Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saimbəyli
Saimbəyli — Adana ilinin ilçəsi. Keçmiş adı Haçin olub. İlçəni Fransız işğalından azad edən Saim bəyin xatirəsinə ilçəyə Saimbəyli adı verilmişdir. Adanaya 157 km məsafədə yerləşir. Saimbəylinin 25 kəndi var. İqtisadi olaraq Kozana bağlıdır. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 15.338 nəfər yaşayır.
Saimiri
Sincabaoxşar (lat. Saimiri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇lməquyruqlar fəsiləsinə aid heyvan cinsi.
Saimiri sciureus
Adi sincabaoxşar (lat. Saimiri sciureus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇lməquyruqlar fəsiləsinin sincabaoxşar cinsinə aid heyvan növü.
Pusa hispida saimensis
Sayma nerpası (lat. Pusa hispida saimensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Vaxtı ilə Ansilovo gölü Baltik dənizi ilə əlaqə itmişdir. Bu səbəbdən 9000–8000 il əvvəl yarımnövə çevrilmişdir. == Yayılması və sayı == Bu yarımnöv Finlandiya ərazisində yaşayan yeganə emdemin məməli növüdür. 2014-cü ildə onların sayı 310 baş təşkil etmişdir. Əz az say göstəricisi 1990-cı ildə müəyyən edilmişdir. Cəmi 180 baş. Müəyyən edilmişdir ki onlar arasında cəmi 90 başı çütləşmə üçün yararlıdır. 2024-cü ildə dövlət proqramına əsasən onların sayını 400 başa çatdırmaq planlaşdırılır.
Asim
Asim — Azərbaycan adı. Asim Mollazadə — siyasətçi, Demokratik İslahatlar Partiyasının təsisçisi və sədri, Milli Məclisin deputatı. Asim Ərdəbili — şeirdə Asim təxəllüs edən Azərbaycan şairlərindən Asim Qazıyev — Ədəbi Yazarlar Birliyinin rəhbəri. Asim Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin zabiti. Asim Quliyev (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı. Asim Mehdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Asim Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Sail
== Birinci nəsil Sail == Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi.2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. == İkinci nəsil Sail == İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi.Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı. == Üçüncü nəsil Sail == Yeni nəsil Chevrolet Sailin təqdimatı Qaunçjou beynəlxalq avtosalonunda edildi. B sinif nümayəndəsi modelin, daha öncə təkər bazası 2465 mm, uzunluğu 4249 mm və eni 1690 mm idi.
Sait
Azərbaycan əlifbasında 9 sait var. I saiti yeganə saitdir ki, Azərbaycan dilində onunla başlanan söz yoxdur. Bu saitlərin 4-ü qalın, 5-i incədir. 1. Saitlər iki yerə ayrılır: Qalın — a, ı, o, u İncə — e, ə, i, ö, ü 2. Dodaqların vəziyyətinə görə: Dodaqlanan saitlər: o, u, ö, ü. Dodaqlanmayan saitlər: a, e, ə, ı, i. 3. Alt çənənin vəziyyətinə görə: Açıq saitlər: a, e, ə, o, ö. Qapalı saitlər: ı, i, u, ü.
SAM
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək).2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. == Yaranma tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. == Missiyası == Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
Adnan Sami
Adnan Sami (urdu عدنان سمیع‎); (doğ.15 avqust 1973) — Pakistan müğənnisi. == Həyatı == Adnan Sami 15 avqust 1973-cü ildə London şəhərində doğulub.
Adult Swim
Adult Swim (translit. Edalt svim; [adult swim] olaraq üslublaşdırılıb) — axşam və gecə saatlarında fəaliyyət göstərən ABŞ televiziya kanalı. Cartoon Network-un yayımlamaq istəmədiyi böyüklər üçün serialları və verilişləri yayımlayır. == Serialları == "ATHF" "Off The Air" "Ventura qardaşları" (The Venture Bros.) "Qetto" (The Boondocks) "Uşaq Xəstəxanası" (Childrens Hospital) "Ev videosu" (Home Movies, bəzi seriyaları UPN göstərilib, daha sonra [adult swim] davamını sifariş etdi) "Həmişəlik ideal sad düzümü" (Perfect Hair Forever) "Kosmik ruh" (Space Ghost: Coast to Coast) "Lüsi, Şeytanın qızı" (Lucy, The Daughter of the Devil) "Metallopokalipsis" (Metalocalypse) Moral Orel" (Moral Orel) "Qiymətləndirin!" ("Check It Out! with Dr.
