Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Damla Sönməz
Damla Sönməz (3 may 1987)— Türkiyə aktrisası. == Həyatı == Damla Sönməz 3 may 1987-ci ildə İstanbulda anadan olub. Məktəbdə oxuyarkən "Müjdat Gezen Sənət Mərkəzi"ndə teatr kursuna gedən Sönməz, fransız məktəbinin məzunu olduqdan sonra Sarbonnada bir il dramaturgiya üzrə oxumuş, lakin o səhnədə olmaq istədiyi üçün oxuduğu bölməni buraxıb ölkəyə geri dönmüşdür. Bir neçə ay əvvəl də təqaüdlə oxuduğu Yeditepe Universitetinin teatr fakultəsinin məzunu olmuşdur. Hal-hazırda təhsilini Yeditepe Universiteti Teatr fakultəsində davam etdirməkdədir. Sönməzin təhsili bunlarla məhdud deyil. Damla Sönməz həm də Mimar Sinan Universiteti Dövlət Konservatoriyasında qiyabi olaraq 2 il skripka, 1 il piano təhsili almışdır. Dünyada məsləyi ilə əlaqədar nələr olub-olmadığıyla da maraqlanır, ABŞ və İngiltərədə də teatr işlərinə qatılır. Çünki ona görə bu peşə yeniliklərə açıq olmağı tələb edir, səbəblərini də belə açıqlayır: "Bir obrazı oynamağınız üçün onu çox yaxşı tanımış və başa düşmüş olmağınız lazımdır. İnsanları daha çox qəbul etməyə, kimin nəyi niyə etdiyini, həyatdakı seçimlərini anlamağa çalışıram." Bəs Sönməz hər kəslə asan ünsiyyət qurub dost olurmu?
Nurəddin Sönməz
Nurettin Sönmez — Türk aktyor və Uzaq Şərq Döyüş Sənətləri müəllimi. == Həyatı == Nurettin Sönmez döyüş qabiliyyətinə görə savaş, aksiyon filmlərində yer almışdır. Ustaca qılınc, balta işlədə bilir. İlk Mavi Kelebekler televiziya serialında debüt etmişdir. Daha sonra isə Bir Zamanlar Osmanlı Kıyam və Osmanlıda Derin Devlet seriallarında özünü sübut etmişdir. Ən son isə 2014-cü ildən TRT1-də yayımlanan Diriliş:Ərtoğrul (teleserial, 2014) serialında görünməyə başladı. O, döyüş qabiliyyətini tam şəkildə sərgiləyir.Bu serialda Bamsı Beyrək rolunu canlandırır. Hal-hazırda bu serialda çəkilməyə davam edir.
Sönməz Hüseynov
Ulduz Sönməz
Ulduz Əsgər qızı Quliyeva (Ulduz Sönməz; 16 iyun 1945, Kərimli, Gədəbəy rayonu) — Azərbaycanlı aşıq, şair, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2008). Azərbaycan Yazıçılar Birliyinin və Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == Ulduz Quliyeva 1945-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Orta məktəbin 8-ci sinfindən Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olmuş, 1969-cu ildə Muğam sinfini bitirmişdir. 1964–1971-ci illərdə Sumqayıt şəhər metallurqların C.Cabbarlı adına Mədəniyyət evində xalq çalğı alətləri ansamblının bədii rəhbəri işləyib. Eyni vaxtda Sumqayıt şəhər radio stansiyasında solist olub. 1971-ci ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Hələ muğam sinfində oxuyarkən Azərbaycan SSR Nazirlər Soveti yanında radio verilişləri və televiziya komitəsinin solisti olub və bir çox görkəmli sənətkarlarla yanaşı fəal iştirak edib. == Aşıqlıq fəaliyyəti == Ulduz xanım saz çalmağı Aşıq Sədi Ağstafalıdan öyrənib. Aşıq Ulduz "Aşıq Pəri" məclisinin ilk üzvü və yaradıcılarından biridir.
