Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sake
Sake (yap. 酒 və ya (さけ)) ənənəvi yapon spirtli içkisi. Düyünün qıcqırdılması nəticəsində əldə edilir və əsasən isti halda içilir. Sakeni bəzən "düyü arağı" da adlandırırlar, lakin bu içkinin tündlüyü təqribən 14–25% təşkil edir. Onun tərkibi daha çox likyoru və ya şərabı xatırladır, ancaq onun istehsalı prosesi pivənin istehsalına bənzəyir. == Tarixi == Yaponlar sakeni təxminən 2000 il bundan əvvəl hazırlamağa başlamışlar. Ehtimal olunur ki, onun hazırlanma mexanizmi Çindən gəlib. Uzun zaman sake yalnız imperator sarayında və şintoizm məbədlərində hazırlanıb. Yalnız orta əsrlər dövründə sakeni sadə kənd camaatı da hazırlamağa başlayır. O zamanlar sakenin düzəldilməsi texnologiyası indikindən fərqli idi: onlar düyünün ağızda çeynəyir və onu xüsusi qaba tüpürürdülər və sonra həmin qabda qıcqırma prosesi baş verirdi.
Sake butulkası
Tokkuri (徳利) və ya bəzən tokuri – sake süzmək və saxlamaq üçün istifadə olunan butulka. Əsasən keramikadan hazırlanır. == Tarixi == "Tokkuri" sözünün mənşəyi sake süzərkən çıxan səslə (yaponca "tokuri-tokuri") bağlıdır. Digər bir versiyaya görə bu söz koreya mənşəli olub "tokku uru" ("bərk keramika") ifadəsindən yaranmışdır.Plastik butulkaların ixtirasına qədərki dövrdə yaponlar sake, soya sousu və yağ kimi maye məhsulları saxlamaq üçün tokkuridən geniş istifadə edirdilər. Sake satıcıları sakeni tokkurilərlə satırdılar və üzərinə dükkanın və ya brendin adını yazırdılar. Müştərilər sakeni içib bitirdikdən sonra boş tokkurini qaytarırdılar və pul alırdılar. Bu praktika kayoy tokkuri adlanırdı. == Xüsusiyyətlər == Tokkuri əsasən keramikadan hazırlansa da, metal və ya şüşədən də hazırlana bilər. Həcmi 0,18–1,8 litr arasında dəyişir. Hazırda 1–2 qo həcmində olan tokkurilər populyardır.Tokkuridən sake süzərkən "qlaq-qlaq" səsinin çıxması müsbət qarşılanır.
Katerina Sakellaropulu
Katerina Sakellaropulu (yun. Κατερίνα Σακελλαροπούλου; 30 may 1956, Saloniki) — 13 mart 2020-ci ildən etibarən Yunanıstan Prezidenti vəzifəsində çalışan yunan siyasətçi. == Həyatı == Sakellaropulu Salonikidə anadan olub. Ailəsi Ksanti prefekturasının Stavrupoli şəhərindəndir. Afina Universitetində hüquq təhsili aldı və Panteon-Assas Universitetində ictimai hüquq üzrə aspiranturasını bitirdi. 1980-ci illərin ortalarında Dövlət Şurasına üzv qəbul edildi və 2000-ci ildə müşavir vəzifəsinə yüksəldi.2015-ci ilin oktyabrında Dövlət Şurasının Vitse-prezidenti təyin edildi və 2018-ci ilin oktyabrında yekdil səsvermənin ardından məhkəmənin ilk qadın Prezidenti oldu. Onun seçilməsi o dövrdə iqtidarda olan Radikal Sol Koalisiyanın ətraf mühit və insan hüquqları kimi məsələlərdə mütərəqqi rekordunu nəzərdən keçirməsindən sonra baş verdi.Dövlət Şurası Ədliyyə İşçiləri Assosiasiyasının üzvüdür. Birlikdə işlədiyi müddətdə, Baş katib, Vitse-prezident və Prezident vəzifələrində çalışdı.Mütəmadi olaraq akademik jurnallar dərc edir. "Mühakimə Hüququna dair Maliyyə Böhranı və Ətraf Mühitin Mühafizəsi" kitabına da töhfə vermişdir.Sakellaropulu vəkil Pavlos Kotsonis ilə birlikdə yaşayır. Öncəki evlilikdən bir övladı var."Aris Saloniki" azarkeşidir.
