Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
FTP-server
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Gopher-server
Gopher-server – Usenet kompüter şəbəkəsində 1991-ci ildə Minnesota Universitetində işlənib hazırlanmış xəbər qruplarından biri. Bir versiyaya görə, adını Minnesota ştatının sakinlərinin zarafatla işlədilən ayamasından götürüb (“gopher” – “sünbülqıran”). Başqa bir versiyaya görə isə, “gopher” adı “go for it” (“bunu axtar”) ifadəsindən yaranıb. Gopher-serverlərdə mətnlərlə yanaşı, audio və qrafika da olur ki, onları başqalarına göndərmək və çalışdırmaq olur. Başqa sözlə, onlar Dünya hörümçək torunun (WWW) birbaşa sələfləridir. 1993-cü ildə dünyada 1700 Gopher-server var idi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Proksi server
Proksi server — resursu tələb edən müştəri ilə həmin resursu təmin edən server arasında vasitəçi kimi çıxış edən server proqramı. Bu prosesdə məxfilik, təhlükəsizlik və performansı yaxşılaşdırır. Müştəri, fayl və ya veb səhifə kimi resurs üçün sorğunu yerinə yetirə bilən serverə birbaşa qoşulmaq əvəzinə, müştəri sorğunu emal edən və tələb olunan şəbəkə əməliyyatlarını yerinə yetirən proksi serverə yönləndirir. Bu, sorğunun mürəkkəbliyini sadələşdirmək və ya nəzarət etmək və ya yük balansı, məxfilik və ya təhlükəsizlik kimi əlavə üstünlüklər təmin etmək üçün bir metod kimi xidmət edir. Paylanmış sistemlərə struktur və inkapsulyasiya əlavə etmək üçün proksilər hazırlanmışdır Beləliklə, proksi server xidmətə müraciət edərkən müştərinin adından işləyir və sorğunun əsl mənbəyini resurs olan serverdən gizlədir.
Veb-server
Veb-server (ing. Web server) – istifadəçilərin internetdəki veb-səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlar ilə təmin olunmuş kompüterdir. Veb-server veb-saytın əsasını təşkil edir. Veb-server informasiyaların saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Veb-server veb-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə göndərir. Belə sorğuların emal edilməsi və yerinə yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da veb-serverin eyni vaxtda yüzlərlə brauzerdən sorğu qəbul etməsinə imkan verir. Veb-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. Veb-server ona daxil olan əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır.
Veb server
Veb-server (ing. Web server) – istifadəçilərin internetdəki veb-səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlar ilə təmin olunmuş kompüterdir. Veb-server veb-saytın əsasını təşkil edir. Veb-server informasiyaların saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Veb-server veb-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə göndərir. Belə sorğuların emal edilməsi və yerinə yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da veb-serverin eyni vaxtda yüzlərlə brauzerdən sorğu qəbul etməsinə imkan verir. Veb-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. Veb-server ona daxil olan əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır.
GEOnet Names Server
GEOnet Names Server —
Nəmərvər
Nəmərvər (fars. نمرور‎) - Şərqi Azərbaycan ostanının Heris şəhristanının Mərkəzi bəxşinin Şərqi Bedustan dehestanında yerləşən kənd.Təbrizin 75 km şərqində, Əhərin 34 km cənubunda və Herisin 18 km qərbində yerləşir.11 avqust 2012-ci il tarixinin zəlzələ vurmuş kəndlərdəndir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,167 nəfər yaşayır (300 ailə).
Sənətlər
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Microsoft Exchange Server
Exchange Server – məlumat mübadiləsi və birgə iş üçün nəzərdə tutulmuş proqram. İlk versiyası 1993-cü ildə Microsoft şirkəti tərəfindən işlənib hazırlanıb. Əsas funksiyaları: poçt məlumatlarının emalı və göndərilməsi, təqvim və tapşırıqlara birgə erişmə, mobil qurğuların dəstəklənməsi və veb-erişim, səsli məlumat sistemləri ilə inteqrasiya (Exchange 2007 versiyasından başlayaraq), ani məlumat mübadiləsi sistemlərinin dəstəklənməsi.