Asim Abbasov
Asim Rasim oğlu Abbasov (26 may 1987, Hacırüstəmli, İmişli rayonu – 28 sentyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asim Abbasov 1987-ci il mayın 26-da İmişli rayonunun Hacırüstəmli kəndində anadan olub. == Hərbi xidməti == Asim Abbasov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun çavuşu olan Asim Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asim Abbasov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Asim Bayramov
Asim Yusif oğlu Bayramov (11 mart 1952, Nərimanlı, Basarkeçər rayonu) — Azərbaycanlı polkovnik, Birinci Qarabağ Müharibəsi iştirakçısı. == Həyatı == Asim Bayramov 11 mart 1952-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1958-ci ildə Nərimanlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1968-ci idə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1968-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakultəsinin əyani şöbəsinə daxil olmuş, 1973-cü ildə isə institutu mühəndis elektromexanik ixtisası üzrə bitirmişdir.SSRİ Silahlı Qüvvələrindən tərxis olunduqdan sonra 1975-ci ilin avqust ayından 1977-ci ilin 10 fevralına kimi Gəncə şəhərində elektrik quraşdırma idarəsində mühəndis işləmişdir. == Hərbi xidməti == 1973-cü ilin 1 iyul tarixində Bakı şəhər Nərimanov rayonu hərbi komisarlığından ehtiyatda olan zabit kimi iki illik həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətini 21 avqust 1973-cü ildən 58818 saylı hərbi hissdə rabitə bölüyünün komandiri vəzifəsindən başlamışdır. 1974-cü ilin 10 oktyabr-20 dekabr tarixlərində hərbi hissənin məxfi rabitə aparatı tağımının redoreleyni-kabelni bölüyünün komandiri olmuş, 1974-cü ilin 20 dekabrından 1975-ci ilin 5 iyul ayına kimi 58818 saylı hərbi hissənin qərargah rəisinin səfərbərlik işi üzrə köməkçisi vəzifəsində hərbi xidmətini davam etdirmişdir. 5 iyun 1975-ci ildə xidmət müddəti başa çatdığına görə, Zaqafqaziya hərbi dairəsinin komandanlığının 25 may 1975-ci il tarixli 079 saylı əmri ilə baş leytenant hərbi rütbəsi verilməklə SSRİ Silahlı Qüvvələrindən tərxis olunmuşdur. 10 fevral 1977-ci ildə SSRİ Müdafiə Nazirinin 02 saylı 4 yanvar 1977-ci il tarixli əmri ilə yenidən hərbi xidmətə çağırılmış, 3 mart 1977-ci ildən Gəncə şəhər hərbi komisarlığında 1-ci şöbə rəisinin köməkşisi, 18 noyabr 1978-ci ildən 16 noyabr 1982-ci ilə kimi isə 2-ci şöbə rəisinin baş köməkçisi vəzifəsində xidmət etmişdir. 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirmişdir. 1982-ci ilin noyabr ayının 16-dan Mingəçevir şəhər hərbi komisarlığının 2-ci şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, 1983-cü ildə Saratov şəhərində SSRİ Silahlı Qüvvələrinin səfərbərlik üzrə mərkəzi təkmilləşdirmə kursunu qurtarmışdır.
