Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ermon
Ermon (fr. Ermont) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Ermon. Əhalisi — 27 474 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 16 km şimal-qərbində, Serji bələdiyyəsinin 16 km şərqində yerləşir.
Met Selmon
Met Selmon Matthew James "Matt" Salmon (d. 21 yanvar 1958-ci il) — ABŞ Konqresində Arizona ştatından 5-ci rayondan seçilmiş konqresmen. 1995 - 2001-ci illərdə ştatın 1-ci rayonunu təmsil edirdi. 2002-ci il seçkilərində uduzub. 2012-ci il seçkilərində yenidən Konqresə üzv seçilib. Respublikaçılar Partiyasını təmsil edir. 29 yanvar 2014-cü ildə ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi qrupuna üzv olub. Bununla da İşçi qrupundakı konqresmenlərin sayı 60-a çatıb.
Senmon qakko
Senmon qakko (専門学校) – Yaponiya təhsil sistemində ali təhsil müəssisəsinin bir növü. Senmon qakkolar 1903-cü ildə qəbul edilən Peşə Məktəbi Qanunundan sonra yaradılmışdır. 1935-ci ilin statistikasına görə Yaponiyada 177 senmon qakko fəaliyyət göstərirdi, onlardan 52-si dövlət, 11-i ictimai, 114-ü isə özəl idi. Dövlət və ictimai senmon qakkoların çoxu bir kurs üzrə təhsil verirdi. İkinci dünya müharibəsinə qədərki dövrdə qadınlar üçün nəzərdə tutulmuş bütün ali təhsil müəssisələri senmon qakko idi. Universitetlər intellektual elita yaratmaq üçün nəzərdə tutulduğu halda, senmon qakkolar təlim keçmiş kadr yetişdirmək üçün yaradılmışdır. Müharibəyə qədərki dövrdə Yaponiyada ali təhsil almış şəxslərin çoxu senmon qakko məzunu idi. 1905-ci ildə ali təhsil məzunlarının 81%-i, 1935-ci ildə isə 65%-i senmon qakko bitirmişdi. İkinci dünya müharibəsindən sonra senmon qakko sistemi ləğv olunmuş və senmon qakkoların çoxu dördillik universitetlərə çevrilmişdir. Orta məktəbdən və ya qızlar liseyindən məzun olan şəxslər senmon qakkoya daxil olmalı idilər.
Serdon (En)
Serdon (fr. Cerdon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Ponsen kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01068. Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 23 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 741 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 425 nəfər (15-64 yaş) arasında 345 nəfər iqtisadi cəhətdən fəal, 80 nəfər hərəkətsiz (fəaliyyət göstərici 81,2%, 1999-cu ildə 70.1%) olmuşdur. 345 fəal sakindən 306 nəfər (172 kişi və 134 qadın) işləyir, 39 nəfər işsizdir (15 kişi və 24 qadın).
Semon (İzer)
Semon (fr. Semons) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38479. Kommunanın 1999-cu il üçün əhalisi 291 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Lapanuz-de-Sernon
Lapanuz-de-Sernon (fr. Lapanouse-de-Cernon, oks. La Panosa) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kornyu kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12122. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 140 km şərqdə, Rodezdən isə 29 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 118 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 65 yaşdan yuxarı (15-64 yaş arasında) 55 nəfər iqtisadi fəal, 10 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 84,6%, 1999-cu ildə 60.4%).
Sen-Rom-de-Sernon
Sen-Rom-de-Sernon (fr. Saint-Rome-de-Cernon, oks. Sent Roma de Sarnon) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Afrik kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12243. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 757 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 465 nəfər (15-64 yaş) arasında 350 nəfər iqtisadi cəhətdən fəal, 115 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.3%, 1999-cu ildə 64.8%).
Sent-Elali-de-Sernon
Sent-Ölali-de-Sernon (fr. Sainte-Eulalie-de-Cernon, oks. Senta Aulària de Sarnon) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kornyu kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12220. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 65 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 248 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 98 nəfər iqtisadi cəhətdən fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.0%, 1999-cu ildə 63.2%).
