Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seygah
Segah — Azərbaycan musiqisində yeddi əsas ladlardan (məqamlardan) və yeddi əsas muğam dəstgahlarından biri. Mənası "Segah" sözü iki kökdən əmələ gəlib: farsca"se"(üç)+"gah"(mövqe,məkan,vəziyyət). Bu da Segahın üç əsas böyük hissədən (“Zabol”,“Segah” və “Hissar-müxalif”) ibarət olmasıyla əlaqədardır == Segah muğam dəstgahı kimi == Yaxın və Orta Şərq xalqları musiqisində çox işlənən 24 muğam şöbəsindən biri. Bir dəstgah olaraq segah Azərbaycanda daha geniş yayılmış muğamlardan biridir. === Segah muğamı Azərbaycan musiqisində === Yaxın və Orta Şərq ölkələri musiqisində segah yalnız tək bir növdən ibarət olduğu halda, Azərbaycan musiqisində segahın bir neçə növü var: “Orta Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Zabul Segah”, “Haşım Segahı”. Qədim qrammofon vallarında xanəndə İslam Abdullayevin oxuduğu “Yetim Segahı” variantına da rast gəlinir. Ümumiyyətlə, İ.Abdullayev bu muğamın ən mahir ifaçısı olduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. Onun repertuarında “Segah”ın bütün variantları səslənmişdir. “Segah” ailəsinə aid bütün muğamlar bir-birindən tonallıq (kök) etibarilə fərqlənir və “Segah” muğamı inkişaf edərək özünəməxsus tonallıq sistemi yaratmışdır: Kiçik oktavadakı "si" mayəli (Xaric Segah) Birinci oktavadakı "mi" mayəli (Orta Segah) və kiçik oktavadakı "mi" mayəli (Zabul Segah) Birinci oktavadakı "lya" mayəli (Mirzə Hüseyn Segahı) Birinci oktavadakı "re" mayəli (Yalxın Segahı) Birinci oktavadakı "sol" mayəli (Haşım Segah) Segahın variantları özünəxas xarakteri, səslənməsi, yozumu, istinad pillələrinin dəyişilməsi ilə fərqlənsiyinə görə onların dinləyiciyə bağışladığı təsir müxtəlif olur. "Azərbaycan xalq musiqisinin əsaları" monoqrfiyasında Üzeyir Hacıbəyov Segah muğamının estetik – psixoloji əhəmiyyətindən söz açarkən onun dinləyiciyə başlıca olaraq məhəbbət – sevgi bəxş etdiyini yazır.
Seyran
Seyran — ad. Seyran Ohanyan — Ermənistanın sabiq müdafiə naziri.
Segah
Segah — Azərbaycan musiqisində yeddi əsas ladlardan (məqamlardan) və yeddi əsas muğam dəstgahlarından biri. Mənası "Segah" sözü iki kökdən əmələ gəlib: farsca"se"(üç)+"gah"(mövqe,məkan,vəziyyət). Bu da Segahın üç əsas böyük hissədən (“Zabol”,“Segah” və “Hissar-müxalif”) ibarət olmasıyla əlaqədardır == Segah muğam dəstgahı kimi == Yaxın və Orta Şərq xalqları musiqisində çox işlənən 24 muğam şöbəsindən biri. Bir dəstgah olaraq segah Azərbaycanda daha geniş yayılmış muğamlardan biridir. === Segah muğamı Azərbaycan musiqisində === Yaxın və Orta Şərq ölkələri musiqisində segah yalnız tək bir növdən ibarət olduğu halda, Azərbaycan musiqisində segahın bir neçə növü var: “Orta Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Zabul Segah”, “Haşım Segahı”. Qədim qrammofon vallarında xanəndə İslam Abdullayevin oxuduğu “Yetim Segahı” variantına da rast gəlinir. Ümumiyyətlə, İ.Abdullayev bu muğamın ən mahir ifaçısı olduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. Onun repertuarında “Segah”ın bütün variantları səslənmişdir. “Segah” ailəsinə aid bütün muğamlar bir-birindən tonallıq (kök) etibarilə fərqlənir və “Segah” muğamı inkişaf edərək özünəməxsus tonallıq sistemi yaratmışdır: Kiçik oktavadakı "si" mayəli (Xaric Segah) Birinci oktavadakı "mi" mayəli (Orta Segah) və kiçik oktavadakı "mi" mayəli (Zabul Segah) Birinci oktavadakı "lya" mayəli (Mirzə Hüseyn Segahı) Birinci oktavadakı "re" mayəli (Yalxın Segahı) Birinci oktavadakı "sol" mayəli (Haşım Segah) Segahın variantları özünəxas xarakteri, səslənməsi, yozumu, istinad pillələrinin dəyişilməsi ilə fərqlənsiyinə görə onların dinləyiciyə bağışladığı təsir müxtəlif olur. "Azərbaycan xalq musiqisinin əsaları" monoqrfiyasında Üzeyir Hacıbəyov Segah muğamının estetik – psixoloji əhəmiyyətindən söz açarkən onun dinləyiciyə başlıca olaraq məhəbbət – sevgi bəxş etdiyini yazır.
