Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bozor Sobir
Bozor Sobir (tac. Бозор Собир, fars. بازار صابر‎; d. 20 noyabr 1938, Sufiyen, Vahdat, Tacik SSR, SSRİ – ö. 1 may 2018, Sietl, Vaşinqton, ABŞ) — Tacikistan-sovet şairi, filoloqu, siyasətçisi, Tacikistan Demokrat Partiyasının üzvü, Tacikistan SSR Ali Sovetinin deputatı, Tacikistan Xalq Şairi, Rudəki adına Dövlət Şairlik mükafatı laureatı (1988), III dərəcəli "Tacikistan Prezidenti Ulduzu" ordeni laureatı (2013). Bozor Sobir yazıçılıq fəaliyyətinə SSRİ dövründə başlamışdır. Onun yazdığı şeirlər, kitablar və məqalələr Postsovet məkanında, eləcə də fars, dari, özbək, rus, ukrayn dillərində nəşr olunmuşdur. Onun şairlik üslubunda milliyətçilik, vətənpərvərlik elementləri və güclü siyasi düşüncələr var idi. Onun yazdığı şeirlər müxtəlif Tacikistan bəstəkarları tərəfindən istifadə edilmişdir. Müəllifi olduğu «Biz Siyavuşun nəslindənik» (tac.
Sözlər
Sözlər (Sartr)
Səlbir
Səlbir — Qəbələ şəhəri ərazisində qədim yaşayış yeri. Qəbələnin Səlbir hissəsi, şəhərin e.ə. III-eramzın XII əsrinədək olan dövrünü əhatə etməklə, onun ən mühüm və qədim hissəsini təşkil etmişdir. Səlbirin ümumi sahəsi 12 hektardan bir az artıqdır. Topoqrafik quruluşuna görə Qərb-Şərq tərəfi hündür, mərkəz və Şimal-Qərb hissələri isə çökəkdir. Səlbirdə şəhərin qala divarları yaxşı qalmamışdır. Lakin torpaq altında qalan bürc və divar qalıqları açıq-aşkar bilinir. Arxeoloji tədqiqatlara və yerüstü müşahidələrə əsasən Səlbirdə qala divarının ümumi uzunluğu Şimal tərəfdə təxminən 410 m, Qərbdə 448 m, Şərqdə 357 m, perimetri isə 1425 m-dir. Burada 10 bürc yeri müəyyənləşdirilmişdir. Səlbirdə iki böyük və bir kiçik darvaza yeri vardır.
Sabir
Sabir — kişi adı və təxəllüs. Sabir Abdulla — Azərbaycan şairi. Sabir Ələsgərov — Azərbaycan diktoru. Sabir Həbibov — Sabir Məmmədli — Sabir Rüstəmxanlı — Azərbaycanın xalq şairi Sabir Adilov — Sabir Adnayev — Sabir Axmedov — Sabir Həmidov — Sabir Hüseynov Sabir Hüseynov (idmançı) — Azərbaycan çempionu, Əməkdar məşqçi, hakim. Sabir Hüseynov (əsgər) — Vətən müharibəsi şəhidi Sabir Mirzəyev Sabir Mirzəyev (xanəndə) — Əməkdar artist (2007), Azərbaycanın görkəmli xanəndəsi. Sabir Mirzəyev (professor) — fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1976). Sabir Məmmədov Sabir Məmmədov (polis) — Sabir Məmmədov (aktyor) — Azərbaycanın xalq artisti, aktyor.
Sibir
Sibir (rus. Сибирь) — Avrasiyanın şimal-şərq hissəsində böyük coğrafi ərazi. Qərbdən Ural dağları, şərqdən Sakit okean, şimaldan Şimal Buzlu okean, cənubdan Qazaxıstan, Monqolustan, Çin əhatə edir. Sibir dedikdə Rusiya Federasiyasının tərkibidə olan ərazi başa düşülür. Ancaq coğrafi Sibirə Qazaxıstanın şimalı və Uzaq Şərq də daxildir. Sibir Qərbi Sibirə və Şərqi Sibirə bölünür. Həmçinin Cənubi Sibir, Şimal-Şərqi Sibir və Orta Sibir anlayışı da vardır. == Qərbi Sibir == Ural və Yenisey çayı arasında yerləşən Qərbi Sibir ilk yaşayış məntəqəsidir. Əhalinin əksəriyyətinin yaşadığı Sibir torpaqlarının ən inkişaf etmiş hissəsidir. === Tarixi === === İqlimi === === Təbii qaynaqlar === === İqtisadiyyatı === == Şərqi Sibir == Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir.
