Sabrina Qlevissiq (pol. Sabrina Glevissig) – Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, sehrbaz qadın.
Sabrina Qlevissiq | |
---|---|
pol. Sabrina Glevissig | |
Cadugər romanlar seriyası personajı | |
Yaradan | Andjey Sapkovski |
Canlandıran | Terika Vilson-Rid |
Məlumat | |
Cinsi | qadın |
Peşə | sehrbaz |
Sabrina Qlevissiq Kaedvendən olan sehrbazdır. O, Venqerberqli Yenniferlə eyni dövrdə sehrbazlıq məktəbində təhsil alır və Yenniferi özünə rəqib görür. Sabrina Kaedven kralı Henselt üzərində böyük təsir gücünə malikdir. Gözəlliyini qabarıq göstərən effektli geyimləri sevir.
Sapkovskinin romanları əsasında yaradılmış oyunlar seriyasında Sabrina artıq ölmüşdür: döyüş meydanında alov yağışı çağırdığına görə Henseltin göstərişi ilə Sabrina tonqalda yandırılır. Lakin, Sabrina ölməzdən əvvəl krala lənət göndərə bilir. Bundan sonra Sabrina personajı ətrafına böyük kult yaranır.
ABŞ istehsalı olan “Cadugər” teleserialında Sabrina Qlevissiq rolunu aktrisa Terika Vilson-Rid canlandırmışdır.