Külə Seyran
Külə Seyran (az-əbcəd. کۆله‌سئیران‎, fars. کله‌سیران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 110 nəfər yaşayır (33 ailə).
Seyran Cəfərli
1966-cı ildə İmişli rayonunda anadan olub. 1982-ci ildən "Kirpi" satirik jurnalında karikaturaçı kimi fəaliyyət göstərib. 1992-ci ildə Azərbaycan Jurnalist Sənətkarlığı kursunu bitirib. 2002-2005-ci illər "Molla Nəsrəddin" beynəlxalq karikatura müsabiqələrinin təşkilatçısı olub. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq müsabiqə və sərgilərin münsiflər heyətinin üzvü olub. 2002-ci ildən "WITTY WORLD" (ABŞ) elektron jurnalında karikaturaçılar qrupunun üzvüdür. Beynəlxalq karikatura yarışmalarında 60-dan çox mükafat alıb. Əsərləri qızıl, gümüş, bürünc medallara və xüsusi diplomlara layiq görülüb, 200-ə yaxın kataloqlarda əsərləri çap olunub. 2003-cü ildə "Karikaturistlər Birliyi"-ni təsis edib. "Beynəlxalq Karikatura Xəbər Mərkəzi" saytının direktorudur.
Seyran Ohanyan
Seyran Muşeqi Ohanyan (1 iyul 1962, Şuşa, Dağlıq Qarabağ) — Ermənistanın sabiq müdafiə naziri. Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri. İkinci Qarabağ müharibəsində iştirak etmişdir. == Həyatı == Seyran Ohanyan 1 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Qarabağ müharibəsinin əsas simalarından biridir. Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımın rəhbərlərindən biri olub. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. 1999–2007-ci illərdə qondarma "DQR"in "müdafiə naziri", 2007–2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. 2008–2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuşdur.
Seyran Qafarzadə
Seyran Qafarzadə (Seyran Əmir oğlu Qafarov; 2 oktyabr 1969, Bakı — 5 noyabr 2018) — Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Batman Universitetinin professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi. == Həyat və fəaliyyəti == Seyran Əmir oğlu Qafarov 1969-cu il oktyabrın 2-də Bakı şəhərində anadan olmuşdur. 1993-ci və 1994-ci illərdə Bakı Musiqi Akademiyasının tarixi — nəzəriyyə və ifaçılıq fakültələrini bitirib. 1993–1997-ci illərdə Bakı Musiqi Akademiyasının "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" Elmi laboratoriyasında elmi işçi vəzifəsində işləyib. 1997–2010 illərdə Türkiyənin Dövlət Konservatoriyasında, daha sonra Van Dövlət Konservatoriyasında müəllim olaraq çalışıb. === Fəaliyyəti === Seyran Qafarov həmçinin Bakı Musiqi Akademiyasında Musiqi tarixi kafedrasında baş müəllim vəzifəsini daşıyırdı. O gənc musiqiçilərə Qərb musiqi tarixini, Asiya və Afrika xalqların musiqisini tədris etməklə yanaşı, Musiqi Akustikası laboratoriyasında Azərbaycanın qədim musiqi aləti ney haqqinda elmi araşdırmalarını davam etdirirdi. 2007-ci ildə Azərbaycanda müdafiə etdiyi elmlər namizədliyi dissertasiya işi, 2010-cu ildə Türkiyənin Baş Attestasiya Komissiyası tərəfindən Doktora elmi dərəcəsi ilə təsdiq olunmuşdu. Seyran Qafarov Türkiyə və Azərbaycanda bir sıra beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxış etmiş, nüfuzlu elmi toplularda məqalələri dərc olunmuşdur. Onun rus, türk və Azərbaycan dillərində yazdığı elmi məqalə, metodik iş və məruzələrində Azərbaycanın unudulmuş qədim nəfəsli aləti olan neyin tarixçəsi, bərpası ilə əlaqədar əsaslı və mühüm nəticələr əldə edilmişdir.
