Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Afeli
Afeli [yun. apo – uzaqlıq + yun. Helios – Günəş] == Ümumi məlumat == Afeli - Günəş ətrafında fırlanan planetlərin, asteroid və kometaların orbitinin Günəşdən ən uzaq nöqtəsi. Yer hər il iyulun 5-də Afelidən keçir və bu vaxt Günəşdən 152 mln. km məsafədə olur.
Safed
Safed (ivr. ‏צְפַת‏‎) — İsraildə, şimal bölgəsində olan bir şəhər. Yəhudiliyin dörd müqəddəs şəhərindən biri və Kabbala təriqətinin mərkəzidir. Bundan başqa 900 metrin üzərindəki rakımı sayəsində, mülayim yayları və qarlı qışları ilə məşhur bir tətil məkanıdır. 2003-cü ilə olan əhalisi 26.600-dür.
Sahel
Sahel (ərəb. ساحل)‎, sahel - sahil, sahilkənarı) — Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan məhsudar torpaqlara malik tropik savanna.
Sanela Cenkins
Sanela Cenkins (bosn. Sanela Jenkins 1973, Sarayevo) — bosniyalı sahibkar və Kaliforniyada yaşayan xeyriyyəçi. Sarayevoda yaşayan, orta sinif boşnak ailəsində anadan olur. Ailədə iki uşaqdan birincisidir. Atası iqtisadçı, anası mühasib olur. Uşaqlığını Sarayevoda keçirir. Sarayevo Universitetində iqtisad ixtisası üzrə təhsil alır. Lakin müharibə başlayandan sonra Sanela ölkəsini tərk edərək əvvəl Xorvatiyaya, sonra Londonda gedir və burada təhsilini davam etdirir. Tələbə olaraq Melissa Odabash çimərlik geyimləri xəttini əldə edir. Debor Andersonun şəkilləri olan "23 Otaq" kitabını buraxır.
Saveli Kramarov
İtirilmiş vaxt haqqında nağıl (film, 1964)
Saveliy Tartakover
Saveliy Qriqoreviç Tartakover (, 21 fevral 1887, Rostov-na Danu — 4 fevral 1956, Paris)— şahmatçı, qrosmeyster (1950), XX əsrin əvvəlrində dünyanın ən güclülərindən biri. Şahmat nəzəriyyəçisi, jurnalist və yazıçı, şair və tərcüməçi. Hüquqşünas. "Hipermodernizm" termini ona məxsusdur. 21 fevral 1887-ci ildə Rostov-na Danu şəhərində, Bolşaya Sadovaya küçəsi, 59 nömrəli evdə anadan olmuşdur. Atası German (Qriqori) Yakovleviç Tartakover, anası isə avstriya kökənli Natalya (Eti-Ruxli) Efimovna Tartakover idi. Ailəsi 1879-cu ildən bəri «Конкуренция» mağazasına sahib idi. Valideynləri 1911-ci il fevralın 18-nə keçən gecə öz mənzilində qarət zamanı vəhşicəsinə qətlə yetirilmişdir. 1899-1904-cü illərdə əvvəlcə Rostov-on-Don gimnaziyasını, sonra isə Cenevrədə College de Geneverədə oxudu. Eyni zamanda 1904-cü ildə Vyana Universitetinin Hüquq fakültəsində oxudu.
Moonchild Sanelly
Moonchild Sanelly (əsl adı: Sanalisive Tvişa; 20 noyabr 1987, Port-Elizabet, Şərqi Keyp vilayəti) — CAR-dan olan müğənni, rəqqas. Yazıb ifa etdiyi mahnılar özünün yaratmış olduğu "Future ghetto funk" üslubundadır. Sanelly Xosa(en) xalqındandır və mahnılarında tez-tez bu xalqın dilindən istifadə edir. Moonchild Sanelly musiqiçi ailəsində anadan olmuşdur. Anası caz ifaçısı, qardaşı hip-hop prodüseri, xalası uşaqları isə rəqqasdır. 2005-ci ildə o, dəb üzrə təhsil almaq üçün Durban şəhərinə köçüb. Orada 6 il yaşayıb, təhsildən əlavə musiqi ilə də məşğul olub. Sonralar musiqi karyerasını davam etdirmək üçün Yohannesburqa köçüb. O, Texasın Ostin şəhərindəki SXSW və Barselonadakı Primavera Sound festivallarında canlı çıxışlar etmişdir. Bədənini nümayiş etdirməkdən və seks haqqında danışmaqdan çəkinmir.
