Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Senecio retortus
Senecio retortus (lat. Senecio retortus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Report.az
"Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir. == Tarixi == "Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır. == Haqqında == "Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar. Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir. "Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.
Basqal Resort & Spa
Kent Music Report
Kent Music Report — David Kent tərəfindən 1974 - cü ildə yaradaılmış nüfuzlu Avstraliya hit paradı.
Report İnformasiya Agentliyi
"Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biridir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir. == Tarixi == "Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır. == Haqqında == "Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar. Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir. "Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.
U.S. News & World Report
U.S. News & World Report — Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda dərc edilən xəbər jurnalı. Həftəlik dərc olunur və ümumiyyətlə, siyasət, təhsil, yeni hadisələr və iqtisadi hadisələr ilə bağlı xəbərlər yayımlanır. ABŞ-dakı universitetlər ilə bağlı dərc etdiyi reytinqlər ilə məşhurdur.
Deport
Pretor
Pretor (lat. praetor, lat. prae-ire — irəlidə getmək, idarə etmək) — Qədim Romada dövlət vəzifəsi. Tarixi dövrlərdən asılı olaraq bu vəzifənin məzmunu və funksiyası müxtəlif olmuşdur. İlkin respublika dövründə iki ali magistrat — konsul və diktator pretor adlandırılırdı. E.ə. 367 ci ildə Litsini-Seksti qanunlarına görə ali dövlət vəzifəsi konsul, ondan sonrakı ikinci dərəcəli vəzifə pretor adlandırılırdı və onun əsas səlahiyyətlərinə ancaq vətəndaşların işlərinə baxan şəhər məhkəməsi daxil idi. Konsul olmadıqda ali hakimiyyət onun səlahiyyətinə keçmiş olurdu. E.ə. 242 ci ildən başlayaraq iki pretor seçilməyə başlanılır:Roma vətəndaşları arasındakı məhkəmə işlərinə rəhbərlik üçün, şəhər pretoru (lat.
Reborn
Reborn - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı altıcı albomdur. Albom 2008-ci ildə Avropa və Macarıstanda satışa çıxarılıb. Həmçinin alboma daxil olan iki mahnıya - "Reborn" və "Prayers" mahnılarına klip də çəkilib.
Reitoru
Reitoru (fr. Reitoru) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hikuerudan 50 km cənub-qərbdə yerləşir. == Coğrafiya == Adanın sahəsi 1,39 km²-dir. Daxilində laqun vardır. Laqunun sahəsi 0,57 km²-dir. Okean suları ilə heç bir təması yoxdur. == İnzibati bölgüsü == İnzibati baxımından Hikueru kommunasına daxildir. == Tarixi == Ada 1768-ci ildə fransız Lui Antuan Bugenvil tərəfindən kəşf edilir. Bir il sonra ada sahillərinə ingilis səyyah Ceyms Kuk yan alır və adanı Byord və ya Quş adası adlandırır.
Rekord
Rekord (lat. 'recordum «yadasalınan» ing. record) — hansısa sahədə ən böyük nailiyyət. Daha böyük nailiyyət əldə edən şəxs rekordsmen adlanır.
Rektor
Rektor (lat. rector — idarə edən, rəhbər) — ali məktəbin rəhbəri. Dirçəliş dövründə çoxsinifli məkəblərin baş müəllimləri və müdirləri rektor adlanırdı. Fransada tədris dairəsinin ("Akademiya") rəhbəri də rektor adlanır.
Retro
Retro ( lat. Retro «geriyə», «geriyə yönəlmiş») — mədəni və maddi dəyər kəsb edən, gündəlik həyatda az rast gəlinən, köhnə əşyaları və ya halları xarakreiska etmək üçün abstrakt bədii-tarixi termin. == Mənbə == «Стиль ретро» в Интерактивной Энциклопедии современного языка Жаргон.
Rotor
Rotor (latınca rotare - dönmək) — val tipli fırlanan maşın hissəsi olub tətbiq sahəsindən asılı olaraq müəyyən funksiyanı yerinə yetirir. Elektrik mühərriklərində üzərində məftildən ibarət dolaq olan val, vertolyotlarda uc hissəsində pərlər bərkidilmiş val buna misaldır. Avtomatik axın xətlərində də işçi rotor adlanan mexanizm emal olunan hissələrin bir mövqedən başqasına aparmağa xidmət edir. İşçi rotor sərt sistem olub, üzərində müxtəlif elementlər (ştoklar,tutqaclar) bərkidilmiş valdan ibarətdir. Bu elementlərin hərəkəti ya mexaniki, ya da hidravlik yerinə yetirilir.
