Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Divano
Divano – Eric Levinin 2000-ci ildə Era musiqi layihəsi adından çıxardığı Era 2 adlı albomdan olan sinql. Mahnının musiqisi Eric Leviyə məxsusdur, sözləri isə Bibliya mətnləridir. Mahnıya həmçinin kli də çəkliib.
Kivano
Kivano (lat. Cucumis metulifer) — meyvə növü. Kivano meyvəsi Avropa, Şimali Amerika, Mərkəzi və Cənubi Afrikada geniş yayılıb. Bu meyvə qeyri-adi görünüşə malikdir. Belə ki, onun səthi qorxulu tikanlarla örtülüb. İçərisində isə yaşıl maye yığılıb. Dadı banan, kivi və limonun qarışığına bənzəsə də, meyvədən yemiş ətri gəlir.
Anar Rizvanov
Anar Tofiq oğlu Rizvanov — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi veteranı. == Hərbi xidməti == Mayor Anar Rizvanov Azərbaycan Prezidenti İlham Əliyevin 7 mart 2019-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. === Vətən müharibəsi === Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının polkovnik-leytenantı olan Anar Rizvanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Rizvanov "Zəfər" ordeni ilə təltif edildi.
Boris Livanov
Boris Nikolayeviç Livanov (rus. Бори́с Никола́евич Лива́нов; 25 aprel (8 may) 1904, Moskva – 22 sentyabr 1972, Moskva) — sovet aktyoru, teatr rejissoru, SSRİ xalq artisti (1948), Stalin mükafatı (1941, 1942, 1947, 1949, 1950) və SSRİ Dövlət mükafatı (1970) laureatı, Vasili Livanovun atası. == Həyatı == Boris Livanov 1924-cü ildən Moskva Bədaye Teatrının aktyoru, 50-ci illərdən eyni zamanda rejissoru olmuşdur. Ən yaxşı rolları Şvandiya ("Lyubov Yarovaya", K.Trenyov), Nozdryov ("Ölü canlar", N.Qoqolun eyniadlı əsəri üzrə), Solyonı ("Üç bacı", A.Çexov), Rıbakov ("Kreml saatı", N.Poqodin), Yeqor Bulıçov ("Yeqor Bulıçov və başqaları", M.Qorki), Dmitri Karamazov ("Karamazov qardaşları", F.Dostoyevskinin eyniadlı əsəri üzrə) və b. olmuşdur. 1924-cü ildən kinoda çəkilmişdir. "Dubrovski" (1936), "Baltik deputatı" (1937), "Minin və Pojarski" (1939), ""Varyaq" kreyseri" (1947), "Admiral Uşakov" (1953), "Dəniz haqqında poema" (1958) və. Lenin ordeni, 5 başqa orden və medallarla təltif edilmişdir.
Aleksandr İvanov
Aleksandr İvanov (cangüdən) — Heydər Əliyevin şəxsi mühafizəsinin keçmiş rəhbəri Aleksandr İvanov (rəssam) — Rus rəssamı. Aleksandr İvanov (rejissor) — SSRİ rejissoru. Aleksandr İvanov (güləşçi) — sərbəst güləşçi.
Konstantin İvanov
Konstantin Vasilyeviç İvanov (çuvaş Пăртта Кĕçтентинĕ, 15 may 1890-cı il, Slakbaş kəndi, Bələbəy rayonu, Ufa quberniyası - 13 mart 1915-ci il elə orda) — çuvaş şairi, çuvaş ədəbiyyatının klassiki. O, həmçinin çuvaş poeziyasının banisi sayılır. Məşhur "Narspi" poemasının müəllifidir. == Həyatı == === İlk illəri === Partta qəbiləsinə (çuvaş "Пăртта") məxsus sadə kəndli ailəsində anadan olub. Ailədə təhsilə xüsusi önəm verilirdi - baba, ata, xala, bir çox qohumlar təhsilli və savadlı idilər. K.İvanovun atası mahalın ən varlı adamlarından biri ayılırdı. O, təsərrüfatda aqronomiya və iqtisadi biliklərindən istifadə edirdi. Konstantin səkkiz yaşından etibarən 1902-ci ildə məzun olduğu kənd məktəbində təhsil alır. Ardınca Bələbəy şəhər məktəbində oxuyur. Sonra atası onu Simbirsk Çuvaş müəllimlər məktəbinin ("Yakovlevskaya") hazırlıq sinfinə yerləşdirir.