Aşıq Ulduz Sönməz
Ulduz Əsgər qızı Quliyeva (Ulduz Sönməz; 16 iyun 1945, Kərimli, Gədəbəy rayonu) — Azərbaycanlı aşıq, şair, "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" (2008). Azərbaycan Yazıçılar Birliyinin və Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == Ulduz Quliyeva 1945-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Orta məktəbin 8-ci sinfindən Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olmuş, 1969-cu ildə Muğam sinfini bitirmişdir. 1964–1971-ci illərdə Sumqayıt şəhər metallurqların C.Cabbarlı adına Mədəniyyət evində xalq çalğı alətləri ansamblının bədii rəhbəri işləyib. Eyni vaxtda Sumqayıt şəhər radio stansiyasında solist olub. 1971-ci ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Hələ muğam sinfində oxuyarkən Azərbaycan SSR Nazirlər Soveti yanında radio verilişləri və televiziya komitəsinin solisti olub və bir çox görkəmli sənətkarlarla yanaşı fəal iştirak edib. == Aşıqlıq fəaliyyəti == Ulduz xanım saz çalmağı Aşıq Sədi Ağstafalıdan öyrənib. Aşıq Ulduz "Aşıq Pəri" məclisinin ilk üzvü və yaradıcılarından biridir.
Kərim Məşrutəçi (Sönməz)
Kərim Məşrutəçi (1928, Təbriz) — İranın nüfuzlu qələm sahiblərindən. "Sönməz" təxəllüsü ilə yazdığı əsərlərlə oxuculara daha yaxşı tanış olan naşir. == Həyatı == 1928-ci ildə Təbrizdə doğulub. == Yaradıcılığı == 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli və Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyətlə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.
Kərim Məşrutəçi Sönməz
Kərim Məşrutəçi (1928, Təbriz) — İranın nüfuzlu qələm sahiblərindən. "Sönməz" təxəllüsü ilə yazdığı əsərlərlə oxuculara daha yaxşı tanış olan naşir. == Həyatı == 1928-ci ildə Təbrizdə doğulub. == Yaradıcılığı == 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli və Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyətlə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.
Nurettin Sönmez
Nurettin Sönmez — Türk aktyor və Uzaq Şərq Döyüş Sənətləri müəllimi. == Həyatı == Nurettin Sönmez döyüş qabiliyyətinə görə savaş, aksiyon filmlərində yer almışdır. Ustaca qılınc, balta işlədə bilir. İlk Mavi Kelebekler televiziya serialında debüt etmişdir. Daha sonra isə Bir Zamanlar Osmanlı Kıyam və Osmanlıda Derin Devlet seriallarında özünü sübut etmişdir. Ən son isə 2014-cü ildən TRT1-də yayımlanan Diriliş:Ərtoğrul (teleserial, 2014) serialında görünməyə başladı. O, döyüş qabiliyyətini tam şəkildə sərgiləyir.Bu serialda Bamsı Beyrək rolunu canlandırır. Hal-hazırda bu serialda çəkilməyə davam edir.
Həmid Dönməz
Həmid Dönməz (1899—1996) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Həmid Dönməz Gəncədə anadan olmuşdur. Bakıda Pedaqoji İnstitutda təhsil almışdır. 1926-cı ıldə 50-yə yaxuı dostu və Türkiyədən gəlmiş müəllimləri ilə bir- Iikdə həbs edilib. 8 aydan sonra azadhğa buraxılan Hemid Dönməz İrandan Tür- kiyəyə keçə bilib, çox illər İqdirdə yaşayıb, şerlərini Türkiyə mətbuatmda dərc et- dirib. Həmid Dönməzə başqa vətən həsrətli nəsildaşlarmm bəxtinə düşməyən səadət nəsib oldu: o, 1991-ci ildə ixtiyar yaşmda Azərbaycana gələ bildi, Bakıda mühacir Azərbaycan ədəbiyyatma həsr olunmuş simpoziumda iştirak etdi.Elə həmin vaxt Həmid Dönməz Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildi.
