Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qabırğa sümüyü
Qabırğa (lat. costa,ae f., q.yun. πλευρά) - cüt və yastı qövs səkilli döş qəfəsinə aid sümük olub, insanda sayı 12 cütdür. Qabırğa sümüyü iki: ön qığırdağa keçən və arxa fəqərəyə birləşən ucdan, baş (lat. Caput costae), boyun (lat. collum costae) və cismdən (lat. corpus costae) ibarətdir. Qabırğa sümüyünün iki: xarici qabarıq və daxili batıq səthi var. Arxa ucunda iki oynaq səthi: qabırğa qabarcığı oynaq səthi (lat. Facies articularis tuberculi costae) və köndələn çıxıntı oynaq səthi (lat.
Qabırğa qığırdaqları
Qabırğa qığırdaqları — qabırğaları irəli uzatmağa kömək edən və toraksın (döş qəfəsi) divarlarının elastikliyinə kömək edən hialin qığırdaq toxumaları. Qabırğa qığırdaqları yalnız qabırğaların ön uclarında yerləşir və medial uzanma təmin edir. == 1-12 qabırğaların fərqləri == İlk 7 cütü sternum (sinə sümüyü) ilə bağlıdır, sonrakı 3-ün hər biri qabaqki qabırğanın qığırdağının aşağı sərhədi ilə birləşdirilir, son 2-si qarın divarında bitən uclu ətraflara malikdir.Qabırğalar kimi qabırğa qığırdaqları da uzunluğu, eni və istiqaməti ilə fərqlənir. Onların uzunluğu 1-7-yə qədər artır, sonra tədricən 12-yə qədər azalır. Qabırğa qığırdaqlarının eni, eləcə də aralarındakı boşluqların eni birincidən sonuncuya qədər azalır. Qabırğa qığırdaqları qabırğalara yapışma yerlərində genişdirlər və bütün eni eyni olan ilk 2-si və kənarlarının təmasda olduğu yerlərdə böyüdülmüş 6-cı, 7-ci və 8-ci istisna olmaqla, döş sümüyü ətraflarına doğru daralır. İstiqamətinə görə də fərqlənirlər: 1-si sternuma doğru bir qədər aşağı enir, 2-si üfüqi, 3-sü bir qədər yüksəlir, qalanları isə bucaq şəklindədir. == Strukturu == Hər bir qabırğa qığırdağının 2 səthi, 2 haşiyəsi və 2 ucu var. === Səthləri === Ön səth qabarıqdır, irəli və yuxarıya baxır: 1-si kostoklavikulyar bağa və körpücükaltı əzələyə yapışır. İlk 6 və ya 7 sternum uclarında, döş əzələsinin əsas əzələsinə qədərdir.
Qasırğa
Qasırğa - isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda 100–150 km-ə qədər çıxa bilən çox şiddətli küləklər. Zəlzələdən sonra ikinci yerdədir. == Küləklər Necə Yaranır? == Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir. Maraqlısı odur ki, aralarında çox böyük fərq olan ekvator və qütblər kimi fərqli temperatur və təzyiq qurşaqlarına baxmayaraq, bəzi maneə və "nizamlamalar" sayəsində Yer kürəsi çox güclü küləklərə məruz qalmır. Əgər qütblər və ekvator arasında əmələ gələn nəhəng hava axınları bir azdan sadalayacağımız səbəblərlə yumşaldılmasaydı, Yerin səthi davamlı surətdə güclü qasırğaların baş verdiyi ölü planetə çevrilərdi.Əvvəla, Yerdəki hündürlük fərqləri küləkləri zəiflədir. Böyük hündürlük fərqi olan yerlər isti və soyuq cəbhə sistemləri əmələ gətirir. Dağ ətəklərində rast gəlinən bu sistemlər yeni küləklər əmələ gətirir.
