1. Klassik tərəfindən yaradılmış (bax klassik 1-ci mənada), ən nümunəvi, nümunə ola biləcək. Klassik ədəbiyyat. “Koroğlu” operası Azərbaycan musiqisinin klassik əsəridir. Klassik musiqi.
// Yaradıldığı və yaşadığı vaxtdan uzun müddət keçdiyinə baxmayaraq, öz qiymətini, dəyərini, gözəlliyini itirməmiş (əsər və ya şəxs haqqında).
// Tipik, çox xarakterik. Klassik misal.
2. Qədim yunanlara və romalılara aid olan; antik.
// Klassik dillər (qədim yunan və latın dilləri).
3. Çox gözəl, nümunəvi. □ Klassik gözəllik və s. – qədim yunanlarda və romalılardakı gözəllik idealını xatırladan gözəllik və s.
4. Antik dil və ədəbiyyatının öyrənilməsi ilə bağlı olan. Klassik filologiya. Klassik təhsil.
□ Klassik gimnaziya – inqilabdan qabaqkı Rusiyada: antik dillərin və ədəbiyyatların öyrənilməsi məcburi olan orta məktəb.