Sent-Ölali-de-Sernon
Sent-Ölali-de-Sernon (fr. Sainte-Eulalie-de-Cernon, oks. Senta Aulària de Sarnon) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kornyu kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12220. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 65 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 248 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 98 nəfər iqtisadi cəhətdən fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.0%, 1999-cu ildə 63.2%).
Ceyms Şerman
Ceyms Şerman (ing. James Schoolcraft Sherman ) — ABŞ-nin Nyu Yorkdan olan nümayəndəsi və 1909-1912-ci illərdə, Uiliam Hovard Taftın prezidentliyi dövründə 27-ci vitse-prezident olmuşdur. Şerman tarixdə ofisində həyatını itirən son vitse-prezident kimi yadda qalmışdır.
Şerman Hovard
Şerman Hovard — ABŞ aktyorudur. İlk karyerasına teatr ilə başlamışdır. 1989-cu ildə Kentukki ştatında yerləşən teatr səhnəciyində "Hamlet" rolunu ifa etmişdir. Şerman Hovard Donna Ballok ilə evlidir.
Şeron Barou
Şeron Barou — Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi.
Şeron Mitçell
Şeron Mitçell (18 yanvar 1956, Trenton) — ABŞ pornoaktrisası və seksoloqu. 2003-cü ildə pornokaryerasını başa vurub. Bu zaman San-Fransisko Universiteti ona insan seksuallığı üzrə elmlər dokturu adını vermişdir. Mitçell porno karyerası boyu 651 porno filmdə iştirak edib. 1977 Barbara Broadcast 1977 Violation of Claudia 1981 Blue Jeans 1982 Foxtrot 1982 Luscious 1983 Night Hunger 1983 Sexcapades 1983 Suzie Superstar 1984 Never Sleep Alone 1984 Spitfire 1985 Surfside Sex 1987 Barbara Dare’s Roman Holiday 1987 Porsche More than a Clinical Sexpert: An Interview with Sharon Mitchell, Ph. D. Arxivləşdirilib 2008-09-25 at the Wayback Machine (ing.) Dr.
Şeron Stoun
Şeron Stoun (ing. Sharon Stone; 10 mart 1958[…]) — ABŞ aktrisası. O, 10 mart 1958-ci ildə ABŞ-nin Pensilvaniya ştatında dünyaya göz açıb. Soyunmağı xüsusilə sevən xanım uşaqlıqdan qeyri-adi olub. O, 5 yaşında artıq 2-ci sinifdə, 15 yaşında isə universitetdə təhsil alırdı. Elə o yaşlarından Şeron modellik təklifi alır. Bu sahədə o qədər uğur əldə etməyən Şeron aktrisa olmaq arzusu ilə ABŞ-yə qayıdır və istəyinə nail olur. Bu minvalla Şeron bir çox məşhur aktyorlarla birgə saysız-hesabsız filmlərə çəkilir.
General Şerman (ağac)
General Şerman — ABŞ-nin Kaliforniya ştatı, Nəhəng Sekvoya Milli Parkı, Nəhəng Meşədə mövcud olan Nəhəng sekvoyadendron (Sequoiadendron giganteum) növünə aid böyük ağac. Yer üzündə həcm və kütlə baxımından ən böyük ağac. General Şermanın hündürlüyü 83,8 m, kütləsi 1910 ton (təxmini 1938), magistral həcmi 1487 m³, yaşı 2300-2700 ildir. General Şerman ağacı planetdəki ən böyük və ən ağır canlı orqanizmdir (ən böyüyü Pando qovaq meşəsi, təxminən 6000 ton ağırlığında olan klonal koloniyaları nəzərə almadan). Bununla belə bu ağac nə ən uzun sekvoya (bu qeyd həmişəyaşıl sekooya aiddir, "Qiperion" olaraq bilinir), nə də nəhəng sekvoyadendronların ən uzun nümayəndəsidir (95 m hündürlüyündə nümunələr məlumdur). OPda məlumdur ki, 1940-cı illərin ortalarında qırılan «Qiqant Krennell-Krik» (ing. Crannell Creek Giant) Trinidad şəhəri yaxınlığında böyüyən həmişə yaşıl sekoya növlünə aid idi və o General Şermandan 15-25% daha böyük idi. == Görünüşü == Ağac öz adını 1867-ci ildə general, və ABŞ-nin 18-ci Prezidenti (1869-1877) Uliss Qrantın şərəfinə alır. 28 aprel 1926-cı ildə Prezident Kalvin Kulic onu "millətin Milad ağacı" elan edir. Ağac adını 1879-cu ildə Amerika Vətəndaş müharibəsi generalı Vilyam Tekumse Şermanın şərəfinə adlandırılmışdır.