Sabra
Sabra Ana Müharibə Tankı, IMI (Israel Military Industries) 'nin Ramat Haşaronda olan Slavi ağır silahlar tərəfindən hazırlanan, daha yüksək kalibreli top və passiv zirehlə inkişaf etdirilən M60A3 tankının modernize edilmiş bir uyğunlaşdırmasıdır. Sabra inkişaf paketinin hamısında müşahidə cihazı proqramları operativ tələblərə görə uyğunlaşdırılır. İlk nəsli Noyabr 2005-ci ildə təslim edilən, Türkiyə Silahlı Qüvvələrine aid 170 ədəd M60A1 tankı, Sabra Mk 2 paketi ilə inkişaf etdirilmişdir. M60T tanklarında, Sabra tanklarından istifadə olunan original M60A1/-A3 lərdə komandir avtomat qülləsi ,terror təşkilatı PKK ilə mübarizədə əldə edilən təcrübədə, qorunma halında avtomat odlanılması ehtiyac duyulub və hələ də istifadə olunur. == Silahlar == Sabranın əsas silâhı 120mm'lik MG-253 yivsiz topudur ki bu da IMI (əvvəldən taas) tərəfindən edilən Merkava Mark 3 əsas döyüş tankının topuna bənzəyir. Silâh, bir alov püskürtücü ilə silkələnmənin azalması və ilk vuruş ehtimalını ən yüksək səviyyədə saxlamaq üçün bir ısıl qol ilə nizamlandı. 42 top mərmisi üçün yer təmin edildi. Silâh, M60 tankındaki M68 topundandan daha çox təsir məsafəsinə və zireh dəlmə qabiliyyətinə malikdir. Silâh 120mm "Armour Piercing Fin-Stabilised Discarding sabote (APFSDS)" ehtiva edən yivsiz top NATO standartı sursatı ilə uyğundur. Bundan başqa, MG253 Topun LAHAT (Laser Homming Anti Tank) lazer idarə olunan Tanksavar mərmisini çatma qabiliyyətinə malikdir.
Sırğa
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. == Etimologiya == Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası.Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. == Tarixçə == === Türk kişilərin sırğa taxması === Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar. İlk Səlcuq hökmdarları əsirlik rəmzi kimi qulağa həlqə taxmaq üsulunu bilirdilər.
Qasırğa (povest)
Qasırğa (ing. Storm) - Teodor Drayzer tərəfindən yazılmış povestdir. Povestdə ailə, məhəbbət, qadın həyatı kimi məsələlərə toxunulmuşdur. “Qasırğa” Drayzerin birbaşa orijinaldan Azərbay­can dilinə tərcümə edilmiş ilk əsəridir. == Məzmun == Əsərin baş qəhrəmanı-İda,mühafizəkar ailədə böyüyüb. Atası Uilyam Zobel onları əhatə edən Amerika dünyasının yüngüllüyü və başıpozuqluluğu ilə heç cür barışa bilmirdi. O, İdanın böyüməsi və tərbiyəsi üçün sərt qaydalar tətbiq etdi. İdanı öz qaydaları ilə şəhər məktəblərindən seçilən, hətta bir qədər də dini məktəb hesab edilən məktəbdə oxutdurdu. Bunlara baxmayaraq, İda həyatın sevinc və ləzzətlərini duyurdu. İda şən və gümrah gəncləri görüb, valideynlərinin ona olan münasibəti ona darıxdırıcı gəlirdi.
Basırga
Basırğa - türk xalq inancında kabus. Gecə görülən pis yuxu. Basırğamaq (Basırğanmaq) felləriylə də ifadə edilir. Bu təqdirdə "kabus görmək" mənasını verər. Böyük çətinlik və qorxu eşitmək. Pis ruhların səbəb olduğuna inanılar. Kabus ruhu ilə əlaqəlidir. Bundan başqa Qarabasan anlayışını da ağla gətirir. Basar adlı pis ruhla əlaqədar görünməkdədir. Kabuslar bütün dünya mədəniyyət xalq etiqadının əhəmiyyətli bir parçasını meydana gətirərlər.
Basırqa
Basırğa - türk xalq inancında kabus. Gecə görülən pis yuxu. Basırğamaq (Basırğanmaq) felləriylə də ifadə edilir. Bu təqdirdə "kabus görmək" mənasını verər. Böyük çətinlik və qorxu eşitmək. Pis ruhların səbəb olduğuna inanılar. Kabus ruhu ilə əlaqəlidir. Bundan başqa Qarabasan anlayışını da ağla gətirir. Basar adlı pis ruhla əlaqədar görünməkdədir. Kabuslar bütün dünya mədəniyyət xalq etiqadının əhəmiyyətli bir parçasını meydana gətirərlər.