Asim Cəfərli
Asim Çingiz oğlu Cəfərli (4 sentyabr 2001; Piyadalar, Bərdə, Azərbaycan — 27 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asim Cəfərli 4 sentyabr 2001-ci ildə Bərdə şəhər Piyadalar kəndində doğulub. 2 bacının tək qardaşı idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Asim Cəfərli Fizuli döyüşlərində savaşıb. 27 oktyabr 2020-ci ildə Füzuli istiqamətində həlak olmuşdur. Bərdədə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Cəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asim Cəlilov
Asim Cəlilov (d. 18 avqust 1936) — Əməkdar jurnalist == Həyatı == Asim Cəlilov 18 avqust 1936-cı ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Moskvada İctimai Elmlər Akademiyasında təhsil alıb. == Fəaliyyəti == “Molodyoj Azerbaydjana” qəzetində (1967-1972), “Azərbaycanfilm” kinostudiyasında, “Bakinski raboçi” qəzetində (1991-1995) baş redaktor vəzifəsində işləyib. == Ad == Əməkdar jurnalistdir.
Asim Mehdiyev
Asim Yaqub oğlu Mehdiyev (1 yanvar 2001, Yuxarı Qiyaməddinli, Ağcabədi rayonu – 7 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. İtkin. == Həyatı == Asim Mehdiyev 1 yanvar 2001-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur. 2007–2018-ci illərdə Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Asim Mehdiyev 2019–2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. 2020-ci ilin sentyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Azərbaycan Ordusunun əsgəri olan Asim Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asim Mehdiyev 7 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdür. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Asim Mollazadə
Asim Nazim oğlu Mollazadə (6 iyun 1953, Bakı) — siyasətçi, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı, tibb elmləri doktoru. == Həyatı == Asim Mollazadə 1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. 1980–1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb. 1978-ci ildən Bakı şəhərində xəstəxanada həkim işləmişdir. 1984–1987-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun baş elmi işçisi olmuşdur. 1992-ci ilin iyun-dekabr ayları – nevraloji psixogen və psixosomatik xəstəliklər Mərkəzinin direktoru olmuşdur. == Siyasi fəaliyyəti == 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Analitik informasiya xidmətinin rəhbəri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidenti Aparatının Xarici əlaqələr şöbəsinin müdiri və Ermənistanla hərbi münaqişənin həllinə dair danışıqlarda Prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışmışdır. 1993– 2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini olmuşdur. 1994-cü ilin fevralından −1998-ci ilədək – Demokratiyanın İnkişafı Fondunun təsisçilərindən biri və vitse-prezidenti, 1998-ci ilin mayından etibarən – Azərbaycan Avro-atlantik Mərkəzinin təsisçisi və prezidentidir.
Asim Qazıyev
Qazıyev Asim İsa oğlu — Ədəbi Yazarlar Birliyinin rəhbəri. == Həyatı == Asim Qazıyev 1926-cı il 10 may tarixində Samux rayonunda anadan olub. Kirovabad (Gəncə) 3 nömrəli Tibb məktəbində oxuyub. 1945-50-ci illərdə Kiravabad Pedaqoji institutunun (Gəncə Pedaqoji universiteti) dil-ədəbiyyat fakültəsində təhsil alıb. Gəncəbasar Vilayət Ədəbi Yazarlar Birliyinə rəhbərlik edib. Müəllimlik arzusu onu doğma Samux rayonuna qaytarıb, orta məktəbə direktor təyin olunub. 1954-cü ildə Mingəçevir su anbarının tikintisi ilə əlaqədar Samuxun bir neçə kəndi Bərdə rayonuna köçürülüb. Asim Qazyev fəaliyyətini Bərdənin Leninabad (Samux) kəndində davam etdirib. Çiy kərpicdən, sonra ağ daşdan məktəb binası tikdirib. Qabaqcıl məktəb direktoru, ictimaiyyətçi, el ağsaqqalı, şair kimi tanınıb, sevilib.
Asim Quliyev
Asim Quliyev (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı. Asim Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Asim Süleymanov
Asim Məhərrəm oğlu Süleymanov (18 fevral 2001, Xoşbulaq, Daşkəsən rayonu – 4 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asim Süleymanov 18 fevral 2001-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuşdur. 2018-ci ildə Gəncə şəhər 21 nömrəli tam orta məktəbi bitirmişdir və Gəncə Dövlət Regional Kollecində “Vaqon və refrijerator təsərrüfatı” ixtisasına daxil olmuşdur. == Hərbi xidməti == Asim Süleymanov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmışdır. O, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etməyə başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Asim Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asim Süleymanov 4 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 5 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asim Süleymanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asim Xudiyev
Asim Xudiyev — .sovet futbolçusu, müdafiəçi. FIFA referisi, UEFA müfəttişi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 212 dəfə baş hakim olmuşdur.