Sövməə
Sövməə (Çaroymaq)
Mehmet Görməz
Mehmet Görməz (1 yanvar 1959, Nizip[d], Qaziantep ili) — Türkiyənin din və diyanət başqanı. == Həyatı == 1959-cu ildə Qazıəntəpdə dünyaya göz açıb. İlk təhsilini Nizipdə, orta məktəbi isə doğulduğu şəhərin İmam-Xətib Litseyində başa vurub. 1983-cü ildə Ankara Universitetinin İlahiyyat fakültəsində ali təhsilini davam etdirib. Təhsilini davam etdirməklə yanaşı, ilk əvvəl Kırıkkala bölgəsində Quran kursunda dərs demiş, daha sonralar Ankaranın müxtəlif qəsəbələrində imam və vaiz vəzifəsində işləmişdir. 1987-ci ildə bakalavr pilləsini başa vuran Görməz, Ankara Universitetinin İlahiyyat fakültəsinin Hədis bölməsində doktorluq dissertasiyasını yazmağa başlayır. 1988-ci ildə bir müddət Qahirə Universitetində araşdırma və tədqiqatlarını davam etdirir. 1990-cı ildə "Musa Carullah Bigiyev, həyatı, fikirləri və əsərləri" adlı dissertasiya işini başa vurur və doktoranturaya daxil olur. 1994-cü ildə "Sünnə və hədisin başa düşülməsi və izahında metodologiya problemi" adlı dissertasiyası ilə doktor pilləsini də başa vurur. Bununla yanaşı, yazdığı dissertasiya 1995-ci ildə Türkiyə Diyanət Vəqfi İslam Araşdırmaları Birincilik mükafatı ilə təltif olunur.
Sökmən bəy
Müinəddövlə Sökmən bəy (1098-1104) – Artuqlu sülaləsindən Türk sərkərdəsi və hökmdarı. == Həyatı == Atası Artuq bəyin 1091-ci ildəki ölümünden sonra Böyük Səlcuq İmperiyası tərəfindən Qüds valiliyi Sökmən bəyə verildi. Sökmen bəy avqust 1096-cı ilədək bu vəzifədə qaldı. 1098-ci il və 1104-cü illər arasında Artuqlu bəyliyinin bir qolu olan Sökmənoğullarının qurucusu olaraq Hasankeyf bəyliyini idarə etdi. May 1104-cü ildə Harranı mühasirə edərək Mosul yönündə irəliləmək surətiylə Bağdadı fəth etmək isteyen səlibçilər tərəfindən idarə olunan Urfa qaraflığının qrafları Baudouin du Bourg və Josselin de Courtenayni Harran döyüşündə (Belih çayı döyüşü) ağır bir məğlubiyyətə uğratdı və əsir etdi. Oktyabq 1104-cü ildə Şam yaxınlarındaki Karyateyndə öldü.
Sövməə (Heris)
Sövməə (fars. صومعه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (42 ailə).
Sövməə (Kəleybər)
Sövməə (fars. صومعه‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 13 nəfər yaşayır (5 ailə). 1940-cı illərin sonlarında 37 nəfərlik əhaliyə sahib idi. === Milli tərkibi === Əhalisi Güney Azərbaycanın başqa bölgələri kimi yerli Azərbaycan türklərindən ibarətdir.
Sövməə (Marağa)
Sövməə (fars. ‎‎صومعه‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 350 nəfər yaşayır (71 ailə).
Sövməə (Çaroymaq)
Sövməə (fars. صومعه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (17 ailə).
Sövməə (Əcəbşir)
Sövməə (fars. صومعه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 374 nəfər yaşayır (71 ailə).
Sövməə (Əhər)
Sövməə (fars. صومعه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 79 nəfər yaşayır (18 ailə).
Sövməə Sara
Sövməə Sara — İranın Gilan ostanında yerləşən şəhər. Sövməə Sara əhalisinin çoxluğunu giləklər və talışlar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 36,522 nəfər yaşayır (10,070 ailə).
Ulduzlar sönmür
"Ulduzlar sönmür" (rus. Звезды не гаснут) — rejissor Əjdər İbrahimovun filmi. == Məzmun == Tarixi-bioqrafik film şərq xalqlarının azadlığı uğrunda alovlu mübariz, Azərbaycan Xalq Komissarları Sovetinin sədri, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri, gözəl insan, müəllim, həkim, jurnalist, yazıçı və dramaturq Nəriman Nərimanovun həyat və çoxsahəli fəaliyyətinə həsr edilmişdir. Film bir neçə novelladan ibarətdir. Həmin novellalarda Nəriman Nərimanovun həyatının ən parlaq səhifələri öz əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: İsa Hüseynov, Əjdər İbrahimov Quruluşçu rejissor: Əjdər İbrahimov Quruluşçu operator: Aleksey Temerin Quruluşçu rəssam: Yevgeni Çernyayev Bəstəkar: Arif Məlikov Səs operatoru: Viktor Belyarov Rejissor: Məmməd Əlili Mahnıların mətni: Onegin Hacıqasımov, Fikrət Qoca, İslam Səfərli Mahnı ifa edən: Anatollu Qəniyev ("Çıx yaşıl düzə" mahnısı) === Rollarda === Vladimir Samoylov — Nərimanov Yevgeni Samoylov — Çiçerin Valerian Vinoqradov — Mironov Tengiz Arçvadze — Çingiz Boris Mulayev — Zarayev Nelli Samuşiya — Gülsüm Almaz Əsgərova — Fatma Tatyana Voloşina — Nataşa Ənvər Vəliyev — Bünyad Oleq Xabalov — Çotay İsmayıl Osmanlı — Tağıyev Adil İsgəndərov — Nəsib bəy Əjdər İbrahimov — Bequlov Müxlis Cənizadə — Mustafa Nikolay Mixaylov — Çemenov Nadejda Samoylova — Mariya Fyodorovna Nikolay Volkov — Tompson Semyon Sokolovski — Martinau Əhməd Əhmədov — Əhməd Ağasadıq Gəraybəyli — jandarm Zemfira Sadıqova — Firuzə Mirzə Babayev Rahib Əliyev Dadaş Kazımov Nikolay Şulgin Muxtar Avşarov Tamara Kokova Kamal Xudaverdiyev Rasim Balayev — Sultanov Məlik Dadaşov Rafael Dadaşov Fazil Salayev Məmməd Əlili Sergey İvanov Saveli Kramarov Zirəddin Tağıyev İdris Noqaybayev Anatoli Falkoviç == İstinadlar == == Mənbə == "Ulduzlar sönmür" bukleti. Bakı, 1971-ci il. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
İhsan Sökmən
İhsan Lətif Sökmən (1873, Konstantinopol – 27 dekabr 1955, İstanbul), türk əsgəri və siyasətçisi. == Həyatı və hərbi xidməti == İhsan Lətif Sökmən 1873-cü ildə İstanbulda anadan olmuşdur. 1895-ci ildə Hərbi Akademiyanı bitirmişdir. Osmanlı-Yunan müharibəsində və Balkan müharibələrində iştirak etmişdir. Afinada Hərbi Attaşe, Yəmən Ordusu Korpusu Baş Qərargah rəisi, Edremit Diviziya Komandiri və Muş Diviziya Komandiri vəzifələrində çalışıb. Birinci Dünya Müharibəsi başlayanda Qafqaz Cəbhəsindəki 9-cu Ordu Korpusu Komandiri vəzifəsini icra edərkən, 22 dekabr 1914-cü ildə Sarıqamış Döyüşündə Rus Ordusu tərəfindən əsir düşdü və Sibirə sürgün edildi. 1915-ci ilin mayında Sibirdən qaçmağı bacardı və 1915-ci ilin sentyabrında Çin, Yaponiya, ABŞ və Yunanıstan vasitəsilə İstanbula döndü. 1915-ci ilin oktyabrında təqaüdə çıxdı. İstanbul Şəhr-əmanəti Yeniköy Bələdiyyə Başçısı və Pursaklar Müfəttişi vəzifələrini icra etdi. 1919-cu ildə həqiqi hərbi xidmətə qayıtdı.
Tanər Ölməz
Taner Ölmez (9 avqust 1986, İstanbul) — Türkiyəli kino aktyoru. 2019–2021-ci illərdə "Mucize Doktor" teleserialında "Ali Vefa" rolunu canlandırmışdır. 2021-ci ildə aktrisa Ece Çeşmioğlu ilə evlənmişdir. == Həyatı == Taner Ölmez 9 avqust 1986-cı ildə Tuncelidə anadan olmuşdur. Taner Ölmez, İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr şöbəsinin tələbəsidir. Gənc aktyor İstanbulun Qızıl serialındakı çıxışı ilə diqqət çəkib. Çarşı, Kül və Ateş və Tatar Ramazan'ı əhatə edən Taner Ölmez İtirilmiş Şəhər tərəfindən geniş tanınıb. 1.79 sm boyu və 65 kilo ağırlığında. Uğurlu oyunçu Taner Ölmez ilə yanaşı Ülker Albeni, Ülker Sunny və Piyale Pigafest reklam çarxlarında da iştirak etdi. Dünyaca məşhur The.
Ölməz Partiya
Ölməz partiya (ing. Immortal Game) — 21 iyun 1851-ci ildə Londonda keçirilən ilk beynəlxalq şahmat turniri zamanı baş tutmuş və dövrünün ən güclü şahmatçılarından Adolf Andersenlə Lionel Kizeriski arasında oynanılmış şahmat partiyasıdır. == Oyunun tarixçəsi == Hər iki şahmatçı turnirin favoritlərindən olmaqla yanaşı, həm də ayrı-ayrılıqda "Dünyanın ən güclü şahmatçısı" adını almağa layiq idi, təsadüfi deyil ki, London turnirindəki qələbəsindən sonra çoxları Adolf Anderseni o dövrün ən güclü şahmatçısı olması fikrinə gəlmişdilər. Kizeriski isə həyatının çox hissəsini keçirdiyi Fransada şahmat dərsləri keçir və Avropanın şahmat mərkəzi sayılan və güclü şahmatçıların tez-tez ziyarət etdiyi "Café de la Régence"də saatı 5 frankdan oyunlar oynayırdı. O burada daha az tanınan və zəif olan rəqibinə şanslar yaratdığı halda belə (məsələn vəzirsiz oynamaq kimi) qələbə qazanması ilə məşhur idi. Görüş Londondakı turnir zamanı baş tutsa da, fasilə zamanı oynanılmış qeyri-rəsmi oyun idi. Oyundan təsirlənmiş Kizeriski oyundan dərhal sonra Parisdəki Şahmat Klubuna gedişləri göndərir və bir ay sonra oyun "La Régence" şahmat jurnalında dərc olunur. Oyuna ləqəbi isə 1855-ci ildə avstriyalı şahmat ustası Ernst Falkbeer verib. == Oyunun notasiyası == Ağlar: Adolf Andersen Qaralar: Lionel Kieseritzky Debüt: Fil qambiti 1. e4 e5 2.
Sintez
Sintez (yunanca synthesis "birləşdirmə, əlaqələndirmə, qurma" sözündəndir) — termin olaraq ilk dəfə 1845-ci ildə alman üzvi kimyaçısı Adolf Vilhelm German Kolbe (1818-1884) tərəfindən istifadə olunmuşdur. O, karbon dörd xloridi, sirkə turşusunu, salisil və qarışqa turşularını və çoxlu sayda digər birləşmələri sintez etmişdir. == İstinadlar == == Xarici keçidlər == [1] Илья Леенсон. Язык химии. Этимология химических названий. Москва: Издательство АСТ: CORPUS, 2016,464 c.
Solmaz
Solmaz — Azərbaycanda və Türkiyədə qadın adı. Mənası "ölümsüz şəxs", "solmayan gül", "hər zaman yaşıl" və "hər zaman gözəl gül" dür. == Solmaz adlı məşhur insanlar == Solmaz Mirzəyeva — azərbaycanlı jurnalist. Solmaz Məhərrəmova — azərbaycanlı etnoqraf-alim, əməkdar mədəniyyət işçisi. Solmaz Kosayeva — azərbaycanlı aşıq-şair, əməkdar mədəniyyət işçisi. Solmaz Rüstəmova-Tohidi- azərbaycanlı alim. Solmaz Hətəmova — azərbaycanlı aktrisa.
Aşağı Sövməə (Marağa)
Aşağı Sövməə (fars. ‎‎‎صومعه سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,713 nəfər yaşayır (296 ailə).
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Senez
Senez (fr. Senez, oks. Seneç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04204. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 186 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15–64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47,4%, 1999-cu ildə 66,0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Sonne
Sonne (fr. Sonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38496. Kommunanın 1999-cu il üçün əhalisi 959 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Şonen
Şonen (少年, şö:nen, hərfi "oğlan") — 12-18 yaş arası oğlanlar üçün nəzərdə tutulan anime və manqa. Bu tip manqa bazarın 38,4 % təşkil edən xüsusi jurnallarda dərc olunur. Daha yaşlı oğlanlar və kişilər üçün xüsusi seynen metajanrı olmasına baxmayaraq şonen anime və manqası onların üçün də maraqlı gəlir. Onların bu tip manqanı alıb oxumağa imkan və vaxtları olduğundan şonen manqanı çap edən jurnallar Yaponiyada ən uğurlulardan sayılır.
