Corc Sarton (ing. George Alfred Leon Sarton; 31 avqust 1884[1][2][…], Gent – 22 mart 1956[1][2][…], Kembric, Massaçusets) — Belçika əsilli Amerikalı kimyagər və tarixçi.
Corc Sarton | |
---|---|
Doğum tarixi | 31 avqust 1884[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 22 mart 1956[1][2][…] (72 yaşında) |
Vəfat yeri |
|
Elm sahəsi | Elm tarixi |
İş yeri | |
Təhsili | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
31 Avqust 1884-cü ildə Belçikanın Gent şəhərində dünyaya göz açmışdır. O, 72 il məhsuldar həyat sürdükdən sonra, 22 Mart 1956-cı ildə ABŞ-nin Massaçusets əyalətinin Kembric şəhərində gözlərini dünyaya əbədi yummuşdur. Belçikanın görkəmli yazarı, məşhur şərqşünas və elm tarixinin tanınmış siması elə bir alim idi ki, hərtərəflilik və əhatəlilik nöqteyi nəzərindən müxtəlif elmlərin tarixi sahəsində kimsə onun zirvəsinə çatmamışdır. Onun həyat və yaradıcılığı haqqında ən dəqiq və cəlbedici əsərlərdən biri də, C.Sartonun qızı Amerikalı nasir və nazim (yazıçı və şair) May Sartonun (1912–1995) 1959-cu ildə atası haqqında yazdığı " Knew a Phoenix: Sketches for an Autobiography" kitabıdır.
O, öz təhsilinə Gent Universitetinin Fəlsəfə fakültəsində başlamış və müvəffəqiyyətlə başa vurmuşdur. Ardınca riyaziyyat, fizika və kimya elmlərini öyrənməyə maraq göstərmiş və bu istiqamətdə yönəlmişdir. 1911-ci ildə "İ.Nyuton mexanikasının əsasları" mövzusunda dissertasiya işini yazmış və doktorluq dərəcəsi almışdır. Məhz bu tədqiqatına görə, Belçikanın dörd universiteti onu müxtəlif elmi ordenlərlə təltif etmişlər.[mənbə göstərin]
C.Sartonun elm tədqiqatçısı və tarixçisi kimi formalaşmasına Jules Tanneri və Anri Puankare adlı iki alim, ciddi təsir etmiş və elmi axtarış ruhiyyəsinin təşəkkülündə köməkçi və katalizator rolunu oynamışdır. Sanki onu "Elm Tarixi" sahəsini dərindən tədqiq etməyə yönəltmişlər.
C.Sarton 45 yaşında doktorluq dərəcəsini əldə etdikdən sonra, öz həyatını "Elm və Fəlsəfə tarixi" haqqında tədqiqatlara həsr edir. O, 1913-cü ildə Makdonald ilə birgə elm tarixinin ilk davamlı jurnalı olan "Isis" jurnalını təsis edir. 1955-ci ilədək jurnalın 46-ı sayı nəşr edilir, amma birinci dünya müharibəsinin başlaması ilə Belçika işğal olunur. Nəticədə, o ilk öncə Hollandiyaya, sonra İngiltərəyə və daha sonra Amerika Birləşmiş Ştatlarına gedir. Bir müddət sonra Amerika Birləşmiş Ştatlarının vətəndaşlığını əldə edir. 1918-ci ildə Vaşinqtondakı Carnegie İnstitutunda (Carnegie Institution of Washington) tədqiqatçı kimi ilk müntəzəm vəzifəsinə başlayır. Sonralar isə tədris etmək üçün Corc Vaşinqton universitetindən dəvət alır. 1940-cı ildə Harvard universitetində "Elm Tarixi Professoru" rütbəsinə yüksəlir. in professoru dərəcəsinə layiq görülür və 1951-ci ildə həmin universitetdən təqaüdə çıxır. Lakin 22 Mart 1956 yəni vəfatınadək tədrisə davam etmişdir. O, 1930-cu ildən Braun universitetində də tədris etmişəyə başlamışdır. Onun pedoqoji fəaliyyəti Corc Vaşinqton, Harvard, Braun və digər universitetlərdəki tədris və tədqiqatlarını əhatə edir. O uzun müddət yay tətillərində elm tarixi haqqında məruzələr ilə çıxış etmişdir. Sonradan bu məruzə və çıxışlar onun elm tarixi əsərinin əsasını təşkil etmişdir.
