Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amburan burnu
Köhnə Bilgəh burnu və Amburan burnu — Abşeron yarımadasının şimalında, Xəzər dənizi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Sabunçu rayonu ərazisinə daxildir. Sarıqayabaşı burnu istisna olmaqla Abşeron yarımadasının ən ucqar şimal nöqtəsini təşkil edir. Bilgəh-Pirşağı yolundan şimalda yerləşir. Burun ərazisidə otel və istirahət məkanları vardır. == Maraqlı fakt == Burunun digər adı Amburandır. Bu səbəbdən Amburan mayakının burunda yerləşməsi düşünülür. Ancaq Amburan mayakıı Köhnə Bilgəh burnunda deyil, Qalagah burnunda yerləşir.
Amburan mayakı
Amburan mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Amburan mayakına həsr olunmuşdur.
Duet Amburan (albom)
Duet Amburan – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun ilk studiya albomu. == Albom haqqında == Şanson mahnıların üstünlük təşkil etdiyi albomda Oktay Əhmədov, Emin Sabitoğlu, Aydın Vəliyev və s. şəxslərin bəstələri yer almışdır. Bütün aranjimanların müəllifi Eldar Əzizlidir.
Şaxduran
Şaxduran (lat. Alchemilla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Şabran
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. == Tarixi == Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
İpəyi şaxduran
İpəyi şaxduran (lat. Alchemilla sericea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaxduran cinsinə aid bitki növü. == Arealı == Türkiyə və İranda yayılmışdır.
Şapuran məhəlləsi
Şapuran məhəlləsi — Türk səyyahı E.Çələbinin adını çəkdiyi, Şamaxının 26 məhəlləsindən biri. 1771 ilin avqustunda şəhəri gəzən alman alimi S.Qmelin Şapuran məhəlləsinin adını şəkir.
Ağalıq (Şabran)
Ağalıq (əvvəlki adı: Beynəlmiləl) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Dəvəçi rayonunun Beynəlmiləl kənd inzibati-ərazi vahidi tərkibindəki Beynəlmiləl kəndi Ağalıq kəndi, Beynəlmiləl kənd inzibati-ərazi vahidi Ağalıq kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 5400 nəfər təşkil edir (2020).
Ağbaş (Şabran)
Ağbaş – Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şabran rayonuna məxsus Ağbaş kənd ərazi dairəsi Siyəzən rayonu ərazisində eksklav (anklav) şəraitdə Samur-Abşeron kanalının kənarında, Samur-Dəvəçi ovalığında yerləşir. Yaşayış məntəqəsi XX əsrin ortalarında Cirax, Hacıiskəndərli və Təkyə kənd sakinlərinə məxsus Ağbaş adlanan qışlaq yerində bəzi ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oğuzların ağbaş tayfasının adındandır. Etnotoponimdir. XTX əsrin əvvəllərində keçmış İrəvan xanlığında Aqbaş adlı kənd qeydə alınmışdır. 1900-cü ildə İran ərazisində Ağbaşlı kecidi adlı yerin olması haqqında məlumat verilir. == Əhalisi == Kəndin əhalisi 2605 nəfər təşkil edir.
Dəhnə (Şabran)
Dəhnə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəhnə Dəvəçi rayonunun Çuxurəzəmi inzibati ərazi vahidində kənd. Oykonim ərazidəki Ağzıbirçala gölünün mövqeyi və ya eyniadlı dağın adı ilə bağlıdır.
Dəvəçi (Şabran)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Günəşli (Şabran)
Günəşli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Günəşli Şabran rayonunun Beynəlmiləl inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi keçmiş SSRİ Konstitusiyası sovxozunun 2 nömrəli malikanəsi yanında salınmışdır. 1965-ci ildə rəmzi olaraq Günəşli adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 693 nəfər təşkil edir.
