşusunun şimal sahillərində yerləşir və ondan eni 5 km olan Berinq boğazı ilə ayrılır. Adanın şimal sahili Barrou boğazı ilə yuyulur. Şimal qonşuları Kiçik Yanq, Lauter, Qarret adalarıdır, daha şimalda böyük Baterst adası, şimal-şərqdə Qriffit və Kornuallis adaları, şərqdə Somerset adası yerləşir. Adanın sahəsi 940 km²-dir. Sahil xəttinin uzunluğu 214 km-dir. Adanın maksimum uzunluğu 57 km, eni isə 23,5 km-dir.
Rassel dalamazı
Tomb Raider
Tomb Raider və ya Lara Croft: Tomb Raider — İngilis oyun şirkəti Core Design şirkəti tərəfindən yaradılan bir döyüş-macəra videooyun seriyasıdır.
Rassel bozaqgülü
Rassel bozaqgülü (lat. Phlomis russeliana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Rassel Kit
Rassel Kit (ing. Russell Keat; 24 yanvar 1946) — Britaniya siyasi nəzəriyyəçisi və təqaüdçü akademiki. O, 1994-cü ildən 2006-cı ildə təqaüdə çıxana qədər Edinburq Universitetində siyasi nəzəriyyə üzrə professor olmuşdur. Rassel Kit Oksford Universitetində təhsil almış, burada bakalavr dərəcəsini bitirmiş və sonra fəlsəfə üzrə aspiranturanı tamamlamışdır. O, 1970-ci ildə Lankaster Universitetində mühazirə oxumağa başlamış və 24 ili orada keçirmiş, 1994-cü ildə Siyasi nəzəriyyə kafedrasına işləmək üçün Edinburq Universitetinə köçmüşdür. 2006-cı ildə təqaüdə çıxmış və o vaxtdan bəri Edinburq Universitetində fəxri professordur. Departament profilinə görə, Kitin tədqiqat sahəsi "bazar sərhədləri, istehlak suverenliyi, mədəni məhsullar və kapitalizm növləri ilə bağlı məsələlər də daxil olmaqla, bazar institutlarının etik xarakteri və təsiri ilə əlaqədardır". Social Theory as Science (Routledge, 1975; 2nd. ed 1982; 3rd ed., 2012). The Politics of Social Theory (University of Chicago Press, 1981).
Jujutsu Kaisen
Raisa Kudaşeva
Raisa Adamovna Kudaşeva (3 (15) avqust 1878 və ya 15 avqust 1878, Moskva – 4 noyabr 1964, Moskva) — Sovet şairi və yazıçısı. Məşhur "В лесу родилась ёлочка" Yeni il mahnısının sözlərinin müəllifidir. Litvanın Gedroyts sülaləsinin zadəgan ailəsində anadan olub. Atası - Adam Gedroyts, məsləhətçi rütbəsinə yüksəlmiş Moskva Poçt İdarəsinin rəsmisi olub. Həyatı haqqında az şey məlumdur. M. B. Pussel qadın gimnaziyasını bitirib. Qohumlarının dediyinə görə pedaqoji bacarığa sahib idi. Müəllim olaraq da, Sovet dövründə isə bir neçə onilliklər ərzində kitabxanaçı kimi də işləyib. Moskvada Pyatnitskoye qəbiristanlığının 11-ci hissənin ikinci məhəlləsində dəfn edilib. Uşaqlıqdan şeir yazırdı.
Raisa Nedaşkovskaya
Raisa Nedaşkovskaya (17 fevral 1943) — Ukrayna aktrisası. O, 1943-cü il fevralın 17-də Ukraynanın Malin şəhərində anadan olmuşdur. Uşaqlıqdan rəqslə məşğul olmuş, xoreoqrafik ansamblın solisti olmuşdur. 1960-cı ildə Viktor İvçenkonun "Meşə mahnısı" filmində Mavka rolunu ifa etmişdir. 1965-ci ildə Kiyev Teatr İnstitutunu bitirmiş və A.Dovjenko adına Kiyev kinostudiyasının aktrisası olmuşdur. Onun ən yaxşı işlərindən biri "Telefonçu qız" filmində baş rolun ifası olmuşdur.
Raisa Sarbi
Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi. 1998-1999-cu illərdə DGTYB-nin katibi olmuşdur. Çuvaşıstanın əməkdar incəsənət xadimidir.