Microsoft SQL Server
Microsoft SQL Server — VB və verilənlərin analizi sahəsində istifadə olunan əlavələr yığımıdır. == Versiyaları == 1992 — SQL Server 4.2 1993 — SQL Server 4.21, Windows NT 1995 — SQL Server 6.0, SQL95 1996 — SQL Server 6.5, Hydra 1999 — SQL Server 7.0, Sphinx 1999 — SQL Server 7.0 OLAP, Plato 2000 — SQL Server 2000 32-bit, Shiloh 2003 — SQL Server 2000 64-bit, Liberty 2005 — SQL Server 2005, Yukon (версия 9.0) == Microsoft SQL Server 2000-in imkanları == Microsoft SQL Server 2000 serverinə XML dili və HTTP protokolu daxildir. Microsoft SQL Server 2000 Windows 2000 əməliyyat sisteminin bütün imkanlarından isitifadə edir. Verilənlərin idarə edilməsi və analizi baxımından "xam" verilənlərin aktiv tətbiq olunan informasiyaya çevrilməsi və İnternetin imkanlarından tam istifadə edilməsi vacibdir. Microsoft SQL Server 2000 korporativ verilənlər bazası yaradılmasında istifadə olunan əlverişli vasitələrdən sayılır. Microsoft SQL Server 2000 vasitəsi ilə VB-da axtarış aparmaq və müxtəlif mürəkkəb sorğular yerinə yetirmək imkanları daha da təkmilləşmişdir. Tam mətnli axtarışın yeni funksiyaları istifadəçilərə Microsoft Excel elektron cədvəlləri, Microsoft PowerPoint prezentasiyaları və Microsoft Word sənədləri daxil olmaqla strukturlaşmış, eləcə də strukturlaşmamış sənədlərə müraciətə imkan verir ki, bu da şəbəkə axtarışını daha effektli edir. SQL Server 2000 serverində analiz vasitələrindən istifadə etməklə uzaq məsafədə işləyən istifadəçilər üçün HTTP protokolundan istifadə edərək OLAP kublarına müraciət etmək olar. OLAP vasitələrindən istifadə etməklə böyük və mürəkkəb verilənlər yığımı üzərində çoxölçülü kublardan istifadə etməklə müxtəlif analizlər aparmaq olar. Qanunauyğunluqların üzə çıxarılması vasitələri böyük həcmli verilənlərdə gizlənmiş struktur və tendensiyaların tapılmasını təmin edir ki, bu da təşkilatlarda olan informasiyaların daha rasional istifadəsinə gətirir.
Windows Server 2003
Windows Server 2003 (hazırlama zamanı kod adı: Whistler Server; daxili variantı: Windows NT 5.2) — Microsoft şirkətinin Windows NT ailəsinə daxil olan əməliyyat sistemi. Serverlərdə işləmək üçün nəzərdə tutulub. 24 aprel 2003-cü ildə satışa çıxarılıb.
Windows Server 2008
Windows Server 2008 — Server əsaslı Microsoft Windows əməliyyat sistemlərinin bir versiyasıdır. 4 fevral 2008-ci ildə istehsala buraxıldı və 27 fevral 2008-ci ildə rəsmi olaraq satışa buraxıldı, Windows Server 2003 isə beş il əvvəl buraxılmışdır. Windows Server 2008 R2 adlı ikinci bir versiya 22 iyul 2009-cu ildə istehsal üçün buraxıldı. Windows Server 2008, Windows Vista və Windows 7 kimi Windows 6x üzərində qurulmuşdur. == Tarixi == Əslində Windows Server digər adı "Longhorn" olaraq da bilinir. Microsoft şirkətinin yaradıcısı Bill Geyts, rəsmi adını (Windows Server 2008) 16 may 2007 WinHEC'dəki açılış mərasimində demişdir. 27 iyul 2005 tarixində Beta 1 dərc edilib. 23 may 2006 tarixində WinHEC 2006'da Beta 2 elan edilmiş və Beta 3 xalqa açıq-aşkar bir şəkildə 25 aprel 2007 istifadəyə buraxılmışdır. Buraxılış namizədi 0, 24 sentyabr 2007 tarixində xalqın hamısına nümayiş etdirilmiş və Release namizədi 1 xalqa 5 dekabr 2007 tarixində dərc edilmişdir. Windows Server 2008, 4 fevral 2008 tarixində istehsala başlamışdır.
