Dmitri Sergeyeviç Saleh (3 noyabr 1989) — Belarusu, əvvəl isə Azərbaycanı təmsil edən üzgüçü.
Dmitri Saleh | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||
Tam adı | Dmitri Sergeyeviç Saleh | ||||||||||||||||
Vətəndaşlığı |
Belarus → Azərbaycan → Belarus |
||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||
İdman növü | Üzgüçülük | ||||||||||||||||
Medallar
|
|||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Dmitri Saleh 1989-cu il noyabrın 3-də anadan olub. Dmitri Salehin qardaşı Roman Saleh də üzgüçüdür.
Dmitri Saleh 2008-2012-ci illərdə Belarusu Paralimpiya Oyunlarında təmsil edib.
Dmitri Saleh 2008-ci ildə baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı və 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində qızıl medala sahib oldu. Daha sonra Dmitri Saleh 2012-ci ildə baş tutan London Paralimpiadasında mübarizə aparsa da, medala sahib ola bilmədi.
2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında isə Dmitri Saleh və qardaşı Roman Saleh Azərbaycanı təmsil elədi. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu.[1][2] Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu. Nəticədə həm Dmitri Saleh, həm də Roman Saleh final mərhələsinə adladı.[2] Final mərhələsində Roman Saleh 58.11 saniyə nəticə göstərdi və dördüncü pillədnin sahibi oldu. Dmitri Saleh isə 58.16 saniyə nəticə göstərdi və turniri beşinci pillədə başa vurdu.[2]
Sentyabrın 10-da isə 200 metr məsafəyə qarışıq üsulla üzmə turniri baş tutdu.[3][4] Bu turnirdə çıxış edən Roman Saleh təsnifat mərhələsində 2:18.36 dəqiqə nəticə göstərdi və üçüncü pillənin sahibi oldu. Bu nəticəyə əsasən Roman Saleh final mərhələsinə vəsiqə qazana bilmədi.[4] Dmitri Saleh isə 2:16.30 dəqiqə nəticə göstərdi və qrupu birinci pillədə başa vurdu. Bununla da Dmitri Saleh final mərhələsinə vəsiqə qazandı.[4] Final mərhələsində isə Dmitri Saleh 2:12.82 dəqiqə nəticə göstərdi və 8 üzgüçü sırasında 4-cü pillənin sahibi oldu.[4]
Sentyabrın 12-də 400 metr məsafəyə sərbəst üsulula üzmə turniri baş tutdu.[5][6] Təsnifat mərhələsində mübarizə aparan Roman Saleh 4:12.82 dəqiqə nəticə göstərdi və üçüncü pillənin sahibi oldu. Bununla da Saleh final mərhələsinə adladı.[6] Final mərhələsində isə Roman Saleh 4:18.34 dəqiqə nəticə göstərdi və 8 üzgüçü sırasında 7-ci pillənin sahibi oldu.[6]
Sentyabrın 13-də isə 100 metr məsafəyə brass üsulu ilə üzmə turniri baş tutdu.[7][8] Təsnifat mərhələsində mübarizə aparan Dmitri Saleh 1:08.68 dəqiqə nəticə göstərdi və birinci pillənin sahibi oldu. Bu nəticəyə əsasən Saleh final mərhələsinə adladı.[8] Final mərhələsində isə Dmitri Saleh 1:08.80 dəqiqə nəticə göstərdi və 8 üzgüçü sırasında Belarus nümayəndəsi Uladzimir İzotaudan sonra turniri 2-ci pillədə başa vurdu. Bununla da Dmitri Saleh Rio-de-Janero Paralimpiadasının gümüş medalına sahib oldu.[8] Kişi üzgüçülərdən heç biri Azərbaycanın Paralimpiya Oyunları tarixində medala sahib ola bilməmişdi. Bu göstəricidə Dmitri Saleh birinci idmançı oldu.
Sentyabrın 14-də 100 metr məsafəyə arxasıüstə üzmə turniri baş tutdu.[9][10] Təsnifat mərhələsində Roman Saleh 1:01.58 dəqiqə nəticə göstərdi və birinci pillənin, qardaşı Dmitri Saleh isə 1:02.62 dəqiqə nəticə göstərdi və üçüncü pillənin sahibi oldu. Bununla da həm Roman, həm də Dmitri final mərhələsinə adladı.[10] Final mərhələsində Dmitri Saleh 1:02.70 dəqiqə nəticə göstərdi və turniri altıncı pillədə başa vurdu.[10] Roman Saleh isə 1:00.90 dəqiqə nəticə göstərdi və 2-ci pillənin sahibi oldu. Bununla da Roman Saleh də qardaşından sonra XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[10]
Sentyabrın 15-də 100 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.[11][12] Təsnifat mərhələsində Roman Saleh 54.32 saniyə, qardaşı Dmitri Saleh isə 52.82 saniyə nəticə göstərdi. Bu nəticələrə əsasən sadəcə Dmitri Saleh final mərhələsinə vəsiqə qazandı.[12] Dmitri Saleh final mərhələsində uğurlu nəticə göstərə bilmədi. Saleh 54.72 saniyə nəticə göstərdi və 8 üzgüçü sırasında sonuncu, 8-ci pillənin sahibi oldu.[12]
Sentyabrın 17-də isə 50 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.[13][14] Dmitri Saleh 24.40 saniyə, qardaşı Roman Saleh isə 24.42 saniyə nəticə göstərdi. Bununla da həm Roman, həm də Dmitri final mərhələsinə adladı.[14] Final mərhələsində Roman Saleh 24.45 saniyə nəticə göstərdi və turniri dördüncü pillədə başa vurdu.[14] Qardaşı Dmitri Saleh isə 24.48 saniyə nəticə göstərdi və növbəti dəfə XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[14]
Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Dmitri Sergeyeviç Saleh 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[15]
2020-ci il Paralimpiadasında isə Dmitri Saleh yenidən Belarusu təmsil elədi. Dmitri Saleh həmin turniri medalsız başa vurdu.