Gəndov (Şabran)
Gəndov — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəndov Dəvəçi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Tədqiqatçılar kəndin adını gah yaxınlığındakı çayın suyunun yaratdığı pis qoxulu gölməçələrlə, gah da cod sulu, içməyə yararsız zəy acısı dadan bulağın suyu ilə bağlayırlar.Kənin əhalisinin çoxunu irandilli xalq olan Tatlar təşkil edir.. Kənd əlverişli coğrafi mövqeyi ilə fərqlənir. == Əhalisi == Kəndin əhalisi 2.296 nəfər təşkil edir. Etnik tərkib baxımından kəndin əhalisi müxtəlifliyi ilə seçilir. Belə ki burada tatlar, mesxeti türkləri, Azərbaycan türkləri həmçinin ləzgilər yaşayır.
Hişkədərə (Şabran)
Hişkədərə — Azərbaycan Respublikasının Şabran rayonunun Zarat inzibati ərazi vahidində kənd. == Tarixi == Xişgədərə kəndi Samur-Dəvəçi ovalığındadır. Oykonim tat dilindəki xişk/xişg (quru), -ə (bitişdirici sait) və dərə (çay dərəsi) komponentlərindən düzəlib, "quru dərə" mənasındadır. Yaşayış məntəqəsi quru çay dərəsində yerləşdiyi üçün belə adlandırılmışdır. HiŞgədərə variantında qeydə alınmışdır.
Liman (Şabran)
Liman — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Məliklər (Şabran)
Məliklər — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Məliklər kəndi Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Uzunboyad kəndi olmaqla, Uzunboyad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 326 nəfər təşkil edir.
Padar (Şabran)
Padar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. == Əhalisi == Kəndin əhalisi 563 nəfər təşkil edir. == İqtisadiyyat == Kənd əhalisi fərdi təsərrüfatla məşğul olurlar. Kənddə maldarlıq əkinçilik kimi işlər aparılır.
Qaraçaylı (Şabran)
Qaraçaylı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Qızılqazma (Şabran)
Qızılqazma — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Rəhimli (Şabran)
Rəhimli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Şabran rayonun tanınmış kəndlərindəndir. Bu kəndin evlərinə çatmaq üçün yolun bir qədərini piyada və ya minklə getmək lazımdır. Dəmir yoluna qədər olan ərazilərdə heç kim yaşamır. Ona görədə kəndin başından dəmir yoluna qədər olan məsafəni qət etmək lazımdır. Bu kənddə hər bir şəxsin özünə aid heyvanı və sahəsi olur. Kəndin başında yeni hotel, əyləncə mərkəzi və futbol oynamaq üçün geniş sahə yaradılıb.Burada yerləşən fermada yarışlar keçirilir. Bu kəndin özünə layiq bir məktəbi və bələdiyyəsi var.Bəzən suların gəlmədiyi vaxtda insanlar baza adlanan yerə gedir paltar yuyur və su gətirirlər. Bu kənddə köhnə bir hamamda vardır. == Əhalisi == Kəndin əhalisi 1.363 nəfər təşkil edir.
Sarvan (Şabran)
Sarvan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Surra (Şabran)
Surra — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Hazırda kənd statusuna malik deyil. Şabran şəhərinin Surra küçəsi kimi qeyd edilir. == Coğrafiyası və iqlimi == Kənd Şabran rayon mərkəzi yaxınlığında yerləşir. Dəvəçiçay Surranın mərkəzindən keçir. Bu çay əhalinin içməli su və kənd təsərrüfatında işlədilən suya olan tələbatını ödəyir. == Əhalisi == Kəndin əhalisi 500 nəfərə yaxındır. == İqtisadiyyatı == Kənd əhalisi əsasən bağçılıq, bostançılıq və ticarətlə məşğul olur.
Təkyə (Şabran)
Təkyə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Təkyə kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Çaraq kəndi olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == === Tanınmış şəxsləri === Vaqif Ucatay (Hüseynov Vaqif Hüseyn oğlu) — Azərbaycan rəssamı.
Təzəkənd (Şabran)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Udullu (Şabran)
Udullu, Udulu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Vələsli (Şabran)
Vələsli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kəndin əhalisi 329 nəfər təşkil edir. == Din == Kənddə Vələsli kənd məscidi dini icması fəaliyyət göstərir.