Saken Seyfullin adına Qazaxıstan Aqrotexnika Universiteti
Saken Seyfullin adına Qazaxıstan Aqrotexnika Universiteti (QazATU) (qaz. С. Сейфуллин атындағы Қазақ агротехникалық университеті (ҚазАТУ)) — Orta və Şimali Qazaxıstanın ən böyük əkinçilik universiteti, Astana şəhərindəki ilk ali təhsil müəssisəsi. Müasir qazax ədəbiyyatının banisi Saken Seyfullinin adını daşıyır. == Tarixi == 3 oktyabr 1957-ci ildə SSRİ Nazirlər Soveti Akmolinsk şəhərində kənd təsərrüfatı institutunun təşkili barədə qərar qəbul etdi. Akmolinskdə ilk ali təhsil ocağının açılması qərarı, qaldırılmış bakirə torpaqda kənd təsərrüfatı istehsalının təşkili zərurətindən qaynaqlandı. Müvəqqəti baza olaraq instituta 4 saylı dəmir yolu məktəbinin (şəhər mərkəzi ilə stansiya arasında yerləşən) ərazisi, keçmiş üç illik kənd təsərrüfatı məktəbinə aid və iki kilometrdən 4,5 km məsafədə yerləşən binalar verildi. yataqxana üçün institutun əsas ərazisi ayrılmışdı . Universitetin həqiqi fəaliyyəti 22 fevral 1958-ci ildə Akmola Kənd Təsərrüfatı İnstitutunun ilk direktoru T.Q. Duxovun vəzifələrini icra etməsi ilə başladı. İnstituta 4.1 min kvadratmetr təhsil sahəsi və tələbələr üçün əsaslı təmir tələb olunan narahat binalar ayrıldı. Buna görə əsaslı təmirlə yanaşı, əsaslı santexnika və abadlıq işləri də aparıldı: istilik magistralları çəkildi və bütün binalar buxar isitmə sisteminə verildi, su təchizatı və yerli kanalizasiya xətti çəkildi, ərazi yaşıllaşdırıldı və əsas yollar asfaltlandı .
Make
Make-faylların bir formadan başqa bir formaya çevrilməsi prosesini avtomatlaşdıran utilit. Çox zaman bu, ilkin kodun (SOURCE CODE) obyekt fayllarına (OBJECT CODE) kompilyasiyası və onların sonradan icra fayllarında, yaxud kitabxanalarda yığılması olur. Bu utilit faylların bir-birindən asılılığının və onların ödənilməsi qaydalarının göstərildiyi xüsusi make-fayllarından istifadə edir. Hər bir fayldakı son dəyişiklik haqqında informasiya əsasında make zəruri olan proqramları müəyyənləşdirir və başladır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Saks
Sakslar və ya Saksonlar — qədim german tayfaları, III–IV əsrlərdə iki hissəyə ayrılmış və bir hissəsi cənuba – Almaniyaya, digər hissəsi isə qərbə getmişlər. Onlar eyni zamanda tarixdə skiflər və sarmatlar adlanmışlar. Saksların adlarından Almaniyada Saksoniya tarixi ərazisi adlanır. Britaniyada sakslar anqllar və yutlarla birlikdə ingilis etnosunun yaradılmasında iştirak etmişlər. == Ədəbiyyat == Шор Т. У. Глава II. Саксы и их племена. Происхождение англо-саксонской расы|оригинал. Лондон,1906. Шэрон Тёрнер. История англо-саксов с древнейших времён до нормандского завоевания. Книга Вторая.