Seyran Səxavət
Xanlarov Seyran Əsgər oğlu — yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991). Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir.
Seyran Vəliyev
Seyran Süleyman oğlu Vəliyev (16 dekabr 1950, Bodaybo, İrkutsk vilayəti – 1 avqust 2013, Bakı) — Azərbaycan alimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Akademik H. Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya elmləri doktoru. == Həyatı == Seyran Vəliyev 1950-ci il dekabrın 16-da Rusiya Federasiyasının İrkutsk vilayətində yazıçı Süleyman Vəliyevin ailəsində anadan olmuşdur. 1955-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir. S. Vəliyev Azərbaycan ərazisinin Dördüncü dövrdəki paleocoğrafi şəraiti, Xəzər dənizinin Dördüncü dövrdəki paleocoğrafi və paleoekoloji şəraiti, Azıx mağarasında paleolit insanların məskunlaşması, Xəzər dənizinin səviyyə tərəddüdləri, Azərbaycan ərazisinin Dördüncü dövrdəki iqlim dəyişmələri haqqında geniş tədqiqat işləri aparmışdır. Bütün bu tədqiqatların nəticəsi olaraq 1994-cü ildə "Son pleystosen və Holosendə Azərbaycan və ona bitişik ərazilərin paleocoğrafiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Görkəmli alim 600-dən çox məqalənin, "Qədimdən qədim" kitabının müəllifidir. O, müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. Əsərləri Rusiya, Baltikyanı ölkələrdə və Gürcüstanda nəşr olunmuşdur.
Seyran Şiriyev
Seyran Qəzənfər oğlu Şiriyev (təxəllüs Emin Seyran) , ( 15 mart 1944 - 23 may 2013) - Azərbaycanlı şair, yazıçı, ziyalılar klubunun sədri. == Həyatı == Emin Seyran 15 mart 1944-cü ildə Astara şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-azərbaycan dilləri fakültəsini fərqlənmə diplomu ilə bitirərək bir müddət Astara şəhər internat məktəbində tərbiyəçi-müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1975- ci ildən 2000-ci illərə qədər , 25 ildən çox Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Emin Seyran həmdə gözəl ailə başçısı olub. 4 övlad, 6 nəvəsi var. İstedadlı şair, ziyalı Seyran Şiriyev 23 may 2013-cü ildə vəfat etmişdir. == Yaradıcılığı == 1987-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən "Təsəlli" adlı şeirlər kitabı çap edilmişdir. 1995-ci ildə respublikada keçirilən "Şəhriyar-90" müsabiqəsində onun "Astaraçay" şeiri Şəhriyar mükafatına layiq görülmüşdür. O həmdə ingilis dilli xalqların seçmə ədəbiyyat nümunələrinin orijinaldan mahir tərcüməçisidir.
Seyyah (albom)
Seyyah — türk müğənni Sibel Can-ın 2011-ci ildə yayımlanmış studiya albomu. == Albom Haqqında == Albomda bir çox məşhurlarla işlər görülüb. Albomda Sezen Aksu, Nazan Öncel, Sinan Akçıl, Kenan Doğulu, Gülşah Tütüncü və Volga Tamöz kimi məşhurların bəstələri yer alıb. Bu albom müğənninin 25 illik səhnəyə gəlişi ərəfəsində buraxılmış 19. albomudur. Alboma Soner Sarıkabadayı ilə yazılmış "Son Vapur" adlı duet də daxildir. Albomun fotoçəkilişlərini Zeynel Abidin həyata keçirib. == Mahnılar == Yok Yok söz və musiqi: Sinan Akçıl sibel cabap & sibel can Hançer söz və musiqi: Kenan Doğulu Teodor tashev & sibel can Arası Yok Mu?
