Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Mütəllib Serov
Mütəllib Arif oğlu Serov (9 iyun 2000, Ziliban, Zaqatala rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mütəllib Serov 2000-ci il iyunun 9-da Zaqatala rayonunun Ziliban kəndində anadan olub.2007-2018-ci illərdə 5 saylı Zaqatala şəhər natamam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mütəllib Serov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mütəllib Serov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mütəllib Serov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Valentin Serov
Valentin Serov (rus. Валенти́н Алекса́ндрович Серо́в; 7 (19) yanvar 1865, Sankt-Peterburq – 5 dekabr 1911[…], Moskva) — Rus rəssam, portret rəssam. == Həyatı == Valentin Aleksandroviç Serov 7 yanvar 1865-ci ildə Sankt-Peterburqda, bəstəkar Aleksandr Nikolayeviç Serov və Valentina Semyonovna Serovanın ailəsində anadan olmuşdu.Serov çox erkən 1871-ci ildə 6 yaşındaykən atasını itirir.Atasının ölümündən sonra anası təhsilini davam etdirmək üçün Münhenə gedir. Bir qədər sonra Serov da anasının yanına köçür.Onlar 1872 -1873-cü illərdə Münhendə yaşayırlar. Serovun anası gənc pianoçu, musiqi həvəskarı idi və uşağına az diqqət yetirirdi, lakin o, oğlunun qabiliyyətini erkən gördü və onu Karl Keppeninqin yanına rəsm dərsləri almaq üçün göndərdi. 1873-cü ildən Serov alman qrafiki Karl Keppeninqdən dərs almağa başladı.Serovun doqquz yaşı olanda heykəltaraş Mark Antokolski onun qabiliyyətini hiss edir və anasına oğlan üçün rus rəssamlarından birini müəllim tutmağı məsləhət görür. 1874-cü ildən Serov Parisdə daha sonra Moskvada Repindən dərs almağa və onunla bir yerdə işləməyə başlayır.Hətta ,Repin qeyd edirdi,ki Serov işə o qədər aludə olurduku,ona ara-sıra işdən uzaqlaşmağı təklif edirdim.
İvan Serov
İvan Aleksandroviç Serov (rus. Ивáн Алексáндрович Серóв, 12 (25) avqust 1905, Voloqda – 1 iyul 1990, Moskva) — sovet təhlükəsizlik və kəşfiyyat xidmətinin görkəmli lideri, Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (1954-1958) və Baş Kəşfiyyat İdarəsinin (1958-1963) komandanı. O, Lavrenti Beriyanın rəhbərliyi altında fəaliyyət göstərən NKVD-də komissar müavini vəzifəsində xidmət etmiş, İosif Stalinin ölümündən sonra baş verən siyasi mübarizələr zamanı əsas rol oynamışdır. Serov Mərkəzi və Şərqi Avropada gizli polis qüvvələrinin yaradılmasında və 1958-ci ildə baş verən Macar inqilabının yatırılmasında mühüm rol oynamışdır.Serov həm siyasi kəşfiyyat idarəsi (KQB), həm də hərbi kəşfiyyat idarəsinə (QRU) rəhbərlik etmiş şəxs olaraq adını Sovet və rus tarixinə yazmışdır. == Erkən yaşları və hərbi karyerası == Serov 13 avqust 1905-ci ildə Rusiya imperiyasının Voloqda quberniyasında yerləşən Sokolski rayonunda etnik rus ailəsində anadan olmuşdur. Rusiyada əsas dəyişikliklər də onun uşaqlıq illərinə təsadüf etmiş və 1917-ci ilin noyabrında Bolşevik inqilabı ilə bu dəyişikliklər öz kuliminasiya nöqtəsinə çatmışdır. 1923-cü ildə 18 yaşı olarkən Qırmızı Ordu sıralarına daxil olmuş, 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuş, 1928-ci ildə isə Leninqradda yerləşən Artilleriya Zabitləri Məktəbini uğurla başa vurmuşdur. Onun hərbi karyerasında əsas addımı Frunze Hərbi Akademiyasınından məzun olması hesab edilir. Serov 1939-cu ildə NKVD-yə daxil olmuşdur. == İkinci dünya müharibəsində iştirakı == Serov 1939-cu ildə NKVD-nin Ukrayna Komissarlığında fəaliyyətə başlamış və İkinci dünya müharibəsi zamanı Sovet gizli polisinin tərkibində çox vacib rol oynamış, 1941-ci ildə çeçenlərin və Baltik dövlətlərində yaşayan yerli əhalinin deportasiya olunmasında iştirak etmişdir.
