Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rap
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Rap Monster
Kim Namjoon (kor. 김남준; 12 sentyabr 1994) və ya səhnə adı ilə RM — Cənubi Koreyalı reper 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən qurulan K-pop musiqi qrupu olan BTSin lideri, əsas repperi, musiqi prodüseri və bəstəkarıdır. RM 2015-ci ildə ilk solo qarışıq albomu olan "RM"-ni buraxdı. 2018-ci ildə o, ikinci qarışıq albomu olan, ABŞ-nin Billboard 200-də 26-cı sıraya yüksələn və qrafik tarixində koreyalı solistin ən yüksək reytinqə malik albomu Mono-nu buraxdı. O, həmçinin Vale, Yonha, Varren Q, Qaeko, Krizz Kaliko, MFBTY, "Fall Out Boy", "Primary" və Lil Nas X kimi sənətçilərlə əməkdaşlıq edib. Kim Namcun (Koreyaca: 김남준) 12 sentyabr 1994-cü ildə Cənubi Koreya-nın Dongjak-gu şəhərində anadan olub və dörd-beş yaşında ailəsi ilə köçdüyü İlsan-da böyümüşdür. Özündən kiçik bacısı var. Uşaq ikən RM anasının istəyi ilə Friends komediya seriyalina baxaraq ingiliscə öyrənib. Tələbə ikən fəal şəkildə şeir yazırdı və yazılarına görə tez-tez mükafat alırdı. Təxminən bir il ərzində əsərlərini onlayn bir şeir veb saytına göndərdi və burada diqqət çəkdi.
Freestyle rap
Freestyle rep (azərb. Sərbəst rep‎) — Musiqi aləti və ya musiqi aləti olmadan improvizasiya üsulu. Mahnı sözləri müəyyən bir mövzu və ya struktur olmadan oxunur. Rep qarşılaşmalarında reperlər öz qabiliyyətlərini nümayiş etdirmək üçün sərbəst repdən istifadə edirlər. Ad verərək, üstü qapalı ya da başqa birilərinə söz vurulur. Ad verdiliyi an diss olaraq adlandırılır. Bu, adətən sərt olur və iynələyici olduğu üçün sərt ifadələrdən istifadə olunur. Əksəriyyətlə underground musiqi ilə məşğul olanların istifadə etdiyi növdür. Bu atışmalar Türk mədəniyyətindəki aşıq və Azərbaycan mədəniyyətindəki meyxana ilə bənzərlik göstərməkdədir.
Sərbəst rap
Freestyle rep (azərb. Sərbəst rep‎) — Musiqi aləti və ya musiqi aləti olmadan improvizasiya üsulu. Mahnı sözləri müəyyən bir mövzu və ya struktur olmadan oxunur. Rep qarşılaşmalarında reperlər öz qabiliyyətlərini nümayiş etdirmək üçün sərbəst repdən istifadə edirlər. Ad verərək, üstü qapalı ya da başqa birilərinə söz vurulur. Ad verdiliyi an diss olaraq adlandırılır. Bu, adətən sərt olur və iynələyici olduğu üçün sərt ifadələrdən istifadə olunur. Əksəriyyətlə underground musiqi ilə məşğul olanların istifadə etdiyi növdür. Bu atışmalar Türk mədəniyyətindəki aşıq və Azərbaycan mədəniyyətindəki meyxana ilə bənzərlik göstərməkdədir.
Sexe, violence, rap et flooze
Sexe, violence, rap et flooze - Busta Flexin ikinci mahnı albomu.
Crucifera rapa
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Erigeron raphaelis
Erigeron raphaelis (lat. Erigeron raphaelis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Glochidion rapaense
Glochidion rapaense (lat. Glochidion rapaense) — südləyənkimilər fəsiləsinin qloxidion cinsinə aid bitki növü.
Kseniya Rappoport
Kseniya Rappoport (rus. Ксения Раппопорт; d. 25 mart 1974, Leninqrad) — Rusiya aktrisası. 25 mart 1974-cü ildə Leninqradda doğulub.