Sate
Sate İndoneziya mətbəxinə məxsus, ədviyyatlardan istifadə edərək şişə çəkilmiş və manqalda qızardılmış ət yeməyidir. Xüsusi sousla süfrəyə verilir. Sate dilimlənmiş toyuq, keçi, qoyun, mal əti, donuz əti, balıq, digər ət və ya tofudan ibarət ola bilər. Kokos palmasının yarpaqları daha original olmasına baxmayaraq, bambuk şişləri tez-tez istifadə olunur. Odun və ya kömür ocağı üzərində qızardılır və sonra müxtəlif ədviyyatlarla servis olunur. Sate müxtəlif souslarla süfrəyə verilir, lakin ən çox soya və yer fıstığı sousundan istifadə olunur. Belə ki, yer fıstığı sousu tez tez sate sousu adlandırılır. Sate İndoneziyayanın Yava adasına məxsusdur. Bu İndoneziyanın milli yeməyidir. Həmçinin Cənub-Şərqi Asiyada, xüsusilə İndoneziya, Malayziya, Sinqapur , Tayland və Vyetnamda məşhurdur.
Saue
Saue (est. Saue) — Estoniyanın şimalında, Haryumaa bölgəsində şəhər. Şəhər statusunu 1993-cü ildə alıb. Əhalisi 6,0 min nəfər, onların 93% estonlar təşkil edir. Saue Tallinin çox əlverişli mövqeyində yerləşdiyindən, həmçinin bu kiçik şəhərdə təmiz iqlimi olduğundan, varlı insanların istirahət yerlərindəndir. Saue təbiətə çox yaxınlıqda olmasına baxmayaraq, burada əyləncə növləri, iş və digər böyük şəhər şəraiti təklif olunur.
Adolf Saks
Adolf (Antuan Jozef) Saks (fr. Antoine-Joseph (Adolphe) Sax; 6 noyabr 1814, Dinan, Belçika — 4 fevral 1894, Paris) — belçikalı musiqi alətləri ixtiraçısı. Ən məşhur ixtiraları saksofon və sakshorn alətləridir. == Maraqlı faktlar == Adolf Saks Belçikada avro tətbiq olunana qədər dövriyyədə olan belçika frankının 200 nominallı əskinazında təsvir olunmuşdu. Əskinazın əks tərəfində saksofonçularının, Dinanın (Saksın doğulduğu şəhərin) baş kilsəsi və qalasının siluetləri təsvir olunmuşdu.
DJ Snake
Uilyam Qreqeçin və ya DJ Snake – fransız DJ, hip-hop və elektronik musiqi yaradıcısı. DJ Snake, Qremmi mükafatı almış produserdir ki, onun debüt sinqlı "Turn Down for What"dır.
Gökhan Saki
Gökhan Saki (d.18 Oktyabr 1983 Schiedam, Hollandiya) Türkiyə və Hollandiya vətəndaşı peşəkar Kikboksinq idmançısıdır. Hollandiyada Golden Glory Gym komandasında döyüşən Saki 2 dəfə Hollandiya və Avropa Muay Tay çempionu, 2008-ci ildə təşkil olunmuş K-1 Dünya GP 2008 Havay çempionudur. == Kariyerası == Saki 1993-cü ildə 10 yaşında Muay Tay idmanına başladı. 2008-ci ildə Tokioda təşkil olunmuş Dünya K-1 Grand Prix çempionluğunda yarım finala qədər yüksəldi. Yarım finalda rəqibi hollandiyalı Remy Bonjasky-yə nakaultla uduzdu. Hollandiyada böyüyən və özünü Kikboksinq-də təkmilləşdirən Saki Türkiyə adına yarışlara çıxmaqdadır. Ləqəbi İsyancı olan Sakinin boyu 182 sm-dir. Sonuncu dəfə 2010-cu ildə K-1 Grand Prix çempionluğunda Türkiyəni təmsil etmiş və izləyənlərin rəğbətini qazanmışdır. Bu yarışda 1/8 finaldakı rəqibi Daniel Ghita ilə qarşılaşmışdır. Eyni xüsusiyyətlərə malik olduqları üçün onlar arasındakı döyüş son dərəcə ağır və böyük maraqla izlənən oldu.