Bertol.
Antonio Bertoloni (it. Antonio Bertoloni, 8 fevral 1775 — 17 aprel 1869) — İtaliya botaniki. == Əsərləri == Amoenitates italicae. 1819. (ital.) Pralectiones rei herbariae. 1827. (ital.) Dissertatio de quibusdam novis plantarum speciebus et de Bysso antiquorum. 1835. (ital.) Florula guatimalensis. 1840.
Reutov
Reutov — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Saratov
Saratov (rus. Сара́тов) — Rusiya Federasiyasının Avropa hissəsinin cənub-şərqində regional əhəmiyyətli şəhərdir. Saratov vilayətinin şəhər statuslu inzibati mərkəzidir.Saratov şəhəri Volqa bölgəsinin mədəniyyət, iqtisadi və təhsil mərkəzidir.Rusiya Federasiyasıda iyirmi ən böyük milyonçu şəhərlərindən biridir, eyni zamanda əhalisi 1,2 milyon nəfəri keçən Saratov aqlomerasiyasının mərkəzidir. Volqoqrad su anbarının sağ sahilində Saratovka çayı və Engels şəhəri ilə üzbəüz yerləşir.Saratovdan Volqoqrada qədər olan məsafə 389 km, Moskvaya qədər 858 km və cənub-şərqdə yerləşən Samaraya qədər olan məsafə isə 442 km-dir. 1590-cı ildə, orta əsrlərdə mövcud olan Qızıl Ordu dövlətindən qorunmaq üçün Fyodor İvanoviçin hakimiyyəti dövründə Rusiya dövlətinin cənub sərhədlərini qorumaq üçün bir keşikçi qalası olaraq quruldu.18-ci əsrin ikinci yarısında balıq və duz ticarətinin, 19-cu əsrdən isə taxıl ticarəti mərkəzlərindən biri oldu. 1780-ci ildən bəri isə vilayət şəhəri olaraq qaldı. 20-ci əsrin əvvəllərində Volqa bölgəsində əhali baxımından ən böyük şəhər idi.1909-cu ildən universitet fəaliyyət göstərir. Saratov- çoxsaylı sənaye, mədəni və təhsil müəssisələri olan çoxfunksiyalı bir mərkəzdir. Tarixi mərkəzdə şəhər və regional idarələr (19-cu illərin sonu - 20-ci əsrin ortalarında tikilmiş binalar kompleksi); teatrlar: opera və balet teatrı (1875), dram teatrı(1803), gənc tamaşaçılar teatrı (1918),konservatoriya (1912), sirk (1876), filarmoniya (1937); muzeylər: Saratovdakı A.N.Radişev İncəsənət Muzeyi (1885), K.A.Fedinin Muzeyi (18-ci əsrin əvvəllərinə aid bina), Nikolay Çernışevskinin Muzey-Mülkiyyəti (19-cu əsrin əvvəlləri); Trinity Katedralı (17-ci əsrin sonları);və s. 18-ci illərin sonu - 20-ci əsrin əvvəllərin aid federal və regional əhəmiyyətli çoxlu sayda memarlıq abidələri mövcuddur.
Sektor
Dairə sektoru - dairənin qövsü ilə bu qövsün uc nöqtələrini dairənin mərkəzilə birləşdirən radiuslarla əhatə olunan hissəsinə deyilir. Sektorun sahəsi S = пr²a/360⁰-ə bərabərdir. Burada a — qövsün dərəcə ölçüsü , r — radiusdur.
Sertin
Sertin (fr. Certines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01069. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 993 nəfər (15-64 yaş arasında) arasında 793 nəfər iqtisadi cəhətdən, 200 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.9%, 1999-cu ildə 76.3%). Fəaliyyət göstərən 793 sakindən 758 nəfər (404 kişi və 354 qadın), 35 nəfəri işsizdir (7 kişi və 28 qadın).