Hafel çayı
Hafel (alm. Havel‎) — Almaniyanın şərq hissəsində çay, Elbanın sağ qolu. Uzunluğu 334 kilometr, sahəsi 24096 km2.
Mer-Savel
Mer-Savel (fr. Mayres-Savel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38224. Kommunanın 1999-cu il üçün əhalisi 107 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Roman Saley
Roman Sergeyeviç Saleh (27 fevral 1994) — Azərbaycanı, əvvəl isə Belarusu təmsil edən üzgüçü. Roman Saleh 1994-cü il fevralın 27-də anadan olub. Roman Salehin qardaşı Dmitri Saleh də üzgüçüdür. Roman Saleh və qardaşı Dmitri Saleh qardaşları 2016-cı ildə XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu. Nəticədə həm Dmitri Saleh, həm də Roman Saleh final mərhələsinə adladı. Final mərhələsində Roman Saleh 58.11 saniyə nəticə göstərdi və dördüncü pillədnin sahibi oldu. Dmitri Saleh isə 58.16 saniyə nəticə göstərdi və turniri beşinci pillədə başa vurdu.
Safet Berişa
Safet Berişa (11 Noyabr 1949 – 19 Oktyabr 2016) — Müdafiəçi kimi çıxış etmiş Albaniya futbolçusudur. Berişa Teuta Durres FK, Partizan Tirana FK, Albaniya milli futbol komandasında çıxış etmiş və 20 müxtəlif kubokun sahibi olmuşdur. Berişa kiçik yaşlarından ögey valideynləri tərəfindən saxlanılmışdır. Uşaqlıq illəri də Durres şəhərində keçmişdir. Berişa ilk gənclik karyerasına Teuta Durres FK klubunda başlamışdır. 1992-ci ildə o, ailəsi ilə birlikdə İtaliyaya mühacirət olunmuşdur. Əvvəlcə Bari, sonra isə Arezzo şəhərində yaşamağa başlamışdır. Berişa təcili yardım maşını ilə sürücü kimi çalışmağa başlamışdır.
Sarel sümürgəsi
Sarel sümürgəsi (lat. Asplenium sarelii) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Sefey (bürc)
Sefey (lat. Cepheus) — göyün şimal yarımkürəsində bürc. Ən parlaq ulduzu Əlderamindir. Sahəsi 589 kv. dərəcədir ki, sahəsinə görə 27-ci yerdədir.
Safet Zek
Safet Zek (5 dekabr 1943) — Bosniyalı rəssam və qrafika rəssamı. Safet Zek Bosniya və Herseqovinanın SR Rogatica şəhərində bosniyalı ailədə anadan olub. 1964-cü ildə Sarayevodakı Tətbiqi Sənətlər Məktəbini bitirib. 1969-cu ildə Zek Belqraddakı Gözəl Sənətlər Universitetini, daha sonra 1972-ci ildə həmin universitetdə aspirantura təhsilini başa vurub. Yetmişinci illərdə Safet Zek poetik realizmin əsas nümayəndələrindən birinə çevrildi. 1989-cu ilə qədər o, ailəsi ilə birlikdə Belqradda yaşayıb işləmiş, sonra Sarayevoya qayıtmışdır. 1992-ci ildə Bosniya müharibəsi səbəbindən Sarayevonu tərk edərək İtaliyanın Udine şəhərinə qaçıb. O, 90-cı illərin əvvəllərində Yuqoslaviyanın ən məşhur rəssamlarından biri idi. Safet Zek Bosniya və Herseqovinada və dünyanın böyük şəhərlərində 70-dən çox fərdi sərgi hazırlayıb. O, həmçinin Bosniya və Herseqovina Rəssamlar Assosiasiyasının üzvüdür.
