Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zakir Şəhriyaz
Ələsov Zakir Ələs oğlu (Zakir Şəhriyaz) (10 oktyabr 1954, Qızılgül kəndi) — şair, Azərbaycan Aşıqlar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı və "Ustad sənətkar" mükafatları laureatı. "Dərələyəz" qəzetində poeziya şöbəsinin müdiri. Zakir Şəhriyaz 10 oktyabr 1954-cü ildə Dərələyəz mahalının Qızılgül kəndində anadan olub. 7 illik məktəbi doğma kəndində, orta məktəbi isə Qovuşuq kəndində bitirib. 1973-1975-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra həyatını Bakı şəhəri ilə bağlayıb. 1975-ci ildə 79 saylı peşə məktəbinə daxil olub. 1975-1982-ci illərdə Bakı Kondisionerləri Zavodunda, 1982-ci ildən 2011-ci ilin dekabrına qədər isə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda işləmişdir. 18 yaşına qədər Dərələyəz mahalında yaşayan Zakir bədii yaradıcılığa orta məktəb illərindən başlayıb. Haqqında Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Xalq yaradıcılığı" baş redaksiyasında radio verilişlər hazırlanmışdır.
Şəhrisabz
Şəhrisəbz (özb. Шаҳрисабз Shahrisabz; tac. Шаҳрисабз; fars. شهر سبز‎: "yaşıl şəhər"; rus. Шахрисабз) ― Özbəkistanın cənubundakı Qaşqadərya vilayətində, Səmərqəndin 80 km cənubunda şəhər. 2014-cü ilə olan məlumata əsasən şəhərin əhalisi 100 300 nəfər olmuşdur. Tarixən Keş və ya Kiş adları ilə tanınan Şəhrisəbz bir zamanlar Mərkəzi Asiyanın böyük şəhərlərindən biri və Əhəmənilər İmperiyasının əyaləti olan Soqdianın mühüm şəhər mərkəzi olmuşdur. Bu gün şəhər ilk növbədə Əmir Teymurun doğulduğu yer olaraq tanınır. Əvvəllər Keş və ya Kiş ("ürək xoşagələn") olaraq da tanınan Şəhrisəbz Mərkəzi Asiyanın ən qədim şəhərlərindən biridir. 2700 il əvvəl əsası qpyulmuş şəhər eramızdan əvvəl VI–IV əsrlərdə Əhəmənilər imperiyasının bir hissəsini təşkil etmişdir.
Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair. Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.
Şəhriz
Şəhriz — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Sevan rayonunda, indiki Ermənistan Respublikası Geğarkunik mərzində kənd Rayon mərkəzindən 6 km məsafədə, Göyçə gölünün yaxınlığında, İrəvan - Sevan yolunun üstündə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, XIX əsr rus mənbələrində qeyd edilmişdir. Kəndin digər adı «Kərimkənd» olmuşdur. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Geğamavan qoyulmuşdur. Ermənilər buraya 1828-1829 - cu illərdə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdür.
Kiçik Şəhriyar
Kiçik Şəhriyar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə, Araz çayından axan arxın sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim kiçik fərqləndirici əlamət bildirən sözlə Şəhriyar şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Nor Artaqes qoyulmuşdur.
Məhəmmədhüseyin Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə Azərbaycan türkü olan şair. Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.
Məhəmmədhüseyn Şəhriyar

Məmmədhüseyn Şəhriyar

Sehriman Əliyev
Şəhrivar (Ərdəbil)
Şəhrivar (fars. شهريور‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 474 nəfər yaşayır (118 ailə).
Şəhriyar (Göygöl)
Şəhriyar (əvvəlki adı: Mirzik) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Mirzik kənd inzibati-ərazi vahidi tərkibindəki Mirzik kəndi Şəhriyar kəndi, Mirzik kənd inzibati-ərazi vahidi Şəhriyar kənd inzibati-ərazi vahidi adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1074 nəfər əhali yaşayır.
Şəhriyar (Masallı)
Şəhriyar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 45 nəfərdir. Kəndin adı çox güman ki, Biləsuvar şəhərindən 9 km aralı erkən orta əsr abidəsi Şəhriyar yaşayış yerinin adı ilə bağlı yaranmışdır.