Yerşov
Yerşov — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Sarov
Sarov (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Sarov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Aleksandr Petrov
Aleksandr Petrov (Sovet İttifaqı Qəhrəmanı) — Sovet İttifaqı Qəhrəmanı (26 oktyabr 1944). Aleksandr Petrov (basketbolçu) — sovet basketbolçusu, Olimpiya oyunlarının ikiqat mükafatçısı.
Alisa Merton
Alisa Merton — (13 sentyabr 1993, Frankfurt-Mayn, Hessen) - alman əsilli ingilis müğənni. == Həyatı == 13 sentyabr 1993-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olmuşdur. Anası alman, atası irlandiyalıdır. Uşaq ikən atasının işi ilə əlaqədar olaraq, Kanadaya köçüblər və ilk addımlarını Kanadada atmışıdır. == Karyerası == 2017-ci ildə çıxatdığı "No Roots" mahnısı ilə dünyada məşhurlaşmışdır.
Andrey Petrov
Andrey Petrov (bəstəkar) — məşhur sovet-rus kino bəstəkarı. Andrey Petrov (atlet) — Özbəkistanlı marafonçu.
Andrey Yerşov
Andrey Petroviç Yerşov (19 aprel 1931, Moskva, RSFSR[d] – 8 dekabr 1988, Moskva) — Sovet alimi, nəzəri və sistemləri proqramlaşdırma qabaqcıllarından biri, Kompüter elmləri, SSRİ Elmlər Akademiyasının Sibir məktəbinin banisi. == Həyatı == Andrey Petroviç Yerşov 19 aprel 1931-ci ildə Moskvada anadan olmuşdur. == Fəaliyyəti == Sovet alimi, nəzəri və sistem proqramlaşdırmanın pionerlərindən biri, Sibir informatika məktəbinin yaradıcılarından biri, SSRİ EA-nın akademiki Andrey Petroviç Yerşovun işləri nəinki SSRİ-də, həm də bütün dünyada hesablama texnikasının formalaşmasına və inkişafına böyük təsir göstərmişdir. == Həmçinin bax == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Belaya Tserkov
Bila Tserkva (ukr. Біла Церква) — Ukraynanın Kiyev vilayətində şəhər.
SEATO
Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı, qısa adı SEATO, ABŞ-nin rəhbərliyi altında beynəlxalq kollektiv müdafiə üçün yaradılan SEATO Cənub-Şərqi Asiya ölkələri və burada maraqları olan 8 ölkənin iştirakı ilə yaradılmışdır. Məqsəd Cənub-Şərqi Asiyanı kommunizmə qarşı, xüsusən də Çinə qarşı güclü etmək olmuşdur. Təşkilat 1954-cü ilin sentyabr ayında yaradılmışdır. Təşkilata Filippinin paytaxtı olan Manila şəhərində yaradıldığı üçün Manila Təşkilatı da deyilirdi.
SENTO
Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə yaradılan, 1955-1979-cu illərdə Yaxın və Orta Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok. Təşkilatın üzvləri Böyük Britaniya, Fransa, Türkiyə, İran, İraq (1958-dək) və Pakistan idi. ABŞ formal olaraq təşkilata üzv olmasa da, 1957-ci ildən onun əsas komitələrinin iştirakçısı olmuşdur. SENTO-nun əsası 24 fevral 1955-ci ildə Bağdadda İraq və Türkiyə arasında imzalanan hərbi paktla qoyulmuşdur. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. 1958-ci ildə İraq blokdan çıxdığını elan etdikdən sonra, 1959-cu ildə ABŞ-la İran, Pakistan və Türkiyə arasında birbaşa və ya dolayı "kommunizm aqressiyası"na qarşı əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalandı. Bu müqavilələr SENTO-nun fəaliyyət göstərdiyi ərazilərdə sovetpərəst, qərb əleyhdarı və digər təxribatçı qüvvələrə qarşı həlledici rol oynayırdı. XX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində SENTO-ya üzv olan ölkələr arasında fikir ayrılıqları yaranmışdır. Bloka üzv olan müsəlman dövlətləri İsrailin ABŞ və digər qərb dövlətləri tərəfindən dəstəklənən fəaliyyətini tənqid edərək blok daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsini təklif edirdilər.