Windows Server 2012
Windows Server 2012 — Microsoft tərəfindən təqdim edilən Windows Server ardıcıllığının ən yeni versiyası. 4 sentyabr 2012 tarixində tam versiyası nəşr, sınaq versiyası isə 9 sentyabr 2011 tarixində MSDN istifadəçilərinə təqdim edilmişdir. Bu versiyanın ən üstün tərəfi Xüsusi Bulut sisteminə inteqrasiya olmuş olmasıdı. Windows Server 2012 Datacenter yüksək dərəcədə virtuallaştırılmış Xüsusi Bulut mühitləri üçündür. Windows Server 2012 Standart fiziki və ya az dərəcədə virtuallaştırılmış mühitlər üçündür. Windows Server 2012 Essentials ən çox 25 istifadəçi və 50 cihaza sahib kiçik biznes üçün idealdır. Windows Server 2012 Foundation ən çox 15 istifadəçi üçün Windows Server təcrübəsi təqdim edir.
Windows Server Longhorn
Windows Server 2008 — Server əsaslı Microsoft Windows əməliyyat sistemlərinin bir versiyasıdır. 4 fevral 2008-ci ildə istehsala buraxıldı və 27 fevral 2008-ci ildə rəsmi olaraq satışa buraxıldı, Windows Server 2003 isə beş il əvvəl buraxılmışdır. Windows Server 2008 R2 adlı ikinci bir versiya 22 iyul 2009-cu ildə istehsal üçün buraxıldı. Windows Server 2008, Windows Vista və Windows 7 kimi Windows 6x üzərində qurulmuşdur. == Tarixi == Əslində Windows Server digər adı "Longhorn" olaraq da bilinir. Microsoft şirkətinin yaradıcısı Bill Geyts, rəsmi adını (Windows Server 2008) 16 may 2007 WinHEC'dəki açılış mərasimində demişdir. 27 iyul 2005 tarixində Beta 1 dərc edilib. 23 may 2006 tarixində WinHEC 2006'da Beta 2 elan edilmiş və Beta 3 xalqa açıq-aşkar bir şəkildə 25 aprel 2007 istifadəyə buraxılmışdır. Buraxılış namizədi 0, 24 sentyabr 2007 tarixində xalqın hamısına nümayiş etdirilmiş və Release namizədi 1 xalqa 5 dekabr 2007 tarixində dərc edilmişdir. Windows Server 2008, 4 fevral 2008 tarixində istehsala başlamışdır.
Müştəri-server arxitekturası
Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Windows Server 2022
Windows Server 2022 — "Windows NT" əməliyyat sistemləri ailəsinin bir hissəsi kimi "Microsoft Corporation" tərəfindən "Windows Server" əməliyyat sisteminin 10-cu və cari əsas uzunmüddətli xidmət kanalı (LTSC) buraxılışı. Bu, 2–4 mart 2021-ci il tarixlərində "Microsoft"un "Ignite" tədbirində elan edilmişdir. 18 avqust 2021-ci ildə, "Windows Server 2019"dan təxminən 3 il sonra və "Windows 11" əməliyyat sistemindən bir neçə ay əvvəl buraxılmışdır. Bu, "Iron" kod bazasına əsaslanır. Onun yeniləmələri "Windows 10" əməliyyat sistemi ilə uyğun gəlmir, çünki bunun üçün "Iron" kod bazası istifadə olunmamışdır. x64 prosessorlarını tələb edir. == Tarixi == "Microsoft" 22 fevral 2021-ci ildə "Windows Server 2022"nin 2 martda buraxılacağını elan etmişdir. "Microsoft" 3 mart 2021-ci ildə "Windows Server 2022"nin "Windows Update"də önizləmə quruluşu olaraq buraxılacağını elan etmişdir. "Windows Server 2022" 18 avqust 2021-ci ildə müştərilərin əlçatan olması üçün istifadəyə verilmişdir. 2021-ci ilin sentyabrında "Microsoft" daha sonra 2022-ci ilin martında buraxılacaq "SQL Server 2022"ni elan etmişdir.