Lockheed Martin F-22 Raptor
"F-22 Raptor" – Amerika Birləşmiş Ştatlarının Lockheed Martin, Boeing və "General Dinamics" şirkətlərinin birgə layihəsi əsasında istehsal edilən çoxməqsədli, iki mühərrikli hərbi döyüş təyyarəsi. “F-22 Raptor” qırıcıları hal-hazırda dünyada yeganə fəaliyyətdə olan beşinci nəsil qırıcı təyyarələrdir. Radarlar tərəfindən tutulması çətin olan bu bir nəfərlik qırıcı təyyarə yerdəki hərbi obyektləri məhv etmək, kəşfiyyat və radioelektron mübarizəsi aparmaq imkanına malikdir. ”F-22”-nin bortunda iki ədəd yaxın məsafəli “AIM-9X” və altı ədəd “AIM-120” zenit raketləri yerləşdirilib və bu təyyarələr “hava-yer” tipli raketlər də daşıya bilir. ”F-22” təyyarələri qurudakı hədəfləri vurmaq üçün radarlardan yayınma qabiliyyətinə malikdir. ”F-22”də olan müxtəlif cihazlar kompleksi onun kəşfiyyat məlumatları toplamasına və düşmənin radio siqnallarını tutmağa köməklik göstərəcək. Düşmənin radiolokasiya sistemi onun yerini müəyyənləşdirənədək “F-22”-lər istənilən məlumatı əldə edərək təhlükəli sahəni çoxdan tərk edə bilər. 1978-ci ildə Amerikanın kəşfiyyat peykləri SSRİ ərazisində hərbi bazada uçuş zolaqlarında 2 yeni müəyyən edilməmiş təyyarə aşkarlayır, və sonradan bəlli olur ki, bu təyyarələr SSRİ-nin ən qabaqcıl Su-27 və Miq-29 təyyarələridir. Hər iki yeni təyyarənin müasir Amerikan təyyarələrinin manevrlilik üstünlüyünü kəskin şəkildə azaldacağı gözlənilirdi. Artıq 1981-ci ildə HHQ hələ yenicə orduya qəbul olunmuş F-15-lərin əvəzlənməsi üçün aerokosmik kompaniyalara TTD proqramındakı təyyarənin malik olmalı xüsusiyyətlər barədə məsləhət almaq üçün müraciət etdi.
Louis Raphael I Sako
Louis Raphael I Sako (Siryak dilində: ܠܘܝܣ ܪܘܦܐܝܠ ܩܕܡܝܐ ܣܟܘ; d. 4 iyul 1948) — 1 fevral 2013-cü il seçki ilindən etibarən Babil Xaldey Katolik Patriarxı və Xaldey Katolik Kilsəsinin başçısı vəzifəsini tutur. 2014-cü ilin sentyabr ayında Avropa Parlamentinin (AP) üzvü Anna Zaborska və digər 66 nəfər AP üzvü tərəfindən Saxarov mükafatına namizədliyi irəli sürülüb. Yepiskop vəzifəsinə təyin olunmazdan öncə İraq hökuməti ona dini tədris etməyə imkan vermədiyi üçün Sako prezident Səddam Hüseyni görməyi tələb etmişdi. Səddam onun xahişini rədd etdi, lakin dini xadim doktorantura işinə başlamaqla cavab verdi və hökumət ona dini tədris etmək üçün xüsusi lisenziya verdi. Roma Papası XVI Benedikt 1 fevral 2013-cü il tarixində şərq katolik kilsələri rəhbərlərinin birlilik əlaməti olaraq dəyərləndirdikləri "ecclesiastica communio" (ruhani birlik) ilə Sakonu təltif etdi. Patriarx Luis Rafael I Sako alman, siriak, fransız, ingilis, italyan və ərəb dillərini bilir. Sako Mosul şəhərinin Xaldey Arxiyeparxiyasının keşişi vəzifəsinə 1 iyun 1974-cü ildə təyin edilib. 2003-cü il seçkiləri və sonrakı təsdiqindən sonra Sako 27 sentyabr 2003-cü ildə Kərkükün Xaldey Katolik Arxiyeparxı təyin edilmişdir. O 24 oktyabr 2002-ci il tarixində Xaldey Katolik Kilsəsinin məclisi tərəfindən bu vəzifəyə seçildi.