Seyran Saroyan
Seyran Firdovsi Saroyan (erm. Սեդրակ Ֆիրդուսի Սարոյան ; 3 sentyabr 1967, Qarğabazarı, Üçkilsə rayonu – 13 avqust 2022, İrəvan) və ya Sedrak Saroyan — Ermənistan hərbçisi və siyasətçisi, Xocalı soyqırımını törədənlərdən biri. 2007-ci ildən 2018-ci ildə istefaya gedənə qədər Ermənistan parlamentində xidmət etmişdir. Saroyan xidmət etdiyi müddətdə Ermənistan Respublika Partiyasına bağlı müstəqil siyasətçi olmuşdur. Saroyan siyasətə gəlməzdən əvvəl Ermənistan Quru Qoşunlarının general-mayoru olmuş, Birinci Qarabağ müharibəsi zamanı 2-ci Ordu Korpusuna komandanlıq etmişdir. == Həyatı == Seyram Saroyan 3 sentyabr 1967-ci ildə o vaxt Sovet İttifaqının tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının Qarğabazarı kəndində anadan olmuşdur. Atası Firdovsi Saroyan Üçkilsə şəhərinin kənd təsərrüfatı idarəsinin müdiri idi. 1984-cü ildə yerli orta məktəbi bitirdikdən sonra Saroyan 1985-ci ildən 1987-ci ilə qədər Sovet Ordusu sıralarına çağırılmışdır. Ordudan ayrıldıqdan sonra bir müddət "Haykimiya" adlı regional firmada mühəndis köməkçisi vəzifəsində çalışmışdır. 1989-cu ildə Qarabağ hərəkatının üzvü Saroyan Azərbaycana qarşı Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə toplamış və ona rəhbərlik etmişdir.
Segah İslam
İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam (dekabr 1876, Şuşa – 22 sentyabr 1964, Bakı) — Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Abdullayev İslam Əbdül oğlu 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuş, Şuşa şəhər məktəbində təhsil almışdır. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah" muğamının təkrarsız ifaçısı kimi tanınmışdır. 1883-cü ildə Şuşada "Xanəndələr məclisi" yaratmış musiqişünas alim Mir Möhsün Nəvvab İ. Abdullayevi bu məclisə dəvət edir. Beləliklə, o, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, Dəli İsmayıl, Keştazlı Həşim kimi sənətkarlardan dərs almış, Sadıqcanın müşayiəti ilə ifalar etmişdir. İslam Abdullayevin ilk "Segah" ifası Sadıqcanın oğlunun toyunda olmuş, həmin ifadan sonra şöhrəti yayılmışdır. 1901–1905-ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ və Gəncə məclislərində çıxış etmişdir. Xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur. "Segah" muğamını və onun bütün variantlarını – "Zabul-Segah", "Mirzə Hüseyn segahı", "Orta Segah"," Xaric Segah" muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən "Segah İslam" adlandırılmışdır. 1910–1915-ci illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən "Segah", "Bayatı-Qacar", "Şahnaz", "Şüştər" muğamları və bir sıra təsniflər İslam Abdullayevin ifasında qramofon vallarına yazılmışdır.