Dmitri Saley
Dmitri Sergeyeviç Saleh (3 noyabr 1989) — Belarusu, əvvəl isə Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Dmitri Saleh 1989-cu il noyabrın 3-də anadan olub. Dmitri Salehin qardaşı Roman Saleh də üzgüçüdür. == Karyerası == Dmitri Saleh 2008-2012-ci illərdə Belarusu Paralimpiya Oyunlarında təmsil edib. Dmitri Saleh 2008-ci ildə baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı və 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində qızıl medala sahib oldu. Daha sonra Dmitri Saleh 2012-ci ildə baş tutan London Paralimpiadasında mübarizə aparsa da, medala sahib ola bilmədi. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında isə Dmitri Saleh və qardaşı Roman Saleh Azərbaycanı təmsil elədi. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu.
Bafey döyüşü
Bafey döyüşü və ya Qoyunhasar döyüşü — 18-27 iyul 1302-ci il tarixdə Osmanlı bəyliyi ilə Bizans imperiyasının apardığı döyüş. Bafeus müharibəsi Osmanlı bəyliyi və Bizans imperiyası arasında aparılan tarixdəki ilk silahlı toqquşmadır. Döyüşü Osman bəyin rəhbərliyindəki Osmanlı ordusu qazanmışdır. == Əsas məqsəd == Xəlil İnalcık, müxtəlif Osmanlı mənbələri ilə Yeoryos Pahimerisə (Bizans tarixçisi) əsaslanaraq Bafeus müharibəsnin baş vermə səbəbini, Osmanlı dövlətinin Nikeanı (indiki İznik) yenidən Türk hakimiyyəti altına alma istəyi kimi göstərimişdir. == Müharibənin yeri == Bafeus müharibəsi kimi tanınan müharibə bu gün Bursa vilayəti Təzə Şəhər ilinə bağlı Koyunhisar və ya digər adı ilə Hamidiyə kəndinin yerləşdiyi düzənlikdə baş vermişdir. Başda Bursa valisi Atranos, Ketel və Kita tekfurları Osman bəyə qarşı birləşdilər. İmperator II Andronikos Palaiologos da 2 min nəfərlik çoxu pullu əsgərlərdən ibarət olan mərkəzi ordu gücü göndərmişdi. Ancaq bu birləşmiş Bizans ordusu Osman bəy komandanlığı altındakı Osmanlı qüvvələri tərəfindən, İzmitin şimal-şərqində Koyunhisar (Baphaeon) deyilən yerdə ağır bir məğlubiyyətə uğradıldı. Bu müharibə zamanı yenilən Bizanslı qüvvələrin çox itkiyə məruz qalmadıqları və bir çox mərkəzi Bizans gücünə aid muzdlu əsgərlərin dağınıq şəkildə İzmitə qayıtdığı bildirilməkdədir. Osmanlı qüvvələrindən isə Osman bəyin qardaşı oğlu Aydoğdu bəy həlak olmuşdur.
Alan Corc Lafley
[mənbə göstərin] Alan Corc Lafley (ing. A.G. Lafley 13 iyun 1947) — Procter & Gamble şirkətinin rəhbəri.
Şahəli
Şahəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca sadədir. Erm. SSR AS RH-nin 10. IV. 1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vahaqni qoyulmuşdur.
Şapel
Kapella – Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı. Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur. Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur. Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.