Kabarqa
Müşk maralı, Qabarğa və ya Sibir geyiki (lat. Moschus moschiferus) — qabarğalar (Moschidae) fəsiləsinə aid maralabənzər gövşəyən heyvan növü. == Etimologiya == Vasili Radlova görə rus dilindəki Кабарга sözü Teleüt, Şor və Sağay dillərindəki Tabırğa sözündən gəlib.. Bu türk mənşəli sözdür. == Təsnifatı == Qabarğa növünün 4-6 yarımnövü var. Bəzi təsnifatlarda bu yarımnövlər ayrıca növ kimi göstərilir. Qabarğanın bədəninin uzunluğu 1 m, quyruğunun uzunluğu 4—6 sm, süysününün hündürlüyü 70 sm-ə qədər, kütləsi isə 11—18 kq olur. Qabarğanın buynuzları olmur. == Coğrafiyası == Qabarğa Himalay və Tibet dağlarının şərqindən Şərqi Sibir, Koreya və Saxalinə kimi olan sıldırım qayalıqları və iynəyarpaqlı meşələr olan ərazılərdə yayılmışdır. Təqribən dəniz səviyyəsindən 600–900 m, nadir hallarda 1600 m yüksəklikdə yaşayır.
Sabirli
Sabirli — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nunn Çarhan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində Alpout dağının yamacında yerləşir. Keçmiş adı Osmanbəyli olmuşdur. Yaşayış məntəqəsinin ərazisi vaxtilə Şahbaz bəy adlı şəxsə məxsus olduğı üçün bir müddət Şahbazbəyli, 1930-1956 illərdə isə Azərbaycan KP MK-nın birinci katibi olmuş M.C.Bağırovun şərəfınə Bağırovka adlanmışdır. 1956 ildən kənd şair M.Ə.Sabirin adını daşıyır. Ərazidə eyniadlı palçıq vulkanı da mövcuddur. == Əhalisi == Kənd əhalisi 371 nəfərdir ki, onunda 170 nəfəri kişi, 201 nəfəri isə qadınlar təşkil edir., 61 təsərrüfatı var.
Sabiroba
Sabiroba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Sabriya
T-300 Qasırğa
T-300 Qasırğa raket sistemi (Həmçinin TRG-300 Tiger Missile, yəni pələng raketlər adı ilə də tanınır), Roketsan tərəfindən istehsal olunan türk reaktiv yaylım atəş sistemidir. Sistemdə 300 mm-lik dörd raket buraxma borusu var və raketləri 120 km-lik bir uçuş məsafəsinə malikdir. == Xülasə == Tipik Qasırğa batareyaları sistemləri, altı ilə doqquz fırlatma vasitəsindən (F-302T) və bərabər sayda tədarük və yenidən doldurma vasitəsi olan bir Komanda və İdarəetmə Vasitəsindən ibarətdir. Hər bir raketin dörd sabit qanadı var və maksimum sürəti 4.2 Mach olmaq şərti ilə 30.000 m maksimum uçuş hündürlüyünə çatır. Raketlər kompozit qatı yanacaq sistemindən istifadə edir və ümumiyyətlə 26.000 polad topdan ibarət döyüş başlığı ilə təchiz olunur. Sistem elektromexanik işə salma sistemi ilə aerodinamik nəzarətə malikdir.TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi dizaynında bəzi dəyişikliklərlə Çinin WS-1B raket qurğusunu əsas götürmüşdür. Türk quru qüvvələrinin xidmətində olan 300 mm-lik TRG-300 sistemi uzun mənzilli atəş dəstəyi təmin edir. TRG-300 Qasırğa reaktiv yaylım atəş sistemi iki əsas hissədən ibarətdir: Başlatma sistemi (T-300) və raket, TR-300. T-300 Alman MAN Dizel (6 × 6) ərazi yük maşını şassisinə əsaslanır. Dörd raketlə tamamlanan döyüş ağırlığı 23 tondur.