Şeyxşah
II İbrahim və ya Şeyxşah – Şirvanşahlar dövlətinin 40-cı hökmdarı, Şirvanşah Fərrux Yasarın oğlu. == Fəaliyyəti == === Hakimiyyətə gəlməsi === Şah İsmayıldan qaçaraq Gilana gedən Şeyxşah h.908 (1502)-ci ildə Şirvana qayıdaraq mübarizəsiz Sultan Mahmudun tərk etdiyi Şirvanşahlar taxtına çıxdı. Şahgəldi ağa Şirvanşahı tərk etməyə məcbur oldu. Şirvan əhli Şeyxşahın ədalətli hökmranlığından razı idi. Bir qədərdən, ehtimal ki, üç ildən sonra h.911 (1505/6)-ci ildə Şah İsmayılın sarayında yaşayan Sultan Mahmud əmisini devirib yenidən Şirvanda hakimiyyəti ələ keçirmək fikrinə düşdü. O, tezliklə Şirvanşahlar taxtını özünə qaytarmaq üçün Şah İsmayılın qızılbaş qoşun dəstəsi ilə Şirvana gəldi. Sultan Mahmud Şeyxşahın öz qoşunları ilə sığındığı Gülüstan qalasını üç aydan çox mühasirədə saxladı. Şeyxşahın vəziyyəti olduqca ağır idi. Lakin təsadüf onu məğlubiyyətdən və ölümdən qurtardı. Sultan Mahmudun sevimli qulu məmlük Qara bəy ağası yuxuda ikən onun başını kəsərək, elə həmin gecə Şeyxşaha göndərdi.
Şirgah
Şirgah — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Şirgah bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,529 nəfər və 2,269 ailədən ibarət idi.
Şirqah
Şirgah — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Şirgah bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,529 nəfər və 2,269 ailədən ibarət idi.
Dərgah (Salmas)
Dərgah (fars. درگه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (36 ailə).
Hacı Səyyah
Mirzə Məhəmməd Əli (fars. میرزا محمد علی‎) — İranlı diplomat, səyyah və dövlət xadimi. Tarix ədəbiyyatlarında etmiş olduğu səyahətlərə görə Hacı Səyyah (fars. حاج سياح‎) təxəllüsü ilə tanınmışdır. Mirzə Məhəmməd Əli, Amerika Birləşmiş Ştatları vətəndaşlığı almış ilk iranlı hesab olunur. Belə ki, Kaliforniya ştatının XII Dairə Məhkəməsinin vermiş olduğu qərara əsasən ona, 1875-ci ilin 26 may tarixində rəsmi olaraq ABŞ vətəndaşlığı verilmişdir. == Həyatı == Hacı Səyyah 1836-cı ildə Qacar dövlətinin Məhəllat şəhərində anadan olmuşdur. Gənc yaşlarından etibarən müasir və demokratik tədqiqatlar, ədəbiyyatlarla tanış olmağa başlamış və dövrünün fərqli fikirlərindən təsirlənmişdir. XIX əsrin ortalarında İranda mövcud olan avtokratik hökmdarlarıq dövründə Hacı Səyyah dünyanı gəzməyə və dünyanın müxtəlif yerlərində yerləşən cəmiyyətlərin gündəlik həyatını öyrənməyə qərar verir. === Səfərləri === Hacı Səyyah 23 yaşında olarkən tək başına dünya səyahətinə çıxmışdır.
Veb səyyah
Brauzer (ing. Browser), daha dəqiq sözlə Veb brauzer — istifadəçilərin veb-serverlər üzərindəki HTML səhifələrini açmasına imkan verən proqram təminatıdır. Bu proqram təminatları Azərbaycan dilində bəzən Veb səyyah da adlandırılır. Hazırda ən çox istifadə edilən brauzerlər Google Chrome, Mozilla Firefox, Internet Explorer (IE) / Microsoft Edge, Opera , Safari və Galeondur. == Ümumi məlumat == Veb-sayt hazırlarkən ortaya çıxan əsas problemlərdən biri, müxtəlif brauzerlərdə səhifə elementlərinin fərqli təsvir olunmasıdır. W3C standartlarına uyğun kodlaşdırmanın aparılması bu problemi sadəcə qismən ortadan qaldırır. Heç bir brauzer W3C standartlarına tam uyğun deyil. Belə problemlərin ortaya çıxması brauzer istehsalçılarının, uzun illərdir müzakirə edilməsinə baxmayaraq, hələ də eyni standartların tətbiq etməməsidir. Əksər veb masterlər dizayn və kodlaşdırma işlərində, hal hazırda brauzerlər arasında ən çox istifadə olunan İE6 və istifadəçi sayı getdikcə artan İE7 brauzerlərini əsas alırlar. Bəzi hallarda Mozilla Firefox və Opera brauzerləri də nəzərə alınır.