Qeyd etdiyimiz kim, elm tədqiqatçısı olan C.Sarton 1931-ci ilin əvvəllərində "Elm tarixi və müasir humanizm" adlı kitabını nəşr etdirir. Həmin il bu kitabın nəticəsində çox məşhurlaşır. Bu məşhurluqdan istifadə edərək, həmin il Beyruta səfər edir və Ərəb dilini öyrənməyə başlayır. Onun Cənubi Afrika və Orta Şərqə səfəri 1932-ci ili də əhatə edir. Ərəb dilini öyrəndiyi müddət ərzində, Misirə, Tunisə, Əlcəzairə və Mərakeşə səfər edərək, İslam mədəniyyətini araşdırır və sanki gələcəkdə nəşr edəcəyi "Elm tarixinə giriş" kitabının ikinci cildi üçün materiallar toplayır və hazırlayır.
C.Sarton 1932-ci ildə ABŞ-a qayıdaraq Kaliforniya Universitetində professorluq rütbəsinə yiyələnir. Qeyd etmək yerinə düşər ki, o həmin illərdə "Vaşinqton" Universitetində də tədris edir. 1936-cı ildə ikinci elmi jurnalı olan "Osiris" akademik jurnalının nəşrinə başlayır. Beləliklə, "Elm Tarixinə Giriş" kitabının ikinci cildini yazır. Qeyd etmək lazımdır ki, "Elm Tarixinə Giriş" əsəri iki cilddən ibarətdir. Birinci cild "Homer"dən başlayaraq "Ömər Xəyyam"adək, ikinci cildi isə "Avraam ibn Əzra"dan "Rocer Bekon"adəkdir. Bu kitabı "Misir" universitetinin mədəniyyət idarəsi Ərəb dilinə tərcümə edib, 1957-ci ildə çap etmişdir. İranda isə "Əhməd Aram" hər iki cildi tərcümə edib, 1968-ci ildə çap etdirmişdir. Təəssüflər olsun ki, bu kitab Azərbaycan dilinə tərcümə edilməmişdir. C.Sarton kimi məşhur alim öz şəxsi kitabxanasını 1949-cu ildə "Harvard" universitetinə hədiyyə etmiş və 1950-ci ildən artıq pedaqoji fəaliyyətini dayandırmışdır.
O, ingilis, fransız və alman dillərini mükəmməl şəkildə bilmiş, ərəb, yunan, latın və yapon dilləri ilə də yaxından tanış olmuşdur. Dünyanın beş nüfuzlu universiteti olan Harvard, Göte, Braun, Çikaqo və Kentein kollecindən ona fəxri diplom verilmişdir. O, dünyanın bir çox elmi cəmiyyətləri və asosyasiyalarının da üzvü olmuşdur.
O, "Beynəlxalq Elm Tarixi Akademiyası"nın təsisçilərindən biri kimi, ömrünün sonunadək akademiyaya rəhbərlik etmişdir. "Beynəlxalq Elm Tarixi Akademiyası"nın tədqiqatçısı və rəhbəri kimi, müxtəlif mükafatlara layıq görülmüşdür. Nümunə üçün: 1915-ci ildə Paris Elmlər Akademiyası və 1925-ci ildə Təbii Elmlər Akademiyası tərəfindən şərəf medalları ilə təltif edilmişdir.
Bu mükafatlar onun elmi tədqiqatlarında bir sıra zəruri avadanlıqların alınmasına və onun bu sahəni inkişaf etdirməsində böyük rol oynamışdır. C.Sarton milli və beynəlxalq cəmiyyətlər tərəfindən on fəxri medala və müxtəlif dünya universitetləri tərəfindən yeddi fəxri doktorluğa layiq görülmüşdür.
C.Sartona görə, elm tarixi yalnız bir fənnin və ya sahənin tarixi ilə deyil, əksinə elmin yaranma, inkişaf, fəaliyyət, inteqrasiya qanunauyğunluqlarını, elmi praktikanın struktur və dinamikasını və onun digər sahələrlə qarşılıqlı əlaqəsini öyrənməlidir. Ümumiyyətlə Elm Tarixinə iki növ baxış mövcuddur:
C.Sarton elm tarixinin alim və fənnə görə yox, o sahə və ya fənnə institut şəklində yanaşmanın tərəfdarıdır.