Setor
Setor (tac. сетор) — Tacikistanın şərq bölgələrində, Pamir mədəniyyəti daxilində çalınan simli musiqi aləti. Bu, İran setarından xeyli böyükdür, daha çox Özbəkistan tənburu və ya Hindistan sitarına bənzəyir. Setorun metal simləri var və barmaq mizrabı ilə çalınır. Setorun gövdəsi dütar kimi hazırlanır, qabırğaları ayrıdır. Səs lövhəsi yumşaq ağacdan hazırlanmışdır, içərisinə səs dəlikləri qazılmışdır. Ümumiyyətlə 10 metal simi var. Lövhələr neylon və ya bağırsaqa sarılmışdır.
Quyruq rotoru
Tək rotorlu vertolyotların quyruğunun ucunda yerləşən, şaquli və ya şaquliyə yaxın bir formada olan, ölçüsü əsas rotordan daha kiçik olan quyruq rotorudur. Quyruq rotoru, əsas rotordan qaynaqlanan öz ətrafında fırlanmanın qarşısını almaq üçün bir qüvvə yaradır və pilotun vertolyotu döndərməsinə imkan verir.
Toronto Reptors
Toronto Reptors — Ontario əyalətini Toronto şəhərini təmsil edən Kanadanın peşəkar basketbol klubu. ABŞ Milli Basketbol Liqasındakı (NBA) Şərq Konfransının Atlantik qrupunda mübarizə aparır.
Tyto detorta
Keyp-Verde alabayquşu (lat. Tyto detorta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Vertolyot rotoru
Vertolyotun rotor sistemi və ya vertolyot rotoru bir vertolyotu havaya qaldırmaq üçün tələb olunan aerodinamik qalxma qüvvəsi yaradan rotor sistemidir. Tək rotorlu vertolyotlarda əsas rotor gövdənin yuxarı hissəsinin ortasında yerləşir. Quyruq hissəsinin sonunda isə bir quyruq rotoru mövcuddur.
Tort
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü == Tort müxtəlif ölkələrdə == Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Remot yarımadası
Remot yarımadası — Baffin Torpağının şərqində yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. İnuitlərə aid Pont-İnlet kəndindən 295 km (183 mil) şimal-qərbdə, Klyat-riverdən 980 km şimal-şərqdə yerləşir. Remot yarımadası adaya cənub-qərb hissədən ensiz bərzəxlə birləşir. Yarımadanın uzunluğu 61 km (38 mil), maksimal eni isə 27 km (17 mil). Yarımada dağlıqdır. Ərazisində aktiv hərəkətdə olan buzlaqlar vardır. Ən Böyük zirvəsi Ukpik pikidir. Hündürlüyü 1809 metrdir. Remot gölü isə yarımadanın şimal-şərqində yerləşir.
Retro Gamer
"Retro Gamer" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı. "Future plc" tərəfindən nəşr olunur. Fərdi kompüterlər, "ZX Spectrum", "NES", "PlayStation" və başqaları kimi oyun konsolları üçün retrogeyminq və klassik oyunlar üzrə ixtisaslaşmışdır. == Tarixi == "Retro Gamer" 2003-cü ilin dekabrından nəşr edilir. Jurnalın əsas mövzusu, əsasən, 1980–1990-cı illərdə buraxılmış köhnə oyunlardır. İlk illərdə jurnalın nömrələrində əlavə materiallardan ibarət CD də verilirdi, lakin sonradan bu, ləğv edilmiş, əvəzinə jurnalın vebsaytı fəaliyyətə başlamışdır. Jurnal öz dizaynında köhnə kompüter qrafikasının stilizasiyasından istifadə edir. "Retro Gamer"in ilk naşiri "Live Publishing" idi, lakin nəşriyyat 2005-ci ilin avqustunda müflis olmuş və jurnalın naşiri "Imagine Publishing" olmuşdur. 2016-cı ildən jurnal "Imagine Publishing" nəşriyyatını öz üzərinə götürmüş "Future plc" tərəfindən nəşr olunur. == Mükafatlar == "Retro Gamer" 2010-cu ildə "İlin ən yaxşı jurnalı" kateqoriyasında "Games Media Awards" mükafatını qazanmışdır.