Serou
Seraou, və ya serau (lat. Capricornis) — Boşbuynuzlular fəsiləsinə aid olan Yaponiya, Çin, Hindistan və Cənub-Şərqi Asiya ərazilərində yaşayan növ. Dişilərdə buynuz 4–6 sm, erkəklərdə isə 8–10 sm təşkil edir. Həyat tərzinə görə Qorallarlardan fərqlənmir. 4–6 başdan ibarət ailələr şəklində yaşayırlar. Qış ayları yemin asan şəkildə əldə edildiyi bölgələrə enirlər.
Setor
Setor (tac. сетор) — Tacikistanın şərq bölgələrində, Pamir mədəniyyəti daxilində çalınan simli musiqi aləti. Bu, İran setarından xeyli böyükdür, daha çox Özbəkistan tənburu və ya Hindistan sitarına bənzəyir. Setorun metal simləri var və barmaq mizrabı ilə çalınır. Setorun gövdəsi dütar kimi hazırlanır, qabırğaları ayrıdır. Səs lövhəsi yumşaq ağacdan hazırlanmışdır, içərisinə səs dəlikləri qazılmışdır. Ümumiyyətlə 10 metal simi var. Lövhələr neylon və ya bağırsaqa sarılmışdır.
Corc Sarton
Corc Sarton (ing. George Alfred Leon Sarton; 31 avqust 1884[…], Gent – 22 mart 1956[…], Kembric, Massaçusets) — Belçika əsilli Amerikalı kimyagər və tarixçi. 31 Avqust 1884-cü ildə Belçikanın Gent şəhərində dünyaya göz açmışdır. O, 72 il məhsuldar həyat sürdükdən sonra, 22 Mart 1956-cı ildə ABŞ-nin Massaçusets əyalətinin Kembric şəhərində gözlərini dünyaya əbədi yummuşdur. Belçikanın görkəmli yazarı, məşhur şərqşünas və elm tarixinin tanınmış siması elə bir alim idi ki, hərtərəflilik və əhatəlilik nöqteyi nəzərindən müxtəlif elmlərin tarixi sahəsində kimsə onun zirvəsinə çatmamışdır. Onun həyat və yaradıcılığı haqqında ən dəqiq və cəlbedici əsərlərdən biri də, C.Sartonun qızı Amerikalı nasir və nazim (yazıçı və şair) May Sartonun (1912–1995) 1959-cu ildə atası haqqında yazdığı " Knew a Phoenix: Sketches for an Autobiography" kitabıdır. == Təhsili == O, öz təhsilinə Gent Universitetinin Fəlsəfə fakültəsində başlamış və müvəffəqiyyətlə başa vurmuşdur. Ardınca riyaziyyat, fizika və kimya elmlərini öyrənməyə maraq göstərmiş və bu istiqamətdə yönəlmişdir. 1911-ci ildə "İ.Nyuton mexanikasının əsasları" mövzusunda dissertasiya işini yazmış və doktorluq dərəcəsi almışdır. Məhz bu tədqiqatına görə, Belçikanın dörd universiteti onu müxtəlif elmi ordenlərlə təltif etmişlər.[mənbə göstərin]C.Sartonun elm tədqiqatçısı və tarixçisi kimi formalaşmasına Jules Tanneri və Anri Puankare adlı iki alim, ciddi təsir etmiş və elmi axtarış ruhiyyəsinin təşəkkülündə köməkçi və katalizator rolunu oynamışdır.
Dimitri Jeltov
Dimitri Jeltov (tam adı: Dimitri Stepanoviç Jeltov, erz. Дмитрий Степанович Желтов, rus. Дмитрий Степанович Желтов; 1890, Napolnoye[d], Simbirsk quberniyası[d] – 1961, Bişkek) — partiya işçisi. == Bioqrafiyası == Dmitri Stepanoviç Jeltov 1890-ci ildə Napolnoe Alatır kəndində (indiki Pores rayonu) anadan olmuşdur. 1910-cu ildə Pores müəllimlər seminariyasını bitirmişdir. Bundan sonra kənd məktəbində fəaliyyət göstərir. Vətəndaş müharibəsinin iştirakçısıdır. 1914-cü ildə orduya çağırılmışdsır. 1918-ci ildə Komunist partiyası Alatır qəza komitəsində fəaliyyət göstərmişdir. 1921-24-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Mordoviya katibi işləmişdir.