Rudolf İvanov
Rudolf İvanov — rus professor; Böyük Vətən müharibəsi veteranı; Rusiya Jurnalistlər və Yazıçılar İttifaqlarının üzvü; Azərbaycanın "Dostluq" ordeni kavaleri; AMEA Tarix İnstitutunun fəxri professoru; Naxçıvan Dövlət Universitetinin fəxri doktoru; BMT-nin "Dünya informasioloqlar elitası" beynəlxalq mükafatı laureatı; rus qafqazşünası. Rudolf Nikolayeviç İvanov 1931-ci il mayın 18-də Pyatiqorskda anadan olub. O, 27 kitabın, 200-dən çox məqalə və oçerkin müəllifidir. Bu əsərlərin böyük bir qismi Rusiya İmperiyasının və Qafqazın tarixinə həsr edilib. R.İvanovun qələminin məhsulları arasında “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” kitabı xüsusi yer tutur. Bu nəşrdə 475 tarixi sənəd, o cümlədən Nərimanovun nadir nəşrlərdən seçilmiş məqalələri və nitqləri toplanıb. R.İvanovun “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər” kitabı da böyük maraqla qarşılanıb.
Vyaçeslav İvanov
Vyaçeslav İvanov (şair) — şair. Vyaçeslav İvanov (filoloq) (1929—2017) — Rusiya dilçisi, antropoloqu.
İlya İvanov
İlya İvanoviç İvanov (rus. Илья́ Ива́нович Ивано́в; 20 iyul (1 avqust) 1870, Şiqrı[d], Kursk quberniyası[d], Rusiya imperiyası – 20 mart 1932, Almatı, Qazaxıstan MSSR, SSRİ) — süni mayalanma və heyvanların növlərarası hibridləşdirilməsi sahəsində ixtisaslaşmış rus və sovet bioloqu idi. Üç dişi şimpanzeni insan sperması ilə toxumlayaraq insan meymun hibridini yaratmaq üçün mübahisəli cəhdləri ilə məşhurdur (nəticəsiz). == Tərcümeyi-halı == İlya İvanoviç İvanov, Rusiyanın Kursk quberniyasının Şiqrı şəhərində anadan olub. 1896-cı ildə Xarkov Universitetini bitirmiş və 1907-ci ildə tam professor olmuşdur. Askania-Nova təbiət qoruğunda, Dövlət Təcrübə Baytarlıq İnstitutunda (1917–1921, 1924–1930), Ev Heyvanlarının Reproduksiyası Tədqiqatı Mərkəzi Təcrübə Stansiyasında (1921–1924) və Moskva Ali Zooteknik İnstitutunda (1928–1930) tədqiqatçı kimi işləmişdir. 20-ci əsrin əvvəllərində İlya İvanov süni mayalanma və at yetişdirmə üçün praktiki istifadəsini mükəmməlləşdirdi. Bu texnologiyanın bir ayğının 500-ə qədər dişi dölləməsini (təbii gübrələmə ilə 20–30 əvəzinə) təmin etdiyini sübut etdi. Nəticələr həmin zaman üçün sensasiyalı idi və İvanovun stansiyasına dünyanın bir çox yerindən at yetişdirənlər gəlirdi. Sovet elmi dünyasında ümumi bir siyasi sarsıntı zamanı İvanov və primat tədqiqatları və təcrübələrində iştirak edən bir sıra elm adamları mövqelərini itirdilər.
İvanov adası
İvanov adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Coğrafiyası == Arxipelaqın şimal-şərqində yerləşir. Rayner adasında yerləşən Bauerman burnundan 700 m aralıda yerləşir. Uzunsov formaya malikdir. Uzunluğu 600 metrdir. Mərkəzi hissəsində qaya vardır. Buzdan tam azaddır. == Tarixi == Ada rus qütb araşdırmaçısı İvan Markeloviçin şərəfinə adlandırılmışdır.