MT-12 Rapira
2A19 və ya T-12, 1960-cı illərin əvvəllərindən başlayaraq 1980-ci illərin əvvəllərinə qədər SSRİ və Bolqarıstan silahlı qüvvələrinin arsenalında olmuş daşınan tank əleyhinə yivsiz 100 mm-lik çapa malik olan topdur. Ekipaj: 6 nəfər Ağırlığı: 3.1 ton Uzunluğu: 9.65 m Lülənin uzunluğu: 6.3 m Eni: 2.32 m Hündürlüyü: 2.6 m Klirens: 0.33 m Yedək maşını: MT-LB, Ural-375D, Ural-4320 Yol sürəti: 60 km/saat (37 mil) Yolsuzluq şəraitində sürəti: 15 km/saat (9 mil) Kalibri: 100 mm Lülənin qalxma bucağı: -6º... +20º Üfüqi tuşlama bucağı: -53º... +54º Şaquli tuşlama bucağı: 27° sağa və ya sola Mərmi ağırlığı: 4.55 – 16.7 kq Mərminin çıxış sürəti: 1575 metr/saniyə Atış tezliyi: 4-6 atış/dəqiqədə (normal hədd), 10 atış-dəqiqədə (orta hədd), 14 atış/dəqiqədə (maksimum hədd) Atəş məsafəsi: 5.9 km Maksimal atəş məsafəsi: 8.2 km 3BM-2 APFSDS -T Tungsten Yuvarlaq çəkisi: 19.34 kg (42.6 lb) Mərmi ağırlığı: 5.65 kg (12.5 lb) Lülədən çıxış sürəti: 1,575 m/s (5,170 ft/s) Maksimum mənzili: 3.000 m (3.300 yd) nüfuz dəyəri: 500 m-də 230 mm (550 yd-də 9 inç) 2,000 m-də 180 mm (2,200 yd-də 7 inç) 3,000 m-də 140 mm (3,300 yd-də 5,5 inç) 3BM23/3UBM10 APFSDS Yuvarlaq çəkisi: 19.9 kg (44 lb) Mərmi ağırlığı: 4,55 kg (10,0 lb) Lülədən çıxış sürəti: 1,548 m/s (5,080 ft / s) Maksimum mənzili: 3.000 m (3.300 yd) Nüfuz dəyəri: 1000 m-də 225 mm (1100 yd-də 8.8 inç) 3BK16M/3UBK8 Yuvarlaq çəkisi: 23.1 kg (51 lb) Mərmi ağırlığı: 9.5 kg (21 lb) Lülədən çıxış sürəti: 975 m/s (3,200 ft/s) Maksimum məsafə: 1.000 m (1.100 yd) Nüfuz dəyəri: 400 mm (16 inç) [6] 3OF12/3OF35 Yuvarlaq çəkisi: 28.9 kg (64 lb) Mərmi ağırlığı: 16.7 kg (37 lb) Lülədən çıxış sürəti: 700 m/s (2,300 ft/s) Maksimum mənzili (dolaylı): 8,200 m (9,000 yd) 9K117 Kastet 3UBK10/3UBK10M Lazer başlıqlı mərmi. Yuvarlaq : 24.5 kg (54 lb) Mərmi ağırlığı: 17.6 kg (39 lb) Orta sürəti: 300 m / s (980 ft / s) Mənzili: 100–5,000 m (110–5,470 yd) Nüfuz dəyəri: 550–600 mm (22–24 inç) Silahın ekipajı altı nəfərdən ibarətdir: komandir, yedək vasitənin sürücüsü, topçu, yükləyici və iki sursat ekipajı. MT-LB, yedək vasitə olaraq istifadə edildikdə, 20 mərmi adətən daşınır (10 APFSDS, 4 HE-Frag, 6 HEAT). Silah yivsiz olduğundan, bütün döyüş sursatı uçuş zamanı düz bir istiqamətdə hərəkət edir. Standart təchizatda bilvasitə görünüş üçün PG-1M teleskopundan və dəqiq nişanlama zamanı isə OP4M-40U teleskopundan istifadə edilir. APN-5-40 və ya APN-6-40 cihazlarından isə gecə vaxtlarında atəş açmaq üçün istifadə edilir. Silah qar və ya bataqlıq ərazilərdə hərəkət edə bilmək üçün LO-7 xizəyindən istifadə edə bilər.