Asim Əliyev
Asim Əliyev (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Asim Ərdəbili
Asim Ərdəbili, Salih Asim Kəffaş, Pərviz kimi tanınan, və şeirdə Asim təxəllüs edən Azərbaycan şairlərindəndir ki, Ərdəbil şəhərində anadan olub və Azərbaycan dilində şeirlər yazır.
Chevrolet Sail
== Birinci nəsil Sail == Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi.2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. == İkinci nəsil Sail == İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi.Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı. == Üçüncü nəsil Sail == Yeni nəsil Chevrolet Sailin təqdimatı Qaunçjou beynəlxalq avtosalonunda edildi. B sinif nümayəndəsi modelin, daha öncə təkər bazası 2465 mm, uzunluğu 4249 mm və eni 1690 mm idi.
Dərviş Zaim
Dərviş Zaimağaoğlu (1964, Famaqusta) — Kiprli türk film rejissoru və prodüseri. == Həyatı == Boğaziçi Universitetində Menecerlik fakültəsində oxumuş (1988), İngiltərə Warwick Universitetində mədəni çalışmalar fakültəsində master dərəcə almışdır (1994). Zaim İstanbulda yaşayır və müxtəlif universitetlərdə kinoşünaslıq dərsləri verir. == Kariyerası == Televiziya rejissorluğu və ssenaristliyi təcrübəsinə sahib olan Dərviş Zaimin bir romanı "Ares möcüzələr diyarında" (1995) çap olunmuşdur. İlk filmi "Tabutta rövaşata" (1996) ilə Türkiyədə və xarici ölkələrdə bir çox mükafat qazanmışdır. "Cənnəti gözləyərkən" rejissorun planlaşdırdığı bir trilogiyanın ilk filmidir. Ənənəvi ən işləmələri sənətinə əsaslanan trilogiyada Dərviş Zaim bu sənətlərin estetikasının film estetikası ilə harmoniya yaratmasına çalışmışdır. "Nöqtə" filmi isə trilogiyanın ikinci filmidir. Film işlərinə 1991-ci ildə təcrübi videosu "Hang the Camera" ilə başlayan Dərviş Zaim, sonra televiziya sənədli filmi olan "Məscidin ətrafındakı daş"a rejissorluq etmişdir. Bundan başqa, Dərviş Zaim, Londonda Hollivud Film İnstitutu tərəfindən idarə edilən müstəqil film prodüserliyi ilə əlaqəli bir kursa qatılmışdır.
Fərcad Saif
Fərcad Saif (24 iyul 1966) — Pakistanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fərcad Saif Pakistanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci pillənin sahibi olub.
Fəxrəddin Salim
Fəxrəddin Salim (Fəxrəddin Elşad oğlu Baxşəliyev; 10 sentyabr 1969, Kükü, Şahbuz rayonu) — Azərbaycanlı alim, musiqişünas, ələsgərşünas, aşıq, şair, sufi, dərviş; filologiya üzrə fəlsəfə doktoru, musiqi müəllimi, Azərbaycan Milli Konservatoriyasının dosenti. == Həyatı == Fəxrəddin Salim 1969-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Kükü kəndində doğulub. İlk təhsilini Naxçıvan şəhər H.Cavid adına 5 saylı orta məktəbdə alıb. 1984-cü ildə 8 illiyi bitirəndən sonra Naxçıvan Musiqi texnikumuna (indiki Naxçıvan Musiqi Kolleci) daxil olub. 1988-ci ilə qədər orada tarzən, Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin sinfində təhsil alıb. 1988-ci ildə hərbi xidmətə gedib və 1990-cı ildə xidmətini başa vurub. Elə həmin ildə də Bakı Musiqi Akademiyasının Xalq Çalğı Alətləri fakultəsinin tar sinfinə daxil olub. Bakı Musiqi Akademiyasını 1996-cı ildə bitirib. == Ailəsi == Ailəlidir, bir qızı var. == Elmi-pedaqoji fəaliyyəti == Tələbəlik illərində bir neçə yerli və beynəlxalq müsabiqələrin qalibi olub.