Şerman Antiinhisar Qanunu
Şerman Antiinhisar Qanunu (Şerman Qanunu ) — inhisarlarla və rəqabətin əsassız məhdudiyyətlərlə mübarizəsinə yönəldilmiş, dünyada ilkin qəbul edilmiş hüquqi aktlardan biri, 1890-cı ildə ABŞ konqresi tərəfindən qəbul edilmiş qanun. Bu qanun antirəqabət mühitində fəaliyyət göstərdiyi düşünülən şirkət və müəssisələrin fəaliyyətini qadağan edir. Bu növ müəyyənləşdirmələr federal hökumət idarəediciləri tərəfindən aparılır. Qanun federal hökumətdən trestləri, kompaniyaları və qanunu pozmasından şübhə duyulan təşkilatları araşdırmağı və təqib etməyi tələb edir. Bu Amerikan hökuməti tərəfindən kartelləri və monopoliyaları məhdudlaşdırmaq üçün yaradılmış ilk qanun idi və bu günün özündə də əksər antiinhisar qanunlarının əsasını təşkil edir. Vətəndaş müharibəsindən sonra ABŞ sənayesinin sürətli inkişafı, dövlətin qanunvericiliklə iqtisadi hakimiyyətinin təmərküzləşməsinin və bu hakimiyyətin sui-istifadəsinin qarşısını almaq iqtidarının olmaması nəticəsində Konqres 1890-cı il 24 iyul tarixdə azad rəqabət şəraitində azad sahibkarlığın hüquqi cəhətdən milli məxsusluğunu təsbit etdi. Qanun xəzinədarlığın keçmiş katibi senator Con Şermanın (1823-1900) şərəfinə adlandırılmışdır. “Şerman qanunu” ştatlar arasında ticarətdə, eləcə də beynəlxalq ticarətdə aşağıdakıları qadağan edir: a) ticarətin məhdudlaşmasına dair sazişləri, birlikləri (trestləri) və gizli danışıqları; b) inhisarlaşmanı və inhisarlaşma haqqında gizli danışıq cəhdlərini. Bu sazişlərdə iştirak edən şəxslər qanunun pozulmasında günahkar sayılırlar, cəriməyə (50 min dollardan çox olmayaraq), həbs qətimkan tədbirinə (1 ildən artıq olmayaraq), yaxud məhkəmənin qərarı ilə digər cəzaya məruz qalırlar. 1911-ci ildə “Şerman qanunu”nda, onun yalnız ticarətin həddən artıq məhdudlaşması haqqında sazişə tətbiqi ilə bağlı bəzi dəyişikliklər edildi.