Dmitri Petrov
Dmitri Yuryeviç Petrov (Дмитрий Юрьевич Петров; d. 16 iyul 1958) – tərcüməçi, pedaqoq.
Kirilo Petrov
Krilo Petrov (22 iyun 1990, Kiyev) — Neftçi PFK-da çıxış dən ukraynalı futbolçu
Korlanmış sektor
Korlanmış sektor (Bad sector) – zədələndiyinə və ya hər hansı səbəbdən korlandığına görə diskin (informasiya daşıyıcısının) verilənləri saxlamaq üçün yararsız olan sektordur. Əməliyyat sisteminin vəzifələrindən biri diskdə olan korlanmış sektorların tapılması, nişanlanması və istifadədən çıxarılmasıdır. Diskin formatlanması utilitidə korlanmış sektorları axtarıb-tapa və nişanlaya bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Bərqov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba r-nunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.Əhalisi tatlardır.
Bərğov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba r-nunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.Əhalisi tatlardır.
Şerlok
Şerlok Holms
Ərdov
Abid Şərifov
Şərifov Abid Qoca oğlu (6 yanvar 1940, Nuxa) — Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini (1995–2018). == Həyatı == Abid Qoca oğlu Şərifov 1940-cı il yanvarın 6-da Şəki şəhərində anadan olmuşdur. 1947-ci ildə Şəki şəhər 10 saylı orta məktəbin 1-ci sinifinə gedərək, orta təhsilini 1957-ci ildə həmin məktəbdə başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Politexnik İnstitutunun ``İnşaat`` fakultəsinə daxil olmuş, 1962-ci ildə institutu ``İnşaat mühəndisi`` ixtisası üzrə bitirmişdir. Gənc mütəxəssis kimi ``Bakıbaştikinti`` idarəsinə təyinat alan Abid Şərifov 2 saylı trestin 25 nömrəli tikinti idarəsində tikinti ustası vəzifəsində əmək fəaliyyətinə başlamış, 1971-ci ilə qədər həmin idarədə iş icraçısı böyük iş icraçısı işləmişdir. 1971-ci ildən isə ``Bakısosialmədəntikinti`` trestinin 9 nömrəli tikinti idarəsində istehsalat şöbəsinin rəisi, sonra baş mühəndis kimi fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə ``Bakıbaştikinti`` idarəsinin 23 nömrəli tikinti idarəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1978-ci ildə Ulyanovsk şəhərində Nəriman Nərimanovun heykəlinin quraşdırılması ölkə rəhbərliyi tərəfindən həmin idarəyə tapşırılarkən, A. Şərifovun fəal iştirakı ilə bu iş vaxtında, yüksək keyfiyyətlə yerinə yetirilmişdir. Həmin ildən A. Şərifov öz fəaliyyətini Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent kimi davam etdirməyə başlamışdır. A. Şərifov 1980-ci ildə SSRİ Nəqliyyat və Tikinti Nazirliyinin ``Azərnəqliyyattikinti`` trestinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Altay Səidov
Altay Ağasəid oğlu Səidov (Seyidov) (11 iyul 1926, Bakı – 10 sentyabr 2015) — Azərbaycan teatr rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1979) == Həyatı == Altay Səidov 11 iyul 1926-cı ildə Bakıda anadan olub. 1943–1946-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1948–1953-cü illərdə isə İ. Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 29 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına quruluşçu rəssam götürülüb və 1967-ci ildən bu kollektivdə baş rəssam işləyib. O, dəvətlə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşalara da səhnə tərtibatı vermişdir.Altay Səidov 10 sentyabr 2015-ci ildə vəfat edib. == Bədii tərtibat işləri == == Mükafatları == Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 9 fevral 1979 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005 == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh.