Həsən Saka
Həsən Hüsnü Saka (1885, Trabzon – 29 iyul 1960 və ya 30 iyul 1960, İstanbul) — Sabiq millət vəkili, baş nazir.İlk və orta təhsilini Trabzon İbtidai Məktəbi və Rüştiyesinə tamamladıqdan sonra İstanbul Mercan İdadisinə məzun oldu. Mülküyə Məktəbini 1908-ci ildə bitirdi. Divan-ı Muhasebatta dövlət xidmətinə girdi. 1909-cu ildə təhsil üçün Fransaya göndərildi. 1912-ci ilin noyabrında Paris Siyasi Biliklər Məktəbi diplomatiya şöbəsinə məzun olaraq yurda döndü, köhnə vəzifəsində işə başladı. 1915-ci ilin aprel ayında Maliyyə nəzarəti varidat Ümumi Müdirliyi dividendlər vergisi Apelyasiya Komissiyası 1. Mümeyyizliğine təyin edildi. 1916-cı ilin oktyabrında Eskişehir Region İqtisad direktoru oldu. 4 sentyabr 1918-ci ildə Mülküyə Məktəbi İqtisad müəllimi boynuna götürdü. Osmanlı Mebusan Məclisinin son dövründə Trabzon millət vəkili seçilərək dağılmasına qədər vəzifə etdi.
Jake Short
Cek Şort (30 may 1997, İndianapolis) — yeniyetmə ABŞ aktyoru. Onun ən məşhur rolu "Şortlar" filmindəki Nous Nousvörtidir. O Disney Channelin komediya "Bacarıq Ferması" serialında Fleçer Kuimbi kimi Çayna Enn MakKlayn və Sierra MakKormik ilə birlikdə baş rola çəkilir.
Joe & Jake
Joe & Jake — Co Vulford (ing. Joe Woolford; d. 6 oktyabr 1994) və Ceyk Şeykşaftın (ing. Jake Shakeshaft; d. 25 iyul 1995) təşkil etdiyi Britaniyalı musiqili duet. Onlar "You're Not Alone" mahnısı ilə Böyük Britaniyanı "You're Not Alone" mahnısı ilə 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Karyera == === 2015: The Voice UK === Co və Ceyk ilk dəfə 2015-ci ildə Böyük Britaniyanın The Voice səs yarışmasında iştirak edərkən tanış olmuşdurlar. Onların hər ikisi yarışmada ilkin mərhələni uğurla keçmişdir. Co Rita Oranın, Ceyk isə Amerikan musiqiçisi will.i.am-in komandasında yer almışdır. Yarışmada iştirak etdikləri müddət ərzində Co Elli Qoldinq, Ceyson Mraz və Kris Braun mahnıları ilə çıxış etmiş, Ceyk isə Ed Şiran, Coldplay və Castin Biber mahnılarını səsləndirmişdir.
Lake Malawi
Lake Malawi — 2013-cü ildə Çexiyada qurulmuş indi pop qrupu. Qrup vokalist, gitaraçı və keybordist Albert Çerni, bassist və keybordist Yeronim Şubrt və barabançı Antonin Hrabaldan təşkil olunmuşdur. Lake Malawi Çerni tərəfindən Charlie Straight musiqi qrupunun parçalanmasından sonra yaradılmışdır. 2015-ci ildə qrupun We Are Making Love Again adlı mini-albomu, 2017-ci ildə isə Surrounded by Light adlı debüt studio albomu buraxılmışdır. Lake Malawi qrupu Çexiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Yaranma tarixi == Lake Malawi qrupun vokalisti Albert Çerni tərəfindən Charlie Straight musiqi qrupunun parçalanmasından sonra 2013-cü ilin sentyabr ayında qurulmuşdur. Qrupun adı Bon Iver qrupunun "Calgary" mahnısından ilhamlanaraq, qoyulmuşdur. 2014-cü ildə qrupun debüt sinqlı "Always June" təqdim olunmuşdur. Həmin ildə Lake Malawi Çexiyanın Colours of Ostrava, Rock for People festivallarında və Böyük Britaniyada isə The Great Escape Festivalında çıxış etmişdir. 2015-ci ildə qrupun We Are Making Love Again adlı mini-albomu buraxılmışdır.
Leroy Sane
Leroy Sane (11 yanvar 1996, Essen, Şimali Reyn-Vestfaliya) — Almaniya futbolçusu.
