Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sinniqes-Arı (Yakutiya)
Sinniqes-Arı — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malik olan ada, şimaldan cənubə doğru uzanır. Səthi hamardır. Mərkəzi bataqlıqlaşmışdır. Yaxınlığında Istakan-Arıta adası yerləşir.
Sindi
Sindi (est. Sindi) — Estoniyada şəhər, Pyarnunun sputnik hesab edilir. DYS-dən 21 km. məsafədədir. Sindi ətrafında arxeoloji qazıntılar nəticəsində (1965), mezolit dövrünə aid Pulli yaşayış məntəqəsi aşkar olunmuşdu. Bu Estoniya ərazisində aşkar edilmiş ən qədim yaşayış məntəqələrindəndir. Hipoteza əsasında məlum olmuşdur ki, Pulli Kund mədəniyyətinə aiddir. Sindi öz adını 1565-ci ildə, ətrafda malikanəsi olan Klaus Zindt adlı şəxsin adından götürülüb. 1601-ci ildən şəhər Suria, 1638-ci ildən isə Zintenhof adlanırdı.
Sünni
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Mamırkimilər sinfi
Bryophytes (lat. Bryophytes) — yaşıl bitkilər yarımaləminə aid bitki şöbəüstü. Mamırkimilər şöbəsinə hazırda yaşamaqda olan, həqiqi kökü olmayan, lakin yüksək quruluşlu nümayəndələrində gövdə və yarpaqlar, bəsit quruluşlarında isə torpaq üzərinə səpilmiş tallomlar (qatları) olan bitkilər aiddir. Onlarda cinsi nəsillə qeyri-cinsi nəslin növbələşməsi daha aydın nəzərə çarpır. Cinsi nəsil olan birinci nəsl ikinciyə üstünlük gəlir və ona nisbətən daha qüvvətli olur. Mamırkimilər hərəkət edən spermatozoidlər vasitəsilə mayalanır. Mamırkimilər şöbəsini qametofit nəslin morfoloji əlamətlərinə, rizoidlərin xarakterik quruluşuna, qutucuqların açılma xüsusiyyətlərinə, yayılma areallarına görə müasir sistematiklər 3 sinifə ayırır.
Məməlilər sinfi
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid olan heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Pauropodlar sinfi
Pauropodlar (Pauropoda) sinfinin nümayəndələri çox kiçik canlılar olub (0.5 – 2.0 mm) bədəni 10 buğumdan ibarətdir. Birinci buğum ayaqsızdır. Digər buğumayaqlılardan fərqli olaraq bu sinfə aid olan növlərin gözləri, ürəyi və traxeyası yoxdur. Onlar dəri tənəffüsünə malikdir. Pauropodlar torpaqda, parçalanmış bitki qalıqları arasında yaşayıb onlarla qidalanır. Onlara çürümüş ağaçlarda da rast gəlmək olur. Bəzi növlər sinantrop olub bağlarda və istixanalarda məskən salır. Müxtəlifcinsli canlıdır. Dişi fərdmayalandıqdan sonra yumurta qoyur. Sürfələr puplaşır.
Sanni Leone
Sanni Leone (ing. Sunny Leone, 13 may 1981, Sarniya[d], Ontario) — hind əsilli kanadalı model, pornoaktrisa və aktrisa. Karencit Kanadanın Ontario vilayətində yerləşən Sarniya şəhərində, siqhizm təliminə əməl edən pəncab ailəsində doğulub. Onun atası Tibetdə doğulub və Dehlidə böyüyüb. Anası isə Sirmur əyalətindəndi (2008-ci ildə vəfat edib). Ailəsi onu siqhizm adəti ilə tərbiyə olunsa da, onu katolik məktəbə verirlər. Çünki ictimai məktəb onun üçün təhlükəli sayılırdı. 13 yaşında ailəsi Kaliforniyaya köçüb. 1999-cu ildə məktəbi bitirərək, Kaliforniyada yerləşən Orinc ətrafında, həkim kursunda təhsil almağa başlayır. Burada onun eyni kursda oxuyan və gecə klublarında rəqqasə kimi fəaliyyət göstərən dostu, onu Con Stivens ilə tanış edir.
Sidni Puatye
Sidni Puatye (ing. Sidney Poitier; 20 fevral 1927[…], Mayami, Florida[…] – 6 yanvar 2022[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru, Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına layiq görülmüş ilk qaradərili aktyor, sonrakı illərdə diplomat.