Haim Ramon
Haim Ramon (ivr. ‏חיים רמון‏‎; 10 aprel 1950) — 1983-2009-cu illər arasında Knessetin üzvü olan və həm Baş Nazir müavini, həm də Baş Nazir Aparatında dövlət siyasətinə cavabdeh olan bir İsrail siyasətçisidir.
Haim Revivo
Haim Maykl Revivo (ivr. ‏חיים מיכאל רביבו‎‏‎, 22 fevral 1972, Aşdod) — İsrailli keçmiş futbolçu. == Karyerası == İspaniyanın "Selta Viqo" komandasına keçməmişdən qabaq İsrailin "Bney Yehuda", "Hapoel Tel-Əviv" və "Makkabi Hayfa" klublarında top qovmuşdur. Həmçinin Türkiyənin "Fənərbaxça" və "Qalatasaray" klublarının da şərəfini qorumuşdur. İspaniyada inamlı çıxışından sonra "Fənərbaxça"ya transfer olunmuşdur. "Fənərbaxça"da ilk iki ildə əla oyun sərgiləmiş, 2001-ci ilidə çempionluğun qazanılmasında pay sahibi olmuşdur. Oyunu ilə azarkeşlərin ürəyində taxt qurmuşdur. Amma 2002-ci ildə yeni oyunçuların transferindən sonra komandadan buraxılmışdır. "Qalatasaray"da sərbəst agent kimi keçmişdir. Fənərbaxçalılar buna görə onun adını "Xain Revivo" qoydular.
Ledi Slim
Roksburq şamı (Uzunyarpaqlı şam)
== Ümumi məlumat == Roksburq şamı (Uzunyarpaqlı şam) ağacdır, 20–50 m hündürlüyündə, hündür və düz dirək gövdənin diametri 70–100 sm olur. Çətiri böyükdür, simmetrikdir, dəyirmidir və ya işıqlı geniş ehramvarıdır. Gövdə qabığı cavan ağaclarda tünd-boz, yaşlılarında isə bozumtul-tünd-qonuru, dərin şırımlı, 1 sm qalınlığında, lövhəlidir, iri çoxbucaqlı lövhəciklər şəklində tökülürlər, daxili qabıq qırmızımtıl-qonuru rənglidir. Budaqları yoğundur, əyiləndir. Zoğları açıq-qonuru, tək buğumlu, budaqcıqların ucu yuxarıya qalxandır. Tumurcuqları iridir (5–11 mm), pulcuqları qısılandır (yumulandır), uzunsov yumurtavarıdır, qonurudur, uzun saçaqlı pulcuqludur. İynəyarpaqları budaqların ucuna toplanandır, yoğundur, genişdir, uzanandır, at yalına bənzər sallanandır, yumşaqdır, 15–35 sm uzunluğundadır, parıldayandır, açıq-yaşılıdır, üçküncdür, bayırdan dərinləşən və tirlidir, qabarıqdır, borular 2 dəstəli, qatran yolları epidermisdədir, hər bir dəstədə 3 ədəd iynə olur, qını 18 mm-dən uzundur, tökülmür, pulcuqları saçaqlıdır. Qozaları tək-təkdir, çox qısa ayaqcıqlıdır və ya oturaqdır, uzunsov-yumurtavarı və ya konusvarıdır, uzanan və ya əyiləndir, 10–20 sm uzunluqda, 6–7 sm enindədir, sarımtıl-qonuru və ya tünd-qəhvəyi rənglidir, uzun müddət açılmır, qalın sıx oduncaqlı pulcuqludur. Toxum pulcuqları yoğundur, güclü burulmuş şişkindir. Qalxancıq demək olar ki, rombvarıdır, hündür ehramvarı şişkindir, qozanın əsasına doğru qozbelvarı əyiləndir, göbəkciyi kiçikdir, azacıq əyilən, demək olar ki, yastıdır.