Şerman Antitrest Aktı
Şerman Antitrest Aktı Şerman antitrest aktı,1890-cı ildə Bencamin Harrisonun prezidentliyi dövründə ABŞ Konqressi tərəfindən qəbul edilən antitrest aktları tarixində qəbul edilən önəmli bir federal nizamnamədir. Federal hökumət tənzimləyicilərinin bu aktla rəqabət apara biləcəyini düşündüyü bəzi ticarət fəaliyyətlərinə icazə verildi və federal hökumətini istintaq və etibarlı araşdırmaya səslədi. Qanunla idarə edilən 19-cu əsr Amerikasının spesifik cəhəti onda idi ki,bir çox böyük müəssisəni inhisar məqsədli birləşdirərək,bir növ güvən mənasına gəlməktədir. Buna baxmayaraq,yenə də bu qanun nizamlama ilə əlaqəsiz olsa belə,inhisarçı proqramları öz əlinə almaqdadır. İnhisarlar məsələn bir bazar üzərində tam nəzarəti saxlayırdı və s. bu kimi amillərin qaşısını almaq və inhisarları birləşdirmək üçün bu akt qəbul edildi.ABŞ xaricində bu akt "rəqabət aktı" kimi olaraq bilinir. Aktlar,ticarətin və ya məhsulun qiymətinin süni şəkildə artmasını önləməyə çalışır."Dürüst inhisar" və ya sadəcə ləyaqətinə görə aparılan inhisar tamamilə qanunidir,ancaq,inhisarçı tərəfindən süni olaraq bu statusu qorumaq üzrə edilən inhisar isə dürüst inhisar deyildir. Şerman Antitrest Qanununun məqsədi,rəqiblərini qanuni olaraq uğurlu olan müəssisələrdə zərərə uğratmaqdan və əməliyyatlarda istehlakçıların dürüst qazanc əldə etməsinə mane olmaqdan ,eyni zamanda istehlakçıları istismarlardan qorumaq üçün mövcud bazarı qorumaq idi. Şerman qanunu üç bölmədən ibarətdir. Birinci bölmə,müəyyənləşmiş rəqabətə zidd davranış yollarını təsvir və qadağan edir; İkinci bölmə mühitdə rəqabət əleyhdarı olan nəticələri əks etdirir.Beləliklə,bu bölmələr texniki olaraq,qanunlardan kənarda qalarkən,müəssisələrin qanunun maddələrində pozuntu etməsini önləmək üçün bir-birlərini tamamlayır.
Herson
Xerson (ukr. Херсон) və ya Sarı Kirman (krımtat. Sarı Kermen, köhnə rusca Сары-Кермен) — Ukraynanın cənubunda, Herson vilayətinin idarə mərkəzi şəhər. Aşağı Dnepr çayının sağ sahilində, çay mənsəbindən 25 km içəridə yerləşir. 1778-ci ildə, Rusiyanın Krım xanlığından yeni ələ keçirdiyi Qara dəniz cəphəsini qoruyacak bir qala olaraq komandir və dövlət adamı Qriqori Potyomkin tərəfindən quruldu. Qara dənizdəki ilk Rus dəniz bazası və limanı oldu. Günümüzdə böyük bir gəmiqayırma mərkəzi olmaqdadır.
Kerman
Kirman şəhəri — İranın cənub-şərqində yerləşən şəhər. Kirman ostanının mərkəzi. 515 114 nəfər əhalisi var.
Qarmon
Qarmon — Metal dilçəkli, körüklü musiqi alətidir. XIX əsrin sonlarından etibarən Azərbaycan xalqının məişətinə daxil olmuş və milli musiqi mədəniyyətinin bir hissəsinə çevrilmişdir. Digər xalq çalğı alətləri ilə bir yerdə ansambllarda, o cümlədən el şənliklərində milli rəqs musiqisinin ifası zamanı geniş istifadə edilir. Təsadüfi deyildir ki, təkmilləşdirilmiş müasir qarmon bir çox hallarda xalq musiqi aləti kimi qarşılanır. Azərbaycanda istifadə olunan xromatik növlü qarmonun texniki ifa xüsusiyyətləri və səs quruluşu rus qarmonlarından tamamilə fərqlidir. Qarmon tipli alətlərin vətəni qədim Çin sayılsa da, çağdaş biçimli qarmonları alman musiqiustası Kristian Buşman (1805—1864) 1822-ci ildə icad edib. 1830-cu illərdə diatonik səsdüzümlü qarmonlar Rusiyanın Tula şəhərində istehsal olunub. Təxminən 10-15 il sonra, XIX əsrin I yarısında belə qarmonlar Azərbaycana gətirilib. 1870-ci ildə tulalı dirijor və qarmon ustası N. İ. Beloborodov xromatik səsdüzümlü qarmonlar düzəldib. XIX əsrin I yarısında Rusiyadan Azərbaycana diatonik səsdüzümlü, yalnız ağ dillərdən ibarət olan qarmonlar gətirilmişdir.
Reomon
Reomon (fr. Réaumont) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38331. Kommunanın 2012-ci il üçün əhalisi 1000 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 309 ilə 436 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Herman
Herman — ad. Herman Hesse — alman-isveçrə yazıçısı, şairi və rəssamı Herman Qmayner — Avstriyalı filantropist və Sos Uşaq kəndlərinin yaradıcısı Herman Obert — Almaniya mühəndisi və alimi.