Parlaq şalfey
Şahəli Həsənov
Şahəli Həsənov Gülmalı oğlu — coğrafiya elmlər doktoru, professor, alim. Şahəli Həsənov 1921-ci ildə Ağsu rayonunun Gəgəli kəndimdə anadan olmuşdur. 1951-ci ildə ADU-nin Geologiya-coğrafiya fakulttəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ş.Həsənov torpaqşünaslıq, torpaq coğrafiyası, torpaq aqroekologiyası və bonitirovkası və təbiətin mühafizəsi sahəsində görkəmli alim, tanınmış mütəxəssisdir. Akademiyanın Coğrafiya İnstitutunda baş laborant işləmiş, 1951-ci ildən 1978-ci ilə qədər isə AMEA Torpaqşünaslıq və Aqrokimya institutunda aspirant, kiçik elmi işçi, baş elmi işçivə labaratoriya müdiri vəzifələrində çalışmışdır. 1978-ci ildə ADPİ Ümumi coğrafiya kafedrasına müdir seçilmiş, 1992-ci ilə kimi bu vəzifədə işləmişdir. 1989-91-ci illərdə coğrafiya fakültəsinin dekanı olmuşdur. Hazırda Ümumi Coğrafiya kafedrasının professorudur. 1972-ci ildə AMEA Coğrafiya İnstitutunun elmi şurasında doktorluq disertasiyası müdafiə edib, coğrafiya elmlər doktoru, alimlik dərəcəsi almışdır. Prof.Ş.Həsənov 1963-65-ci illərdə elmi ekspert və sovet mütəxəsislər qrupunun rəhbəri kimi Birmaya ezam edilmiş, yerli torpaqşünas kadrların hazırlanması məqsədilə Yanqon KTİ-da mühazirələr oxumuşdur.Onun "731-gün Birmada" adlı etno-coğrafi səpgidə yazdığı elmi-kütləvi kitabı da məhz bu səfərin məhsuludur.
Şahəli Şıxıyev
Şahəli şəlaləsi
Şahəli (Şəli və ya Səli) — Azərbaycan Respublikasın Qax rayonunun İlisu kəndi ərazisində kaskad tipli şəlalə. Şahəli və ya Şəli kaskad şəlaləsi Böyük Qafqaz sıra dağlarının cənub yamacında, Parsadan silsiləsində yerləşir. Şəlalə Qax rayonunun İlisu kəndindən 2 km şimalda, Kürmükçayının sağ sahilində, Ərtürgən dağının ətəyindədir. Şəlalə kaskad tipli olub əsas iki hissədən ibarətdir. Birinci şəlalənin hündürlüyü 10-15 metr, ikincinin hündürlüyü isə təxminən 50-60 metrdir. Şəlalənin suyu il boyu bolsuludur. Birinci şəlaləni ziyarət etmək çox asan olsa da, ikinci şəlaləni görmək üçün yetərincə çətin yolla dağa qalxmaq lazımdır. Şəlaləyə gedən yol İlisu kəndinin mərkəzindən Sarıbaş kəndi istiqamətindədir. Yol Kürmükçayının yatağı ilə, sol sahil boyu uzanır.1 km-lik məsafədən sonra yol çayın sağ sahilinə keçir. Şəlaləyə gedən yolda, həm sağ, həm də sol sahildə mineral bulaq mövcuddur.
Şahəlı Həsənov
Şahəli Həsənov Gülmalı oğlu — coğrafiya elmlər doktoru, professor, alim. Şahəli Həsənov 1921-ci ildə Ağsu rayonunun Gəgəli kəndimdə anadan olmuşdur. 1951-ci ildə ADU-nin Geologiya-coğrafiya fakulttəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ş.Həsənov torpaqşünaslıq, torpaq coğrafiyası, torpaq aqroekologiyası və bonitirovkası və təbiətin mühafizəsi sahəsində görkəmli alim, tanınmış mütəxəssisdir. Akademiyanın Coğrafiya İnstitutunda baş laborant işləmiş, 1951-ci ildən 1978-ci ilə qədər isə AMEA Torpaqşünaslıq və Aqrokimya institutunda aspirant, kiçik elmi işçi, baş elmi işçivə labaratoriya müdiri vəzifələrində çalışmışdır. 1978-ci ildə ADPİ Ümumi coğrafiya kafedrasına müdir seçilmiş, 1992-ci ilə kimi bu vəzifədə işləmişdir. 1989-91-ci illərdə coğrafiya fakültəsinin dekanı olmuşdur. Hazırda Ümumi Coğrafiya kafedrasının professorudur. 1972-ci ildə AMEA Coğrafiya İnstitutunun elmi şurasında doktorluq disertasiyası müdafiə edib, coğrafiya elmlər doktoru, alimlik dərəcəsi almışdır. Prof.Ş.Həsənov 1963-65-ci illərdə elmi ekspert və sovet mütəxəsislər qrupunun rəhbəri kimi Birmaya ezam edilmiş, yerli torpaqşünas kadrların hazırlanması məqsədilə Yanqon KTİ-da mühazirələr oxumuşdur.Onun "731-gün Birmada" adlı etno-coğrafi səpgidə yazdığı elmi-kütləvi kitabı da məhz bu səfərin məhsuludur.