Qedunq Sate
Qedunq Sate Bandunq, Qərbi Yava, İndoneziyada ictimai bir binadır. Holland memar J. Qerber tərəfindən indiki İndoneziya elementlərini birləşdirən neoklassik memarlığı təsvirinə əsasən Niderland Ost-Hindi Dövlət Müəssisələrindən olan (Hökumət Sektorları Departamenti sözündən ibarətdir) bu bina 1920-ci ildə tamamlandı. Bu gün bina Qərbi Yava əyalətinin qubernatorluğu və muzey kimi xidmət edir. Onun ümumi adı Qedung sate indoneziyalıların "satay binasına" çevrilmiş bir ləqəbidir və bu binanın mərkəzi zirvəsinin şəklinə istinaddır - indoneziyanın ənənəvi yeməklərindən biri olan "satay" adına bənzəyir.
Sakae Takahaşi
Sakae Takahaşi — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Saki Kumaqay
Saki Kumaqay (d. 17 oktyabr 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 100 oyun keçirib.
Saki Ueno
Saki Ueno (d. 20 noyabr 1994) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Saks (Alikante)
Saks (isp. Sax) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Alto-Vinalopa ərazisinin 63,5 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 10099 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 44 km uzaqlıqda yerləşir.
Saku Heyskanen
Saku Heyskanen (29 sentyabr 2001-ci ildə Finlandiyada anadan olub) — 1899 Hoffenhaym klubundan icarə əsasında Finlandiya İkkonen təmsilçilərindən olan Klubi 04 klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === Honka === Heyskanen Maski akademiyası vasitəsilə inkişaf etmişdir. O, 9 yaşı olarkən Honka akademiyasına qəbul olmuşdur. Heyskanen öz peşəkar karyerasında debütünü 9 avqust 2016-cı ildə Malminkartanon klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Roni Huhtalanı əvəz etmişdir. Finlandiya Kuboku görüşündə Honka rəqibinə 6-0 hesabı ilə qalib gəlmişdir. === Hoffenhaym === 8 avqust 2017-ci ildə Heyskanen Bundesliqa təmsilçilərindən olan 1899 Hoffenhaym klubu ilə müqavilə imzalamışdır.2018-ci ilin yayında Heyskanen Finlandiya İkkonen təmsilçilərindən olan Klubi 04 klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. Heyskanen klub ilə debütünü isə 1 sentyabr 2018-ci ildə JJK klubuna qarşı oyunda etmişdir. O, 20-ci dəqiqədə Yulius Tauriaynen ilə əvəz olunmuşdur. İkkonen görüşündə Klubi rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır.
Saku Ylatupa
Saku Ylatupa (4 avqust 1999, Espoo) — Erediviziya təmsilçilərindən olan Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === Erkən illəri === Saku 1999-cu ildə Espoo şəhərində anadan olmuşdur. Ylatupa öz peşəkar futbolçu karyerasına HJK klubunun gənclər yığmasında start vermişdir. Ylatupa bir müddət HJK klubunun reserv komandası olan Klubi 04 klubunda çıxış etmişdir. === HJK === 2016-cı ildə Ylatupa HJK klubunun əsas komandasına çağırılmışdır. O, peşəkar karyerasında debütünü 2 aprel 2016-cı ildə Finlandiya Liqa Kubokunda Lahti klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə əvəz olumuşdur. === Ayaks === 21 iyul 2017-ci ildə Ylatupa Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə üç illik müqavilə imzalamışdır.
Same Heart
Same Heart (azərb. Tək Qəlb‎) — İsrailin 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Sape boğazı
Sape boğazı (ind. Selat Sape) — Kiçik Zond adaları akvatoriyasında yerləşən boğaz. Sumbava və Komodo adasını ayırlr. Flores dənizini Sumba boğazı ilə birləşdirir. Olduqca təhlüləliyi ilə seçilir. Burada iti dəniz axınları və qayalıqlar mövcuddur. Aktiv balıqçılıq regionudur. Boğaz ərazinin bir hissəsi Komodo milli parlı ərazisinə daxildir. Suları Dayvinq həvəskarlarını bura cəlb edir. == Coğrafi xüsusiyyətləri == Boğaz Flores dənizini Sumbava boğazı ilə birləşdirir və Hind okeanına aiddir.