Sabra (tank)
Sabra Ana Müharibə Tankı, IMI (Israel Military Industries) 'nin Ramat Haşaronda olan Slavi ağır silahlar tərəfindən hazırlanan, daha yüksək kalibreli top və passiv zirehlə inkişaf etdirilən M60A3 tankının modernize edilmiş bir uyğunlaşdırmasıdır. Sabra inkişaf paketinin hamısında müşahidə cihazı proqramları operativ tələblərə görə uyğunlaşdırılır. İlk nəsli Noyabr 2005-ci ildə təslim edilən, Türkiyə Silahlı Qüvvələrine aid 170 ədəd M60A1 tankı, Sabra Mk 2 paketi ilə inkişaf etdirilmişdir. M60T tanklarında, Sabra tanklarından istifadə olunan original M60A1/-A3 lərdə komandir avtomat qülləsi ,terror təşkilatı PKK ilə mübarizədə əldə edilən təcrübədə, qorunma halında avtomat odlanılması ehtiyac duyulub və hələ də istifadə olunur. == Silahlar == Sabranın əsas silâhı 120mm'lik MG-253 yivsiz topudur ki bu da IMI (əvvəldən taas) tərəfindən edilən Merkava Mark 3 əsas döyüş tankının topuna bənzəyir. Silâh, bir alov püskürtücü ilə silkələnmənin azalması və ilk vuruş ehtimalını ən yüksək səviyyədə saxlamaq üçün bir ısıl qol ilə nizamlandı. 42 top mərmisi üçün yer təmin edildi. Silâh, M60 tankındaki M68 topundandan daha çox təsir məsafəsinə və zireh dəlmə qabiliyyətinə malikdir. Silâh 120mm "Armour Piercing Fin-Stabilised Discarding sabote (APFSDS)" ehtiva edən yivsiz top NATO standartı sursatı ilə uyğundur. Bundan başqa, MG253 Topun LAHAT (Laser Homming Anti Tank) lazer idarə olunan Tanksavar mərmisini çatma qabiliyyətinə malikdir.
Satira
Satira (lat. satira) — müəllifin hadisə və adamlara gülüş və qınaq yaradan münasibətinin daha sərt obrazıdır. Bədii gülüşün bir növüdür. Satiranın yumordan fərqi onun açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilməsi, öz obyektini ifşa niyyəti daşımasıdır. Satirik obraz sosial məzmun daşıyır, yazıçının siyasi və əxlaqi, dini əqidəsinin əks qütbünü göstərən bir obraz olur. Satirik obraz romanda bir və ya bir neçə surət də, bütün bir hekayə də, dramda personaj da, şeirlə yazılmış əsər də olur. Satiraya ən gözəl misal S.Ə.Şirvanini " Köpəyə ehsan" şeiri sayıla bilər. Harınlamış bəy öz sevimli itini kənd qəbiristanında basdırır. Kənd camaatı narazılıqla mollaya müraciət edir. Bəy mollanın ağzını yummaq üçün ona bir toğlu göndərir.
Şabiha
Şabiha (ərəb. الشبيحة‎) (ərəb. شبح‎ kökündən "xəyal", və cəmi "Şabbih" ərəb. شبيح‎), ki təqribən "quldur", "başkəsən" tərcümə olunur. Söz, Bəşar Əsəd rejiminə qarşı etirazçılara hücum edən mülki paltarlar içində silahlı adamları təsvir etmək üçün istifadə edildiyinə görə, 2011 Suriya qiyamının başlamasından bu yana beynəlxalq şöhrət qazanmışdır. Müxalifət və insan haqqların müdafiə edən qruplar Şabihanı müxaliflər üzərinə zərbə üçün rejimin bir vasitəsi olduğunu iddia edirlərSuriya İnsan Hüquqları üzrə Milli Təşkilatı bəzi muzdlu əsgərlərin şabiha olduqlarını bəyan edib Onlar, "Bəşar Əsədin rejimini dəstəkləyən mülki milis təriqəti" kimi, Əsədin rejimi üçün qeyri-rəsmi mühafizə orqanları olaraq hərəkət etməklə günahlandırılan bir bədnam Ələviyə yarım-hərbi, və "rejimə yaxın quldurlardan ibarət olan yarı-cinayətkar dəstələr" kimi təsvir edilmişdirlər.