Səbir
Səbir — xoşagəlməz hallar qarşısında onların keçib getməsinə dözmə. == İslamda səbir == İslamda səbir 3 növdür: İbadətdə səbir; günah qarşısında səbir; bəla və müsibətlər qarşısında səbir.
Ara sözlər
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn: Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, çən salamat qal. (Məmməd Araz) Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur. == İfadə forması == === Söz şəklində === Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr. === Söz birləşməsi şəklində === Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.
Modal sözlər
Modal sözlər — modal sözlərin 10 məna növü var bunlar{Təsdiq,güman.şübhə,bənzətmə.müqayisə,təssüf,fikrin mənbəyini,nəticə.ümumiləşdirmə (bildirən)⁶danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır. == Məna növləri == === Təsdiq (yəqinlik) bildirən modal sözlər === Əlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şəksiz, şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur, bunlar istisna olaraq:hökmən, əsla, qeydsiz-şərtsiz və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da, insan gücü tükənməzdir. Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s. === " Ehtimal, Güman və şübhə bildirən modal sözlər " === Gərək ki, yəqin (yəqin ki), görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki, və s. Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir. Gərək ki, sən onu tanıyırsan. Deyəsən, yağış yağacaq.
Mürəkkəb sözlər
Mürəkkəb sözlər və mürəkkəb ifadələr iki qardaş və mürəkkəb quruluşlu və ya daha çox sözü birləşdirərək dildə yeni bir mənanı ifadə etmək üçün əmələ gətirilən sözlərə deyilir (Kontaminasiya). Bu ifadələri məsələn, qızılgül, kitabxana, quldurbaşı, novruzgülü və s. təşkil edən sözlər səs düşməsi, səs törəməsi, söz növünün dəyişməsi və ya məna dəyişikliyi baxımından aralarına şəkilçi girməyəcək qədər formalaşırlar. Qeyri-müəyyən ismi söz birləşmələrindən, sifət birləşmələrindən, mürəkkəb feillərdən, reduplikasiyalardan, stereotipli flektiv feillərdən ibarət ifadələr yeni mənalar ifadə etdiyi zaman mürəkkəb sözlərə çevrilirlər. Söz yaradıcılığının mühüm vasitələrindən biri də bir neçə sözün birləşərək yeni mənalı mürəkkəb sözlər əmələ gətirməsidir. Mürəkkəb sözlər aşağıdakı müxtəlif yollarla əmələ gəlir: 1) İki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn: günəbaxan, dəvəquşu, yeraltı, əmioğlu, meşəbəyi, bağayarpağı, istiot və s. İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bitişik yazılır, lakin mürəkkəb saylar və mürəkkəb feillər ayrı yazılır. Məsələn, on iki, yüz iyirmi dörd, kömək etmək, şad olmaq, niyyət eləmək, namaz qılmaq, dua etmək və s. -Təbii ki, ayrı yazılan mürəkkəb sözlər 2 yerə ayrılır: -1.Müstəqil olanlar Məsələn:Mən müəllim oldum -2.Müstəqil olmayanlar Məsələn:Dua etmək Burda müstəqil olanlar indiki zamanı və həmçinin mövcud olan hadisəni Müstəqil olmayanlar isə hadisə hansı zamana aid olduğu bilinmir və tək bir suala cavab verir.
Predikativ sözlər
Predikativ sözlər — söz-xəbərlər cümlədə heç bir suala cavab vermədən cümlənin müstəqil xəbəri ola bilən söz. Bu sözlərlə ismi xəbərlər ifadə olunur. Onların müstəqil xəbər olması üçün bu sözlər ya xəbərlik şəkilçisi qəbul etməli ya da idi imiş isə hissəciklərindən birini qəbul etməlidir. Bu sözlər : Var, yox, gərək, lazım, mümkün, bəs sözlərini aid etmək olar. Məsələn: Xonçada rəngbərəbg şamlar var idi. Vətəni qorumaq lazımdır. Bütün bunlar bəsdir. Qəbul olunmağınız mümkündür. Müdir içəridə yoxdur.