Müqəddəs Maykl (Raphael)
Müqəddəs Mikayıl (it. San Michele e il drago) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504 - 1505 - ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Müqəddəs Mikayıl əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır.
Napus rapa
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
North American XF-108 Rapier
XF-108 Rapier, North American Aviation aviasiya şirkəti tərəfindən SSRİ mənşəli supersonik kəşfiyyat və qırıcı təyyarələrinə qarşı (MiG-25 Foxbat) ABŞ və Kanadanı qorumaq üçün hazırlanması dizayn mərhələsində ikən dayandırılmış hərbi təyyarə. Layihənin proqram qiyməti 141.9 milyon ABŞ dolları təşkil etmişdir.
Quercus rapurahuensis
Quercus rapurahuensis (lat. Quercus rapurahuensis) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Rapa Rozi
Rapa Rozi (rum. "red ravine - qırmızı yarğan) — Rumıniya ərazisində milli park. Təbiət abidələri qorunan milli park ölkənin Alba judetsində yerləşir. Geoloji və flora qoruğu olan Rapa Rozi Sekaşelor yaylasının cənub-qərb ucqarında, Secas çayının sağ sahilindədir. Sebeş şəhəri qoruq ərazisindən 4 km cənubdadır. Sahəsi 24 hektar olan milli park III qorunan ərazilər kateqoriyasına daxildir. Eroziya və səth axınları nəticəsində bölgədə şiş qayalı relyef formaları meydana gəlmişdir. Qayalı ərazilərin sahəsi 10 hektardır. Rapa Rozi qoruğunun yerləşdiyi yüksəkliyin uzunluğu 800 metrdir. Qoruq ərazisinin hündürlüyü 50-125 metr arasında dəyişir.
Rapakivi
Rapakivi - süxur, biotitli və ya hornblendli-biotitli porfirvari qranit. Digər qranitlərdən quruluşuna görə fərqlənir: ovoid (yuvarlaq) formalı kaliumlu çöl şpatları, çox vaxt ortoklazdan ibarət olan porfir dənələri plagioklazla (oliqoklaz-albit) haşiyələnir. Əsas kütlə isə narındənəli ortoklaz, plagioklaz, biotit və amfiboldan ibarət olur. Plagioklaz porfir dənələri ortoklazla haşirlənədikdə süxur antirapakivi, plagioklaz haşiyəsi olmadıqda isə piterlit adlanır. Mənşəyi mübahisəlidir: həm maqmatik, həm də metasomatik yolla əmələ gəlməsi güman edilir. Aşınmaya nisbətən tez uğrayır. Süxurlar Çöl şpatları Plagioklaz Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Rapallo
Rapallo (it. Rapallo) — Genuvanın cənub-şərqində, Liguriya sahilində, Portofino ilə Çiavari arasındakı Liguriya dənizinin Tigullio Körfəzi suları kənarında bir kurort şəhəridir (1957-ci ildən). Əhali: 30.4 min (2007) nəfər. Rapallo, 964-cü ildən bəri Genuya Respublikasının tərkibində bir dəniz kəndi kimi tanınırdı. XVI əsrdə dəniz sahilindəki adalara pirat basqınlarını dəf etmək üçün ilk istehkamlar tikildi. Yerli Gervasius və Protasius kilsəsi XII əsrdə əsası qoyuldu və daha sonra tikildi. Rapallonun yanında Montallegro adlı Katolik ziyarətgahı var. Rapallonun lüks otelləri olan bir kurort şəhəri kimi inkişafı Romadan Nitsaya dəmir yolu tikilməsindən sonra başladı (1868). Xüsusilə "gözəl dövr" zamanı populyar idi. Görkəmli yazıçılar (Mopassan, Nitsşe, Ezra Paund) və diplomatlar, eyni zamanda ən yüksək aristokratiyanın nümayəndələri arasında Rapallo məşhur idi.