Şakira
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa == Həyatı == 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Sabina
Sabina — ad. Sabina Florian — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. Sabina Azema — Fransa aktrisası. Sabina Derflinger — Avstriyalı rejissor, ssenarist və prodüser;DigərSabina (region) — İtaliyanın mərkəzində, Umbriya, Latsio və Abruttso arasında yerləşən tarixi-coğrafi region.
Sabir
Sabir — kişi adı və təxəllüs. Sabir Abdulla — Azərbaycan şairi. Sabir Ələsgərov — Azərbaycan diktoru. Sabir Hüseynov Sabir Həbibov —Sabir Hüseynov (idmançı) — Azərbaycan çempionu, Əməkdar məşqçi, hakim. Sabir Hüseynov (əsgər) — Vətən müharibəsi şəhidiSabir Məmmədli — Sabir Məmmədov — Azərbaycanın xalq artisti, aktyor. Sabir MirzəyevSabir Mirzəyev (xanəndə) — Əməkdar artist (2007), Azərbaycanın görkəmli xanəndəsi.
Saiga
Sayğaqlar (lat. Saiga)— Əsl antiloplar alt dəstəsinə daxiı olan bioloji cins. Pleystosen epoxası (2 milyondan 10 min il öncəyə qədər) dövründə Avrasiyanın şimalı, Britaniya adaları qərbi, Kanadanın şimal-qərb bölgəsinin savanna və çöl ərazilərində yayılmışdırlar. Hazırda bir-birindən arslı yayılmış bir nrcə populyasiya şəklində Mərkəzi Asiyanın çöl və yarımsəhra ərazilərində yayılmışlar. Cinsə bir nəsli kəsilmiş və bir müasir növ daxildir: Sayğaq (Saiga tatarica) — hazırda iki yarımnövə aid 5 təcrid olunmuş populyasiya qalmışdır:S. tatarica tatarica — Rusiya və Qazaxıstan ərazisində dörd populyasiya; S. tatarica mongolica — olduqca azsaylı polulyasiya Monqolustanın şimal-qərbində yerləşir; S. tatarica binagadensis † — Orta Pleystosen dönəmində Azərbaycanda iqlimin quraqlaşması ilə əlaqədar nəsli kəsilmişdir.Pleystosen sayğağı (Saiga borealis) † — qədim, hazırda nəslikəsilmiş növ. İki yarımnövə bölünürdülər:S. borealis borealis — Şərqi Sibir və Alyaska S. borealis prisca — Avropa, Ural və Qərbi Sibir == İstinadlar == == Ədəbiyyat == Baryshnikov G. and Tikhonov A. 1994. Notes on skulls of Pleistocene saiga of northern Eurasia. Historical Biology, Volume 8, Issue 1–4, pages 209–234.
Sarqa
Saqra (isp. Sagra) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 465 nəfərə çatmışdır.Əyalət paytaxt şəhərindən 88 km uzaqlıqda yerləşir.
Sabircan Qunaqbayev
Sabircan Qunaqbayev (başq. Sabircan Ğabdulla uğlı Qunaqbayev, Сабирҗан Габдулла улы Кунакбаев; 29 dekabr 1901, Ulukulevo[d], Ufa qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 3 iyul 1996, Ufa, Başqırdıstan, RSFSR[d]) — seleksiyaçı alim. Sosialist Əməyi Qəhrəmanı. == Bioqrafiyası == 1901-ci ildə Rusiya imperiyası, Ufa quberniyası, Ufa qəzası Olokul kəndində böyük tatar əsilli kəndli ailəsində anadan olmuşdur. Ailənin üç qız və altı oğlan uşağı var idi. Dörd il ibtidai zemstvo məktəbində oxumuşdur. Məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Ufa şəhərində bir mədrəsəyə daxil olur. Hakimiyyə mədrəsəsində oxuyur. 1927-ci ildə K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. 1927–1927-ci illərdə Başqırd Xalq Əkinçilik Komissarlığında işləmişdir.
Sabirxan (Şot)
Sabirxan (fars. صبيرخان‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Sabrina (albom)
Sabrina – Sabrina Salernonun çıxardığı ilk albomdur.