Bu səbəbdən, C.Sarton elm tarixini akademik bir elm sahəsinə çevirən və bu baxımdan XX Əsr elminə və fəlsəfəsinə mühüm töhfələr verən bir elm adamı kimi şöhrət qazandı. Bu sahədə başlatdığı tədqiqat prosesi, əvvəlki dövrlərdən bəri bir çox yanlış düşüncəni ortadan qaldırdı. Tədqiqatlarında eyni zamanda, o, elmin davamlılığını bir sivilizasiyada yox olmağa meylli olduqda, başqa bir sivilizasiyada inkişafla davam etdiyini göstərir. Bu çərçivədə fəlsəfənin elmləşdirilməsini müdafiə edən pozitivist və neopozitivist xəttə də böyük bir töhfə vermiş və elm fəlsəfəsinin və ya fəlsəfənin elmi üslubda bəhs ediləcəyi təqdirdə, fəlsəfənin elm tarixinin məlumatlarına əsaslanmalı olduğunu bildirmiş və iddia etmişdir. Sarton, elmin insanın indiyə qədər irəli sürdüyü ən etibarlı şey olduğuna inanırdı və bütün tədqiqatlarını elmi fəaliyyətinin mərkəzinə qoymasının əsas səbəbi, məhz bu inancı idi. Karyerası boyunca C.Sarton bir-birindən asılı iki fikri inkişaf etdirmişdir: İnsanlığın birliyi və elmin vəhdəti.
O "Elm Tarixinə Giriş" əsərində dünyadakı bir çox insanların bir-birlərilə çox fərqli olduqlarına baxmayaraq, bir-birləri ilə mədəni təmasdan çəkinməmələrini açıq şəkildə göstərmişdir. Ona görə elm bütün dünyanın ortaq düşüncəsidir və hər cür özbaşınalığın xaric olduğu, alim və ziyalıların razılaşdığı və müzakirə çərçivəsində olan bütün hadisələr və nəzəriyyələrdən təşkil edilən bir bütündür. Klassik elmin sahəsi beynəlxalq imtiyazlı bir sahədir, çünki elm həmişə bütün xalqların ortaq mirası olmuşdur.
Bundan əlavə, elm insan tərəqqisinin əsl özülünü təşkil edir və ictimai təşkilatlanmanın əsas metodları və həqiqi prinsiplərini müəyyənləşdirir. Bu mənada, o, bütün cəmiyyətlərin elmi məlumatlardan istifadə edərək, sosial tərəqqinin formalaşmasını və elmin ümumi inkişaf və tərəqqinin açarı olduğunu göstərmişdir. Ona görə, bu humanizmdən başqa bir şey deyildir. Sarton biliyin vəhdətini də belə qiymətləndirmişdir: "Elm tarixi ən azı iki fərqli yolla elmin vəhdətini formalaşdırır. Birincisi, hər bir elmin inkişafı digər elmlərin inkişafından asılıdır; yəni elmlər müstəqil deyil, müəyyən mənada əlaqəlidir və bu əlaqələr aksident (ərəzi) deyil, orqanik olur. İkincisi, zaman-zaman fərqli yerlərdə və fərqli metodlarla edilən elmi kəşflərin sinxronizasiyası da özünəməxsus bir uyğunluq tələb edir".
Bundan əlavə, Amerika "Elm Tarixi" Dərnəyi 1955-ci ildən başlayaraq, bu sahəyə əhəmiyyətli töhfələr verən alimləri "Corc Sarton" adlı medalla təltif edir. Elm Tarixi sahəsində "Corc Sarton Medalı" dünya miqyasında məşhurdur. Bu medal "Elm Tarixi"nin görkəmli tədqiqatçısı Corc Sartonun adı ilə bilavasitə bağlıdır. 1955-ci ildən hər il bu sahədə ciddi elmi və akademik iş görmüş elmi şəxsiyyətlərə verilir. Bu medal ilk olaraq, vəfatından bir il öncə məhz Corc Sartonun özünə verilmişdir. Bu medala layiq görülən görkəmli şəxsiyyətlərdən "Tomas Samuel Kun", "Adolf Yuşkeviç", "Ernst Mayr" və başqalarının adlarını çəkmək olar.
1940-cı ildə Belçika kralı onu "Cəngavər" adı ilə mükafatlandırmışdır. Onun elm və fəlsəfə tarixində görkəmli yetirmələrindən türkiyəli elm tarixçisi Ordinariyüs Aydın Sayılı (1913–1993) və iranlı Prof.Dr.Seyid Hüseyn Nəsri (1933-…) göstərmək olar. O elm tarixi sahəsindən əlavə, həm də arxeologiya mövzusunda çoxşaxəli və faydalı məqalələr yazmışdır.
O həminin elmin müxtəlif sahələrində beş yüzdən çox elmi və akademik məqalənin müəllifidir.