Raisa İsmayılova
Raisa Hüseyn qızı İsmayılova (5 noyabr 1939, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Hüseyn qızı İsmayılova 5 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmiş, 1958–1960-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində təhsilini davam etdirmişdir. Raisa İsmayılova 1957-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış etməyə başlamışdır. Burada o, Məhmənə Banu ("Məhəbbət əfsanəsi"), Frigiya ("Spartak"), Odetta-Odilliya ("Qu gölü"), Gözəllər gözəli ("Yeddi gözəl") kimi partiyaları canlandırmışdır. 1970–1979-cu illərdə Raisa İsmayılova Moskvadakı Böyük Teatrda fəaliyyətini davam etdirmişdir. Boyarınya ("İvan Qroznı"), ikinci həyat yoldaşı ("Baxçasaray fontanı"), tacirə ("Daş çiçək"), saray rəqqasəsi ("Məhəbbət əfsanəsi") partiyalarını və ispan ("Don Kixot"), macar, ispan ("Qu gölü") rəqslərini ifa etmişdir. Raisa İsmayılova 7 iyul 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüş və 21 may 1970-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.
Ramsər
Ramsər — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Ramsər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,659 nəfər və 9,421 ailədən ibarət idi.
Rasək
Rasək — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sərbaz şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,931 nəfər və 1,102ailədən ibarət idi.
Nikolay Rtişev
Rtişev Nikolay Fyodoroviç(1754 — 8 yanvar 1835)—general-leytenant. 1812-1816-cı illərdə Qafqaz xəttində və Gürcüstandakı rus qoşunlarının baş komandanı olmuşdu. Nikolay Fyodoroviç Rtişev mənşəcə zadəgan ailəsindəndir. 1754-cü ildə anadan olmuşdu. XIX əsrdə Rusiyanın Azərbaycanı işğal etməsi və burada rusların məskunlaşması Azərbaycanda pravoslavlığın yayılmasına təkan vermişdir. Bakı və Azərbaycanın digər bölgələrində məskunlaşan rus əhalisinin əksəriyyəti hərbçi və məmur ailələrindən ibarət idi. Onların dini tələbatının ödənilməsi və çar Rusiyasının Azərbaycanda mövqeyinin gücləndirilməsi məqsədilə pravoslav kilsələri və dua evləri inşa edilmişdir. Bu sahədə ilk addım 1815-ci il yanvarın 1-də Şamaxı quberniyasının general-qubernatoru N.F.Rtişev tərəfindən atılmışdır. Onun sərəncamı ilə Bakıda ilk rus pravoslav kilsəsi ucaldılmışdır. Məbədin tikintisi üçün xristianlardan ianə yığılmış və sadə dindarlar hamılıqla bu işə cəlb olunmuşdur.
Qavriil Baişev
Qavriil Vasilyeviç Baişev (saxa Гавриил Васильевич Баишев;), Altan Sarın ədəbi təxəllüsü ilə tanınır (1898 — ?) — Yakutiya yazıçısı və şairi, dilçi-türkoloq, ictimai xadim. Altan Sarın təxəllüsü Qızıl çiyinlər mənasını verir. 1898-ci ildə Yakutiyanın Meqino ulusunun bölgəsindəki Jablıski kəndində anadan olmuşdur, orada cüzi ibtidai təhsilini almışdır. 1917-ci ildə Yakutiya poçt və teleqraf idarəsində şagird kimi çalışırdı. 1918 — 1921-ci illərdə Amqa kəndindəki poçt və teleqraf idarəsində işləyirdi. Milliyyətçi əqidəsinə görə, 1921 — 1922-ci illərdə Qərbi Sibir üsyanının iştirakçılarına qoşuldu və amnistiya elan olunana qədər gizlənirdi. O, "Saxa Omuk" və "Saxa Keskile" cəmiyyətlərinin üzvü və katibi idi. 1924 — 1928-ci illərdə Leninqrad Şərq Dilləri İnstitutunda oxumuşdur. Yeni yakut əlifbasını hazırlayan komissiyanın üzvü idi. Yakut Yazı Komitəsinin elmi katibi idi.
Ramsər şəhristanı
Ramsər şəhristanı - İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ramsər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 67,675 nəfər və ya 19,666 ailədən ibarət idi.
İdan Rayşel
İdan Rayşel (ivr. ‏עידן רייכל‏‎;12 sentyabr 1977, Kfar-Sava[d], Mərkəz dairəsi) — İsrailli musiqiçi, musiqi müəllifi, bəstəkar və pianoçudur.Ənənəvi ivrit dilindəki mətnləri və müxtəlif musiqi ilə fərqlənir. Rayşel, İsrailin ən görkəmli və müvəffəqiyyətli musiqi sənətçilərindən sayılır və xaricdəki ən məşhur İsrail sənətçilərindən biridir.