Şəhriyar (Ordubad)
Şəhriyar (əvvəlki adı: Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Ordubad qəsəbəsi Şəhriyar qəsəbəsi adlandırılmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Ordubad rayonunun Şəhriyar qəsəbəsinin 0,3 min nəfər əhalisi vardır.
Şəhriyar (Sabirabad)
Şəhriyar (əvvəlki adı: Aleksandrovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Aleksandrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Aleksandrovka kəndi Şəhriyar kəndi, Aleksandrovka kənd inzibati ərazi dairəsi Şəhriyar kənd inzibati ərazi dairəsi adlandırılmışdır.
Şəhriyar (ad)
Şəhriyar — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Şəhriyar — Azərbaycan və İran şairi. Şəhriyar Məmmədyarov — Azərbaycan qrossmeysteri. Şəhriyar Sədiq Əfşar — ABŞ azərbaycanlılarından olan fizik Şəhriyar Cəfərov — Xoreoqraf Şəhriyar Məcidzadə — Etatist qəzetinin təsisçisi, Milli Fikir Mərkəzinin sədri. Şəhriyar Şirvani — XIX əsr Azərbaycan şairi.
Şəhriyar (dəqiqləşdirmə)
Şəhərlər Şəhriyar (şəhər) Şəhriyar (Tehran ostanı) Qəsəbələr Şəhriyar (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda qəsəbə. Kəndlər Şəhriyar (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Şəhriyar (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Şəhriyar (Ordubad) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Şəhriyar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Şəhriyar (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Böyük Şəhriyar — Ermənistanda kənd. Kiçik Şəhriyar — Ermənistanda kənd.
Şəhriyar (Şamaxı)
Şəhriyar – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Şəhriyar qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Şəhriyar qəsəbəsi Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Şəhriyar qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır. Kənd 1931-ci ildə Lenin adına sovxoz adı ilə yaranmışdır. Həmin ildən təsərrüfatda sürətlə üzümçülük inkişaf etmişdir. Üzümlüklərin ümumi sahəsi 2422 ha. çatdırılmışdır. Dünya şöhrətli "Mədrəsə", "Şirvanşahı", "Şamaxı mərəndisi", "Qara mərəndi", "Qızılı mərəndi" sortları bu torpaqda yaranmışdır. Sovxozun üçümçülərindən 4 nəfərinə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, 18 nəfəri isə Lenin ordeni ilə təltif olunmuşlar. Yerli üzüm sortlarından hazırlanan "Kaqor", "Şamaxı" şərabları 2 dəfə ümumdünya və ümumittifaq sərgilərinin qızıl, 3 dəfə gümüş medalına layiq görülmüzdür.
Şəhriyar (Şərur)
Şəhriyar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Şərur rayonunun eyniadlı i.ə.v. də kənd . Şəhriyar çayının sahilindədir. Bütün hallarda Şəhriyar şəxs adıdır.
Mehrinoz Abbasova
Şəhriyar Əlibəyli
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Şəhrizad (roman)
Şəhrizad — Vahid Məmmədlinin bolşevik işğalından sonra vətənpərvər azərbaycanlıların üzləşdikləri faciələr, repressiya illərində məruz qaldıqları əzablı sürgün həyatlarının bədii təcəssümü olan romanı. Roman müəllifin öz (rus dilinə) tərcüməsində Rusiyanın "Eksmo" nəşriyyatında çapa hazırlanır. Stalinin bolşevik rejimindən öncəki Bakıda təşkil etdiyi bank soyğunları, milyonçu Musa Nağıyevin oğurlanması, qarətlər, Şuşa əsilzadələri Şəhrizad və Talıbın əzablı sevgi hekayətləri və sürgün həyatı, şair Məlik Məftunun, bəy oğlu Məmmədrəsulun, mərd el ağsaqqalı Sibir Qəzənfər və digər obrazların timsalında bolşevik işğalı dövrünün təsirli hekayətində xalqın öz kökündən dönməməsi, namus və milli kimliyin qələbəsindən söhbət açılır. “Gözəlliyə olan sevgi zövq işidirsə, gözəllik yaratmaq incəsənətdir” fəlsəfəsini romanın əsas ideya xəttinə çevirən müəllif Şəhrizadın və xalçaçılıq sənətinin, sevgi və ədəbiyyatın timsalında, qadın və incəsənətin böyük bir qüvvə olduğunu, bu qüvvənin qarşısında Stalinin simasında ən güclü diktatorların da aciz olduğunu təsvir edir.