Qardaş şəhərlər
Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olmuşdur. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanmışdır. == Terminin tarixi == 1944-cü ildə İngiltərədəki Coventry şəhərinin sakinləri 830 Koventri qadınları və Lady Mayoressa xanım Emily Smithin nişanlandığı Stalingradyalılar üçün süfrə hazırlamışdılar. Bunun üzərinə "böyük təəssüflərdən daha az kömək" sözləri işlənmişdir. Sovet İttifaqının Londondakı səfirliyi vasitəsilə toplanan pulla birlikdə Coventry masa örtüsü Almanlar və onların müttəfiqləri tərəfindən məhv edilmiş Stalingrada köçürüldü. Bu gün bu Koventri süfrəsi "Stalinqrad müharibəsi" muzey-qoruğunda saxlanılır. 2008-ci ildə Volqoqrad sakinləri iki şəhər arasında qardaş şəhər əlaqələrinin 65 illik yubileyi şərəfinə Koventriyə köçmək üçün Stalinqrad Masa örtüsünü yaratdılar. 1957-ci ildə əkiz şəhərlərin nümayəndələri Dünya Bacı Şəhərlər Federasiyasının (WUFG) yaradıldı. 1964-cü ildə SSRİ-nin əkiz şəhərləri Sovet və Xarici Şəhərlər Əlaqələri Birliyində birləşdi.
Qardaşlaşmış şəhərlər
Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olmuşdur. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanmışdır. == Terminin tarixi == 1944-cü ildə İngiltərədəki Coventry şəhərinin sakinləri 830 Koventri qadınları və Lady Mayoressa xanım Emily Smithin nişanlandığı Stalingradyalılar üçün süfrə hazırlamışdılar. Bunun üzərinə "böyük təəssüflərdən daha az kömək" sözləri işlənmişdir. Sovet İttifaqının Londondakı səfirliyi vasitəsilə toplanan pulla birlikdə Coventry masa örtüsü Almanlar və onların müttəfiqləri tərəfindən məhv edilmiş Stalingrada köçürüldü. Bu gün bu Koventri süfrəsi "Stalinqrad müharibəsi" muzey-qoruğunda saxlanılır. 2008-ci ildə Volqoqrad sakinləri iki şəhər arasında qardaş şəhər əlaqələrinin 65 illik yubileyi şərəfinə Koventriyə köçmək üçün Stalinqrad Masa örtüsünü yaratdılar. 1957-ci ildə əkiz şəhərlərin nümayəndələri Dünya Bacı Şəhərlər Federasiyasının (WUFG) yaradıldı. 1964-cü ildə SSRİ-nin əkiz şəhərləri Sovet və Xarici Şəhərlər Əlaqələri Birliyində birləşdi.
İtmiş şəhərlər
İtmiş şəhərlər (ing. Lost city) - əvvəllər mövcud olmuş, lakin sonradan mövcud olduğu ərazidə olmayan və ya harada mövcud olduğu haqqında dəqiq məlumat olmayan şəhərlərə verilən ad. Kabus şəhər anlayışına yaxın olan İtmiş şəhər ifadəsi yazıçılar tərəfindən geniş istifadə edilmişdir. Bəzi tarixi qaynaqlarda əhalisinin sayı 25 - 30 min arasında olan, stratrji baxımdan böyük önəm daşıyan şəhərlərin adları qeyd edilmiş, lakin həmin şəhərlərin dəqiq olaraq harada yerləşdiyi haqqında məlumat əldə edilməmişdir. == Bəzi itmiş şəhərlər == Ubar - Şəhərlərin tərk edilmə səbəbləri müxtəlifdir. Əsas səbəblər kimi xəstəliklərin geniş formada yayılması, müharibələrin aramsız şəkildə davam etməsini və ya karvan yolların dəyişməsini göstərmək olar. Ərəb Xilafəti dövründə mövcud olmuş Ubar şəhəri haqqında son zamanlarda məlumat tapılmışdır. Aparılmış araşdırmalardan sonra məlum olmuşdur ki, Ubar səhrada yerləşən və dövrünə görə əhalisi çox olan şəhərlərdən idi. İçməli su qaynaqlarının anidən tükənməyə başlaması, şəhər əhalisinin şəhəri tərk etməsinə səbəb olmuşdur. Ərəb tarixi rəvayət və ya nağıllarında Ubar adlı şəhərin adı tez-tez qeyd edilir.