Arif Şərifov
Şərifov Arif Rza oğlu — AzMİU-nin Elm və texnika işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının "Əməkdar müəllimi". == Həyatı == Arif Şərifov 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun "İnşaat, yol maşınları və avadanlığı" ixtisasını bitirmiş və təyinatla gənc mütəxəssis kimi "İnşaat maşınları" kafedrasında assistent vəzifəsinə işə götürülmüşdür. 1969-cu ildə Leninqrad (Sankt-Peterburq) İnşaat mühəndisləri İnstitutunun aspiranturasına daxil olmuş, 1971-ci ildə namizədlik, 1994-cü ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 1973-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun komsomol komitəsinin katibi vəzifəsində işləmiş, AzLKGİ XXIX qurultayına nümayəndə seçilmişdir. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun partiya komitəsi katibinin təşkilat məsələləri üzrə müavini vəzifəsində çalışmışdır. 1967-ci ildən "İnşaat, yol və meliorasiya maşınları" kafedrasında assistent, baş müəllim, dosent, professor vəzifələrində işləmiş və yeni yaradılmış "Mexanikləşdirmə və avtomatlaşdırma" fakültəsinin ilk dekanı seçilmişdir. İnşaat, yol və meliorasiya maşınlarının hidravlik sistemlərindəki işçi mayelərin təmizlənməsi problemləri ilə məşğul olur. 120-dən çox elmi məqalənin, monoqrafıyanın, 7 müəlliflik şəhadətnaməsinin, 20 dərslik, dərs vəsaiti və metodiki göstərişlərin müəllifıdir. Hazırda "İnşaat, yol və meliorasiya maşınları" kafedrasının müdiri, Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fəaliyyət göstərən D.02.042 Dissertasiya Şurasının, Kvalifıkasiya məsələləri üzrə, Müsabiqə komissiyasının Sədri və Təhsil Nazirliyinin "Nəqliyyat" bölməsi üzrə tədris-metodiki şurasının üzvüdür. Bir sıra beynəlxalq və respublika elmi konfranslarında iştirak etmişdir.
Azad Şərifov
Azad Ağakərim oğlu Şərifov (7 aprel 1930 – 24 dekabr 2009) — Azərbaycan kino xadimi, publilist, jurnalist. == Həyatı == 7 aprel 1930-cu ildə Bakıda teatr xadimi ailəsində anadan olub. Atası Ağakərim Şərifov şərqdə Cəfər Cabbarlı adına ilk teart muzeyinin yaradıcısı idi. A. Şərif iki ali təhsil almışdı: Azərbaycan Dövlət Konservatoriyasını və Bakı Dövlət Universitetinin bitirmişdi. Azad müəllimin 19 yaşında ikən "Molodyoj Azerbayjana" qəzetində alpinistliyə aid oçerkləri digər nəşrlərin də diqqətini cəlb edir. "Fizkulturnik Azerbayjana" qəzetinin demək olar, hər sayında onun yazılarına yer verilir və həmin nəşrdə işə dəvət olunur. Bir müddət sonra "Pionerskaya pavda"nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilir. 1956-cı ildə "Molodyoj Azerbayjana" qəzetində şöbə müdiri, redaktor müavini kimi fəaliyyət göstərir. 1959-cu ildə qəzetin ilk azərbaycanlı redaktoru kimi tarixə düşür. Peşəkarlığı və kollektivdəki yüksək idarəçilik xüsusiyyəti ilə seçilən A. Şərifov bir il sonra Moskvaya Ümumittifaq Leninçi Komsomol Gənclər İttifaqına nəşriyyat bölməsinə dəvət olunur.
Ağakərim Şərifov
Ağakərim Şərifov (1 noyabr 1949, Lənkəran) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. 05.11.2000–02.12.2005-ci illər ərzində Milli Məclisin İqtisadi Siyasi Daimi Komisiyasının üzvü olub. Hal-hazırda "Azərenerji" ASC "Enerjisisteminin İdarəetmə Vasitələri Şəbəkəsi" MMC director müavini vəzifəsində işləyir (12 fevral 2007-ci ildən). Yeni Azərbaycan Partiyasının üzvüdür. == Həyatı və fəaliyyəti == Ağakərim Şərifov Şirəli oğlu 1 noyabr 1949-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 1966-cı ildə Lənkəran 3 saylı orta məktəbi bitirib. 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib, Avtomatik elektrik rabitə mühəndisi peşəsinə yiyələnmişdir. İlk əmək fəaliyyətinə 1 saylı Bakı Tikinti Trestinin, 8 tikinti idarəsindən başlayıb (1968–1969). 1971–1973-cü illər ərzində Rabitə Nazirliyi BTŞ-nın ATS-37 idarəsində baş elektro-mexanik vəzifəsində işləyib. 1973–1974-cü illərdə Almaniya Demokratik Respublikasında Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur.