Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Romalılar
Roma imperiyası (lat. Imperium Romanum) — e.ə. 27 — e. 395-cı illərində tarix səhnəsində Roma Respublikasını əvəz etmiş və Qədim Dünya, o cümlədən Qədim Roma tarixində əhəmiyyətli yer tutmuş dövlət. Romanın ərazisi Respublika zamanında genişlənməyə başlamış və İmperator Trayanın hakimiyyəti dövründə ən yüksək nöqtəsinə — 5 900 000 km² çatmışdır. İmperiyanın bir neçə əsr ərzində belə nəhəng əraziyə malik olması nəticəsində, indiyədək müxtəlif millətlərin dillərində, dinlərində, mədəniyyətlərində, memarlıq abidələrində, fəlsəfələrində və qanunlarında Romanın dərin tarixi təsiri müşahidə olunur. == Tarixi == İmperiyanın tarixi qədim Roma dövlətində imperator Avqustun hakimiyyətini və ondan sonrakı dövrü əhatə edir. İmperiya dövründən əvvəl 500 il ərzində mövcud olmuş Roma Respublikası bir neçə vətəndaş müharibəsi nəticəsində zəifləmişdir. O dövrdə Qədim Romada baş vermiş bəzi hadisələr — Yuli Sezarın ömürlük diktator (e.ə. 44) təyin edilməsi, Oktavianın Aktium döyüşündə qələbəsi (2 sentyabr e.ə.
Romalıların kralı
Romalıların kralı (lat. Rex Romanorum; alm. König der Römer‎) — Müqəddəs Roma İmperiyasında II Henrixin (1002–1024, 1014-cü ildən imperator) dövründən kürfürstlər tərəfindən seçildikdən sonra alman zadəganlar tərəfindən istifadə edilən titul idi. Bu titul əsasən Müqəddəs Roma İmperiyasının imperatoru titulu ilə eynilik təşkil edirdi və uzun müddət papanın tacqoyma mərasimindən asılı idi. Titul əvvəlcə imperiya reqaliyasını və papanın əli ilə imperator titulunu almamış hər hansı seçilmiş alman kralını bildirir. Daha sonra bu titul imperatorluğun varisi üçün — hakimiyyətdə olan imperatorun sağlığında və ya imperatorun ölümündən sonra — istifadə olunmağa başladı. 1508-ci ildə imperatorların papa tərəfindən taclandırılması tələbinin ləğvi ilə bu titul funksional olaraq köhnəldi, lakin 1806-cı ildə imperiyanın sonuna qədər imperatorun rəsmi titullarının bir hissəsi kimi istifadə olunmağa davam etdi. Rəsmi titul zamanla fərqli olub. Otto və davamçılarının dövründə Frankların Kralı (alm. König der Franken‎, lat.
Omanlılar
Omanlılar (ərəb. لشعب العماني‎) — Oman Sultanlığı ərazisində yaşayan ərəb xalqı, Oman vətəndaşları. Omanlılar hal-hazırda Oman olaraq bilinən ərazidə min illərdir ki, yaşayırlar. VIII əsrdə Maskat şəhərində tacirlər və hakimlər arasında formalaşan ittifaq şəhəri İran körfəzinin ən böyük limanlarından birinə çevirmişdir. Omanlılar etnik baxımdan müxtəlifdirlər. Onların əksəriyyəti ərəb mənşəli olsa da, onlar arasında çoxlu bəluclar, lurlar, farslar var. Omanda Pakistan, Hindistan və Şri-Lankadan gəlmə şəxslər də yaşayır.Omanlıların Omanın ümumi əhalisinin əksəriyyətini təşkil edir. Bir milyon yarımdan çox omanlı Orta Şərqin digər bölgələrində və Suahili sahili ərazisində yaşayır. == Din == Demək olar ki, omanlıların əksəriyyəti müsəlmandır, fəqət onlar İslamın üç fərqli məzhəbinə bölünürlər – ibadilər (Omanın dövlət dini), sünnilər və şiələr. Omanlıların əksəriyyətidi ibadidir.
Romanolar
Romanolar və ya Romanlular bir qrup İranda yaşayan qaraçılardırlar ki, Şimali Xorasan ostanının Quçan şəhərində və Qəzvin ostanının Abyek şəhristanının Baqirabad Türk vəZərgər kəndindlərində yaşayırlar ki, Romano dili(Romanlu dili, Romano çip)ndə danışırlar və Qəzvin ostanınında Azərbaycan dilinidə bilirlər və çoxu türkdilli olublar.Baqirabad Türk kəndindəki Romanoların oymaqları bunlardırlar:Pasalayre ya Zərgər tayfası, Salatenlides ya Əhmədi tayfası və Çuqurlides ya Çuxurda oturan tayfası.Romanolar, Rumıniya ölkəsindən İrana köçürülüblər.
Xoraxan Romanlar
Xoraxane (milli dini adı "Müsəlman-Qaraçılar"), Balkan yarımadası, Türkiyə və Şimali Kipr Türk Respublikası inancı, buradan da bəzilərinin Şimali və Cənubi Amerikaya, İtaliyaya və digər Qərbi Avropa ölkələrinə köç etdiyi. Oğlanların sünnət mərasimi böyük şəkildə qeyd olunur. Xoraxan qaraçıları Antiziganizm və İslamofobiya arasında ikiqat ayrı-seçkiliklə üzləşirlər.