Rapanui Milli Parkı
Rapanui Milli Parkı Rapanui Milli Parkı (Pasxa adası) (rap. Rapa Nui, isp. Rapa Nui) Çilidə Pasxa adasında və ona bitişik adalarda yerləşən milli parkdır. Ada YUNESKO-nun ümumdünya irsi obyekti kimi şöhrətini və statusunu moai adlı çoxsaylı daş heykəllərə borcludur, onların yaradılması X—XVI əsrlərdə adada məskunlaşmış qədim Rapanui xalqına aid edilir. Milli park təxminən 7 min hektar ərazini əhatə edir. Çilinin 1888-ci ildə nəzarət etməyə başladığı ada Sakit Okeanda, Polineziya üçbucağının cənub-şərq küncündə, Cənubi Amerika sahillərindən 3700 km məsafədə yerləşir. Milli park 1935-ci ildə arxeoloji irsin qorunması və saxlanılması məqsədilə milli park və tarixi abidə statusu alıb. 1995-ci ildə milli park i (insan yaradıcılığının şah əsəri), iii (itirilmiş mədəni ənənənin unikal obyekti) və v meyarları əsasında YUNESKO-nun ümumdünya irs obyektinə çevrildi. Park Milli Meşə Korporasiyası (Corporación Nacional Forestal, CONAF) tərəfindən idarə olunur. Təbii və tarixi irsin qorunması üzrə tədbirlər Çili hökuməti tərəfindən maliyyələşdirilir.
Rapanuilər
Rapanuilər — Pasxa adasında yaşayan yerli xalq. Polineziya mədəniyyətinin ən şərqdə yerləşən nümayəndələri olan rapanuilərin 60%-ə yaxını Pasxa adasında, qalan hissəsi isə Çilinin materikdə yerləşən hissəsində məskunlaşmışdır. Yerlilər ana dilləri ilə yanaşı, Çili İspan dilində də danışa bilirlər. 2002-ci ildə aparılan siyahıya almaya görə 3304 nəfər rapanuili Pasxa adasının Hanqa Roa kəndində yaşayır. Rapanuilərin əsas gəlir mənbəyi adada yerləşən moai adlanan heykəllərə görə adaya gələn turistlərdən əldə olunan vəsaitdir. Rapanui fəalları öz müqəddəratlarını təyin etmə və adaya sahib olmaq haqları üçün mübarizə aparırlar. 2010-2011-ci illərdə Pasxa adasında dəniz parkının yaradılmasına etiraz edən rapanui fəalları ilə Çili polisi arasında toqquşmalar yaşanmışdır. Pasxa adası Moai Makemake (mifologiya) Makemake (cırtdan planet) Rapanui: The Edmunds and Bryan Photograph Collection—documenting Rapa Nui's archaeological wonders and everyday life during the early 1900s "Easter Island - Mysteries & Myths". Joseph Rosendo’s Travelscope. Archived from the original on 2013-06-15.
Rapateaceae
Rapateaceae (lat. Rapateaceae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Rapcore
Rapcore — (bəzən punk rap və ya punk adlandırılacaq) punk rok və hardcore punk ilə hip hop və rap rock Fusing vokal və instrumental elementlərin birləşdirilir.
Raphanis magna
Adi qıtıqotu (lat. Armoracia rusticana) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin qıtıqotu cinsinə aid bitki növü. Armoracia amoracia (L.) Cockerell, Fl. Boulder Colorado 130. 1911, orth. var. Armoracia armoracia (L.) Cockerell ex Daniels, Univ. Missouri Studies, Sc. Ser., 2. No.
Raphanistrum gayanum
Qırmızı turp (lat. Raphanus sativus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin turp cinsinə aid bitki növü. Başqa kökümeyvəlilərə nisbətən çox qısa müddətdə (18-25 günə) yetişir. Həm təbabətdə, həm də müxtəlif salatların hazırlanmasında istifadə olunur. Raphanistrum gayanum Fisch. & C.A.Mey. Raphanus acanthiformis Morel ex L.Sisley Raphanus acanthiformis J.M. Morel ex Sasaki Raphanus acanthiformis var. raphanistroides (Makino) Hara Raphanus candidus Vorosch. Raphanus chinensis Mill. Raphanus gayanus (Fisch.
Raphanus
Turp (lat. Raphanus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Yabanı halda Avropada və Asiyanın mülayim qurşaqlarında bitir. Becərilən turp, ağ turp, qara turp (lat.