İvano-Frankovsk
İvano-Frankovsk (ukr. Івано-Франківськ, Iwano-Frankiws'k, pol. Iwano-Frankowsk) — Ukraynada şəhər. Ukraynanın qərbində, Rumıniya sərhədində yerələşir. Əhalinin sayı təxminən 224700 nəfərdir. Şəhər 83,73 km²-lik bir sahədə yerləşir. İvano-Frankovsk şəhəriçi avtobuslar, trolleybuslar və taksilər daxil olmaqla geniş ictimai nəqliyyat şəbəkəsinə malikdir. Şəhərdə bir dəmiryol vağzalı yerləşir. Şəhər 1650-ci ildə Stanislavov adı ilə yaradılmışdır.
Aleksandr Nikolayeviç İvanov
Aleksandr Nikolayeviç İvanov (10 yanvar 1951, Suntar ulusu, Yakutiya MSSR) — sovet sərbəst güləşçisi, olimpiya oyunlarının gümüş medalçısı, dünya və Avropa mükafatçısı, dəfələrlə SSRİ çempionu. Əməkdar idman ustası (1976). Yakutiya MSSR əməkdan məşqçisi. == Bioqrafiyası == 1951-ci ildə Yakutiyada doğulmuşdur. İlk əvvəl 1966-cı ildə sərbəst güləşlə məşğul olur.. 1968-ci ildə «Hərbi birləşmələr», 1969 ildə «Məhsul», 1970 ildən isə «Spartak» (Yakutiya) kulublarında yarışmışdır. 1970 ildən Alma-Atıya köçmüş və Qazax dövlət bədəntərbiyəsi institutunu təmsil edir. == İdman naliyyətləri == 1970-ci ildə SSRİ sərbəst güləş üzrə ölkə çempionatında 6 yeri tutur. 1972 ildə «Burevestnik», 1972 ildən karyerasının sonuna qədər «Hərbi birləşmələr» klubunda davsm etdirmişdir. 1972 və 1973-ci illərdə keçirilən SSRİ sərbəst güləş üzrə ölkə çempionatlarında ikinci yeri tutur.
Aleksandr İvanov (cangüdən)
Aleksandr İvanov (tam adı: Aleksandr Alekseyeviç İvanov; rus. Александр Алексеевич Иванов 12 iyul 1950, Bakı – 21 dekabr 2017, Bakı) — Heydər Əliyevin şəxsi mühafizəsinin keçmiş rəhbəri və "İnterfaks-Azərbaycan" agentliyinin baş direktoru. Azərbaycan cəmiyyətində daha çox "Saşa" adı ilə tanınıb. == Həyatı == Aleksandr Alekseyeviç İvanov 1950-ci ilin 12 iyul tarixində Bakıda anadan olub. Uzun müddət SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib. 1978-ci ildən 1982-ci ilə qədər Azərbaycan SSR KQB-nin 5-ci diviziyası nəzdində 9-cu bölmənin baş təhlükəsizlik işçisi və Heydər Əliyevin cangüdəni olub.1987-ci ilin oktyabrından Heydər Əliyevin Siyasi Bürodakı vəzifəsindən uzaqlaşdırılmasına qədər onunla olub.A.İvanov 2005-ci ilin avqust ayında "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru təyin edilib.O, dekabrın 21-də beyninə qan sızması nəticəsində vəfat edib. İvanovla vida mərasimində Azərbaycanın ictimai və siyasi xadimləri, jurnalistlər, güc strukturlarının işçiləri iştirak edib. Milli Qvardiyanın əsgərləri Azərbaycan Prezidenti İlham Əliyevin adından əklil qoyublar. Aleksandr İvanov Yasamal qəbiristanlığında dəfn edilib. Onun məzarı üzərinə dövlət strukturları, dostları və qohumları tərəfindən güllər və əklillər düzülüb.