Sidni Şeldon
Sidni Şeldon (ing. Sidney Sheldon) — yəhudi əsilli ABŞ yazıçısıdır. Sidni ilk həyat yoldaşı Horhor Kartrayt Şeldonun 1985-ci ildə vəfat edənə kimi ailə həyatı qurmuş, 1989-cu ildə isə Aleksandre Kastoffla evlənmişdir. Onun Meri Şeldon adlı yeganə qız övladı vardır. Sidni Şeldon 90-a yaxın ölkələrdə olmuşdur. Bir dəfə Sidninin evində yanğın olmuşdur. Yanğın zamanı yanğın söndürənlər ona evdəki ən qiymətli əşyaları götürməyi təklif edir. Bu zaman Sidni evdən qələmi və bloknotu götürür..
Sinci (Salmas)
Sənci (fars. سنجي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 521 nəfər. yaşayır (99 ailə).
Sindi Krouford
Sindi Krouford (20 fevral 1966[…]) ([ˈsɪndi ˈæn ˈkrɔfɚd]) — Məşhur amerikalı supermodel, aktrisa və teleaparıcı. Sindi Krouford 20 fevral 1966 -cı ildə ABŞ-də, İlinoys ştatında anadan olub. Atası elektrik, anası tibb bacısı idi.
Sindi Mun
İpək (ing. Silk) və ya əsl adı ilə Sindi Mun (ing. Cindy Moon) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) peyda olmuşdur. Koreyalı-amerikalı mənşəyə malik olan İpək Hörümçək-adam personajlarından biridir. İpək bir neçə video oyunda və filmdə görünmüşdür. "Hörümçək-adam: Evə qayıdış" filmində Sindi Mun rolunu Tiffani Espensen canlandırmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmində isə çox qısa səhnədə görünmüşdür. Sony 22 iyun 2018-ci ildə "İpək" filmi üzərində işlədiklərini bildirmişdir. İpək Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) üzsüz şəkildə kameo etmişdir.
Sindi Ninos
Sindi Ninos (d. 27 mart 1972) — Yunanıstanı təmsil edən skeletonçu. Sindi Ninos, Yunanıstanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. Sindi Ninos, 2002-ci ildə Yunanıstan yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Sindi Ninos, 1-ci gedişdə 54.54 saniyə, 2-ci gedişdə isə 54.74 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında sonuncu, 13-cü yerdə başa vurdu.
Sinfi mübarizə
Sinfi mübarizə anlayışı ilk dəfə Karl Marks və Fridrix Engels birlikdə yaratdığı Kommunist Manifesti adlı əsərində "İndiyə qədərki bütün cəmiyyətin tarixi, sinif savaşları tarixidr" demişdir. Marksa görə kapitalizmdə istehsal edici mövqedə olan ancaq bu mövqeyə qarşı istehsal vasitələrinin burjuaziyanın özəl mülkiyyətində olmasından ötrü istismar edilən işçi sinfinin bu istismardan qurtulması üçün burjuaziyanın iqtidarına son verməsi və istehsal vasitələrinin dövlət nəzarətinə keçilməsidir. Sinfi mübarizə, Marksist sinif teoriyasında və tarix anlayışında siniflər arası münasibətlərin müstəqil halı olaraq təsbit edilir. Marksist tarix anlayışına görə sinfi mübarizələr yalnız müəyyən bir andakı cəmiyyətin siniflər arasındakı mübarizəsi deyildir, əksinə o tarixin motorudur, yəni tarixi inkişafın və ilərləmənin dayağı ifadəsini siniflər arasındakı mübarizə tapır. Marksizmdə əsas olaraq."Tarix sinfi mübarizə tarixidir" fikri götürülür. Hər qabaqcıl sinif, müəyyən bir mərhələdə mürtəceləşir və mənfəətlərini mövcud olanın qorunmasında tapır. Marksist teoriyada Bu qaçınılmaz olaraq belədir. Marks bunun misalını burjuaziyanı, feodalizmi tövsiyə edərkən inqilabçı öz böyüklüyünü qurduqdan sonra mürtəce olaraq ortaya çıxar. Ancaq sınfi mübarizə bitməmişdir və onu məhv edəcək sinif burjuaziya ilə birlikdə doğulmuşdur. Yəni proletariat Sinfi mübarizənin qaynağı sosial iqtisadi şərtlər deyilən maddi cəmiyyət quruluşudur, yəni müəyyən bir andakı istehsal münasibətləri ilə mürtəce istehsalçılar arasındakı münasibət və ziddiyətlərin toplamı.