Raphanus acanthiformis
Qırmızı turp (lat. Raphanus sativus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin turp cinsinə aid bitki növü. Başqa kökümeyvəlilərə nisbətən çox qısa müddətdə (18-25 günə) yetişir. Həm təbabətdə, həm də müxtəlif salatların hazırlanmasında istifadə olunur. Raphanistrum gayanum Fisch. & C.A.Mey. Raphanus acanthiformis Morel ex L.Sisley Raphanus acanthiformis J.M. Morel ex Sasaki Raphanus acanthiformis var. raphanistroides (Makino) Hara Raphanus candidus Vorosch. Raphanus chinensis Mill. Raphanus gayanus (Fisch.
Raphanus acanthiformis var. raphanistroides
Qırmızı turp (lat. Raphanus sativus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin turp cinsinə aid bitki növü. Başqa kökümeyvəlilərə nisbətən çox qısa müddətdə (18-25 günə) yetişir. Həm təbabətdə, həm də müxtəlif salatların hazırlanmasında istifadə olunur. Raphanistrum gayanum Fisch. & C.A.Mey. Raphanus acanthiformis Morel ex L.Sisley Raphanus acanthiformis J.M. Morel ex Sasaki Raphanus acanthiformis var. raphanistroides (Makino) Hara Raphanus candidus Vorosch. Raphanus chinensis Mill. Raphanus gayanus (Fisch.
Sexe, violence, Rap & flooze Vol.2
Sexe, Violence, Rap & Flooze Vol.2 - Busta Flexin 2008-ci ildə çıxan mahnı albomu.
JAP
JAP (JonDo Anonim Proksisi) — proqramının başlıca təyinatı internet istifadəçilərinin onlayn kimliyini ziyarət etdikləri saytlardan, internet xidmət provayderinizdən və internet bağlantını izləyən hər kəsdən gizlətməkdir. JAP bunu "Mixes" (Qarışıqlar) sistemindən istifadə etməklə reallaşdırır. Belə ki, istifadəçilərin məlumatları internetə çatmazdan öncə digər JAP istifadəçilərinin məlumatları ilə qarışdırılır. Əgər istifadəçi JAP anonimlik xidmətini aktivləşdiribsə və internetdən məlumat əldə etmək istəyirsə, həmin istifadəçinin sorğusu kodlaşdırılır, sonra isə çoxlu sayda qarışıqlardan ibarət "Mix Cascade" (Qarışıq şəlalə) adlı sistem vasitəsilə filtrasiya olunaraq həmin istifadəçinin internet bağlantısındakı kimlik məlumatları digər istifadəçilərin kimlik məlumatlarının müxtəlif hissələri ilə qarışdırır. Ən sonda isə istifadəçinin sorğusunun şifrəsini açaraq ona anonim olaraq istədiyi məlumatı əldə etməyə imkan verir.
MRAP
MRAP (ing: Mine Resistant Ambush Protected), ABŞ tərəfindən hazırlanmış zirehli, minaya davamlıdır və pusquya qarşı effektiv müdafiə təmin edən döyüş maşınıdır. Yol kənarında yerləşdirilmiş bombalardan içərisindəki şəxsi heyətini qorumaq üçün “V” şəkilli bir gövdəsi olan yüksək şassili nəqliyyat vasitələri, gərgin münaqişə regionlarına belə təhlükəsiz şəkildə şəxsi heyəti çatdıra və ya şəxsi heyəti həmin yerdən çıxartmağı təmin edə bilirlər. Fərqli növləri vardır: 4x4 və 6x6. Avtomobilin çəkisi və ölçüləri nəzərə alınmaqla 3 ayrı kateqoriyaya bölünür. Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunan MRAP vasitələri BMC Sanayi ve Ticaret A.Ş. və Nurol Holdinq tərəfindən istehsal olunur.
Qap
Qap (rayon)
RAM
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
RAİ
RAİ (Radiotelevisione Italiana) - İtaliyanın hökumətə bağlı milli kanalı. Ayrıca iki böyük müstəqil televiziya kanalı (Mediaset (sahibi Silvio Berluskoni) və Sky Italia) ilə rəqabət edən İtaliyanın ən böyük televiziya kanalıdır.