Sabrina Karpenter
Sabrina Ennlinn Karpenter (11 may 1999[…], Kvakertaun[d], Pensilvaniya) — amerikalı müğənni, bəstəkar, aktrisa. Karpenter aktrisalıq karyerasına cinayət teleserialı Law & Order: Special Victims Unit ilə başladı, və Fox-un üç ay davam edən qısa müddətli serialı The Goodwin Games-də təkrarlanan rol aldı. O, Disney Channel-də yayımlanan komediya serialı Girl Meets World (2014–2017) və televiziya filmi Adventures in Babysitting-də rol aldı.Karpenter, Horns (2013), The Hate U Give (2018), The Short History of the Long Road (2019), Clouds (2020) və Emergency (2022) kimi bir neçə bədii filmdə rol alıb. Həmçinin üç Netflix filmində, Tall Girl (2019) və onun davamı (2022) və Work It (2020) filmlərində yer alıb. 2014-cü ildə onun debüt musiqi sinqlı "Can't Blame a Girl for Trying" və eyni adlı mini-albomu işıq üzü gördü. 2015-ci ildə o, Eyes Wide Open adlı debüt albomu və üç əlavə studiya albomu, Evolution (2016), Singular: Act I (2018) və Singular: Act II (2019) buraxıdı. Beşinci studiya albomu Emails I Can't Send 2022-ci ildə buraxıldı. == Həyatı == Karpenter 11 may 1999-cu ildə Pensilvaniya ştatının Kvakertaun şəhərində Devid və Elizabet Karpenterin ailəsində anadan olub və Şərqi Qrinvildə böyüyüb. Üç böyük bacısı ilə birlikdə böyüyüb və evdə təhsil alıb. 10 yaşında mahnı oxuyarkən çəkdiyi videoları YouTube-a yerləşdirməyə başladı.
Sabrina Qlevissiq
Sabrina Qlevissiq (pol. Sabrina Glevissig) – Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, sehrbaz qadın. == Bioqrafiya == Sabrina Qlevissiq Kaedvendən olan sehrbazdır. O, Venqerberqli Yenniferlə eyni dövrdə sehrbazlıq məktəbində təhsil alır və Yenniferi özünə rəqib görür. Sabrina Kaedven kralı Henselt üzərində böyük təsir gücünə malikdir. Gözəlliyini qabarıq göstərən effektli geyimləri sevir. Sapkovskinin romanları əsasında yaradılmış oyunlar seriyasında Sabrina artıq ölmüşdür: döyüş meydanında alov yağışı çağırdığına görə Henseltin göstərişi ilə Sabrina tonqalda yandırılır. Lakin, Sabrina ölməzdən əvvəl krala lənət göndərə bilir. Bundan sonra Sabrina personajı ətrafına böyük kult yaranır. == Seriallarda == ABŞ istehsalı olan “Cadugər” teleserialında Sabrina Qlevissiq rolunu aktrisa Terika Vilson-Rid canlandırmışdır.
Sabrina Qriqoryan
Sabrina Qriqoryan (erm. Սաբրինա Մարկոսի Գրիգորյան) — İtalyan əsilli erməni aktrisa. == Bioqrafiyası == Sabrina Qriqoryan 28 iyul 1956-cı ildə Romada rəssam Markos Qriqoryan və Flora Adamyanın ailəsində anadan olub. Valideynləri boşandıqdan sonra Sabrina atası tərəfindən böyüdülür və ibtidai təhsilini Tehranda istedadlı uşaqlar üçün xüsusi məktəbdə alır. Daha sonra təhsilini Nyu-Yorkda orta məktəbdə davam etdirir. Tehrana qayıdan o, yerli məktəbin teatr direktoru, eləcə də Tehrandakı Beynəlxalq Gənclər Teatr Təşkilatının direktoru Patrisiya Zixlə görüşüre. Zix Sabrinanın qeyri-adi aktyorluq istedadını görür. Orta məktəbi bitirdikdən sonra Sabrina Londona gedir, dinləmələrdən keçir və aktyorluq təhsili almaq üçün Qildxoll Musiqi və Dram Məktəbinə qəbul olunur. Həmin illərdə o, çoxlu səyahətlər etmiş, ABŞ, İsveçrə, İspaniya, İtaliya və bir çox başqa yerlərə getmiş, bacardığı bütün bilikləri mənimsəmişdir. Erməni, ingilis və fransız dillərini mükəmməl bilir, fars, italyan, ispan dillərini başa düşürdü.