Sayaçı sözlər
Sayaçı sözlər — qoyunçuluqla bağlı yaranan nəğmələrdir. Bu nəğmələrdə qoyun, quzu və keçidən danışılır. Sayaçı sözlər də çox zaman çəlikcə bayatıya oxşayır.
Çoxmənalı sözlər
Çoxmənalı sözlər — Əsas məna ilə bağlı olub bir neçə əlavə,törəmə mənada işlənən sözlərə çoxmənalı sözlər deyilir. Məsələn: üz – adamın üzü, suyun üzü, yorğanın üzü; göz – adamın gözü, bulağın gözü, şkafın gözü və s. Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məsələn: Həqiqi məna – polad balta (isim), gözəl mənzərə (sifət). Məcazi məna – polad bilək (isim), gözəl fikir (sifət) Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları ifadə edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır. Məsələn: alovun dili, çəkmənin dili, insanın dili, heyvanın dili. Bu söz birləşmələrindən insanın dili, heyvanın dili nümunələrində leksik vahidi həqiqi mənada, alovun dili, çəkmənin dili nümunələrində isə məcazi mənada işlənmişdir. Bütün sözlər çoxmənalı ola bilməz. Çoxmənalı sözlər, əsasən, bədii üslubda işlədilir.
Sehrli sözlər
Ovsun, əfsun — müxtəlif xalqların şifahi yaradıcılığında guya insanlardan bədbəxtliyi kənar etmək, onları xəstəlikdən qorumaq, xoşbəxtliyə çatdırmaq, varlanmaq, uğurlu ov, bol məhsul götürmək və s. gücünə malik olan müəyyən sehirli qüvvənin ifadə formulu. Hələ qədimdən insanlar öz arzu və istəklərinə çatmaq üçün müxtəlif ovsunlara müraciət edirdilər. Ovsunçuluq ən qədim magik təsəvvürlərlə bağlı olmuşdur. == Haqqında == Magik səciyyəli folklor aktı olan ovsunlar uzun bir təkmilləşmə yolu keçmiş və bu yolda özünə yaxın mərasim ünsürləri və folklor mətnləri ilə qarşılıqlı əlaqədə olmuş, bəzən onlarla çulğalaşmışdır. Buna görə də ovsunlar bəzən fal, tilsim və sehrlə eyniləşdirilir. Halbuki ovsunlar həm şəkil, həm də lüğəti məna və mahiyyətcə onlardan fərqlənir. Bəhlul Abdullanın yazdığına görə, nağıl və dastan süjetlərində sıx-sıx təsadüf edilən tilsimlər virdlə, lövhlə bağlıdır, onu bilən, icra edən də, əsasən, qara, neqativ qüvvələrin təmsilçisi olan cadügərlərdir. Ovsunlar isə bilavasitə gerçək yaşayış, xüsusən də ailə-məişət hadisələri çevrəsində təzahür edir. Ovsunlarda insanların normal yaşayışına mane olan, güzaran üçün qorxu, təhlükə törədən qüvvələrə qarşı mübarizə var və bu da əsasən ayin, mərasim, magik sözün sehrli təsir gücü ilə həyata keçirilir.
Abdulla Sabir
Sabir Abdulla (18 sentyabr 1905 və ya 5 (18) sentyabr 1905, Kokand, Fərqanə vilayəti – 24 oktyabr 1972, Daşkənd) — özbək yazıçısı, şairi. == Həyatı və fəaliyyəti == Abdulla Sabir (Sabircan Abdullayevin təxəllüsü) 18 sentyabr 1905-ci ildə Kokandda anadan olmuşdur. Onun "Bahar" (1931), "Sevinc" (1933), "Dostluq" (1937), "Gülşən" (1939), "Həyat nəğmələri (1962), "Divan" (1970) şeir və hekayə toplularında zəhmət adamlarının həyatından söhbət açılır. Abdulla Sabir "Mövlana Müqimi" (1965)romanının, "Bağban qızı" (1930), "Ayxan" (1935), "Qurban Ömərov" (1941) pyeslərinin, "Tahir və Zöhrə" (1943), "Muqimi" (1954), "Alpamış" (1959) musiqili dramlarının müəllifidir. Abdulla Sabirə Özbəkistan ədəbiyyatında göstərdiyi xidmətlərinə görə 1944-cü ildə Özbəkistanın əməkdar incəsənət xadimi, 1965-ci ildə Özbəkistanın xalq şairi fəxri adları verilmişdir. O, 3 ordenlə təltif edilmişdir. Abdulla Sabir 1972-ci ildə Daşkənddə vəfat etmişdir.