Azərbaycandakı şəhərlər
Bu məqalə Azərbaycandakı şəhərlərin siyahısını və əlaqəli məlumatları ehtiva edir.
Sərvər Abdinov
Abdinov Sərvər Famil oğlu — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Sərvər Abdinov 1974-cü ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. 1981-ci ildə Alıbəyli kənd orta məktəbinin birinci sinfinə gedib və 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. Sənədlərini Bakıdakı Ticarət-Kommersiya məktəbinə verib, qəbul olub. Dekabrın 10-da Zəngilanda baş vermiş hadisələri görən Sərvər məktəbin 2-ci kursundan çıxıb doğma torpağı Zəngilana gəlir. O, rayon hərbi komissarlığına müraciət edir. Respublika hərbi komissarlığının çağırış məntəqəsinə göndərilir. Oradan isə Sərvəri Əli Bayramlı şəhər Respublika Daxili Qoşunlarının hərbi hissəsinə üç aylıq kursa göndərirlər. Təlim müddəti başa çatdıqdan sonra o, Zəngilana göndəriş alır. 30 mart 1993-cü ildə döyüşdə qəhrəmancasına şəhid olub.
Sərvər Ceparov
Sərvər Ceparov (3 oktyabr 1982, Çirçik[d], Daşkənd vilayəti) — Özbəkistan futbolçusu. == Həyatı == == Nailiyyətləri == Asiyanın ən yaxşı futbolçusu (2) — 2008; 2011 == İstinadlar == == Xarici keçidlər == Bahodir Nasimovun komanda yoldaşı ilin futbolçusu seçildi.
Sərvər Mehrəliyev
Sərvər Həşdər oğlu Mehrəliyev (6 fevral 1957, Zəngilan rayonu – 4 may 2017, Bakı) — polis general-mayor. == Həyatı == Sərvər Həşdər oğlu Mehrəliyev 1957-ci il fevralın 6-da Zəngilan rayonunun Şayıflı kəndində doğulmuşdu. 1976–1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdı. == Fəaliyyəti == Sərvər Mehrəliyev 1981-ci ilin fevralında müstəntiq kimi Naxçıvanda xidmət etmişdir. Sonrakı fəaliyyəti Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi ilə bağlı olmuşdu. Müxtəlif illərdə İstintaq Hissəsində müstəntiq, mühüm işlər üzrə baş müstəntiq vəzifələrində çalışmış, 2000-ci ildən DİN-in İstintaq İdarəsinin, 2001-ci ildən Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdi.
Sərvər Qəniyev
Sərvər Soltan oğlu Qəniyev (5 avqust 1937, Bakı – 5 sentyabr 2010, Ankara) — Azərbaycan skripkaçısı və dirijoru, "Şöhrət" ordeni laureatı, Prezident təqaüdçüsü, Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == Sərvər Qəniyev 1937-ci il avqustun 5-də Bakı şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka aləti üzrə almışdır. Hələ gənc ikən Sərvər Qəniyev Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış edərək, musiqi ictimaiyyətinin rəğbətini qazanmışdır. Azərbaycan Dövlət Konservatoriyasına daxil olan musiqiçi ikinci kursdan etibarən peşəkar musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirmişdir. 1960-cı ildə konservatoriyanı bitirdikdən sonra o, həmin ali təhsil ocağının aspiranturasında öz peşə kamilliyini artırmışdır. == Yaradıcılığı == 1963-cü ildə Bakıya qayıdan musiqiçi Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlamışdır. 1965-ci ildə Sərvər Qəniyevin təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılmış və 1979-cu ildən bu kvartet filarmoniyanın nəzdində uğurla fəaliyyət göstərmişdir. Sərvər Qəniyev 1971-1979- cu illərdə Qahirə konservatoriyasında simli alətlər kafedrasının müdiri vəzifəsində işləmiş və eyni zamanda Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində qastrol səfərlərində olmuşdur. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif musiqi kollektivlərində müvəffəqiyyətlə çalışırlar.