Mormon
Mormonlar (ing. Mormons, tək halda mormon — Mormon) — Mormonizmə inanan etnodini qrup. == Tarixi == XIX əsrin ilk yarısında Şimali Amerikada qurulmuş olan çox dəyişik, geniş ölçüdə tepkilər yaratmış bir xristian məzhəbinə "mormon", bu məzhəbdən kimsələrə də "mormonlar" adı verilir. Məzhəbin əsl adı "Son Gün Əzizləri Kilsəsi"dir. "Son Gün Əzizləri Kilsəsi", rəsmi qeydlərə görə 1830-cu ilin 6 aprel günü Nyu-Yorkda, La Fayettede Cozef Smit (1805–1844) adında biri tərəfindən qurulmuşdur. Öz iddiasına görə 14 yaşındaykən vəhy gəlib "Mormon kitabı" üçün təsirlənən Cozef Smit bu kilsəni ilk qurduğunda sadəcə 6 üzvü vardı. Bunlar eyni zamanda qurucu üzvülərdilər. Quruluşu izləyən dönəmdə böyük çətinliklərlə qarşılaşan, gördükləri etiraz səbəbiylə yerlərini-yurdlarını buraxmaq məcburiyyətində qalan Cozef Smit və onun ardından gedənlər Smitin "Vəd edilmiş torpaqlar" saplantısına uyaraq Qərb yoluna düşdüler. Bunlardan bəziləri Ohayo, bəziləri də Missuriyə getdilər. İçlərindən böyük bir qismi Nauvooda, ilk yerləşik Mormon toplumunu qurduqları İllinoysda yerləşdilər.
Şarmon (Val-d'Uaz)
Şarmon (fr. Charmont) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 32 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 55 km şimal-qərbində, Serji bələdiyyəsinin 23 km şimal-qərbində yerləşir.
Cənab Pibodi və Şerman
Cənab Pibodi və Şerman (ing. Mr. Peabody & Sherman) — 2014-cü ildə istehsal olunmuş cizgi filmidir.
Serban
Serban (fr. Serbannes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03271. 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. 2007-ci ildə 481 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 331 nəfər iqtisadi cəhətdən fəal, 150 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,8%, 1999-cu ildə 71.8%). 331 aktiv insandan 300 nəfəri (152 kişi və 148 qadın), 31 nəfəri işsizdir (15 kişi və 16 qadın). Aktiv olmayan 35 nəfər arasında şagird və ya tələbə, 81 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Seranon
Seranon (fr. Seranon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban (kanton)|Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 23,28 km², əhalisi 432 nəfərdir (2006) artım tendensiyası ilə: 482 nəfər (2012), əhalinin sıxlığı 20,7 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 475 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 482 nəfər.
Semyon
Semyon — ad. Semyon Ayzenşteyn — Rusiya radiotexniki. Semyon Timoşenko — Sovet İttifaqı marşalı. Semyon Çuykov — Rusiya boyakarı. Semyon Budyonnı — Sovet İttifaqı marşalı. Semyon Sviqun — Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri Semyon Nadson — Rusiya şairi. Semyon Bretanitski — Azərbaycan skripkaçısı. Semyon Farada — Rusiya teatr və kino artisti.
Herbert Saymon
Herbert Aleksandr Saymon (ing. Herbert Alexander Simon; 15 iyun 1916[…], Miluoki, Viskonsin – 9 fevral 2001[…], Pitsburq, Pensilvaniya) — amerikan iqtisadçısı. 1978-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Önəmli əsərləri == 1947 — İnzibati davranış: İnzibati təşkilatların qərar qəbul etmə proseslərini öyrənmək 1957 — İnsan modelləri 1958 — Təşkilatlar (Ceyms Merçlə birlikdə) 1969 — Süni elmlər 1972 — İnsan probleminin həlli (Elyen Nevellə birlikdə) 1977 — Kəşf modelləri: elm metodlarının digər mövzuları 1979 — Düşüncə modelləri. 2 cild 1982 — Məhdud səmərəliliyin modelləri 1983 — İnsanın işlərinin səbəbi 1991 — Mənim həyatımın modelləri (öz həyatı haqqında) 1996 — Süni elmlər 1987 — Elmi kəşflər: yaradıcı proseslərin hesablama tədqiqatları 1997 — Mikroiqtisadiyyatın emprik əsasları 1997 — Məhdud səmərəliliyin modelləri.