Şair
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Şami
Şami — Lənkəran mətbəxinə aid yemək Şami Lənkəran mətbəxinə aid yeməkdir. Görünüş etibarilə şami tava-kabab və kotletə oxşayır, amma şaminin tərkibinin hazırlanma qaydası onlardan bir qədər fərqlidir. Burada ət əvvəlcə bişirilir, sonra çəkilib küftəcik şəkili verildikdən sonra qızardılır. Şamini adətən plovla süfrəyə verirlər (Lənkəranda şami-plov adlanan plov var). == Lazım olan ərzaqlar == 18-20 ədəd şami üçün 1 kg sümüksüz, yağsız qoyun əti 2 ədəd orta baş soğan - qabığını soyun, bütöv qalsınlar 2 ədəd yumurta zövqə görə duz zövqə görə istiot təxminən üçdə bir stəkan duru yağ - qızartmaq üçün == Hazırlanma qaydası == Əvvəlcə əti və bütöv soğanları bir qazana qoyun. Üstünə ərzaqları örtəcək qədər su tökün. Bir çimdik duz atın. Qaynadın və təxminən 30 dəqiqə bişirin. Ət tamamilə bişməlidir. Qazanın suyunu süzün (suyunu düşbərə üçün istifadə edə bilərsiniz).
Sım
Sım — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Coğrafi adın tərkibindəki sım sözü talış dilində «sıldırım», «hündür» mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır. Təngərüdçayın sahilində yerləşən kənd şəfalı bulaqları və bolsulu şəlalələri ilə məşhurdur.
Abdulla Şaiq
Abdulla Şaiq (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə; 24 fevral 1881, Tiflis – 24 iyul 1959, Bakı) — azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). == Həyatı == === Erkən illəri və təhsili === Abdulla Şaiq Mustafa oğlu 1881-ci ilin fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olmuşdur. Onun valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idi. Onun əkiztayı olan qız övladı doğulandan az sonra tələf olmuşdu. Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalısı idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi. Oğlanları Yusif və Abdulla ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun idi.
Adonis (şair)
Əli Əhməd Səid Əsbər (ərəb. علي أحمد سعيد إسبر‎‎; 1 yanvar 1930[…]) — Əsl adı Əli Əhməd Səid Əsbər olan hal-hazırda dünyanın yaşayan ən yaxşı ərəb şairlərindən biri, publisisti olan Adonis 1930-cu ildə işığı, məktəbi, yolu olmayan Suriyanın yoxsul Qəssabin kəndində, şiə təriqətli bir ailədə doğulmuşdur. Həyatının böyük hissəsini Livan və Fransada keçirən Adonis əsərlərini doğma ərəb dilində yazır, 20-dən artıq kitabın müəllifidir və “Yeni poeziya” hərəkatının öndə gedən nümayəndələrindən biri hesab olunur. == Həyatı və təhsili == Adonis, uşaq yaşlarından tarlada çalışmış, bununla yanaşı atası onu şeirlər əzbərləməyə həvəsləndirmiş və beləliklə, o öz şeirlərini yazmağa başlamışdır. Bu dövrdə onun əldə etdiyi bilik ərəb şeiri vurğunu olan atasınınn ona öyrətdiyi şeirlər və Quran bilgisiydi. Tarlada işlədiyi vaxtdan əlavə kənddə, böyük bir ağacın ətrafına toplaşan uşaqlara qoşularaq onlarla birlikdə ərəbcə yazmağı öyrənirdi. Bir gün yenicə müstəqillik qazanmış Suriyanın ilk prezidenti Şükrü əl-Qüvvətlinin kəndlərinə gələcəyini öyrəndikdə ona bir şeir yazmağı və onun qarşısında oxumağı, şeirini bəyənən Qüvvətlinin “oğlum, sənin üçün nə edə bilərəm?” deməyini xəyal etdi. Adonisin bu xəyalı ən bəsit filmlərdə olduğu kimi reallaşdı. Suriyanın türk əsilli prezidenti qarşısında öz yazdığı şeirini oxuyan 12 yaşlı oğlanı prezident, çox bəyəndi. Prezidentin “sənin üçün nə edə bilərəm?” sualına “oxumaq istəyirəm” cavabını verən Əli Əhməd Səid Əsbərin bundan sonrakı həyatı dəyişir.