Koko Şanel
Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883[…], Saumur – 10 yanvar 1971[…], Ritz oteli, I arondisman) — Fransalı modelyer. Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriyella olan dizayner məşhur Koko adını çox sevdiyi ko kori ko mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel, sonra bir çoxları onu bəyənmədiyinə görə bu sənəti atıb. Ömrünün sonunadək narkotik vasitələrdən istifadə edən Şanel Kameliya adlı narkotik vasitə kimi istifadə edilən çiçəyin quruluşunu öz dizaynında istifadə edib. == Həyatı == Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı. O, 1910-cu ildə özünün geyim dükanını açır.
Luk Şatel
Luk Şatel — Fransanın eks təhsil naziri Lük Şatelin həyat yoldaşı Astrid Herrenşmidt 22 yanvar 2012-ci ildə intihar edib. Luk Şatel 1991-ci ildən Astrid Herrenşmidtlə evli idi və onların 4 övladı var.
Pyer-Şatel
Pyer-Şatel (fr. Pierre-Châtel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38304. Kommunanın 1999-cu il üçün əhalisi 1202 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 888 ilə 1424 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km cənubda yerləşir.
Qabriel Şanel
Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883[…], Saumur – 10 yanvar 1971[…], Ritz oteli, Paris) — Fransalı modelyer. Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriyella olan dizayner məşhur Koko adını çox sevdiyi ko kori ko mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel, sonra bir çoxları onu bəyənmədiyinə görə bu sənəti atıb. Ömrünün sonunadək narkotik vasitələrdən istifadə edən Şanel Kameliya adlı narkotik vasitə kimi istifadə edilən çiçəyin quruluşunu öz dizaynında istifadə edib. Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı. O, 1910-cu ildə özünün geyim dükanını açır.
Killing Me Softly With His Song
Killing Me Softly With His Song — bəstəkarı Çarlz Foks, söz müəllifi isə Norman Gimbel olan mahnısı. == Lori Liberman versiyası və mübahisəli mənşəyi == 1971-ci ildə ilk çıxan yazdırmasında mahnını ifa edən Lori Liberman iddia edir ki, orijinal şeiri Don Maklinin Empty Chairs mahnısının təsirində özü yazıb. Onun sözlərinə görə, sonra o, bu məlumatı Gimbela verib. O isə, duyğularını alıb, onlardan mahnı sözlərini yazmış. Bundan sonra isə Gimbel bu sözləri onların üçün musiqi yazan Foksa verib. Norman Gimbelın sözlərinə görə, o, bəstəkar Lalo Şifrin ilə tanış olduqdan sonra, onnan birlikdə Şifrinin müxtəlif filmləri üçün mahnıları yazmağa başlayıb. Gimbel ilə Şifrin birlikdə Brodvey üçün bir müzikl yazmağa istəyirdilər. Gimbeldə ideya yaratmaq üçün, Şifrin ona Xulio Kortasarın Xana-xana oyunu (isp. Rayuela) romanı oxumağa verib. Kitab heç vaxt müzikla çevirilməmişdi, lakin ikinci fəsilində rəvayətçi özünü bir barda oturub, Amerikan dostu olan pianoçunun kill us softly with some blues mahnısını qulaq asaraq təsvir edir.