SEHRBAZ Sehrbaz Obçina meydanında oyun gösterdiyi zaman yığılan pulları həmişə onunla yarı bölürdü (S.Vəliyev); CADUGƏR Padşah aləmin doğrudan da cadugər olduğunu düşünüb qorxusundan bir söz demədi, vəzirin isə qorxusundan ürəyi partladı (M.İbrahimov); CADUKÜN (köhn.) [Məstəli şah:] Ondan ötrü ki, onlar minbərə çıxıb aşkara xalqa vəz edirmişlər ki, cadukünə və sairə inanmayın (M.F.Axundzadə); CİNDAR Bu kənddənə məscid, nə cindar vardı; Ayrı etiqadla şənlik yaşardı (M.Dilbazi); OVSUNÇU Ovsunçuyam, ovsun sallam hi mara; Bənna olsan, tərki axtar, him ara (Aşıq Ələsgər); SAHİR (arx.) Oqtay: Sən də ey böyük sahir, söndür bu günəşləri, ay, ulduzları (C.Cabbarlı); SEHRKAR Vahid: Sən sehrkarsan, cadugərsən, kibernetik maşınsan (M.İbrahimov); TİLSİMÇİ (nağıllarda) Tilsimçi qoca üzüyü özü üçün götürüb (Nağıl); CADUÇU.