Aleksandr İvanov (güləşçi)
Aleksandr Nikolayeviç İvanov (10 yanvar 1951, Suntar ulusu, Yakutiya MSSR) — sovet sərbəst güləşçisi, olimpiya oyunlarının gümüş medalçısı, dünya və Avropa mükafatçısı, dəfələrlə SSRİ çempionu. Əməkdar idman ustası (1976). Yakutiya MSSR əməkdan məşqçisi. == Bioqrafiyası == 1951-ci ildə Yakutiyada doğulmuşdur. İlk əvvəl 1966-cı ildə sərbəst güləşlə məşğul olur.. 1968-ci ildə «Hərbi birləşmələr», 1969 ildə «Məhsul», 1970 ildən isə «Spartak» (Yakutiya) kulublarında yarışmışdır. 1970 ildən Alma-Atıya köçmüş və Qazax dövlət bədəntərbiyəsi institutunu təmsil edir. == İdman naliyyətləri == 1970-ci ildə SSRİ sərbəst güləş üzrə ölkə çempionatında 6 yeri tutur. 1972 ildə «Burevestnik», 1972 ildən karyerasının sonuna qədər «Hərbi birləşmələr» klubunda davsm etdirmişdir. 1972 və 1973-ci illərdə keçirilən SSRİ sərbəst güləş üzrə ölkə çempionatlarında ikinci yeri tutur.
Aleksandr İvanov (rejissor)
Aleksandr Qavriloviç İvanov (31 iyul (12 avqust) 1898, Boroviçi qəzası[d], Novqorod quberniyası[d] – 20 avqust 1984, Leninqrad) — rejissor. == Həyatı == Aleksandr Qavriloviç İvanov 12 avqust 1898-ci ildə Novqorod Quberniyasında anadan olub. Peterburq Ticarət məktəbində (1909-1916), “Kinosever” kinostudiyasının kurslarında (1925, Sankt-Peterburq) təhsil alıb. “Sovkino” kinostudiyasında (Sankt-Peterburq) rejissor assistenti (1925-1927), quruluşçu rejissor (1927-1948), “Lenfilm”də rejissor (1948-1967), bədii rəhbər (1967) kimi çalışıb. Azərbaycan kinosunda da fəaliyyət göstərmişdir. Latviyanın əməkdar artisti (1947), SSRİ xalq artisti (1964) adlarını qazanıb. Aleksandr İvanov 20 avqust 1984-cü ildə vəfat edib.
Aleksandr İvanov (rəssam)
Aleksandr Andryeviç İvanov (16 (28) iyul 1806, Sankt-Peterburq – 3 (15) iyul 1858, Sankt-Peterburq) — Rus rəssam. Neoklassizm cərəyanına mənsub olmuşdur. Rusiyanın Sankt-Peterburq şəhərində doğulmuş və vəfat etmişdir. İvanov Karl Brillov ilə birlikdə, atası A. İvanovun yanında Çar İncəsənət Akademiyasında işləmişdir. Həyatının böyük hissəsini İtaliyanın Roma şəhərində keçirmiş və burada yazıçı Nikolay Qoqol ilə dost olmuşdur. Ən məşhur əsəri hazırda Moskvada Tretyakov qalereyasında sərgilənən "İsanın insanlar görünüşü" əsəridir.
Vyaçeslav İvanov (II)
Vyaçeslav Vsevolodoviç İvanov (rus. Вячесла́в Все́володович Ива́нов, 21 avqust 1929, Moskva, SSRİ — 7 oktyabr 2017, Los Anceles, ABŞ ) — Rusiya dilçisi, antropoloqu, filologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki. == Həyatı == == Monoqrafiyaları == Труды по этимологии индоевропейских и переднеазиатских языков. Т.1. Индоевропейские корни в хеттском языке. М., ЯСК-Знак. 2007. 562 стр. 800 экз. (кандидатская диссертация, написана в 1955 году, опубликована в 2007 году) Иванов Вяч.