Avstriya şamı
Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır. Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır.
Balkan şamı
Balkan şamı (lat. Pinus peuce) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Balkan yarımadası nın dağ rayonlarında təbii halda bitir, hündürlüyü 20 m-ə qədərdir. Çox vaxt dağların yuxarı zolağında kol şəklində bitir. Çətiri konusvarı, qabığı hamar, boz-qonur və ya qırmızı-qonurdur. Cavan zoğları qalın (3–4 mm), çılpaq, yaşıldır, sonra boz və ya boz-qonur olur. Tumurcuqları yumurtavarı, ucu qısa, bizşəkilli, qatranlıdır, uzunluğu 5–10 mm, eni 2,5–4 mm-dir. Dəstəşəkilli iynəyarpaqları möhkəm, 5 ədəd, kənarları az dişli, boz, tünd yaşıl, açıq zolaqlıdır. Uzunluğu 6-10 sm, eni 0,75–1 mm olub, 3 ilə qədər budaqların üzərində qalır. Qozaları sallaq, silindirik, bərk oduncaqlı, qalın qabıqlıdır, 3-cü ili yetişir.
Banks şamı
Banks şamı (lat. Pinus banksiana) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. == Cek şamı == Cek şamı (Pinus banksiana)- Şimali Amerikanın şərq şamıdır. Kanadadakı doğma silsiləsi Şimal-Qərb Ərazilərindəki Makkenzi çayından Yeni Şotlandiyadakı Cape Breton adasına qədər Qayalı dağların şərqində və ABŞ-nin şimal-mərkəzi və şimal-şərqində Minnesotadan Menə qədər, silsilənin ən cənub hissəsidir. Yalnız şimal-qərb İndiana və şimal-qərb Pensilvaniya daxildir. O, həmçinin boz şam və şam şamı kimi tanınır. Aralığının uzaq qərbində Pinus banksiana yaxın qohumlu şam şamı (Pinus contorta) ilə asanlıqla hibridləşir. Banksiana növ epiteti ingilis botanik Ser Cozef Banksın şərəfinədir. == Təsvir == Pinus banksiana hündürlüyü 9–22 m (30–72 fut) arasında dəyişir. Bəzi çam ağacları zəif böyümə şəraitinə görə kol ölçülüdür.
Asif Şirəliyev (alim)
Asif İsmayıl oğlu Şirəliyev (19 dekabr 1939, Düdəngə, Noraşen rayonu) — iqtisadiyyat üzrə elmlər doktoru, professor, "Tərəqqi medalı" laureatı. == Həyatı == Asif Şirəliyev 1939-cu ilin dekabr ayının 19-da Şərur rayonunun (keçmiş Noraşen) Düdəngə kəndində anadan olmuş, Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini), 1968-ci ildə Bakı Ali Partiya məktəbini fərqlənmə diplomları ilə bitirmiş, 1975-ci ildə "Siyasi iqtisad" üzrə aspiranturanı qurtarmışdır. Asif Şirəliyev 18 mart 2022-ci il tarixində 83 yaşında dünyasını dəyişmişdir. == Elmi fəaliyyəti == İqtisad elmləri doktoru (2001-ci il), professordur (1990-cı il). Uzun illər Həmkarlar Təşkilatının rəhbər orqanlarında işləmişdir. O, 1973-cü ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri və "İqtisadiyyat" fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Onun iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya mövzusu M.B.Lomonosov adına Moskva Dövlət Universitetinin (1984) elmi şurasında təsdiq edilmişdir. A.İ.Şirəliyev 230 elmi əsərin, o cümlədən 44 monoqrafıya və kitabın, 147 jurnal məqaləsinin, 47 elmi konfransda oxuduğu məruzələrin müəllifıdir. == Mükafatları == O, keçmiş ÜİLKG-nm Naxçıvan Muxtar Respublika Ali Soveti Rəyasət Heyətinin və 10-dan artıq respublika dövlət və ictimai təşkilatlann fəxri fərmanları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 oktyabr 2007-ci il sərəncamma əsasən "tərəqqi" medalı ilə təltif olunmuşdur.