Herman Abert
Hermann Abert (alm. Hermann Abert‎; 25 mart 1871[…], Ştutqart – 13 avqust 1927[…], Ştutqart) — Almaniya musiqişünası. O, qədim və orta əsrlər musiqisi, opera tarixi üzrə tədqiqatlar aparmışdır. Abert Volfqanq Amadey Motsart haqqında monoqrafiyanın müəllifidir.
Herman Dils
Herman Aleksandr Dils (alm. Hermann Alexander Diels‎; 18 may 1848[…], Bibrix[d] – 4 iyun 1922[…]) — məşhur alman klassik filoloqu, antik dövr tarixçisi. Berlin Universitetinin professoru, 1905-1906-cı illərdə onun rektoru. Berlin Elmlər Akademiyasının fəal üzvü (1881). Rusiya Elmlər Akademiyasının xarici müxbir üzvü (07.12.1896) == Bioqrafiya == Bonn Universitetini bitirdikdən sonra Diels İtaliyaya elmi ezamiyyətə getmiş, burada Roma, Milan, Florensiya kitabxanalarında çalışmışdır. Qayıdandan sonra 1872-1877-ci illərdə. Əvvəlcə Flensburqda, sonra Hamburqda gimnaziyalarda dərs demişdir. 1877-ci ilin oktyabrından o, Aristotelin yazılarına yunan dilində şərhlər korpusunun nəşri komissiyasına (Prussiya Elmlər Akademiyasında) rəhbərlik edirdi). 1882-ci ildən qeyri-adi professor, 1886-cı ildən Berlin Universitetində klassik filologiya üzrə sıravi professor. 1905-1906-cı illərdə rektor olmuşdur.
Herman Ebbinqhauz
Herman Ebbinqhauz (alm. Hermann Ebbinghaus‎; 24 yanvar 1850[…], Barmen[d], Reyn əyaləti[d], Prussiya – 26 fevral 1909[…], Halle, Prussiya, Almaniya imperiyası) — alman psixoloqu, eksperimental psixologiyanın görkəmli nümayəndələrindən biri. Psixologiyaya təbiət elmi kimi baxan Ebbinqhauz onu fəlsəfədən ayırmağı vacib sayırdı. Ebbinqhauz psixiki hadisələri "psixofiziki parallelizm" mövqeyindən şərh etmişdir. Ali psixiki funksiyaların, xüsusi yaddaşın eksperimental təqtqiqinin əsasını qoymuş, əqli inkişaf dərəcəsini müəyyənləşdirmək üçün test işləyib hazırlamışdır.
Herman Görinq
Herman Görinq (alm. Hermann Wilhelm Göring‎; 12 yanvar 1893[…], Rozenxaym, Bavariya Krallığı – 15 oktyabr 1946[…], Nürnberq Məhkəmə Həbsxanası[d], Nürnberq) — Üçüncü Reyxin yeganə reyxsmarşalı (1940), alman siyasətçi, hərbçi və Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) rəhbər şəxslərindən biri. Herman Görinq Üçüncü Reyxin Hərbi Hava Qüvvələri olan Lüftvaffenin rəhbəri olmuşdur. 1943-cü ildə Polis və İqtisadiyyat Naziri vəzifələrində çalışan Görinq 1933-cü ildə alman gizli polisi olan Gestaponu yaratması ilə də məşhurdur. == Həyatı == Herman Gerinq I Dünya müharibəsində iştirak etməklə yanaşı, II Dünya Müharibəsinin də əsas fiqurlarından biri olub. Gerinqin Hollandiya müharibəsi və 1940-cı ildə Fransa müharibəsində əhəmiyyətli rolu olur. Fransanın məğlubiyyətindən sonra Hitler onu "Dəmir xaç" ordeni ilə mükafatlandırır. 1940-cı il iyulun 19-da Hitler fərman verərək Gerinqə "Reichsmarschall des Grossdeutschen Reiches" (Böyük Alman Marşalı) rütbəsi verir. Gerinq 1939-cu il sentyabrın 30-da "Cəngavər Dəmir Xaçı" medalına da layiq görülür. 1940–45-ci illərdə müharibənin iqtisadiyyatını idarə edib.