Vyaçeslav İvanov (filoloq)
Vyaçeslav Vsevolodoviç İvanov (rus. Вячесла́в Все́володович Ива́нов, 21 avqust 1929, Moskva, SSRİ — 7 oktyabr 2017, Los Anceles, ABŞ ) — Rusiya dilçisi, antropoloqu, filologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki. == Həyatı == == Monoqrafiyaları == Труды по этимологии индоевропейских и переднеазиатских языков. Т.1. Индоевропейские корни в хеттском языке. М., ЯСК-Знак. 2007. 562 стр. 800 экз. (кандидатская диссертация, написана в 1955 году, опубликована в 2007 году) Иванов Вяч.
Vyaçeslav İvanov (şair)
İvanov Vyaçeslav İvanoviç (16 (28) fevral 1866, Moskva – 16 iyul 1949[…], Roma) — rus şair-simvolisti, filosof, tərcüməçi, dramaturq, ədəbi tənqidçi. Filologiya elmləri doktoru, "Gümüş əsrin" ideya ruhlandırıcılarından biri. == Həyatı və yaradıcılığı == Geodezist ailəsində anadan olmuşdur; Birinci Moskva Gimnaziyasını bitirib təhsilini əvvəl Moskva Universitetinin tarix-filologiya fakültəsində (1884-1886, iki kurs), sonra isə Berlin Universitetində (1886-1990) davam etdirmiş və orada filologiyadan başqa Mommzenin rəhbərliyi altında tarixlə və fəlsəfə ilə də çox məşğul olurdu. 1896-cı ildə Girşfeld və Mommzen onun dissertasiyasını qəbul etmiş, lakin elmi dərəcəyə şifahi imtahanı İvanov verməmişdir. İvanovun dünya görünüşünə ən çoxNitse, Vladimir Solovyev, slavyanofillər, alman romantikləri (Novalis, Fridrix Gelderlin) təsir göstərmişlər. O, çox səyahət edir, 1891-ci ildən başlayaraq Avropanın böyük bir hissəsini gəzmiş (bir müddət Afinada. Sonralar Cenevrədə yaşamışdır), Fələstinə, Misirə səfər etmişdir. Əsasən İtaliya və Rusiyada yaşamışdır (son olaraq 1924-cü ildə İtaliyaya köçmüşdür). 1894-cü ildə şairə və tərcüməçi Lidiya Zinovyeva-Annibal ilə tanış olmuş və o, sonralar İvanovun həyata yoldaşı olmuşdur. O zaman İvanovlar ailəsinin yaxın dostlarında biri М. М. Zamyatina olmuşdur; o, şairə ölümünə kimi 1920-ci ilə kimi böyük köməklik göstərmişdir.
İvan İvanov-Vano
İvan Petroviç İvanov-Vano (rus. Иван Петрович Ивонов-Вано; d. 8 fevral 1900, Moskva, Rusiya imperiyası - ö. 25 mart, 1987, Moskva, Rusiya) — sovet kinorejissoru, rəssam və ssenari müəllifi. SSRİ Xalq Artisti (1985). == Mükafatları == SSRİ Xalq Artisti (1985) RSFSR xalq artisti (1969) Vasilyev qardaşları adına RSFSR dövlət mükafatı (1970) "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni iki dəfə "Qırmızı əmək bayrağı" ordeni == Filmoqrafiya == Üç muşketyor (cizgi filmi, 1938) Moydodır (cizgi filmi, 1939) Qış nağılı (cizgi filmi, 1945) Qazlar və qu quşu (cizgi filmi, 1949) Qar qızı (cizgi filmi, 1952) Meşə konserti (cizgi filmi, 1953) Cəsur dovşan (cizgi filmi, 1955) On iki ay (cizgi filmi, 1956) Dostluq haqqında mahnı (cizgi filmi, 1957) Buratinonun macəraları (cizgi filmi, 1959) Sehrli göl (cizgi filmi, 1979) Çar Sultan haqqında nağıl (cizgi filmi, 1984) == Mənbə == Сергей Капков. Энциклопедия отечественной мультипликации. М: Алгоритм, 2006. Иванов-Вано Иван Петрович. Советская энциклопедия.