Sinti-metal
Sinti-metal (ing. Synth-metal) — heavy metal və elektronika elementləri özündə əks etdirir. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir.
Sinti-pop
Sinti pop (elektropop və ya texnopop) — pop musiqisinun bir növüdür. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir. Bu janrın ilk pionerləri Almaniyanın "Kraftwerk" qrupu Yaponiyanın qrupu "Yellow Magic Orchestra", Böyük Britaniyanın "Ultravox" və "The Human League" qrupları hesab edilir. Онлайн радио: Оригинальный синти-поп и нью-вэйв 80х Arxivləşdirilib 2018-05-02 at the Wayback Machine Международное синти-радио Synth.
Sinti pop
Sinti pop (elektropop və ya texnopop) — pop musiqisinun bir növüdür. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir. Bu janrın ilk pionerləri Almaniyanın "Kraftwerk" qrupu Yaponiyanın qrupu "Yellow Magic Orchestra", Böyük Britaniyanın "Ultravox" və "The Human League" qrupları hesab edilir. Онлайн радио: Оригинальный синти-поп и нью-вэйв 80х Arxivləşdirilib 2018-05-02 at the Wayback Machine Международное синти-радио Synth.
Sioni kafedralı
Sioni Məryəmin vəfatı kafedralı (gürc. მეტეხის ღვთისმშობლის შობის ტაძარი) – Tbilisidə yerləşən Gürcü pravoslav kafedralıdır. Kilsələrin Müqəddəs torpaqlardakı yer adları ilə adlandırılması orta əsr gürcü ənənəsinə əsasən kilsə Yerusəlimdəki Sion dağının adı ilə adlandırılmışdır. Gürcüstan ərazisində yayılmış və Sioni adlı digər kilsələrlə qarışdırılmaması üçün Tbilisidəki kilsə bir çox mənbələrdə "Tbilisi Sioni" də adlandırılır. Tbilisi Sioni kilsəsi şəhərin tarixi mərkəsində "Sionis Kuça" (Sioni küçəsi) adlı ərazsidə yerləşir və şərq fasadı Kür çayının sağ sahilinə baxır. Kilsə təxminən VI–VII əsrlərdə ina edilmişdir. O dövrdən etibarən kilsə dəfələrlə dağıntılara məruz qalmış və bərpa edilmişdir. Hazırkı kilsə binası XII əsrə aid olmaqla, özündə, XVII–XIX əsrdə edilmiş bəzi dəyişiklikləri də əks etdirir. 2004-cü ildə Müqəddəs üçlük kafedralının açılmasına kimi Sioni kafedralı əsas Gürcü pravoslav kilsəsi və Gürcüstan katolikos-patriarxının iqamətgahı olmuşdur. Müxtəlif gürcü xronikalarının məlumatlarına görə, hazırkı kafedralın yerində ilk kilsə binasının tikintisi V əsrdə çar Vaxtanq Qorqasalı tərəfindən sifariş edilmişdir.
Siqni adası
Siqni adası (ing. Signy Island) — Cənubi Orkney adaları qrupuna daxil olan, Koroneyşen adasından 1,6 km cənubda yerləşən elədə böyük olmayan ada. Adanın uzunluğu 6,5 km, eni isə 5 km təşkil edir. Ən hündür nöqtəsi Makleod buzlağında səthə çıxan Tyoqa-Hill dağıdır (290 m.). Ada ilk dəfə 1823 ildə balina ovunu həyata keçirən Beaufoy gəmisinin kapitanı Mettyu Brisben yərəfindən Koroneyşen adasının cənubunu xəritəyə salarkən kəşf edilmişdir. Adanın növbəti araşdırılma işləri noveç balina ovunu həyata keçirən Stryomness staniyası tərəfindən həyata keçirilmişdir. Piter Syorli adaya yan almaq üçün əlverişli yer və Byorqe-Bey körfəzində şirimsu mənbəyini aşkarlamışdır. Elə məhz o adanı öz həyat yoldaşı Siqni Syorlinin (norv. Signy Sørlle) şərəfinə adlandırmışdır.1920—1921 illərdə norveçə məxsus olan Tønsbergs Hvalfangeri şirkəti adada bslina ovunu həyata keçirən stansiya inşa edir. 1925—1926 illərdə bu stansiya fəaliyyətini göstərmişdir.
Sonni Rollins
Teador Valter "Sonni" Rollins (ing. Theodore Walter "Sonny" Rollins) - Qremmi mükafatçası olan amerikan caz tenor saksofon ifaçısı.