Sare Bayat
Sarə Bayat — İranın kino və televiziya aktrisası. == Filmoqrafiya == KinoTeleviziyaBir dəstə qartal lələyi Günahsızlar Xanım Bir şairin ölümü Yaşıl sim Dağılma Payız mahnısı Gecə növbəsi Ev şousuKalb . . . 2018 - 2019 . . . Romantik görüşlər . . . 2016 . . .
Sike Aleksandresku
Sike Vasile Aleksandresku (rum. Sică Vasile Alexandrescu; 15 avqust 1896, Buxarest – 6 avqust 1973, Kann) — Rumıniya rejissoru. == Həyatı == Sike Vasile Aleksandresku 15 avqust 1896-cı ildə Buxarestdə anadan olmuşdur. O, 1913-cü ildən müxtəlif teatrlarda fəaliyyət göstərmişdir. Aleksandresku 1947–1967 illərdə Buxarestdəki Y. L. Karaçale adına Milli Teatrın baş rejissoru olmuşdur. O, 1967-ci ildən Braşov şəhərindəki dram teatrının direktorudur. Aleksandresku "Həyəcanlı gecə" (Y. L. Karaçale), "Adsız ulduz" (M. Sebastian), "Müfəttiş" (N. V. Qoqol), "Belçesku" (K. Petresku), "Matey Millo" (M. Ştefenesku) pyeslərini, J. B. Molyerin komediyalarını və s. əsərləri tamaşaya qoymuşdur. O, yaradıcılığında rumın teatrının realist ənənələrini inkişaf etdirmişdir. Sike Vasile Aleksandresku 6 avqust 1973-cü ildə Kann şəhərində vəfat etmişdir.
Sahə
Sahə (ölçü parametri) — səthin sahəsini ölçmək üçün kəmiyyət; Sahə (film, 2010) — Nariman Film tərəfindən çəkilmiş tammetrajlı bədii film; Sahə (Fizika) — müəyyən fiziki xassələrə malik boşluq; Yaşayış sahəsi — Yaşayış massivi nəzərədə tutulur; Elm sahəsi — Bir ixtisas daxilində təmərküzləşən elmi təsvir edir; Torpaq sahəsi — Yerin səthinin bir hissəsi; Fəaliyyət sahəsi — bir şəxsin və ya firmanın fəaliyyət göstərdiyi mövzu dairəsi.
Savə
Savə — İranın Mərkəzi ostanı, Savə şəhristanının mərkəzi olan şəhər. Şəhər Ərak bölgəsinin şimalında 34-35 en dairəsi və 49-50 uzunluq dairəsi arasında yerləşir. Savə şimaldan Zərəndiyyə şəhristanı, şərqdən Tehran bölgəsi, cənubdan Təfreş şəhristanı və Qum bölgəsi, qərbdənsə Həmədanla sərhəddir. == Statistik məlumat == Savə şəhərliyi: Bölümlərin ətraflı məlumatı: Kəndliklərin ətraflı məlumatı: Şəhərlərin Ətraflı məlumatı: == Coğrafiya == Savə şərqdə isti iqlimə yaxınlığı için isti havası var, qərb kəsimində isə dağlıq və soyuqdur.Şəhərliyin yayda orta temperaturu 29.6 °C-dir və ən yüksək temperaturu 48.5 °C olaraq Əhməd abad’da səbt olunub. Bütövlükdəysə orta temperaturu 18.2 °C ölçülüb.Şəhərliyin çox sahəsin düzənliklər təşkil edir. Bu düzənliklər Savə şəhərinin cənubundan başlayır və Qərq abad və Savən’i qapsayan Savə böyük düzənliyinədək və 1000 m yüksəkliyə qədər çəkilir.Mərkəzi və Lain düzənlikləri isə çox məhsulludur. Hündürlüklər şəhərliyin qərbinə yığışmış və şimal-qərbdə ən yüksəkliyinə çataraq zirvə yüksəkliyi 2930m olur. == Etnik tərkibi == Əhalinin mütləq əksəriyyəti Azərbaycan türkləri olub əsasən Xələc, Bayat, Əfşar, Bəydilli, Şahsevən, Muğanlı, Qacar və başqa türk tayfalarının soyundan gəlmədilər .