Herman Hesse
Herman Hesse (alm. Hermann Hesse‎; 2 iyul 1877[…] – 9 avqust 1962[…]) — alman-isveçrə yazıçısı, şairi və rəssamı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946). == Həyatı == Alman yazıçısı, şair və publisist Herman Hesse Vürtemburqda, missioner ailəsində doğulmuşdu. Valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hermanın da ailə ənənəsini davam etdirərək missioner olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıxmasa da, təhsil aldığı Latın məktəbində və protestant seminariyasında məhz valideynlərinin istəyini yerinə yetirmək baxımından heç bir parlaq nəticə göstərməmişdi. Seminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə seçilən bu təhsil ocağından yerli-dibli qovmuşdular. Bir müddət atasının dini kitablar çap edən nəşriyyatında işləmişdi. Sonrakı illərdə də müxtəlif peşələr dəyişmişdi. Nəhayət, 1895-ci ildə Tübingen universitetində kitab satışı ilə məşğul olmağa başlamışdı.
Herman Hollerit
Herman Hollerit (ing.
Herman Hot
Herman Hot (alm. Hermann Hoth‎; 12 aprel 1885, Noyruppin[d], Brandenburq – 25 yanvar 1971, Qoslar[d], Aşağı Saksoniya) — 1938-1941-ci illərdə alman hərb xadimi, general-polkovnik. Fransa və Şərq Cəbhəsindəki qələbələri ilə tanınaraq İkinci Dünya Müharibəsi kampaniyalarında iştirak etmişdir. Vermaxtın "Mərkəz" ordu qruplarının tərkibindəki 3-cü Tank qrupunun (1941-ci il iyunundan 1942-ci ilə qədər) və 4-cü Tank ordusunun (1942-ci ilin iyunundan 1943-cü ilin dekabrınadək) komandanl olmuşdur. Almaniya məğlub olduqdan sonra Nürnberq məhkəməsi tərəfindən mühakimə olunmuş və 15 il azadlıqdan məhrum edilmişdir.
Herman Melvill
Herman Melville (ing. Herman Melville), 1 avqust 1819[…], Manhetten, Nyu-York ştatı[…] – 28 sentyabr 1891[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞ yazıçısı, şair. == Həyatı == Herman Melvill 1 Avqustda 1819-cu ildə Nyu-Yorkda anadan olmuşdur. Onun birinci iki kitabı çox diqqəti əldə etdi, baxmayaraq ki onlar bestsellerlər deyildilər və onun məşhurluğu yalnız bir neçə ildən sonra, əsasən də "Moby Dik" romanından sonra başladı. Ömrünün son illərində o demək olar ki, tamamilə unudulmuşdu. Herman Melvill 28 sentyabr, 1891-ci ildə vəfat edib. Onun 20-dən çox romanı dünya dillərinə tərcümə olunmuşdur. Bir Amerikan ədəbiyyat klassiki qəbul edilən Mobi Dik adlı tanınmış əsərin müəllifidir. Uzun illər boyu unudulmuş bir yazıçı olaraq qalmış,1920-ci ildə yenidən kəşf edilib böyük bir yazıçı kimi tanınmışdır. Amerikan ədəbiyyatının klassiklərindən olan "Mobi Dik" əsərinin yazıçısı məhz Herman Mervil olmuşdur.
Herman Mervil
Herman Melville (ing. Herman Melville), 1 avqust 1819[…], Manhetten, Nyu-York ştatı[…] – 28 sentyabr 1891[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞ yazıçısı, şair. == Həyatı == Herman Melvill 1 Avqustda 1819-cu ildə Nyu-Yorkda anadan olmuşdur. Onun birinci iki kitabı çox diqqəti əldə etdi, baxmayaraq ki onlar bestsellerlər deyildilər və onun məşhurluğu yalnız bir neçə ildən sonra, əsasən də "Moby Dik" romanından sonra başladı. Ömrünün son illərində o demək olar ki, tamamilə unudulmuşdu. Herman Melvill 28 sentyabr, 1891-ci ildə vəfat edib. Onun 20-dən çox romanı dünya dillərinə tərcümə olunmuşdur. Bir Amerikan ədəbiyyat klassiki qəbul edilən Mobi Dik adlı tanınmış əsərin müəllifidir. Uzun illər boyu unudulmuş bir yazıçı olaraq qalmış,1920-ci ildə yenidən kəşf edilib böyük bir yazıçı kimi tanınmışdır. Amerikan ədəbiyyatının klassiklərindən olan "Mobi Dik" əsərinin yazıçısı məhz Herman Mervil olmuşdur.