Əlibəyli Şəhriyar
Şəhriyar Rəhimov
Şəhriyar Ağalı oğlu Rəhimov (6 aprel 1989, Bakı – 25 avqust 2023, Türkiyə) — müdafiəçi mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. Şəhriyar Rəhimov 6 aprel 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Futbol karyerasında müdafiəçi kimi oynamağa başlamışdır. 2012-ci ildə "Şüvəlan" FK-yə transfer olmuş, həmin ilin ara transferində "Rəvan Bakı" komandasında müdafiəçi mövqeyində çıxış etməyə başlayıb. 2013-il də yenidən "Şüvəlan" komandasına geri dönüb. 2015-in transfer mövsümündən "Kəpəz"də oynamağa başlamışdır. 2018-ci ildən öz peşəkar fəaliyyətini "Səbail" futbol komandasında davam etdirmişdir. 2020-ci ildə "Zirə" FK-yə transfer olmuşdur .2021-ci ildə yenidən "Səbail"ə dönmüş və 2022-ci ildə peşəkar karyerasını sonlandırmışdır. 2009–2010-cu illərdə Azərbaycan U-21 milli futbol komandasında oynamışdır. 2018-ci ildə Azərbaycan milli futbol komandasına çağrılmış və 2022-ci ilə kimi oynamışdır.
Mehrinoz Abbosova
Mehrinaz Nəsircan qızı Abbasova (23 iyul 1995, Çartaq rayonu[d], Nəməngan vilayəti) — özbək şairi. Beynəlxalq jurnalist və ədəbiyyatşünas. Cümhuriyyət Gənc Yazarlar Birliyinin ilk sədri (2017–2022). Özbəkistan Yazıçılar Birliyinin üzvü (2018). Şöhrət medalı laureatı (2017). Zülfiyyə adına dövlət mükafatı laureatı (2012). Özbəkistan Yazıçılar Birliyinin tövsiyəsi ilə şairin "Men yoshlikman" (Mən gənclik) və "Yulduzrang qoʻshiqlar" (Ulduzrəng nəğmələr) əsərləri çap olunub. Özbəkistan Respublikasının Gənclərlə İş üzrə Agentliyində Dövlət Dili Məsələləri üzrə məsləhətçi vəzifəsində çalışır. Mehrinoz Abbasova 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyayev ilə görüşüb və hələ tələbə ikən prezidentin dəvəti ilə yeni yaradılmış Respublika Gənc Yazıçılar Birliyinin sədri təyin edilib. Gənc Yazıçılar Birliyinin təşkilatçılığı ilə yazıçılara dəstək məqsədilə bir çox forumlar, festivallar, müsabiqələr, konfranslar, sosial layihələr həyata keçirilir.
Şəhriyar (dastan)
Şəhriyar dastanı ― XVIII əsrdə yazılmış Azərbaycan dastanıdır. "Şəhriyar və Sənubər" xalq nağılı əsasında hazırlanmışdır. Şeir məzmununa və üslubuna görə təhlil və tədqiq edilmişdir. == Haqqında == Azərbaycanda XVIII əsrin ən mühüm ədəbi əsərlərindən biri hesab olunur. Əsərin müəllifinin kimliyi barədə dəqiq məlumat yoxdur. Bu dastan məşhur "Şəhriyar və Sənubər" adlı xalq dastanından istifadə edilərək yenidən işlənilmişdir. Əsərin müəllifi mənbələrdə şair və nasir kimi adı çəkilən Məhəmməddir. Dastan XVIII əsr yazılı ədəbiyyatımızın, xüsusən nəsrimizin gözəl nümunələrindəndir. "Şəhriyar"ın iki nüsxəsi bizə gəlib çatmışdır. Əsərlə tanışlıq göstərir ki, onun müəllifi Məhəmməd dövrünün adlı-sanlı şair və nasiri olmuşdur.