Cənubi Sibir
Cənubi Sibir — qərbdən şərqə Qərbi Sibirdən Zeya-Bureya düzünə qədər uzanan, 3000 kilometr uzunluğu, 200 ilə 800 kilometr arasında eni olan dağlıq region. Şimali Asiyada yerləşən regionun yerli əhalisi ortaq tarixə, sosial-iqtisadi inkişaf və sıx qarşılıqlı əlaqəyə malik olduğundan oxşar mədəni və məişət xüsusiyyətlərini özündə əks etdirir. Ən yeni tektonik hərəkətlər nəticəsində müxtəlif yaşlı strukturlardan əmələ gəlmiş, yüksək və orta dağlardan ibarətdir. Göllər və akkumulyativ düzənliklərlə tutulmuş dərin tektonik çökəklər var. Dağlıq tayqa, cənubunda dağ meşə-çöl landşaftı üstündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Михайлов Н. И. Горы Южной Сибири. — М., 1961. Горы Южной Сибири // Гвоздецкий Н. А., Михайлов Н. И. Физическая география СССР. — М.: Мысль, 1978.
Qərbi Sibir
Qərbi Sibir — qərbdə Ural dağları, şərqdə isə Yenisey vadisi ilə sərhəd olan Sibirin hissəsi. Sahəsi — 2 451,1 min. km² (Rusiya ərazisinin 15%-i). Əhalisi — 14 619 min nəfər.
Rəsmiyyə Sabir
Rəsmiyyə Sabir (Abdullayeva Rəsmiyyə Sabir qızı) - Azərbayacan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin Baş katibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Abdullayeva Rəsmiyyə Sabir qızı 1973-cü il sentyabrın 28-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Həsənküçə kənd orta məktəbində orta təhsil almışdır. 1990-1995-ci illərdə İnşaat Mühəndisləri Universitetində (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) ali təhsil almış və "Tikintinin iqtisadiyyatı və idarə edilməsi" üzrə iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir. == Bədii yaradıcılığı == Rəsmiyyə Sabır çağdaş Azərbaycan poeziyasının öndə gələn isimlərindəndir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rəsmiyyə xanım Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə onun sözlərinə yazılmış mahnılardan ibarət "Səni aradım" adlı audio albom işıq üzü görüb. 2003-cü ilin "Fəxri Gənc"i adını qazanıb.
Sibir məhkumluğu
SSRİ-də yapon müharibə əsirləri – İkinci dünya müharibəsi zamanı SSRİ-nin Mancuriyanı işğal etməsindən sonra SSRİ-nin müxtəlif regionlarındakı düşərgələrə göndərdiyi yapon müharibə əsirləri. Bu hadisə Yaponiyada Sibir məhkumluğu (シベリア抑留, Shiberia yokuryuu) adı ilə tanınır. İkinci dünya müharibəsindən sonra 560.000-760.000 yapon personal SSRİ-də və Monqolustanda əmək düşərgələrində müharibə əsiri kimi işləməyə məcbur edilmişdir. Onlardan təxminən 60.000-347.000-i əsirlikdə olarkən ölmüşdür. Yaponiyadan xaricdə olan 3,5 milyon yapon əsgərinin böyük qismi ABŞ və Homindan Çini tərəfindən silahsızlaşdırılmış və 1946-cı ildə ölkələrinə geri qaytarılmışdırlar. Qərb müttəfiqləri 1941-ci ilin dekabrından 15 avqust 1945-ci ilə kimi (Yaponiyanın təslim olmasına qədər) 35.000 yaponu əsir götürmüşdürlər. SSRİ yapon müharibə əsirlərini nisbətən daha uzun müddət buraxmamış və əmək gücü kimi istifadə etmişdirlər. Yapon müharibə əsirlərinin tarixi haqqında araşdırmalar ancaq 1980-ci illərindən ikinci yarısında qlasnost və SSRİ-nin dağılması sayəsində mümkün olmuşdur. Bu vaxta qədər SSRİ-dəki müharibə əsirləri haqqında ictimai məlumat ancaq onların sayı ilə bağlı idi. Gizli SSRİ arxivlərinin açılmasından sonra məsələ ictimaiyyətdə müzakirə olunmağa başlamışdır.
Sibir nərəsi
Sibir nərəsi (lat. Acipenser baerii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Sibir porsuğu
Sibir porsuğu (lat. Gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. Fosil sübutları bu cinsin Şimali Amerikada yarandığını və daha sonra Pliosen dövründə bütün Avrasiyaya yayıldığını göstərir.
Sibir qramafonçiçəyi
Sibir qramafonçiçəyi (lat. Ipomoea sibirica) - i̇pomeya cinsinə aid bitki növü.
Sibir quşarmudu
Sibir quşarmudu (lat. Sorbus sibirica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Sibir sidrağacı
Sibir sidrağacı (lat. Pinus sibirica) - şam ağacı cinsinə aid bitki növü. == Arealı == Sibir sidrağacı növü Rusiyanın Avropa hissəsindən Uzaq Şərq hissəsinə qədər ərazidə yayılmışdır. == Sinonim == Pinus arolla Petrov Pinus cembra f. coronans (Litv.) Krylov Pinus cembra var. sibirica (Du Tour) A.E.Murray Pinus cembra var. sibirica (Du Tour) G.Don Pinus cembra subsp. sibirica (Du Tour) Krylov Pinus coronans Litv. Pinus hingganensis H.J.Zhang Pinus sibirica var. hingganensis (H.J.Zhang) Silba Pinus sibirica subsp.
Sibir sinanxumu
Cynanchum sibiricum (lat. Cynanchum sibiricum) - cynanchum cinsinə aid bitki növü.
Sibir südotu
Lobir
Lobir — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Siyaku çayının sahilində, dağətəyi ərazi yerləşir. Kəndin adı Lubər sözünün təhrif olunmuş forması hesab olunur. Oykonim talış dilindəki lu (kiçik çay) və bər (sahil, kənar) sözlərindən düzəlib, "kiçik çay sahilində kənd" mənasındadır. Bəzi tədqiqatçılar kəndin adını talış, "kəsik sahə, kəsilən yer" kimi də izah edirlər.
Mozir
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
Mozır
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
Şıbır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Bozqır belibağlısı
Çöl belibağlısı (lat. Circus macrourus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Qarğadan az böyük, amma zərif qamətli quşdur. Erkəyinin bel tərəfi mavi-boz, döşü və qarın hissəsi ağdır. Üz dairəsi bayquşu xatırladır, özü isə qağayıya oxşayır. Qanadlarının altı təmiz ağdır. Dişisinin bel tərəfi tutqun rənglidir. == Yayılması == Avropada və Asiyada nəsil verir, Asiyanın cənubunda və Afrikada qışlayır.
Bozqır haçaquyruğu
Bozqır haçaquyruğu (lat. Glareola nordmanni) — fəsiləsinin Haçaquyruq cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Mənfi antropogen təsirlərdən kritik vəziyyətdədir. == Genofond əhəmiyyəti == Azərbaycanda cinsin 2 növündən biridir. == Qısa təsviri == Quyruğunun haçası çəmənlik haçaquyruğuna nisbətən dərindir. Ümumi rəngi tünddür. Qanadlarının altı qaradır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb.
Bozqır marmotu
Bozqır marmotu (lat. Marmota bobak) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Bozqır pişikquyruğu
Bozqır pisikquyruğu lat. Phleum phleoides L. — 30–50 60 sm hündürlüyündə sıx çim əmelə gətirən taxıllar fəsiləsinin çoxillik ot bitkisidir. == Bozqır pisikquyruğu == Torpaqların səthində nəmlik kifayət qədər olduqda sıx örtük əmələ gətirirlər. Bioloji- təsərrüfat baxımından bir sıra yüksək göstəricilərə malik olması (ilkin yazda tez boy atması, quraqlığa davamlılığı, torpağa az tələbkar olması) bu bitkinin qiymətli ot bitkisi olduğunu bir daha sübut edir. Bioloji rekultivasiya mərhələsində bundan əvvəlki ot bitkiləri ilə sıx cəngəllik əmələ gətirə bilirlər. Payızda vegetasiyaya başlayaraq ilkin yazda yaşıl kütlə halında yüksək məhsuldarlığa (180 s/ha) malik olurlar.
Bozqır qartalı
Bozqır qartalı (lat. Aquila rapax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. == Qısa təsviri və yayılması == İri qartaldır. Rəngi qonurdur. Burun dəlikləri ovaldır. Səsi boğunuq çıxır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda miqrantdır. Burada Xəzər sahili boyunca uzanan düzənlik sahələrdə təsadüf olunur. Mart-aprel və sentyabr oktyabr aylarında görünür.
Bozqır sarı
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. == Qısa təsviri == Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). == Yayılması == Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Volkan Bozkır
Volkan Bozkır (22 noyabr 1950, Ankara) — türk vəkil, diplomat və siyasətçi. Türkiyə Cümhuriyyətinin keçmiş naziri və Avropa Birliyinin baş müzakirəçisi, İstanbul millət vəkili, TBMM Xarici İşlər Komitəsinin sədri, Türkiyə-ABŞ Parlamentlərarası Dostluq Qrupunun sədri vəzifəsini icra etdi. == Həyatı == Volkan Bozkır 22 noyabr 1950-ci ildə Ankarada anadan olub. Atasının adı Fethi, anasının adı Sevgi. Ankara Universiteti Hüquq Fakültəsini 1971-ci ildə bitirib. 1972-ci ildə daxil olduğu Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1987–1989-cu illər arasında Baş nazir Turgut Özalın Xarici Məsləhətçisi, 1989–1992-ci illər arasında New York Baş Konsulluğu və 1992–1996-cı illər arasında Dövr Prezidentləri Turqut Özal və Süleyman Dəmirəl vəzifələrində çalışmışdır. Şəxsi qələm müdiri və xarici məsləhətçi kimi çalışmışdır. 1996–2000 illəri arasında Buxarestdəki səfirlik, 2000–2003 illəri arasında Avropa Birliyi Baş katibinin köməkçisi, 2003–2005 illəri arasında Xarici İşlər Nazirliyi, 2005–2009 illəri arasında müvəkkil köməkçisi və səfir adı olaraq Türkiyənin Avropa Birliyindəki Daimi Nümayəndəliyində tapıldı. 2009-cu ildə başlayan Avropa Birliyi, Baş katiblik vəzifəsindən istefa edərək 2011 mart 2011 ümumi seçkilərində İstanbulda Ədalət və İnkişaf Partiyası 2. Bölgəyə millət vəkili namizədi oldu.
Şabbir Əxtar
Şabbir Əxtar (1960, Pakistan – 2023, Oksford, Cənub-Şərqi İngiltərə[d]) — Britaniyalı müsəlman filosof, şair, tədqiqatçı, yazıçı və çoxdilli elm adamıdır. Oksford Universitetinin İlahiyyat və Dinlər fakültəsində fəaliyyət göstərən alimin maraq dairəsinə siyasi İslam, Quran təfsiri, İslamda fəlsəfi diskursun canlanması, islamofobiya, ekstremizm, terrorizm və xristian-müsəlman münasibətləri, həmçinin Əhdi-Cədidin İslami perspektivdən dəyərləndirilməsi kimi məsələlər daxildir. Şabbir Əxtar həm də Sorn Kyerkeqor tədqiqarçısıdır. Məqalələri həm akademik jurnallarda, həm də İngiltərə mətbuatında dərc olunmuş tədqiqatçı alimin bir neçə kitabı əsas islam dillərinə tərcümə edilmişdir. == Erkən həyatı və təhsili == == Fəaliyyəti == 2012-ci ildən indiyədək – Böyük Britaniya, Oksford Universitetinin İlahiyyat və Dinlər Fakültəsinin üzvü 2002-2011-ci illər Old Dominion Universitetində fəlsəfə dosenti, ABŞ 1994-1997-ci illər Beynəlxalq İslam Universitetində fəlsəfə dosenti, Malayziya Şabbir Əxtarın dünyəvi cəmiyyətdə imanlı/dindar olmağın mümkünlüyü və mürəkkəbliyi haqqında ilk kitabı, Ağıl və İnamın Radikal Böhranı (1987) antiteist müəllif Keys Parsons tərəfindən "… geniş oxunmalıdır. O, ağıllı və aydın mühakimə edir. Onun arqumentləri, tənqid etdiyi şəxslərlə rəftarında ciddi ədalətli olmasından xüsusi mötəbərlik qazanır”. == Həmçinin bax == Çağdaş İslam fəlsəfəsi == İstinadlar == == Xarici keçidlər == ‘The Quran and the Secular Mind’ with Dr.