Sonet
Sonet — lirik janrın bir növüdür. Qərbi Avropa ədəbiyyatında orta əsrlərdə çox işlənən bir şeir növüdür. Adətən, 14 misradan ibarətdir. Şeir iki hissəyə ayrılır. Hər bir hissə özü də 2 bəndin vəhdətindən yaranır, birinci hissədəki bəndlərdən hər biri 4 misradan, ikinci hissədəki bəndlərin hər biri isə 3 misradan ibarət olur. Birinci hissədəki bəndlər katren, ikinci hissədəki bəndlər terset adlanır. İtaliyada Dante, İngiltərədə Şekspir çoxlu sonet yazmışlar. Azərbaycan ədəbiyyatında Səməd Vurğun və Süleyman Rüstəmin yaradıcılığında da sonetlərə təsadüf edilir. == Sonetlər çələngi == sonetlər çələngi — sonetlər silsiləsidir. Bu "çələng" 15 sonetdən ibarət olur.
Aleksis Sançez
Aleksis Sançez (isp. Alexis Sánchez ) ― Çili futbolçusu.
Kimyəvi sintez
Kimyəvi sintez - kimyəvi birləşmələrin kimyəvi və fiziki metodlarla alınmasıdır. Kimyəvi maddələrin təbiətindən asılı olaraq, bu sintezlər üzvi və ya qeyri-üzvi ola bilərlər. == Üzvi sintez == Üzvi kimya tarixini bir neçə dövrə bölmək olar. Birinci dövr - bu üzvi kimya anlayışının meydana çıxması dövrü. İkinci dövr - kimyada atom-molekul anlayışları və çəki nisbətlərinin irəli sürülməsi, maddənin saxlanması qanunu kimi Lavuazye-Lomonosov fikirlərinin meydana çıxması ilə əlaqədar olan dövrdür. Üçüncü dövr sintez və quruluş nəzəriyyəsi dövrü adlana bilər; bu dövr keçən əsrin ortalarından başlayaraq 1920-ci illərə qədər davam etmişdir. Bu dövrdə üzvi kimyanın tərəqqisinə, əsasən, aşağıdakı 3 fakt səbəb olmuşdur:həyat qüvvəsi nəzəriyyəsinin məğlubiyyəti və bununla əlaqədar olaraq üzvi sintezin tərəqqisi; A.M.Butlerovun nəzəri cəhətdən kimya tarixində böyük əhəmiyyəti olan quruluş nəzəriyyəsi; daş kömür qatranının emalı və bununla əlaqədar olaraq yeni üzvi sintetik kimya sənayesinin meydana çıxması.Dünyanın müxtəlif laboratoriyalarında müxtəlif üzvi maddələr sintez edilir və bəzən yeni üzvi maddələr əvvəlcə laboratoriyalarda sintez olunur, sonra təbiətdə tapılırdı. Hazırda kimya laboratoriyası bu cəhətdən təbiəti ötmüşdür, təbiətdə olmayan bir çox üzvi maddələr sənaye miqyasında zavodlarda min tonlarla alınmaqda və işlənməkdədir. == Kimyəvi materialşünasılıqda sintez metodları == Kimyəvi materialşünaslıqda bir sıra sintez metodları geniş istifadə olunur. Bunlardan aşağıdakıları göstərmək olar: kimyəvi metod, qaz fazada sintez metodu, duzların ərintilərinin elektrolizi, yüksək təzyiqdə sintez metodları.
Mark Sançez
Mark Sançez (6 noyabr 1992, Palma-de-Malyorka) — İspaniyalı üzgüçü. Mark Sançez İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mark Sançez birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:11.38 saniyəlik nəticəsi ilə 24-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Nataliya Sançez
Nataliya "Nati" Sançez (20 may 1983, Medellin, Kolumbiya) — Kolumbiyalı oxatan. Nataliya Sançez Kolumbiyanı 2008 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nataliya Sançez birinci dəfə Olimpiya Oyunlarına 2008-cı ildə qatıldı. O, Pekində baş tutan XXIX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Belarus nümayəndəsi Yekaterina Muliuk ilə üz-üzə gəldi. Həmin görüşdə Nataliya Sançez rəqibinə 101:104 hesabı ilə uduzdu. Nataliya Sançez növbəti Olimpiya Oyunlarına 8 ildən sonra Rio-de-Janeyroda qatıldı. O, XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Rusiya nümayəndəsi Kseniya Perova ilə üz-üzə gəldi. Həmin görüşdə Nataliya Sançez rəqibinə 4:6 hesabı ilə uduzdu.