Sərvər İbrahimov
Sərvər Rza oğlu İbrahimov (13 fevral 1930, Şuşa, Dağlıq Qarabağ – 7 may 2002, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Sərvər Rza oğlu İbrahimov 13 fevral 1930-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1944–1950-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. Əhməd Bakıxanov, Mirzə Mansurdan dərs almışdır. Sərvər İbrahimov 1946–1955-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1955–1964-cü illərdə isə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1978–1988-ci illərdə "Azkonsert" Qastrol-Konsert Birliyində çalışmışdır. Bir çox xanəndələri, o cümlədən Xan Şuşinskini müşayiət etmişdir. 1985–2002-ci illərdə Sərvər İbrahimov Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərmişdir. 28 oktyabr 2000-ci ildə ona "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilmişdir. Sərvər İbrahimov 7 may 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Sərvər Şahbəyli
Sərvər Şahbəyli — Azərbaycan aktyoru, ssenaristi, nəğməkar şairi. == Həyatı == Sərvər Şahbəyli 15 aprel 1962-ci ildə Ağsu şəhərində anadan olub. 1979-cu ildə Ağsuda 1 saylı orta məktəbi, 1984-ci ildə Bakıda Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuşdur. 1987-ci ildə 3-cü kursda oxuyarkən, Bakı Meydan Teatrında aktyor kimi fəaliyyət göstərib. 1988-ci ildə institutu bitirib Dövlət Filarmoniyasında aparıcı-artist (konfransye) vəzifəsində çalışmışdır. 1989-cu ildə Dövlət Gənclər teatrının yaranmasında yaxından iştirak etmişdir. 2005-ci ilə qədər müəyyən fasilələrlə həmin teatrda fəaliyyət göstərmişdir. 1991-ci ildə İstiqlal teatrının da yaranmasında yaxından iştirak etmiş, həmin teatrda bir il fəaliyyət göstərmişdir. Orta məktəb illərindən poeziyaya-ədəbiyyata maraq göstərmiş, elə o illərdə Ağsu "Birlik" qəzetində şeirləri çap olunmuşdur. 1987-ci ildən şeirlərinə yazılan mahnılar efirdə səslənməyə başlamışdır.
Sərvər Əliyev
Sərvər Bəhlul oğlu Əliyev (d. 22 yanvar 1966) — Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015), İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru (2017-ci ildən). == Həyatı == Sərvər Bəhlul oğlu Əliyev 22 yanvar 1966-cı ildə Naxçıvanın Sədərək rayonunun Sədərək kəndində anadan olub. 1972-ci ildə Sədərək kənd orta məktəbinə gedib. 1980–1982-ci illərdə təhsilini Ordubad internat məktəbində davam etdirərək tamamlayıb. İnternat məktəbində təhsil aldığı illərdə məktəbin nəzdindəki dram dərnəyində fəal çıxış edib. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub. Görkəmli rejissor və pedaqoq Nəsir Sadıqzadənin kursunda təhsil alıb. İnstitutun 1-ci kursunda oxuyarkən kurs rəhbəri ona heç bir rol vermir. 2-ci kursun ortasında kurs tamaşasındakı əsas rolu ifa edən tələbə xəstələndiyindən Nəsir Sadıqzadə Nazim Hikmətin "Qəribə adam" tamaşasındakı Nəcəf bəy obrazını Sərvər Əliyevə həvalə edir.