Sirilo Antonio Rivarola Akosta
Sirilо Antonio Rivalo Аkosta (isp. Cirilo Antonio Rivarola Acosta; 1836, Eusebio-Ayala[d], Kordilyera[d] – 31 dekabr 1878, Asunson) - Paraqvaylı siyasətçi və dövlət xadimi, Paraqvay Respublikasının Prezidenti. Milli azadlıq hərəkatının qəhrəmanı Xuan Bautist Rivarolanın oğludur. == Fəaliyyəti == Paraqvay müharibəsindən önçə Fransisko Solano Lopesin rəqibi olmuşdur. Müharibədə fəal iştirak etmişdir. 25 may 1869 cı ildə Braziliyalılar tərəfindən əsir götürülür. 1869-ci ildə ordunun məğlubiyyətindən sonra müharibə partizan xarakteri almağa başlayır. Rivarola bundan sonra Solano Lopesə qarşı çıxaraq müvvəqqəti hökumətə rəhbərlik edir. Onun hakimiyyəti Asunson ətrafı ilə sərhədlənirdi. 1869-cı ildən müvvəqti hökumətin prezidenti və müvvəqəti Triumviratın əsas şəxsi idi.
İvano-Frankivsk vilayəti
İvano-Frankovsk vilayəti (ukr. Івано-Франківська область) — Ukraynanın qərbində yerləşən vilayət.
İvano-Frankovsk vilayəti
İvano-Frankovsk vilayəti (ukr. Івано-Франківська область) — Ukraynanın qərbində yerləşən vilayət.
Qaliç (İvano-Frankovsk vilayəti)
Qaliç (ukr. Га́лич, Halıç) — Ukraynanın İvano-Frankovsk vilayətində şəhər. Qaliç icmasının inzibati mərkəzi. Dnestrin hər iki sahilində, sağ qolu olan Lukva çayının mənsəbində yerləşir. Rus torpaqlarının ən qədim şəhərlərindən biri olan Qaliç XII–XIV əsrlərdə Qaliç, sonra isə Qaliç-Volın knyazlıqlarının paytaxtı olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Гайдай Л. Історія України в особах, термінах, назвах і поняттях. — Луцьк: Вежа, 2000. (ukr.) Довідник з історії України. / За ред. І. Підкови та Р. Шуста.
İvano-Frankovsk Vilayəti İncəsənət Muzeyi
İvano-Frankovsk Vilayəti İncəsənət Muzeyi (ukr. Івано-Франківський обласний художній музей) — Qalisiya sakral sənətinin ən yaxşı kolleksiyalarından biri də daxil olmaqla, qiymətli sənət əsərləri kolleksiyası olan İvano-Frankivsk şəhərindəki sənət muzeyi. Bölgədə yeganə bədii profilli muzeyin fəaliyyəti Karpat bölgəsi rəssamlarının yaradıcılığının peşəkarlıqla öyrənilməsinə, qədim incəsənət nümunələrinin axtarışına, onların elmi tədqiqinə və saxlanmasına yönəlib. İvano-Frankovsk Vilayətı İncəsənət Muzeyi keçmiş məbədin binasında, dövlət əhəmiyyətli tarix-memarlıq abidəsi olan Müqəddəs Məryəm Kollegiya Kilsəsində yerləşir. Muzey İvano-Frankovsk şəhərinin mərkəzində, Şeptitski meydanında yerləşir. istirahət günü (bazar ertəsi) istisna olmaqla, hər gün saat 10:00-dan 17:00-dək ziyarətçilər üçün açıqdır. Muzeyin direktoru Deyneka Mixail Yaroslaviçdir. == Tarix == İvano-Frankovskdəki İncəsənət Muzeyi 1980-ci ildə 17-ci əsrin keçmiş dini binasının Potocki ailəsinin dəfn yeri olan Müqəddəs Məryəm Kollegiya Kilsəsi binasında açılır. İvano-Frankovsk İncəsənət Muzeyinin ilk ekspozisiyasında 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid sənət əsərləri nümayiş etdirilirdi. Eyni zamanda muzeyin iki filialı açılır.