Neoklassik sintez
Neoklassik sintez (ing. neoclassical synthesis), və ya neoklassik-keynsçi sintez — neoklasik və Keyns məktəblərinin nəzəri müddəalarını birləşdirərək iqtisadi elmdə istiqamət. Sintezin mikroiqtisadi komponenti neoklassik tədrisə əsaslanır, makroiqtisadi konsepsiyada isə C.M.Keynsin fikirləri üstünlük təşkil edir. Bu istiqamət, XX əsrin ikinci yarısında ortaya çıxdı və hal-hazırda iqtisadi məkanda üstünlük təşkil edir.Neoklassik sintez nəzəriyyəsi dualist bir yanaşma, neoklassik mikroanalizi Keyns makroanalizi prinsipləri ilə birləşdirmək cəhdi ilə xarakterizə olunur. Mikroanalizdə bu istiqamət həlledici rolun istehlakçıya məxsus olduğu rəqabətli bazarın mövcudluğunu nəzərdə tutur. Mikroanalizdə də qiymət əyilməzliyinə icazə verilir. Təcrid olunmuş nəzəriyyələr bir-birinə zidd idi: Keynes, tənzimlənməmiş bazarın optimal qaynaq bölgüsü və ya tam məşğulluq təmin edə bilməyəcəyini iddia etdi. Bununla birlikdə, məktəblərin hər birinin üstünlükləri baxımından ziddiyyətlərin aradan qaldırılması olduqca ümidverici görünürdü. Neoklassisizm tam bir bilik sistemi idi, Keynsçilik isə böhran nəticələrini azaltmaq üçün reseptlər təklif etdi. Neoklassik sintezə görə, işsizliyin səbəbi əmək haqqının əyilməzliyidir.
Pornsak Sonsen
Pornsak Sonsen (2 noyabr 1960 – 15 oktyabr 2021) – Tailand musiqiçisi.
Salahi Sonyel
Salahi Ramadan Sonyel (türk. Salâhi R. Sonyel; 1932, Nikosiya, Nikosiya rayonu[d] – yanvar 2016) — Kiprli Türkiyə tarixçisi. O, Britaniya arxivlərindəki işləri ilə tanınır. Sonyel Türkiyə tarixi ilə bağlı işlərinə görə Türkiyə Respublikasının "Şərəf" medalı ilə təltif edilmişdir.
Sintez qaz
SİNTEZ QAZ— Karbon (II) oksid ilə hidrogenin 1:1 — dən 2–2.3:1 — ə qədərhəcm nisbətlərində qarışığından ibarətdir. == Alınması == Əvvəllər sintez-qaz kömürdən alınırdı. Sonradan karbohidrogenlərin konversiyası üsulu ilə üstünlük təşkil etməyə başladı. Karbohidrogenlərin konversiyası həm katalitik, həm də yüksək temperatur şəraitində aparıla bilər. sintez- qaz üçün xammal kimi metan, təbii qaz və neftin fraksiyaları götürülə bilər. Karbohidrogenlərin katalitik konversiyası Al2O3 üzərində olan Ni katalizatoru iştirakı ilə karbohidrogenlərin su buxarı ilə konversiyasından ibarətdir. Metanın konversiya dərəcəsini artırmaq üçün proses 800-900oC-də və su buxarının artıq miqadarı iştirakı ilə aparılır. Su buxarının və metanın həcm nisbətləri təxminən 4:1 götürülür. Metanın konversiyası zamanı alınan qaz qarışığında H2:CO həcm nisbəti çox böyük olub minimum 3:1 həddindədir. Lakin üzvi sintez üçün istifadə edilən sintez-qazda H2:CO nisbəti 1:1-dən (2.0-2.3):1həddində olmalıdır .