Səyyah (roman)
Eldən-elə — Əzizə Cəfərzadənin Zeynalabdin Şirvanidən bəhs edən tarixi romanı. == Haqqında == Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. "Eldən-elə" romanını Əzizə Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun xatirəsinə həsr etmişdir. Əsər 1992-ci ildə qələmə alınmışdır. == Məzmun == Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir. Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur.
II İbrahim Şeyxşah
II İbrahim və ya Şeyxşah – Şirvanşahlar dövlətinin 40-cı hökmdarı, Şirvanşah Fərrux Yasarın oğlu. == Fəaliyyəti == === Hakimiyyətə gəlməsi === Şah İsmayıldan qaçaraq Gilana gedən Şeyxşah h.908 (1502)-ci ildə Şirvana qayıdaraq mübarizəsiz Sultan Mahmudun tərk etdiyi Şirvanşahlar taxtına çıxdı. Şahgəldi ağa Şirvanşahı tərk etməyə məcbur oldu. Şirvan əhli Şeyxşahın ədalətli hökmranlığından razı idi. Bir qədərdən, ehtimal ki, üç ildən sonra h.911 (1505/6)-ci ildə Şah İsmayılın sarayında yaşayan Sultan Mahmud əmisini devirib yenidən Şirvanda hakimiyyəti ələ keçirmək fikrinə düşdü. O, tezliklə Şirvanşahlar taxtını özünə qaytarmaq üçün Şah İsmayılın qızılbaş qoşun dəstəsi ilə Şirvana gəldi. Sultan Mahmud Şeyxşahın öz qoşunları ilə sığındığı Gülüstan qalasını üç aydan çox mühasirədə saxladı. Şeyxşahın vəziyyəti olduqca ağır idi. Lakin təsadüf onu məğlubiyyətdən və ölümdən qurtardı. Sultan Mahmudun sevimli qulu məmlük Qara bəy ağası yuxuda ikən onun başını kəsərək, elə həmin gecə Şeyxşaha göndərdi.
Şəhərgah yaşayış yeri
Şəhərgah yaşayış yeri — Kürdəmir rayonu Ərəbqubalı və bir qismi Sabirabad rayonu Zəngənə kəndləri ərazisində yerləşən arxeoloji abidə. == Ümumi məlumat == Şəhərgah abidəsi Bakı-Kürdəmir şose yolundan 14 kilometr cənubda, Kür çayından 20 kilometr şimalda, Girdiman çayının Kürə töküldüyü ərazidən təqribən 8-10 kilometr şərqdə düzənlik ərazidə yerləşir. Arxeoloji abidəsində son dəfə 2009-cu ildə AMEA-nın Arxieologiya institutunun əməkdaşı, professor Qafar Cəbiyevin rəhbərliyi ilə arxeoloqlar qrupu tədqiqat işləri aparmışdır. Abidə IX –XI əsrlərdə mövcud olmuş qədim Şirvan şəhərinin qalıqları olduğu ehtimal olunur. O vaxtdan etibarən Şəhərgah “yerli əhəmiyyətli” abidə kimi Kürdəmir Rayon Mədəniyyət və Turizm İdarəsi tərəfindən qorunur. Yaşayış yerinin tarixi hələki tam şəkildə öyrənilməyib. Şəhərgahın hansı orta əsr şəhərinin qalıqları olmasını müəyyənləşdirmək üçün yeni qazıntı və tədqiqat işləri aparmaq lazımdır.