Alatoran (romanlar seriyası)
Alatoran (ing. Twilight) — məşhur romanlar seriyası, amerikan yazıçı Stefani Mayer tərəfindən yazılıb. == Kitablar == 1. Qanunsuz nəşrin ili.
Cadugər (romanlar seriyası)
Cadugər (pol. Saga o wiedźminie) — Polşalı yazıçı Andjey Sapkovski tərəfindən yazılmış Gerlat Of Rivia (Rivialı Geralt) adındakı canavar(bədheybət) ovçusu haqqında fantastik janrda hekayə və roman seriyası/ == Mövzu == Sapkovskinin kitablarında "Witcher", canavarlar ilə savaşmaq üçün, gənc yaşda qılınc dərsləri alan və böyük mutasiyalar keçirən canavar ovçusudur. Diqqətə çarpan xüsusiyyətləri pişiyəoxşar gözləri, kürəklərində daşıdıqları 2 uzun qılınc (biri canavarlar, biri insanlar üçün) və təhsil aldıqları məktəbin boyunbağıdır (Geraltın təhsil aldığı məktəb qurd məktəbi adlanır). Bu kitablar bir film , bir televiziya serialı , video oyunu seriyası, vizual roman və "Witcher Saga" olaraq da bilinən roman seriyası şəklində təqdim edilib.Hekayələr və romanlar İngilis dili də daxil olmaqla, bir çox dillərə tərcümə olunub. == Kitablar == The Witcher qısa hekayələri, 1980-ci illərin əvvəlində Fantastyka adındaki polşa jurnalında yayınlanırdı. İlk hekayə "Wiedźmin" ("The Witcher") (1986), jurnal tərəfindən təşkil edilən müsabiqə üçün yazılmışdı və üçüncü yeri qazanmışdı. Sehrbaz Geralt haqqındaki ilk dörd hekayə, 1990-cı ildəki qısa hekayə kolleksiyası olan Wiedźmin ilə başlamışdı. Çıxış adı "Droga, z której się nie wraca" ("Qayıdışı Olmayan Bir Yol") olan seriya Witcher hekayələrinin başındaki dünya və Geraltın ailəsi haqqındadır. İkinci nəşr olunan qısa hekayə kolleksiyası Miecz przeznaczenia (Taleyin Qılıncı)-dır. Ostatnie życzenie (Son Arzu), Taleyin Qılıncından sonra nəşr olunmasına baxmayaraq, "Qayıdışı Olmayan Bir Yol" istisna olmaqla (Geraltsız tək hekayə) bütün Witcher hekayələrini topladığı üçün ilk kitab olaraq qəbul edildi.
Dəri Corab (romanlar silsiləsi)
Kuperin bədii yaradıcılığında əsas yeri "Dəri corab" haqqında romanlar silsiləsi təşkil edir. Kuper,sanki ona görə dünyaya gəlmişdi ki,hindu mövzusunu böyük ədəbiyyata gətirsin. O, hinduların həyat və məişətini, inam və etiqadlarını diqqətlə öyrənmişdir. Onların folkloru Kuper üçün mənəvi qida mənbəyi olmuşdur. Hinduların şifahi xalq ədəbiyyatının təsiri ,məhz, "Dəri corab" haqqında romanlar silsiləsində daha qabarıq nəzərə çarpır. Kuper Natti Bampoya həsr olunan epopeya üzərində qısa fasilələrlə on səkkiz il çalışmışdır. Silsiləsinə 1823-cü ildə "Pionerlər" romanı ilə başlamış və 1841-ci ildə "Vəhşi heyvan ovçusu" əsəri ilə tamamlamışdır. Maraqlıdır ki, Kuper həmin silsilədən olan əsərləri xronoloji ardıcıllıqla deyil, özünəməxsus bir prinsip əsasında yazmışdır. Belə ki, 1827-ci ildə qələmə aldığı "Preriya" (Geniş çöl) romanında Natti Bamponun ölümünü təsvir etmişdir. Lakin Kuper bu obrazdan ayrıla bilməmişdir.
Harri Potter (romanlar seriyası)
«Harri Potter» (ing. «Harry Potter») — ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş filmlər seriyasıdır. Səkkizinci kitab isə teatrdan kitaba uyğunlaşdırılmışdır. Dünyada çap olunmasına və satışına görə böyük rekordlara imza atmışdır. Seriyanın yeddinci kitabı ABŞ-də 8,5 milyonluq böyük bir satış gəlirinə sahib olaraq böyük bir rekord əldə etmişdir. Seriyanın kitabları "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də əlində saxlayır. Roman uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini çəkmişdir. == Mövzusu == Harri Potter 10 il müddətində sevmədiyi qohumları: xalası Petunia, xalasının əri Vernon və onların axmaq övladı Dadli Dörzli ilə yaşamağa məcbur olur. Valideynlərinin yol qəzasında öldüyünü zənn edən Harri gerçəyi Hoqvartsda gözətçi işləyən Rubeus Haqrid tərəfindən öyrənir. Harrinin anası Lili və atası Ceyms Potter düşmənləri Voldemort tərəfindən öldürülmüşdür.
Alatoran romanlar seriyasındakı obrazların siyahısı
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Qalaktika üzrə avtostopla (romanlar seriyası)
«Qalaktika üzrə avtostopla» (ing. «The Hitchhiker's Guide to the Galaxy») ingilis yazıçı Duqlas Adams tərəfindən yazılmış altı roman seriyasıdır.