Architectural Record (jurnal)
Architectural Record - ABŞ-də nəşr olunan memarlıq jurnalı. == Haqqında == "Architectural Record" aylıq yayımlanan və memarlıqdan bəhs edən ABŞ jurnalıdır. "MakQrav-Hill Construction" tərəfindən Nyu-York şəhərində nəşr olunur. Jurnalın 120 ildən çox yaşı var. Jurnalın əsas məqsədi yeni yetişən və ya təcrübəli memarlar haqqında son xəbərləri və memarlıq sahəsində baş verən yenilikləri oxucular çatdırmaqdır. Jurnal ilə Amerika Memarlıq İnstitutu (AMİ) arasında sıx əlaqə mövcuddur. Jurnalda və jurnalın rəsmi saytında tez-tez AMİ ilə bağlı xəbərlər yayınlanır. Architectural Record jurnalının 1910-cu il may buraxılışında Pablo Pikassoya aid ən vacib əsər olan "Aviynonlu Qızlar"la bağlı və Qelett Burqesə aid "The Wild Men of Paris" (Parisdəki Çılğın Adamlar) adlı bir məqalə yayınlandı. Bu yazı Pablo Pikasso və Corci Braquein əsasını qoyduqları kubizm cərəyanının Amerika mətbuatındaki ilk yayınlarından biridir. Jurnalın ofisi Nyu-York şəhərinin Manhetten bölgəsindəki "Two Penn Plaza" binasının 9-cu mərtəbəsində yerləşir.
Ceyhun Məmmədov (rektor)
Ceyhun Məmmədov (28 yanvar 1975, Şükürbəyli, Cəbrayıl rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru. == Həyatı == Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1991–1994-cü illərdə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır. 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır. 2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1998–2001-ci illərdə İrşad İslam Araşdırmaları mərkəzində tərcüməçi, 2001–2002-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə baş mütəxəsis kimi çalışmışdır. 2002–2012-ci illərdə Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri olmuş, həmçinin "Dövlət və Din" ictimai fikir toplusunun redaktoru olmuşdur. 2012–2013-cü illərdə Avrasiya Tərcümə Mərkəzində tərcüməçi kimi çalışmışdır. 2013–2014-cü illərdə AMEA-nın Şərqşünaslıq institutunda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olmuşdur. 2015–2018-ci illərdə AR Prezidentinin Adminstrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
Elmar Qasımov (rektor)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Elxan Hüseynov (rektor)
Elxan Bahadur oğlu Hüseynov (1 yanvar 1948, Kirovabad) — Sumqayıt Dövlət Universitetinin rektoru (2014-2023)), Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri, professor. == Həyatı == Elxan Bahadur oğlu Hüseynov 1 yanvar 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə Gəncə şəhəri 18 nömrəli tam orta məktəbi bitirmişdir. 1966–1967-ci illərdə Azərbaycan dəmir yolu Gəncə şəhəri Vaqon deposunda defektoskopist vəzifəsində çalışmışdır. 1967–1970-ci illərdə Yüngül Sənaye Nazirliyinin Elmi-Tədqiqat laboratoriyasında laborant, 1970–1971-ci illərdə Azərbaycan LKGİ Oktyabr rayon komitəsində təlimatçı, 1971–1973-cü illərdə Azərbaycan Dövlət Universitetində Komsomol komitəsi katibinin müavini vəzifələrində çalışmışdır. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir[2]. 1973–1974-cü illərdə ordu sıralarında xidmət keçmiş, 1974–1978-ci illərdə Yerli Sənaye Texnologiya texnikumunda komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Bakı şəhər komitəsində təlimatçı, Azərbaycan KP Oktyabr Rayon Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. 1978–1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin Partiya Komitəsi Katibinin müavini olmuş, 1991–1995-ci illərdə Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1995–1999-cu illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999–2002-ci illərdə BDU-nun birinci prorektoru-tədris işləri üzrə prorektoru vəzifələrində çalışmışdır. 2002–2010-cu illərdə Azərbaycan Respublikasından kənarda diplomatik fəaliyyətdə olmuşdur.