Ssifoidlər sinfi
Sifoidlər (lat. Scyphozoa) — heyvanlar aləminin dalayıcılar tipinə aid heyvan sinfi. 200-ə yaxın növü var. Dənizdə yaşayırlar. Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır. Çətirin alt hissəsində ağız yerləşir. Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür. Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir. Kanallar çətiri əhatə edən həlqəvi kanala açılır. Çətirin kənarı ilə sinir halqası boyunca 8 ədəd sinir düyünü yerləşir.
Sidni Oltmen
Sidni Oltmen (ing. Sidney Altman; 7 may 1939[…], Monreal, Kvebek – 5 aprel 2022) — Kanada-Amerika molekulyar bioloqu, 1989-cu ildə Kimya üzrə "RNT-nin katalitik xüsusiyyətlərini kəşf etdiklərinə görə" Nobel Mükafatı laureatıdır. 1971-ci ildən çalışdığı Yel Universitetinin doktoru, Sterlinq professoru. ABŞ Milli Elmlər Akademiyasının (1990) və Amerika Fəlsəfə Cəmiyyətinin (1990) üzvü olub. Şərqi Avropadan olan yəhudi mühacir ailəsində ikinci oğul doğuldu. Ukraynanın Çernı Ostrov kəndindən kolxozçu olan atası Viktor Altman 1934-cü ildə Sovet İttifaqından mühacirət etdikdən sonra fermada işləyib və evləndikdən sonra Monrealda tərəvəz dükanı açıb. Onun anası Rey Arlin, on bir uşaqdan ikincisi olan, 1935-ci ildə on səkkiz yaşında ikən Belostokdan Kanadaya köçmüş və tekstil fabrikində çalışmışdır. O, 1960-cı ildə Massaçusets Texnologiya İnstitutunda fizika üzrə bakalavr dərəcəsi alıb və 1967-ci ildə Kolorado Universitetində dissertasiya müdafiə edib. 1971-ci ildən Yel Universitetində dosent, 1980-ci ildən professor, 1983-cü ildən kafedra müdiri; 1985–89-cu illərdə Yel Kollecində dekan; Stirlinq Biologiya və Kimya Professoru. 1984-cü ildə ABŞ vətəndaşlığını aldı.
Sindi (Estoniya)
Sindi (est. Sindi) — Estoniyada şəhər, Pyarnunun sputnik hesab edilir. DYS-dən 21 km. məsafədədir. Sindi ətrafında arxeoloji qazıntılar nəticəsində (1965), mezolit dövrünə aid Pulli yaşayış məntəqəsi aşkar olunmuşdu. Bu Estoniya ərazisində aşkar edilmiş ən qədim yaşayış məntəqələrindəndir. Hipoteza əsasında məlum olmuşdur ki, Pulli Kund mədəniyyətinə aiddir. Sindi öz adını 1565-ci ildə, ətrafda malikanəsi olan Klaus Zindt adlı şəxsin adından götürülüb. 1601-ci ildən şəhər Suria, 1638-ci ildən isə Zintenhof adlanırdı.
Sinfi əməkdaşlıq
Sinfi əməkdaşlıq cəmiyyətin sosial siniflər iyerarxiyasına bölünməsinin sivilizasiyanın müsbət və fundamental tərəfi olduğuna inamına əsaslanan sosial təşkilatlanma prinsipidir. Sinfi əməkdaşlıq faşizmin sosial arxitekturasının əsas sütunlarından biri hesab olunur. Benito Mussolininin sözləri ilə ifadə edilərsə, faşizm "insanlar arasında düzəldilməsi mümkün olmayan, səmərəli və faydalı bərabərsizliyi təsdiqləyir". Bu müddəa nəzərə alındıqdan sonra, faşistlər belə nəticəyə gəlmişdirlər ki, sosial iyerarxiyanı mühafizə etmək bütün siniflərin maraq dairəsindədir və buna görə də bütün siniflər onun müdafiəsində əməkdaşlıq etməlidirlər. Yəni ki, həm aşağı, həm də yuxarı siniflər öz rollarını qəbul etməli və öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər. Faşizm düşüncəsində sinfi əməkdaşlıq prinsipi ifrat millətçiliklə birləşdirilmişdir. Millətin sabitliyi və rifahı siniflər arasındakı mövcud olan əməkdaşlığın son məqsədi kimi görülmüşdür. Kommunistlər sinfi əməkdaşlığın ideoloji və əsas əleyhdarları olub, sinfi mübarizəni müdafiə edirlər və ümumiyyətlə bir sinifsiz cəmiyyət yaratmağın tərəfdarıdırlar. Sinfi mübarizə doktrinası aşağı sosial sinifləri sosial bərabərliyə nail olmaq üçün hakim sinif və mövcud ictimai strukturu devirməyə təşviq etdiyi halda, sinfi əməkdaşlıq təlimi aşağı sosial sinifləri sosial bərabərsizliyi təbii vəziyyətin bir hissəsi kimi qəbul etməyə və ictimai strukturu mühafizə edib saxlamağa sövq edir. Onlar həmçinin də belə fikirləşirlər ki, cəmiyyətdəki sinfi düşmənçiliyə qarşı dövlət tərəfindən təkbaşına mübarizə aparılır və bu mübarizə nəticəsində kommunizmə aparan konflikt tamamilə həll olunacaqdır.