RIP
RIP (ing. Routing Information Protocol) — Kiçik şəbəkələr üçün nəzərdə tutulmuş dinamik marşuritizasiya protokoludur. Marşrutlar haqqında informasiyaları UDP 520 portundan istifadə etməklə paylaşır. RIP ən yaxşı marşrutu sıçrayışlara əsasən (hop count) təyin edir. Burdakı hər sıçaryış bir router mənasına gəlir. Maksimum gedə biləcəyi router sayı 15-dir. Yəni göndərilən paketlər 16-cı routerdə itir. RIP protokolu hər 30 saniyədə update-lər yayınlayır(öz cədvəlində olan diapazon siyahısı). İlk dəfə 1988-ci ildə yaradılmışdır. RIP versiya 1 classful routing protokol hesab olunur yəni bu protokol şəbəkə adreslərin düzgün anons olunmasını əks edə bilmir.
RTP
Rádio e Televisão de Portugal və ya RTP 1935-ci ildə Portuqaliyada yaradılmış bir dövlət radio və televiziya quruluşu. 1935-ci ildə RDP adına yayımına başlamış, 1955-ci ildə RTP adına yayımına başlamışdır. 1959-cu ildə Avropa Yayım İttifaqına tam üzv oldu.
Raps
Raps (lat. Brassica napus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Yağ alınan əhəmiyyətli bitkidir. XX əsrin sonlarında bu bitkidən biodizel alınması üçün istifadə olunması onun əhəmiyyətini bir qədər də artırıb. Yazlıq raps payızlıq raps qədər əhəmiyyət kəsb edir. Onun toxumlarının tərkibində 35-45% yarım-quruyan (yod ədəi 101) yağ, 21% zülal və 17-18%-ə qədər karbo-hidratlar vardır. Yazlıq raps yağı adətən texniki məqsədlər üçün istifadə olunur. Bu yağlar sabunbişirmə, toxuculuq, lak-boyaq, metallurgiya və digər sənaye sahələrində işlənir. Tərkibində eruk (35-40%) və linolen (10-13%) turşuları çox olduğuna görə qidalılıq dəyəri çox aşağıdır. Tərkibində eruk turşuları olmayan sortları yüksək dad keyfiyyətinə görə fərqlənir və qida sənayesində və sənayenin digər sahələrində geniş istifadə olunur.
Ray
Ray — L'Arc~en~Ciel qrupunun albomudur.
Raz
Raz- İranın Şimali Xorasan ostanının Bocnurd şəhristanının Raz və Cərgəlan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,735 nəfər və 1,282 ailədən ibarət idi.
Rep
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Tap
Tap (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Tap (film, 1989) — film.
Urap
Urap- buğa verilmiş tərəvəzlər ilə rəndələnmiş ədvalı kokos parçalarının qarışığından hazırlanan salat növü. Bu salat İndoneziya mətbəxinə, daha dəqiq desək, Yava mətbəxinə aid edilir. Urap salatından vegeterianlar üçün yeməklərə də aid edilir.
WAP
Simsiz tətbiqi proqram protokolu və ya Naqilsiz Qoşulma Protokolu - (ing. Wireless Application Protocol — abbr. WAP) — mobil telefonları, peycerləri və başqa daşınan qurğuları e-poçt və mətn əsaslı veb-səhifələrə təhlükəsiz giriş ilə təmin etmək üçün standart. 1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s. bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir. WAP (Wireless Application Protocol) haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətləri və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org Arxivləşdirilib 2006-06-10 at the Wayback Machine) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox irihəcmli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal-hazırda 500-dən çox şirkət bu konsorsiuma üzvdür.
YAP
Yeni Azərbaycan Partiyası və ya qısaca YAP — "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib. 1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub. 2024-cü ilin may ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 730 min nəfərdən çox üzvü var.
Zap
Zap - silmək, yox etmək (ru. уничтожать, затирать) – faylın uzaqlaşdırılması, məsələn, onun bütün informasiyasının fiziki yox edilməsi; informasiya daşıyıcısının, adətən, statik elektrik yükü ilə zədələnməsi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çap
Kalibr (ar: ‏قالب / qālib, Az: qəlib), 1 düymənin yüzdə birinə bərabər olan ölçü vahididir. 1 kalibr 0,254 millimetrə bərabərdir.