Con Deyvis (səyyah)
John Deyvis (ing. John Davis; oktyabr 1550 – 27 dekabr 1605) — I Elizabetin baş İngilis dənizçilərindən biri idi. == Kəşfi == Şimali Qafqazın kəşfiyyatını aparmaq üçün bir sıra səyahətlərə çıxmışdır və Şərqi Hindistana səfərləri zamanı həm Holland, həm də İngilis dilində pilot və kapitan kimi xidmət etmişdir. 1592-ci ilin avqust ayında Folklend adalarını (Böyük Britaniyanın dəniz əraziləri) kəşf etdi. == Həyatı və kariyerası == Deyvis 1550-ci ildə Devon şəhərindəki "Stoke Gabriel" qəsəbəsində anadan olub və uşaqlığını "Sandridge Barton" yaxınlığında keçirmişdir. Onun uşaqlıq dostları Adrian Qilbert, Hamfrey Qilbert və Volter Ralig olmuşdur. Volter Ralig isə kəşfiyyatçının ən yaxın dostlarından biri olmuşdur. O, 1583-cü ildə kraliçanın katibi Uolsinqem Frensis ilə Şimal-Qərb keçidi səyahətinə çıxmışdır.1585-1587-ci illərdə ingilis Con Deyvis Şimal-qərb dəniz yolunu tapmaq üçün üç dəfə cəhd etmiş və Deyvis boğazından keçmişdir. Yeni torpaqların kəşf edilməsi və kəşf edilməsi ilə üz-üzə gələn Davis, bir İspan və ya Fransız gəmisini qurma şansını qaçırmadı.Məşhur naviqatorlar və quldurları ilə bir sıra səfərlər etdi.Beləliklə, 1585-ci ildə Qrinlandın yenidən keşfedicisi (Vikinqlərdən sonra) oldu.Magellan Boğazından Atlantik okeanına çıxarkən, əvvəllər Deyvisin komandasının başçılığı altında kiçik bir pirat gəmisi "Qara Ölüm" ("Qara Ölüm") 21 mart 1592-ci il tarixində Perudan İspaniyaya qızıl gətirən "Infanta" gəmisinə hücum etdi.Coğrafi kəşflər tarixinin nəticəsi olan bu hadisə romantik bir tarixə malik idi. 1586-cı ildə ikinci səfər zamanı Baffin torpağlarının Kamberland körfəzini tapdı, Şimali Amerika sahillərini ətraflı araşdırdı və Hudzon Boğazının dəqiq yerini təyin etdi.1601-1603-cü illərdə Deyvis Cənub-Şərqi Asiyaya Ceyimis Lançestirin üzən pilotu (bu,Şərqi Hindistan Kompaniyasının ilk ticarət ekspedisiyası) kimi yelkəndə iştirak etmişdir.
Hacı Səlim Səyyah
Hacı Səlim Səyyah (tam adı: Qasımzadə Hacı Səlim Hacı Qasım oğlu; d.1869, Vilnüs şəh. — ö.1943, Bakı şəh.) — maarif xadimi, pedaqoq, şair. == Həyatı == Hacı Səlim Səyyah 1869-cu ildə Vilnüsdə ziyalı ailəsində anadan olmuşdur. İlk təhsilini Vilnüsdə (1883-1885) rus dilində almışdır. Daha sonra İstanbulda türk və fars dillərində (1885-1887) ibtidai, Misirdə "Cameyi-əzhər"də ərəb dilində (1887–1900) orta təhsil almışdır. == Fəaliyyəti == Hacı Səlim Səyyah Bakıda "Nəşri-maarif" cəmiyyətinin təşkil etdiyi ikiillik pedaqoji kurslarda (1906–1907) dinləyici olmuş, ibtidai məktəb müəllimi hüququ qazanmışdır. İstanbulda təhsil aldığı illərdə mühacir komissiyasında işləmiş, Robert Lens adlı bir səyyahın yanında xidmətə başlamış, Türkiyə, Rusiya, Misir, Hindistan və Bolqarıstan,Ərəbistan, Afrika ölkələrinə səyahət etmişdir. Bombey şəhərində ingilislərin təşkil etdiyi "Ölüm qəhvəsi" cəmiyyətinə yazılmış, mason lojasının üzvü olmuşdur. Səyahətinin ilk çağlarında Ərəbistanda muzdlu hərbi xidmətə qəbul olunmuş, dağıstanlı Məhəmməd paşanın komandası altında ərəb üsyanının yatırılmasında iştirak etmişdir. Hacı Səlim Səyyah dörd il Qahirənin "Əl-Əhzəd" Universitetində oxumuş, Suriyada "Sehr-ül-hilayə" adlı kitabı çıxmışdır.