Albert Finni
Albert Finni (ing. Albert Finney; 9 may 1936[…] – 7 fevral 2019[…]) — kino aktyoru, kino prodüseri, kinorejissor, müğənni, teatr aktyoru, ssenarist, telerejissor və televiziya aktyoru. == Həyatı == Alis və Albert Finninin oğlu kimi İngiltərənin Lancashire əyalətinin Salford şəhərində anadan olmuşdu. Finni "Kral Dramatik Sənət Akademiyası"nda oxumuşdur. Finney 1963-cü ildə Toni Riçardson tərəfindən uyğunlaşdırılan Henri Fildinqin "Tom Jones" filmində rol aldı. Filmdəki roluna görə "Oskar" mükafatına namizəd olan Finni bu roluna görə "Tom Jones Venesiya Film Festivalı"nda (Volpi Kuboku) ən yaxşı aktyor mükafatına layiq görülmüşdür. Aktyor 1984-cü ildə "Paltar" filminə görə "Berlin Film Festivalı"nda "Ən Yaxşı Aktyor mükafatı"nı qazanıb. "Paltar" və "Vulkanın altında" filmlərinə görə "Ən Yaxşı Dəstəkləyici Aktyor Akademiyası Mükafatı"na namizəd oldu. Ceyn Venham (1957-1961), Anuk Emi (1970-1978) və Keyterin Ettson (1989-1991) ilə evlənmişdir. Aktyor Albert Finney 7 fevral 2019-cu ildə 82 yaşında vəfat etdi.
Minni (müğənni)
Nişa Yontararak (tay ณิชา ยนตรรักษ์; 23 oktyabr 1997, Banqkok) və ya tanınan səhnə adı ilə Minni (kor. 민니; tay มินนี่) – Cənubi Koreyada fəaliyyət göstərən Tailand müğənnisi, bəstəkarı və aktrisası. "(G)I-dle" qrupunun üzvüdür. == İlk illəri == Nişa Yontararak 23 oktyabr 1997-ci ildə Tailandın paytaxtı Banqkokda doğulmuşdur. Onun ailəsi üçüncü nəsil Tailand çinlilərindəndir. İki böyük qardaşı var. O, musiqi ailəsində doğulmuşdur. Anası, xalası və əmisi pianoda ifa edirlər. Minni 5 yaşında pianoda ifa etməyə və 7 yaşında vokal dərslər almağa başlamışdır. Musiqiyə maraq göstərməsində anasının böyük təsiri olmuşdur.
Şinci
Şinci — ad.
Qətl sındı
Sinan ibn Ənəs Nəxai (ərəb. سنان بن أنس‎; VII əsr, Kufə – 686, Kufə) — Kərbəla döyüşünün iştirakçısı. Bəzi mənbələrə görə, o, Kərbəla döyüşündə İmam Hüseynin başını kəsmişdir. Azərbaycanda Aşura günü zamanı tətbiq olunan "qətl sındı" ritualı əslində "qatil Sinan" deməkdir. Atasının adı Əbu Əmr, babası Ənəsdir. O, babasının adı ilə tanınırdı. Sinan Kufədə anadan olmuşdu. Onun doğum tarixi məlum deyil. İbn Əbil Hədid İbn Hilal Səqəfiyə istinadən qeyd etmişdir ki, İmam Əlinin xilafəti dövründə Sinan uşaq yaşlarında idi və Əli onun "Allahın rəsulunun oğlunu" öldürəcəyini proqnozlaşdırmışdı. Bəzi tarix kitablarına görə Sinan "dəlicəsinə vuruşan döyüşçü" və şair idi.