Cənab Pibodi və Şerman (cizgi filmi, 2014)
Cənab Pibodi və Şerman (ing. Mr. Peabody & Sherman) — 2014-cü ildə istehsal olunmuş cizgi filmidir.
Dərman
Dərman — insan və heyvanlarda xəstəlikləri müalicə etmək üçün istifadə edilən farmokoloji vasitə. Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır. == Ən bahalı dərmanlar == Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib etmişdir. Jurnalın məlumatına görə, dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min dollara başa gəlir. Soliris immun sisteminin unikal pozğunluğundan əziyyət çəkənlərə yardım edir. İnsan yatanda onun qanında qırmızı qan hissəcikləri (paroxysymal nocturnal hemoglobinuria) parçalanır.
Fərman
Fərman, hökümdarın möhürünü daşıyan yazılı əmir. Farsca buyurmaq, əmr etmək mənasına gələn fərman ( fars. فرمان‎ ) sözündən yaranmışdır. Elxanilər, Qızıl Orda və Kırım xanlığında yarlıq sözü, Qaraqoyunlu ilə Ağqoyunlularda sözümüz, Böyük Səlcuq, Anadolu Səlcuqlularında pərvanə, Məmlüklərdə mevkii sözü işlədilməkdə idi.
Çervon
Çervon (rus. черво́нец) rusca xarici və yerli böyük qızıl sikkələrin ənənəvi adıdlr. İlk olaraq bu qızıl sikkə nominalsız 3,3—3,5 qram çəkidə olmuşdur və dəyəri müxtəlif dövrlərdə 2—3,5 gümüş rus manatına bərabət idi. İlk rus çervonu XV əsrdə – rus çarı III İvanın dövründə, istehsal edilmiş və dövriyyəyə buraxılmışdır. Həmin vaxtlarda istənilən böyük qızıl sikkəni, imperialları və yarım imperialları “çervon” adlandırırdılar. XX əsrin əvvəllərindən etibarən isə on manatlıq rus əskinazları (həm də qrivna, avro və s.) bəzən çervon adlanmışdır. Нумизматический словарь (4-е изд.). Львов: Высшая школа. Автор: Зварич В.В. 1980. Словарь нумизмата (2-е изд., перераб.
Fərman Abdullayev
Fərman Şəkili (4 noyabr 1954, Nuxa – 5 mart 2013, Bakı) — Azərbaycan aktyoru, rejissor, ssenari müəllifi. == Həyatı == Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədədir. Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olmuşdur. Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən 5 mart 2013-cü ildə 58 yaşında vəfat etmişdir.. == Filmoqrafiya == Aşkarsızlıq şəraitində… (film, 1986) Boş yer (film, 1989) Zirzəmi (film, 1990) "Fransız" (film, 1995) Həm ziyarət, həm ticarət...
Fərman Bağırov
Fərman Bağırov (tam adı:Bağırov Fərman Camal oğlu; 1936 – 15 iyun 2020, Bakı) — Fotoqraf, jurnalist == Həyatı == 1936-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bakı Dövlət Universitetində müəllim işləyib. "Kommunist" qəzetində işləyib. Daha sonra isə Milli Məclisin (MM) rəsmi orqanı olan "Azərbaycan" qəzetinin fotoillüstrasiya şöbəsinin müdiri olub. 15 iyun 2020-ci ildə koronavirusdan Bakı şəhərində vəfat etmişdir. == Təltif və mükafatları == Azərbaycan Ali Sovetin Fəxri fərmanı (1969) Əməkdar incəsənət xadimi Tərəqqi medalına layiq görülüb.