IETF sənədlər seriyası
IETF sənədlər seriyası (ing. Request for Comments) – İnternetin “quruluşunu” (məsələn, TCP/IP standartlarını) müəyyən edən IETF sənədlər seriyası (standartlar, təlimatlar, işçi qrupların hesabatları və s.). ISOC üzvü olan istənilən şəxs RFC-də dərc olunmaq üçün sənədi müzakirəyə təqdim edə bilər. Dərc olunan sənədə nömrə verilir. Dərc olunmuş variant heç vaxt dəyişdirilmir, dəyişdirilmiş variant yeni nömrə alır, ona görə də verilmiş standartın son RFC-lərini tapmaqda problem olur. 1969-cu ildən buraxılışına başlanmış belə sənədlərin sayı bir neçə mindir. RFC ödənişsizdir və hamı üçün açıqdır. Standart kimi nəzərdən keçirilən sənəd standartın işlənib hazırlanması, testlənməsi və təsdiqinin bütün mərhələləri keçir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qardaşlaşmış Şəhərlər (1970)
Qırmızı fənərlər məhəlləsi
Qırmızı fənər məhəlləsi (ing. red-light district) — seks şoplar, striptiz klubları və seks-kinoteatrları kimi fahişəlik və seks təmayüllü müəssisələrin toplandığı şəhər ərazisinin bir hissəsi. Dünyanın bir çox böyük şəhərlərindəki ərazilər qırmızı fənərlər məhəllələri kimi beynəlxalq məşhurluq qazanıb. Qırmızı fənər məhəlləsi termini fahişəxanalarda istifadə edilən qırmızı işıqlı işarələrdən qaynaqlanır.
Sınıq fənərlər küçəsi
Sınıq fənərlər küçəsi və ya Polislər (rus. "У́лицы разби́тых фонаре́й" , "Менты") , Polis məmurlarının gündəlik həyatından bəhs edən rus detektiv serialı. Televiziyada ilk dəfə 1998-ci ildə göstərilib. İlk seriyaları yazıçı Andrey Kivinovun əsərləri əsasında 1995-ci ildə çəkilib. Serial 16 mövsüm və 501 seriyadan ibarətdir. Hər seriya ayrı bir detektiv araşdırmadır. Rus televiziyası tarixində efir vaxtı baxımından ən uzun serialdır. == Tarixi == Serialın ilk 8 seriyası 1995-ci ildə, o vaxt Sankt-Peterburqun Kirovski rayon polis idarəsinin qəsdən törədilmiş qətllərin açılması şöbəsində işləyən Andrey Kivinovun əsərləri əsasında çəkilir. Televiziya serialının müştərisi əvvəlcə "RTR" kanalı olur. Lakin 1996-cı ilin yazında kanala gələn yeni rəhbərlik, serialın görunuş və səs keyfiyyətinin zəif olması səbəbinə görə onu göstərməkdən imtina edir.
Gözəl Sənətlər Akademiyası
Təsviri Sənət Akademiyası — Fransa İnstitutunun tərkibindəki beş akademiyadan biri. 1816-cı ildən mövcuddur; 1803-cü ildə birləşən XVII əsrdə yaranan Rəssamlıq və Heykəltəraşlıq Akademiyası, Musiqi Akademiyası və Memarlıq Akademiyasından yaradılmışdır. == Fon == Akademiya 1816-cı ildə Parisdə Académie de peinture et de sculpture (Rəsm və Heykəltəraşlıq Akademiyası, 1648-ci ildə yaradılmışdır), Académie de Musique (Musiqi Akademiyası, 1669-cu ildə yaradılmışdır) və Akademiya d'arxitekturasının birləşməsi kimi yaradılmışdır . Memarlıq Akademiyası, 1671-ci ildə yaradılmışdır). == Mükafatlar == Hal-hazırda, Təsviri Sənət Akademiyası beş xüsusi mükafat daxil olmaqla bir neçə mükafat təqdim edir. Xor oxumağa görə Liliane Bettencourt mükafatı Simone və Cino Del Duca Fondunun Musiqi Mükafatı Dizayn üzrə Pierre Cardin mükafatı Fransua-Viktor Nouri mükafatı Fond Pyer Gianadda Mükafatı Əvvəllər Akademiya libretto və ya musiqi kompozisiyasında mükəmməlliyə görə Prix Rossini mükafatını vermişdi . == Üzvlər == Multidissiplinarlıq anlayışı ətrafında qurulan Academie des Beaux-Arts doqquz bədii bölmə daxilində altmış üç üzvü, on altı xarici assosiativ üzvü və altmış üç müxbir üzvü birləşdirir.