Raf
Raf (əsl adı Raffaele Ryefoli, it. Raffaele Riefoli; 29 sentyabr 1959, Marqerita di Savoia[d], Apuliya) — İtaliya müğənnisi. Raf 29 sentyabr 1959-cu ildə İtaliyada dünyaya gəlib. Raf 1984-cü ildə buraxdığı "Raf" adlı ilk albomu ilə solo karyerasına start verir. Albomdan olan "Self Control" adlı ilk sinql nəinki İtaliya, bütün Avropada böyük hitə çevrilir. Elə həmin il mahnı amerikan müğənnisi Lora Breniqan tərəfindən yazdırılır. Onun versiyası Avstriya, Kanada, Almaniya və İsveçrə kimi ölkələrdə 1-ci, həmçinin ABŞ-ın Billboard Hot 100-də 4-cü yeri tutur. "Self Control" 1980-lərin əsas mahnılarından birinə çevrilir. 1993-cü ildə müğənni Riki Martin də mahnının uğurlu kaverini buraxır. 1987-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Raf Umberto Totsi ilə birlikdə İtaliyanı "Gente di mare" mahnısı ilə təmsil edirlər.
GAP
Gələcək Azərbaycan Partiyası və ya qısaca GAP — Azərbaycanın siyasi partiyalarından biri. 23 fevral 2014-cü ildə keçirilən təsis qurultayı ilə əsası qoyulmuşdur. 15 dekabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır. 2014-cü ildən etibarən partiyanın sədri Ağasif Şakiroğludur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Gələcək Azərbaycan Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur. 20 dekabr 2013-cü ildə təsis konfransı keçirilib. 23 fevral 2014-cü il tarixində isə 1-ci təsis qurultayı keçirilib. Və bununlada bir partiya olaraq siyasi fəaliyyətinə başlamışdır. GAP-ın ilk və hazır ki sədri Ağasif Şakiroğludur. Ağasif Şakiroğlu — Partiya sədri Aslan Həmidli — Partiya sədrinin Səlahiyyətli Nümayəndəsi Rəşid Nazim — Mərkəzi icra aparatının sədri Zamil Zərbəliyev — Mühacirətda yaşayan azərbaycanlılarla iş üzrə sədr müavini Rəşad Məhəmmədov — İqtisadi Məsələlər üzrə sədr müavini Xətayə Xasməmmədova — Qadınlarla iş üzrə sədr müavini Sabir İbrahimov — Kütləvi Aksiyaların təşkili ilə iş üzrə sədr müavini Elnur Qasımov — Ali Məclisin sədri Namir Həsənli — Gənclər Komitəsinin sədri Cəfər İsmayılov — GAP sədrinin müşaviri Eks spiker — Rəsul Quliyev Eks deputat — Solmaz Ələsgərova Eks deputat — Akif Şahbazov Rejisor — Elşən Məmmədov AMEA üzvü — Ağa Abdullaoğlu Partiya 2015-ci il parlament seçkilərində iştirak etmək istəsə də, tam qanunsuz olaraq seçkilərə buraxılmamışdır.
Ran Ran Şou
Ran Ran Şou və ya Şao Jenlen (d. 19 noyabr, 1907, Tsin imperiyası – ö. 7 yanvar, 2014, Honkonq, Çin) — Honkonq mediamaqnatı, milyarder, mesenat, Ran Ran Şou mükafatının təsisçisi. 19 noyabr 1907-ci ildə anadan olub. Şou adlı qardaşı ilə Shaw Organisation adlı beynəlxalq media şirkətini təsis edib və 1958-ci ildə onu Shaw Brothers adlı aparıcı Asiya kinostudiyasına çevirib. 1967-ci ildə dünyada ən iri teleşirkət olan TVB-ni yaradıb. Mesenatlıqla məşğul olmuş, xeyriyyə, tibbi və təhsil təşkilatlarına kömək etmişdir. 2002-ci ildə öz adına təsis etdiyi nüfuzlu elmi mükafatı "Asiyanın Nobel mükafatı" da adlandırırlar. Mükafatın həcmi bir milyon dollardır və riyaziyyat, astronomiya və tibb sahəsi üzrə verilir.
Brassica rapa subsp. rapa
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.