Şekə
Şekə — türk və tatar mifologiyasında mahnı cini. Çikə və ya Çekə olaraq da bilinər. Dirsək boyunda bir cücedir. Yanına gələnlərə dastan okutturup, mahnı dedirdər. Ağacların altında yaşayır, zərərsizdir. Bəzən dediyini yaptırabilmek üçün insanları qorxudur. Tutduğu adama saatlarla yır (mahnı) və ya kay (dastan) oxutduğu olar. Çuvaşlarda "Çikə Suxal" adı verilər və "boyu bir qarış, saqqalı iki qarış" olaraq təsvir edilər. == Etimologiya == (Şik/Çik/Çiy/). Çik aşiq sümüyünün çuxur tərəfi deməkdir.
Şak
𐕐 (səslənməsi /ʃ/, transkripsiyası Ş, ş) — Alban əlifbasının 33-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Շաք (Şakʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə Ş səsini bildirir. Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır.
Abbasabad (Savə)
Abbasabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Zərənd bölgəsinin Ətraf kəndistanında, Zərənd qəsəbəsindən 11 km şimal-qərbdədir.
Abissal sahə
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasi­təsilə dib çöküntülərinin yerdəyiş­məsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Acan (Savə)
Acan — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 5 km şimaldadır.
Adaramənd (Savə)
Adaramənd — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Çaharoymaq kəndistanında, Razqan qəsəbəsindən 12 km şimaldadır.
Allüvial sahə
Allüvial sahə — çay çöküntülərindən əmələ gəlmiş sahə. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Axtac (Savə)
Axtac — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin Ətraf kəndistanında, Xərəqan qəsəbəsindən 30 km şimal-qərbdədir.
Ayelet Şaked
Ayelet Şaked (ivr. ‏איילת שקד‏‎; 7 may 1976, Tel-Əviv, İsrail) — İsrail siyasətçisi, aktivist və proqram mühəndisidir. 2013-cü ildən 2018-ci ilə qədər Yəhudi Evi üçün Knesset üzvü olaraq çalışdı, bundan sonra Yeni Haqqın üzvü oldu. Hal hazırda Yamina ittifaqını təmsil edir. 2015-ci ildən 2019-cu ilə qədər Ədliyyə Naziri idi. 2018-ci ilə qədər dini bir partiyanı təmsil etsə də, Şaked dünyəvi bir siyasətçi olaraq tanınır.
Ağdaş (Savə)
Ağdaş — İranın Mərkəzi ostanında kənd. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Kahpayə kəndistanında, Növbəran qəsəbəsindən 24 km şimal-qərbdədir.
Ağkəhriz (Savə)
Ağkəhriz — İranın Mərkəzi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Məzdqançay kəndistanında, Növbəran qəsəbəsindən 10 km şərqdə, Növbəran-Savə avtomobil yolunun üzərindədir.
Ağqala (Savə)
Ağqala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsində, Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 15 km şimal-qərbdədir.
Ağçaqala (Savə)
Ağçaqala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 24 km cənub-qərbdə, Qaraçay çayının sahilindədir.
Bu-Sadə
Bu-Sadə (ərəb. بوسعادة‎) — Əlcəzairin şimalında, Msila vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, eyniadlı vahənin ərazisində, dəniz səviyyəsindən 553 metr yüksəklikdə yerləşir. == Hekayə == Bu-Sadə şəhəri 1849-cu ilin noyabrında Fransa qoşunları tərəfindən fəth edilmişdir. Qala və kazarmaları olan şəhər XIX əsrin sonu–XX əsrin əvvəllərində mühüm hərbi məntəqə olmuşdur. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 125,573 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Eyniadlı hava limanı şəhərdən 7 kilometr şimalda yerləşir.
Daşlıq sahə
Daşlıq səhra – zəif aşınmış ana süxurlar (əsas) üzərində yerləşən, səthi çınqıl və digər daşlarla örtülü, demək olar ki, torpaq – bitki örtüyü olmayan sahədir. .